Nitq mədəniyyəti



Yüklə 72,84 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix02.01.2022
ölçüsü72,84 Kb.
#39614
  1   2
Nitq mədəniyyəti Natiqlik sənətinin yaranma tarixi - Vikikitab



Vikikitab

Nitq

mədəniyyəti/Natiqli

k sənətinin

yaranma tarixi

Nitq mədəniyyəti

←Nitq

mədəniyyəti



haqqında

anlayış


Nitq mədəniyyəti 

 

İşgüzar



ünsiyyət

mədəniyyəti




Tarixi qaynaqlardan məlum olur ki, lap

qədim zamanlardan məzmunlu, aydın,

yığcam, təsirli nitqə malik olan adamlar

cəmiyyət tərəfindən həmişə yüksək

qiymətləndirilmişdir. Nitqin gözəlliyi və

ona sahib olmağın yolları böyük

şəxsiyyətlərin daima diqqəti mərkəzində

olmuşdur. 

Miladdan əvvəl Qədim Misirdə,

Hindistanda, Çində, Babilistanda və digər

bir sıra yerlərdə görkəmli natiqlər

yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl

nitqin, nitq mədəniyyətinin əsl vətəni

qədim Yunanıstan olmuşdur. Natiqlik də

bir elm kimi Yunanıstanda meydana

gəlmiş, inkişaf etmişdir. Qədim

Yunanıstanın ictimai-siyasi həyatındakı



mübarizələr, iqtisadiyyatda baş verən

irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər

dövlətində natiqlik sənəti inkişaf etməyə

başlayır. Ölkəni idarə edənlər ideyalarını

müdafiə etmək, məqsədlərini kütlələrə

çatdırmaq məqsədilə sözdən, natiqlik

sənətindən təsirli və kəsərli silah kimi

istifadə etməyə çalışırdılar. Eramızdan

əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən

yunan natiqlik məktəbi Aristotel, Antifont,

Andokid, Lisiy, İsey, İsokrat, Molon,

Kvintilian, Demosfen, Hipeorid, Likurq,

Esxil, Dinarx kimi görkəmli natiqlər

yetirmişdir. Onlar natiqlik sənətini, onun

nəzəriyyəsini, təlimini qurmuş və sistemini

yaratmışlar. Həmin məktəblərdə dərs

deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat,



Demosfen, Esxin kimi görkəmli natiqlər

bu sənəti həm nəzəri, həm də praktik

şəkildə öyrənənlərə aşılamışlar. Bu

dövrdə natiqlik sənətinin nəzəriyyəsindən

bəhs edən “Ritorika” elmi də yaranır və

inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim

Yunanıstanda yaranmış, III-II əsrlərdə

orada, e.ə.I əsrdə Romada

sistemləşdirilmişdir. Aristotel, Siseron,

Kvintilian ritorikanın görkəmli

nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika

termini zahirən qəşəng, dəbdəbəli, lakin

məzmun və dil cəhətdən zəif, bəsit

əsərlər, sözçülük mənalarında

işlənmişdir. Dövrün tarixi şəraitindən

qaynaqlanan natiqlik sənəti bizim eradan

əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə



dövrünü keçirir. Qədim yunan ritorikası,

orada işlədilən terminlər bu gün belə

qiymətlidir, diqqəti cəlb edir və ixtisas

sözləri kimi işlədilir. 

Antik yunan natiqlik sənətinin yaranması

və inkişafında Aristotelin xüsusi rolu

olmuşdur. Aristotel e.ə.335-ci ildə

“Ritorika” adlı əsərini yazıb natiqlik

sənətinin elmi əsaslarını vermiş, sənəti

insan fəaliyyətinin xüsusi növü kimi

qiymətləndirmiş, natiq nitqinin

quruluşunu, üslubunu, orfoepiyasını,

ifadəlilik vasitələrini geniş şəkildə izah

etmişdir. “Ritorika” əsəri üç hissədən

ibarətdir:

a) Nitqin tərtibi prinsipi; 

b) Natiq üçün lazım olan şəxsi keyfiyyət



və qabiliyyət;

c) Nitqin texnikası, vasitələri və

priyomları. 

Aristotel nitqin üsluba, məqsədə və

şəraitə uyğun qurulmasına daha çox fikir

verir və göstərirdi ki, üslubun əsas

mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub

nitqin predmetinə uyğun olmalıdır.

Aristotel natiqin məharətinin beş cəhətini

xüsusi qeyd edirdi: 

1. Materialın icadı və onun hazırlanması.

2. Planın tərtibi. Materialın plan üzrə

müvafiq formaya salınması. 

3. Həmin materialın öyrənilməsi və yadda

saxlanılması.

4. Materialın şifahi şərhinin ədəbi-üslubi

cəhətdən işlənməsi.



5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi

tələffüz), intonasiya, emosiya və s.

məsələlərin nəzərə alınması və onlara

əməl olunması.

Aristotel yaxşı nitq üçün materialın

düzgün seçilməsi, planın tutulması, onun

mükəmməl öyrənilməsi, söyləmə zamanı

uyğun üslubun müəyyənləşdirilməsi,

orfoepik və intonasiya qaydalarına əməl

edilməsi, emosiyaların özünəməxsus

forma ilə verilməsini mühüm şərt sayırdı. 

Qədim Yunanıstanda natiqlik sənətinin

inkişafına güclü təsir göstərən

səbəblərdən biri də Solon qanunları

olmuşdur. Bu qanunlara görə hər bir

afinalı məhkəmədə öz hüququnu müdafiə

etməyi bacarmalı idi . Belə bir tələb



əsasında afinalılar hüquqi biliklərə

yiyələnməyə, həm də öz hüquqlarını

müdafiə etmək üçün aydın, təsirli,

məntiqli, rabitəli danışmağa xüsusi səy

göstərirdilər. O zaman məhkəmədə

vəkillər fəaliyyət göstərmədiyindən

vətəndaşlara loqoqraflar kömək edirdilər.

Loqoqraflar hüquqi təhsil almış adamlar

idilər, onlar xüsusi muzdla məhkəmədə

baxılacaq işin məzmun və mahiyyəti ilə

bağlı nitqlər yazırdılar. İşi məhkəməyə

düşən afinalı həmin nitqi əzbərləyir və

məhkəmə prosesində özünü müdafiə

edirdi. Lisi, Hiperid, Esxin, Trasimax,

Demosfen öz dövrlərinin görkəmli

loqoqrafları, natiqləri olmuşlar. Bunlardan

Demosfen antik natiqliyin yaranması və



inkişafında xüsusi rol oynamışdır.

Demosfenin yaradıcılığı dünya natiqlik

mədəniyyətinin inkişafında mühüm

mərhələdir. Demosfen xalq qarşısında

çıxış etməyi uşaq ikən arzu edirdi. Hələ

gəncliyində Demosfen öz müəllimindən

onu məşhur natiqlərin dilinə qulaq asmaq

üçün məhkəmə iclasına aparmağı xahiş

edir. Oğlan xalqın natiqləri necə

alqışladığını görür və qəlbləri fəth edən

natiqlik sənətinin gücünə heyran olur. O,

həmyaşıdları ilə oynadığı bütün digər

oyunları atır və natiqlik sənətinin

öhdəsindən gəlməyə çalışır. O, qətiyyətlə

natiq olmaq qərarına gəlir.  

Demosfenin natiqlik sənətinə yiyələnməsi

heç də asan yolla olmamışdır. Belə ki



xalq qarşısında gənc natiqin ilk çıxışı

uğursuz qurtarır: səs-küy, gülüş izdihamı

ona nitqini bitirməyə imkan vermir. Bu

uğursuzluq tamamilə təbii idi. Çünki

Demosfenin səsi çox aşağı tonda idi,

danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1”

səslərini düzgün tələffüz etmirdi. Onun

çiyinlərini çəkmək vərdişi var idi və

ictimaiyyət qarşısında özünü idarə edə

bilmirdi. Onun xalq yığıncağı qarşısındakı

ikinci çıxış etmək səyi dil baxımından

uğursuz olmuşdur. O ruhdan düşmüş və

üzünü örtmüş halda, evə tələsir və heç

hiss etmirdi də ki, onun izi ilə məşhur

Afina aktyoru gəlir. Onlar birlikdə yol

gedirlər. Demosfen öz uğursuzluğu

barədə dostuna acı-acı şikayətlənməyə



başlayır və deyir ki, xalq dilin dərin

məzmununu qiymətləndirmir və anlamır.

"Hər şey belədir, -aktyor cavab verir, -

amma mən sənə kömək etməyə

çalışacağam. Mənə Sofokl və ya

Evripidadan parça oxu". Demosfen

oxuyur. O qurtaranda aktyor şeiri yenidən

özü oxuyur. Bu zaman Demosfenə elə

gəlir ki, sanki o, tamamilə digər şeiri

eşidir. O, indi başa düşürdü ki, nitq

gözəlliyinə onda olmayan dilin ifadəliliyi

ilə nail olunur və o, ikiqat səylə işə

başlayır. Nəticə etibarı ilə, Demosfen öz

dilinin çatışmazlığını islah etməyi

qərarlaşdırır. Heç kimin ona mane

olmaması üçün tənha bir yerə çəkilir,

gündə bir neçə saat tələffüzünün



anlaşılmazlığını düzəltmək üçün

tapşırıqlarla məşğul olur. O, ağzına daşlar

toplayır və ucadan danışmağa çalışır. O,

dağa qalxarkən və ya dəniz sahilində

gəzərkən şeirləri ucadan tələffüz etməyi

öyrənir və öz səsi ilə dalğaların səsini

boğmağa çalışırdı. Demosfen danışarkən

çiynini atmağı tərgitmək üçün tavandan

asılı cidanın altında durarmış. Bəzən

gənc iki ay, üç ay, nəhayət heç evdən

bayıra çıxmır və nəhayət, tamamilə səs və

jestə yiyələnir. Uzun və israrlı səylərdən

sonra Demosfen öz məqsədinə nail olur

və görkəmli natiqə çevrilir. Amma o,

hazırlaşmadan heç vaxt danışmaz,

həmişə yazılmış mətni əzbərdən

öyrənərdi; axşamlar lampanın işığında o,



çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər

bir sözü götür-qoy edərdi. Bütün bunların

nəticəsində böyük natiq rəqiblərinin

tənqidinə tuş gəlir. Onlar Demosfenin

ilham və təbii istedadının olmadığını iddia

edirlər. Bir dəfə rəqiblərindən biri onu

tənqid edir: "Sənin dilindən yağ iyi gəlir",

daha doğrusu, "sən bütün gecəni yağ

çırağının işığının altında oturursan".

Uzunmüddətli məşqlər Demosfeni

natiqlik sənətinin zirvəsinə yüksəltdi.

Hətta rəqibləri belə onun natiqlik

məharətinin gücünü və ustalığını etiraf

etməyə məcbur olurlar. Onun dilinin qeyri-

adi sadəliyinin ifadəsi ən böyük duyğu və

düşüncələri, aydınlıq və inandırıcılıq gücü

ilə birləşir. Demosfen həmişə öz nitqinin



məzmununa ciddi şəkildə sadiq qalır, boş

cəfəngiyatı sevmirdi. O, nitqini sakit

şəkildə deyirdi, dinləyicilərin ağlına təsir

edərək, onları duyğu hissi ilə fəth edirdi,

müdafiə edilən işin düzgünlüyündə onlara

həddindən artıq inanırdı. Siseron onun

haqqında demişdir: “Kim Demosfen

olmaq istəmirsə, o natiq deyil”. 

Demosfenin 30 yaşı olanda, o, artıq

dövlət işlərində iştirak etməyə başlayır və

natiqlik istedadının var gücü ilə

Yunanıstanın bütün təhlükəli

düşmənlərinə – Makedoniya çarı Filippə

qarşı belə çıxır. Onun vətənə olan hədsiz

sevgisi böyük natiqi makedoniyalılara və

onların bütün Yunanıstandakı

yardımçılarına qarşı mübarizəyə



ilhamlandırır. 

Demosfen natiqlik sənəti

nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə

bağlı bir sıra əsərlər yazmış, bu elmi

nəzəri və praktik cəhətdən şərh etmiş,

faydalı fikirlər söyləmişdir. Məsələn, ona

görə, natiqlik sənətində aşağıdakı

tələblərə əməl olunmalıdır: 1) materialın

toplanması; 2) materialın məqsədəuyğun

söylənilməsi üçün planın tərtibi; 3) nitqin

məzmununun öyrənilməsi,

mənimsənilməsi; 4) məzmunun

dinləyicilər qarşısında söylənilməsi. 

Demosfenin tələffüzü aydın, anlaşıqlı idi.

O, özünün dərin məntiqi, rəngarəng

intonasiya çalarları, müraciət formaları,

ritorik sualları ilə dinləyiciləri cəlb edə



bilirdi. Demosfen nitqlərində Afinanın

satqın və fəaliyyətsiz hakimlərini ifşa edir,

onları ədalətli olmağa çağırırdı. Məhz bu

keyfiyyətlərinə görə afinalılar böyük

inamla danışan Demosfenin nitqinə

həvəslə qulaq asır, onu axıra qədər

dinləyirdilər. 

Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı

yunan natiqlik sənətində də geriləmələr

baş verir. Gözəl nitq öz siyasi xarakterini

itirir, canlı, konkret şəraitdən uzaqlaşır,

daha çox təntənə nitqinə çevrilir. Yunan

natiqliyinin tənəzzülündən sonra onun

mərkəzi qədim Romaya köçür. Roma

demokratiyası üçün günün tələblərinə

cavab verən, canlı fəaliyyətdə olan

natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma



natiqlik sənətinin yaranması və inkişafına

güclü təkan verirdi. Qədim dünyanın bu

dövləti natiqlik sənətinə bir sıra görkəmli

şəxsiyyətlər bəxş etmişdir. Katon, Qrakxi,

Antoni Mark kimi söz ustaları Roma

natiqlik məktəbinin yetişdirmələri

olmuşlar. Bunların içərisində bir natiq kimi

dünya şöhrəti qazanmış görkəmli dövlət

xadimi, mütəfəkkir Mark Tuli Siseron

xüsusilə fərqlənirdi. Siseron natiqlik

sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut,

yaxud məşhur natiqlik haqqında” və

“Natiq” traktatlarını yazmışdır. Bu üç

traktat natiqlik sənətinin tarixi, üslubiyyat,

nitq mədəniyyəti məsələlərinin nəzəri və

praktik şərhi baxımından çox

əhəmiyyətlidir. Bu əsərlərdən ikisində



(“Natiqlik haqqında”, “Brut, yaxud məşhur

natiqlik haqqında”) Siseron dövrün

məşhur natiqləri ilə aparılan dialoqlarla

natiqlik sənətinin mahiyyəti, bu sənətin

fəlsəfəyə münasibəti kimi məsələləri şərh

etmiş, özünün təsəvvür etdiyi ideal natiq

surətini yaratmışdır. Üçüncü traktatda

(“Natiq” əsərində) müəllifin natiqlik sənəti

barədə qiymətli fikirləri söylənilmişdir:

“Natiq olmaq üçün birinci və zəruri şərt

təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər

istedad insanın gözəlliyidirsə, bu

gözəlliyin rəngi natiqlikdir”. “Ancaq

müdrik adam həqiqi natiq ola bilər, ... kim

gözəl danışırsa, o, bütün xeyirxah

cəhətləri özündə təcəssüm etdirir və buna

görə də müdrikdir”. Siseron həm də yeni



natiqlər üçün maraqlı praktiki göstərişlər

və tövsiyələr, öz nitqindən nümunələr

verir, “nitq stili” nəzəriyyəsini ifadə edir, öz

sələflərini xarakterizə edir və müasirləri

ilə mübahisəyə girişir. Siseron yaxşı,

müstəqil natiq olmaq üçün geniş fəlsəfi

təhsili vacib hesab edirdi və əxlaqi və

siyasi xarakterli fəlsəfi problemlərə az

diqqət yetirirdi. 

Siseronun nitqindəki süjet xətti və

məqamına görə işlədilən natiqlik

priyomları diqqəti cəlb edir. Xatırladaq ki,

yunan dilini gözəl bildiyi üçün Demosfenin

nitqlərində ritorika məktəblərində təbliğ

olunan “attika üslubu”ndan geniş istifadə

etmişdir. Siseron eyni sxemliliyi, demək

olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri



təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq

nitqinin təhkiyə hissəsini daha təsirli,

daha maraqlı qurmağa çalışmış, yeri

gəldikcə tarixi lətifələrdən, haqqında

danışdığı hadisələrdən, atalar sözü və

xalq məsəllərindən, bədii sual, xitab və

nidalardan, antitezislərdən məharətlə

istifadə etmişdir. Siseronun nitqlərindən

53-ü tamamilə saxlanılmışdır, 35-ni isə

başlıqlarla tanıyırıq. Onun "Natiqlər

barəsindəki" traktatı zəmanəmizə qədər

məhkəmə ritorikasının dərs vəsaiti kimi

xidmət edir. Natiqlik məharəti qarşısında

duran vəzifələri Siseron aşağıdakı kimi

qısaca ifadə edir: «Forumda və

məhkəmədə çıxış edən, sübut etməyi,

məftun etməyi və inandırmağı bacaran



adamı gözəl natiq hesab etmək olar.

Sübut etmək vacibdir, məftun etmək

zövqverəndir, əgər işi udmaq istəyirsənsə,

məhz bu sonuncu xüsusiyyət daha

vacibdir; natiqlər qarşısında nə qədər

vəzifələr dayanır, nə qədər natiqlik

istedadı növləri mövcuddur: incəliklə

sübut etmək lazımdır, ölçü ilə məftun

etmək, hərarətlə inandırmaq; bütün

bunlara natiqin gücü daxildir». Siseron

uzunmüddətli natiqlik fəaliyyətində

müxtəlif qəbildən olan dinləyicilər

qarşısında müxtəlif məsələlər barəsində -

məhkəmədə vətəndaş və cinayət

məsələləri üzrə, senatda və

komitiorumda siyasi mövzular barəsində

çıxış etməli olmuşdur. Məhkəmə işlərində



Siseron əksər hallarda müdafiəçi kimi

çıxış etmişdir. 

Siseronun nitqinin daha zəif tərəflərini

onların quruluşunda hesab etmək olar.

Siseron əvvəlcədən özünə nitq planı təyin

edən və ona qəti surətdə əməl edən,

özünü qibtə ilə yaşca ondan böyük olan

Qortensiya ilə müqayisə edir; Siseron

daha fəal və emosionaldır, əksinə,

Qortensiya isə özü ifadə etdiyi plandan

tez-tez uzaqlaşırdı. Onun nitqinin digər

böyük çatışmazlığı bir fıkrin və ya eyni

fikirlərin gərəksiz uzunçuluq və

təkrarlardan ibarət olmasıdır. 

Qədim Roma natiqlik məktəbinin

nümayəndələrindən biri də Mark Fabiy

Kvintilian olmuşdur. O, natiqlik



nəzəriyyəçisi kimi tanınmışdır. Açdığı

ritorika məktəbi ona şöhrət gətirmişdi.

Kvintilian “Natiqlik təhsili” adlı kitabdan

ibarət əsər yazmışdı. Həmin kitabda

natiqlik sənətinin elementləri və

ritorikanın mahiyyəti, nitq üzərində işin

mərhələləri (mövzunun seçilməsi,

yerləşdirilməsi, yadda saxlanılması, nəqli,

aydın tələffüzü), natiqlik sənətinə,

natiqlərin fəaliyyətinə verilən tələblər şərh

olunmuşdur. Kvintilian natiqlik sənətinə

yiyələnməyi təhsilin zirvəsi hesab edirdi.

O, bunu obrazlı şəkildə belə ifadə edirdi:

“Şair doğulurlar, natiq isə olurlar. Natiqlik

sənətinə isə təlimin köməyi ilə yiyələnmək

mümkündür”. 

Qədim Romada natiqlik sənətinə böyük



maraq göstərilirdi. Adamlar məşhur söz

ustalarının nitqini öyrənir, hətta çox halda

əzbərləyirdilər. Danışanlar öz fikirlərini

əsaslandırmaq üçün lazım gəldikdə

natiqin nitqindən müəyyən parçaları

nümunə kimi verir, ona istinad edirdilər.

Roma natiqlik sənətinin inkişafı üzün

sürmür. Respublikanın süqutundan sonra

natiqlik sənəti tənəzzülə doğru gedir.

İmperiya natiqliyin qarşısını alır, bu sənət

din xadimlərinin əlində moizə söyləmək,

dini qanunları, ehkamları təbliğ etmək

vasitəsinə çevrilir.

İstifadə olunmuş ədəbiyyat

siyahısı




Yüklə 72,84 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin