Əsas qurğular: sistem bloku,monitor,klaviatura,siçan qurğusu.
Əlavə qurğular: printer,plotter,skaner,kamera,mikrofon,qulaqcıqlar.
Sistem bloku
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir.Sistem blokunun arxa hissəsində qidalanma bloku adlanan xüsusi qurğu olur.Qidalanma blokunun vəzifəsi elektrik enerjisini qəbul edib paylamaq və üzərində yerləşən ventilyator vasitəsi ilə qurğuların qızmasının qarşısını almaqdır.Sistem blokunun tərkibində saxlanılan ən vacib hissələrdən biri ana plata sayılır.
Monitor
Monitorlar informasiyanı ekranda əks etdirərək komputerle istifadəçi arasında əlaqəni təmin edən bir çıxış qurğusudur. Komputerdə proses belə gedir: informasiya ekran kartına göndərilir daha sonra ekran kartındakı yaddaş qurğrlarında olan informasiya analoq çevirivilər vasitəsilə hər piksel üçün ayrı ayrı amplitut məlumatına çevirilər. Yenilənmə sürəti monitorun 1 saniyədə ekrana gətirə biləcəyi görüntü sayıdır.Buna HZ (herts) deyilir. Hazırda 50Hz ilə 800Hz arasında görüntüləmə sürətinə sahib olan monitorlar mövcuddur.
Klviatura
Klaviaturainformasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuş qurğu. Kompüter sisteminin əsas qurğularından biridir. Klaviatura yalnız girişqurğusudur, çünki informasiya axını ondan bir istiqamətə – klaviaturadan kompüterə doğru hərəkət edir. Kompüter klaviaturasının iki portu mövcuddur – giriş və çıxış portları. Giriş port matrisanın üfüqi xətlərinə , çıxış portu isə şaquli xətlərə birləşmişdir.Klaviatura PS/2,USB portları vasitəsi ilə qoşula bilər.Klaviaturanın üzərində olan düymələri 4 qrupa bölmək olar: