Məsul redaktor (editor-in-chief)
–
mətbu nəşrə rəhbərlik edən baş redaktor
(redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proq
ramların) yayımına (efirə getməsinə) icazə verən və bu yayım üçün cavabdeh
olan şəxs.
Mikşer (mixer)
–
fonoqram yazılışı pultu, müxtəlif xətlərdə və kanallar
da olan səsi uyğunlaşdıran, seçən, qarışdıran, tezliyi dəyişdirən qurğu. M.,
adətən, dördkanallı olur: birinci və ikinci kanallar mikrofon, monocihaz
lar kimi təksəsli girişlərdə,üçüncü və dördüncü kanallar isə stereogirişlərdə
istifadə edilir; 2) montaj zamanı bir kadrdan digərinə plastik keçidi təmin edən
pult qurğusu.
Moderator (moderator)
–
hər hansı problemə (mövzuya) münasibətdə bir
birinə zidd mövqe tutan adamların toplaşdığı “dəyirmi masa” tipli verilişlərin
372
aparıcılarına bəzi Qərb ölkələrində verilən ad. M.un əsas vəzifəsi tərəflər
arasında yaranan mübahisəni səmərəli məcraya yönəltmək, vaxt balansını
ədalətlə müəyyənləşdirmək, çıxış edənlərin mövzudan uzaqlaşmasına im
kan verməməkdir. M. mübahisə və diskussiyaların iştirakçısı deyil, yalnız
istiqamətləndiricisidir.
Monitor (monitor)
–
təsvirin keyfiyyətinə, kadrın quruluşuna və s. vizual
nəzarət etmək üçün studiyada və rejissor pultunda qoyulan videonəzarət qur
ğusu, TV aparatı. Videoyazı, yaxud efirə canlı gedən verilişin təsvir keyfiyyəti
M.da izlənilir. Bəzən studiyadankənar çəkilişlərdə də M.dan istifadə edilir.
Kompüter sistemində isə M. (displey) mətn və qrafiki informasiyanın ekrana
çıxarılması üçündür. Burada M. videoadapter adlanan xüsusi aparat qurğusu
nun idarəsi altında işləyir.
Montaj (edit)
–
çəkilmiş filmin, publisistik, ədəbi, musiqili və s. verilişin ayrı
ayrı hissələrinin (epizodların), parçalarının bədii və məna cəhətdən bütöv, dol
ğun, tam hala gətirilməsi; çəkilən təsvirlərin məqsədəuyğun şəkildə seçilərək
birləşdirilməsi; filmin ardıcıl çəkilməyən səhnələrinin ssenariyə uyğun ardıcıl
seçilməsindən , yəni tamaşaçılara ekranda göstəriləcək qaydada düzümündən
ibarət yaradıcılıq əməliyyatı. Bu proses montajın texniki mahiyyətidir. Lakin
M.ın, həm də sırf yaradıcılıq cəhətləri var. M. filmin yaradılmasının bütün
mərhələlərində ssenaridə, operator işində və çəkilmiş materialın şərhində,
təsvirin səslə birləşdirilməsi prosesində zəruridir. Müxtəlif janrlı filmlərdə M.
ın müxtəlif üsulları tətbiq olunur. Lakin kinematoqrafik təsirin bütün digər
elementləri kimi M. da həmişə kino əsərinin zəruri tərkib hissəsidir. TV M.ını
iki mərhələyə ayırmaq olar: proqramın istehsal prosesindəki montajı və isteh
saldan sonrakı montaj. M.ın konstruktiv, paralel, ardıcıl, dinamik (çevik), rit
mik, çarpaz, assosiativ və s. növləri vardır.
Montaj keçidləri (edit transition)
–
hadisənin yeri haqqında informasiya
bildirən ünvan planından sonra standart montaj üsuluna uyğun olaraq hər
hansı detalın iri planına keçilməsi.
Montaj ritmi (editing rhythm)
–
ardıcıl montaj zamanı keçidlərin müəyyən
ahəngə, ritmə uyğunlaşdırılması. Adətən, bu ritmi göstərilən hadisənin ahəngi
(ya iştirakçıların hərəkətləri, ya da dialoqda) müəyyənləşdirir. Dinamik mon
tajda ritm hadisəyə nisbətdə kənar amillərdən daha çox asılıdır. M. r.ni daha
çox yayılmış iki üsul musiqiyə və zamana görə montaj üsulları müəyyən
edir: a) Musiqi əsasında montajda musiqi əsərinin ritminə və ya melodiya
sına uyğun olaraq əlaqəli və ya əlaqəsiz planların birbirinə calağı
–
yapış
dırılması əsas tutulur. Belə montaj zamanı plandanplana keçid musiqinin
ölçüsünə, ahənginə tam uyğun şəkildə, heç bir əyintisiz həyata keçirilir. Daha
maraqlı montaj çözümlərində plan keçidləri melodik biçimə, musiqi tempi
nin və səslənmə intensivliyinin dəyişməsinə uyğun olaraq gerçəkləşdirilir.; b)
Zamana görə montaj deyəndə isə planın davametmə müddətini zamana görə
yox, zaman kəsiyinə görə müəyyənləşdirmək üsulu nəzərdə tutulur. Məsələn,
ayrılıqda hər planı iki saniyə sürən bir silsilə keçid etmək olar; yaxud həmin
planları musiqinin ölçüsünə görə montaj etmək də mümkündür. Bu zaman
müxtəlif uzunluqlu planların birbirini əvəzləyib təkrar etməsi montajın ritmi
ni müəyyənləşdirəcək.
373
Montaj sıçrayışı (jump cut)
–
buna “qaçan kadr” da deyilir. Rakurs və
çəkiliş bucaqlarına görə oxşar olan, ancaq yüz faiz üstüstə düşməyən eyni ob
yektin iki planının birbirinin ardınca yapışdırılması zamanı özünü göstərən
montaj təhrifi. M. s. görüntülər arasında kəskin keçidləri xatırladır. Çünki bir
plandan digərinə keçərkən çəkiliş obyektinin vəziyyətinin qəflətən, kəskin
şəkildə “tullanışları” o vaxt baş verir ki, montaj planının orta hissəsi kəsilir
və planın əvvəli ilə axırı birbirinə yapışdırılır. Planın əvvəlində və sonunda
kadrdakı çəkiliş obyektinin ölçüsü və vəziyyəti eyni olmayanda seyrçiyə elə
gəlir ki, obyekt ekranın bir hissəsindən digər hissəsinə “tullanıb”. Dərhal gözə
çarpdığı üçün belə tullanma və sıçrayışlardan qaçmaq lazımdır. Hərəkətin
kadr məkanında inkişaf axarını pozduğundan belə sıçrayışlar montaj yanlış
lığı kimi qavranılır. Çəkilən obyekt qəfildən, həm də heç bir səbəbsiz ekranın
digər küncündə peyda olursa, ardıcıl montaj effekti itir.
Montaj vərəqi (edit decision list)
–
bir montaj seansı müddətində yerinə
yetirilməsi nəzərdə tutulan bütün montaj əməliyyatlarının siyahısı. Ondan
çox vaxt yubadılmış şəkildə və real zaman miqyasında icra olunmuş montaj
əməliyyatlarını calaşdırmaq üçün istifadə olunur. M. v.ində audio və videosı
ra tam əksini tapır, uyğun taymkodlar göstərilir.
Mozaik görüntü (mosaic screendisplay)
–
1) eyni, yaxud müxtəlif material
lardan düzəldilən təsvir, naxış; təsvirin ekranda mozaika şəklində göstərilməsi.
Videokameralarda “fade out/in” işi mozaika təsviri ilə də etmək mümkündür;
2) hər hansı verilişdən, filmdən dinamik fraqmentlər göstərilməsi.
Mozaik veriliş (insulating mosaic)
–
məzmun, məna və formaca birbiri ilə
bağlanmayan ayrıayrı kiçik süjet, çıxış, müsahibə və digər təsviri materiallar
toplusundan ibarət olan veriliş növü. Məs., “Xəbərlər”, yaxud “Səhər” tipli
proqramlar M. v.ə aiddir.
Mövzu-tema (subjet/topic)
–
sənətkarın hər hansı əsərində qoyduğu və
müəyyən həyati material əsasında aşkara çıxardığı əsas məsələlərin məcmusu;
əsərin bədii məzmununun əsas məqamı. M. t. süjetlərdə, motivlərdə, epizod
larda işlənib hazırlanır.
Müstəqil montaj sənətçisi (independent editor)
–
montaj texnikasını və
montaj texnologiyasını dərindən bilməklə yanaşı, teleproqramın yekun vari
antını seçmək prosesində məsul qərar çıxarmaq səlahiyyəti olan şəxs. M. m. s.
nə qısa məzmun yazılmış kağız, çəkilmiş materialla dolu onlarca kaset verilir;
o, bunların hamısından təyin edilən verilişin xarakteri və tipinə uyğun gələn
süjet hazırlamalıdır. M. m. s. hansı musiqi və səs effektlərini seçmək, yekun
varianta hansı fonoqram fraqmentləri və çəkiliş planları artırmaq və hətta sü
jeti bütövlükdə necə qurmaq haqqında müstəqil qərar çıxara bilər. Ancaq bir
qayda olaraq, proqramın quruluşçusu və ya rejissoru bu zaman son söz demək
hüququnu özündə saxlayır.
Neytral keçid planı (neutral transitory plan)
–
montaj zamanı iki qeyriar
dıcıl plandan faydalanmaq məqsədilə onların arasına vurulan plan. Adətən,
neytral planda göstərilən obyekt ya frontal yöndən göstərilir, ya üzü ekrana
olan kameraya yaxınlaşdırılır, ya da kameradan uzaqlaşdırılır.
374
Nyusmeyker (newsmaker)
–
jurnalistlərin diqqətinə layiq şəxs, yaxud
hadisə. Hərfi tərcümədə: yenilik yaratmağa qadir; mənaca “newsbreak” bu
terminə yaxındır.
Obraz (image)
–
gerçəkliyin bədii əksi. Ümumi ideyanın konkret, fərdi
su rət lər vasitəsilə açıqlanması. Bədii O.ların yaradılması predmetin və ya
hadisənin ən vacib və xarakterik cəhətlərinin seçilməsi və əks olunması ilə
bağlıdır. O, həm ağıla, həm də hisslərə təsir edir. Reklam O.ı
–
reklam edi
lən şirkətin, malın hər hansı bir işarə (əşya, predmet və s.) vasitəsilə təsvir
edilməsidir. Uğurlu reklam O.ı firmanın və ya hər hansı məhsulun vizual
cəhətdən yaddaqalan olmasına kömək edir.
Obyektiv (object lens/objective)
–
1) həssas təbəqədə çəkilən əşyanın həqiqi
təsvirini yaradan, ümumi sağanağa salınmış bir və ya bir neçə linza (bəzən isə
həm də güzgü) şəklində mövcud olan optik sistem. O.in bütün hissələrinin
optik oxları ümumi optik oxun üzərində olur; 2) optik cihazın qabaq şüşəsi və
ya şüşələri; 3) qərəzsiz, bitərəf.
Obyektivin diafraqması (opening/objective diaphragm)
–
optik sis tem
də: kinokamerada, telekamerada, fotoobyektivdə işıq şüalarının məh dud
laşdırılması və ya dəyişdirilməsi üçün xüsusi qurğu. Akustikada
–
mikrofo
nun bir hissəsini təşkil edir və səs dalğalarını şüalandırır, yaxud qəbul edir.
Orta plan (medium close-up)
–
iri planla ümumi planın arası; televizor ek
ranında bir, yaxud bir qrup şəxsin bütöv və yaxud dizdən yuxarı təsviri.
Öyrədici proqramlar (cogmitive programs)
–
qarşısına auditoriyanı ma
arifləndirmək, onu müəyyən biliklər sistemi ilə təmin etmək, qarşısına tama
şaçılarda mü əyyən zövq və dünyagörüşü formalaşdırmaq məqsədi qoymuş
teleproqram. Ən klassik Ö. p. müxtəlif kütləvi formalardan istifadə etməklə
tamaşaçılara ayrıayrı sahələrə (tarix, hüquq, coğrafiya, təbabət, dil öyrətmə,
ətraf mühit, təbiət, mədəniyyət və s.) dair ardıcıl bilik verən proqram sayılır.
Ö. p. teleradionun ilk illərindən tutmuş bu günədək bir çox yayım şirkətlərinin
proqram siyasətində əsas yer tutur. ABŞ, Kanada, Yaponiya və s. kimi ölkələrdə
auditoriyanın geniş bir hissəsini nəzərdə tutan və yalnız öyrədici proqramlar
yayan ixtisaslaşmış telekanallar mövcuddur.
Özəl televiziya (private TV)
–
əsas məqsədi müxtəlif mövzularda verilişlər
hazırlayıb efirə verməklə auditoriya toplamaq və reklam cəlb edərək pul qa
zanmaq olan qeyridövlət TV qurumu. Ö. t.nı, bir qayda olaraq, hüquqi və ya
fiziki şəxslər təsis edir. Bəzi ölkələrdə Ö. t. ictimai TVnin (məs., Böyük Brita
niyada AyTiVi kimi) funksiyasını yerinə yetirir. Ö. t.da proqram siyasətini,
yayım şəbəkəsinin əsas cizgilərini, kadr, əmlak və maliyyələşmə məsələlərini
təsisçi özü həll edir.
Pablik-rileyşinz (public relations)
–
cəmiyyətlə, ictimaiyyətlə əlaqələrin
yaradılması, ictimai informasiyanın idarəetmə sistemi; ictimai münasibətlər
(vasitəli reklam). Müəyyən ərazidə veriliş, onun istehsalçısı haqda müsbət
ictimai fikir yaratmaq məqsədi güdən tədbirlər kompleksi. P. r.in məqsədi
nəzərdə tutulan auditoriyaya, korporativ maraqlara, ictimai rəyə təsir etmək,
təşkilat haqqında müsbət imic yaratmaqdır.
375
Pafos (enthusaism/inspiration)
–
1) hissli, ehtiraslı, həvəsli danışıq; telera
dio mətninin ucadan, şövqlə , xüsusi intonasiya ilə oxunması; adətən, bədii
əsərlərin tamaşası zamanı aktyorlar tərəfindən tamaşaçıları riqqətə gətirmək
üçün istifadə olunur; 2) mətnin oxunuşunda, yaxud verilişdə süni olaraq yara
dılan abhava, yalançı ahəng.
Panoram (panoram)
–
kinoçəkiliş üsullarından biri; məkan sənəti növlərindən
biri; kinoçəkiliş aparatının üfüqi, şaquli, yaxud da hər iki istiqamətə çevrilməsi
ilə həyata keçirilir. P. vasitəsilə yaranan effekt müşahidəçinin başını və gözü
nü çevirməsinə, yaxud qaldırmasına uyğun olur. P. böyük məkanların ekran
da göstərilməsi üçün geniş tətbiq olunur. P. tamaşaçıda real məkan illüziyası
əmələ gətirdiyindən, ondan, əsasən, geniş ərazini və çoxlu iştirakçını əhatə
edən hadisələrin təsviri üçün istifadə olunur.
Paparassi (paparazzo)
–
bir çox ölkələrdə “kompromat” və məşhur adamla
rın həyatından sensasiyalı, qalmaqallı məlumatlar axtarıb tapan fotojurna
list. P.ləri qalmaqallı, qeyriadi görüntülər ovuna çıxmış bəd niyyətli peşə
sahibləri adlandırmaq olar. Onlar çəkdikləri “qiymətli” fotoların müqabilində
qəzet, jurnal və TVlərdən yaxşı pul alırlar.
Parafraz (paraphrase)
–
1) bir ifadənin və ya sözün mənasını başqa ifadə
ilə təsvir etmə; 2) başqa musiqi əsərlərindən alınmış mövzu əsasında yazılmış
musiqi fantaziyası.
Paralel montaj (paralel editing)
–
ekranda göstərilən hadisələrin gərgin dra
maturji nəqlinə imkan verən kinematoqrafik vasitə. P. m. müxtəlif vaxtlarda
və müxtəlif məkanlarda çəkilmiş kadrları vahid süjet xəttində birləşdirməyə,
həm də onların arasında qarşılıqlı əlaqə yaratmağa imkan verir. P. m. tamaşa
çıda müxtəlif məkanlarda cərəyan edən hadisələrin eyni vaxtda baş verməsi
təəssüratını yaradır. P. m.da hadisələrin xronoloji qaydası teztez pozulur.
Olayların başlıca açıqlanma xəttinə münasibətdə montajçı geriyə (flashback),
yaxud irəliyə keçid effekti (flashforward) yaratmaqla, keçmiş və gələcək za
manları göstərən planları da növbələşdirə bilər.
Patetika (pathetikness)
–
burada: estetik kateqoriya kimi müəyyən ardıcıllıq
kanalları çərçivəsində hər hansı verilişə xas olan hissi, emosional abhavanı,
ən ümumi emosional cəhətləri əks etdirir. Hər proqramın öz P.sı olur. Məs.,
“Yeni il verilişi”nin P.sı adi veriliş P.sından xeyli fərqlənir.
Pavilyon (pavilion/film studio)
–
verilişlərin, filmlərin, o cümlədən klip və
reklamların çəkilişi üçün xüsusi hazırlanmış yer: meydança, çadır, alaçıq. TV
tamaşasında evin, otağın içini təsvir edən dekorasiya; çəkilişin aparıldığı qa
palı məkan.
Pavilyon çəkilişi (studio pick-up)
–
çəkilişlərin pavilyonda aparılması. Na
turadan fərqli olaraq P. ç. işıqlandırma, dekorasiya və akustika üçün müvafiq
hazırlıqdan sonra aparılır.
Personaj (personage)
–
tamaşada, filmdə, kitabda və ya oyunda iştirak edən
şəxs. Sənət əsərindəki hər bir sima, şəxs, fərd personajdır. Personaj insan, hey
van, mistik qüvvə və s. ola bilər.
376
Pik-taym (pick-time)
–
radio və TV reklamını nümayiş etdirməyin ən mü
nasib vaxtı. Bu zaman TV və radio proqramlarına auditoriyanın ən çox hissəsi
baxır.
Pilot (pilot)
–
sınaq çəkilişi, proqram; verilişin epizodu, nüsxə; auditoriya
nın mümkün reaksiyasını öyrənmək və bunun üçün xüsusi qrantlar təqdim
edən reklam sifarişçisinin sponsorların diqqətini cəlb etmək üçün filmin, ya
xud serialın nümayişi.
Piplmetr (people metr)
–
televizora qoşulan, həmin anda seyrçinin baxdığı
kanalı müəyyən edən, pultla idarə olunan xüsusi cihazdır.
Plan (plan/map)
–
kinematoqrafiya və TV kadrında obyektin fəzada yerləş
məsi və təsvir miqyası. Obyektin tutduğu vəziyyətə görə birinci, ikinci və
uzaq P.lar, miqyasa görə isə iri, orta və ümumi P.lar olur. P.ların dəyişilməsi
səhnə və epizodların təsvirmontaj kompozisiyalarının qurulması üçün əsas
formadır.
Planın dərinliyi (fokal length)
–
əşyanı fokusda göstərməyin mümkün oldu
ğu zona. P. d.: a) obyektin kökləndiyi fokus məsafəsindən; b) obyektivin özü
nün fokus diapazonundan (yaxud trasfokatorun
–
“zum”un vəziyyətindən);
və c) obyektivin diafraqmasının (f) nisbi gözlüyündən asılı olaraq dəyişir.
Plastika (plastic movements/effect)
–
hərəkətin çeviklik, rəvanlıq, ifadəliliklə
səciyyələnən gözəlliyi, hərəkət və jestin ahəngdarlığı; ekran əsərinin estetik ça
larları. Əsasən heykəltəraşlığa (həmçinin memarlıq, boyakarlıq və s.) xas olan
həcm formalarının bədii ifadəliliyi; bədən ilə incə ritmik hərəkətlər göstərmə
məharəti. P. incəsənətdə xoreoqrafiya və səhnə sənətinin digər formalarında
əyani şəkildə təzahür edir.
Poetika (poietics)
–
TVnin bədii ifadə vasitələrinə əsaslanan ədəbi veri liş
lərdə poetik forma və prinsiplər sistemi.
Postfolklor (postfolklore)
–
filologiya elmləri, folklor sxemləri üzrə inkişaf
edən mətnlərdir, lakin, folklorun rəsmi təyinatına uyğun gəlmir. İlk növbədə
bu, yazılı və şəbəkə folkloru
–
müasir dövrün folklorudur.
Poza (pose/posture/allitude)
–
1) ekranda danışan (oxuyan, hərəkət edən)
adamın bədəninin aldığı vəziyyət; 2) qeyrisəmimi davranış, başqalarını qıcıq
landırmaq üçün nümayiş etdirilən davranış tərzi.
Praym-taym (prime-time)
–
TV verilişlərinin ən çox baxıldığı vaxt (saat 19.30
–
23.00). Ən baxımlı proqramlar məhz bu vaxtda göstərilir. Reklam sifarişçiləri
üçün P. t. “qızıl vaxt” sayılır.
Prodüser (producer)
–
kinostudiyanın , teleşirkətin (filmin, tamaşanın, te
leverilişin) çəkilişlərə ideyabədii və maliyyətəşkilati cəhətdən nəzarət edən
etibarlı nümayəndəsi; kinofilmləri istehsal edən və maliyyələşdirən müəssisə
sahibi. Bəzən məşhur rejissor, aktyor və ssenaristlər də P. kimi çıxış edir.
Projektor (projector)
–
stənilən tərəfə parlaq işıq salan uzaq təsirli, güclü,
çökək aynalı işıqlandırıcı cihaz; P. işığı optik sistem (güzgülər və linzalar)
vasitəsilə məhdud fəza bucağı altında mərkəzləşdirir. Əsas elementləri optik
sistem, işıq mənbəyi və döndərmə mexanizmli gövdədir.
377
Proqram (program)
–
1) ekran və efirə gedən verilişlər toplusu; müəyyən
bədii ideya prinsipində hazırlanmış verilişlər sırası; 2) təşkilatın, yaxud
müəyyən xadimin fəaliyyətinin əsas müddəalarının şərhi.
Proqram rejissoru (broadcasting director)
–
konkret efir günündə verilişlərin
proqram üzrə ardıcıllıqla efirə getməsini izləyən buraxılış rejissoru; videore
jissor.
Proqramların tipinin müəyyənləşdirilməsi (program type definitions)
–
kütləvi auditoriyanın maraqlar spektri nəzərə alınmaqla efir vaxtının səmərəli
bölüşdürülməsi. Əsas proqram dairəsi tipinə bunlar daxildir: informasi
ya, aparıcıanalitiklərin şərhləri və hava haqqında məlumat, idman, ticarət
yenilikləri ilə müşayiət olunan yerli, ümumdövlət, beynəlxalq xəbərlər proq
ramları; lokal, dövləti, yaxud beynəlxalq xarakter daşıyan diskussiyaların,
söhbətlərin, çıxışların, şərhlərin, forumların, dəyirmi masaların daxil olduğu
ictimai məsələlər proqramları; iqtisadi proseslər, biznes, marketinq və kənd
yerlərində həyatın digər sahələrinə dair problemlərə toxunan proqramlar;
musiqi verilişlərini, teatr tamaşalarını, oyunları və s. əhatə edən əyləncəli
proqramlar; əyləncəlimusiqili verilişlər, teatr tamaşaları, xəbərlər və oyunlar
şəklində dini proqramlar; idman, tədris proqramları və s.
Proqramlaşdırma (programming)
–
1) efirə gedəcək TV və radio
verilişlərinin müəyyən müddət üçün ardıcıllıqla tərtib edilməsi; bu verilişlərin
efir vaxtının (gün, saat) və həcminin qabaqcadan müəyyənləşdirilməsi; 2) hər
hansı məsələnin elektron hesablama maşınında həlli üçün proqramın tərtib
olunması. P.nın mühüm bölməsi avtomatik P.dır. Bu, hesablayan maşın
üçün proqramın tərtib üsullarını öyrənir.
Pult (desk/stand)
–
1) kameranı, ekranı və s. obyektləri müəyyən məsafədən
idarə etmək üçün üzərində cihazlar qurulmuş xüsusi stol, stend və s. şəklində
qurğu; studiyanı uzaqdan idarə etmək üçün texniki vasitələr məcmusu; 2) uca
dayaqlar üstündə duran maili çərçivə şəklində not altlığı.
Rakurs (fore/shortening)
–
baxış bucağı; çəkilən predmetə baxış nöqtəsi;
məqsəddən asılı olaraq tətbiq edilən operator sənəti üsulu; çəkiliş zamanı op
tik oxun mailliyi; əşyanın kinokameraya çəkiliş nöqtəsinə nisbətən vəziyyəti.
Bu zaman daha uzaq hissələrin perspektivli ixtisarı müşahidə olunur. Kino
kadrlarda kinoçəkiliş aparatına yaxın olan çəkiliş obyekti hissələri böyüdülə
bilər. Təsviri montaj kompozisiyası üçün R. geniş istifadə olunur. R. Müəllifin
ideyasını ifadə etməyə, montaj parçalarında hadisənin dinamikasını nəzərə
çarpdırmağa xidmət edir.
Rapid-çəkiliş (rapid shooting)
–
sürətli kinoçəkiliş: saniyədə yüz və min
dəfələrlə tezlikli kadr çəkilişi; bəzən yavaşıdılmış hərəkət effekti yaradan
çəkiliş üsulu. Bu effekti həm kamera ilə çəkiliş anında, həm də montaj zamanı
yaratmaq mümkündür.
Realiti-şou (reality-show) məhkəmə, tibbi, kriminal problemlərlə bağlı te
leproqram tipi. R. ş. Qərb TVlərində geniş yayılmışdır.
Redaktor (editor) efir üçün hazırlanan verilişə cavabdeh olan, verilişin
ideoloji istiqamətindən tutmuş, fakt və informasiyaların dəqiqliyi nə qədər
378
hər şey üçün məsuliyyət daşıyan şəxs; çap edilən əsərə rəhbərlik edən, onun
məzmununu təsdiq edən şəxs.
Dostları ilə paylaş: |