1.2 Müasir dövr televiziya yaradıсılığının tarixi-nəzəri problemlərinin
yeni dövr Azərbaycan televiziyasının qurulması və inkişaf meyillərində
iştirakı.
Sovet dönəmində bütün müttəfiq respublikalarda teleyayım işi
nin təşkili prosesi 1956cı ilin 14 fevralında Azərbaycana da televi
30
ziyanı gətirdi. Cəmi bir neçə saat yayım vaxtı olan yerli telestudi
ya sovet ideologiyasının diktəsi ilə formalaşaraq tədricən özünün
dəstxəttini, şərəfli tarixini yaratdı. Birmənalı şəkildə Mərkəzi Te
leviziyanın yaradıcı siyasətini davam etdirən və hakim kommunist
partiyasının televiziya işçiləri qarşısında qoyduğu vəzifələrin icrası
ilə məşğul olan bütün əyalət və yerli televiziyalarında gedən yara
dıcı proses Azərbaycan televiziyası üçün də xarakterik idi. “Sovet
televiziyası…marksistleninçi ideologiyanı – fəhlə sinfinin, bütün
zəhmətkeşlərin ideologiyasını ifadə və əks etdirir” (245, səh. 34)
fikri, əslində, televiziyaya birbaşa ideoloji silah kimi verilən dəyəri
göstərməklə onun müstəqil və yeni fikirlə inkişafının mümkünsüz
olmasını təsdiqləyirdi. Ancaq 1960cı illərdə Sovetlər birliyində
“istiləşmə” adlanan dönəmin bütün yaradıcı mühitə göstərdiyi
təsirin televiziyaçıların da işində özünü əks etdirməsini misallarla
təsdiqləmək olar.
1960cı illərdən başlayaraq Azərbaycan Televiziyası özünün
“yaradıcıqalxınma dönəmi”ni yaşamağa başladı. Xəbərlər bura
xılışından əlavə, xalq təsərrüfatının müxtəlif sahələrindən hazır
lanan reportajlarla yanaşı, mavi ekranlarda o dövr üçün yeni olan
televiziya filmləri göstərilməyə başlandı. Kinematoqrafiyadan
fərqli olaraq televiziya filmi özünün bədiiestetik xüsusiyyətlərinə
görə fərqlənir, artıq başlanğıcdan özünəməxsus görüntü plas
tikasının mövcudluğu və ədəbi material olan ssenarinin çevikli
yi, mənzərəliliyi ilə seçilirdi. Televiziya filminin bədii, sənədli və
elmikütləvi janrları yarandı ki, bu da sənədli kinematoqrafiya
nın əlvan janr politrasından irəli gəlirdi. Televiziya filminin ilk
dönəmində təsvirçilik, mənzərəçilik cəhətləri qabarmağa başladı.
Bədii televiziya filmlərində isə davamlılıq yarandı; bu, kino üçün
real və bəzən də qəbul olunmayan cəhətlər televiziya filmi sənətini
kinematoqrafiyadan uzaqlaşdırdı, ona yaradıcılıq müstəqilliyi qa
zanmağa imkan verdi.
Azərbaycan televiziyasının ilk illərindən başlayaraq biçim lən
məsi onu təkcə kütləvi informasiya və təbliğat vasitəsi kimi de
yil, cəmiyyətdə özünəməxsus yeri olan, mədəni prosesdə işti
rak edən incəsənət növü kimi də təsdiqlədi. Artıq 1960cı illərin
əvvəllərindən Azərbaycan televiziyasına televiziya yaradıcılığı,
yayımı və təşkilatlanması standartları ilə yanaşmaq, onu ictimai,
mədəni baxış bucağından araşdırmaq imkanı yarandı.
Televiziya tarixini öyrənmək, mükəmməl mənzərəni yaratmaq
üçün Azərbaycanda televiziyanın yaranması və inkişaf dövrünü
31
möv cud araşdırmalar (E. Quliyev, Z. Məmmədli) əsasında aşağı
dakı mərhələlərə bölmək olar:
• Yaranış və texnoloji cəhətdən primitiv, televiziya sənətinin me
yarlarının formalaşması (1956 – 1970ci illər);
• Texniki yeniliklərin tətbiqi, sinxron kamera, meyarların təsdiqi,
mədəni prosesdə iştirakın fəallaşması (1970 – 1981ci illər);
• Yüngül və asandaşınan kameraların gəlişi, yeni məzmun, ide
yaların formalaşması, milliləşmə prosesi (1981 – 1990cı illər);
• Müstəqillik, bazar iqtisadiyyatı ilə yeni televiziyaların yaran
ması, ən müasir, daha çevik, effektli, texniki cəhətdən kamilləşmiş
avadanlıqların gəlişi, televiziya yaradıcılığının və işinin dünya te
leviziyaları ilə inteqrasiyası və müasirləşmə prosesi (1991ci ildən
sonrakı dövr).
İstər 1988–1989cu illərdə, istərsə də 1990cı ilin 20 yanvar
hadisə lərinə qədərki dövrdə televiziya demokratikləşməni yaxına
buraxmayaraq, inzibati amirlik sisteminin qaydalarından kənara
çıxmayaraq, efir vasitəsilə gerçəyi – Bakı küçələrində baş verənləri
deyil, uydurulmuş sosializm mifini təbliğ etməklə məşğul olurdu.
1990cı ilin 19 yanvar axşamı, saat 19.30da Dövlət Televiziyasının
enerji blokunun partladılması ilə cəmiyyət bütövlükdə informasi
yadan təcrid vəziyyətində qaldı və həmin gecə Sovet ordusunun
dinc Bakı sakinlərinə qarşı törətdiyi cinayətin başlanğıcı oldu.
Azərbaycan Televiziyası işini bərpa etdikdən sonra da informa
siya vermək funksiyasını birdəfəlik unudaraq təbliğatçı vəzifəsini
icra edirdi ki, bu da seyrçidə inamsızlıq sindromu yaranmasına
səbəb olurdu. Cəmiyyətdə birmənalı şəkildə televiziyanın həqiqəti
gizlətməsi və reallığın tamam fərqli olması rəyi yaranmışdır ki,
bu da televiziyanın ictimai vəzifələrinin öhdəsindən gəlməməsi
demək idi.
1991ci ildə qazanılmış müstəqillik ölkənin teleyayım işinə də öz
təsirini göstərdi. Artıq sərbəst düşüncə, fərqli yanaşım dik təsiz, daha
azad yayıma zəmin ola bilirdi. Lakin Ermənistanın Azərbaycana
açıq təcavüzü, ölkə ərazisinin 20%nin işğalı, bir milyondan çox
qaçqın, dağılmış iqtisadiyyat, yeni bazar münasibətlərinə keçidin
başlanması, qeyristabil siyasi durum özəl televiziya anlayışının
ölkəmizə gəlişini ləngidirdi. Bu sahə ilə maraqlanan, bu barədə
məlumata malik, sərmayə yatırmaq həvəsində və iqtidarında
olan şəxsləri belə tapmaq mümkün deyildi. Ölkədə hökm sürən
gərginlik, təcavüz faktoru, sözsüz ki, mədəni və iqtisadi prosesin
tərkib hissəsi olan televiziya yaranışını ləngidən, onu gündəmdən
uzaq, ən başlıcası isə özünün kommersiya mahiyyətini yerinə
32
yetirmək gücündən məhrum edən səbəblərdəndir. İnsanlar arasın
da yaranmış vəziyyət nəticəsində formalaşan əhval, depressiv du
rum da həmçinin yeni televiziyanın meydana gəlməsi üçün zəruri
olan sosial sifarişin aşağı səviyyədə olduğunu göstərirdi.
1991ci ilin 25 noyabrında ilk müstəqil televiziyaçılığa yönəlmiş
addım hazırda ölkənin aparıcı kanallarından biri olan ANS tə
rəfindən atıldı. Onların Dövlət Televiziyasının (AzTV) texni
ki bazasında və onun ayırdığı yayım vaxtında ilk verilişləri ilə
seyrçilərlə görüşə gəlmələri ölkədə çox ciddi maraq yaratdı. Bu
marağın yaranmasına səbəb ilk növbədə burada Dövlət Televizi
yasında olan senzura, xəbərlərin heç də hamısının verilməməsi,
basmaqəlib təqdimat əvəzinə hər şeyi açıq söyləmə, gerçəyi çatdır
ma, operativ informasiya, azad düşüncə, fərqli yanaşım, təqdimat
anlayışı ilə tanışlıqda idi. Seyrçi alışdığı mövcud rəsmi publisis
tikanın əvəzinə yenisini, onun dilində danışan, daha aydın, daha
səmimi ünsiyyətə girən, ütülənmiş, qəliblənmiş cümlələrlə deyil,
hər kəsin alışdığı, bir qədər də yeni olan tərzlə tanış ola bildi. Bu,
şüurlarda, stereotiplərdə çevriliş, dəyişiklik idi.
Azərbaycanın yeni dövr çap mətbuatına tam sərbəstlik hələ Mil
li azadlıq hərəkatının birinci ilində – 1988ci ildə işıq üzü görən
“Azərbaycan” və 1989cu ildə nəşrə başlayan “Azadlıq” qəzetləri
ilə gəlmişdi. 1990cı ilin 20 yanvarında Sovet ordusunun təcavüzü,
törətdiyi qırğın, həbslər azad mətbuatın fəaliyyətini dayandır
dı və yalnız həmin ilin sonlarında komendantlığın nəzarəti ilə
fəaliyyətini bərpa edə bildi. Bütün bunlar deməyə əsas verir ki,
Azərbaycan oxucusu azad mətbuat anlayışı ilə artıq tanış idi, lakin
azad televiziya hələ tamam yeni olan və yalnız xarici kanallarda
gördükləri kəşf idi. İlk dəfə efirə iki diktor əvəzinə bir aparıcının
çıxması, öncədən yazılaraq redaktə və senzura olunmuş mətn
əvəzinə, canlı və bədahətən söylənən nitq, verilən xəbərlərin re
allığa yaxınlığı, qərəzsizliyi və ən başlıcası tərəfsizliyi tamaşaçıda
yeni bir hiss yaratmış oldu. İlk veriliş – adının ikimənalılığı ilə ma
raq yaradan və xəbər işinin mahiyyətini əks etdirən, aparıcı, jurna
list Mirşahin Ağayevin gözlənilməz, sərbəst davranışı ölkə televi
ziyasının sonrakı illər publisistikasını biçimləndirən, onu yeni yola
yönəldən hadisənin başlanğıcı idi.
Ümumiyyətlə, tam mənzərəni yaratmaq üçün Azərbaycan tele
viziya məkanının 1991 – 1994cü illərini aşağıdakı kimi xarakterizə
etmək olar:
• Yeni studiyanın yaranışının tamam fərqli istiqamətə yönəl
mənin başlanğıcı olması;
33
• Dövlət Televiziyasının rəhbərliyinin teztez dəyişməsi hesabı
na qarışıq situasiyanın yaranması;
• Dövlət televiziyasında islahatlara meyil, tamam fərqli biçim
və mövzulu “7 gün”, “Videosalon”, “Dəyirman”, “215 kl təqdim
edir”, “Həftə” verilişlərinin efirə gəlməsi;
• Ölkədə müharibə və qeyristabil siyasiictimai mühitin yayı
mın kursuna, siyasi azadlığına təsiri;
• 1992ci ildə ilk müstəqil teleşirkət ANSin hökumət tərəfindən
yayımdan çıxarılması;
• Rusiya (RTR, ORT) ilə birlikdə Türkiyə (TRT, Star TV) kanalla
rının ölkədə yayıma başlaması;
• Yeni nəsil telepublisistikanın yaranışı – Qulu Məhərrəmli, Sa
mir Əsgərxanov, Alı Mustafayev, Nadir Bədəlov, Yusif Günaydın,
Sahib Alıyev, Nərgiz Cəlilova, Mirşahin Ağayev, Çingiz Mustafa
yev, Sevil Nuriyeva, Orxan Fikrətoğlu və b;
• 1993cü ildə Heydər Əliyevin gəlişi ilə dövlət quruculuğunun
başlanması və AzTVdə sabitliyin hökm sürməsi;
• Xaricdə istehsal olunan film və serialların ölkədə sərbəst yayıl
masının genişlənməsi;
• Yeni televiziyaların açılışı üçün iqtisadi sabitlik və inkişaf
xəttinin başlanması ilə zəminin biçimlənməsi.
Beləliklə, xaos və hərcmərclik, iqtisadi dağılma arxada qaldı,
1994cü ildən Azərbaycan inkişaf xəttini tutdu. Həmin ilin mayında
Ermənistanla atəşkəs razılığı, 20 sentyabrda “Əsrin müqaviləsi”
nin imzalanması sosial, iqtisadi, mədəni həyatda təsirsiz ötüşmə
di. Artıq 1994cü ilin mayında ANS və BMTİ televiziya kanalları
yayıma başladı. Birbaşa informasiya kanalı kimi nəzərdə tutulan
ANS yayımında texniki problemlərlə üzləşdi: yalnız Bakı şəhərini
əhatə edə bilən yayım yeni sistemlə və fərqli dalğadan aparıldığın
dan, tamaşaçıların 75%ində bu tələblərə cavab verə biləcək televi
zorların olmaması üzündən baxımlılıq dərəcəsi aşağı idi. BMTİ isə
daha əlçatan, asan qəbul olunan idi. Lakin yaranışından yalnız vi
deosalonu xatırladan bu kanalda ilk dəfə dünya kinosunun inciləri
və yeni işlər kinoşünasların, tanınmış adamlarının təqdimatı ilə
çatdırılırdı. Bu kanalda xəbər, analitik verilişlərin ümumiyyətlə
nəzərdə tutulmaması onu bir çox ölkələrdə artıq çoxdan mövcud
olan “Mədəniyyət” kanalının prototipi əsasında qurulmuş bir ka
nala bənzədirdi. Qısa müddətdən sonra telekanalın fəaliyyətini
dayandırması və onun yayımlandığı dalğa ilə AzTV2 kanalının
efirə çıxması teleməkana heç bir yenilik gətirmədi, çünki yeni tele
kanal AzTVnin təkrarından ibarət idi.
34
1996cı ildə “Sara” TV, 1997 ci ildə “Space”, 1998ci ildə
ABA və 2000ci ildə “Lider”, ATVnin yaranışı teleməkanın əsas
mənzərəsini təşkil etməyə başladı. “Sara” TV (19961998) və ABA
(19982001) telekanalları birbaşa əyləncəyə hesablansa da, birin
cisi fəaliyyətinin son dönəmində informasiya, publisistikaya me
yilli kimi çıxış edirdi. “Sara” TVnin təsisçisinin xarici vətəndaş
olması (bu sahədə qanunvericilik kanalın yayıma başlamasından
bir müddət sonra qəbul olundu), ABAnın iqtisadi problemləri
üzündən öz fəaliyyətlərini dayandırması (qeyd edək ki, ikinci öz
tezliyinə malik deyildi və RTR kanalının 17.00dan 23.00a qədər
vaxtından istifadə edərək yayımlanırdı) teleməkana o qədər də
güclü təsir göstərə bilmədi.
1994 – 2000ci illər teleməkanının xarakterizə edilməsi ilə aşağı
dakı nəticələr əldə olundu:
• Yeni yaranan televiziya kanallarının bir çoxunun fəaliyyət is
tiqamətlərini, auditoriya seqmentini, əhatəliliyini qiymətləndirə
bilməyərək xaotik yayıma rəvac verməsi;
• Texniki bazanın zəifliyi, bir çox yayımçıların primitiv daşıyıcı
lardan istifadə edərək yayım həyata keçirməsinin efirdə qüsurların
görünmüsinə səbəb olması;
• Peşəkar kadrların qıtlığı, jurnalist, müəllif, rejissor, prodüser
personalının sayca minimum təşkil etməsinin telekanalların yara
dıcı simasını aşağı salması;
• Teleyaradıcılığın üç istiqamətdə davam etdirilməsi: 1.Ənənəçi lik
əsaslanmamış mühafizəkarlıqdan doğan bəsitlik; 2. Ru siya televi
ziyalarının inkişaf istiqaməti əsasında yerli modelin qu rulması;
3. Türkiyə televiziyalarının yaradıcı təcrübəsinin tətbiqinin duyul
ması;
• Telekommersiya, reklam, reytinq anlayışlarının yaranışı, get
dikcə yayıma artan təsiri nəticəsində yeniliyin gəlməsi;
• İlk istehsalçı şirkətlərin yaranması (“215 kl”, “Virtuoze”, “Ko
rifey”, SOY);
• Siyasi sabitlik, iqtisadi yüksəlişin, demokratikləşmənin, inteq
rasiyaya yönəlmiş siyasətin yayıma təsiri nəticəsində teleşirkətlərin
madditexniki cəhətdən imkanlarının genişlənməsi;
• AzTVnin süst, basmaqəlib efiri nəticəsində ölkə ərazisini
əhatə edən yayımı hesabına bölgələrdə müəyyən nüfuza malik ol
ması, Bakı və onun ətrafında isə rəqabətə dözməyərək baxımsız
kanala çevrilməsi;
• Özəl teleyayımın keyfiyyət artımı, yeni yaradıcılıq axtarışları
nın başlanğıcı, ölkəni əhatə etmək cəhdinin artması;
35
• Televiziyaçılıqda yeni biçim, standartlar gətirən inkişafı sü
rətləndirən bir sıra yüksək səviyyəli verilişlərin ekranda gö rün
məsi (“Səhər” – AzTV), “Həftə çalçağırı” (SOY “Space” üçün),
“Fövqəldünya və mən”, “Telebenefis” (“Space”), “Təmiz söhbət”,
“Sevilən saat”, “Ən yeni tarix”, “Nəzər nöqtəsi” (ANS), “Qırmızı
xətt” (SOY ABA üçün);
• Yeni nəsil jurnalistlərin və aparıcıların ekrana gəlişi (Mehriban
Ələkbərzadə, Dilarə Əliyeva, Esmira Çərkəzqızı, İlhamiyyə Rzaye
va, Fuad Babayev);
• Televiziya tənqidinin biçimlənməsi, nəzəri ədəbiyyatın yaranışı
ilə teleyayıma ictimai nəzarətin güclənməsi: Qulu Məhərrəmlinin,
Cahangir Məmmədlinin, Zeynal Məmmədlinin, Aydın Dadaşo
vun, Elşad Quliyevin dövri mətbuatda çıxışlarının sistematik hal
alması, araşdırmalar, nəzəri problemlərin həll olunduğu kitabların
çap olunması;
• Dünya TV praktikasına maraq, inteqrasiya meyilləri,
əməkdaşlıq və artıq şöhrət qazanmış layihələrin adaptasiyası;
• Bu dövr ərzində ABA kanalı istisna olmaqla bütün digər
şirkətlərin piratçılıq yolu ilə əldə olunan audiovizual əsərlərin –
bədii, sənədli filmlərin, teleserialların yayımına geniş yer ayırması,
qanunsuz fəaliyyətin duyulması (2006cı ilədək dövlət və ictimai
kanal başda olmaqla piratçılıqla əldə olunan, heç bir lisenziya,
icazə, yayım razılığı olmadan filmlərin dublyaj olunaraq verilməsi
davam etmişdir), son illərədək futbol üzrə çempionatların, olim
piadaların Türkiyə kanallarından qanunsuz yolla oğurlanaraq ya
yımlanması;
• Ümumi mənzərədə keyfiyyət yüksəlişinin duyulmaması,
həvəskar səviyyədə qurulan fəaliyyətin meydan sulaması, ictimai
funksiyaların icrasında sistemsizlik, ciddi nöqsanlar, verilişlə
rin istehsalçı şirkətlərdən alınması əvəzinə yayımçılar tərəfindən
aşa ğı səviyyədə hazırlanması, yaradıcı dəstxəttin, simanın mü
əyyənləşməsində bir çox kanalların qətiyyətsizlik göstərməsi;
• Regional televiziyaların yaranışı, fəaliyyətdə olanların yenidən
qurulması: Naxçıvan Dövlət Televiziyası (Naxçıvan MR) “Kəpəz”,
“Alternativ” (Gəncə), “DünyaTV” (Sumqayıt), “Mingəçevir” (Min
gəçevir), “Qütb TV”, “Xəyal” TV (Quba), “Cənub” TV (Lən kəran),
“Aygün” TV (Zaqatala), “Simurq” TV (Tovuz);
Fikrimizi ümumiləşdirərək deməliyik ki, 1994 – 2000ci illər
Azər baycan teleməkanında kəmiyyət artımı başlıca tendensiya
kimi özünü göstərsə də, keyfiyyətin yüksəlişi sistematik proses
olaraq baş tutmadı. Yalnız ayrıca telehadisələr – layihələr ekrana
36
gəlməklə gələcək inkişafa təsir göstərə bilirdi. Asan populyarlaş
maq həvəsi sonsuz sayda qeyripeşəkarların televiziyaya axınını
artırdı və kadr qıtlığı ilə üzləşən yayımçılar onlara qapıları açdılar.
Nəticədə səviyyəcə aşağı, peşəkarlıqdan çox uzaq verilişlər kanal
larda artdı və möhkəm yer tutaraq ölkə teleməkanının simasını
təşkil etdi.
Azərbaycan teleməkanının 1991–2000ci illərinin mənzərəsi
həm çinin ayrıayrı janrların, növlərin təhlili nəticəsində yarana bi
lər. Bu dövr, sanki, hər bir şeyin yenidən yaranışını, yeniliklərin
sürətli axınını xatırladır və belə axınların, xüsusilə mədəniyyət
prosesində heç də həmişə sağlam, saf olmadığını sübuta ehtiyacı
olmayan gerçəklik kimi qəbul etsək, yaranmış yaradıcı destabil
liyin mənbəyini müəyyən etmiş olarıq. Ölkədaxili siyasi və sosi
al durum, daha çox, bir sistemdən digərinə keçid mərhələsinin
yaratdığı psixoloji problemlərlə zəngin idi: aqressiya, inamsızlıq,
pessimizmə meyillilik, mövcud olan mövqelərin, ictimai formasi
yasın dəyişməsi, dəyişmə zamanı olan xaos nəticəsində itirilərək,
yenilərinin yaranması, bütün təbəqələrə təsiri, bundan doğan ruhi
dayanıqlılığın itirilməsi. Cəmiyyət gözləmədiyi gerçəkliyi yaşadı
və bu zaman bir çox “itkilər” verdi, bu “itkilər” izsiz, asanlıqla si
linib gedə bilməzdi. Bütün postsovet məkanında hökm sürən ab
hava ölkəmizdə 1991–1993cü illərin qarışıq siyasi situasiyası və
yuxarıda göstərdiyimiz ümummilli problemlərin təsiri ilə daha da
şiddətli idi.
Belə bir dönəmdə orta minimum həyat tərzi keçirən, lakin
arzu ları olan və istəklərini boğan insanlar üçün “xəyallar”ın uy
durulması xilas rolunu oynaya bilər. Z. Freydin “İstəklər” nə zə
riyyəsindən artıq bilinir ki, insan istəkləri boğulduqca, onda aq
ressiya və cəmiyyətə qarşı düşmənçilik yaranır. Hazırda kütləvi
mədəniyyət məhz bu aqressiyanın qarşısını almaq naminə “hər
şey yaxşı olacaq, bunun üçün özünüzün taleyinizə inanın, fürsəti
gözləyin” konsepsiyasını davamlı və məntiqi şəkildə yeridir. Bu
bir az da vaxt ilə dinin, ruhanilərin cəmiyyətdə narazılığın qarşı
sını almaq üçün irəli sürdükləri “cənnətə vəsiqə” konsepsiyasına
bənzəyir. Sadəcə, ölümdən sonrakı “cənnətə” yeni dünyada yara
nan etimadsızlıq, bu “cənnətin” real həyatda axtarışına və kütlənin
buna inanmasına nail olmaq üçün kütləvi mədəniyyət dindarların
oynadığı funksiyanı tamlıqla öz öhdəsinə götürdü.
Azərbaycan cəmiyyətində bu proses özünü daha qabarıq gös
tərdi. Kommunizm ideyalarının puç olması, sosial çətinliklər,
insanların işsiz qalmaları, əhalinin böyük əksəriyyətinin yoxsul
37
laşması onlarda 70 il təbliğ olunan “xoşbəxt gələcəyə” olan ina
mı qırdı və adamlarda sabahları barədə qaranlıq bir təsəvvür ya
ratdı. Bu təsəvvürün yaranması insanda aqressiya, cəmiyyətdə
anarxiya doğurdu. “Bu prosesin qarşısının alınması məhz kütləvi
mədəniyyətin xidmətidir” desək, yanılmarıq. Kapitalizmi vəhşi
canavar kimi qiymətləndirən insanlar teleekran qarşısında seri
allarda yaradılan “xoşbəxt həyat” konsepsiyasına inanmağa baş
ladılar. Hökumətin irəli sürdüyü bazar iqtisadiyyatı fikri onlara
serialdakı və Hollivud kinolarındakı həyata qovuşmaq arzusunun
gerçəkləşməsi kimi göründü. Bunun ardınca inkişaf edən şou
biznes insanlarda xoş ovqat yaratmağa başladı, Lenin və onun
gələcəyi mifini superstar və onun yaşam tərzi əvəz etdi.
Azərbaycan televiziyasında 1993cü ildə ekranlara çıxan “İt
kin gəlin” çoxseriyalı televiziya filminin ilk milli serial olmaqla
bərabər, lirikpsixoloji məqamlarla zənginliyi və haqqın qələbəsi
ideyasını, primitiv qaydada da olsa, təbliğ etməsi yerinə düşdü və
tezliklə populyarlıq qazandı. Eyni zamanda, ekranlarda əyləncəli
verilişlərin yaranması kütləvi mədəniyyətin Azərbaycan üçün
yeni formada təzahürünə şərait yaratdı. Tez bir zamanda dün
ya, mədəniyyət prosesi ilə təmas və inteqrasiya erkən primitiv
elementlərin daha təkmil formada təzahürünü reallaşdırdı. Bunu
stimullaşdıran vasitələrdən ən başlıcası özəl televiziya və radionun
inkişafı oldu. Artıq televizor, radioqəbuledici, teatr, konsert salon
ları kütləvi mədəniyyətin tam ixtiyarına keçdi və bu, Azərbaycan
cəmiyyətində yarana biləcək sosial narazılıqları neytrallaşdırma
rolunu oynadı.
Əgər 1988–1991ci illərdə Azərbaycan seyrçisi milli romantizm
duyğusu ilə yeniləşərək gerçək axtarışında idisə, sonrakı illərdə
bu, daha çox “gerçək xofu”ndan qaçmaq, əyləncə ilə problemləri
unutmaq istəyi ilə əvəzləndi.
Çoxçeşidli vasitələr hər tipdə informasiyanı insana ötürməklə onu
informasiya şokuna salır ki, nəticədə dəyərlərin itməsi, meyarla
rın pozulması səbəbdir və o, yalnız əylənməklə gerçəyi unutmaq,
düşünməkdən imtina, “beyin üçün saqqız” axtarışına çıxır.
Televiziya özünün həm audio, həm də vizual qüdrətindən
istifadə edərək informasiya yürüşünü gücləndirən vasitə kimi in
sanın düşdüyü bu haldan istifadə edib onu əyləndirməyə, beyin
üçün “saqqızlar” kəşf etməyə başladı. Yuxarıda dediyimiz böhran
və ondan çıxış yollarının axtarışı işində televiziyanın əhəmiyyətli
rolu, vaxtında eskeypizmdən istifadə edərək onu cilovlaması, özü
nün kommersiya maraqlarına yönəltməsi sosial-mədəni mahiyyət
38
daşıyan hadisə kimi dəyərləndirilməlidir. Çağdaş insan toplu
munda insanın mədəni görüşləri, əyləncəsi, davranışı sürətlə də
yişməyə başladı. Bu gün danılmaz həqiqətdir ki, insan heç vaxt
olmadığı kimi əyləncəyə meyilli, ona aludə, onun kütləvi isteh
lakçısı, gerçəyə, bəşəri problemlərə qarşı isə, sadəcə, heysiz hal
da biganədir. Bu durumdan daha çox şoubiznes faydalandı və
əyləncənin yeni kommersiya üfüqləri açıldı.
Məhz buna görə də təhlil etdiyimiz dövrün telemənzərəsində
əyləncə əsas aparıcı qüvvəyə çevrildi. İnformasiya, təhlil, analitik
proqramlar, siyasi tokşoular yalnız seçkidənseçkiyə gündəmə
gələrək müəyyən mənzərənin yaranmasına xidmət edirdi. Bü
tün qalan vaxtlarda Dövlət Televiziyası və yeni yaranan özəl
teleşirkətlərin efirində əyləncə hakim kəsilərək bütün maraqları öz
ətrafına toplayırdı. Bu dövr ərzində öz yolundan dönmədən bütün
fəaliyyətini xəbər, informasiya üzərində quraraq, əyləncəyə az yer
ayıran ANS, yeni yaranışında daha çox elitar kanal olmaq iddia
sını daşıyan “Space” və artıq 2000ci ildə yaranan “Lider” başqa
xəttə uyğun davranmağa çalışırdılar. ANSin xəbər işində liderliyi
onu reytinq cədvəllərində xilas edə bilirdisə, “Space” və “Lider”
reytinqin acı göstəricilərini yaşayırdı. Məhz buna görə də 2001ci
ildə “Space” kəskin halda kursunu dəyişərək əyləncəyə yönəlmiş
faəliyyəti primitiv tərzdə olsa da prioritet seçdi. Həmçinin “Lider”
kanalı sonrakı illərdə idmana, intellektual oyunlara, realitişoulara
yer verməklə situasiyadan daha sanballı çıxış yolunu tapdı.
Lakin fasiləsiz əyləncə ölkə teleməkanının simasını təşkil edir
di. Ən çox da bu tələbi konsertlər, müğənnilərlə verilişlər, Hol
livud filmlərinin fasiləsiz nümayişi (bir neçə kanalın uzun illər
təcrübəsində bir film bitərək digərinin başlaması adi gündəlik fə
aliyyət idi), seriallar, uzunuzadı videoklip saatları vasitəsilə ödə
yirdilər. Onsuz da kasad və ağır vəziyyətdə olan yerli veriliş isteh
salı tam gücü ilə işləsəydi belə, bütün bu əyləncə tələbini ödəmək
iqtidarında ola bilməzdi. Durmadan, fasiləsiz əyləncə və konsert
lər birbirini əvəzləyirdi. Ən maraqlısı isə o idi ki, seyrçi bütün
bunlardan usanmırdı, əksinə o, daha çoxunu gözləyirdi. Beləliklə,
yerli kanalların bu fəaliyyəti tam ödəyə bilməməsi və ya aşağı
səviyyəli verilişlərlə görüşə gəlməsi yerli seyrçini peyk vasitəsilə
daha çox əyləncəli verilişləri olan Türkiyə kanallarına baxmağa
sövq edirdi.
Musiqili proqramlarla yanaşı məşhur müğənnilər haqqında
verilişlər, onların iştirakı ilə söhbətlər tez bir zamanda teleməkanı
bürüdü. Eyni bir müğənni bu kanaldan o biri kanala gedərək ora
39
dakı canlı yayımlarda, verilişlərdə iştirak edirdi. Müğənnilər hər
cür müzakirələrdə, hər tip verilişlərdə iştirak edirdilər: mət bəx,
gözəllik, din, iqtisadiyyat, kriminal, qloballaşma və s. A. Dadaşov
bu tipli verilişlərdə ifratavarma hallarını önə çəkərək haqlı olaraq
tənqid edir: “…müəlliflərin və qəhrəmanların səriştəsizliyini üzə
çıxaran bu verilişlərdə bəzən sənətkarların öz qohumtanışlarını və
sevimli ev heyvanlarını da lüzumsuz şəkildə nümayiş etdirmələri
tamaşaçıya hörmətsizliyin təzahürünə çevrilir. Bu tipli verilişlər te
leviziyalara gəlir gətirməklə yanaşı, eyni zamanda onların imicinə
də mənfi təsir göstərir” (23, səh. 76). Müğənnilərlə verilişlər özü
nün dramaturji həllini tapmaqla yalnız söhbətxatirat, söhbəttərif
şəklində qurulmamalı, mövzu seçimində ziddiyyətli məqamlar,
açıq tənqidi fikirlər və aparıcı ilə qonaq arasında maraqyaradıcı
mübadilə olmalı, mahnı ifaları verilişin modelində özünə tamlıqla
yer ala bilməlidir. Lakin, təəssüf ki, çağdaş teleməkanımızda olan
verilişlərin bir çoxunda ədəbi material özünü doğrultmamış hal
da çıxış edir və yalnız məzmunsuz söhbətdən ibarət olur. Aparıcı
qonaqdan müəyyən bir açıqlama və ya hansısa problemlə bağ
lı rəy almaq əvəzinə yorucu, cansıxıcı söhbətə yer verir və “belə
verilişlərin dəqiq ssenarisi və mövzu həlli olmadığından ekranda
kılar birbirinin şəninə yeri gəldigəlmədi xoş sözlər söyləyir və
arasıra mahnılar oxuyurlar” (23, səh.76). Bu halda veriliş təriflərlə
dolu və mahnılarla növbələşən söhbəti xatırladır ki, burada artıq
hər hansı bir tərzdə əyləncə elementi və ya rekreativ əhəmiyyət
tapmaq olmaz.
Yararsız, lakin hakim olan əyləncə sənayesinin önündə informa
siya, tədris, maariflənmə, sosialpedaqoji mahiyyətə qulluq edəcək
verilişlər görünməz halda mövcud ola bilirdi. Yuxarıda biz bir
neçə uğurlu layihənin adını qeyd etməklə, əslində, bu sahədə
atılan addımların böyük əksəriyyətinin qəbul olunmamasının
səbəblərindən biri kimi müəllif təhkiyəsinin konsepsiyasızlığnı,
təfsirin bayağılığını, forma problemlərini, estetik həllin solğunlu
ğunu göstərməliyik. Cansıxıcı və yorğunluq bəxş edən teletədrisin
və ya maariflənmənin əhəmiyyətinin, təsir gücünün olmadığı
çoxdan bəlli gerçəklik kimi qəbul edilərək müstəqil milli televi
ziyamızın ilk onilliyində yaxşıca unudulmuşdur. Hətta məişət
problemlərinə həsr olunmuş psevdo tokşoularda yalançı və
gərəksiz akademizm, süstlük, rəvanlıq çox sadə şəkildə bu ətrafda
qonşusu ilə müzakirə aparmaq və ya Türkiyə kanalında onun
üçün rahat qavranılan tərzdə, peşəkarlıqla düşünülmüş model
əsasında qurulan tərzdə verilişə baxmaq imkanı olan seyrçi üçün
40
bütün bunlar maraqsız, lazımsız görünürdü. Telepublisistika seyr
çi ilə ünsiyyətə girə bilməyərək, onunla dil tapmayaraq, ciddi uçu
rum yaranmasına səbəb olmuşdu. Eyni sözlər uşaq verilişlərinə,
gənclər üçün proqramlara da şamil oluna bilər. Gənc seyrçilər
nəinki onları izləmirdilər, heç adlarını da bilmirdilər ki, bu da ka
nalın auditoriyasının itirilməsindən başqa bir şey deyildi.
Yuxarıda verilən ümumiləşmiş icmal və prosesin təhlili onu
deməyə əsas verir ki, 1991–2000ci illərdə Azərbaycanda televiziya
şirkətlərinin fəaliyyəti heç bir yaradıcı konsepsiyaya söykənmədən
bir qədər başıpozuq şəkildə qurulmuşdur. Əyləncənin üstələməsi,
qeyripeşəkar yanaşma və geridə qalmış texnologiyaların teleya
yımın əsas mənzərəsini təşkil etməklə, bu kütləvi kommunikasi
ya vasitəsinin əhəmiyyətinin, baxımlılıq dərəcəsinin cəmiyyətdə
ciddi yer almamasına səbəb olması söylənilənlər əsasında gəlinən
qənaətdir. 2000ci ildən başlayaraq yeni kanalların gəlişi ilə rə
qabətin şiddətlənməsi, seyrçi toplamaq uğrunda mübarizənin art
ması keyfiyyətcə yeni mərhələnin başlanmasını tələb edirdi. Ölkə
iqtisadiyyatının inkişafı, əhalinin güzəranında yaxşılaşma yayım
çıların kommersiya maraqlarının üfüqünü genişləndirməklə onla
rın yeniləşməyə marağını artırdı. Artıq yeni dövrün qanunları tam
qüvvəsi ilə olmasa da, işləməyə başladı və əslində bu, məzmunca
fərqli problemlərin ortaya çıxmasına səbəb oldu. Peşəkarlaşma
və ixtisasartırma sahəsində bütün bu müddət ərzində heç bir işin
görülməməsi – telemütəxəssislər hazırlayan ali məktəblərin olma
ması, profil üzrə xaricə təhsil almağa heç kəsin göndərilməməsi,
xaricdə telejurnalistika təhsili alan şəxslərlə yerli seyrçi arasında
uçurum yaranması, əslində, ümumi yaradıcı səviyyənin artımını
ləngidən səbəblər kimi bu gün də kəskinliklə qarşıda durur.
Dostları ilə paylaş: |