BAĞIŞLAMA MÜQAVİLƏSİ
Bakı şəhəri 16 may 2020-ci il
Bir tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı _____________ (bundan sonra «Hədiyyə verən» adlandırılacaq) və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən, Direktoru ___________ MMC (bundan sonra «Hədiyyə alan» adlandırılacaq), birlikdə «Tərəflər», ayrılıqda isə «Tərəf» adlandırılacaq, aşağıdakılar barədə bu Bağışlama Müqaviləsini (bundan sonra «Müqavilə» adlandırılacaq) bağladılar:
1. MÜQAVİLƏNİN PREDMETİ
Bu Müqavilə əsasında Hədiyyə verən Hədiyyə alana LG markalı şkaf tipli kondisioneri (bundan sonra “Əşya”) bağışlamağı öhdəsinə götürür.
Hədiyyə verən təsdiq edir ki, Əşya onun mülkiyyətindədir, üçüncü şəxslərin hüquqları ilə yüklü deyil və heç bir tələb predmeti deyil.
Əşya Tərəflər arasında imzalanan təhvil-təslim aktı imzalanmaqla 30 iyun 2020-ci il tarixinədək Hədiyyə alana ______ ünvanında bağışlanacaqdır.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1. Hədiyyə verən vəd etdiyi əşyanı hədiyyə alan onu qəbul edənədək istədiyi vaxt geri götürə bilər.
2.2. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
2.2.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
2.2.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
2.2.3. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə;
2.2.4. Vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri pisləşdikdə;
2.2.5. Vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə öhdəlikləri yarandıqda.
2.3. Hədiyyə alan əşyanın (hədiyyənin) verilməsi anına kimi ondan imtina edə bilər.
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Əşya Müqavilənin 1.3-cü bəndində göstərilən ünvanda Hədiyyə alan tərəfindən qəbul edilənədək Hədiyyə verən Əşyaya dəyən itki və zərər ilə bağlı məsuliyyət daşıyır.
Müqavilənin 2.3-cü bəndində göstərilən halda Hədiyyə verən Hədiyyə alan tərəfindən hədiyyənin qəbul edilməməsi ilə əlaqədar olaraq ona dəymiş real zərərin əvəzinin ödənilməsini Hədiyyə alandan tələb edə bilər.
Hədiyyə alan Hədiyyə verən tərəfindən Əşyanın geri alınması və bağışlamaqdan imtina ilə bağlı zərərin əvəzinin ödənilməsini Hediyyə verəndən tələb edə bilməz.
Tərəflər fors-major hallarında bu Müqavilə şərtlərinin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edilirlər.
4. FÖVQƏLADƏ HALLAR (FORS-MAJOR)
4.1. Tərəflər fors-major səbəblərinə görə Müqavilə üzrə üzərilərinə götürdükləri öhdəlikləri vaxtında, tam və ya lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə fors-major termini özündə təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, kütləvi iğtişaşlar və s. analoji səbəbləri, hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamlarını, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri-mümkün ola bilən səbəbləri cəmləşdirir;
4.2. Fors-major halları zamanı və ondan sonra Tərəflərin Müqavilə üzrə öhdəliklərinin tənzimlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılır.
5. MÜBAHİSƏLƏRİN HƏLLİ
5.1. Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr danışıqlar və qarşılıqlı razılaşma yolu ilə həll edilir. Mübahisələr danışıqlar yolu ilə nizama salınmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
5.2. Müqavilə ilə tənzimlənməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
MƏXFİLİK
Tərəflər bir-birilərinə aid, o cümlədən, rəhbərliyinə, təsisçilərinə, işçilərinə və müştərilərinə aid olan hər hansı texniki, texnoloji, ticari, təşkilatı, maliyyə və ya şəxsi məlumatın və ya proqramlar şəxslər haqqında bilgilərin və ya formasından və tərkibindən asılı olmayaraq başqa informasiyanın, xüsusilə maliyyə məlumatların, bundan sonra “Məxfi Məlumat” məxfiliyini qorumalıdır.
Məxfi Məlumatın açıqlanması Məlumatın aid olduğu Tərəfin qabaqcadan verilmiş yazılı razılığı əsasında və ya müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mümkündür.
7. DİGƏR ŞƏRTLƏR
7.1. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 iyul 2020-ci il tarixinədək qüvvədə qalır.
7.2. Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənir və yazılı şəkildə Müqaviləyə əlavə edilir. Birtərəfli qaydaya heç bir dəyişiklik edilə bilməz.
7.2. Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) əsl nüsxədə tərtib olunub və müvafiq Tərəflərə təqdim olunub.
HƏDİYYƏ VERƏN tərəfindən: HƏDİYYƏ ALAN tərəfindən:
____________________
|
___________________
|
Dostları ilə paylaş: |