3.4 Təşkilati funksiya
Cəmiyyətin demokratikləşdiyi bir dönəmdə kütləvi informasi
ya vasitələri daha əhəmiyyətli rol oynayaraq, öz üzərinə müxtəlif
səpkili vəzifələri götürməklə ictimai həyatda fəal iştirak edirlər.
Kanadalı sosioloq M. Maklüen özünün “Qutenberqin qalaktika
sı”, “Rabitə vasitələrinin anlanması”, “Mədəniyyət bizim işimiz
dir” əsərlərində kütləvi kommunikasiya vasitələrinin yeni tip
195
mədəniyyət yaratdığını iddia edir. Onun fikrincə, XV əsrdə İ. Qu
tenberqin yaratdığı çap dəzgahının kəşfi ilə “sənaye və mətbəə
adamı” tərbiyə olundu. Çağdaş kütləvi informasiya vasitələrinin
“qlobal kənd” yaratdığı qənaətinə gələn M. Maklüen bu vasitələrin
“yeni sürü adamı”nı tərbiyə etdiyini və onun mifini elektron
vasitələrin yaratdığını söyləyir. Bu baxımdan bədii yaradıcılığın
başlıca funksiyasının eskeypist, yəni reallıqdan uzaqlaşdırma ol
duğunu düşünür. Reallıq dedikdə, həyat həqiqəti, yəni gerçəklik
və çağdaş insanı əhatə edən sosial, ekoloji, mənəvi problemlər
nəzərdə tutulur. Kütləvi mədəniyyət və onun yayıcıları bilavasitə
insanı bu acı gerçəklikdən ayırmağa, onu əyləndirməyə, “mifoloji
qəhrəman”lara inandırmağa çalışır. Yeni insan tipini M. Maklüen
təsadüfi olaraq sürü adamı adlandırmır. Axı “sürü adamı” üçün
Vətən anlayışı yaşadığı mağaradaca bitir. Onun qayğısı gündəlik
azuqə tapmaq və isti mağarasını itirməmək idi. Hazırda postmo
dernist adlandırdığımız insan eyni əhvalla köklənib. Dünya kul
turoloqları bu hadisəni bəşəriyyətin uğuru adlandırırlar. Onların
fikrincə, terrordan, müharibələrdən, sərhədlərdən yalnız bu cür xi
las olmaq olar və “kosmopolit insan” konsepsiyasının aradan qalx
masından sonra öz kökünə və adətlərinə sadiq “sürü insan”ı anla
yışı bəşəriyyətin “qızıl dönəmi”ni doğura bilər. Bu fikir nə qədər də
qeyrireal görünsə də, praktikada insanların kütləvi mədəniyyətin
təsirinə düşdükdən sonra siyasi fəallıqlarının azaldığı müşahidə
olunur. Bunu sosioloji araşdırmalar da sübut edir.
Aydın Dadaşovun demokratik mühitin formalaşdırdığı in
san tipi haqqında fikri də maraqlıdır. Onun fikrincə “Proqressiv
mərkəzləşməyə yönələn kütləvi düşüncə tərzi Amerika azadlığı və
demokratiya istiqamətində formalaşaraq, daha çox informasiyaya
malik postmodernist şəxsiyyət yaradır” (20, səh. 116).
Deməli, kütləvi istehsal və sənayeləşmə kommersiya marağını
gün dəmə çıxardığından, o da yeni mədəniyyət prinsipini ortaya
qoymuş oldu. Kütləvi mədəniyyətin kommersiyaya uyğunlaşma
sı onun inkişafını tam qanunauyğun etdi. Bu isə məntiqi olaraq
kütlənin, yuxarıda deyildiyi kimi, “sürü insan”ı kimi formalaşma
sını günün reallığına çevirmişdir. Nobel mükafatı laureatı İ. Bro
dskinin məsələyə münasibəti dediyimiz fikrin təsdiqidir: “Bizim
dövrümüzdə bütün yeni…sosialsiyasi quruluşlar adamları fərdi
ruhdan uzaqlaşdıraraq kütlə sürüsünə yaxınlaşdırır” (129). Fərdlər
bu mədəniyyətin təsiri ilə “sürüləşir” və bu zaman onların maraq
dairəsi kütlənin maraqları ilə uzlaşır, ev, ailə, iş yeri məkanında
qapanır.
196
Kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyanın so
sioloji tərəfdən cəmiyyətin biçimlənməsində başlıca rol oynaması
artıq danılmaz gerçəklikdir. Televiziyanın cəmiyyətdə oynadığı
rolu dəyərləndirdikdə, onun insan şüuruna təsiri və onun for
malaşmasında roluna da nəzər yetirmək lazımdır. Televiziyanın
mifik və mistik məqamlarla zənginliyini önə çəkərək “xoş həyat”
illüziyasını yaratdığını və reallıqdan uzaqlaşdırmaq cəhətini qeyd
etmişdik. Televiziya insan şüurunu mifləşdirir, cəmiyyətdə və
təbiətdə baş verən prosesləri mistikləşdirir. Son dönəmdə televizi
yanın doğurduğu miflər və həmçinin baş verən təbii qanunauyğun
luqlarda nəsə bir fövqəlqüvvə axtarışı bilavasitə sənaye adamının
stresini aradan qaldırmaq, onu gərginlikdən xilas etmək məqsədi
daşıyır. Bütün bu təsir nəticə etibarilə insanların asanlıqla televi
ziyanın təsirinə düşməsinə gətirib çıxarır. Burada emosiyaların və
şüuraltı duyğuların istismarı təzahür olunur. Təsirin nəticəsində
insanda tənhalıq, müqəssirlik, düşmənçilik, qorxu, özünüqoruma
hissləri yaranır və bunlar onun psixologiyasında başlıca yer tutur,
həyat tərzinin əsas hərəkətverici qüvvəsi olur. Bu, kütləvi psixoz
yaradan amil kimi insanlarda xof yaradır. İnformasiya məkanının
daralması və sürətlə yayılması bu psixozu daha da həssaslaşdırır.
Televiziyanın cəmiyyətdə, insan həyatında, kütlə arasında oy
nadığı bu rolu nəzərə alaraq, onun üzərinə düşən təşkilati funk
siyanın əhəmiyyəti və bu vəzifədən irəli gələrək məsuliyyəti
dəyərləndirməklə, onun icra mexanizminə nəzər yetirək: televizi
ya özü müxtəlif aksiyaların, tədbirlərin, mərasimlərin təşkilatçısı
kimi çıxış etmək, kütləvi şəkildə insanları hər hansı bir məsələ
ətrafında toplamaq iqtidarındadır. Bu imkanlardan cəmiyyətin
mənafeyi naminə istifadə etmək ənənəsinin tarixi o qədər də qədim
deyil. “Televizionnaya jurnalistika” kitabında deyilir: “Kollektiv
təşkilatçı rolunu daha ağılla oynamağı dərk etmək üçün televizi
yaya uzun müddət vaxt lazım oldu” (237, səh. 114). Azərbaycan
televiziyasında kütləvi təşkilatçılıq təcrübəsi 1990cı illərin sonuna
təsadüf edir. Məhz o dövrdə dövlət televiziyasında ictimai xarak
terli aksiyaların keçirilməsi başlandı. “Qarabağ marafonu” gün
ərzində efirdə davam etdi və iş adamlarını, sadə vətəndaşları Qa
rabağa yardım üçün pul toplaması işinə cəlb etdilər. Buna oxşar
marafonlar kimsəsiz uşaqlara yardım üçün sonralar da keçirildi.
Televiziyanın təşkilatçılıq effekti seçkilərlə, həmçinin dövlət təd
birləri ilə bağlı müxtəlif çağırışlarla zəngin aksiyaların keçirilməsi,
açıq havada konsertlərin təşkili və digər tədbirlərdə də özünü
əməli şəkildə göstərir. Rusiyada bütün ictimaiyyəti piratçılığa qarşı
197
mübarizəyə çağıraraq, bu sahədə aksiya və qala konsert keçirməklə
istədiklərinə nail oldular. Həmçinin Azərbaycanda 2000ci il par
lament, 1998ci, 2003cü il prezident seçkilərində əhalinin fəal işti
rakını təmin etmək üçün müxtəlif aksiyaların keçirilməsi yolu ilə
onların vətəndaşlıq borclarına əməl etməyə çağırılması olduqca
müsbət və əhəmiyyətli iş kimi dəyərləndirilməlidir. Deməli, televi
ziyanın kütlələri idarəetmə gücündən istifadə edərək, müxtəlif tip
li aksiyaların keçirilməsi yolu ilə problemlərin həllinə nail olmaq
mümkündür. Seçkilər ictimai və siyasi hadisə kimi bütün dövlətlər
üçün kifayət qədər əhəmiyyətlidir. Yenicə demokratik dövlət qu
ruculuğu yolunu seçən Azərbaycanda seçicilərin səsverməyə cəlb
olunması həqiqətən olduqca lazımlı və əhə miyyətli bir işdir. Bu ba
xımdan AzTV, “Lider”, “Space”, ATV kanallarının keçirdikləri ak
siyalar təqdirəlayiq hadisə kimi qeyd olunmalı və bu televiziyanın
təşkilatçılıq funksiyasının təcəssümü kimi dəyərləndirilməlidir.
Açıq havada və ya konsert salonunda aksiyaların keçirilməsi, bura
tamaşaçılar arasında populyar olan sənətçilərin dəvəti özünün
güclü təsir effekti ilə seçilir. Bu aksiyaların siyasi və ictimai tərəfləri
nə qədər vacib və önəmlidirsə, belə aksiyaların təşkili, onun tele
versiyasının yaradıcı cəhətdən kamil qurulması da mühümdür.
Belə ki, hər gün dinlədiyi mahnılara alışan tamaşaçının ekran qar
şısında konserti dinləməklə yanaşı psixoloji təsirə düşərək aksiya
iştirakçısına çevrilməsi üçün maraqlı, vizual şəkildə mükəmməl
işlənmiş görüntüyə ehtiyac var. Məhz görüntü tamaşaçı üçün mü
vafiq auranı yaratmaqla, xoş təsirlər oyada bilər. Burada görüntü
nün kamilliyi dedikdə, aksiyanın ekranda necə görünməsi nəzərdə
tutulur. Adətən, birbaşa efirə yayımlanan bu cür aksiyalarda bir
neçə kamera və yaradıcı komandanın işi tələb olunur. Həmçinin
aksiyanın təşkilatçısı kimi televiziya məkanın tərtibatını, təşkilati
işlərin yüksək səviyyədə qurulmasını da öz üzərinə götürməlidir.
Açıq havada keçirilən aksiyalar, tədbirlər və müəyyən ha di
sələrlə bağlı konsertlərin televiziya versiyasının hazırlanması,
canlı və ya təkrar nümayişi üçün lentə köçürülmüş variantının
yayımında peşəkar rejissura və operator işinə ciddi ehtiyac duyu
lur. Kameraların qurulma yerlərinin düzgün təyini səhnədə baş
verəcək hadisələrin bir neçə rakurs və planda təqdimatına imkan
verməklə bərabər, tamaşaçı kütləsinin miqyasını, reaksiyasını çe
vik əks etdirən görüntünün alınması üçün də vacibdir. Məkanın
düzgün öyrənilməsi rejissora hadisələri tamlıqla görüntüdə cəm
eləməyə imkan verir. Əks halda televiziya aksiyanın təşkilatçısı de
yil, sadəcə, onu işıqlandıran vasitəyə çevrilə bilər. Həmçinin hava
198
şəraiti və tədbirin günün hansı saatında keçirilməsinin nəzərdə tu
tulduğunu əvvəlcədən öyrənməklə, rejissor görüntünün effektiv
alınması üçün işıqlandırma qurğularının iştirakını təmin edərək,
işıqların məkan və onun quruluşuna görə düzgün, dəqiq, ifadəli
düzülüşünə çalışmalıdır. Bu, tədbirəqədərki hazırlıq olmaq
la baş verənlərin ekran həllinin düzgün, baxımlı olmasını təmin
edən başlıca amildir. Kameraların düzgün düzülüşü, göstəriləcək
obyektlərin səhnədə hərəkətlərinin ssenari ilə tənzimlənməsi rejis
sor üzərinə düşən başlıca vəzifədir. Televiziya cəmiyyətdə, sosial
həyatda bu cür miqyaslı təşəbbüslə çıxış etdiyi bir dövrdə onun
təqdimatı da böyük önəm daşıyır və bu, rejissorun üzərinə yaradı
cı məsuliyyətlə yanaşı, sosial vəzifələr də qoyur.
Canlı yayımda bütün tədbirin çevik, effektli işıqlandırılması,
dinamikanın düzgün təyini ilə görüntü həllində bu prinsiplərin
qorunması olduqca vacibdir. Bu cür aksiyaların, tədbirlərin tele
versiyası operatorun işindən asılı olduğundan, bu peşə sahibinin
üzərinə düşən vəzifənin əhəmiyyətindən danışaraq deməliyik ki,
məhz peşəkar operator işi irimiqyaslı və canlı yayım üçün nəzərdə
tutulan tədbirlərin işıqlandırılması, televiziya versiyasının hazır
lanmasında həlledici işi görür. İşinə yaradıcı, dəqiq yanaşmaqla
bərabər, operator tədbirin aurasına düşməməklə ona kənar “göz”
kimi baxmağı bacarmalı, ən maraqlı, diqqətəlayiq, dinamikanı
artıracaq kadrların tutulması üçün çalışmalıdır. Bir çox hallarda
rejissor operator üzərinə müəyyən aksiyanın işıqlandırılması, can
lı efir versiyasının hazırlanması üçün vəzifələr qoyduqda, məhz
operatorun yaradıcı münasibəti, peşəkar yanaşması, daha ma
raqlı rakursların, görüntünün daha effektiv olması üçün çəkiliş
nöqtələrinin seçimi böyük əhəmiyyət daşıyır. Dolğun görüntünün
alınması üçün kameraların xüsusi çəkiliş maşınlarının, dayaqların
və yaxınlıqdakı binaların üzərində qurulması daha məqsədəuyğun
hesab olunur.
Azərbaycan teleməkanında təşkilati funksiyanın təcəssümündən
danışdıqda, ilk növbədə dövlət və kommersiya teleşirkətlərinin
keçirdikləri ictimai aksiyalar, tədbirlər, onların yaradıcı səviyyəsi,
təşkilatçılığı və ekran versiyasına diqqət yetirmək gərəkdir.
Bu baxımdan, yuxarıda qeyd olunan tədbirlərin təşkilatçılığı
işin də daha fəal çıxış edən Azərbaycan Milli televiziyasının təc
rübəsinə nəzər yetirmək yaxşı olardı. 15 iyun 2003cü ildə ke
çirilən Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə popul
yar müğənnilərin iştirakı ilə konsert, bədii qiraət Bakı şəhərində
əhalinin bayram günləri daha sıx gəzintiyə çıxdığı yerdə, Milli
199
Parkda keçirilməklə, həm əhalinin mədəni istirahətinin təşkili,
həm də dövlət əhəmiyyətli bir günün qeyd olunması ilə insanlara
yaxın keçmişin acı təcrübəsindən nəticə çıxartmaqla dövlətçiliyin
keşiyində durmaq, vətəndaş kimi ona qulluq etmək kimi hissləri
aşılamaq məqsədini daşıyırdı. AzTVdə tədbir öncəsi verilən
anonslar həmin məkana əhalinin kütləvi axınını təmin etmiş və
irəli sürülən təşəbbüs uğurla həyata keçmişdir. İstər məkanın,
səhnənin bədii tərtibatının sadə, zövqlü olması, istərsə də işıqla
rın rəngarəng şou elementləri yaratması, populyar müğənnilərin
iştirakı kompozisiyanı bir qədər digərlərinə bənzətməsinə bax
mayaraq, ustalıqla icra olunduğuna görə tədbir tamaşaçı üçün
maraqlı və baxımlı idi. Tədbirin televersiyası da olduqca dəqiq,
ifadəli hazırlanmışdı. Məkana görə düzgün qurulan kameraların
yeri həm səhnədə baş verənlərin, həm də tamaşaçı reaksiyasının
göstərilməsini təmin edə bilmişdi. Operatorların yaradıcı yanaş
ması nəticəsində Milli parkın maraqlı gecə mənzərələri, dəniz
görüntüsü və tədbirin əhatəli göstərilməsi uğurla həyata keçiril
mişdir. Burada rejissor işinin uğurlu olması, maraqlı görüntülərə
rəvan, ifadəli keçidlər, tədbirin dinamikasına uyğun dəyişmələr
texnikadan səmərəli istifadə etməklə dolğun görüntünün ekrana
çıxmasına səbəb olmuşdur.
“Lider” kanalının ölkənin müxtəlif şəhərlərində və paytaxtda
keçirdiyi aksiyalar da uğurlu iş kimi dəyərləndirilməlidir. Doğru
dur, bəzi hallarda əlavə texnikanın iştirakına ehtiyac duyulsa da,
ümumilikdə keyfiyyətli görüntü həlli ilə aksiyaların canlı yayımda
tamaşaçı marağına səbəb olması danılmaz gerçəklikdir.
Televiziyaların təşkilatçılıq sahəsində işi müxtəlif səpkili oldu
ğundan, onların bir neçəsi barədə məlumat vermək istərdik. ANS
kanalının hemofiliyalı uşaqlara qan verilməsi kampaniyası, ATV
kanalının QİÇS əleyhinə aksiyası ictimai baxımdan kifayət qədər
əhəmiyyətli, olduqca faydalıdır. Bu, teleşirkətlərin ölkənin ictimai
mədəni həyatında fəal iştiraklarını təmin etməklə bərabər, tama
şaçıların kanala olan rəğbətlərini artırır, onun məşhurlaşmasını
təmin edir. Bu səpkili aksiyalara, marafonlara, tədbirlərə spon
sorların cəlb olunması lazımlı və olduqca əhəmiyyətli bir işdir.
Ölkənin iqtisadi inkişafı, özəl sektorun yüksəlişi belə aksiyala
ra sponsorluq işini daha real etməklə bərabər, onların da ictimai
həyatda rolunu artırmış olur.
Televiziyanın təşkilatçılıq gücü müxtəlif sosial problemlərin
həllində də əhəmiyyətli olur. Yuxarıda dediyimiz kimi, televizi
ya ictimaisosial həyata fəal daxil olduğundan, insanların gün
200
dəminə, zövqünə, həyat tərzlərinə təsir etdiyindən, onun sosi
al prob lemlərin həllində də fəal olması zərurəti meydana gəlir.
Tele viziya burada dördüncü hakimiyyət statusunu icra etməklə
vətəndaşlarla dövlət qurumları, həmçinin müxtəlif sosial qruplar,
sadə insanlar arasında vasitəçilik missiyasını üzərinə götürərərək,
gündəmdə olan problemlərin həllində fəal iştirak etməklə onların
həlli yollarının tapılmasına imkan verir. Televiziya elektron kütləvi
informasiya vasitəsi kimi problemi həll etmir, onu qabardır, möv
cudluğundan danışır, həlli yollarını təklif edir və aradan qalx
masına ictimai nəzarəti həyata keçirir. Televiziya sosial həyatda,
siyasi proseslərdə, həmçinin ailəməişət problemlərində üçüncü
qüvvə kimi fəal müdaxiləsi ilə yaranmış ziddiyyətin aradan qalx
masına da təsir etmək gücündədir. Bu işdə televiziya jurnalisti
kasının əhəmiyyətli rolu var. Televiziyada çalışan jurnalist onun
üzərinə düşən bu ictimai işin mahiyyətini düzgün dərk edərək,
mövcud problemin hərtərəfli, qərəzsiz, tərəfsiz təqdimatına,
tərəflərin mövqelərinin ortaya qoyulması ilə həlli yollarının tapıl
masına özünün düzgün, savadlı tədqiqatı ilə nail olmalıdır. Bu
rada istər peşəkarlıq tələblərinə, istərsə də peşə etikasından irəli
gələn qaydalara riayət edərək, telejurnalist cəsarətlə problemin
üzərinə getməli, onu işıqlandırmalı, dövlət məmurlarına, aidiyyatı
təşkilatlara sorğu təqdim etməli və vasitəçilik yolu ilə barışa, bu
barışdan irəli gələrək problemin həllinə nail olmağa çalışmalıdır.
Telekanallarda sosialiqtisadi, mədəni problemin həlli isti qa
mətində müxtəlif səpkili proqramların hazırlanması demokratik
cəmiyyət üçün xarakterik və zəruri hadisədir. Burada televiziya
nın ictimai nəzarət mexanizminə malik olması ilə qarşıya çıxan
dövlət və məhəlli miqyaslı məsələlərin həlli şəffaflaşır. Televiziya
ların təcrübəsində sosialsiyasi, mədəni problemlərin qaldırılma
sı, onun qabardılaraq həllinə dövlət qurumlarının, ictimaiyyətin
cəlbi istər sosial, analitik proqramlarda, istər tokşoularda, istərsə
də satirik verilişlərdə həyata keçirilir. Televiziya burada da özü
nün ifadə vasitələrinə yer verərək, istər mükəmməl dramaturji
materiala, istər peşəkar jurnalist tədqiqatına, istərsə də rejissor
işinə söykənən yaradıcı və bədii şəkildə təqdimatını həyata keçirir.
Nədən və hansı mövzudan danışmasından asılı olmayaraq, tele
viziya qanunları və prinsiplərinin mükəmməlliyi, sənətkarlığı qo
runmalı, yenilikçi, yaradıcı münasibət öz təzahürünü tapmalıdır.
Məhz yaradıcı təqdimat materialı daha təsirli etməklə bərabər, te
leviziyanı digər informasiya vasitələrindən fərqləndirir. Televiziya
201
təkcə problemdən danışmır, onu həm də göstərir. Bu göstərilmənin
özündə də yaradıcı yanaşma, bitkin kompozisiya zəruridir.
Sosial problemlərin qabardılması, onun həlli yollarının axta
rılması və televiziyanın bu işdə fəal iştirakını təmin edən proq
ramlardan danışarkən ANSin “İç xəbər” sosial proqramını qeyd
etmək gərəkdir. Tamaşaçılar arasında kifayət qədər populyarlıq
qazanmış teleproqram iki dövrə bölünməlidir. Birinci dövrdə
ölkədaxili hadisələr, paytaxt xəbərləri, problemlər, onların həlli
yolları mövzusunu əsas götürərək onu çözən proqram, daha çox,
publisist Orxan Fikrətoğlunun aparıcılığı ilə yadda qaldı. Proqram
efirə getdiyi ilk müddətdə ona aparıcılığı gənc xəbər aparıcıları
etsə də, Orxan Fikrətoğlunun aparıcı ampluası daha maraqlı və
baxımlı alındı. İnsanları narahat edən problemlərdən açıq danışan,
onların həlli üçün çalışan Orxan Fikrətoğlunun yumordan ustalıq
la istifadə edərək, sadə danışıq tərzi ilə baş verənlərə münasibət
bildirməsi, süjetlərə keçid verməsi, studiyaya zəng etmiş tama
şaçılarla səmimi söhbəti, gündəmdə olan məsələ ilə bağlı suala
tamaşaçıların rəyinin interaktiv yolla öyrənilməsi verilişin təsir
gücünü artırmaqla yanaşı, tamaşaçı ilə ekran arasında yaxınlıq,
etibar, inam hisslərinin yaranmasına xidmət edirdi. Ekran qarşı
sında oturan tamaşaçı zəng etdiyi ünvanda səmimi həmsöhbət
tapmaqla problemini söyləyəcəyinə, onun həlli yolunda hansısa
addımın atılacağına inanırdı. Tamaşaçı inamı bu tip verilişlər üçün
olduqca vacib və əhəmiyyətlidir. Proqramın əsas qəhrəmanı olan
sosial problemlərdən narazı tamaşaçı, yalnız psixoloji cəhətdən
hazır olduqda telefon vasitəsilə müraciət etmək qərarına gələ bilər.
Məhz aparıcı Orxan Fikrətoğlunun ekran vasitəsilə yaratdığı ab
hava tamaşaçıda bu hissləri doğura bilirdi. Bədii publisistikadan
istifadə etməklə gündəmdə olan problemlərin obrazlı ifadəsini
tapan aparıcı, yumor və kinayə fəndindən istifadə etməklə təkcə
təşkilatçılıq funksiyasının icrası ilə deyil, həmçinin əhalini öz hü
quqları, problemlərlə mübarizə sahəsində sadə, anlaşıqlı bir tərzdə
maarifləndirməklə də məşğul olurdu ki, bu da televiziya publisis
tikası üçün olduqca lazımlı komponentdir.
Aparıcının dəyişməsi ilə proqramda qüsurların meydana gəl
məsi tədricən “İç xəbər”in ekranları tərk etməsinə səbəb oldu.
Xüsusən də Fidan Quliyevanın rabitəsiz, məntiqsiz, düzgün ol
mayan nitqi proqramın bədii və publisistik gücünü zəiflətməklə
tamaşaçıda biçimlənən etibar, inam duyğusunu azaltdı. Sosial
problemlərə həsr olunmuş və təşkilati funksiyanı yerinə yetirən bu
202
səpkili proqramlarda aparıcı amilinin olduqca vacib olması, onun
telelayihənin taleyinə də təsir etməsi yuxarıda deyilən təcrübədə
özünü göstərmiş oldu.
2004cü ilin yanvarından başlayaraq ANS kanalında “İç xəbər”
özünün ikinci ömrünü yaşamağa başladı. Hər həftənin bazar
ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri saat
00.30da efirə çıxan proqram özünün adında əksini tapan məqsədə
xidmət edərək ölkəiçi xəbərlərin verilməsi, problemlərin işıq
landırılması və onların həlli yollarının tapılması istiqamətində
fəaliyyətə başladı. “İç xəbər” adi televiziya verilişi olaraq
problemlərin göstərilməsi ilə işini bitmiş hesab etməyərək, onla
rın həllinə məmurların cəlb olunması, işin sonadək izlənilməsini
həyata keçirir ki, bu da televiziyanın təşkilatçılıq funksiyasının
tələblərinə cavab verir. 7 yanvar 2004cü il buraxılışında şəhərin
Sumqayıt avtobus dayanacağında yaranmış problemi cəsarətlə
işıqlandıran proqramın insanların narazılığını və məsul şəxslərin
yerlərində olmadığını tam açıqlığı ilə göstərməsi, problemlərə
cəsarətli müdaxiləsi, jurnalistin vətəndaşlıq mövqeyi baxımından
olduqca əhəmiyyətli idi. “İç xəbər”in problemin göstərilməsi ilə
öz işinin bitmədiyini göstərərək, yenidən dayanacaq yerinə yol
lanması və hadisələrin inkişafını izləməsi təşkilatçılıq işində te
leviziyanın oynadığı əhəmiyyətli rolun göstəricisi oldu. 8 yanvar
2004cü ildə efirə gedən süjetdə artıq dayanacaqda problemin ol
madığı, yeni avtobusların ayrıldığı və əhalinin daşınmasının rahat
olduğu göstərildi, süjetdən nəticə çıxararaq nəqliyyat çətinliyini
aradan qaldıran məsul şəxslərin rəyi öyrənildi. Deməli, bir proq
ramda efirə gedən süjet kifayət qədər ciddi olan problemin aradan
qaldırılmasına səbəb oldu ki, bu da televiziyanın ictimaisosial
həyata təsiretmə gücünün göstəricisi olaraq, bu vəzifədən düzgün
istifadə edərək ünvanlı tətbiqindən irəli gələn müsbət nəticə kimi
onun əhəmiyyətliliyini artırdı, tamaşaçıda inam, etibar hissini
gücləndirdi.
8 yanvar 2004cü ildə “İç xəbər”də gedən başqa bir süjetdə bina
sakinlərinin qəzadan sonra sayğacların xarab olması və Barmek
şirkətinin yeni sayğacları quraşdırmaması ilə bağlı şikayətləri veril
di. Burada da proqram məsələnin üzərinə gedərək aidiyyatı orqan
lara müraciət edərək problemin həlli üçün çalışdı. Barmek in məsul
nümayəndələrinin problemin gün ərzində həll olunacağı vədi proq
ram tərəfindən izlənilib, birbaşa efirdə telefon rabitəsi qurularaq
sayğacların quraşdırılması vəziyyəti öyrənildi, müsbət cavab tama
203
şaçılara çatdırıldı. Bu fakt da həmçinin proqramın ictimai əhəmiyyət
kəsb etdiyini və sosial həyatdə fəal iştirakını, əhalinin problemlərinin
həllində məmurla vətəndaş arasında vasitəçi olduğunu göstərdi.
Proqramın bu sahədə uğurlarını yüksək dəyərləndirərək, onun
nümunə kimi digər telekanalların təcrübəsində tətbiq olunmasını
vacib hesab edirik.
“İç xəbər” proqramında gedən süjetlərin üslub xüsusiyyətləri,
publisistik cəhətləri və görüntü həllinin səviyyəsi proqramın yara
dıcı gücünü göstərən amillərdir.
“İç xəbər” proqramı televiziyanın təşkilatçılıq funksiyasının ic
rası işində özünün sərt və obyektiv münasibəti ilə seçilir. Lakin
süjetlərdə duyulan müştəbehlik tendensiyasının aparıcıların dav
ranışında da öz əksini tapması mənfi hal kimi dəyərləndirilməlidir.
Proqram aparıcılığının iki nəfərə həvalə edilməsi məsələyə
münasibətdə fərqli mövqedən çıxış etməklə dramaturji ziddiyyət
yaratmaq yükü daşıdığı halda, aparıcıların daxili gərginliyi və
süni əks fikir söyləmələri bu dueti uğursuz edir. Aparıcıların
səriştəsizliyini və ekranda diktoraparıcı kimi görünmələrini nə
onların sərbəst geyimi, nə də sərbəst görünmək üçün etdikləri
do laşıq, rabitəsiz nitqləri dəyişə bilir. Zənurə Talıbovada səmimi
ünsiyyət cəhdləri olsa da, digər aparıcı Azər Məmmədovun gər
ginlikdən dişlərini sıxmağı, diqqətinin mətndə olması nəzərə
çarpır. Bu qüsurlarla yanaşı onun ekranda savadlı, problemə
dərindən bələd olan adam kimi görünmək cəhdi ilə bərabər tama
şaçı rəyini öyrənməyə yönəlmiş interaktiv cədvəlin bəzən qeyri
adi nəticələrinə yumorla yanaşmaq əvəzinə, tamaşaçının dərindən
düşünmək hissindən məhrum olduğunu göstərmək cəhdi, bir
çox hallarda bunu dilə gətirməsi televiziya qaydalarının və apa
rıcı davranışının prinsiplərinə uyğun olmayan hərəkət kimi qeyd
olunmalıdır.
Yeni aparıcıların verilişə gəlişi keyfiyyət sıçrayışı yaratmayaraq
onun ictimai nüfuzunu artıra və mövcud olan şöhrəti, inamı özünə
qaytara bilməmişdir. Televiziya təbiətinə görə təşkilati fəaliyyətdə
fəal çıxış edib, cəmiyyətin sosialmədəni və siyasi proseslərinə fəal
müdaxilə gücünə malik olmaqla ülvi məqsədlərin icrasına çalış
malıdır. Bu baxımdan “İç xəbər”in məramı doğru müəyyənləşsə
də biçim qüsurları, həmçinin məzmunda nəzərə çarpan ciddi qü
surlar məqsədin icrasını ləngitmiş olur. Təşkilati məqsədə ünvan
lı verilişlərin strukturu, forması problemi göstərmək, onun həlli
yollarını axtarmaq və həllinə yönəlmiş addımlar atmağı tələb edir.
Lakin bir çox hallarda bu məqsəd üçün hesablanmış layihələr
204
daha çox problemi önə çıxarmaqla kifayətlənirlər ki, bu da baş
lıca qayəyə xidməti heçə endirir və veriliş daha çox sosialpeda
qoji funksiyaya şamil olunmalı vəziyyətə düşür. Uzunmüddətli
telehəyat bu layihənin sosialictimai əhəmiyyətini artıraraq, onun
vacib problemlərin həllində insanların yardımçısına çevrilməsini
nümunə kimi üzə çıxarırır. Teleefir problem həll etmir, lakin, ic
timai məqsədlərindən və üzərinə düşən vəzifələrdən ən başlıca
sı kimi problemləri qabartmaq, həll yollarının axtarışında işti
rak etməkəvə bu prosesi işıqlandırmaqla ictimailəşdirmək kimi
mühüm işin icrasını həyata keçirir. Deməliyik ki, “İç xəbər” bu
işin öhdəsindən gəlmək üçün operativ yanaşma və tədqiqat
üsullarından səmərəli istifadə edə bilir. Lakin aparıcıların sosial
əhəmiyyətli məsələləri işıqlandırmaq fəaliyyətləri bir qədər peşə
etikasının sərhədini aşmağa yönəlir. Bu söylənənlərlə yanaşı, son
vaxtlar aparıcıların nitqində, müxbirlərin kadrarxası mətnlərində
öyüdnəsihət, təkəbbür və yersiz inadkarlıq kimi jurnalistikaya
zidd cəhdlərdə mənfi hallar kimi özünün qabarıq göstərir.
Televiziyada təşkilatçılıq funksiyasının icrası işini üzərinə gö
türən proqramlardan biri də “Space”dən yayımlanan “Qısa dalğa
da…Gecə kanalı” proqramıdır. Daha çox mədəni, sosial həyatda
mövcud olan problemlərin, hadisələrin mütəxəssislərin iştirakı
ilə çözülməsi və həlli yollarının təklifinə hesablanmış proqram
2003cü ildən hər həftənin cümə və şənbə günləri saat 23.00da
efirə çıxaraq 90 dəqiqə davam edir. Teleaparıcı Nərgiz Cəlilova
və İlhamiyyə Rzayevanın növbəli aparıcılığı ilə canlı yayımlanan
proqram özünün mövzu və problem əhatəliliyinə görə genişmiq
yaslı olsa da, dramaturji modelə malik olmadığı üçün və yalınz
həmsöhbət prinsipi üzərində qurulduğundan istənilən effekti
verə bilmir. Problemlərin çözülməsinə yönələn bu tip proqramlar,
adətən, analitik olub sosialpedaqoji funksiyanı yerinə yetirməli,
yaxud da təşkilati funksiyanın icrasına yönəlibsə, onun həll olun
ması məsələsində iştirak etməlidir. Telekanallarda təşkilati funksi
yanın icrası üçün tokşoular xarakterikdir ki, bunun parlaq misalını
istər xarici kanallarda – “Vremena” (“Birinci” – Rusiya), istərsə də
yerli kanallarda – “Dördüncü hakimiyyət” (“Lider”), “Açıq qapı”
(“Space”) və s. göstərmək olar. Yuxarıda adı çəkilən “Qısa dalğa
da…Gecə kanalı” özünün dramaturji həllini tapmamış tərzdə ifadə
olunur. Çözülən problemdə tərəflərin heç də bütün hallarda iştirak
etməməsi və mövzu ziddiyyətinin tərəflərin söhbətində tamlıqla
açılışını tapmaması proqramın sosialmədəni əhəmiyyətini azal
daraq, onu sadəcə, söhbət janrının parametrlərinə yaxınlaşdırır.
205
“Qısa dalğada…Gecə kanalı”nın konsepsiyası ilə efirə çıxma
vaxtı və bədii tərtibatı birbiri ilə uzlaşmayaraq ziddiyyət təşkil
edir. Tərəflərin mövqelərində olan ziddiyyət üzərində qurulmalı
olan proqramın 23.00da yayımlanması uğursuz vaxt seçimidir.
Həmçinin studiya tərtibatında məhrəm söhbət əhvalı yaradan
rəng harmoniyası və dekorlar tamaşaçıda danışılandan fərqli
əhval yaradır. Bu cür uyuşmazlıq, həmçinin aparıcıların obrazında
da özünü əks etdirir. Nərgiz Cəlilovanın aparıcılığında dinamika,
tərəflərin ziddiyyətli fikirlərini üzə çıxartmaqla toqquşma yarat
maq cəhdi duyulsa da, digər aparıcı İlhamiyyə Rzayevada daha
çox barışdırıcı, ziddiyyətsiz söhbət mühiti yaratmaq mövqeyi özü
nü qabarıq əks etdirir. Bu hal verilişin konsepsiyasının düzgün
müəyyən edilməməsi ilə bağlıdır.
“Qısa dalğada…Gecə kanalı”nın 11 yanvar 2004cü il buraxılı
şında estrada müğənnilərinin arasında olan narazılıq əsas mövzu
kimi qoyulmuş və müxtəlif vaxtlarda birbiri ilə konfliktdə olan
əməkdar artistlər Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün
Kazımova və Samir Bağırov dəvət edilmişdilər. Aparıcı Nərgiz
Cəlilovanın bütün veriliş boyu narazılığı törədən səbəbləri aydın
laşdırıb onların aradan qaldırılması yollarını axtarması, verilişin
sonunda barışığa dəvət etməsi konsepsiyadan doğan addım kimi
doğru, mədəni həyatda əhəmiyyətli iş ola bilərdi. Lakin aparıcı
nın bütün veriliş boyu barışıq mühiti yarada bilməyərək, sonda
ələlə verməklə barışmağa dəvət etmə cəhdinin alınmaması bü
tün məqsədinin və verilişin iflasa uğramasına səbəb oldu. Kifayət
qədər televiziya təcrübəsi olan Nərgiz Cəlilova süni barışıq ya
ratma cəhdinin uğursuzluğunu öncədən duymalı və ayrı meto
da əl atmalıydı. Bu uğursuzluq aparıcının ictimai nüfuzuna təsir
etməklə, ona olan tamaşaçı inamını da zəiflətmiş oldu. Aparıcı
bu tipli proqramlarda hər cür ekstremal vəziyyətə hazır olmaqla
improvizə edərək vəziyyətdən çıxmağı bacarmalıdır. Lakin Nərgiz
Cəlilova ekran qarşısında bunu bacarmadığından tamaşaçıları ilə
məğlub aparıcı kimi vidalaşmalı oldu. Belə halların ekranda yer
alması verilişin təşkilatçılıq əhəmiyyətinə də təsir edərək onun so
sial statusunu zəiflətmiş olur.
Proqramın ictimai və mədəni həyatda özünə yer alan məsələləri
müzakirə obyektinə çevirməsi, tamaşaçıları narahat edən dil, kitab
nəşri, kliplər, reklamlar kimi konkret, həmçinin bir sıra mücərrəd
anlam daşıyan mövzuların işıqlandırılması, özözlüyündə mü
hüm əhəmiyyət daşıyaraq kanal və veriliş üçün böyük uğur kimi
dəyərləndirilə bilər, lakin konkretlikdən uzaqlaşmaqla təşkilatçılıq
206
funksiyasının icrasını öz üzərindən ataraq yalnız müzakirəyə yer
vermək tamaşaçıda inamsızlıq əhvalı yaradır. Bu, istər müzakirələr
vaxtı toqquşmadan qaçma meyilində (bu, teledramaturgiyanın
zəifləməsi, nəticədə tamaşaçı marağının azalması deməkdir),
istərsə də “maraqlı” söhbət qurmaq adı ilə aparıcının özünün
şəxsiyyət kimi reklam olunmasına yer ayırması ilə bağlıdır.
“Qısa dalğada...Gecə kanalı” verilişinin sonrakı aparıcıları Hə
mid Herisçi və İlhamiyyə Rzayeva layihənin yaranışı zamanı
qoyulan başlıca məqsəddən uzaqlaşaraq, onu daha çox axşam
söhbəti formatına yaxınlaşdırdılar ki, bu da müxtəlif zamanlar
da bir çox ölkələrin təcrübəsində uğurla sınaqdan keçirilmişdir.
Təşkilati funksiyanı daşımalı olan bu tip verilişlər həm də öz
təbiətinə görə inteqrativ xassəyə malik olmalıdır. Təşkilati, yəni
cəmiyyətdə müxtəlif qruplarda mövcud olan problemin həllində
iştirak məqsədi daşıyan və bunun üçün problemlə bilavasitə bağ
lı olan və onun həllində müəyyən rol oynaya biləcək şəxslərin iş
tirakı ilə təşəbbüsün irəli sürülərək həllinə çalışmaq formasında
qurulan layihələr aksiya, reportajtəhlil və dəyirmi masa şəklində
qurula bilər. Bu tip proqramlarda aparıcı daha çox moderator ob
razında olmaqla, konkret suallara cavab axtarmaqla tərəflər ara
sında ünsiyyətin yaranması və ortaya çıxan problemin həll yolla
rının tapılmasına çalışacaq danışıq tərzinə, ünsiyyətcilliyə meyilli
olmalıdır. Əslində, aparıcıların bilərəkdən təşkilati funksiyanın
icrasından uzaqlaşaraq verilişi danışıq şousu formatına yaxınlaş
dırmağa meyilli olduqlarını əvvəldə qeyd etmişdik, sadəcə olaraq,
tərz və yanaşımın, əslində, tokşoudan çox uzaq göründüyü də
göz önündə olduğundan bunu yaradıcı axtarış adlandırmaq olar.
Deyilən fikri verilişin yayım müddətində bir qayda olaraq reytinq
göstəricilərində uğurlu yerləri tutması da sübut edir. Maraqlısı
odur ki, İctimai Televiziyada həmçinin oxşar layihənin icrasına
başladı və bunun mənəviyyat, yüksəklik təbliğatçısı olduğunu elan
etməklə, əslində, cəmiyyətə mənəvi dəyərləri qaytarmaq kimi həll
məzmunu baxımından anlaşılmaz olan məqsədi əsas götürdülər.
İlk növbədə mühafizəkar mövqedə duraraq istənilən yeniləşməni
mənəviyyatsızlıq kimi qələmə verib, bunu efir vasitəsilə açıq
şəkildə elan etmək cəhdi uğursuzluğa məhkumdur. “Gecənin
aydınlığı” verilişinin forması və aparıcının tərzi hətta önəmli
olan mövzunun müzakirəsini zəiflətmiş olur ki, bu da qoyulan
məqsədə çatmağa maneçilik törədir. Digər tərəfdən andırmağa
imkan vermir. Başlıqda olan iddia və bunun müqabilində çözüm
tərzinin dramaturji struktura malik olması yolverilməz təzad ya
207
ratmış olur. Çağdaş televiziya prinsipləri ilə düz gəlməyən tərz və
ictimai yayımın qarşısında duran sosialmədəni vəzifələrdən do
ğan bu məqsədli verilişlərin gərəkli olması ilə bərabər onun hazır
lanması, seyrçinun qəbul edəcək formanın tapılmaması xüsusi ilə
qeyd olunmalıdır.
“Space” kanalında efirə gedən “Açıq qapı” tokşousunda isə te
leviziyanın təşkilatçılıq funksiyası özünü tam mənasında əks et
dirir. Tokşou sosial mövzulara cəsarətlə toxunaraq, onun həlli
istiqamətində addımlar atıb, bu sahənin liderinə çevrilmək imkanı
qazanmışdır. Ana və atılmış uşaq mövzusunda keçirilən tokşouda
bütün tərəflərin və ekspertlərin təmsil olunması, studiyadaca prob
lemin həll olunması təşkilatçılıq funksiyası baxımından kifayət
qədər əhəmiyyətli sayıla bilər. Jurnalist Ayişə Səlimovanın mode
rator kimi bir qədər gərginliyi duyulsa da, mövzunun çözümündə,
problemə dərindən yanaşmasında, araşdırma aparmasında duyu
lan peşəkarlıq təqdirəlayiq hadisə kimi dəyərləndirilməlidir.
Tokşounun bədii tərtibat işində xarakterik xüsusiyyətin qorun
madığı və rejissorun məzmundan irəli gələn forma axtarışı prinsi
pi ilə deyil, şablon tokşou estetikasından bəhrələnməsi, həmçinin
tərtibatçı rəssamın simvolik elementlərdə ümumi cəhətləri əks
etdirməsi, xarakterik amilləri bir kənara qoyması, meydan geniş
liyi, miqyaslılıq vermək əvəzinə lazımsız məhrəm abhava yarat
ması şounun imkanlarını zəiflədir, onun bədii həllini ifadəsiz
edir. Bədii tərtibatda duyulan bu nöqsanlar moderatorun da işinə
mənfi təsir göstərərək, ona lazımi abhavanı yaratmaq işində əngəl
törədir.
“Space”in digər proqramı “Poçtalyon” özünün qarşısına birbi
rini itirmiş şəxslərin tapılması və görüşdürülməsi məqsədini qo
yub, bəzi hallarda buna nail olsa da, poçt xidmətinin işini işıqlan
dırması, sonralar “Poçtalyon+telefonçu” adıyla daha çox Rabitə
Nazirliyinin işini işıqlandırması onun xarakterik cəhətini dağıtmış,
qarışıqlıq yaratmışdır. Aparıcının qeyripeşəkarlığı və proqramın
bitkin olmayan dramaturji modeli uğursuzluğa səbəb olmuşdur.
“Lider” kanalında efirə çıxan “Dördüncü hakimiyyət” tokşousu
qaldırılan problemlərin miqyası, əhəmiyyətli olması, həmçinin
dəvət olunan qonaqların müxtəlif mövqelərdən çıxış etməsi ba
xımından maraqlı və baxımlı olsa da, moderatorun süni nitqi,
davranışında plastikanın olmaması tempi aşağı salan amil kimi
tamaşaçını özünə cəlb etmir. Doğrudur, “Açıq qapı” tokşousunun
moderatoru Ayişə Səlimovadan fərqli olaraq digər aparıcı özünün
geyimində xarakter xüsusiyyətini biçimləndirib aparıcılıq dav
208
ranışını qorumağa çalışır lakin, bunun qeyritəbii alınması ilkin
məqsədi aradan qaldırmış olur. Şounun adında səslənən qətiyyət
və xarakterik cəhət onun gedişində özünü göstərmədiyindən, ve
riliş sosial vəzifəsini yerinə yetirə bilmir. “Dördüncü hakimiyyət“
anlayışı təkcə deyim olaraq çıxış etmir, bu, kütləvi informasi
ya vasitəsinin cəmiyyətdəki yerini təyin edir, onun səlahiyyətini
göstərir. Bu adın şouya verilməsi onun statusunu da müəyyən et
miş olmalı idi. Lakin ekranda görünən mənzərə şounun xarakte
rik cəhətlərinin uyğunsuzluğunu üzə çıxarır ki, bu da tamaşaçıda
inam hissini azaldır. “Dördüncü hakimiyyət” şousunun rejissor
və operator işində heç bir yaradıcı yanaşmanın olmadığını qeyd
edərək, studiya tərtibatının da sadə olub, verilişin estetik həllini
zənginləşdirəcək cəhətlərlə seçilmədiyini söyləməliyik.
Azərbaycan Milli Televiziyasının satirik telejurnalı olan “Mol
la Nəsrəddin” özünün konsepsiyasına görə məhz problemlərin
qabardılması mahiyyətini daşıyır. Sosial və kommunal nöqsan
ları əhatə edən süjetlərin verilməsi və onun “Molla Nəsrəddin”
dərgisinin üslubuna uyğun təqdimatı bədii primitivliyi ucba
tından istənilən nəticəni vermir. Bədii forma kimi “Molla Nəs
rəddin”in publisistikasının seçilməsi maraqlı yanaşma olsa da,
Molla Nəsrəddin paltarında bir şəxsin kamera önünə gələrək
mənasız tərzdə hər bir süjet vaxtı sağasola getməsi, aşağıyuxa
rı baxması və əlini yelləməsi, kadr arxasında diktorun birnəfəsə
söylədiyi bədii cəhətdən qüsurlu, televiziya prinsiplərinə zidd,
primitiv nitqi diletant yanaşmanı göstərir. Mizan həlli tapılma
yan personajın əhəmiyyətsiz vargəli rejissor Nadir Diridağlının
yarıtmaz işinin nəticəsidir. Kifayət qədər primitiv və yaradıcı
cəhətdən sönük hazırlanan proqramın problemi işıqlandırmaq və
onun həllinə nail olmaq gücünü şübhə altına alır. Satirik tənqid bir
forma kimi sosial proqramlarda qəbulolunandır. Lakin bu satira
nın ekran həllinin, plastik görüntüsünün tapılmaması kadrarxası
monoloqu videocərgə ilə doldurmaq naminə əhəmiyyətsiz təkrar
kadrların verilməsi televiziya yaradıcılığından, publisistikadan
uzaq primitiv verilişin ekran təcəssümünə şərait yaradır. Bu ya
radıcı solğunluq, primitivlik tamaşaçının estetik zövqünə və bədii
qavramasına da xələl yetirməklə, mənfi emosiya yaratmış olur.
“Etiraf” verilişi açıq söhbət və danışan şəxsin taleyinin gizli mə
qamlarının açılışına xidmət edən tərzdə qurulsa da, tərtibatda
olan qüsurlar inamsızlıq, cansıxıcılıq yaradır. Mahiyyətdən uzaq
olan tərtibatda rənglərin özünü doğrultmayan qarışıqlığı, əlvanlıq
və ifadəsizlik, məişət elementlərindən yersiz istifadə, gülçiçəklə
209
bəzəmə etirafla heç bir bağlılıq təşkil etmir. Verilişin estetik həl
lində olan bu qüsurlar elə aparıcının danışığında, avazında da
davam edir. Layihənin daha uğurlu alınması üçün aparıcı obra
zında dəyişiklik və tərtibatın da müasir tərzdə qurulması vacib
şərt kimi qeyd olunmalıdır. “Etiraf” mahiyyəti və insanları ta
nınmışların həyatları ilə tanış etməsi baxımından onlara doğru
yolu göstərmək məqsədini gizli şəkildə ehtiva etməklə heç bir
şəkildə təlim biçi mində olmamalıdır. Bu tip danışıq şoularının
mahiyyətində təş kilati vəzifələri həyata keçirmək durmalıdır. Yəni
düzgün və ya səhvlərin açılışı ilə doğrunu müəyyənləşdirməyə,
həyat tərzini qurmaq ətrafında dolğun düşünməyə vadar etmək
birbaşa təşkilati funksiyanın mahiyyətini təşkil edir. Aksiyadan
və ya digər problemlərin izinə düşməklə həll etməyə yönəlmiş
verilişlərdən fərqli olan bu tip layihələr manipulyativ mahiyyətə
malik olurlar. Cəmiyyətdə mövcud olan hansısa proseslərə gizli
şəkildə təsir etmək üçün tamaşaçının şüurunda assosiasiyaların
yaranması istiqamətində iş aparılır. Aqressiyadan, səhv yol dan
döndərməyə sövq edən təşkilati fəaliyyət inteqrativ kimi açıq
aydın birləşdirməyə və ya tədris kimi birbaşa öyrətməyə hesab
lanmayaraq, rekreativ funksiyanın təsir gücündən bəhrələnərək,
manipulyasiya şəklində təzahür olunur. Manipulyasiya mərhələsi
olduqca mürəkkəb və xüsusi hazırlıq tələb edən fəaliyyət oldu
ğundan, orada kiçik bir qüsur ünsiyyəti poza, təsirsiz qala bilər.
“Space” telekanalında yayımlanan “Mərhəmət sorağında” verili
şi də həmçinin təşkilati mahiyyət daşımaqla köməyə ehtiyacı olan
insanların problemini ortaya qoyaraq, onun həlli üçün tamaşaçıları
səs verməklə maddi cəhətdən yardım göstərməyə çağırış üzərində
qurulub. Açıq təşkilati fəaliyyətlə məşğul olan bu tip verilişlərin
məqsədi olduqca ülvi və gərəkli olduğundan, onun yayılmasını
təqdirəlayiq addım saymaq olar. Lakin adı çəkilən verilişin yaradı
cılıq baxımından qüsurları, qeyripeşəkarlığı, seyrçiyə təsir etmək
üçün ifadə vasitələrindən, fəndlərdən istifadə etməməsi onun uğu
runu azaltmış oldu. Aparıcının hazırlıqsızlığı, görüntü plastikasın
da bəsitlik və nizamsızlıq verilişi baxımsız edir. “Mər həmət sora
ğında” verilişinin uğurunu təmin etmək üçün onun bədii gücünü
daha mükəmməl tərzdə qurmaq lazımdır. Çünki bu, mürəkkəb
psixoloji proses olmaqla, insanları mərhəmətə çağırır və bu çağı
rışın baş tutması üçün seyrçini ekran önündə saxlamaqdan ötrü
üçün bədii fəndlərdən yerində istifadə etmək tələb olunur. Təəssüf
ki, qeyd olunan halda daha çox iclas formatı özünü büruzə verirdi.
Bu da emosional təsiri azaltmış olurdu və nəticədə veriliş insanları
210
mərhəmətə, yardıma sövq edəcək təsir gücünə yüksələ bilmirdi.
Rejissor və müəllif işində olan qüsurlardan irəli gələn bu hal verili
şin ömrünü qısaltmış oldu. Analoji layihə İctimai Televiziyada Yu
sif Günaydının aparıcılığı ilə ekrana gəlsə də, eyni qüsurlar başlı ca
məqsədə nail olmağa imkan vermədi. Burada həmçinin tərtibatda
olan bəsitlik, veriliş üzərində yetərincə işləməmə və aparıcı ob
razının düzgün təyin olunmaması insanları yardıma səsləyəcək
təşkilati işi sonacan yerinə yetirməyə imkan vermədi.
Təşkilati fəaliyyət özünü təkcə ciddi sosial problemlərin həllində
deyil, həm də sənət, ədəbiyyat və digər sahələrdə mövcud olan
və ziyyəti dəyişdirməyə yönəlmiş şəkildə təzahür etdirə bilər ki,
bizcə, bu, kulturoloji mahiyyət daşımaqla bədii zövqsüzlüyü, üzə
çıxan qüsurları aradan qaldırmağa xidmət edəcək fəaliyyətdir.
Peşəkarların iştirakı ilə yaxşını pisdən ayırmağa cəhd edərək, bu
nunla da dolayısı ilə şüurlara təsir etməklə sənətkarlıq tələbələrini
ortaya çıxarmaq məqsədinə yönələn bu fəaliyyət müxtəlif şəkildə
və formada dünya televiziya təcrübəsində sınaqdan keçirilib.
Müzakirə, debat və əyləncəli yanaşım tərzləri ilə qüsurların üzə
çıxarılması, əslində, sovet dönəmində inzibati amirlik sisteminin
tərkib hissəsi olan bədii şuraların daha mükəmməl və ən başlı
cası, tövsiyəverici şəkli kimi ekrana gəlməlidir, hökmdən, qəti
qərardan uzaq müzakirə şəklində qurulmaqla, meyarları təbliğ
etməlidir. Bu baxımdan ATV telekanalında yayımlanan “Tanıdım”
proqramını nümunə kimi göstərmək olar. Verilişin mahiyyətində
videokliplərin təqdimatı və peşəkarların müzakirəsi dururdu.
Həmçinin ayırtmanların klipdə olan mövzu, rejissor və ya ope
rator işi, aktyor oyunu ilə bağlı qüsurlar da tapılaraq seyrçilərə
təqdim olunurdu ki, bu da videokliplər sahəsində mövcud olan
bir çox bayağılıqların aradan qalxmasına xidmət edirdi. İlk dəfə
məhz bu verilişdə videoklipin təhlil metodologiyası və onun tərkib
hissəsini təşkil edən sənət növlərinin müəyyənləşməsi, onların me
yarları açıq tərzdə təqdim olundu və seyrçilərə videoklip təqdim
edən müğənninin, onu ərsəyə gətirən rejissorun hesabat verməsi
baş verirdi ki, bu da olduqca faydalı, sənətə xidmət edən hal kimi
qeyd olunmalıdır. Mürəkkəb təhlilin əyləncə və intriqa üzərində
qurulması onun baxımlılığını artırıdı.
Bundan başqa, təşkilati funksiyanın iş prinsipinə aid olun ması
mümkün olan “Bu bizik” tokşousu, “Poçt qutusu” (ANS), “Gün
dəlik” (“Space”) kimi verilişlər də mövcud olub, lakin sonradan
teleməkanı tərk edib.
211
Azərbaycan telekanallarında təşkilatçılıq funksiyasının yerinə
yetirilmə mənzərəsinə, onun yaradıcı imkanlarına nəzər yetirərək
belə qənaətə gəldik ki, özünün ictimaisosial, həmçinin siyasi
əhəmiyyəti ilə, miqyasına və kütləviliyinə görə digər funksiya
lardan seçilməsinə baxmayaraq, yerli kanallarda bu məsələ ya
diqqətdən kənarda qalır, ya da yaradıcı cəhətdən aşa ğı səviyyədə
ekran təcəssümü tapır. Bir çox Qərbi Avropa döv lətlərində və ABŞ
da milli, regional, kabel televiziyaları bu funk siyadan ölkənin sosial,
mədəni, kommunikativ həyatında, bölgələrin yerli problemlərinin
həllində, həmçinin siyasi hadisələrdə xalqın təşkilatlanması prakti
kasında səmərəli tərzdə istifadə edirlər. Yalnız qərəzdən, şəxsi ma
raqdan uzaq, yaradıcı cəhətdən kamil, baxımlı veriliş öz ətrafına
tamaşaçı kütləsi toplaya, onların fəaliyyətini hansısa məqsədlərin
həyata keçirilməsinə yönəldə bilər. Bu həm də kanalın nüfuzun
dan, reytinqindən asılı olan vacib amildir. Teleseyrçilər arasın
da böyük inamla, maraqla qarşılanan, özünün yüksək səviyyəli
verilişləri ilə seçilən, operativliyi, qərəzsizliyi ilə fərqlənən kanal
ictimai həyatda özünün çəkisi ilə iştirak edə bilər. Azərbaycan
gerçəkliyində ümummilli kanallarda bu təşkilatçılıq funksiyası
nın icrasının bir qədər arxa plana keçməsi halı da özünü göstərmiş
olur.
Televiziyanın təşkilati gücü dövlət quruculuğu, iqtisadi yük
səliş, demokratikləşmə mərhələsində olan Azərbaycan reallığı
üçün vacib olduğundan, telekanallarda təşkilati funksiyalı proq
ramların ölkənin problemlərinin həllində müsbət təsirini gös
tərməklə, bu ənənənin daha da genişləndirilməsini vacib sayırıq.
Te leviziya kanalı ölkənin ictimai həyatında iştirak imkanlarını
da ha da genişləndirməli, paytaxt və regionların problemlərini da
ha qabarıq tərzdə qaldıraraq onların həllinə ictimai nəzarəti hə
ya ta keçirməlidir. Bir milyondan çox qaçqın və məcburi köç
künü, ağır sosial vəziyyətdən əziyyət çəkən insanları, köməyə
ehti ya cı olanları da unutmayaraq, kanallar onların həyat şəraitinin
yüngülləşdirilməsi üçün xeyriyyə aksiyalarının keçirilməsinə tə
şəbbüs göstərməlidir. Bu cür marafonlar dünya praktikasında
kifayət qədər çox tətbiq olunduğundan, onların yerli kanallarda
da görünməsi bir təklif kimi səslənməli, müxtəlif təbəqəli insan
ların bu işə cəlb olunması ilə aksiyalar keçirilməlidir. “Sən tək
deyilsən“, “Səni axtarıram”, “Elgizli axşamlar” proqramlarının
sosial əhəmiyyəti barışıq, ailəməişət münasibətlərinə təsir etməyə
yönəlsə də, çox zaman bu məqsədə nail olmaq əvəzinə qıcıq, əsəb
yaradırdı. Aparıcıların sosial maskası tamlıqla məqsədə nail ol
212
mağa imkan vermirdi. Verilişlərin ictimai əhəmiyyəti və məişətə
təsirini gücləndirmək üçün yaradıcı meyarlara uyğun işlənməsi
olduqca mühüm şərt kimi çıxış edir.
Deyilənlərin yekunu kimi təşkilati funksiyanın əhəmiyyətini və
vacibliyini nəzərə alaraq bu sahədə məzmun və formaca dolğun,
ifadəli telelayihələrin başlanması məsələsinin telekanallar qarşı
sında durduğunun, Azərbaycan Respublikası Milli Televiziya və
Radio Şurasının fəaliyyəti çərçivəsində televiziya şirkətlərinə bu
məsələ ilə bağlı tövsiyələrin verilməsinin əhəmiyyətliliyi qənaətinə
gəlirik. Danışılan məsələnin həm də siyasi əhəmiyyət daşıdığını
önə çəkərək, yerli özünüidarə orqanlarının da bu məsələdə fəal
iştirakına ehtiyac duyulduğu nəticəsinə gəlirik. Həmçinin tele
kanallarda artıq mövcud olan telelayihələrin keyfiyyətcə daha da
yüksəldilməsinin vacib şərt olduğunu söylədik.
Dostları ilə paylaş: |