“Azərbaycan”.-2012.- 13 oktyabr.- № 230.-S.6.
Gənclər siyasəti Azərbaycan dövlətinin prioritetidir
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının yeni mərhələdə Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilib.
Ölkəmizin inkişafına xidmət edən dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi yerin ayrılması bu
inkişafın daha sürətli şəkil almasında xüsusi əhəmiyyətə malikdir. Məhz dövlət tərəfindən göstərilən diqqət və
qayğının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi həm ölkəmizin suverenliyi və ərazi bütövlüyünün keşiyində
ayıq-sayıq dayanır, bacarıqlı kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, həm də dünya səviyyəli tədbirlərdə,
idman yarışlarında fərqlənərək bayrağımızın yüksəkliklərə qaldırılmasını təmin edir.
Ümummilli lider sovet Azərbaycanına, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə gənclər siyasəti
dövlətin prioritet istiqamətlərindən birini təşkil edib. Əslində, Azərbaycanda bu gün
həyata keçirilən və yüksək
nəticələr verən gənclər siyasətinin əsası ötən əsrin yetmişinci illərində qoyulub. Ümummilli liderin rəhbərliyi ilə
həyata keçirilən siyasət nəticəsində bütün dövrlərdə Azərbaycan gənclərinin öz potensialını həyata keçirmələri üçün
münbit şərait yaradılıb. Respublikanın inkişafı üçün dərin elmi savada və müxtəlif ixtisaslara yiyələnmiş kadrların
vacib olduğunu nəzərə alan ulu öndər Heydər Əliyev bu cür kadrların hazırlanması məsələsinə xüsusi diqqət
ayırırdı. Heydər Əliyevin təşəbbüsü nəticəsində gənclərimiz keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində
oxumağa göndərilirdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra da
gənclərə diqqət və qayğı dövlətin prioritetləri sırasında ilk yerlərdən birini tutub. Ulu öndər gəncləri müstəqil
Azərbaycan dövlətinin quruculuq prosesində daha yaxından iştirak etməyə səsləyirdi. 1994-cü ildə Heydər Əliyevin
fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizə dövlət quruculuğu prosesində daha mütəşəkkil
və təkmil şəkildə iştirak etmək üçün bir yol göstərmiş oldu.
Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına
çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il
fevralın 2-də keçirilən forum ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu.
Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı. 1999-cu ilin iyulunda ulu öndər
Heydər Əliyev tərəfindən "Dövlət gənclər siyasəti haqqında" fərman imzalandı.
Həmin fərmana uyğun olaraq,
təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı. Bu qanun ölkəmizdə
gənclərin inkişafında, dövlətlə münasibətlərinin formalaşmasında yeni bir mərhələnin başlanğıcını qoydu. Ulu
öndərin müəyyənləşdirdiyi gənclər siyasətinin əsasında azərbaycançılıq ideologiyasından qaynaqlanan dövlətin
inkişafı, xalqımızın rifahının yüksəldilməsi yönündə fəaliyyət və tolerantlığın inkişaf etdirilməsi dayanır.
Azərbaycan Respublikasının gənclər siyasətinin prioritetlərindən biri budur ki, gənclərin ləyaqətli vətəndaş kimi
yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar. Ulu öndər Heydər Əliyev bildirmişdi:
"Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt Vətəninə, xalqına ögey münasibət
bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidirlər.
Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz".
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin
gələcək inkişafında dərin izlər buraxdı. Ulu öndərin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən, fevralın
2-si Azərbaycan Gəncləri Günü elan edildi. Ümummilli lider gənclər sahəsində dövlət
siyasətinin uğurla həyata
keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etdi. 1996-2002-ci illərdə qəbul
olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında",
"Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və
sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi
haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş,
onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin
məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir. Qəbul edilmiş qanunlar və dövlət proqramları gənc nəslin mütəşəkkil
qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı
məşğulluğunun təmin olunmasına təsir göstərdi.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs müasir mərhələdə Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün sahələr üzrə qazanılan nailiyyətlər
dövlətimizin iqtisadi-siyasi
potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə,
onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə
gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər
siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin
genişləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir.
Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də
təsdiqləyir.
Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların
cəmiyyət
həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı,
intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı
məsələləri əhatə edir. Hazırda Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə
gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq
nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından
iştirak edirlər.
6 aprel 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı haqqında sərəncam imzalandı. Gənclərin elm, təhsil, mədəniyyət və digər
sosial sahələrə yönələn
fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradıldı. 2005-2009-cu illər üçün Azərbaycan
Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdırsa, yeni proqrama ayrılan vəsait bundan
dəfələrlə çoxdur. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf
etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər
sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi
düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli
yararlanmasına şərait yaradıb. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması,
onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə
qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərə dövlət qayğısının artırılması
məqsədinə xidmət edir. Dövlət proqramının həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik,
azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual
və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından
irəli gəlir. Dövlət proqramının əsas məqsədi isə Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf
etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına
şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı
məsələlərini və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Əslində, qəbul olunan proqram dövlət-vətəndaş münasibətlərinin formalaşdırılması istiqamətində yeni bir
mərhələ sayılmalıdır. Bu proqram qarşılıqlı şəkildə həm də dövlətin gənclər qarşısındakı məsuliyyətinin,
vəzifələrinin müəyyənləşməsində mühüm obyekt kimi səciyyələndirilməlidir. Çünki proqramda gənclərin hərtərəfli
inkişafı üçün şəraitin yaradılması, o cümlədən gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və
məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi kimi məsələlərin yer alması
dövlətin gənclər qarşısında yeni vəzifələr müəyyənləşdirməsindən xəbər verir. Bu isə o deməkdir ki, Prezident
İlham Əliyevin yürütdüyü gənclər siyasəti qarşılıqlı surətdə vəzifələrin müəyyənləşdirilməsinə əsaslanan diqqət və
qayğını özündə təzahür edir. Yəni, dövlət və gənclik mütənasib inkişaf trayektoriyası
yaratmaqla biri-birilərinin
inkişafını şərtləndirir...
Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını,
cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş
prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və
mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni
həyatında iştirakının təmin edilməsidir.
Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə
öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Bu gün ölkəmizdə
gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki
inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yardımı, o cümlədən gənclər təşkilatlarına