Baki döVLƏt universiteti Tələbə: Ziya Əzizli Fakültə: Hüquq İxtisas



Yüklə 193,41 Kb.
səhifə1/2
tarix28.11.2023
ölçüsü193,41 Kb.
#169339
  1   2
Ədəbi dil və onun təşəkkülü





BAKI DÖVLƏT UNİVERSİTETİ

Tələbə: Ziya Əzizli
Fakültə: Hüquq
İxtisas: Hüquqşünaslıq
Qrup: 1598
Kurs: 1
Müəllim: İlhamə Hacıyeva
Fənn: ADİAK
Mövzu: Ədəbi dil və onun təşəkkülü və görkəmli nümayəndələri


Bakı-2022

Azərbaycan ədəbi dili tarixi, ümumən Azərbaycan mədəniyyəti tarixinin üzvü bir hissəsi kimi, Azərbaycan xalqının əsrlərin mübarizəsindən uğurla qoruyub saxladığı ümmədəni hadisələr tarixidir.


Soy-kök etibarilə qədim köklərə malik türk xalqları ailəsinə daxil olan Azərbaycan xalqı bəşər mədəniyyəti tarixinə yüksək intellektual potensiala malik şəxsiyyətlər şairlər, filosoflar, alimlər vermiş, hər zaman öz kökündən qidalanaraq inkişaf etmişdir. Azərbaycan mədəniyyətinin ağır hissəsini təşkil edən Azərbaycan ədəbi dili tarixi ümum türk mədəniyyətinin regional təzahürüdür.
Ümumi türk dili tarixinə həsr olunmuş tədqiqatlar, xüsusilə prof. Əhməd Cəfəroğlunun tədqiqatı göstərir ki, müxtəlif türk etnik regionlarında meydana çıxan türk ədəbi dillərinin tarixi ümumtürk dil tarixi anlayışını istisna etmir, əksinə, tamamlayır və belə qənaəti möhkəmləndirir ki, müstəqil türk ədəbi dilləri ümumi bir türk ədəbi dili mühitinin məhsulu olub, məhz həmin mühitin əks olunduğu coğrafi arialda formalaşır, etnik-mədəni ehtiyacı ödəyir, sonra isə məhv olub gedir (?-S.M.), yaxud dəyişikliyə uğrayır, yerinə yeni ədəbi forma gəlir. Lakin hər bir yeni forma özündən əvvəlki normativ formanın təcrübəsinə və ümumi türk ədəbi dili ünsürlərinin inkişafına əsaslanır. Tədqiqatlar göstərir ki, ümumən ədəbi dil və onun tarixi inkişafi xalqın tarixi inkişafı ilə qırılmaz tellərlə bağlı bir hadisədir. Dilin xalqa bağlılığı sonradan ədəbi dilin inkişafı üçün əsas zəmin olmuş, ədəbi dillərin inkişaf səviyyəsinin əsas meyarı hesab edilmişdir.
Ədəbi dil xalqın intellekti ilə bilavasitə bağlıdır. Xalqın intellektual potensialı ədəbi dilin yaranmasını təmin edən başlıca amildir. Ədəbi dil həm də tarixi mədəni hadisədir . Hər vəziyyətdə "qədim (rus) ədəbi dilinin bünövrəsi (əsası -S.M.) (şərqi slavyanların canlı, doğma) xalq dili hesab edilir.

Çünki xalq dili xalqın özü qədər qədimdir, xalqın özü ilə həmyaşıddır, xalqın özü qədər sadə və səmimidir" . Bəzi elmi mənbələrdə Azərbaycan-türk dilini Səlcuqların Azərbay cana gəlişi ilə cavanlaşdırmaq meyilləri məsələnin üzdən izahı kimi qəbul oluna bilər. Çünki "Azərbaycan-türk dilinin təşəkkülünü Səl cuqların boynuna bağlamaqla bu dilin ondan əvvəlki dövr minillik inkişaf yolunun üzərinə qara pərdə çəkmək olmaz". Son məlumatlara görə, Səlcuqlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı" .


Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biri kimi özü qədər qədim tarixə malik ədəbi dil ənənəsinə malikdir. Bu gün Azər baycan dili tarixi və eləcə də Azərbaycan ədəbi dili tarixçilərinin ümumən ədəbi dil haqqında yekdil fikri professor .Dəmirçizadənin ədəbi dil haqqında çox yığcam və konkret şəkildə səciyyələndirdiyi "Ədəbi dil seçmə və əvəzetmə əməliyyatı aparılmaqla normaya salın miş dildir"ormulası ətrafında birləşir.
Ədəbi dilin tarixi eyni zamanda üslublar tarixi olsa da, bu üslublar sırasında aparıcı mövqe tutan bir üslubun olması da tarixi həqiqətdir. Bu, bədii üslubdur.
Azərbaycan ədəbi dili tarixində bədii üslub Azərbaycan xalqının təşəkkülü dövründən (doğrudur, ilk dövrlərdə bu üslubun daşıyıcısı xalqın şifahi ədəbiyyat nümunələri - folklor janrları olmuşdur) XIX əsrin birinci yarısına qədər Azərbaycan ədəbi dilinin aparıcı üslubu olmuşdur. "İstər tarixən qədimliyi, istərsə də müasir mərhələdəki inki şafı baxımından bədii üslub ədəbi dilin digər funksional üslublarından seçilir. Azərbaycan yazılı ədəbi dilinin təxminən minillik tarixi müəyyən mənada bədii üslubun inkişaf tarixi deməkdir. Belə bir fakt inkaredilməzdir ki, Azərbaycan ədəbi dilinin XIX əsrin ikinci yarısına qədərki tarixi əslində bədii üslubun tarixi olmuşdur" .
Azərbaycan ədəbi dili tarixən iki istiqamətdə inkişaf etmişdir:

1. Azərbaycan ədəbi dilinin şifahi qolu;


2. Azərbaycan ədəbi dilinin yazılı qolu.
Bununla əlaqəli olaraq Azərbaycan ədəbi dili tarixinin də iki növünü ayırmaq olar:
1. Azərbaycan şifahi ədəbi dilinin tarixi;
2. Azərbaycan yazılı ədəbi dilinin tarixi.
Azərbaycan şifahi ədəbi dilinin tarixi Azərbaycan yazılı ədəbi dilinin tarixindən daha qədim tarixə malik olmuş, Azərbaycan xalqı təşəkkül tapdığı gündən demək olar ki, Azərbaycan xalqının şifahi ədəbiyyatı və müvafiq olaraq onun şifahi ədəbi dili yaranmışdır. Tədqiqatlar göstərir ki, şifahi ədəbi dil Azərbaycanda qəbilə-tayfa quruluşuna keçid dövründə formalaşmağa başlamış, şifahi ədəbi dili mizin müəyyənlik alması Azərbaycan xalq dilinin təşəkkülü ilə bila vasitə bağlı olmuşdur. Azərbaycan dilinin formalaşması prosesində ilk öncə canlı danışıq dili zəminində şifahi ədəbi dil əmələ gəlmiş, son ralar şifahi ədəbi dil əsasında yazılı ədəbi dil təşəkkül tapmışdır. Müəy yan edilmişdir ki, XIII əsrə qədər, təqribən V-IX əsrlərə qədər Azər baycan xalqının və ümumxalq Azərbaycan dilinin təşəkkül tapması üçün şərait yaranmışdır . Məhz belə bir şəraitdə formalaşmağa başlayan Azerbaycan ədəbi dili iki əsas: 1) türk mənşəli canlı danışıq dili əsasında VI-XI yüzillikdə şifahi; 2) XI-XIII yüzilliklərdən yazılı qollar üzrə öz təşəkkülünü başa çatdırmışdır . Təşəkkül döv ründə, xüsusilə qəbilə-tayfa quruluşu dövründə cəmiyyətdə insanlar arasında ünsiyyət əsasən şifahi yolla olduğu üçün, xalqın ilk yaradıcılıq nümunələri də məhz "ibtidai şərqilər" və şifahi ədəbiyyat nümunələri olmuşdur.
Son elmi mənbələrdə ümumən Azərbaycan ədəbi dilinin həm şifahi, həm yazılı

qollar üzrə təşəkkül tarixinin müvafiq olaraq VI-VIII (şifahi ədəbi dil) və IX-XII (yazılı ədəbi dil) əsrlərə qədər dərinləş dirilməsi, hər şeydən əvvəl. Azərbaycan dilçilik elminin yal nız nailiyyəti kimi qəbul edilə bilər.


Ümumiyyətlə, III-V, bəzi mənbələrdə III-VII əsrlərdə formalaşan Azərbaycan xalqı və onun "ümumxalq dili əsa sında yaranmış" "Azərbaycan ədəbi dili qədim yazısı olan türk ədəbi dillərindən biridir"və bəlkə də birincisidir.
Cənubi Qafqaz regionunda məskunlaşan aborigen türk qəbilə və tayfalarının əsasında formalaşmış Azərbaycan xalqı öz intellektual potensialı ilə hətta daxil olduğu böyük türk ailəsində belə seçilmişdir. Qədim köklərə malik Azərbaycan xalqı həm də zəngin yazılı ədəbi dil ənənəsinə malikdir. Azərbaycan yazılı ədəbi dili tarixi, şifahi ədəbi dili tarixi kimi, Azərbaycan xalqının ümummədəni tarixinin ən parlaq atributlarından biri olmaqla, bu xalqın uzun əsrlər boyu zəngin intel lekt səviyyəsinə güzgü tutan, xalqın ümummədəni səviyyəsini səciy yələndirən başlıca amillərdən biridir.
Xalqın özü ilə həmyaşıd olan Azərbaycan şifahi ədəbiyyatı üzə rində ucalan Azərbaycan yazılı ədəbi dili orta əsrlərdə "türki" termini ilə adlandırılaraq Ön Asiya, Kiçik Asiya, Orta Asiya, Xəzər dənizinin qərb, cənub zonasında, Qara dənizin şərq, cənub dairəsində, Turan ellə rində ədəbi dil anlayışını ifadə etmiş, ədəbi vasitə kimi digər türk dillə rinin də mədəni səviyyəsinin inkişafına imkan yaratmış, bu xalqların da böyük şairləri türkide yazıb-yaratmışlar. Beləliklə, müasir anlamla desək, çağdaş Azərbaycan türk dilinin zəminində o zaman bütün türk qövmündə türki ən əlverişli vasitə kimi geniş türk arealında fəaliyyət göstərmişdir . Təsadüfi deyildir ki, türk xalqları sırasında bu gün elə ləri var ki, onlar Nəsimini, Füzulini öz milli şairləri hesab edirlər. Tarixin gedişi ilə

hər bir türk dili öz arealına çəkildikdən sonra (diferen siallaşmadan sonra) Nəsiminin də, Füzulinin də öz milli kökləri ilə ən çox Azərbaycan türk dilinin faktı olmasını tarix özü təsdiqlədi.


Azərbaycan dili təbiəti etibarilə tez, maneəsiz yayılma və mənim sənilməsinə görə "Avropada fransız dili kimi" türk xalqlarının məs kunlaşdığı ərazilərdə bu xalqlarla digər azsaylı xalqlar arasında əsas ünsiyyət, kommunikasiya vasitəsi olmuşdur.
Azərbaycan yazılı ədəbi dili tarixi Azərbaycan xalqının ömrü boyu qazandığı ən böyük ədəbi-mədəni nailiyyətidir.
Azərbaycan yazılı ədəbi dilinin təşəkkülü müəyyən mənada İslam dininin Azərbaycanda qəbul edilməsilə də əlaqəlidir. Məlumdur ki, ədəbi dil xalqın ümumi səviyyəsi, onun mənəviyyatı, etnik təfəkkür səviyyəsi, etnik dünyagörüşü ilə sıx əlaqədədir və bunlar xalqın ədəbi dilinin inkişafına ciddi təsir göstərə bilər.
Tarixi məxəzlərdən aydın olur ki, VII əsrin ortalarında VIII əsrin əvvəllərində İslam dini Azərbaycanda hakim ideoloji məfkurəyə çevrilmişdi. İslamın əsas qanunları qədim türklərin (eyni zamanda Azərbaycanda aborigen və zaman-zaman məskunlaşan Azərbaycan türklərinin də) tapındıqları tanrıçılıq dininin əsas müddəaları ilə üst üstə düşdüyündən qədim azərbaycanlılar İslam dinini ağrısız-acısız qəbul etdilər . Fikrimizcə, türklər, xüsusən azərbaycanlı türklər İslamda öz qədim dinlərinin - tanrıçılıq ideologiyasının elementlərini gördükləri üçün İslama tapındılar. Prof. .Dəmirçizadəyə görə "Azərbaycan xalqı islamiyyəti əvvəl qəbul etmiş türkdilli xalqlardandır və digər türkdilli xalqlardan əvvəl də ərəb əlifbası əsaslı yazılı ədəbi dilini formalaşdırmışdır". "İslamı qəbul edən türklər (söhbət Azərbaycan türklərindən gedir S.M.) uzun zaman onun mərasimlərini icra edərək, onu məişətin müxtəlif sahələrində (xüsusilə

şəhərlərdə) tətbiq edərək özlərini müsəlman sayır və vəzifə lərini bitmiş hesab edirdiler, yaradıcı təfəkkür, daxili təbəddülatlar isə daha çox İslamı qədim türk dini kontekstində dərk etmək istiqamətində gedir. Eyni zamanda nəzərə almaq lazımdır ki, İslam dininin yeganə dili ərəb dili idi, müqəddəs mətnlər ancaq bu dildə olmalı idi: ərəb də, fars da, türk də ərəbcə yazıb-oxumalı idi ki, həmin qayda İslamın tam gücü ilə qeyri-ərəb xalqları tərəfindən anlaşılmasına mane olmuş müxtəlif sufi məktəblərin yaranmasına, islamın obrazlaşmasına gətirib çıxarmışdır" .


Bununla belə, o da maraqlıdır ki, "Azərbaycanda məskunlaşan ərəb tayfaları Ərəbistanın bir-biri ilə düşmənçilik edən müxtəlif əra zilərindən olduqlarına görə onların arasındakı ixtilaflar burada da qızışdı... Azərbaycandakı ərəblər ərəb mədəniyyəti mərkəzləri ilə əla qəni itirdikdən sonra tədriclə ana dili və adətlərini unutmağa başlayıb, yerli türk əhalisinin dilində danışmağa keçdilər, onlarla qaynayıb qarışaraq, onların həyat tərzini, geyim, yemək və s.-ni qəbul etdilər. Bunların hamısına onların ümumi dini olan İslam dininin etdiyi kömək az olmadı" .
Ədəbi dil mütəxəssisləri bu gün bir əsas müddəanı təsdiqləyirlər. Azərbaycan ədəbi dilinin ilk öncə şifahi təzahürü olmuş, onun əsa sında XI əsrdən (son tədqiqatlara görə "Kitabi-Dədə Qorqud" kamil şəkildə ilk dəfə XI yüzildə yazıya alınmışdır) üzü bəri yazılı variantı inkişaf tapmışdır və yazılı ədəbi dilin rüşeymi (əsası) şifahi ədəbi dilin bətnində yetişmiş, yaranmışdır.
Azərbaycan xalqının bir türksoylu qəbilə birləşməsi kimi formalaş ması və vahid Azərbaycan türk qövmü kimi yetkinləşməsi isə ədəbiyyat larda eradan əvvəl birinci minilliyin birinci yarısı ilə bağlanır. Mənbə lərin şəhadətinə görə Azərbaycanda türkdilli etnosların mövcud olması e.ə. I minilliyin I yarısından qeydə alınır.

Ərəb mənbələri üzrə tədqiqatlar göstərir ki, türk etnoslan Azərbay can ərazisində ən qədim dövrlərdən aborigen xarakterli qəbilə-tayfa birləşmələri olmuşlar. Dünya etnogenezi tarixində türklərlə şumerlərin yaxınlığı barədə çox yazılmışdır və bu prosesin mövcudluğu "mümkün hesab edilmişdir.


"Dünya tarixçiləri bu gün Mesopotamiyada yüksək mədəniyyət qoymuş şumerlərin türk köklü olduğunu iddia etməkdə dayanıqlı ola raq şumer dil yazısının türk dil yazısı ilə çox yaxın olduğunu və şumer yazılarındakı bir çox kəlmələrin qədim türk dilində də eyni olduğunu göstərirlər".
Belə olduğu halda, ərəblər Azərbaycana gələrkən zəngin ədəbi mədəni ənənələrə malik bir xalqla - Azərbaycan (türk) xalqı ilə ədəbi mədəni ünsiyyətə girməyi özlərinin Azərbaycanda nüfuz dairəsini qoru maq üçün əsas vasitələrdən hesab etmişlər. Xüsusən elə bir xalqla ki. onun şifahi yaradıcılıq ənənələri var idi və bu ənənə yalnız ayrı-ayrı qısa lakonik janrlarda yox, həm də irihəcmli "xalq romanları" – dastanlar nağıllar şəklində geniş dairədə fəaliyyət göstərirdi. Öz növbəsində Azərbaycan xalqının öz dövrü üçün mütərəqqi şəxsiyyətləri də İsla min bir ideoloji məfkurə kimi, mütərəqqi cəhətlərini mənimsəyərək (onlardan biri də məhz ərəb əlifbasının qəbul olunması idi), zaman üçün vacib olan ədəbi dilin - hakim ərəb dilinin qayda-qanunlarını menim səyərək fars, ərəb dillərində yazıb-yaratdılar, həm də ərəb qrafikası əsasında Azərbaycandilli əlifbanı (Azərbaycan dilinin fonetik tabia tinə, əsasən, uyğunlaşdırılmış bir əlifbanı) özləri üçün kəşf etdilər və bu əlifbada ana dilində (Azərbaycan türk dilində) yazıb-yaratdılar və bununla Azerbaycanı hem de ilk (!) poliqlotlar diyarı kimi dünya mədəniyyəti müstəvisinə çıxardılar. Tarixən real vəziyyətləri nəzərə alaraq ədalət naminə demək lazımdır ki, islamın Ön ve Orta Asiyada zühur etməsi öz kəm-kəsirləri ilə yanaşı, eyni zamanda bütün türk dünyasında, eləcə də Azərbaycanda irəliləyişlərə də səbəb olmuş, bu ideologiyanın "qəbulu təkcə Azərbaycanda deyil, ümumən

türk dün yasında böyük təbəddülat yaratmışdır. Mərkəzi (Orta) Asiyada, Ural Volqaboyunda, Qafqaz- Kiçik Asiyada İslam, türk xalqlarının yeganə dini olmuş və onların mədəniyyətindəki etnik ümumiliyi funksional ümumiliklə tamamlamışdır".


IX-XI əsrlərdə İslam mədəniyyətinin ümumtürk miqyasında inkişaf etməsində ayrı-ayrı türk xalqları, o cümlədən Azərbaycan xalqı müstəsna rol oynamışdır.
Ümumdünya mədəniyyətinin Yaxın və Orta Şərqdə həlledici amili olan İslam mədəniyyəti yerli türk xalq larının şifahi mədəniyyət nümunələrinin bir daha təsdiqlənməsinə misilsiz şəraitlər yaratdı . Xalq içərisində bu vaxta qədər şifahi şəkildə yayılıb yaşayan "ağız ədəbiyyatı" nümunələri bu dövrlər artıq yazı ədəbiyyatı nümunəsinə çevrilir, xalqın zəngin mədəniyyəti "sənədləşdirilir". Bunun ən tutarlı nümunəsi Azərbaycan türk etnosu nun şifahi təxəyyülünün şah əsəri olan "Kitabi-Dədə Qorqud" əsəri dir. IX-XI əsrlərdə Turan adlanan məmləkətdə ümumtürk ədəbi dili "Divani-luğat it-türk" (Mahmud Kaşğari), "Kutadqu-bilik" (Yusif xas Hacib Balasaqunlu), "Aqibətül-həqayiq" (Xoca Əhməd Yəsəvi) kimi mənbələrin yaranmasına şərait yarandı: bütün bunlar qrafik olaraq ərəb əlifbası imkanları vasitəsilə reallaşırdı. Bu yolla yaranan əsərlər ümumtürk mədəniyyət tarixi üçün misilsiz əhəmiyyət kəsb etdiyi kimi, ayrı-ayrı türk dilləri üçün, eyni zamanda Azərbaycan dili üçün də tarixi-etimoloji mənbə kimi böyük əhəmiyyət kəsb edir. Bu gün M.Kaşğarinin "Divan"ı müxtəlif türk ədəbi dillərinin sistemi kimi, Azərbaycan ədəbi dilinin sistemini də əks etdirir . Eyni fikri "Kutadqu-bilik", "Aqibətül-haqayiq", "Divani-hikmət" haqqında da demək olar. IX-XI əsrlərdə ümumtürk səviyyəsində əldə edilmiş ədəbi dil təcrübəsi XII əsrdən sonra regional xətlər üzrə inkişaf üçün mükəm məl bir bünövrə oldu, Azərbaycan yazılı ədəbi dilinin bu bünövrə üzə rində inkişafını

təmin etdi. Məhz belə bir bünövrə XIII əsrdə İzzəddin Həsənoğlunun kamil bir şair kimi yetişməsində böyük rol oynadı. Bu gün elm aləmində iki qəzəli ilə tanınan İ.Həsənoğlunun çox güman ki, böyük yaradıcılıq xəzinəsinə malik olması və Azərbaycan türk dilində "Divan"ı olması elmi mənbələrdə qeyd olunu.


XIII yüzildən xüsusi intensivliklə və mütəşəkkil ardıcıllıqla inki şaf edən Azərbaycan yazılı ədəbi dili, onun poetexnik səviyyəsi, əsas lüğət fondu, stabil qrammatik quruluşu, zəngin bədii ifadə vasitələri göstərir ki, Azərbaycan ədəbi dili XIII əsrdən öncə kamil təcrübə yolu keçmiş və bu təcrübə əsrlərin sınağından keçən, zaman-zaman şifahi şəkildə nəsillərə ötürülən, Azərbaycan şifahi ədəbi dili ənənələrinə söykənən yüksək mədəni səviyyənin uğurlu nəticəsidir.
Azərbaycan ədəbi dili tarixinin tədqiqi sahəsində maraqlı məqam lardan biri də ədəbi dilin dövrləşdirilməsi məsələsidir.Ədəbi dilin dövrləşdirilməsilə əlaqədar bir sıra dilçi alimlər fikir söyləmişlər. Bu sahədə prof. Ə.Dəmirçizadə, prof. T.Hacıyev, prof. N.Xudiyev, prof. Q.Kazımov Azərbaycan ədəbi dilini müvafiq dövrlərə ayırmışlar. Bu alimlərin irəli sürdükləri mülahizələrə kölgə salmamaq şərtilə, prof. A.A.Axundovun konsepsiyası üzərində dayan maq istərdik.
A.A.Axundov 1973-cü ildə nəşr etdirdiyi "Azərbaycan dilinin tarixi fonetikası" əsərində yazır: "Dil xüsusiyyətlərinə və ictimai amillərə görə Azərbaycan ədəbi dilinin tarixini iki dövrə bölmək olar:

1. Köhnə Azərbaycan dili;


2. Yeni Azərbaycan dili.

Ədəbi dil tariximizin birinci dövrü XIII əsrdən başlayır və XVIII esrin sonu XIX əsrin əvvəllərinə kimi davam edir. Bu dövrün ədəbi dili, yəni köhnə Azərbaycan dili öz inkişafının əvvəlindən sonuna kimi xalq dili, daha doğrusu, feodalizm ictimai quruluşu dövrünün dili olmuşdur" .


Həmin bölgü müəllifin son dövrlərdə çap olunmuş "Dil və ədə biyyat" əsərində kiçik müəllif redaktəsi ilə verilir. Müəllif yazır:
"Bizə görə Azərbaycan ədəbi dilinin inkişaf tarixində iki dövr ayırmaq mümkündür:
1. Əski Azərbaycan dili;
2. Yeni Azərbaycan dili.
İkinci dövrü sadəcə Azərbaycan dili də adlandırmaq olar"
Əski (qədim) Azərbaycan dilini de müellif öz növbəsində iki böyük dövrə ayınır: 1. Əski Azərbaycan dilinin yaranması (XIII-XIV əsrlər);
2. Əski Azərbaycan dilinin sonrakı inkişafı (XV-XVII əsrlər)
Azərbaycan ədəbi dilinin ikinci dövrü - dövrü - dörd mərhələni özündə birləşdirir: yeni Azərbaycan dili

1. Ədəbi dilin xəlqiləşməsi dövrü (XVIII);


2. Milli dilin yaranması və inkişafı dövrü (XIX-XX əsrlər);
3. Sovet dövrü (1920-1990);
4. Çağdaş mərhələsi .
Ədəbi dil tarixi baxımından və dövrləri əhate baxımından bu dövr ləşdirmə, fikrimizcə, daha münasib bölgü hesab oluna bilər, bu bölgü daha əhatəli

və daha ümumidir, çünki bu bölgüdə Azərbaycan dilinin müasir (çağdaş) dövrü də nəzərə alınmışdır.


Azərbaycan ədəbi dili əsrlərin mübarizəsindən keçərək bugünkü səviyyəsinə çatmışdır. Azərbaycan ədəbi dili öz tarixi inkişaf mərhə lələrində sadəlikdən, müsbət mənada, mürəkkəbliyə doğru ümumxalq dili (şifahi xalq dili) dövrü, təşəkkül dövrü, sabitləşmə dövrü, xəlqi ləşmə dövrü, milli inkişaf dövrü kimi müxtəlif gərginlikləri keçmiş, hər əsrin özünün müsbət, yaxud mənfi izlərini ədəbi dildə əks etdir mişdir. Lakin etiraf etməliyik ki, Azərbaycan ədəbi dili öz çiçəklənmə dövrünü XX əsrdə yaşamışdır. "Tarixi köklərimizə, tarixi keçmişimiza böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün demə liyik və buna mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb" (Heydər Əliyev. "Azərbaycan" qəzeti, 7 noyabr 1995-ci il),
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin hərtərəfli inkişafına qayğı və diqqət onun milli siyasətinin başlıca qayəsi olmuşdur. Prezident Heydər Əliyev Azərbaycan dilinin tarixi inkişafına xüsusi diqqət yetirmiş, dilimizin tarixinin öyrənilməsini və hər bir azərbay canlının öz dilinin, xalqının tarixini bilməsini vətəndaşlıq borcu hesab etmişdir. Onun "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haq qında" (18 iyun 2001-ci il), "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" (9 avqust 2001-ci il) tarixi qərarları müstəqil Azərbaycan Respublikasında aparılan dil islahatları Azərbay canda dil quruculuğu sahəsində istiqamətverici mahiyyəti ilə yaddaş lara həkk olunmuşdur.
Dördcildlik "Azərbaycan ədəbi dili tarixi" kitabında səkkiz əsrlik (XIII-XX

əsrlər) bir ədəbi mühiti əks etdirən Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixi klassik yazılı abidələrimiz - XIII əsrdən üzü bəri Azərbaycan xalqının dahi söz ustadları İzzəddin Həsənoğlunun (XIII), Qazi Bürhanəddinin (XIII-XIV), İmadəddin Nəsiminin (XIV-XV), Şah İsmayıl Xətayinin (XV-XVI), Məhəmməd Füzulinin (XVI), Saib Təbrizinin, Qövsi Təbrizinin (XVII), M.P.Vaqifin, M.V.Vidadinin (XVIII), M.F.Axundzadənin (XIX və XX əsrin birinci yarısında) dil materialı əsasında Azərbaycan dilinin inkişaf tarixi izlənilmiş, uyğun elmi nəticələr əldə edilmiş, eyni zamanda respublikamız müstəqillik əldə etdikdən sonra xalqımızın ulu öndəri və ümummilli lideri Heydər Əliyevin xüsusi qayğısı və nəzarəti ilə ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi əsaslarla inkişafına rəvac verən qərar və sərəncamlardan sonra Azərbaycan dilinin hərtərəfli inkişafı sahəsindəki uğurlar öz şərhini tapmışdır.


Ədəbi dilin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasıdır. Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. 
Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur:

  1. Fonetik norma;

  2. Leksik norma;

  3. Qrammatik norma.

Fonetik norma özü iki yerə bölünür:
a) Orfoepik norma
b) Orfoqrafik norma

Orfoqrafik və orfoepik normalar dilin fonetik və qrammatik (morfoloji) normaları əsasında yaranır. Azərbaycan dilinin iltisaqi tipə aid olması onun ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir.


Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur.
Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən (Nazirlər Kabineti) tərəfindən təsbit olunur və orfoqrafik lüğətlərdə təsbit olunur.
Leksik norma
Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.
Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi-leksik norma pozulacaq. Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.
Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlərdə də çox ehtiyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan edir.
Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir.

Qrammatik norma


Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqlərin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır.
Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in
2) Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər
3) Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir
4) Mübtəda ilə xəbər arasında şəxsə, qismən də görə uzlaşma gözlənilir: Sən azərbaycanlısan. Onlar türkdürlər.

Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır:


1) Bədii üslub: bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dili. Əsas əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu poeziya dili kimi inkişaf etmişdir. Deməli, ədəbi dilin bədii üslubu qədimliyi, mükəmməlliyi və bütün tarixi boyu aparıcı olması ilə seçilir.
2) Publisistik üslub: qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif yığıncaqlarda istifadə olunan dil. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın dildir.

Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının qoyulması ilə) başmış və inkişaf etmişdir.


3) Elmi üslub: elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili. Əsas əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdı.
4) Rəsmi-işgüzar üslub: rəsmi və işgüzar sənədlərin dili. Əsas əlaməti standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər funksional üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı XVI əsrdə-Xətai dövründə az-çox mükəmməl sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və möhkəmlənməsinə şərait yaratdı.
5) Məişət üslubu: gündəlik ünsiyyət dili. Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir. ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili mövcuddur. Bu gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın ünsiyyət saxladığı dilin özü idi.



Yüklə 193,41 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin