TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

IV FƏSİL 

4.1 

Televiziyanın sosial 

funksiyalarının ictimai 

şüura təsirində rolu. 

Televiziyanın sosial-pe-

daqoji fəaliyyəti

242

təsir baxımından məharətlə istifadə olunur. “Təbliğat, xidmət et­

diyi siyasətə münasibətdə ikinci də rəcəlidir” (237, səh. 47) siyasət 

əxlaqlıdırsa və cəmiyyətin rifahına yönəlibdirsə, o zaman televizi­

yanın təbliğatı xeyirli, lazımlı və vacibdir. 

Televiziya  sosial­pedaqoji  funksiyası  çərçivəsində  əhalinin  si­

yasi proseslərlə bağlı maariflənməsinə diqqət ayıraraq, gündəlik 

informasiyaların,  baş  verən  hadisələrin  təhlilini  yayımlamaqla 

in sanlarda  aydın  mənzərənin  yaranmasına  çalışır.  Hər  bir  insan 

baş verən hadisələrin, siyasi proseslərin, iqtisadi­sosial durumun 

izahını  axtarmaq,  təhlilini  öyrənmək  üçün  düşünmək  və  analiz 

etmək imkanına malik deyil. Bu zaman kütləvi yayım vasitəsi kimi 

televiziya  bu  vəzifəni  öz  üzərinə  götürməklə  tamaşaçının  siyasi 

maarifçiliyini,  məlumatlılığını  zənginləşdirmək,  mütəxəssis  rəyi 

əsasında düzgün fikrin biçimlənməsinə çalışmaq kimi əhəmiyyətli 

işi görmüş olur. Demokratik cəmiyyətlərdə televiziya tamaşaçıda 

daha düzgün mövqeyin yaranması üçün ona şərhi sırımaq, diktə 

etmək məqsədindən uzaqda duraraq, fərqli fikirli mütəxəssislərin 

dialoqu  vasitəsilə  düzgün  rəyin  tamaşaçının  özü  tərəfindən 

müəyyən  olunmasına  şərait  yaratmış  olur. Avtoritar  rejimdə  isə 

sosial­pedaqoji iş, baş verənlərin şərhi mərkəzləşmiş təbliğat quru­

mu tərəfindən hazırlanaraq, yalnız teleaparıcının və ya şərhçinin 

deyilənləri təkrarlaması ilə tamaşaçıya yeridilən təbliğat üzərində 

qurulur. 

Baş verənlərə gətirilən aydınlıq, verilən şərh tamaşaçı üçün ol­

duqca vacib, onun həyat tərzini, fəaliyyətini, siyasi dünyagörüşü­

nü biçimləndirən amildir. Burada televiziya, proqramların for  ma 

və janrına görə müxtəlif tərzdə sosial təbliğatla məşğul ol duğun­

dan, aparıcı, uğurlu veriliş, baxımlı proqram, ən başlıcası isə obyek­

tivlik və qərəzsizlik əsas amil kimi həlledici rol oynayır. Tamaşaçı 

özünün diqqətini yalnız inandığı, etibar etdiyi kanala, proqrama və 

aparıcıya kökləyərək, məhz buradan şərh və təhlili eşitmək istəyir. 

Burada bilavasitə psixoloji amil həlledici rol oynayır. Tamaşaçı eti­

barı və inamı önə keçərək onun çoxsaylı telekanallar arasında məhz 

hansınınsa proqramını seçməsini diktə edir. Mətbuat azadlığı və 

seçim imkanı şəraitində yaranan sağlam rəqabətdə yalnız tamaşa­

çıya hesablanan, obyektiv və yaradıcı cəhətdən zövqlə, istedadla 

hazırlanmış, mükəmməl nitqə, davranışa, intellektə sahib aparıcısı 

olan proqram önə çıxa və reytinq cədvəllərində liderlik edə bilər. 

Tamaşaçının analitik təhlil mövzularına olan böyük marağı kanal 

tərəfindən düzgün dəyərləndirilərək, onun cəlb olunması məqsədi 

ilə  maraqlı,  baxımlı,  ziddiyyətli,  diqqət  çəkən  verilişlərin  yaran­



243

masına  yönəldilir.  Kanal  auditoriyanın  ziddiyyətli  tematikalara, 

siyasi qarşıdurmalara olan marağını anlayaraq bu tipli verilişlərin 

efirdə  daha  çox  yer  almasına  çalışır,  bununla  dolayısı  ilə  dövlət 

ideyalarının təbliği ilə məşğul olmaqla özünə reytinq qazanır və 

kommersiya maraqlarını reklamvericilərin axını ilə həyata keçirir. 

Televiziya  özünün  sosial­pedaqoji  funksiyasını,  həmçinin  de­

mokratik  cəmiyyətlərdə  seçkilər  vaxtı  təzahür  etdirməklə  siyasi 

qüvvələrin  mövqelərinin  üzə  çıxması  və  əhalinin  seçim  etməsi 

üçün  iddialıların  siyasi  fikirlərinin  açılması  kimi  olduqca  vacib 

məsələdə  də  əhəmiyyətli  rol  oynayır.  Televiziya  müxtəlif  fikirli 

siyasi  qüvvələrə  yer  ayırmaqla  bərabər,  tamaşaçının  bu  sahədə 

bilgilərinin  və  məlumatının  artmasına,  onun  siyasi  fikirlərlə  ta­

nış olmasına şərait yaradır. Prezident, parlament seçkiləri və yer­

li seçkilər prosesində seçicilərin verəcəyi yekun qərara televiziya 

təbliğatı olduqca güclü təsir edir.

Televiziya təkcə siyasi proseslərdə iştirak etməklə özünün sosial­

pedaqoji vəzifəsini icra etmir, o, həmçinin əhalinin ətraf mühitə, 

yaşam tərzinə, quruluşa uyğunlaşmasında əhəmiyyətli rol oyna­

yır.  Televiziya  verilişləri  tamaşaçılarla  ünsiyyətə  girərək  onların 

tələblərini, psixoloji əhvallarını, istəklərini və ümumiləşmiş tərzdə 

desək,  sosial  sifarişi  düzgün  dəyərləndirərək  onların  zövqlərinə 

və istəklərinə uyğun şəkildə altşüurlarına təsir etməklə lazım olan 

təbliğatı icra edə bilərlər. Televiziyanın bu gücü və imkanı hər bir 

jurnalist, veriliş və bütövlükdə kanal qarşısında olduqca böyük si­

yasi, mənəvi məsuliyyət qoyur. Kanal və verilişin yaradıcı heyəti 

özlərinin şəxsi maraqları və ya mənsub olduqları siyasi qüvvələrin 

maraqlarına qulluq etməklə təbliğat aparmamalı, dövləti və onun 

başlıca  dəyərlərini  təbliğ  etməlidirlər.  “Bu  sahədə  çalışan  jurna­

list  ilk  növbədə  nəyəsə  inandırmaq  istədiyi  insanların  real  psi­

xologiyasını,  vərdişlərini,  dəyərlər  sistemini,  ikincisi  isə  ictimai 

rəydə arzu olunan dəyişmə istiqamətini təsəvvür etməlidir” (237, 

səh. 48) və inteqrativ funksiyada deyildiyi kimi insanları qrupla­

ra bölmədən, yalnız humanist dəyərlərin və teleyayımın mənsub 

olduğu dövlətin, həmin dövlətin sərhədi çərçivəsində təbliğatını 

qurmalıdır. 

Peyk  televiziyalarının  cəmiyyətdə  özünə  yer  alması  bir  çox 

hal  larda bir dövlətin təbliğat sisteminin başqa dövlətlərin və tən­

daş ları  arasında  da  aparılmasına  gətirib  çıxarır.  Ötən  əsrin  90­cı 

il lərində peyk televiziyasının yaranış və sürətli artımını Qərbi Av­

ropa  ölkələrində  mədəniyyət  sisteminə  olduqca  ciddi  müdaxilə 


244

kimi  dəyərləndirərək,  ona  qarşı  mübarizə  mexanizmini  işləyib 

hazır ladılar. 

Televiziyanın  sərhədsiz  olması  və  məhdudiyyətsiz  istifadənin 

asanlaşması  ümumdünya  mədəniyyətinin  yaxınlaşması,  inteqra­

siyanın baş verməsinə xidmət etdi. Məhz bu bəşəri dəyərlərin və 

ümumdünya mədəniyyətinin təbliği, yaxınlaşma bir çox ölkələrdə, 

heç də birmənalı qarşılanmadı. Peyk antenaları hər bir tamaşaçı­

ya  veriliş,  kanal  seçimi  imkanı  verdiyi  kimi,  həmin  xalqın  milli, 

mədəni dəyərlərinin arxa plana keçməsi, kosmopolitləşmənin və 

birbaşa ümumteleviziya tərbiyəsi ilə yetişən nəslin cəmiyyətdə bö­

yük rol oynamasının əsasını qoyur. Bu prosesdən çıxış yolu kimi 

peyk televiziya xidmətini məhdudlaşdırmaq deyil, milli kanalların 

verilişlərini gücləndirmək, rəqabətə qoşulub, seyrçini yerli TV­lərə 

baxmağa sövq etmək nəzərdə tutulur. 

Bu  baxımdan  Hollandiyanın  təcrübəsi  maraqlıdır.  Avropanın 

in kişaf  etmiş  və  insan  hüquqlarının  qorunması  işində  bir  çox 

ölkələrdən qabaqda olan, azlıqların nikahına belə icazə verən bu 

dövlətin də peyk TV­sinə milli təhlükəsizlik kontekstində yanaşı­

lır. Ardıcıl aparılmış işlərin nəticəsi kimi yerli kanallar son illərdə 

böyük uğurlar əldə ediblər. Avropanın mərkəzində yerləşən Hol ­

landiyada  əhalinin  90%­i  yerli  kanallara  baxır  və  onların  ve ri­

lişlərindən  razıdır. Aparılan  sorğular  nəticəsində  məlum  olmuş­

dur ki, yerli kanallara baxanlar peyk antenası və ya adi antenalarla 

yayımlanan əcnəbi kanallara baxmırlar (51).

Televiziya  idarəçiliyi  qurumları  milli  telekanallar  qarşısında 

yabançı  kanalları  üstələmək  və  əks­təsir  kimi  peyk  vasitəsilə  öz 

mədəniyyətlərinin,  ideoloji  istiqamətlərinin  yayılmasına  nail  ol­

maq kimi ağır yaradıcı şərtlər qoydular. Bununla da, bir növ, in­

formasiya savaşı özünü başqa biçimdə təzahür etdirməyə başladı. 

Ölkəmizdə getdikcə artan rifahın hesabına çoxalan peyk televiziya 

istehlakçılarının marağını yerli kanallara yönəltmək üçün onların 

yaradıcı  imkanlarını  artırmaqla,  tamaşaçı  diqqətini  cəlb  edəcək 

proqramlara  yer  verməklə  bu  problemi  həll  etmək,  təhlükəli 

təbliğatı zərərsizləşdirmək olar.

Televiziya  dördüncü  hakimiyyətin  təmsilçisi  kimi  xalqın  ha­

kimiyyətə  nəzarətetmə  prosesində  də  fəal  iştirak  etməklə,  özü­

nün  sosial­pedaqoji  funksiyasını  icra  etmiş  olur.  Ölkə  başçı sının 

səfərlərini,  fərmanlarını,  görüşlərini,  parlamentdə  olan  müza ki­

rələri, hökumətin qərarlarını, yerli hakimiyyətin fəaliyyətini tele­

viziyada işıqlandıran informasiya verməklə, əslində, televiziya on­

lar üzərində xalq nəzarətini həyata keçirir, demokratik cəmiyyətdə 



245

olduqca vacib şərtlərdən olan fəaliyyət şəffaflığını təmin edir. Hər 

bir tamaşaçı ölkəsinin daxili və xarici siyasətini, iqtisadi durumu­

nu, hərbi, müdafiə və təhlükəsizlik işini, sosial­mədəni sahədə apa­

rılan işləri bilməli, onlar barədə məlumatlı olmalıdır. Bu baxımdan 

ictimai nəzarəti həyata keçirən televiziya demokratik cəmiyyətdə 

olduqca  böyük  əhəmiyyət  daşıyır,  özünün  vasitəçi  yeri  ilə  xalq 

və  hakimiyyət  arasında  körpü  qurur,  həm  hakimiyyətin  demək 

istədiyini göstərir, həm də xalqın rəyini çatdırır. Burada artıq so­

sial­pedaqoji funksiyanın başqa tərəfi – ictimai rəyin çatdırılması 

önə çıxır. Sosiologiya, sorğu qaydaları elminin prinsiplərinə uyğun 

tərzdə ictimai rəyin müxtəlif formalarda çatdırılması, hakimiyyətin 

müəyyən addımına, hansısa hadisəyə münasibətinin bilinməsində 

böyük  əhəmiyyət  daşıyır.  İnteraktiv  cədvəllər,  sorğular,  telefon 

zəngləri,  tok­şoularda  tamaşaçı  səsverməsi  bu  mənada  olduqca 

əhəmiyyətli və vacibdir. 

Azərbaycan dövlət televiziyasında prezidentin görüşləri, səfər­

ləri,  müşavirələrinin  geniş  şəkildə  axşam  efirində  və  təkrar  ola­

raq    səhər  işıqlandırılması  vətəndaşlara  ölkənin  idarə  olunma­

sı  barədə  bitkin  məlumatın  çatdırılması  baxımından  olduqca 

əhəmiyyətlidir. Hər bir tamaşaçı ölkəsinin ictimai durumu, siya­

si,  iqtisadi  həyatı  ilə  yaxından  tanış  olmaqla  bərabər,  preziden­

tin  danışıqları,  görüşləri,  qonaqlarla  söhbətində  və  ölkədaxili 

problemlərə,  sənət  uğurlarına,  idman  zəfərlərinə  həsr  olunmuş 

müşavirələrdə  görülən  işlərin  hesabatını  almış  olur.  Bu  cəhət 

bir çox demokratik dövlətlər üçün hələ də əlçatmaz olaraq qalır. 

Azərbaycanda  məhz  Heydər  Əliyevin  ölkə  prezidenti  seçildiyi 

andan hər bir tamaşaçı ölkənin siyasi həyatında baş verənlərlə te­

levizorun vasitəsilə daha yaxından tanış olmaq imkanı qazanmış­

dır. Dövlətçiliyin memarı, tarixi şəxsiyyət Heydər Əliyevin geniş 

şəkildə prezident fəaliyyətinin işıqlandırılması təşəbbüsü, əslində, 

ölkə başçısının xalqı qarşısında gündəlik hesabatını xatırlatmaqla, 

demokratik mühitin yaranmasına imkan vermiş oldu. Hətta bu cür 

yayımları tənqid edən və özlərini demokratik adlandıran bir sıra 

qəzetlər,  siyasətçilər  özlərinin  çıxışlarını,  məqalələrini  və  təəssüf 

ki, haqsız ittihamlarını, məhz bu yayımlardan aldıqları informa­

siya  üzərində  qururdular.  Bu,  mühüm  siyasi  hadisə  kimi  dövlət 

televiziyasının sosial­pedaqoji fəaliyyətini həyata keçirir, ölkənin 

demokratikləşməsində  böyük  yer  tutur.  Həmçinin  Azərbaycan 

Respublikası Milli Məclisinin, Nazirlər Kabinetinin, Bələdiyyələrin 

və  digər  qurumların  fəaliyyətinin  işıqlandırılması  istiqamətində 

“Parlament  saatı”,  “Bələdiyyələr”  kimi  verilişlər  sosial­pedaqoji 



246

fəaliyyətdə  mühüm  yer  tutmaqla,  xalqın  idarəçilik  sistemindən 

xəbərdar olmasında böyük rol oynayır.

Danışıq  tamaşası  mənasını  bildirən  aktual  mövzuları  çözüm 

ob yektinə  çevirən  tok­şoular  da  sosial­pedaqoji  funksiyanın  tə­

cəssümündə əhəmiyyətli yer tutur. Ekspertlərin və tamaşaçıların 

canlı ünsiyyəti ilə müəyyən mövzu ətrafında bilgilərin verilməsi 

və  gerçəyin  ortaya  çıxarılması,  tərəflərin  ziddiyyətli  fikirləri  he­

sabına  tamaşaçı  marağının  cəmləşdirilməsi  tok­şounu  digər 

analitik  proqramlardan  fərqləndirən  cəhətdir.  “TV­də  də  janrın 

birinci  əlaməti  kimi  yüngül  danışıq,  aparıcının  artistizmi  və  ta­

maşaçıların  mütləq  iştirakı”  (238,  səh.  117)  nəzərdə  tutulur.  Ta­

maşaçı  tok­şouda,  əslində,  xalqın  bir  hissəsi  kimi  iştirak  edərək 

mövzu ilə bağlı fəal müdaxilə, münasibət hesabına şounun gedi­

şatını tənzimləyir. Məhz tamaşaçı iştirakı mövzu seçiminin aktual 

olmasını tələb edir. Dəvət olunan qonaqların da, məhz bu möv­

zu ilə bağlılığı vacib bir şərtdir, “əks halda problemə aid olmayan 

lüzumsuz nəsihətlər və iddialı əxlaq dərsləri tamaşaçıya əks­təsir 

göstərərək onu hövsələdən çıxarar” (23, səh. 138).  Tok­şouda apa­

rıcının mövzuya bələd olması, zaldakı əhvalı düzgün yönəltməsi 

olduqca mühüm şərtdir. Əyləncəli tok­şoulardan fərqli olaraq ana­

litik,  siyasi  şouların  aparıcısı  –  moderator  mövzunun  itməməsi, 

danışanların mübahisə predmetindən uzaqlaşmasının qarşısını al­

maqla hamıya bərabər sözün verilməsini tənzimləyir, mövzunun 

genişlənməsinə, emosiyaların qızışmasına çalışır və heç bir tərəfin 

mövqeyini müdafiə etmədən cəld reaksiya, itizəkalılıq, xoş məram 

nümayiş etdirir. Bir çox hallarda canlı yayımlanan tok­şoular stu­

diya rejissurasının tələbləri çərçivəsində  qarşıya düzgün canlı ke­

çid­montaj, bir neçə kamera ilə iş, işıq və rəng tərtibatının şounun 

konsepsiyasına uyuşarlığını təmin etmə kimi vəzifələr qoyur.

Azərbaycan teleməkanında “Ən yeni tarix”, “Ötən həftə” (ANS), 

“Bu  bizik”  (“Space”)  kimi  tok­şoular  mühüm  əhəmiyyət  kəsb 

edə rək tarixi faktların, siyasi situasiyaların çözülməsi yolu ilə ta ­

ma şaçıların  siyasi  maariflənməsində  mühüm  rol  oynamışlar. 

Təəssüflə  de məliyik  ki,  bu  tipli  tok­şoular  ölkə  teleməkanında 

bir o qədər də çox deyil və onun əhəmiyyətini nəzərə alsaq, geniş 

təcəssüm olunmasının vacib bir şərt kimi telekanalların qarşısında 

durduğunu xüsusilə vurğulamalıyıq.

Azərbaycan  televiziyasında  sosial­pedaqoji  funksiyanın  tə cəs­

sümündən danışarkən 1956–1991­ci illəri əhatə edən dönə m də bu 

fəaliyyətin kommunist ideologiyasının təbliği isti qamə tin də qurul­

duğu və totalitar rejimlərə xas üsullarla aparılması ger çək   liyi üzə 



247

çıxır. Müstəqillik əldə edən dövlətimizin telekanalla rı tərəfindən 

sosial­pedaqoji funksiyanın sərbəst, demokratik cə miyyətlərə xas 

tərzdə aparılması olduqca əhəmiyyətli, ictimai şüurun yüksəlməsi, 

hakimiyyətə  xalq  nəzarətinin  həyata  keçirilməsi,  ictimai  rəyin 

verilməsi baxımından vacib hadisədir. Tabeçilik formasından ası­

lı olmayaraq dövlət, ictimai və kommersiya kanalları bu məsələni 

fəaliyyətlərinin prioritet istiqaməti kimi müəyyən etməlidirlər. 

Televiziyanın  sosial­pedaqoji  fəaliyyəti  analitik  şərh,  icmal  ve­

rilişləri,  hərbi­vətənpərvərlik  proqramları,  analitik  mahiyyət  da­

şıyan tok­şou və ölkənin siyasi həyatının işıqlandırılması ilə bit­

məyərək, müəyyən ideoloji əhəmiyyət daşıyan təbliğat verilişləri, 

sosial reklamlarla davam etdirilir. 

Televiziyada  analitik  proqramlar  da  mühüm  yer  tutur.  Anali­

tik  proqramlar  televiziya  jurnalistikasının  janrı  olaraq  müxtəlif 

sahələri  əhatə  etməklə  cəmiyyətin  maraq  dairəsinə  aid  olan  in­

sanları narahat edən məsələlər ətrafında peşəkarlıqla verilən iza­

hat, bir və ya bir neçə mütəxəssisin iştirakı ilə diskussiya, söhbət, 

həmçinin  fərqli  düşünənlərlə  qurulan  söhbət­oyun  formasında 

olan veriliş, şou şəklində təzahür edir. Analitik publisistika jurna­

listikanın sahəsi olmaqla, televiziyanın sosial­pedaqoji funksiyası­

nın icrasında olduqca əhəmiyyətli və başlıca yeri tutur.

Analitik publisistikanın şərh, icmal, analitik söhbət, diskussiya 

kimi  müxtəlif  janrlarında  çalışan  peşəkar  jurnalistlər,  şərhçilər, 

icmalçılar, moderatorlar, aparıcılar, şoumenlər – tamaşaçılar ara­

sında özünün sözü, fikirləri ilə seçilən, inam qazanan, hadisələrə 

münasibətdə obyetkiv mövqedən çıxış edən insanlar, cəmiyyətin 

siyasi cəhətdən ma ariflənməsində əhəmiyyətli işlər görüblər. Janr­

lar  və  jurnalistikanın  peşəkar  tələbləri  jurnalistikanın  tədqiqat 

predmeti olduğundan, biz analitik proqramların ekran təcəssümü, 

oradakı  yaradıcı  iş,  rejissor,  operator,  rəssam  və  digər  peşə 

sahiblərinin  sənətkarlıq  imkanları  hesabına  tamaşaçıda  görünüş 

zövqü yaradan, onun siyasi maariflənməsinə stimul verən görüntü 

kamilliyi və digər televiziya yaradıcılığı problemlərini açıqlamaq­

la, kanalların sosial­pedaqoji funksiyasının tərkib hissəsi kimi ana­

litik məlumatlandırma işinin icra mənzərəsinə nəzər yetirəcəyik.

Azərbaycan  televiziyasının  sovet  dönəmində  analitik  verilişlər 

partiyanın  irəli  sürdüyü  proqrama  uyğun  şəkildə  hazırlanır  və 

ideoloji yük daşıyaraq, sovet vətəndaşının siyasi ayıqlığını artır­

maq məqsədini qarşıya qoyurdu. Azərbaycan televiziyasında “Pla­

netimizin mən zərəsi”, “Dünyada bu gün”, “Qitələr və hadisələr”, 

“Mən, sən və zaman”, “Sovet həyat tərzi”, “Kommunistlərin su­



248

allarına cavab veririk”, “Aktual söhbət” və digər bu səpkili proq­

ramlar partiya təbliğatı funksiyasını yerinə yetirirdi. Elşad Quli­

yev sovet televiziyasının spesifikasından danışıraq onun sosialist 

həyat tərzini, sovet həqiqətlərini açıqladığını, məhsuldar qüvvələri 

kommunist quruculuğuna yönəltdiyini və “geniş kütlələrə dünya­

da baş verən hadisələrin gedişini izah etdiyini”, “…bu verilişlərin 

yaradıcı kollektivin partiyanın qoyduğu tələblərə cavabı olduğu­

nu”  söyləyir  (52, səh. 29).  

Müstəqillik  qazandıqdan  sonra  demokratikləşmə  Azərbaycan 

cəmiyyəti üçün yeni standartlar irəli sürdüyündən dövlət televi­

ziyası və sonrakı illər kommersiya telekanalları analitik proqram­

lara partiyanın ideoloji zəminindən deyil, məhz sosial­pedaqoji və 

peşəkar tələblərlə yanaşaraq sərbəst fikir, söz azadlığı prinsipləri 

ilə qurulan proqramların yaranması üçün çalışmağa başladılar.

  Belə  addımlardan  biri  tanınmış  jurnalist  və  televiziya  nəzə­

riyyəçisi Qulu Məhərrəmlinin rəhbərliyi ilə 1993­cü ildə yaranan 

“7  gün”  informasiya  proqramı  oldu.  Bu, Azərbaycan  televiziya­

sında  özünün  ictimai  əhəmiyyətinə,  siyasi  analizlərinə,  analitik 

süjetlərinə  görə  ən  cəsarətli  proqram  kimi  yeni  bir  mərhələnin 

başlanğıcı oldu. Peşəkar jurnalistlərin proqramın işinə cəlb olun­

ması hesabına ölkənin ictimai və siyasi həyatına nüfuz edən, baş 

verənlərə aydınlıq gətirən, obyektivliyi ilə seçilən “7 gün”  Dövlət 

televiziyasının  informasiya  məkanında  yerini  möhkəmlətməklə 

bərabər,  sosial­pedaqoji  fəaliyyəti  tənzimləyən,  müasir  biçimli 

proqram oldu. 

XX əsrin 90­cı illərinin əvvəlində kommersiya kanallarının ya­

ranışı  ilə  ekranlarda  analitik  proqramların  artması  baş  vermədi. 

Ölkə  telejurnalistikası  bunun  üçün  müəyyən  bir  mərhələ,  hazır­

lıq keçməli oldu. Burada yeni təfəkkürlü jurnalistlərin yetişməsi, 

cəmiyyətin  analitik  proqramlara  vərdişi  və  bir  də  təcrübənin 

öyrənilməsi belə verilişlərin ekrana gəlməsinə zəmin ola bilərdi. 

Bu  məsələdə  Rusiya  kanallarında  analitik  proqramların  artması, 

yeni  baxış  bucağının  ekranda  görünməsi  başlıca  stimul  rolu  oy­

namaqla,  Azərbaycan  tamaşaçısını  da  sosial­maarifləndirici  işə, 

konkret desək, analitik ekrana yaxınlaşdırdı.

Seçkilər  vaxtı  televiziyanın  rolu  olduqca  əhəmiyyətlidir.  Seçki 

hər  bir  demokratik  cəmiyyətdə  həlledici,  mühüm  bir  aksiyadır 

və televiziya ondan kənarda qala bilməz. Çünki o, “adi insanlar 

üçün  seçkilərin  mübahisəli  məsələləri  və  namizədlər  haqqında 

əsas  informasiya  mənbəyidir”  (27,  səh.  5).  Kütləvi  informasiya 

vasitələrinin cəmiyyətdə rolu və xüsusən də, televiziyanın aparı­



249

cı  mövqeyi  siyasi  proseslərin  içində  olmaqla,  təkcə  informasiya­

nı və siyasi maarifləndirməni həyata keçirməsinə deyil, həmçinin  

ölkənin  ictimai­siyasi  həyatında  böyük  yer  tutan  və  demokratik 

cəmiyyətlərin ayrılmaz tərkib hissəsini təşkil edən seçkilərdə ol­

duqca mühüm təbliğatçı rolunu oynamasına imkan verir. Televi­

ziyanın istifadəçi tərəfindən daha tez əldə olunması şərti və onun 

vizuallığı, həmçinin çap mətbuatından fərqli olaraq yüksək ope­

rativliyi tamaşaçının seçim etməsi və yekun qərarın verilməsində 

təsiredici  element  kimi  seçkilərdə  daha  effektiv  rol  oynamasına 

imkan verir. 

Ekran qarşısında oturan tamaşaçı siyasətçinin nitqini dinləmək­

lə  bərabər,  onun  görünüşünü,  özünü  aparmaq  qaydalarını  izlə­

yir  və  həmin  siyasətçi  haqqında  özündə  müəyyən  təsəvvürü 

biçimləndirir.  Əgər  radio  çıxışında  namizəd  özünün  rəvan  və 

qətiyyətli nitqi ilə seçicini riqqətə gətirə bilirsə, televizorda bunu 

etmək daha çətindir. Yəni təkcə inamlı nitq köməyə yetmir. Bu­

rada mimika, jestikulyasiya, artikulyasiya və bir sıra digər şərtlər 

önə çıxır. Bu şərtləri yüksək peşəkarlıqla yerinə yetirən siyasətçi 

şəriksiz qələbənin sahibi olur.

İndiki  demokratik  cəmiyyətdə  natiqdən  eyni  vaxtda  bütün 

əhaliyə üz tutub danışması tələb olunur. Televiziyasız və radiosuz 

bunu etmək, sadəcə, mümkün deyil. Vətəndaşların isə namizədlə 

ünsiyyəti Qədim Yunanıstanda olduğu kimi mümkün olmasa da, 

“interaktiv sorğular”, “azad mikrofonlar” və “studiya zəngləri” bu 

canlı ünsiyyəti əvəz edir.

Çağdaş həyatda televiziya həm də siyasətçinin obrazını yarada­

raq, onu tamaşaçıya “istədiyi” kimi təqdim edir. Namizədin oxu­

nuş yorğunluğu gətirən kifayət qədər rəsmi yazılan və cansıxıcı 

platformasını  divarlarda  asmaqla  seçicilərin  ona  səs  verməsinə 

nail olmaq olmaz. Hər bir tamaşaçı seçəcəyi adamı tanımaq istəyir: 

ailədə, iş başında, xalqla ünsiyyətdə və s. Məhz bu cür yerlərdə dav­

ranış, qətiyyətli nitq tamaşaçıda müsbət reaksiya yarada bilər. Ona 

görə də televiziyanın cəmiyyətdə rolunun artması ilə siyasətçilərin 

kamerayla  “oynamaq”  vərdişi  də  onların  fəaliyyətinin  ayrılmaz 

tərkib hissəsi oldu.

Televizorun  məişətin  ayrılmaz  hissəsinə  çevrilməyə  başlama­

sı və insanların informasiya, bilgi almaq obyekti kimi şəriksizliyi 

siyasətçilər  üçün  yeni  üfüqlər  açmış  oldu. Artıq  ötən  əsrin  50­ci 

illərindən siyasətçilər televiziya qanunlarına öyrəşməyə başladılar. 

ABŞ prezidenti Eyzenhauerin okeanın hər iki tayındakı tələbələrlə 

telekörpüsü  bu  sahədə  atılmış  cəsarətli  addımlardan  idi.  1977­ci 



250

ildə Si­bi­es televiziyasının təşəbbüsü ilə Misir prezidenti Sədat və 

İsrailin baş naziri Begin arasında olan telekörpü isə sülh danışıqla­

rının əsasını qoydu (238, səh. 53). 

Demokratik  cəmiyyətlərdə  siyasi  qruplar  arasında  taleyüklü 

məsələlər ətrafında ciddi fikir ayrılığının olmaması və onların plat­

formalarının bir­birinə bənzəməsi siyasi mübarizədə daha çox ide­

yalarla deyil, görünüş, davranma yolu ilə tamaşaçıları – seçiciləri 

cəlb etmək formasında kəskinləşir. Namizədin telegörünüşü, onun 

çıxış tərzi, davranışı və digər əlamətləri ciddi müzakirə obyektinə 

çevrilərək, seçkilərin nəticəsinə təsir edir. 

Siyasətçi tamaşaçının bu marağından məharətlə istifadə etməli 

və  ekran  qarşısında  müəyyən  müsbət  obrazın  yaranması  üçün 

çalışmalıdır.  Siyasi  lider  eyni  zamanda  hamıdan  fərqlənməli  və 

hamıya bənzər olmalıdır. Yəni namizəd, əslində, bizim hamımıza 

bənzəməli, eyni zamanda, bir neçə mühüm keyfiyyəti ilə bizlərdən 

seçilməlidir. Hamıdan fərqlənmək üçün ilkin əlamət güclü, iradəli 

görünməkdir.  Baltasar  Qrasianın  təbirincə  deyilsə:  “Hökmdarın 

comərd olması vacib deyil, əsas odur ki. bu cür görünsün” (164, 

səh. 11). Yəni siyasətçi iradəli və kəskin obraz yaratmağı bacarma­

lıdır. Azərbaycan  təcrübəsində  bunu  prezident  Heydər  Əliyevin 

şəxsində müşahidə etmək olar. 1993­cü ildə xalqın ağır günlərdə 

böyük inamla ona bağlanması və etibar etməsi, məhz onun şəxsi 

iradə və qətiyyəti ilə bağlıdır. Ən çətin məqamlarda və çıxışlarda 

iradəlilik və güclülük ona qarşı bütün vasitələrlə aparılan təbliğata 

rəğmən qələbə çalmasını, xalqın inamını qazanmasını zəruri etdi. 

Televiziyada  siyasətçinin  çıxışının  qurulması  və  debatlarda  iş­

tirakı  cəmiyyətin  siyasi  maariflənməsində  mühüm  əhəmiyyət 

daşıyan  məsələdir.  Peşəkar  jurnalistlərin  tok­şou  və  ya  analitik 

söhbət  janrında  qurulan  verilişləri  şəxsiyyətin  açılması  baxımın­

dan əhəmiyyətli məsələdir. Burada yaradıcı heyətin üzərinə düşən 

vəzifələrdən biri özünün siyasi maraqlarını bir kənara qoyub de­

mokratik mühitin və hər bir namizədə bərabər şəraitin yaradılma­

sıdır. İstər rejissor işində, istərsə də montaj vaxtı siyasi maraqlar 

televiziya etikasını və yaradıcılıq prinsiplərini üstələməməli, tama­

şaçı və onun informasiya almaq hüququ hör mətlə qarşılanmalıdır. 

Prezidentliyə namizədlərin televiziya çıxışlarının başlıca cə hət­

lərini təhlil edərək araşdırmışıq. Müxtəlif ölkələrin təcrübəsi tele­

viziya çıxışlarının həlledici olmasını və yekun qələbəyə böyük təsir 

göstərdiyini sübut edir. “Lakin namizəd daha çox studiyada deyil, 

verilişin mətbuatda və qruplar arasında müzakirəsində qazanır” 



251

(238, səh. 84). Deməli, təkcə verilişdə çıxış etmək azdır, namizədin 

komandası həm öncə, həm də sonra teleçıxışın müzakirəsini təşkil 

etməlidir.  Bunun  üçün  teleçıxışın  siyasi  və  ictimai  əhəmiyyətini 

artıra  biləcək  hazırlıq  aparılmalı,  müxtəlif  qəzet  səhifələrində 

namizədin mühüm fikirlər açıqlayacağı təbliğ olunmalı və digər 

kütləvi metodlardan ustalıqla istifadə edilməlidir. 

Demokratik cəmiyyət iki qarşı duran qrupdan və bir də bunların 

təsiri ilə seçim edən üçüncüdən ibarətdir.  Əslində, siyasətçilərin 

seçki öncəsi məqsədi əks tərəfdən özünə tərəfdaş toplamaq deyil, 

məhz həmin üçüncünün səsini yığmaqdır. Kütləvi mədəniyyətin 

istehlakçısı olan bu qrup insanlar, adətən, çoxluğu təşkil etməklə, 

cəmiyyətin  nizamlayıcısı  rolunu  oynayırlar.  Qərb  ölkələrində 

siyasətçilər  siyasi  mübarizə  zamanı  daha  çox  ideyalarla  deyil, 

görünüş,  davranma  yolu  ilə  tamaşaçıları  cəlb  edirlər.  Tamaşa­

çılar namizədin fikirlərindən daha çox geyimini, əl hərəkətlərini 

müzakirə  edirlər.  Qalstukun  rəngi  və  onun  bağlanma  tərzi  belə 

səsvermənin nə ticələrinə təsir edir. 

2003­cü il seçkilərində və ya digər seçkilər zamanı namizədlərin 

ekrandan  danışarkən  səslərinin  titrəməsi,  duyulan  gərginlik  və 

kəskinliyin  olmaması  onlara  qarşı  inamı  zəiflədirdi.  Bir  çox  hal­

larda qəzet səhifələrində “savaşan” liderlərin meydanlarda öndə 

getməkdən qorxmaları və ya kütləvi aksiyalarda inamsız nitqləri 

onlara qarşı həm də etibarsızlıq hissi yaradırdı. Bir çox siyasətçilərin 

nitqində  həqiqətən  də  dövləti  idarə  etmək  məsuliyyətinin  xofu 

açıq duyulurdu.

Lakin  bu  o  demək  deyil  ki,  sərtlik  aqressiya,  qəzəb  və  dəlilik 

müs təvisində  görünməlidir.  Namizədin  qələbə  şansını  artıran 

digər amil onun inkişaf etmiş intellektidir. Onun bütün sahələrdən 

məlumatlı  olması  və  ağıllı  görünməsi  mühümdür.  Azərbaycan 

misalında Heydər Əliyevin yüksək intellekti və bütün sahələrdən 

maksimum məlumatlı olması ona qarşı seçici inamını artırdı. Bü­

tün  sahələrdə  eyni  dərəcədə  mükəmməlliklə  danışmağı  bacaran 

H. Əliyev bu xüsusiyyəti ilə də opponentlərini hər zaman çox­çox 

geridə qoymuşdur.

Namizədi  fərqləndirən  digər  mühüm  əlamət  onun  vicdan­

lı, mənəviyyatlı olmasıdır. Seçici səs verdiyi adamın vicdanla və 

ədalətlə  idarə  edəcəyinə  inanmalıdır.  Məsələn,  Heydər  Əliyevin 

1969­cu  ildə  Azərbaycana  rəhbərlik  etdiyi  vaxtdan  ölkədə  əda­

ləti  bərqərar  etmək  sahəsində  apardığı  fəaliyyət,  özünün  hə­

rəkətlərində, çıxışlarında duyulan daxili zənginlik və yüksək mə­

nəviyyat onun “ədalətli rəhbər” imicini qazanmasına səbəb oldu. 



252

Ölkə  rəhbərliyinə  qayıdışı  zamanı  insanlar  məhz  onun  ədaləti 

bərpa edəcəyinə inanırdılar. Lakin bir çox siyasətçilərin teleçıxış­

larında, müsahibələrində ədalətli və vicdanlı görünməkdən daha 

çox qisasçı obrazları insanları qorxudur.

Amerikalı  professor  Qoldhaber  siyasətçinin  teleobrazının 

üç  tipini  müəyyən  edir  və  onları  qruplaşdırır.  Birinci  qrupa  – 

qəhrəman,  cəsarətli  obrazı,  ikinci  qrupa  –  sadə  adam,  bizlərdən 

biri  obrazı,  üçüncü  qrupa  –  mistik,  hərəkətlərini  öncədən  proq­

nozlaşdırmaq mümkün olmayan obraz daxildir. Lakin hansı qru­

pa  aidiyyatına  baxmayaraq,  professor  Qoldhaber  siyasi  liderin 

ekran qarşısında 5 başlıca keyfiyyətinin görünməsini vacib sanır. 

Professorun fikrincə, birincisi zahiri görkəm, namizədin nə qədər 

cazibəli  olmasıdır.  Psixoloqların  apardığı  tədqiqatlardan  bəlli 

olur ki, insanda qarşı tərəf haqqında ilk təəssürat zahiri görkəmlə 

biçimlənir. Bir çox hallarda zahirən cazibəli görünən adam haq­

qında olduqca müsbət rəy formalaşır. Digər tərəfdən, cazibəli və 

ya  sadəcə,  görkəmi  gözəgəlimli  olan  şəxs  insanda  –  tamaşaçıda 

müsbət emosiyanı artırır. Azərbaycan təcrübəsində siyasətçilərin 

teleçıxışlarından  sonra  onlar  haqqında  yaranmış  rəylərə  nəzər 

yetirək.  Azərbaycan  tamaşaçısı  Heydər  Əliyevin  hündürboylu, 

şax qamətli və cazibəli görünüşünü xüsusi qeyd edir. Lakin Etibar 

Məmmədovun boyunun balacalığı, Əli Kərimlinin olduqca soyuq 

görkəmi, Lalə Şövkətin böyük gözlük arxasında gizlətdiyi siması, 

İlyas İsmayılovun yorğun görkəmi tamaşaçıda mənfi emosiyala­

rın yaranmasına səbəb olur. Buradan belə bir nəticə çıxır ki, ekran 

qarşısında duran siyasətçi operatorlardan və rejissorlardan onun 

görkəm  qüsurlarını  ortadan  götürəcək  rakursların  seçilməsini 

tələb etməli və bir sıra mənfi emosiya yaradan cəhətləri (soyuqluq, 

yorğunluq və s.) aradan götürməlidir.

Amerika professorunun fikrincə, ikinci cəhət seksuallıqdır. Birin­

ci cəhətin davamı olan seksuallıq daha çox kişinin kişiliyini, qadı­

nın isə incəliyini əks etdirməlidir. Sözsüz ki, bu obrazın yaranma­

sında işıq, qrim və bir də kameranın rakurs seçimi əhəmiyyətlidir. 

Məhz  düzgün  qurulmuş  işıqla  üzdə  olan  problemləri  gizlətmək 

və  çəkiliş  zamanı  obyektiv  qarşısında  yaranan  sonrakı  qüsurları 

aradan  götürmək  olar.  Həmçinin  rakurs  seçərkən  yuxarıdakı  iki 

cəhətə  nail  olmaq  üçün  kameranı  mümkün  qədər  uzaqda  qu­

raraq  eninə  yox,  uzununa  olan  obyektivi  seçib  uzaq  məsafədən 

“yaxınagetmə” kadrdan istifadə etmək lazımdır. Yaxın məsafədən 

kameranın “yaxınagetməsi” sifəti eybəcər hala sala bilər. Ən yaxşı 

məsafə, adətən, 10 metrdən uzaq olan məsafə hesab edilir. Buna 



253

əməl etməklə, namizədin yuxarıda olan cəhətlərə cavab verməyən 

nöqsanlarını gizlətmək olar.

Üçüncü  cəhət,  professor  Qoldhaberin  fikrincə,  namizədin  au­

ditoriya ilə, tamaşaçı ilə fikir, məqsəd yaxınlığıdır. Bu, sözsüz ki, 

cəmiyyətin qəbul etdiyi prinsiplərə sadiqlik və yeniliyi nəsə qeyri­

müəyyən  sahələrdə  tətbiq  təklifi  deməkdir.  Bu  zaman  namizəd, 

tamaşaçının  onunla  həmfikir  olmasını  düşünməsi  üçün  kamera 

qarşısında  qətiyyətlə,  nitqini  qırmamaqla,  sərrast  danışmalıdır. 

İstənilən  mızıldama  və  göz  yayınması,  “ilişmələr”,  oynayan  ba­

xışlar, əsəbiliyi, inamsızlığı göstərən jestlər və qabarıq mimikalar 

tamaşaçını namizəddən, eləcə də onun fikirlərindən uzaqlaşdırar. 

Canlı yayım vaxtı namizədin nümayəndəsi bu məsələyə xüsusi fi­

kir verməlidir ki, onun lazımsız hərəkətini tamaşaçılar görməsin.

Dördüncü cəhət kimi təqdim olunan hərəkət – qətiyyət, cəsarət 

və iradə yuxarıda qeyd etdiyimiz keyfiyyətlərdə göstərilib. Ekran 

qarşısında namizədin inamlı görünməsi vacibdir. Bir çox hallarda 

siyasətçilər kamera qarşısında, böyük işıqların altında gərginliyə 

düşür və nəticədə özlərini itirirlər ki, bu da namizədin cəsarətsiz 

nitqinə və inamsız hərəkətlərinə rəvac verir. Belə bir imic isə na­

mizəd üçün böyük uğursuzluqdur. Əksinə, namizəd kameraya se­

çici kimi baxmaqla, iradəni və cəsarəti əks etdirən jestlərdən daha 

çox istifadə etməlidir. 

Sonuncu,  beşinci  cəhət  özlüyündə  yuxarıdakıların  məntiqi  nə­

ticəsi  kimi  ustalıq  –  televiziya  ifadə  vasitələrindən  effektiv  isti­

fadəni əks etdirir. “Namizəd hər zaman göz önündə olmağı ba­

carmalıdır”  məntiqi  ilə  baxsaq,  televiziya  bunun  üçün  ən  gö   zəl 

vasitədir.  Na mizəd  eyni  bir  vaxtda  milyonlarla  insana  mü ra ciət 

etmək imkanı qazanır. Lakin bu müraciət təkcə sözlərlə kifa yət­

lənməməli, eyni zamanda, müvafiq görüntü, yəni vizual effekt ya­

ratmaqla, onu tamamlamalıdır. Ən xırda mimikanı belə göstərmək 

iqtidarında  olan  kameranın  bu  imkanından  məharətlə  istifadə 

edərək, “nur” bəxş etməklə seçiciyə təsir etməyi bacarmaq lazım­

dır. Yalnız bundan sonra teleçıxışın uğurundan danışmaq olar. 

2003­cü  il  prezident  seçkilərində  namizədlərin  teleçıxışlarını 

təhlil  etdikdə  bir  sıra  sırf  televiziya  peşəkarlığından  irəli  gələn 

və  həmçinin  namizədlərin  təcrübəsizliyindən  doğan  ciddi  nöq­

sanlar  qeyd  olunmalıdır.  Məsələn,  prezidentliyə  namizəd  Ha­

fiz  Hacıyevin  teleçıxışında  olduqca  böyük  qüsurlar  nəzərə  çar­

pırdı:  düzgün  fonun  seçilməməsi  nəticəsində  namizədin  arxa 

tərəfində  olan  divardakı  qüsurlar  nəzərdən  qaçmırdı;  işıqların 

düzgün  qurulmaması  nəticəsində  sifətində  və  başında  lazımsız 



254

kölgələr və qaranlıq kadrı “çirkli” edirdi; kameranın düzgün ra­

kurs  seçməməsi  və  “yaxınagetmənin”  olduqca  yaxın  məsafədən 

olması namizədin sifətini daha dolu, özünü isə olduğundan kök 

göstərirdi;  oturarkən  kostyumunun  əzilməsi  və  lazımsız  qırışlar 

cazibəli  görkəmi  dağıdaraq,  tamaşaçını  ekran  qarşısından  itə­

ləyirdi; namizədin danışarkən əlini bir­birinə sıxaraq barmaqlarını 

bir­birinə  keçirməsi  “müdafiə”  mövqeyi  yaratmaqla  tamaşaçıda 

onun özünə qarşı olan inamsızlığını, qətiyyətsizliyini aydın tərzdə 

göstərirdi; aramsız telefon zənginin səsi isə, ümumiyyətlə, tama­

şaçının fikrini yayındırırdı. Bununla da Hafiz Hacıyev Amerikalı 

professor Qoldhaberin müəyyən etdiyi beş əsas cəhətləri pozmuş 

oldu. Sonrakı çıxışlarında deyilən qüsurların qismən aradan qalx­

ması və daha çox radikal müstəvidə çıxışını quran Hafiz Hacıyev 

konkretləşmiş  hadisələri  dəfələrlə  təkrarlaması  ilə  tamaşaçıların 

yadında qala bildi.

Prezidentliyə digər namizəd Lalə Şövkət studiya çıxışından im­

tina edərək görüşlərin video çarxını göstərməklə, əslində, uğurlu 

tapıntı  etmiş  oldu.  Lakin  çəkilişlərin  qeyri­peşəkarlığı,  operato­

run düzgün olmayan rakursları təsir effektini azaldırdı. Həmçinin 

həddən ziyadə bahalı və nəzərə çarpan geyimlə, zinət əşyalarını 

taxaraq  qaçqınlarla  görüşə  gedən  Lalə  Şövkət  lazımsız  təzadın 

ekrana gəlməsinə imkan verdi. Yuxarıda qeyd olunan “bizlərdən 

biri” obrazının əksinə olaraq “qəhrəman” obrazını seçən namizəd 

olduqca  böyük  səhv  addım  atdı.  Çünki  qadın  siyasətçi  daha 

çox  gözəlliyi,  ailəcanlılığı  və  mərhəməti  ilə  nüfuz  qazana  bilər. 

Qəhrəmanlıq obrazı sadə tamaşaçıda heç vaxt qadınla assosiasi­

ya etmir. Ona görə də namizədin bu cür imici tamaşaçıda yalnız 

təbəssüm yaratmış olur. Bütün bu amillər onun reytinqinə öldü­

rücü təsir etdi. 

Lalə  Şövkətin  studiya  çıxışlarında  saysız  “yanıb­sönmə”lərin 

olması  10  dəqiqəlik  nitqin  bir  neçə  dəfə  montaj  olunduğunu 

göstərən amildir. Bu cür çıxışlarda montajın yolverilməzliyini və 

onun tamaşaçıda namizədin natiqlik qabiliyyətinə şübhə yaratdı­

ğını  nəzərə  alıb  deməliyik  ki  bu,  Lalə  Şövkətin  teletəşviqat  işini 

zəiflətmiş oldu. 

Qüdrət  Həsənquliyev  siyasi  səhnəyə  yenicə  qədəm  qoysa  da, 

onun iddiaları maraq doğurub. Lakin prezident seçkilərində onun 

teleçıxışlarında yaranan obraz tam fərqli fikir söyləməyə imkan ve­

rir. Kamera qarşısında həddən artıq həyəcanlanan Q. Həsənquliyev 

gərgin idi və bu gərginlikdə olduqca sıxılmış vəziyyətdə durmuş­


255

du.  Onun  baxışlarında  və  mimikasında  duyulan  gərginlik  qə­

tiyyətsizlik və inamsızlıq rəyini yaratdı. 

Ümumiyyətlə, AzTV  namizədlərə  qarşı  olduqca  qeyri­peşəkar 

və bir az da qeyri­ciddi yanaşmanı göstərmiş oldu. Belə ki, seçilmiş 

göy  fon  göz  yorğunluğu  və  soyuq,  yorucu  atmosfer  yaratmaqla 

bərabər, namizədlərin görkəminə də mənfi təsir edirdi. Üstəgəl də 

işıq quruluşunun qeyri­peşəkar olması olduqca cansıxıcı bir əhval 

yaratmış olurdu. Bu isə namizədin çıxış təsirini yarıbayarı azaltmış 

olurdu. Bu baxımdan istər rejissor işi, istər işıq işi, istərsə də opera­

tor işi ciddi tənqid olunmalıdır. Bir çox hallarda fərdin siyasətçiyə 

münasibəti kadrın quruluşuna təsir edir ki, bu da yekunda tele­

çıxışın uğursuzluğuna və ya namizədin uğursuz telegörünüşünə 

yol açır. Bəzən adicə kamera hündürlüyünün düzgün seçilməməsi 

insanın çirkin görüntüsünə imkan verir. Ona görə də quruluşçu 

operator  və  efir  rejissoru  özlərinin  peşə  məsuliyyətini  dəqiq  an­

lamalı,  bu  cür  neqativ  məqamlara  yol  verməməlidirlər.  Lakin 

2003­cü il prezident seçkiləri deyilənin əksini göstərdi. Namizəd 

Etibar Məmmədovun teleçıxışında kameranın olduqca yuxarıdan 

(kameranın boyu insan boyundan hündür olduqda görünüş bu­

cağı dəyişir və real görünüşlə obyektiv görünüşü mənfiyə doğru 

dəyişir)  qoyuluşu  onun  şişkin  və  kiçilmiş  tərzdə  görünməsinə 

səbəb  oldu  ki,  bu  da  nə  peşə  etikasına,  nə  də  prezidentliyə 

namizədə qarşı münasibətə uyğun gəlirdi. Digər tərəfdən, işığın 

düzgün  qurulmaması  həm  namizədə  mane  olur,  həm  də  onun 

üzündə lazımsız kölgə – çöküntülərin yaranmasına səbəb olurdu. 

E.  Məmmədovun  üzünə  tuşlanan  işıq  onun  danışarkən  gözünü 

qıymasına  səbəb  olurdu.  Bu  isə  siyasətçinin  seçici  ilə  “göz­gözə 

rabitə”sini dağıdır və onun nitqini maraqsız edir. Həmçinin Eti­

bar  Məmmədovun  özündə  olan  daxili  gərginlik  və  həyəcandan 

doğan  təngnəfəslik  nitqi  yorucu,  maraqsız  edirdi.  Bir  neçə  seç­

ki  və  teleçıxış  təcrübəsi  qazanmış  E.  Məmmədovun  jestlərinə 

gəldikdə, onların ifadəli olmasını və nitqlə uzlaşmış tərzdə yerinə 

yetirilməsini qeyd etmək lazımdır. Onun ən böyük uğursuzluğu 

nitqlərin birində ən elementar rəqəmləri tələffüz edə bilməyərək, 

ölçü vahidlərini çaş­baş salması oldu. 

İsa Qəmbərin teleçıxışında da çəkilişlə bağlı problemlər nəzərə 

çarpsa da, onun nitqindəki temp bu qüsurları bir o qədər də qa­

bartmadı. 

Teleçıxışda  videoçəkilişdən  istifadə  edən  Sabir  Rüstəmxanlı 

da ha  inamlı  görünürdü.  İşıq  və  görüntü  həllinin  kifayət  qədər 

peşəkarlıqla  qurulması  çıxışın  plastik  həllini  effektiv  etdi.  Çıxış­



256

larını qətiyyətli tənqid üzərində quran digər namizədlərdən fərqli 

olaraq  S.  Rüstəmxanlı  namizəd  kimi  özünün  səmimi  bir  tərzdə 

üstüörtülü  təqdimatına  və  təbliğatına  yer  verdi.  Ziyalı  və  yazıçı 

kimi cəmiyyətdə tanındığını bilən namizəd məhz bu obrazı ziyalı­

prezident obrazı ilə birləşdirmək üçün simvoldan da istifadə etdi. 

Bütün çıxış boyunca əlində olan qələm onun bu obrazını tamamla­

dı. Həmçinin arxa fonda kitab rəfi də bu obrazın təsdiqinə xidmət 

etmiş oldu. Kifayət qədər özünə inamlı görünən namizədin sərt 

ifadələri və onu tamamlayan jestləri “qələmi süngüyə çevirmək” 

obrazı ilə daha da qüvvətləndi. Bu fakt bir daha AzTV­nin studiya­

sında canlı çıxışın heç bir effekt vermədiyini göstərmiş oldu. Digər 

namizədlər  də  peşəkar  çəkiliş  heyəti  tərəfindən  çıxışı  öncədən 

çəkdirsəydilər, daha ifadəli görünərdi və namizədin bütün diqqəti 

və baxışı saata yönəlməzdi. 

Əli Kərimlinin teleçıxışında da dinamika və özünə inam dərhal 

duyulurdu.  Jestlərdən  və  mimikadan  ümumiyyətlə  istifadə 

etməməsi  onun  çıxışını  yorucu  edirdi.  Lakin  rəvan  nitqi  və 

titrəməyən səsi onun imicini tamamlayırdı.

Digər  namizəd  İlyas  İsmayılov  isə  ümumiyyətlə,  təşviqat  işi­

ni tamam fərqli müstəvidə qurub ki, bu da siyasi mübarizədə o 

qədər də uğurlu metod sayılmır. Divar rəsmlərində və teleçıxışla­

rında nisgilli və bədbin obraz alan namizəd lirik­sentimental bir 

təəssürat  yaradır.  Onun  danışıq  tempində  sentimentallıq,  kədər 

notlarının  və  avazın  olması,  həmçinin  çıxışın  mahnılar,  şeirlərlə 

müşayiət olunması onu siyasətçidən çox uzaqlaşdırırdı. İlyas İs­

mayılovun  çıxışlarını,  ümumiyyətlə,  orta  səviyyəli  publisistik 

verilişdən  başqa  heç  nə  adlandırmaq  olmazdı.  Namizəd  çıxışın­

dan  daha  çox  kədərli  jurnalistin  dərdləşməsinə  bənzəyən  bu  10 

dəqiqəlik  efir  vaxtı  İlyas  İsmayılovun  “stend­up”ları,  kadrarxası 

mətni ilə gərəksiz bir biçim aldı. Azərbaycan Respublikası Dövlət 

Statistika Komitəsinin, Cavid heykəlinin önündə “stend­up” edən 

namizəd, daha çox, kədərli və çoxdanışan aparıcı imicindən başqa 

heç bir xoş təəssürat yarada bilmədi. Bu çıxışda ən böyük uğursuz­

luqsa operatorun namizədi “altdan” çəkməyi oldu. Aşağıdan­yu­

xarı baxış, daha çox, əyləncəli verilişlərdə bir gülüş metodu kimi 

və bir də Mussolini vaxtı diktator imici yaratmaq məqsədi ilə edi­

lirdi. Çıxışda istifadə olunan, görüntü baxımdan savadsız sayılan 

rakursun hansı məqsəd daşıdığını təyin etmək isə çətindir.

Yunus  Oğuz  teleekranlarda  ən  az  görünən  siyasətçilərdən  ol­

masına  baxmayaraq,  kifayət  qədər  sərbəst  və  inamla  danışma­

sı  ona  qarşı  maraq  yaradır.  Lakin  çıxışın  başlamasından  əvvəl 



257

uzun­uzadı  titrlə  və  kadrarxası  səslə  platformanın  oxunması 

tempi öldürməklə bərabər teleeffekti də azaldaraq, onu qəzet və 

radionun  eybəcər  sintezinə  yaxınlaşdırırdı.  Namizədin  nitqində 

görəcəyi işlərdən daha çox məktublara və şikayətlərə yer ayırması, 

bu çıxışı şikayətlər mövzusunda olan verilişə, namizədi isə uğur­

suz aparıcıya çevirirdi.

Namizədlərin  2003­cü  il  prezident  seçkilərində  teleçıxışlarını 

müzakirə  etdikdən  sonra  belə  bir  qənaətə  gəldik  ki,  namizədin 

teleçıxışı  vacib  olduqca  təsirli  olmalı  və  təsir  gücünü  artırmaq 

üçün insan şüuruna təsir edəcək elementlərdən istifadə etməlidir. 

Seçki  prosesində Azərbaycan  praktikasında  bütün  bunları  təhlil 

edərək  kifayət  qədər  qüsurların  olması  yekunda  önə  çıxdı.  Bu­

nun  qarşısının  alınması  üçün  siyasətçilərin  peşəkarlarla  görkün 

biçimlənməsinə daha effektiv nail olmaqdan ötrü ciddi iş aparıl­

malıdır.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin