1
ELÇİN ƏLİBƏYLİ
TELEVİZİYA
NƏZƏRİYYƏSİNİN
ƏSASLARI
Bakı, “ELM”,
2011
2
Elmi redaktor:
İnqilab Kərimov
sənətşünaslıq doktoru,
AMEA-nın müxbir üzvü
Rəyçilər:
Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor
Gülşən Həmidova
Sənətşünaslıq namizədi
Elçin Vidadi oğlu Əlibəyli
Televiziya nəzəriyyəsinin əsasları. Bakı, “ELM” nəşriyyatı, 2011
Kitabda müəllif televiziya təhlilinin metodoloji əsasla rını,
təh lil tipini, xüsusiyyətlərini yaratmağa çalış mış, məhz bu
kon tekstdən analiz verməyə cəhd edərək təh lil me to do lo
gi ya sının nəzəri əsaslarının yaradılması problemi həll edil
miş dir. Televiziyanın mahiyyəti, cə miy yətə təsiri, tele yayım
qu ruluşu, onun formaları, ana liz mexanizmləri, iştirak edən
kom ponentlərin əsas ları, nəzəri tərəfləri tapılaraq meydana
çıxarılmış te le yayım işinin keyfiyyətinin artırılması, yaradıcı
işin da ha da mükəmməlləşməsi üçün olan maneələrin ara dan
qaldırılması yolları göstərilmişdir.
Kitabda bir neçə elmi və yaradıcı sahəninkütləvi infor masiya
vasitəsinin nəzəriyyəsi, TV yaradıcılığında iş ti rak edən sə nət
növlərinin özəlliyi, yaradıcı inkişaf meyil ləri, TVnin estetik
prob lemləri, sosial vəzifələrinin nəzəriyyə si və milli televiziya
prosesində tamaşaçı ilə ünsiyyət, onun şüuruna təsirini öyrə
nən tamaşaçı psixologiyası, mil li TVlərin, auditoriyanın icti
maisosial fəallığına tə si ri araşdırılır.
Bütün hüquqlar qorunur. Müəllifin rəsmi icazəsi olmadan
kitabın və ya onun hər hansı hissəsinin surəti çıxarıla, infor
masiya bazasında və axtarış sistemində qrafik, elektron və
ya mexaniki vasitələrlə yenidən çoxaldıla və ya istifadə edilə
bilməz.
©Elçin Əlibəyli
ISBN 9789952453195
4503000000
655(07)2011
3
Ön söz
I FƏSİL
Təhlil metodologiyası və televiziya nəzəriyyəsi
1.1 Televiziya təhlil metodologiyasının əsasları
1.2 Müasir dövr televiziya yaradıсılığının tarixinəzəri
problemlərinin yeni dövr Azərbaycan televiziyasının qurulması və
inkişaf meyillərində iştirakı
1.3 Televiziya verilişlərinin təhlil metodologiyasının əsasları
1.4 Televiziya obrazları televiziya təhlilinin əsas obyekti kimi.
1.5 Televiziya dramaturgiyası televiziya təhlilinin əsas
istiqaməti kimi
1.6 Televiziya yayımı işində gerçək şouların yeri və onların
tamaşaçıya təsiri
II FƏSİL
Televiziyanın bədii və yaradıcı istiqamətləri təhlil
metodologiyasının əsas istiqaməti kimi
2.1 Ekran yaradıcılığı və ifadə vasitələri
2.2 Kadrın plastik ifadəliliyi televiziyanın bədii ifadə vasitələrinin
təhlil metodologiyasında başlıca istiqamət kimi
2.3 Televiziyanın bədii ifadə vasitələrinin təhlil metodologiyası:
Ekran dinamikası
2.4 Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları
2.5 Televiziya aparıcısının sənətkarlıq göstəricilərinin təhlil
metodologiyası
2.6 Televiziya verilişlərinin yaradıcı meyarları
III FƏSİL
Televiziyanın ictimai funksiyaları televiziya təhlilinin başlıca
istiqaməti kimi
3.1 İnformasiya proqramlarının xüsusiyyəti
3.2 Azərbaycan televiziyalarında informasiya proqramlarına
tarixi nəzər
3.3 Azərbaycan teleməkanında xəbər proqramları
3.4 Təşkilati funksiya
3.5 İnteqrativ funksiya
3.6 Tədris funksiyasının televiziyada yeri və əhəmiyyəti
3.7 Televiziya rekreativ işin təşkilatçısı kimi
5
29
15
15
15
40
48
63
94
105
105
105
108
122
133
143
148
157
157
157
161
164
194
212
232
236
MÜNDƏRİCAT
4
IV FƏSİL
Televiziya təhlilinin sosioloji-kulturoloji əsasları
4.1 Televiziyanın sosial funksiyalarının ictimai şüura
təsirində rolu
4.2 İnformasiyanın cəmiyyətdə yeri.
4.3 Azərbaycan televiziyasında infoteynment
4.4 Televiziyanın kulturoloji təhlili
4.5 Televiziyanın yeni nəslə təsir imkanlarının təhlili
4.6 Teleyayımda manipulyasiya və onun təsir mexanizmləri
4.7 Manipulyasiya texnologiyalarının televiziya yayımında
yeri və onun ictimai şüura təsiri
4.8 Rekreativ fəaliyyətin nəzəri əsasları
4.9 Rekreativ əhəmiyyət daşıyan yayımın
proqramlaşdırılması
4.10 Televiziya reytinqlərinin hesablanması təhlil
metodologiyasının bir vasitəsi kimi.
NƏTİCƏ
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
ƏLAVƏ
241
241
241
258
261
272
298
311
324
330
335
338
349
389
411
5
ÖN SÖZ
Televiziya nəzəriyyəsi, onun strukturməzmun modeli bu küt
ləvi informasiya vasitəsinin üzə çıxması ilə sənətşünaslığın,
ek ranşünaslığın araşdırma hədəfinə çevrilmişdir. Bu nəzəri
ax tarışların modelləşməsinin müəyyən struktur üzərində qu
rul maması ziddiyyətlərə, nəzəri sapmalara səbəb olurdu. Yalnız
va hid müəyyən olunmuş metodologiyanın ortaya çıxması sis
temləşdirməyə xidmət edə bilərdi. Elmi işdə biz gəldiyimiz qə
naətləri, çoxillik araşdırmanı və dünya elmində gedən prosesləri,
söylənilən nəzəri problemləri əsas götürərək telenəzəriyyənin
mo delini, təhlilin metodoloji əsaslarını yaratmağa çalışmışıq.
Te leviziya nəzəriyyəsinin obyekti və predmeti dəqiq müəyyən
olun maqla nəzəri araşdırmanın əsasında durmalıdır. Televizi
ya nəzəriyyəsinin obyekti televiziyadır. Onun substansional,
ins titusional, strukturfunksional, qneseolojiməzmunlu, də yər
liməzmunlu və morfoloji xüsusiyyətlərini birləşdirərək nə zə ri
araş dırmamızın predmeti kimi götürürük. Məsələyə bu cür yanaş
manın əsasında televiziyanın hansısa keyfiyyətinin nəzərdən qaç
maması, birbirini tamamlayan, doğuran cəhətlərin tədqiqatdan
kənarda qalmaması durur. Televiziya canlı orqanizmdir, onun
tərkib hissələrini ayrıca, kənarda öyrənmək, hansısa başqa elmin
kontekstində izah tapmaq nəticəsiz işə çevrilə bilər. Televiziya bü
töv şəkildə bir neçə elminəzəri yanaşmanın metodoloji əsasları ilə
təhlil olunmalıdır və incəsənətin növü kimi bu, sənətşünaslığın,
onun bir istiqaməti olan televiziyaşünaslığın əsas elmi vəzifəsidir.
Televiziya nəzəriyyəsinin predmetini televiziyaya aid olan onun,
metodologiyası daxilində ümumi mövcud xüsusiyyətlər və
münasibətlər kateqoriyası təşkil edir. Predmetini tipik cəhətlər
onun durumu, inkişaf tendensiyası, insan və cəmiyyətlə
münasibətlər, xüsusi cəhətlər, yaradıcı axtarışlar təşkil edir. Bu
cəhətlər onun qanunları ilə sıx əlaqədə olmaqla elmin kateqorial
aparatına daxil olaraq anlayış, problem, konsepsiya, terminologiya
anlayışlarını ehtiva etməlidir. Təklif etdiyimiz model məzmunlu
şəkildə biliklərin mümkün tərəflərini əhatə etməli, obyektin
çoxcəhətliliyini əks etdirməlidir. Doğrudur, elmi axtarışların, elmi
məntiqin bütün suallarına cavab vermək, xüsusən də dinamik,
dəyişkən təbiətli televiziya və onun nəzəriyyəsi üçün mümkün
süzdür. Bizim məqsədimiz televiziyaşünaslığın necə strukturlaş
masını müəyyən etməkdir. Metodoloji və fərdi araşdırmamızda
əldə olunan qənaətlər yeni elmi araşdırmalara yol açacaqdır.
Digər tərəfdən televiziya nəzəriyyəsini əsas götürərək, digər
elmlərin nəzəri dərinliklərinə baş vurmayaraq, onların əsas el
6
mi nəticələrinin bazasında araşdırma aparacağıq. Televiziya nə
zəriyyəsinin təhlil metodologiyası digər sosialhumanitar elm lərin
metodologiyasına yaxındır. Ancaq onu fərqləndirən cə hət lərdən
bi ri onun araşdırılmasının daha geniş metodlar diapazonunda,
fənd, texniki vasitələrlə araşdırılması müstəvisində qurulması
dır. Eyni zamanda, televiziya nəzəriyyəsi ayrıca, ümu mi elmi
mü hitdən kənarda mövcud ola bilməz. Elmi araşdırmaların yeni
nəticələri, cəmiyyətdə gedən proseslər, gerçəyi əks etdirən cəhətlər
bu nəzəriyyənin ümumi mənzərəsini təşkil etməli, onun təhlilində
iştirak etməlidir. Televiziya nəzəriyyəsini modelləşdirmək cəh
dimizdə hərəkət edən elmin magistral isti qam ətlərindən yayınma
dan, doqmalara söykənmədən dinamik ger çək liyin qavranılması
nı əsas götürmüşük.
Təklif olunan modelin başlıca cəhəti kimi onun bütün tərkib
hissələrinin televiziya nəzəriyyəsinin predmetlitematik məz mu
nuna adekvatlığı, bu münasibətdə homogenliyi qeyd olunmalı
dır. Televiziya nəzəriyyəsində digər elmlər nə qədər fəal iştirak
etsələr də, bu birbaşa sənətşünaslığın tərkib hissəsidir, elə bu
səbəbdən onu digər elmlərin yolu ilə izah etmək cəhdi qarışıqlıq
yarada bilər. Elmi araşdırmamızda təklif olunan metodologiya
məhz sənətşünaslığın prinsiplərinə söykənir. Televiziyaşünas
lıq həm ictimai, həm də humanitar elmdir. Televiziya mətbuat
kimi sosial hadisə olaraq möv cuddur, eyni zamanda, mənəvi
tərəqqi işində yaradıcıistehsal fəaliyyəti ilə bilgilərin, dəyərlərin
müəyyənləşməsi, görüşlərin biçimlənməsi işində insanın yardım
çısı olur. Sosial və humanitar biliklərin əsasında görüşlər, metodi
ka və təfəkkür sistemi yaranır. Onun predmetinə bütün elmlərdə
olduğu kimi ontologiyası (tədqiq olunan obyektin mahiyyəti, onun
yaranma qanunauyğun luqları, funksionallığı və inkişafı, tendensi
yalar və proseslər, mövcudluq formaları) və qneseologiyası (ideya
və konsepsiya, onun öyrənilmə metodu və problemi, kateqoriya
ları, terminoloji aparatı) kimi elementlər daxildir. Özünün pred
met sahələri olan müxtəlifyönümlü nəzəriyyələrlə qarşılıqlı əlaqə
televiziyaşünaslığın mövcudluğunu, funksiyasını və inkişafını
göstərən ümumi kateqoriya izah aparatının yaranmasına imkan
verir.
Televiziya elminin predmeti və metodologiyasının müəyyən
edilməsi sənətşünaslığın başlıca elminəzəri məsələsi kimi qarşıda
durur.
Televiziyanın ictimaisosial mahiyyəti və əsas istiqamətləri
onun bir elm kimi öyrənilməsi işini qaçılmaz etdi. Aydındır ki,
nəzəriyyənin inkişafı televiziyanın yaradıcı qanunauyğunluqları
nı analiz etməklə əldə olunan nəticələrin araşdırılması hesabına
mükəmməl bazanın yaradılması mümkün ola bilər. Eyni zaman
da, televiziyanın özünün inkişafı müəyyən qanunauyğunluqlar
7
la həyata keçirilməklə fundamental elmi araşdırmalara, gəlinmiş
elmi nəticələrə söykənməlidir.
Jurnalistika, sosiologiya, sosial psixologiya və sənətşünaslıq elmi
nin nəzəriyyəçiləri televiziya nəzəriyyəsinin sərhədlərini, qanunla
rını müəyyən ediblər. Burada yayımın uzunmüddətli öyrənilməsi
və sorğuanalizlər hesabına əldə olunan əsas elmi nəticələr baş
lıca rol oynamaqdadır. Əsas meyar kimi televiziyanın fəaliyyəti
və onun cəmiyyətdə yerinin müəyyən olunması elmi yanaşmanı
hərəkətli, əhatəli, dəqiq nümunələr üzərində qurmağa imkan ve
rir. Televiziya nəzəriyyəsi bu fəaliyyətin əhatəli öyrənilməsinə im
kan verən ideyalar, biliklər sistemi formalaşdırmışdır.
Televiziya nəzəriyyəsinin empirik səviyyəsi materialların toplan
ması, təcrübənin öyrənilməsi əsasında qurulmaqla təşkil olunur.
Nəzəriyyə səviyyəsi isə empirik göstəricilər əsasında televiziyanın
mahiyyəti, inkişaf meyilləri və qanunauyğunluqları əsasında təyin
olunur. Elmin dünyagörüşü və metodoloji səviyyəsi televiziyanın
sosial münasibətlərdə yerini təyin etməyə imkan verir, həmçinin
onun təsvir imkanlarını ölçməyə şərait yaradan sistemin formalaş
masını asanlaşdırır. Eyni zamanda, televiziyanın fəlsəfikulturoloji
mahiyyətini açmağa, ümumi mədəniyyət sistemində yerini təyin
etməyə imkan verir. Televiziya nəzəriyyəsi elmi biliklər siste
mi olmaqla mövcud materiallar əsasında gəlinmiş nəticə, nəzəri
ümumiləşdirmə, televiziyanın sosial və mədəni həyata təsirini
müəyyən edən qanunauyğunluqlardan ibarətdir.
Bu sahədə aparılan elmi araşdırmaları ümumiləşdirərək aşağı
dakı elmi biliklərin televiziya nəzəriyyəsinə daxil olmasını vacib
hesab edirik:
Televiziyanın prinsip və funksiyaları;
Televiziya yayımının məzmun həlli, janr cəhətləri;
Televiziya yayımının bədii, ictimai, mədəni istiqamətləri;
Televiziyanın ictimai şüura, insanların davranışına, tərbiyəsinə
təsiri;
Televiziyanın digər sənət növləri, mədəniyyət hadisələri ilə
qarşılıqlı əlaqəsi;
Yayımın keyfiyyətinin nəzarətdə saxlanılması, artırılması;
Auditoriya ilə əlaqənin əsas cəhətlərinin müəyyən olunması.
Bildiyimiz kimi, elm biliklər toplamaq fəaliyyətidir, faktların və
ideyaların yaranması, təsvir edilməsi, sistemləşdirilməsi, ümu
miləşdirilməsidir. Nəzəriyyə isə özözlüyündə bilikdir, lakin adi
biliklərdən daha yuxarıda, obyekti bütöv halda göstərməyə ça
lışan, onun tərəfləri və digər obyektlərlə mövcud əlaqələrini mü
əy yənləşdirən bilikdir. Elmi fəaliyyət məhz müəyyən biliklər
sis teminə yiyələndikdən sonra elmi araşdırmada yeni addımlar
at malı, gedən prosesin izahını verməklə, metodologiyasını ya
ratmaqla yeni istiqamətləri müəyyən etməlidir. Bu mənada elmi
işimiz aparılan nəzəri tədqiqatların, praktik müşahidələrin, dün
8
ya təcrübəsinin öyrənilməsi, müqayisəli təhlili əsasında yeni me
todologiyanı təklif edir. Bu, metodologiyanın çoxtərəfli, televizi
yanın təbiətindən irəli gələn sahələrinin elementlərini özündə əks
etdirməlidir. Tədqiqatımızda buna nail olmağa çalışmışıq.
Televiziya elminin vəzifə və metodlarına nəzər yetirək. Bu mə
nada televiziyanın keçdiyi tarixi inkişaf yolu, onun mərhələləri,
keçmiş hadisələrin analizi, nəzəriyyəsi bu günədək söylənən elmi
rəylər, konsepsiyalar, nəzəriyyələr və tənqidi mövcud praktika
nın operativ analizi, qiymətləndirilməsi olduqca vacibdir. Bütün
elmlər kimi televiziyaşünaslıqda da gerçək materialın sonadək
öyrənilməsi, qanunauyğunluqlar, prinsiplər, predmetli təcəssümü
mühüm yer tutur. Ona görə də televiziya nəzəriyyəsini ümumi
nəzəriyyəyə, xüsusi nəzəriyyəyə və empirik müşahidəyə bölmək
olar. Ümumi nəzəriyyə özündə baza doktrinasını, anlayışkateqo
riya aparatını birləşdirir. Anlayışkateqoriya aparatı xüsusi nəzəri
və empirik tədqiqatlarda iştirak edir. Məhz bu, nəzərimetodoloji
bazanı yaratmağa imkan verir. Xüsusi nəzəriyyə isə tədqiqat
sahəsinin aid olduğu elmə yaxın və onun mövcudluğunda iştirak
edən elmi biliklər, sahələr əsasında qurulur. Bu subelmlər sosial
humanitar elm sahələrini əhatə edərək özünün məzmun və meto
doloji elementləri ilə televiziya nəzəriyyəsinə daxil olur. Empirik
biliklər televiziya nəzəriyyəsində mühüm yer tutur. Elmi müşahi
də, nəzəri axtarışlar teleyayımçıların praktik fəaliyyəti, iş metodla
rı ilə yaxından tanış olmalı, onları müşahidə etməlidir. Kon septual
bilgi hər an mövcud faktlarla, hadisələrlə tutuşdurulmasa, yox
lanılmasa özünün mahiyyətini, müasirliyini itirə bilər. Həmçinin
televiziya nəzəriyyəsinin təsnifləndirilməsi nəticəsində televizi
yanın sahələr üzrə nəzəriyyələri meydana gəlir. Əsas nəzəriyyə də
tədqiqatın fundamental metodologiyası yerləşir və hər komplek sin
tərkibində təcrübənin toplanması, empirik nəticələrin öyrənilməsi
durur. Lakin bir çox hallarda təhlil tədqiqatla izolyasiya şəraitində
aparılmış, bununla da hansısa sahənin öyrənilməsi üzərində nə
zəriyyə qurmağa cəhd edilmişdir ki, biz bunu tam olmayan, bir
tərəfli yanaşma hesab edirik. Televiziya tədqiqatı nın metodologi
yasına, onun ümumi nəzəriyyəsinə söykənməyən təd qiqat gerçəyi
müəyyənləşdirməyə imkan verməyəcəkdir. Öl kəmizdə təd qi qat
çılar jurnalistikanın sənətkarlığı, keyfiyyəti üzə rində araşdır ma
apararaq bütün diqqəti formaya yönəltmiş olurdular. Lakin televi
ziya üçün forma mütləq deyil, dəyişkən dir. Onun məzmunu, onu
doğuran proseslərin tədqiqatı ümumi televiziya nəzəriyyəsinin
platformasında aparıldıqda effektiv ola bilər. Sənətkarlıq məsələsi
özünün qeyrimüəyyən izahı ilə deyil, analizin sahələrinə görə
diferensiallaşmalıdır. Məhz bu, sənətkarlığın təbiəti, strukturu
haq qında tam mənzərəni yaratmağa imkan verər. Sənətşünaslığın
mövcud ənənəsinə söykənərək elmi işi televiziyanın poetikası
forması, dili, semiotikası əsasında sənətkarlığın teleyayım
9
da iştirak edən əsas yaradıcı peşələrin hər birinin sənətkarlıq
mənzərəsini yaratmağa çalışmışıq, onun elmimetodoloji əsaslarını
poetik müşahidə və mövcud nəzəri araşdırmalar bazasında qur
muşuq. İlk dəfə yaradıcı peşələrin dəqiq təsnifatını apararaq on
ların sərhədlərini, imkanlarını və daşıdıqları sosial əhəmiyyətinə
görə əsas tələbləri, yerinə yetirməli olduqları əsas vəzifələri təyin
etməyə çalışmış, bütöv nəzəri mənzərəni qurmağa cəhd etmişik.
Bütün nəzəri biliklər inkişaf etmiş və ziddiyyəti olmayan termi
noloji aparatla ifa olunurlar. Televiziyaşünaslığın da nəzəri termi
nologiyasının dəqiq müəyyən olunması həm akademik, həm də
əməlitətbiqi xüsusiyyətə malikdir, buna ehtiyac vardır. Televiziya
bütün elmlər və ictimai nəzarət üçün açıqdır, eyni zamanda, öz
təbiətinə görə dəyişkən, yeniləşəndir. Bu mənada onun terminolo
giyası da yeni ifadələr, sözlərlə zənginləşir, müxtəlif elm sahələri
bu proseslərə öz terminoloji aparatı ilə ad verir. Etiraf edilməlidir
ki, terminoloji məsələlər ölkəmizdə öz həllini tapmayıb və bu
sahədə müəyyən boşluqlar mövcuddur. Tədqiqatçı alim Qulu
Məhərrəmli “Kino, teatr, televiziya terminləri lüğəti”ni təqdim etsə
də, bu əsər tamlıqla vahid terminoloji aparatı yaratmağa imkan
vermədi. Müxtəlif tədqiqatçılar əcnəbi dillərdə, digər elmlərdən
götürdükləri terminlərin hesabına fikirlərini izah etməklə, əslində,
bu sahədə qarışıqlıq yaratmış oldular.
Biz elmi işimizdə televiziyaya, onun yaradıcı prosesinə aid ifa
dələri, adları dəqiqləşdirməklə terminoloji aparatın yaradılma
sına çalışmışıq. Bu işdə indiyədək ümumi elmi terminlər fondu
və yuxarıda adı çəkilən lüğətin ehtiyatından istifadə olunubdur.
Həmçinin bu sahədəki mövcud beynəlxalq sənədlər, Azərbaycan
Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Milli
Televiziya və Radio Şurasının normativ sənədləri və beynəlxalq
sazişlər, terminlər terminoloji aparatın yaranmasında fəal iştirak
ediblər. Burada fizikitexniki xüsusiyyətlər və peşəkarməzmun
tərəfləri nəzərə alınmaqla dəqiq ifadələr, prosesi izah edəcək
terminlər təqdim olunur.
İnformasiya vasitələrinin şəbəkəsinin miqyassız genişlənməsi,
kommunikasiyanın texnikitexnoloji gücünün artması, informa
siya vasitələrinin həcminin növlərinin çoxalması, sosial və şəxsi
həyatın virtuallaşması, insanın gerçəkdən uzaqlaşaraq kommuni
kasiya dünyasına qoşulması danılmaz gerçəklik kimi qəbul olun
malı və bu prosesdə televiziyanın böyük rolu qeyd edilməli, onun
elminəzəri bazasının, təhlilinin vacibliyi, zərurəti şərtsiz kimi
dəyərləndirilməlidir. Televiziyanın öyrənilməsində onun əsas qa
nunlarının formalaşdırılması, dəqiqləşdirilməsi və məhz bunun
əsasında tədqiqat metodologiyasının qurulması vacib iş hesab olu
nur. Bu mənada televiziyanın əsas qanunlarına nəzər yetirək:
Birinci qanun kimi onun sənədli əsası, görüntülü olması, pred
metliliyi və bu reallığı təcəssüm etdirməsi, sosial aləmin bütün
10
sahələrini əhatə etməsi əsasında yaranan həyata bənzərlik qanu
nudur. Məhz onun bu cəhəti dəqiq sxemlərin ortaya qoyulması
na mane olmuş, çərçivələri müəyyən etməyə imkan verməmişdir.
Lakin təməl prinsip özü əsas yanaşma kimi qəbul olunmalıdır.
Çünki televiziyanın bütün sonrakı qanunları məhz onun həyata
bənzərliyindən doğur.
İkinci qanun çoxcəhətlilik hesab olunmalıdır. Onun mövcud
luq formaları, sosial vəzifələri icra, çoxçeşidli yaradıcı üsullardan
istifadə etməsi çoxcəhətliliyini izah edir.
Üçüncü qanun inkişaf qanunudur. İnkişaf qanunu televiziya
nın dialektik potensialını ifadə edərək həm həyata bənzərliyi,
həm də çoxçeşidliliyi törədir. Cəmiyyətin, texnikanın inkişafını
nəzərə almadan, yeni texnologiyalar, yeni yaradıcı axtarışlar tətbiq
etmədən televiziya mövcud ola bilməz, həmçinin inkişafdan geri
qalan, durğunluq yaşayan televiziyanın heç bir mənası, məzmunu
ola bilməz.
Televiziyanın dördüncü qanunu onu əhatə edən sosial mühitə
uyğunluq qanunudur. İnkişaf qanunu ilə uzlaşan sosial mühitə
uyğunluq qanunu dəyişən cəmiyyətin ümumi istəklərinə, sosial
sifarişə uyğun fəaliyyətini tənzimləməni, sosial mühitdə möv
cud prosesləri təcəssüm etdirməni, bədiiestetik, kulturoloji ab
havada olan yenilənməni çatdırmağı, uyğunlaşmağı, televizi ya
nın təbiətini əks etdirir. Televiziya verilmiş bu tarixdə yerin həyat
tərzini, mədəniyyətini, milli ənənələrini təcəssüm etdirir və ondan
doğulur. Lakin bu heç də “televiziya cəmiyyətin diktəsi ilə fəaliyyət
göstərir, mühitin, şəraitin çərçivəsində yekunlaşır” demək deyil
dir. Demokratik cəmiyyətdə kütləvi informasiya vasitəsinin rolu,
onun azadlığı əsas təməldir. Burada dialektik metod üsulu ilə sosi
umun diktəsinə qarşı çıxa biləcək gerçəyin tapılması kimi peşəkar
fəaliyyətin meydana çıxması əsas tələb olaraq qarşıya qoyulur.
Televiziyanın beşinci qanunu yuxarıda göstərilən tənzimləməni
təmin edən obyektivliyin və subyektivliyin uyğunlaşması qanunu
dur. Ziddiyyətli əsasların vəhdəti və mübarizəsini əks etdirən bu
qanun ictimai bilgilənmədə vasitə rolunun dəyərini, digər tərəfdən
onun insani, fərdişəxsiyyətli ifadəsini təmin edir. Bu ziddiyyətli
vəhdət onun mənəvi, intellektual mahiyyətini təşkil edir. Obyek
tivlik dedikdə çoxməzmunlu inteqrasiya anlayışı, subyektivlik
dedikdə şəxsiyyətin mövcudluğunun dəqiq, doğru təsvirinə təsiri
nəzərdə tutulur.
Mənəvipraktik təbiət qanunu televiziyanın altıncı qanunu
dur. Özündə ideyalar, emosiyalar, biliklər birləşdirən televiziya
həm də əməllər, fəaliyyət, davranış aləminə də müdaxilə edir,
maarifçiliklə, mənəvi tərbiyə ilə məşğul olmaqla bərabər, təşkilati
fəaliyyətə də yönəlir. Televiziya cəmiyyətdə özünün mənəvi is
tehsalını material şəklinə salaraq təqdim edir. Bu, teleyayımın əsl
mahiyyəti, başlıca fəaliyyət prinsipidir.
11
Televiziyanın qanunları onun nəzəri əsaslarını və təhlil meto
dologiyasını biçimləndirməyə kömək etməklə əsas istiqamətlərin
müəyyən olunmasına da imkan yaradacaqdır. Elmi araşdırma
nın yeniliyi, onun fundamentallığı məhz bu qanunlara söykənən
dəqiq elmi yanaşmadadır. İndiyədək mövcud olmuş sistemsiz
təhlilin əvəzinə televiziyanın mahiyyətinə, qanunauyğunluqları
na və müxtəlif elmi araşdırmaların qovuşuğunda sistemli təhlili
verən elmi araşdırma aktual, sənətşünaslıqda, televiziyaşünaslıq
da yeni yanaşmadır.
Televiziyanın bütöv bir anlamda çözülməsi, onun tərkib his sə
lərinin ayrıca öyrənilməsi deyil, yaradıcısosialictimai ma hiy
yətinin, axtarışlarının ümumi şəkildə çözülməsi sənətşünaslığın
qarşısında duran və öz elmi həllini tapmayan başlıca vəzifə idi.
Te leviziyanın əlçatarlığı, hər kəsin onun haqqında rəy bildirməsi,
ictimai nəzarət mövcud olsa da, bütün bunlara aydınlıq gətirəcək
təhlilin meydana çıxması üçün model, təhlil metodologiyası möv
cud deyildi. Azərbaycanda 1956cı ilin 14 fevralından yayımlanan
televiziya artıq XXI əsrdə hər bir azərbaycanlının məişətində, ic
timai həyatında, mədəniyyətdə mühüm yer tutur. Ümummilli
regional və kabel televiziyalarının pərvəriş tapdığı dönəmdə on
ların fəaliyyətini tənzimləmək üçün mükəmməl elmi təhlil, araş
dırma sənətşünaslığın vacib, mühüm vəzifəsidir. Etiraf etməliyik
ki, Azərbaycan sənətşünaslığında bu mövzu çox az təhlil olunub,
televiziyanın nəzəri əsasları, demək olar ki, diqqətdən kənarda qa
lıb. Bu baxımdan televiziyanın təhlil metodologiyasını yaratmaq,
onun mükəmməl formasını, sxemini tərtib edərək mənbələrə,
araşdırmalara söykənmiş halda təqdim etmək, müxtəlif tərəflərini
vahid təhlilə cəlb edərək mükəmməl modeli təklif etmək elmi
tədqiqatın başlıca məqsədidir. Televiziyanın bədiikulturoloji,
estetik mahiyyəti ilə bərabər sosial, ictimai fəaliyyətini, məhz bu
elmlərin metodologiyasının iştirakı ilə televiziyaşünaslığın meto
dologiyasının prizması ilə çözülməsi üçün zəmin yaratmaq, bu
təhlili aparmaq da elmi işin əsas məqsədlərindəndir.
Elmi araşdırmada, televiziyanın insan şüuruna, onun davranışı
na, sosial həyata təsiri, bədiiestetik görüşlərin formalaşdırılması
işində fəaliyyəti, təsir mexanizmləri, manipulyasiya gücü, yaradıcı
yanaşma, yozum, təfsir, dramaturji janr, forma problemləri kimi
olduqca mühüm mövzular aktual, həllini gözləyən olduğundan
onu araşdırmaq, müəyyən bir sistem əsasında təhlil etmək, ölkə
televiziyalarının misalında müqayisəli analizi təqdim etmək, yayı
mın təşkili və yaradıcı işin elmi təhlilini vermək qarşıya qoyulub.
İndiyədək dünyanın bir çox aparıcı elmi müəssisələrində televizi
ya yaradıcılığı prosesini, onun sosial, ictimai, bədii məziyyətlərini,
ümumi mənzərəsini çözən sənətşünas, kulturoloq, sosioloq və fi
losoflar yayım işinin bədiiestetik təzahürlərini, televiziyanın in
kişaf mərhələlərini, ictimaisosial, fəlsəfi və mədəni əhəmiyyətini
12
mükəmməl elmi tədqiqata cəlb edərək nəzəri əsasların, təhlil mo
delinin hazırlanması üçün zəngin ola biləcək fundamental işlər
görmüşlər. Lakin ölkə sənətşünaslığında televiziya ən az araşdı
rılan mövzu olmuşdur. Televiziyaya sənət növü olaraq yanaşma,
tədqiq olunaraq bitkin model, üzvi orqanizm kimi baxmaq ənənəsi
olmamış, ayrıayrı sahələrin və ya yayım vahidlərinin elminəzəri
təhlilini vermək, qiymətləndirmək hallarına rast gəlinmişdir.
Azərbaycanda bir sıra alimlər televiziyanın bu və ya digər
problemlərini çözmüş, tutarlı elmi işlər meydana qoymuşlar. Bu
baxımdan Elşad Quliyevin “Televiziya iki əsrin ayrıcında”, “Tele
viziya: nəzəriyyə, inkişaf meyilləri” kitabları, Qulu Məhərrəmlinin,
Zeynal Məmmədlinin, Aydın Dadaşovun, Cahangir Məmmədlinin
dəyərli araşdırmaları, həm nəzəri, həm də praktik əhəmiyyəti
olan kitabları ölkəmizdə televiziya yayımının mənzərəsini, axta
rışları, yaradıcı siyasəti, peşəkarlıq problemlərini nəzərdən ke
çirməyə imkan vermişdir. Bu tədqiqatların əksəriyyətində filoloji
yanaşma, jurnalistikanın baxış bucağı ilə baxmaq tendensiyala
rı açıq görünür. Qulu Məhərrəmli və Zeynal Məmmədli öz elmi
fəaliyyətlərində televiziya jurnalistikasının problemlərini, onu
yaradıcı tərəflərini, ədəbi materialın təzahür formatını tədqiq
etmişdirlər. Cahangir Məmmədlinin “Jurnalistikaya giriş” kita
bında həmçinin telejurnalistikanın yaradıcı istiqamətləri öz əksini
tapmışdır. Lakin bütün bu müəlliflərin elmi fəaliyyətinə, araşdır
malarına yüksək önəm verərək, onların zəhmətini dəyərləndirərək
deməliyik ki, bu işlərin heç biri televiziyaya tam, bütöv baxışı for
malaşdırmır. Adı çəkilən araşdırmalar fraqmental görünür, hansı
sa tərkib elementinin təhlili ilə kifayətlənir. Bu da təbii və doğru
dur. Çünki televiziyanın bütöv yaradıcı mənzərəsini, axtarışlarını
çözmək sənətşünaslığın problemidir. Jurnalistika, dramaturgiya
burada vacib komponent kimi çıxış etsə də, hələ televiziyanın özü
deyil. Televiziya nədir, necə olmalıdır, onun verilişləri, yayımı necə
təhlil olunmalıdır, təhlilin istiqamətləri, modeli kimi məsələlər
sənətşünaslıqda öz elmi həllini tapmamışdır. Məhz bu modelin
mövcud olmaması sənətşünasları çətinə salaraq televiziya təhlilini
diqqətdə saxlamağa imkan verməmişdir. Mətbuat səhifələrində
təhlil xarakterli yazılar, araşdırmalar mövcud olsa da, bu daha çox
resenziya formasında olmuş, fundamental təhlil kimi yox, seyrçi
baxışının təzahürü kimi görünmüşdür.
Televiziya və onun təsir etdiyi elmi sahələrə aid indiyədək çap
olunmuş kitabları toplamaqla istər Rusiya, Türkiyə, istər sə də
ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Finlandiya, İtaliya və başqa
ölkələrin teleyayım təcrübəsi toplanaraq, bu ba rə də yazılmış elmi
məqalələr, elmi araşdırmalar, hazırda xarici öl kə lərdə yayımla
nan kanalların fəaliyyəti izlənməklə, dünya təc rübəsi öyrənilərək
yerli yayımçıların fəaliyyəti ilə müqayisəli şəkildə paralellər apa
rılıb. Həmçinin ölkədə yayımlanan kanalların müxtəlif mövzulu
13
verilişləri toplanaraq tədqiqat vaxtı praktik baxımdan nəzərə çar
pan məsələlərin çözülməsində yardımçı vasitə kimi istifadə edilib.
Azərbaycan televiziyasının tarixi, onun yaradıcılıq axtarışları nın
mükəmməl qələmə alınmaması, indiyədək bu sahənin bütünlük
lə nəzərdən qaçırılması ucbatından tədqiqat vaxtı bu istiqamətdə
işlər apararaq şəxsi arxivlərdən, videomateriallardan istifadə
edərək inkişaf meyillərinin müəyyən olunması yolu ilə dolğun
məlumatların yaradılmasına çalışılıb.
“Televiziya funksiyaları Azərbaycan teleməkanında” disserta
siyası və “Azərbaycan televiziyası” monoqrafiyasında biz tele
viziyanın nəzəri problemlərinə toxunmuş, ölkə telekanallarının
verilişləri və bu sahədə aparılan tədqiqatların sistemli analizini
verməklə ictimai funksiyaların təcəssümü istiqamətində konstruk
tiv həllin tiplərinin təsnifatını yaradaraq ilk dəfə təqdim etmişdik.
Bu elmi işimizdə adı çəkilən tədqiqatı daha da dərinləşdirərək,
təhlili genişləndirərək televiziya təhlilinin metodoloji əsaslarını,
təhlil tipini, xüsusiyyətlərini yaratmağa çalışmış, məhz bu
kontekstdən analiz verməyə cəhd edərək təhlil metodologiyasının
nəzəri əsaslarının yaranması problemini həll etmişik. Televiziya
nın mahiyyəti, cə miyyətə təsiri, teleyayım quruluşu, onun forma
ları, analiz me xa nizmləri, iştirak edən komponentlərin əsasları,
nəzəri tərəfləri ta pılaraq meydana çıxarılmış, teleyayım işinin
keyfiyyətinin ar tı rıl ması, yaradıcı işin daha da mükəmməlləşməsi
üçün olan ma neələrin aradan qaldırılması yolları göstərilmişdir.
Kitabda televiziyanın fə aliyyəti, onun təsirini və yerini araş
dıran bir çox alimlərin elmi işi, bu sahədə çıxan araşdırmalar və
məqalələr toplanmış, onların bazası əsasında analiz aparılaraq
bütöv bir konstruksiyanın, modelin yaradılmasına çalışılmışdır.
Tədqiqat zamanı əldə olunan elmi biliklərin, analiz zamanı üzə çı
xan nəticələrin əsasında mövcud problemlərin əsl səbəbləri tapıl
mış, onların aradan qaldırılması yolları göstərilmişdir.
Zəngin arxiv və videomaterialların, ölkə və xarici televiziyaları
nın monitorinqi, müxtəlif sosioloji sorğuların, reytinq hesablama
larının, araşdırmaların nəticələri üzərində ilk dəfə kontentanaliz
apararaq bu nəticələri tam yeni elmi mənzərədə təqdim etmişik.
Yayımda iştirak edən bütün vahidlərin (veriliş, şou, film, serial və
s.) məzmunu, ideyaforma özəlliyi, tamaşaçı şüuruna təsiri, mani
pulyativ cəhətləri, bədii yaradıcılıq aspektləri, onların təhlil qay
daları əldə olunan materialların təhlili ilə aşkarlanır. Tədqiqatın
əlavə elmi yeniliyi televiziyanın təkcə kütləvi informasiya vasitəsi
kimi deyil, həm də incəsənət növü olaraq təqdim olunması, onun
bədii yaradıcı bucaq baxışı ilə təhlil edilərək sənət meyarlarının ilk
dəfə müəyyən edilməsindədir.
Elmi işin növbəti yeniliyi: indiyədək televiziya proses olaraq
sənət şü naslığın tərkib komponenti kimi tədqiq olunmadığından,
təh lilin metodoloji əsasları yaradılmadığından ona elminəzəri
14
və təcrübi işlər əsasında gəlinmiş qənaətlərlə yanaşmada, yayım
işinin qurulmasından bu günədək meydana gələn bir sıra önəmli
yaradıcıestetik problemlərin, sənətşünaslığın bilavasitə predmeti
olan sahələrin inkişaf meyillərinin, ictimaimədəni prosesdə, siya
si dəyişmələr müstəvisində televiziyanın oynamalı olduğu dürüst
rol və gerçək durum araşdırılaraq tədqiqata cəlb olunmuşdur.
İlk dəfə televiziyanın təhlil metodologiyası, nəzəriyyəsi araş
dırılmış, təhlilin bədii və yaradıcı prinsiplər, ictimai funksiya
lar, sosial və kulturoloji əsaslarının dəqiq təsnifatı verilmiş, bu
təsnifat Azərbaycan teleməkanı üçün tətbiq olunaraq araşdır
ma aparılmış, yayım növlərinin və vahidlərinin ideyaməzmun
yükü əsas götürülərək janr, tip və növlərinə görə elmi işdə sis
temləşdirilmişdir. Yayım vahidlərinin funksiyasına, ictimai əhə
miyyətinə, bədiiestetik mahiyyətinə görə təhlilin prinsipləri iş
lənmiş, ona sənət növü kimi baxılaraq müxtəlif elm sahələrinin
təh lil prinsipi ilə silahlanmış fəaliyyət sisteminin işlənib hazır
lanmasına nail olunmuş, gələcəkdə konkret tip, janr və qrupla
rın nəzəri araşdırmaya cəlb olunması üçün elminəzəri baza bi
çimlənmişdir.
Elmi işdə ilk dəfə Azərbaycan televiziyalarının yaradıcı prosesi
təhlil obyekti kimi götürülərək dövlət, ictimai və kommersiya ka
nallarının qarşılıqlı müqayisədə müxtəlif məzmunlu verilişlərinin
təhlilini verməklə sistemli təhlilə nail olunmuş, önə çıxan prob
lemlərin çözülmə yolları təklif olunmuşdur.
İlk dəfə olaraq televiziyanın ictimai şüura təsir yolları və me
xanizmlərini müəyyən edərək onun verilişlərdə iştirakı, həmçinin
psixoloji təsiri, rekreativ fəaliyyəti, reytinq göstəriciləri, ekran
yaradıcılığı və ifadə vasitələri, bədii ifadə vasitələrinin təhlil me
todologiyası, verilişlərin yaradıcı meyarları, aparıcıların sə nət
karlıq göstəricilərinin təhlil mexanizmləri çözülmüş, televiziyaya
mədəniictimai proses kimi yanaşılaraq, onun daşımalı olduğu
sosial və estetik vəzifələrin icraolunma mənzərəsi təhlil, analiz,
aparılan sorğular və reytinqlər nəticəsində işlənib hazırlanmış
dır. Ye ni dönəmdə televiziyanın yaratdığı problemləri, mədəni
irsə, də yərlərə münasibəti əsas götürülərək, onun özünün ya rat
dığı yeni mədəniyyətin başlıca meyarları, bu mərhələdə üzə çı
xan gözlənilməz durumları çözülərək, prosesin kulturoloji təhlili
verilməklə mövcud problemlərin həlli yollarının göstərilməsi elmi
işin yeniliyi və əhəmiyyətidir.
İlk dəfə Azərbaycan telekanallarının praktiki, madditexniki,
bədii durumları əsasında texnikiiqtisadi, yaradıcıestetik, ictimai
tələbləri sistemli şəkildə analiz olunmuşdur.
15
Mediatənqid və onun tərkib hissəsi olan
televiziya tənqidi TVnin sosialmədəni
funksiyası prosesini, aktual hadisələrin
qiy mətləndirilməsi və analiz, təhlil üzə
rin də qurulmaqla onun yaradıcı simala
rının fəaliyyətini, axtarışlarını, veriliş,
proq ramların yaradıcı mənzərəsini, mə
dəni əhəmiyyətini, kütləvi kommunika
si ya prosesində, kulturoloji aspektdə tut
duğu yeri dəqiq müəyyənləşdirməyə,
bu nunla da teleyayımçıların və yaradı
cıların fəaliyyətini yönləndirməyə, istiqa
mətləndirməyə xidmət edən kütləvi kom
munikasiya, jurnalistika, sənətşünaslığın
ta rixi və nəzəriyyəsi üzərində qurulan xü
susi bir sahədir. Çox istiqamətli fə a liyyət
televiziyanın təbiətindən irəli gə lən, onun
kollektiv sənət olması, bir ne çə funksiya
nı eyni vaxtda yerinə yetirməsi ilə bağlı
dır. Televiziyaşünaslığın təhlil predmeti
te leyayımın təşkili, proqramlaşdırılma sı,
teleməhsulun yaradıcıkulturoloji əhə miy
yəti, dəyəri, seyrçiyə təsir imkanla rı, iq
tisadimarketinq əhəmiyyəti, reytin qi dir.
Televiziyaşünaslıq sənətşünaslığın, ek
ranşünaslığın bir istiqaməti olmaqla öz
əha təsinə fəlsəfə, psixologiya, estetika, kul
tu rologiya, sosiologiyanı daxil edir. Televi
ziyanın kütləviliyi, informasiya vasitə
si olması onun təhlilində sosialictimai
elm lərin qənaətlərinin, araşdırmalarının
nəzərə alın masını tələb edir. Əks halda
Təhlil
metodologiyası
və televiziya
nəzəriyyəsi
Dostları ilə paylaş: |