Vikikitab
Nitq
mədəniyyəti/Natiqli
k sənətinin
yaranma tarixi
<
Nitq mədəniyyəti
←Nitq
mədəniyyəti
haqqında
anlayış
Nitq mədəniyyəti
İşgüzar
ünsiyyət
mədəniyyəti
→
Tarixi qaynaqlardan məlum olur ki, lap
qədim zamanlardan məzmunlu, aydın,
yığcam, təsirli nitqə malik olan adamlar
cəmiyyət tərəfindən həmişə yüksək
qiymətləndirilmişdir. Nitqin gözəlliyi və
ona sahib olmağın yolları böyük
şəxsiyyətlərin daima diqqəti mərkəzində
olmuşdur.
Miladdan əvvəl Qədim Misirdə,
Hindistanda, Çində, Babilistanda və digər
bir sıra yerlərdə görkəmli natiqlər
yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl
nitqin, nitq mədəniyyətinin əsl vətəni
qədim Yunanıstan olmuşdur. Natiqlik də
bir elm kimi Yunanıstanda meydana
gəlmiş, inkişaf etmişdir. Qədim
Yunanıstanın ictimai-siyasi həyatındakı
mübarizələr, iqtisadiyyatda baş verən
irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər
dövlətində natiqlik sənəti inkişaf etməyə
başlayır. Ölkəni idarə edənlər ideyalarını
müdafiə etmək, məqsədlərini kütlələrə
çatdırmaq məqsədilə sözdən, natiqlik
sənətindən təsirli və kəsərli silah kimi
istifadə etməyə çalışırdılar. Eramızdan
əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən
yunan natiqlik məktəbi Aristotel, Antifont,
Andokid, Lisiy, İsey, İsokrat, Molon,
Kvintilian, Demosfen, Hipeorid, Likurq,
Esxil, Dinarx kimi görkəmli natiqlər
yetirmişdir. Onlar natiqlik sənətini, onun
nəzəriyyəsini, təlimini qurmuş və sistemini
yaratmışlar. Həmin məktəblərdə dərs
deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat,
Demosfen, Esxin kimi görkəmli natiqlər
bu sənəti həm nəzəri, həm də praktik
şəkildə öyrənənlərə aşılamışlar. Bu
dövrdə natiqlik sənətinin nəzəriyyəsindən
bəhs edən “Ritorika” elmi də yaranır və
inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim
Yunanıstanda yaranmış, III-II əsrlərdə
orada, e.ə.I əsrdə Romada
sistemləşdirilmişdir. Aristotel, Siseron,
Kvintilian ritorikanın görkəmli
nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika
termini zahirən qəşəng, dəbdəbəli, lakin
məzmun və dil cəhətdən zəif, bəsit
əsərlər, sözçülük mənalarında
işlənmişdir. Dövrün tarixi şəraitindən
qaynaqlanan natiqlik sənəti bizim eradan
əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə
dövrünü keçirir. Qədim yunan ritorikası,
orada işlədilən terminlər bu gün belə
qiymətlidir, diqqəti cəlb edir və ixtisas
sözləri kimi işlədilir.
Antik yunan natiqlik sənətinin yaranması
və inkişafında Aristotelin xüsusi rolu
olmuşdur. Aristotel e.ə.335-ci ildə
“Ritorika” adlı əsərini yazıb natiqlik
sənətinin elmi əsaslarını vermiş, sənəti
insan fəaliyyətinin xüsusi növü kimi
qiymətləndirmiş, natiq nitqinin
quruluşunu, üslubunu, orfoepiyasını,
ifadəlilik vasitələrini geniş şəkildə izah
etmişdir. “Ritorika” əsəri üç hissədən
ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət
və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və
priyomları.
Aristotel nitqin üsluba, məqsədə və
şəraitə uyğun qurulmasına daha çox fikir
verir və göstərirdi ki, üslubun əsas
mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub
nitqin predmetinə uyğun olmalıdır.
Aristotel natiqin məharətinin beş cəhətini
xüsusi qeyd edirdi:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə
müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda
saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi
cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi
tələffüz), intonasiya, emosiya və s.
məsələlərin nəzərə alınması və onlara
əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın
düzgün seçilməsi, planın tutulması, onun
mükəmməl öyrənilməsi, söyləmə zamanı
uyğun üslubun müəyyənləşdirilməsi,
orfoepik və intonasiya qaydalarına əməl
edilməsi, emosiyaların özünəməxsus
forma ilə verilməsini mühüm şərt sayırdı.
Qədim Yunanıstanda natiqlik sənətinin
inkişafına güclü təsir göstərən
səbəblərdən biri də Solon qanunları
olmuşdur. Bu qanunlara görə hər bir
afinalı məhkəmədə öz hüququnu müdafiə
etməyi bacarmalı idi . Belə bir tələb
əsasında afinalılar hüquqi biliklərə
yiyələnməyə, həm də öz hüquqlarını
müdafiə etmək üçün aydın, təsirli,
məntiqli, rabitəli danışmağa xüsusi səy
göstərirdilər. O zaman məhkəmədə
vəkillər fəaliyyət göstərmədiyindən
vətəndaşlara loqoqraflar kömək edirdilər.
Loqoqraflar hüquqi təhsil almış adamlar
idilər, onlar xüsusi muzdla məhkəmədə
baxılacaq işin məzmun və mahiyyəti ilə
bağlı nitqlər yazırdılar. İşi məhkəməyə
düşən afinalı həmin nitqi əzbərləyir və
məhkəmə prosesində özünü müdafiə
edirdi. Lisi, Hiperid, Esxin, Trasimax,
Demosfen öz dövrlərinin görkəmli
loqoqrafları, natiqləri olmuşlar. Bunlardan
Demosfen antik natiqliyin yaranması və
inkişafında xüsusi rol oynamışdır.
Demosfenin yaradıcılığı dünya natiqlik
mədəniyyətinin inkişafında mühüm
mərhələdir. Demosfen xalq qarşısında
çıxış etməyi uşaq ikən arzu edirdi. Hələ
gəncliyində Demosfen öz müəllimindən
onu məşhur natiqlərin dilinə qulaq asmaq
üçün məhkəmə iclasına aparmağı xahiş
edir. Oğlan xalqın natiqləri necə
alqışladığını görür və qəlbləri fəth edən
natiqlik sənətinin gücünə heyran olur. O,
həmyaşıdları ilə oynadığı bütün digər
oyunları atır və natiqlik sənətinin
öhdəsindən gəlməyə çalışır. O, qətiyyətlə
natiq olmaq qərarına gəlir.
Demosfenin natiqlik sənətinə yiyələnməsi
heç də asan yolla olmamışdır. Belə ki
xalq qarşısında gənc natiqin ilk çıxışı
uğursuz qurtarır: səs-küy, gülüş izdihamı
ona nitqini bitirməyə imkan vermir. Bu
uğursuzluq tamamilə təbii idi. Çünki
Demosfenin səsi çox aşağı tonda idi,
danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1”
səslərini düzgün tələffüz etmirdi. Onun
çiyinlərini çəkmək vərdişi var idi və
ictimaiyyət qarşısında özünü idarə edə
bilmirdi. Onun xalq yığıncağı qarşısındakı
ikinci çıxış etmək səyi dil baxımından
uğursuz olmuşdur. O ruhdan düşmüş və
üzünü örtmüş halda, evə tələsir və heç
hiss etmirdi də ki, onun izi ilə məşhur
Afina aktyoru gəlir. Onlar birlikdə yol
gedirlər. Demosfen öz uğursuzluğu
barədə dostuna acı-acı şikayətlənməyə
başlayır və deyir ki, xalq dilin dərin
məzmununu qiymətləndirmir və anlamır.
"Hər şey belədir, -aktyor cavab verir, -
amma mən sənə kömək etməyə
çalışacağam. Mənə Sofokl və ya
Evripidadan parça oxu". Demosfen
oxuyur. O qurtaranda aktyor şeiri yenidən
özü oxuyur. Bu zaman Demosfenə elə
gəlir ki, sanki o, tamamilə digər şeiri
eşidir. O, indi başa düşürdü ki, nitq
gözəlliyinə onda olmayan dilin ifadəliliyi
ilə nail olunur və o, ikiqat səylə işə
başlayır. Nəticə etibarı ilə, Demosfen öz
dilinin çatışmazlığını islah etməyi
qərarlaşdırır. Heç kimin ona mane
olmaması üçün tənha bir yerə çəkilir,
gündə bir neçə saat tələffüzünün
anlaşılmazlığını düzəltmək üçün
tapşırıqlarla məşğul olur. O, ağzına daşlar
toplayır və ucadan danışmağa çalışır. O,
dağa qalxarkən və ya dəniz sahilində
gəzərkən şeirləri ucadan tələffüz etməyi
öyrənir və öz səsi ilə dalğaların səsini
boğmağa çalışırdı. Demosfen danışarkən
çiynini atmağı tərgitmək üçün tavandan
asılı cidanın altında durarmış. Bəzən
gənc iki ay, üç ay, nəhayət heç evdən
bayıra çıxmır və nəhayət, tamamilə səs və
jestə yiyələnir. Uzun və israrlı səylərdən
sonra Demosfen öz məqsədinə nail olur
və görkəmli natiqə çevrilir. Amma o,
hazırlaşmadan heç vaxt danışmaz,
həmişə yazılmış mətni əzbərdən
öyrənərdi; axşamlar lampanın işığında o,
çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər
bir sözü götür-qoy edərdi. Bütün bunların
nəticəsində böyük natiq rəqiblərinin
tənqidinə tuş gəlir. Onlar Demosfenin
ilham və təbii istedadının olmadığını iddia
edirlər. Bir dəfə rəqiblərindən biri onu
tənqid edir: "Sənin dilindən yağ iyi gəlir",
daha doğrusu, "sən bütün gecəni yağ
çırağının işığının altında oturursan".
Uzunmüddətli məşqlər Demosfeni
natiqlik sənətinin zirvəsinə yüksəltdi.
Hətta rəqibləri belə onun natiqlik
məharətinin gücünü və ustalığını etiraf
etməyə məcbur olurlar. Onun dilinin qeyri-
adi sadəliyinin ifadəsi ən böyük duyğu və
düşüncələri, aydınlıq və inandırıcılıq gücü
ilə birləşir. Demosfen həmişə öz nitqinin
məzmununa ciddi şəkildə sadiq qalır, boş
cəfəngiyatı sevmirdi. O, nitqini sakit
şəkildə deyirdi, dinləyicilərin ağlına təsir
edərək, onları duyğu hissi ilə fəth edirdi,
müdafiə edilən işin düzgünlüyündə onlara
həddindən artıq inanırdı. Siseron onun
haqqında demişdir: “Kim Demosfen
olmaq istəmirsə, o natiq deyil”.
Demosfenin 30 yaşı olanda, o, artıq
dövlət işlərində iştirak etməyə başlayır və
natiqlik istedadının var gücü ilə
Yunanıstanın bütün təhlükəli
düşmənlərinə – Makedoniya çarı Filippə
qarşı belə çıxır. Onun vətənə olan hədsiz
sevgisi böyük natiqi makedoniyalılara və
onların bütün Yunanıstandakı
yardımçılarına qarşı mübarizəyə
ilhamlandırır.
Demosfen natiqlik sənəti
nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə
bağlı bir sıra əsərlər yazmış, bu elmi
nəzəri və praktik cəhətdən şərh etmiş,
faydalı fikirlər söyləmişdir. Məsələn, ona
görə, natiqlik sənətində aşağıdakı
tələblərə əməl olunmalıdır: 1) materialın
toplanması; 2) materialın məqsədəuyğun
söylənilməsi üçün planın tərtibi; 3) nitqin
məzmununun öyrənilməsi,
mənimsənilməsi; 4) məzmunun
dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü aydın, anlaşıqlı idi.
O, özünün dərin məntiqi, rəngarəng
intonasiya çalarları, müraciət formaları,
ritorik sualları ilə dinləyiciləri cəlb edə
bilirdi. Demosfen nitqlərində Afinanın
satqın və fəaliyyətsiz hakimlərini ifşa edir,
onları ədalətli olmağa çağırırdı. Məhz bu
keyfiyyətlərinə görə afinalılar böyük
inamla danışan Demosfenin nitqinə
həvəslə qulaq asır, onu axıra qədər
dinləyirdilər.
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı
yunan natiqlik sənətində də geriləmələr
baş verir. Gözəl nitq öz siyasi xarakterini
itirir, canlı, konkret şəraitdən uzaqlaşır,
daha çox təntənə nitqinə çevrilir. Yunan
natiqliyinin tənəzzülündən sonra onun
mərkəzi qədim Romaya köçür. Roma
demokratiyası üçün günün tələblərinə
cavab verən, canlı fəaliyyətdə olan
natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma
natiqlik sənətinin yaranması və inkişafına
güclü təkan verirdi. Qədim dünyanın bu
dövləti natiqlik sənətinə bir sıra görkəmli
şəxsiyyətlər bəxş etmişdir. Katon, Qrakxi,
Antoni Mark kimi söz ustaları Roma
natiqlik məktəbinin yetişdirmələri
olmuşlar. Bunların içərisində bir natiq kimi
dünya şöhrəti qazanmış görkəmli dövlət
xadimi, mütəfəkkir Mark Tuli Siseron
xüsusilə fərqlənirdi. Siseron natiqlik
sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut,
yaxud məşhur natiqlik haqqında” və
“Natiq” traktatlarını yazmışdır. Bu üç
traktat natiqlik sənətinin tarixi, üslubiyyat,
nitq mədəniyyəti məsələlərinin nəzəri və
praktik şərhi baxımından çox
əhəmiyyətlidir. Bu əsərlərdən ikisində
(“Natiqlik haqqında”, “Brut, yaxud məşhur
natiqlik haqqında”) Siseron dövrün
məşhur natiqləri ilə aparılan dialoqlarla
natiqlik sənətinin mahiyyəti, bu sənətin
fəlsəfəyə münasibəti kimi məsələləri şərh
etmiş, özünün təsəvvür etdiyi ideal natiq
surətini yaratmışdır. Üçüncü traktatda
(“Natiq” əsərində) müəllifin natiqlik sənəti
barədə qiymətli fikirləri söylənilmişdir:
“Natiq olmaq üçün birinci və zəruri şərt
təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər
istedad insanın gözəlliyidirsə, bu
gözəlliyin rəngi natiqlikdir”. “Ancaq
müdrik adam həqiqi natiq ola bilər, ... kim
gözəl danışırsa, o, bütün xeyirxah
cəhətləri özündə təcəssüm etdirir və buna
görə də müdrikdir”. Siseron həm də yeni
natiqlər üçün maraqlı praktiki göstərişlər
və tövsiyələr, öz nitqindən nümunələr
verir, “nitq stili” nəzəriyyəsini ifadə edir, öz
sələflərini xarakterizə edir və müasirləri
ilə mübahisəyə girişir. Siseron yaxşı,
müstəqil natiq olmaq üçün geniş fəlsəfi
təhsili vacib hesab edirdi və əxlaqi və
siyasi xarakterli fəlsəfi problemlərə az
diqqət yetirirdi.
Siseronun nitqindəki süjet xətti və
məqamına görə işlədilən natiqlik
priyomları diqqəti cəlb edir. Xatırladaq ki,
yunan dilini gözəl bildiyi üçün Demosfenin
nitqlərində ritorika məktəblərində təbliğ
olunan “attika üslubu”ndan geniş istifadə
etmişdir. Siseron eyni sxemliliyi, demək
olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri
təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq
nitqinin təhkiyə hissəsini daha təsirli,
daha maraqlı qurmağa çalışmış, yeri
gəldikcə tarixi lətifələrdən, haqqında
danışdığı hadisələrdən, atalar sözü və
xalq məsəllərindən, bədii sual, xitab və
nidalardan, antitezislərdən məharətlə
istifadə etmişdir. Siseronun nitqlərindən
53-ü tamamilə saxlanılmışdır, 35-ni isə
başlıqlarla tanıyırıq. Onun "Natiqlər
barəsindəki" traktatı zəmanəmizə qədər
məhkəmə ritorikasının dərs vəsaiti kimi
xidmət edir. Natiqlik məharəti qarşısında
duran vəzifələri Siseron aşağıdakı kimi
qısaca ifadə edir: «Forumda və
məhkəmədə çıxış edən, sübut etməyi,
məftun etməyi və inandırmağı bacaran
adamı gözəl natiq hesab etmək olar.
Sübut etmək vacibdir, məftun etmək
zövqverəndir, əgər işi udmaq istəyirsənsə,
məhz bu sonuncu xüsusiyyət daha
vacibdir; natiqlər qarşısında nə qədər
vəzifələr dayanır, nə qədər natiqlik
istedadı növləri mövcuddur: incəliklə
sübut etmək lazımdır, ölçü ilə məftun
etmək, hərarətlə inandırmaq; bütün
bunlara natiqin gücü daxildir». Siseron
uzunmüddətli natiqlik fəaliyyətində
müxtəlif qəbildən olan dinləyicilər
qarşısında müxtəlif məsələlər barəsində -
məhkəmədə vətəndaş və cinayət
məsələləri üzrə, senatda və
komitiorumda siyasi mövzular barəsində
çıxış etməli olmuşdur. Məhkəmə işlərində
Siseron əksər hallarda müdafiəçi kimi
çıxış etmişdir.
Siseronun nitqinin daha zəif tərəflərini
onların quruluşunda hesab etmək olar.
Siseron əvvəlcədən özünə nitq planı təyin
edən və ona qəti surətdə əməl edən,
özünü qibtə ilə yaşca ondan böyük olan
Qortensiya ilə müqayisə edir; Siseron
daha fəal və emosionaldır, əksinə,
Qortensiya isə özü ifadə etdiyi plandan
tez-tez uzaqlaşırdı. Onun nitqinin digər
böyük çatışmazlığı bir fıkrin və ya eyni
fikirlərin gərəksiz uzunçuluq və
təkrarlardan ibarət olmasıdır.
Qədim Roma natiqlik məktəbinin
nümayəndələrindən biri də Mark Fabiy
Kvintilian olmuşdur. O, natiqlik
nəzəriyyəçisi kimi tanınmışdır. Açdığı
ritorika məktəbi ona şöhrət gətirmişdi.
Kvintilian “Natiqlik təhsili” adlı kitabdan
ibarət əsər yazmışdı. Həmin kitabda
natiqlik sənətinin elementləri və
ritorikanın mahiyyəti, nitq üzərində işin
mərhələləri (mövzunun seçilməsi,
yerləşdirilməsi, yadda saxlanılması, nəqli,
aydın tələffüzü), natiqlik sənətinə,
natiqlərin fəaliyyətinə verilən tələblər şərh
olunmuşdur. Kvintilian natiqlik sənətinə
yiyələnməyi təhsilin zirvəsi hesab edirdi.
O, bunu obrazlı şəkildə belə ifadə edirdi:
“Şair doğulurlar, natiq isə olurlar. Natiqlik
sənətinə isə təlimin köməyi ilə yiyələnmək
mümkündür”.
Qədim Romada natiqlik sənətinə böyük
maraq göstərilirdi. Adamlar məşhur söz
ustalarının nitqini öyrənir, hətta çox halda
əzbərləyirdilər. Danışanlar öz fikirlərini
əsaslandırmaq üçün lazım gəldikdə
natiqin nitqindən müəyyən parçaları
nümunə kimi verir, ona istinad edirdilər.
Roma natiqlik sənətinin inkişafı üzün
sürmür. Respublikanın süqutundan sonra
natiqlik sənəti tənəzzülə doğru gedir.
İmperiya natiqliyin qarşısını alır, bu sənət
din xadimlərinin əlində moizə söyləmək,
dini qanunları, ehkamları təbliğ etmək
vasitəsinə çevrilir.
İstifadə olunmuş ədəbiyyat
siyahısı
Dostları ilə paylaş: |