Aspekt (aspect) yönüm, təzahürün, anlayışın nəzərdən keçirildiyi baxış bu
cağı; problemin müxtəlif yönləri; hadisəyə, fakta müxtəlif prizmalardan baxış.
Audiovizual (audiovisual)
–
hər şeyi eyni zamanda göz və qulaqla hiss
etmə, qavrama; vizual və səsli informasiyadan birgə istifadə; A. vasitələrə
klassik nümunə səsli filmlər, video, yaxud TV ola bilər. A. vasitələrdən çox
vaxt təlimtədris məqsədi ilə istifadə olunur.
Audiovizual landşaft (audiovisual landscape)
–
TV və radio yayımının
təşkili zamanı cəmiyyətin bütün təbəqələrinin marağının nəzərə alınması.
Auditoriya (audience/auditorium/lecture room)
–
1) mühazirə, nitq, tele
radio verilişi və s. yayım materiallarını dinləyənlərin toplusu; 2) mühazirə
oxumaq, iclas və s. keçirmək üçün zal, otaq və s.; 3) kommunikasiya xətləri,
353
KİV ilə verilən reklamı oxuyan, eşidən, ona baxan şəxslərin cəmi, reklamın
ünvanlandığı istehlakçı kateqoriyalarının məcmusu.
Avtomatik fokuslaşdırma qurğusu (auto focus (AF))
–
obyektivdə görünən
yayğın, bulanıq təsvirin müasir videokameraların əksəriyyətində olan av
tomatik fokuslaşdırma sistemi vasitəsilə aydınlaşdırılması.
Aydınlatma (illumination/İLL)
–
kameranın qarşısındakı müstəvidə olan
cismin və səhnənin aydın görmə həddinədək işıqlandırılması.
Ayırma (sekance)
–
kadr daxilində bütöv meydan yaradan səhnələr və ya
çəkilişlər “seriyası”. A.lar tək və bir neçə dekorasiya içindən keçə bilər.
Bağlanmaq (bridging)
–
auditoriyanı ələ almaq və onu başqa TVlərin
verilişlərindən yayındırmaq üçün proqramın vaxtından əvvəl başlanması üsu
lu. Qərb kinorejissorlarının leksikonundakı “bridging” sözü müəyyən zaman
daxilində, yaxud filmin hadisələrində parçalanmanı aradan qal dı ran kadr
deməkdir. Kompüter əməliyyatlarında, proqramların, yaxud mə lumatların bir
EHMdən digərinə köçürülməsi də həmin sözlə ifadə edilir.
Bağlantı (link)
–
mozaik tipli proqramlarda, həmçinin xəbər mətnlərində
bir mövzudan digərinə keçid zamanı işlədilən cümlə, deyim, musiqi, yaxud
musiqi ilə müşayiət olunan təsvirli keçid.
Bağlayıcı kadr (link frame)
–
montaj zamanı hərəkətlər arasında kəskin
fərqləri, sıçrayışları pərdələmək üçün istifadə olunan istənilən kadr. Məs., ara
plan, yaxud köməkçi kadr; b.k. rolunu oynaya bilər.
Balans (balance)
–
1) hər hansı bir fəaliyyətin, prosesin qarşılıqlı əlaqədar
olan göstəricilərinin nisbəti; 2) münaqişəli məsələlərin işıqlandırılması za
manı tərəflərin mövqeyinin balanslaşdırılması; adətən, KİVin təhqiqatçılıq fə
aliyyətində obyektiv jurnalistikanın şərtlərindən biri kimi qərəzsizlik , ədalət
prinsipinin təminatı sayılır. Güman edilir ki, münaqişəli vəziyyətlər haqqında
məlumatlar verildikdə bu prinsipə riayət olunması vəziyyətin mahiyyətinə
dair müxtəlif baxışların sərbəst ifadəsini bildirir; 3) çəkilişdən əvvəl kamera
nın, yaxud videoyazı aparatının işıqrəng tənasübünün nizamlanması.
Balıqgöz linza (“fish eye” lens)
–
spesifik f8 işıq səviyyəsində 180 dərəcəlik
bir bucağı əhatə edə bilən çox kiçik mərkəzli linza növü.
Başqa vaxta keçirilən veriliş (delayed broadcast)
–
əvvəllər teleşəbəkə ilə
göstərilən, lakin məhz həmin stansiya ilə göstərilməyən proqramın yer li stan
siya ilə efirə çıxması; TVnin müxtəlif səbəblərdən təxirə salınmış proq ramı.
Başlanğıc titri (billing/credits)
–
hər bir filmin, yaxud verilişin əvvəlində ən
mühüm informasiyaları (ad, müəlliflər, iştirakçılar və s.) bildirən yazı.
Başlıq titrləri (opening bilboard)
–
müəlliflik barədə, zaman, məkan,
verilişdə (kinoda) istifadə olunan materialların məzmunu, mənbəyi və s. haq
qında məlumat verən TV proqramına giriş.
Betakam (Betakam)
–
SONY firmasının studiya və studiyadankənar vide
oistehsal, eləcə də videojurnalistika üçün işləyib hazırladığı çağdaş video
yazılışı biçimi; format. B.da parlaqlıq və rəng siqnallarının yazılışı müxtəlif vi
deobaşlıqlı ayrıayrı videocığırlarda aparılır. Videolentin yuxarı hissəsində səs
siqnallarının yazılışı üçün iki köndələn cığır yerləşir. Lentin aşağı hissəsində
354
sinxrosiqnal və ünvan
–
zaman kodunun (ÜZK) cığırları yerləşir. Hər qoşa
videobaşlıqdan əvvəl fırlanan pozucu başlıq yerləşir ki, bu da videoyazılış za
manı əlavə imkanlar açır. Bu cür başlığın olması artıq siqnaloqramların oldu
ğu yerdə videoyazılışın davam etdirilməsinə imkan verir.
Betakam SX (Betakam SX)
–
SONY firmasının rəqəmli videoyazı formatı.
İnformasiya daşıyıcısı kimi düymlü metal tozlu lentlərdən istifadə olunur.
Videosiqnalı sıxma metodu
–
10:1 təzyiq əmsallı 4:2:2 Studio Profile cihazı.
Bu formatın avadanlığı materialı yerindəcə montaj etməyə və yüksək sürətlə,
keyfiyyətə xələl gətirmədən ötürməyə imkan verir. B. SX avadanlığı Betakam
və Betakam SP aparatlarına oxşardır. Birbaşa kameranın arxa panelində rəngi
əks etdirmək qabiliyyəti bu formatın əsas üstünlüklərindən biri sayılır.
Betakam SP (Betakam SP)
–
metallaşdırılmış oksid lentindən istifadə im
kanı olan videoyazılışın analoqu, komponent formatı; tərkibində zaman kodu,
yoxlama cığırları və dörd səs kanalı olur; b. formatının daha təkmilləşmiş
tipidir. SP abbreviaturasını (superior performance) hərfi mənada “əla xarak
teristika” kimi tərcümə etmək olar. B.və B. SP formatlarının avadanlığı öz
aralarındakı videosiqnallara görə tamamilə birbirinə uyğundur. Hər ikisində
eyni maqnit lentləri tipindən istifadə etmək olar. Lakin B. SP də əldə olunan
müsbət keyfiyyətləri adi B.da almaq mümkün deyil. B.a yazılmış təsvirləri
B. SPyə köçürdükdə keyfiyyət yaxşılaşmır. Bundan başqa, B. SP üçün iki ölçü
tipində videokasetlərdən istifadə nəzərdə tutulur.
Bədii metod (artistic method)
–
idrak üsulu, təbiət və cəmiyyət həyatının
təzahürlərinin tədqiqi; EEdə (teleradio tamaşalarında) bədii obrazlar vasi
təsilə təsvir üsulu.
Bədii obraz (image)
–
kino və TVdə (ədəbiyyat və incəsənətdə) gerçəkliyi
əksetdirmə üsulu və forması; bədii yaradıcılığın ümumi kateqoriyası. Həyat
həqiqətini bədii ümumiləşdirmələr əsasında konkret, real və fərdi emosio
nal boyalarla canlandıran B.o.ın obyektiv mənbəyi maddi aləmin predmet
və hadisələrindədir. Onun obyektivliyi hadisələri düzgün əks etdirməsidir.
B.o. öz xüsusiyyətlərinə görə elmi anlayışlardan, siyasi ideyalardan, əxlaqi
prinsiplərdən fərqlənir. B.o. hissi və məntiqinin, konkret və abstraktın, fərdi və
ümuminin, təsadüf və zərurətin, xarici və daxilinin, hissə və bütövün, hadisə
və mahiyyətin, forma və məzmunun dialektik vəhdətindən ibarətdir.
Bədii təxəyyül (artistic imagination)
–
keçmiş duyğuların, qavrayışların,
təsəvvürlərin, hisslərin, təəssüratların xəyalda, xatirədə bərpa edilməsi və şü
urlu surətdə yenidən işlənib hazırlanması əsasında bədii obrazlar yaratmaq
bacarığı.
Bərabər paylanmış işıq (equal light distribution)
–
kadrdakı əşyaların nis
bi vəziyyətini, ölçüsünü, forma və səth fakturasını xüsusi olaraq sezdirməmək
üçün istifadə edilən işıqurma üsulu.
Bioqrafiq müsahibə (biographic interview)
–
müsahibin sosial portretini
yaratmaq, onun xarakterini və gerçəkliyə münasibətini dolğun açıqlamaq
məqsədilə aparılan müsahibə. Hər hansı fərdlə qarşılıqlı etimad şəraitində
söhbət zamanı onun həyatının maraqlı, həlledici epizodlarını, təəssüratlarını
355
və s. aşkara çıxarmaq mümkündür. Bu baxımdan jurnalistlər teztez B.m.dan
yararlanırlar.
Birbaşa yayım (live broadcasting)
–
canlı yayım. Əvvəlcədən lentə yazılma
dan, montaj olunmadan və studiyada işlənmədən, bilavasitə hadisə yerindən
həyata keçirilən yayım. İngiliscə “Live” sözü ilə informasiyanın birbaşa çatdırıl
ması mənasını verən xeyli termin əmələ gətirilir: hadisə yerindən reportaj; birba
şa telekörpü; birbaşa translyasiyadan natura çəkilişi, birbaşa peyk translyasiyası
və s. Bu terminoloji ifadələr studiya montajları ilə müqayisədə birbaşa translya
siyaların populyarlığı və perspektivinin artması ilə şərtlənir.
Birgə montaj (joint editing)
–
video və səs sırasının eyni vaxtda montajı.
Buna birgə yapışdırma da deyilir. Müsahibə və dialoqlardan ötrü əsas montaj
tipi də məhz bunlar sayılır. Fonoqramın digər montaj tipi “ayrıca yapışdırma”
adlanır. Belə montaj zamanı görüntü və səs sırası ayrıayrılıqda montaj edilir:
öncə fonoqram (yaxud videosıra), sonra isə müvafiq görüntü (yaxud fonoq
ram) yapışdırılır.
Birkameralı videomontaj (camera-to-tape editing)
–
bir sıra ilə çəkilmiş
orijinal təsviri materialların montajı.
Canlı proqram (live programme)
–
hazırlanması ilə efirə verilməsi arasında
zaman fərqi olmayan proqram. Studiyada canlı telefon bağlantılarından ibarət
olan və həmin anda yayımlanan proqram.
Canlı yayım (live stand-up)
–
teleradio verilişlərinin əvvəlcədən lentə
alınmadan birbaşa ötürülməsi; hər hansı bir TV proqramının və ya önəmli
bir mövzunun müzakirəsinin TV studiyasından, yaxud özəl səyyar yayım
vasitəsilə birbaşa yayımı; teleradio verilişlərinin əvvəlcədən lentə yazılıb mon
taj edilmədən birbaşa yayımlanması; danışığın və təsvirin eyni vaxtda tama
şaçıya təqdim edilməsi.
Cinql (jingle)
–
reklam anonslarını müşayiət edən və təkrarlanan qısa musi
qi çağırışı. C.in efirdə peyda olması populyar reklam imicləri ilə əlaqədardır.
C.dən istifadə reklamçılara satılan məhsullar barədə informasiyanı auditori
yaya daha yaddaqalan yığcamişarə formasında çatdırmağa imkan verir və
analitiklərin rəyinə görə, reklam işinin ilkin mərhələləri üçün səciyyəvidir.
Radiostansiyaların çağırışlarını da C. adlandırırlar.
Çoxkameralı video-çəkiliş (multikamera production)
–
məkanından asılı
olmayaraq bir neçə kamera ilə gerçəkləşdirilən videoçəkiliş.
Çökük linza (concave lens)
–
ox qalınlığı nisbətən az olan linza; Ç.l.ya ikili
çökük, yastıçökük və qabarıqçökük linza növləri aiddir.
“Danışan başlar” (talking head)
–
TV ilə çıxış edən jurnalistlərə, yaxud daha
çox danışığa üstünlük verən proqramların ünvanına zarafatyana deyilən ifadə.
Debüt (debut)
–
hərfi mənada: başlanğıc. Hər hansı sahədə ilk dəfə çıxış
etmək, fəaliyyətin başlanğıcı. Məs., aktyorun səhnədə ilk çıxışı, aparıcının ek
rana ilk çıxışı və s.
Deduksiya (deduction)
–
1) mühakimə prosesində ümumi müddəalardan
xüsusi nəticəyə gəlmə; hər hansı bir ümumi fikirdən məntiqi yolla yeni
müddəa çıxarmaq (induksiya ilə qırılmaz surətdə bağlıdır). Daha dəqiq desək,
356
D. məntiqi qanunlar əsasında bir neçə fikirdən (müqəddimələrdən) nəticə ha
sil edilməsidir; 2) bədii ədəbiyyatda, kinoda, radio və TVdə işlənilən yaradı
cılıq metodu.
Deduktiv metod (deductive method)
–
elmi nəzəriyyələr qurmaq üsulu;
spesifik xasiyyətini deduktiv nəticə çıxarmaq texnikasının tətbiqi təşkil edir.
Bəzən D.m.u digər metodlardan (məs., induktiv metoddan) ayırmaq, de
duktiv mühakiməni təcrübədənkənar mühakimə kimi şərh etmək və elmdə
deduksiyanın rolunu həddindən artıq şişirtmək cəhdləri olub. Həqiqətdə isə
deduksiya və induksiya birbiri ilə sıx bağlıdır və deduktiv mühakimənin ge
dişi insanın çoxəsrlik təcrübiidrak fəaliyyətindən asılıdır.
Deklamasiya (recitation/deeclamation)
–
1) şeir və nəsri pafoslu səs və hə
rəkətlə söyləmə; bədii oxu məharəti; 2) təmtəraqlı, qeyritəbii danışıq tərzi,
süni pafos.
Dekor (decor/scenery)
–
bəzək, bədii tərtibat; dekorativ elementlərin bəzək
vəhdəti
Dekorasiya (decoration/sscenery)
–
1) hadisələrin cərəyan etdiyi yerin və
şəraitin teatr səhnəsində (TV tamaşasında) rəssamlıq, yaxud memarlıq ba
xımından təsviri; 2) səhnə tərtibatı; studiyanın, konkret bir verilişin bədii
tərtibatı.
Dekorativ (decorative)
–
1) bəzək üçün düzəldilmiş, bəzək üçün olan;2) ef
fektli, mənzərəli.
Dekorativ sənət (decorative art)
–
ən geniş yayılmış plastik sənət sahəsi.
Memarlıq və dizayn kimi D.s. də insanların yaratdığı maddi mühitin bədii
cəhətdən formalaşmasına xidmət edir, ona estetik və ideyabədii keyfiyyətlər
aşılayır. Monumental D.s. (fasad və interyerləri bəzəyən memarlıq dekorları,
divar naxışları, relyef, vitraj, mozaika və eləcə də park heykəltəraşlığının yara
dılması) , dekorativtətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şən lik lərinin,
muzey və sərgi ekspozisiyalarının, vitrinlərin və s. bədii tərtibatı) sahələrinə
bölünür. Meydan, küçə, park kompozisiyasının, həmçinin interyer, kostyum
və s. elementi kimi yaradılan D.s. əsəri TV çəkilişində göstərilən təsvirin
ahəngdarlığında da mühüm rol oynayır.
Detal (detail)
–
ən xırda təfərrüat; kinematoqrafik plan. Bəzən kadrda iri
göstərilən əsas süjetin (yaxud məkanın, əşyanın) bir hissəsi. Kadrdakı bütün
tam parçadan bütöv haqqında daha dolğun informasiya verir.
Detektiv filmi (detective)
–
casusların gizli sərgüzəştlərini təsvir edən ekran
əsəri.
Deyiliş (prononciation)
–
deyilmə tərzi, tələffüz üslubu; tələffüz. Məs., sö
zün deyilişi.
Diafraqma (iris/diaphragm)
–
kamerada, eləcə də başqa cihaz, maşın, me
xanizm və qurğularda, adətən, lövhə, yaxud arakəsmə şəklində olan his sə
(gözlüklü və ya bütöv hissə). Ölçü D.sı, adətən, gözlüyü olan diskdir. Bə zi ci
hazlarda analoji detala membran deyilir. D. vasitəsilə işığa həssaslığı müəyyən
etmək olur.
357
Diafraqma süzgəci (diaphragm/light filter)
–
videokamera və fotoaparatın
obyektivinin içərisində yer alan işıq səviyyəsinə nəzarət edən kiçik qurğu. D.s.
öndən düşən işığın lent üzərinə istənilən səviyyədə yazılmasını təmin edən
sistemin tərkib hissəsidir.
Diaqram (diagram/graph)
–
müxtəlif kəmiyyətlər arasında nisbəti göstərən
qrafik təsvir; verilişlərdə əyaniliyi təmin edən cədvəl (vasitə), təsvir elementi.
Diktor (announcer/script reader) 1) münasib görünüşə, aktyorluq məha
rətinə, müəyyən intelektə, yüksək nitq mədəniyyətinə malik olan, EEdə
müxtəlif məzmunlu verilişlər apara bilən radio və TV işçisi; 2) müəllif, redak
tor və ya hər hansı jurnalistin (müəllifin) yazdığı informasiya və ya publisistik
mətnləri kağızdan, suflyordan efirə oxuyan şəxs.
Diktor mətni (announcer s text)
–
sənədli, elmikütləvi və tədris filmlərində,
eləcə də TV verilişlərində geniş tətbiq olunan kadrarxası şəhr, yaxud aydın
laşdırıcı mətn. D.m. bir sıra tələblərə cavab verməlidir: fikir dəqiq, aydın və
yığcam ifadə olunmalıdır; auditoriya üçün anlaşıqlı olan sözlərdən istifadə
edilməlidir; rəngarəng nitq formalarına müraciət olunmalıdır. D.m.nə ob
razlılıq xasdır; bu mətnlərdə publisistik ifadələrə, atalar sözlərinə, ritorik
suallara, müqayisələrə, aforizmlərə, hiperbolaya geniş yer verilməlidir. D.m.
üzərində işləyərkən yadda saxlamaq vacibdir ki, mətni obrazlı sözdən və
bədii ifadələrdən məhrum etmək olmaz. Hər bir filmdə sözlə kadrın qarşılıq
lı, fasiləsiz şərtlənməsi əsas amildir. Buna görə də D.m.də söz filmin təsvir
hissəsinin, kadrın üzərinə dəqiq düşərək filmin (verilişin) vahid görüntüsəs
təbiətini təşkil etməlidir.
Dinamik montaj (dynamic editing)
–
hadisələri, fikir və ideyanı, sadəcə,
məntiqi ardıcıllıqla göstərmək üçün deyil, həm də çəkilmiş səhnənin seyrçiyə
təsirini maksimum gücləndirməkdən ötrü tətbiq edilən montaj üsulu. D.m.
əsas parametrinə görə ardıcıl montajdan fərqlənir: o, düzümünə görə daha
mürəkkəbdir və sadəcə, məlumat vermək üçün yox, həm də çəkiliş materi
alının təsirini gücləndirməkdən ötrü istifadə edilir. D.m. olayların bir qədər
qabarıq və dramatik təqdiminə, kəskin rakurslara, çox iri planlara və s. üstün
lük verir.
Disk (disc)
–
informasiyanı yazmağa və canlandırmağa qabil olan material
lar təbəqəsi ilə örtülmüş dairəvi val formasında informasiya daşıyıcısı; yastı,
girdə lövhə. Örtük tipindən asılı olaraq D.lər lazer şüasının köməyi ilə in
formasiyanın yazılışı və hazırlanması üçün nəzərdə tutulan maqnit, optik və
səthin müvafiq sahələrini qızdırmaq yolu ilə məlumatları poza bilən, həmçinin
yazılış və hesablama funksiyalarını yerinə yetirən maqnitoptik növlərə bölü
nür. TV və radioda tamaşaların, kliplərin, musiqi nömrələrinin, yaxud çı xış
ların rəqəmli texnologiya ilə yazıldığı xüsusi vasitə.
Diskrentlik (step-type behaviour)
–
ayrılan, qeyrimüntəzəm işləyən. İki
cür anlaşılır: 1) bir neçə müxtəlif sabit vəziyyətlər arasında dəyişən. Məsələn,
elektrik açarı ya sönülü, ya da yanılı olanda ; 2) Ayrıayrı hissələrdən ibarət
olan qırıqlıq, dağınıqlıq. Məsələn, qırıq spektr, qırıq strukturlar.
Disk-jokey (disc jokey)
–
müxtəlif zövqlü adamların və dinləyicilərin
istəyi ilə hazırlanan musiqi mahnı proqramının aparıcısı, radio studiyası
358
nın əməkdaşı. Qısaca dicey adlanan D.j.in xüsusi musiqi hazırlığı olmalıdır,
çünki o yalnız ayrıayrı musiqi nömrələrini elan etmir, həm də dinləyicilərə
mahnının yaranması, müəllifi, ifaçısı, eləcə də səslənən musiqinin mahiyyəti,
melodik çalarları və s. haqqında müəyyən məlumatlar, şərhlər verir. D.j. üçün
improvizasiya bacarığı xüsusilə vacibdir. Verilişlər canlı efirə gedir və dicey
dinləyicilərlə söhbət edir, onların suallarını cavablandırır.
Divikam (DVCAM)
–
videoyazı formatı; xüsusi olaraq B&I kompleks rə
qəmli sistemi üçün SONY şirkətinin mütəxəssisləri hazırlayırlar. D. məişət
formatının modifikasiyasıdır. Formatların əsas fərqi ondan ibarətdir ki, yazı
cığırının eni ¼ dyümlük videolentdə 1015 mkmdək genişlənir. Bu, təsvirin
keyfiyyətinin lazımi səviyyəyə çatdırılmasına və peşəkar avadanlıqlarla mon
tajın imkanlarının artırılmasına kömək edir. Digər məsələlərdə formatlar
bənzərdir və birbirini əvəz edir.
Dizayn (design)
–
estetik görkəmin qurulması, layihələşdirilməsi. Veriliş
ya zılan studiyanın bədii tərtibatı.
Dizayner (designer) dizayn mütəxəssisi, bəzəkçi rəssam. Verilişlərin bədii
tərtibatı və ekran təqdimatı ilə məşğul olan kompüter mütəxəssisi.
Döşəmə ştativi (tripod mount/stacker)
–
üçayaq tipli oturacağı olan qurğu.
Bəzən təkərləri və “durna”sı da olur. Bu ştativlər mikrofonu danışana tərəf
yönəltməyə, tuşlamağa, irəli çıxartmağa və dayandığı yerdən uzatmağa imkan
verir. Belə ştativlər, əsasən, telefilm çəkilişində kara gəlir, çünki çəkilişlərdə
aktyorların yerdəyişmələri ciddi nəzarətdə saxlanılır və onlar çəkiliş meydan
çasının nisbətən kiçik hüdudları ilə kifayətlənməli olurlar.
Dövlət yayımı (state cast)
–
dövlətin yaratdığı, maliyyələşdirdiyi, nəzarət
etdiyi, o cümlədən verilişlərin məzmununa müdaxilə etdiyi yayım.
Dramatizm (dramatic effect/dramatic nature/qualities tensity)
–
film və
tamaşalarda hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik; faciəlilik;
estetik kateqoriya; insan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın
onu əhatə edən ictimai və təbii mühitlə qarşılıqlı münasibətini əks etdirir və
ümumiləşdirir. D.in əsasını insan davranışlarının, ideyalarının, səylərinin,
ehtiraslarının dramatik münaqişəsi (konflikt) təşkil edir.
Dramaturgiya (the drama)
–
1) hər hansı bir sənətkarın, xalqın və ya dövrün
dram əsərlərinin məcmusu; 2) tamaça və ya filmin süjetobraz konsepsiyası
(TV və kino D.sının xarakterik forması ssenaridir); 3) dram əsərlərinin quru
luş prinsiplərini öyrənən incəsənət nəzəriyyəsi.
Dublyaj (dub)
–
nəyinsə surətini yaratmaq. Kinofilm fonoqramının başqa
dildə yenidən yaradılması. D.ın başlıca şərti ekranda aktyorun dodaqlarının
hərəkəti ilə mətnin tələffüzünün sinxronluğudur. Azərbaycanda ilk dəfə “Ça
payev” filmi (1937) dublyaj edilmişdir.
Düşən və dönən işıq (direct/indirect light)
–
çəkiliş səhnəsinə yönələn işığa
düşən işıq, çəkiliş səhnəsindən əks etdirilən işığa isə dönən işıq deyilir. Onla
rın hər ikisinin miqdarını hesablamaq üçün eksponometrdən istifadə olunur.
Düşən işığı ölçərkən eksponometri çəkilən obyektin yerinə qoyaraq növbə ilə
bütün işıq qaynaqlarına yönəldirlər. Bu zaman həmin cihaz nisbətən yüksək
göstəriciləri əks etdirir. Belə ölçü üsulu bir az gözəyarı sayılsa da, çox etibarlı
359
dır. Çəkilən obyekt və ya materiallar eyni qayıdış əmsalına malikdirsə, düşən
işıqdan əsas işıqlanma göstəricisi kimi faydalanmaq mümkündür.
Dostları ilə paylaş: |