Qida Bloku- kompüterin qurğularına enerji verən onları qidalandıran



Yüklə 380,66 Kb.
tarix06.03.2022
ölçüsü380,66 Kb.
#53434
Hardware






Qida Bloku- kompüterin qurğularına enerji verən onları qidalandıran

qurğudur. Yəqinki kompüterinizi işlədərkən həmişə kompüterin arxa

hissəsindən çoxlu səs-küy gəlir. O səs-küyü yaradan qurğu qida blokudur.

Qida Blokunun əsas vəzifəsi dəyişən cərəyanı sabit cərəyana çevirməkdir.

Anakart kompüterin əsas qurğularını üzərində saxlayan və onlar arasında informasiya mübadiləsinə imkan verən

qurğudur. Kompüter anakartsız işlədilə bilməz. Anakartın üzərində olan vacib qurğular haqqında mütləq məlumatımız

olmalıdır. Gəlin anakart rayonuna səyahət edək görək hansı qəsəbə, küçələri vardır 􀀭

􀀹 Mikroprosessor (CPU)

􀀹 Əməli yaddaş (RAM)

􀀹 Keş Yaddaş

􀀹 Daimi yaddaş (ROM)

􀀹 CMOS

􀀹 Şinlər


􀀹 Slotlar

Mikroprosessor (CPU) - informasiyanı ikilik kod şəkilində emal edən qurğudur. Kompüterin beyni desək daha adına layiq olar. El arasında prosessor dediyimiz qurğudur ki, kompüterdərki bütün kodlaşdırma işlərini yerinə yetirir. Mikroprosessor 2 hissədən ibarətdir. Hesab-Məntiq qurğusu, İdarə qurğusu. Verilən əmrlər İdarə qurğusu tərəfindən alınır və şərh olunur daha sonra Hesab-Məntiq qurğusuna göndərilir və informasiyalar bu qurğu vasitəsilə emal olunur. Bəs desək ki, informasiya harada emal olunur? Burada REGİSTR yaddaş deyərki mənim daxilimdə emal olunur

RAM (random access memory) – Əməli yaddaş qurğusudur. Aktiv proqramları yadda saxlayan daxili yaddaş qurğusu-dur. Fikir vermisinizsə , kompüterdə youtube-də mahnıya qulaq asarkən eyni zamanda Word-də hər hansı işlər görə bilirsiniz. Deməli, eyni anda 2 proqram işlədirsiniz. Hətta 3 proqram çünki əməliyyat sistemi özüdə bir proqramdır. Bu aktiv proqramların hər biri RAM-da saxlanılır. Ram-a müvəqqəti yaddaş deyilir. Çünki kompüteri enerjidən ayırdıqda və ya söndürdükdə aktiv nə qədər proqram varsa hər biri bağlanır. Ram-a operativ yaddaş deyilir

Keş Yaddaş - Ram ilə CPU arasında informasiya alış verişində buffer rolunu oynayır. CPU Ram-dan sürətli olduğuna görə Ram CPU-ya informasiya göndərəndə və ya qəbul edəndə sürət cəhətdən geri qaldığına görə Keş Yaddaş yaradıldı və informasiya alış-verişində Keş Yaddaş sürətin artmasına kömək edir.

ROM (read only memory) - daimi yaddaş və daxili qurğusudur. Enejidən asılı deyildir. Yəni enerji kəsildiyində daxilində heçnə silinmir. Daxilində BİOS və POST proqramlarını saxlayır. BİOS- əsas giriş çıxış baza sistemidir. Kompüter istehsal olunarkən daxilindəki yeganə proqram BİOS olur.

CMOS (Complementary metal oxide semiconductor) - saat, tarix və BİOS konfiqurasiyalarını yadda saxlayan daxili yaddaş qurğusudur. Fikir vermisinizsə, kompüterimizi söndürürük və nə vaxt yandırsaq tarix və saat həmin tarixi və saatı göstərir. Bu CMOS sayəsindədir. CMOS enerjidən asılı yaddaş qurğusudur

Slotlar - əlavə plataları ana karta qoşmaq üçündür. Əvvəllər dendi və ya sega oyun konsol-larından istifadə etmisinizsə, onlardada oyun kasetlərini daxil etmək üçün slotlardan istifadə olunurdu 􀀭

Şinlər – informasiya axınını və mübadiləsini təmin edən qurğulardır. Kompüter hissələri arasında informasiyalar şinlərin daxilində axın edir.

VideoKart- görüntünü müxtəlif qurğulara (monitor, proyektor, tv və.s) ötürən qurğudur. İnformasiyanı həm kompüterə daxil edir həm də kompüterdən xaric edir. Məs: web kameradan görüntümüz videokart sayəsində kompüterə daxil olur və monitordan videokart sayəsində xaric olunur. Video kart daim işlədiyinə görə çox qızır və buna görə də ona soyuducu sistem yəni kuller qoşulur. Video Kartın özünün mikroprosessoru vardır. Videokart çevirici qurğudur. Analoq informasiyanı rəqəmsala və rəqəmsal informasiyanı analoqa çevirir.VideoKartın qoşulma növləri:HDMİ, VGA, DVİ, S-video.

Səs kartı- səsi müxtəlif qurğulara ötürən qurğudur. İnformasiyanı həm kompüterə daxil edir həm də kompüterdən xaric edir. Məs: mikrafondan səsimiz səskartı sayəsində kompüterə daxil olur və səs ucaldıcıdan səskartı sayəsində xaric olunur. SəsKartının özünün mikroprosessoru vardır. Səskartı çevirici qurğudur

Şəbəkə kartı- şəbəkənin kompüterə giriş və çıxışını təmin edir. Yəni internet kompüterimizə şəbəkə kartı vasitəsi ilə daxil olur. İnformasiyanı həm kompüterə daxil edir həm də kompüterdən xaric edir.

Xarici yaddaş qurğuları:

􀀹 HDD (Vinçester, Sərt maqnit diski)

􀀹 SSD


􀀹 Maqnit Lent qurğusu (Streammer)

􀀹 CD (Compact Disc)

􀀹 DVD ( Digital Versatile Disc)

􀀹 Disket (Floppy disk, FDD, Elastik maqnit diski)

􀀹 Fləş kart

HDD: Sərt maqnit diski adlanır. Qat-qat sərt disklərdən ibarətdir. Enerjidən asılı deyil. Məntiqi və fiziki olaraq formatlaşdırılır. Bütün proqram, şəkil, video, əməliyyat sistemi və.s faylları uzun müddət (qeyri müəyyən zamana qədər) saxlamaq üçündür.

FDD: Elastik maqnit diskidir. Floppy Disc və disket-də adlanır. Yaddaşı ən kiçik xarici yaddaş qurğusudur. 1.44 MB yaddaşa malikdir. Diametri 89 mm (3.5 düym).

CD ( Compact Disc): Əsasən audio fayllar yazmaq üçün nəzərdə tutulmuşdur. Ancaq başqa formatda olan fayllarıda daxilində saxlamaq olar

DVD (Digital Versatile Disc): DVD disklərə istənilən strukturda informasiya yazmaq mümkündür

Maqnit Lenti (Streammer): Bu qurğunun adı tanış gəlməsə də, ama keçmişdə ən çox istifadə etdiyimiz yaddaş qurğusudur. Yadınıza gəlirsə mahnılara maqnitofonda

kasetlərlə qulaq asırdıq, toy videolarına kasetlərdə baxırdıq 􀀭 Həmin bu kasetlər maqnit lent qurğusudur. Keyfiyyəti çox zəifdir, tez qırılırvə sıradan çıxır.

SSD (Solid-State Drive) : Ən sürətli xarici yaddaş qurğularındandır. Sərt diskin yeni nəslidir. Sərt diskdən fərqi odurki mexaniki üsul ilə yox elektronik şəkildə işləyir. Qiyməti baha olsa da sərt diskən 10 dəfə sürətlidir.

Giriş qurğularına aşağıdakılar aiddir:

􀂙 Klaviatura

􀂙 Maus

􀂙 Skaner-



􀂙 Qrafiki planşet (digitayzer)

􀂙 Mikrofon

􀂙 Tv-Tüner

􀂙 Veb-Kamera

Skayner: informasiyanı kağız vərəq üzərindən kompüterə daxil edən giriş qurğusudur. Skaner vasitəsilə kompüterə mətnləri, şəkilləri cizgiləri və digər qrafiki informasiyanı daxil etmək olur. Skaynerin iki növü mövcuddur. Əl ilə işləyən (hand-hend) və stolüstü (desktop) skayner. Əl ilə işləyən skayner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə aparmaq nöqteyi nəzərindən yararlıdır.

Qrafiki Planşet (digitayzer): hər hansı qrafikanı digitayzer üzərində çəkərək kompüterə daxil edə bilərsiniz. İstədiyimiz rəsmləri, çertiyojları planşet üzərində çəkmək olar

TV-Tüner: kompüterdə TV verilişlərinə baxmaq üçündür.

Çıxış qurğuları:

􀂙 Monitor-kompüter daxilindəki informasiyaları qrafiki,cədvəl və mətn formasında əks etdirən çıxış qurğusudur.

􀂙 Printer-informasiyanı kağız vərəq üzərinə çap etmək üçün istifadə edilir. Printerlər kompüterə LPT və USB portları vasitəsilə qoşulur.

􀂙 Plotter-daha mürəkkəb təsvirlərin (çertyoj, reklam, afişa) kağız üzərində daha böyük ölçüdə çap olunmasını təmin edir

􀂙 Akustik Sistemlər (kalonkalar)

􀂙 Proyektor

Giriş-Çıxış qurğuları:

􀂙 Modem-kompüterin internet şəbəkəsinə qoşulmasını təmin edir. Modem daxili və

xarici olmaqla iki yerə bölünür. Daxili modem ana kart üzərində yerləşir. Modem telefon xətti

ilə kompüter arasında rəqəmli elektrik siqnallarını analoq siqnallara və əksinə çevirir.

Rəqəmli siqnalların analoq siqnala çevrilməsinə modulyasiya əksinə isə demodulyasiya

deyilir. Kompüter rəqəmsal siqnallarla işləyir ancaq telefon analoq siqnallarla. Buna görə də,

modem çevirici qurğu adlanır

􀂙 Sensor monitor-sensor monitordan hər gün telefonlarımızda istifadə edirik. Toxunaraq informasiyanı daxil edirik. Ancaq displeydə informasiyalar əks olunaraq xaric olunur.

􀂙 Fax-informasiyanı həm qəbul edir həm də xaric edilməsində iştirak edir.

Xüsusi fax faylları vardır ki, fax qurğusunda çap olunur. Və xüsusi fax nömrələri

mövcuddur



Ses karti,video kart,sebeke karti
Yüklə 380,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin