NƏTİCƏ
Elmi işin başlıca yekunu XX əsrin ikinci yarısından başlayaraq
televiziyanın mədəniyyət prosesində fəal iştirak edən, sosialsi
yasi, mənəvi dəyər daşımaq gücü əldə edən, özünün yaradıcı
axtarışları, yenilikləri ilə seçilən incəsənət növü kimi mühüm ic
timai vəzifələrlə insanların həyatına daxil ola bilərək ona yalnızca
KİV kimi yanaşma rəyinin yanlış olduğunu, özünün mütərəqqi
yaradıcı istiqamətinin, yeni audiovizual janrlarının yaranışı,
sənət növlərinin birləşməsindən üzə çıxardığı bədii yaradıcı
lıq nümunələri ilə ona incəsənət növü kimi dəyər verməyin və
sənətşünaslığın predmeti kimi araşdırmağın doğru olmasıdır.
Televiziya bütün digər sənət növləri kimi ictimai vəzifələri ilə
cəmiyyətdə özünə yer alaraq fəaliyyətinin konseptual prinsiplərini
bunun əsasında qurur və funksiyalarının genişliyi, əhatəliliyi, so
sialsiyasi, mədəni əhəmiyyətliliyi ilə seçilir. Elmi işdə telelevi
ziya nəzəriyyəsinin əsasları, prinsipləri və təhlil metodologiyası
sənətşünaslığın başlıca problemi kimi götürülərək tədqiq olun
muş, yaradıcı, struktur, ictimai, kulturoloji və sosial əhəmiyyəti,
istiqamətləri dəqiqləşdirilmiş, televiziyanın bütöv proses kimi və
ya ayrıca vahidlərinin tədqiq üsulları təklif edilmişdir.
Tədqiqat işimizdə televiziyanın insan şüuruna təsiri, onun mə lu
matlandırılmasında, maariflənməsində, bilgiləndirilməsində, qüv
vələrin bərpasında, eyni zamanda insanın estetik zövqünün, elmi,
mədəni dünyagörüşünün biçimlənməsində, yeni nəslin mənəvi
elmi tərbiyəsində oynadığı həlledici rolu önə çəkərək, məsələnin
təkcə sosial tərəflərini, ictimaikulturoloji əhəmiyyətini deyil, yara
dıcı məziyyətlərini də araşdıraraq Azərbaycan sənətşünaslığında
tamam yeni bir sahənin – televiziya, onun yaradıcı, sosial, kulturo
loji problemlərinin elmi araşdırılması işində iştirak etmişik.
Televiziya yayımının həyata keçməsində və onun vahidi – veri
lişin (digər audiovizual nümunələr) hazırlanmasında, ideyaməz
mununun müəyyənləşməsində, ekran həllinin tapılmasında, es
tetik cəhətdən görüntü, ekran plastikası və ümumi poetikanın
bi çimlənməsində sənət növləri, onların əhəmiyyəti, yaradıcı tə
ləblər və konseptual məsələlər tədqiq olunaraq, bütövlükdə vahid
orqanizm şəklində televiziyanın yaradıcılığı prosesi araşdırılmış
dır.
345
Televiziyanın yaranış və təşəkkül tarixi, keçdiyi inkişaf yolu, ya
radıcı meyarların müəyyənləşməsi, axtarışlar, özünün konseptual
prinsiplərinin biçimlənməsi mərhələləri tədqiqatımızda yer alaraq,
çağdaş mənzərənin çözülməsində tarixilik, mənəvi varislik və ye
nilikçilik meyilləri önə çəkilmişdir. Teleyayım, bu xüsusda Azər
baycanda teleyayım, onun tarixi və inkişaf yolları, həmçinin çağdaş
dönəmi, yaradıcı problemləri, yerli yayımın teleleviziya pro sesində
iştirakı, inteqrasiya və inkişafında müxtəlif modellərdən bəh
rələnməsi geniş şəkildə araşdırılmışdır.
“Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri”
adlı tədqiqatımızda televiziya nəzəriyyəsinin başlıca prinsip və
istiqamətlərini müəyyən edərək, onu bir neçə elmi nəticələrin
əsasında formalaşdıraraq, konseptual əsaslarını meydana qoyub
təhlilin cəhətlərini, formasını hazırlayaraq, çözüm metodlarını
təyin edərək sənətşünaslıqda ciddi problemə çevrilmiş televizi
ya təhlilinin əsas mənzərəsini yarada bilmişik. Bir çox hallarda
tədqiqatlar, təhlillər və ya resenziyalar birtərəfli, müəyyən istiqamət
üzərində qurularaq, ədəbi mətnin və ya quruluşun, görüntünün
çözümü ilə yekunlaşmış, bununla da bir çox komponentlər təd
qiqatdan uzaq qalmış, tam olmayan mənzərə yaradılmışdır. Hər
hansı proqram, veriliş adi bir hadisə deyil, bu anda milyonların seyr
etdiyi, onların həyatında iştirak edən, gündəmini, tərzini müəyyən
edən mühüm alətdir. Bu alətin quruluşu, bədiiestetik həlli, görün
tü keyfiyyəti, audio imkanları, aparıcının şəxsiyyəti, sosial mesajı,
sosial əhəmiyyəti, təsir gücü, yönləndirdiyi istiqamətlər, onların
ictimai əhəmiyyəti müəyyən olunmaqla bərabər, həmin anda top
ladığı reytinq göstəriciləri kommersiya əhəmiyyəti, seyrçinin ona
münasibəti, təsirinə düşmək dərəcəsi, manipulyativ təsir nəticələri
dəqiq müəyyən olunmalıdır. Məhz bu cür yanaşma kompleks, bü
töv ola bilər. Ölkəmizdə televiziya tənqidi daha çox hansısa proq
ramın məzmunu, millimənəvi dəyərlərə münasibətdə yeri, aparı
cının qüsurlarının sadalanması ilə kifayətlənir. Bu mənada insan
həyatında, onun fəaliyyətində iz buraxacaq amillər, aktiv və ya
passiv təsir, ümumi teleyaradıcı fəaliyyətin siyasəti, yönü, qarşı
ya qoyulan açıq və gizli vəzifələr, onun yerinə yetirilmə dərəcəsi
diqqətdən kənarda qalır. Həmçinin verilişin dramaturji quruluşu,
onun bu məna düzülüşü, bədii ifadə vasitələrinin məzmunluluğu,
görünüş gözəlliyi, montajın fikri ifadə edən bir vasitə kimi kamilliyi,
yönləndiyi istiqamət də çözülməlidir.
Bəzən diqqətdən kənarda qalan hansısa veriliş də sosial funksiya
daşıyır, onu seyr edən var və bu prosesə ötəri baxış ciddi mədəni,
346
ictimai problemlər törədə bilər. Tədqiqat boyunca televiziyanın
təsirini müxtəlif prizmalardan təqdim etmişik və bu mənada onun
vaxtaşırı analizinin aparılması həm elmi əhəmiyyət daşıyır, həm də
ictimaiyyətin nəzərinə çatdırılacaq mühüm ictimai əhəmiyyəti ilə se
çilir. Deməliyik ki, ölkəmizdə bu tip analizlərə az rast gəlinir. Tədqiqat
işi bu analizlərin aparılması üçün model olaraq əhəmiyyətlidir və
sonrakı elmi tədqiqatlar üçün fundamental əsasdır.
Elmi işdə Azərbaycan televiziyalarının çağdaş dönəmi sistemli
analiz olunaraq yayım vahidlərinin janrı mövzu və daşıdığı funk
siya əsasında təsnifatlandırılaraq qoyulan meyarlardan irəli gələn
yaradıcı tələblərə münasibəti araşdırılmışdır. Son illərin elmi ax
tarışları nəticəsində “Dünya teleyayımı fəaliyyətinin yaratdığı
estetik, sosial, kulturoloji problemlərin cəmiyyətdə yeri” mövzu
su əsasında ölkəmizdə bu proseslərin real mənzərəsi yaradılaraq
televiziya verilişlərinin istər yaradıcıestetik tərəfləri, istərsə də
mədənisosial təsir imkanları konkret misalların tədqiqi ilə üzə çı
xarılmışdır.
Düzgün qurulmayan yayım, yayım siyasətinin qüsurları, proq
ramların bəsitliyi, yaxud ictimai, mədəni anlamda ziyanlılığı,
mənəvi dəyərlərə zidd istiqamətləri, bədiiestetik qüsurların
başlıca məqsədə nail olmadan yaratdığı əngəllər konkret misal
ların üzərində göstərilməklə yaranan ümumi mənzərə dəqiqliklə
araşdırılaraq, məhz təklif olunan sistem təhlil metodologiyasının
köməyi ilə aparılaraq tədqiq olunur. Sosioloji sorğular, müxtəlif
qurumların topladıqları reytinq göstəriciləri diqqətlə toplanaraq,
onun əsasında teleməkanda ayrıca verilişlərin maraq dairəsi, ba
xımlılıq məsələsi müəyyən edilib, təklif olunan təhlil metodolo
giyası əsasında təhlil aparılmış, meyarlara, tələblərə uyğunluq
dərəcəsi, qüsurlar təyin edilmişdir.
Araşdırmanın nəzəri və təcrübi metodlarından istifadə edərək
teleleviziya nəzəriyyəsinin ümumi prinsipəri, analizin göstəricilə
ri, təhlilin real mənzərəsi və diqqətdən kənarda qalan tərəfləri,
bu sahədə yaranan problemlərin kompleks təhlili verilmişdir.
Elmi tədqiqat televiziya nəzəriyyəsinin yeni vəzifələrinin həlli
məqsədini daşıyaraq sənətşünaslığın, estetikanın, sosiologiyanın,
kulturologiyanın nailiyyətləri əsasında əldə olunmuş və onların
sübuta yetirilmiş nəticələrinə söykənir.
Elmi işin nəticələrinin praktiki və elmi faydası televiziyanın nə
zəri əsaslarını müəyyən etməklə sənətşünaslıq elmində yeni bir
sahənin – televiziyaşünaslığın inkişafına rəvac verməsində, sis
temli sahə tədqiqatına meydan yaratmasında, teletənqidçiliyin
347
prinsiplərinin qurulmasındadır. Müəllifin nəzəri məsələlərin
həlli nəticəsində əldə etdiyi qənaətlər əsasında yeni televiziya
modelinin qurulması, teleyayım işinə ictimai nəzarət mexanizmi
prinsiplərinin hazırlanması mümkündür ki, bu da ictimaimədəni
prosesdə olduqca mühüm və əhəmiyyətlidir.
Tədqiqatda müəyyən problemlər ətrafında müzakirələr zamanı
gətirilmiş praktik misallar yayım işinin keyfiyyətinin artırılması
na, verilişlərin konseptual əsaslarının müəyyən edilməsinə, onun
müasirləşdirilməsinə, ictimai əhəmiyyətinin artırılmasına, bayağı,
yaradıcılıqdan uzaq proqramların efirdən uzaqlaşdırılmasına im
kan verər ki, bu da yayım işinin sosialmədəni əhə miy yətini ar
tırmış olar. Həmçinin nəzəri təhlil aparmaq yolu ilə mövcud olan
köklü problemlərin üzə çıxarılması, onların həlli yollarının müəy
yənləşdirilməsi, bununla da ölkəmizdə teleyayım fəaliyyətinin
mü kəm məlləşdirilməsi prosesi işlənərək tədqiqat nəticəsində gös
tə rilmişdir.
348
349
QLOSSARİ
Açıq keçid (open transfer)
–
filmdə və ya TV verilişində bir epizoddan baş
qa epizoda yumşaq, incə keçid; a.k. tamaşaçının diqqətini yayındırmamalı, hər
hansı ziddiyyətli duyğu oyatmamalıdır.
Açıq proqram (open-end program)
–
1) kinolentdə, yaxud videoyazı
da ha zırlanmış reklam əlavələri olmayan, amma yerli reklamvericilərin fili
al stansiyalar vasitəsilə efirə qoşulmasını nəzərdə tutan proqram; 2) reklam
məlumatının daxil edildiyi proqram (rarticipation proqram); 3) studiyadakı
auditoriyanın iştirakı ilə hazırlanan teleproqram.
ADLİB (ad-lib)
–
ekspromt, improvizasiya. TV və ya radio verilişləri zama
nı ekspromt. Diktor çıxışı və ya verilişin musiqi müşayiəti zamanı yol verilən
improvizasiya.
Afaziya (aphasi)
–
nitq qabiliyyətinin tamamilə və ya qismən pozulması; A.
zamanı bütün nitq sistemi sözlərin deyilişi, başqasının nitqini anlama, sözləri
yaddasaxlama, yazı, oxu prosesləri pozulur.
Afişa (advertisement/poster/placard)
–
teatr tamaşası, konsert, film, mü
ha zirə və s. haqqında elan, reklam növü; çap reklamının ən geniş yayılmış
növlərindən biri; TV də anons mənasında işlədilir.
Agentlik (agency)
–
iri təşkilatların reklam, təşkilat, ictimaiyyətlə əlaqə
və s. məsələlərə dair sifariş və tapşırıqlarını yerinə yetirən qurum; hər hansı
idarə və ya müəssisənin nümayəndəliyi; KİV və s. üçün məlumat toplayan
müəssisə. Reklam agentliyi
–
reklamın planlaşdırılması və reklam sifarişinin
icrası üzrə tam, yaxud məhdud miqyasda xidmətlər göstərən təşkilat. A. təklif
etdiyi xidmət növlərinə görə universal və ya ixtisaslaşmış ola bilər.
Axtarma qurğusu (edit search)
–
videokamerada yazıların axtarılmasını
təmin edən qurğu.
Ailə saatı (family viewing time)
–
TV verilişlərinə kütləvi (ailəvi) baxış vax
tı; məsələn, ABŞın yayım təşkilatları ilə razılaşdırılmış müddət
–
axşam saat
19.00dan 21.00a qədər olan vaxt. Həmin müddətdə göstərilən proqramlar
məhz bütün yaş qrupları üçün nəzərdə tutulur.
Ajiotaj (agiotage)
–
hər hansı bir hadisə, yaxud sual ətrafında yaranmış
həyəcan, qarışıqlıq, hayküy, maraqlar mübarizəsi; xəbər proqramlarında icti
mai effekt yaratmaq məqsədilə hər hansı faktın süni olaraq şişirdilməsi.
Aksent (accent)
–
1) hər hansı mətndə, təsvirdə və ya musiqidə müəyyən
mənanın xüsusi vurğulanması; ayırma, sezdirmə, nəzərə çarpdırma, üzərinə
vurğu düşən səsin fərqli dərəcədə gücləndirilərək deyilişi; 2) əcnəbi şəxsin
tələffüzündə özünü göstərən səs
–
intonasiya elementi.
Akt (indictment)
–
1) şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində
müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı, protokol və s.; 2) dövlət
350
əhəmiyyəti və ictimai dəyəri olan fərman, qərar. Bəzən A. hər hansı süjet, ya
xud iri veriliş üçün fakt materialı rolunu oynayır.
Aktual (actual/up-to-date/urgent)
–
vacib, önəmli, ən mühüm; mövcud şə
raitdə məna kəsb edən, həllini tələb edən.
Akustika (acoustics)
–
1) səs haqqında təlim. Səsləri, o sıradan infra, ultra
və hiper səs dalğalarını öyrənən təlim; fizikanın səs hadisələrini və onların
digər fiziki hadisələrlə qarşılıqlı təsirini öyrənən bölməsi. A. sahəsində diqqəti
cəlb edən nəzəri və praktik problemlər XVI əsrdən başlayaraq işlənmişdir. XX
əsrin 20 ci illərində elektron lampaları vasitəsilə səsin gücləndirilməsi imkan
ları kəşf edildi. Bunun nəticəsində radiotexnikanın inkişafı və radio verilişləri
şəbəkəsinin geniş yayılması A. nın yeni inkişaf dövrünün başlanğıcı oldu;
2) hər hansı örtülü məkanın, binanın (məs., teatr, kino salonu və s.) daxilində
səsi əksetdirmə qabiliyyəti; bina içərisində musiqinin, danışığın və s. eşidilmə
dərəcəsi.
Alleqoriya (alleegory)
–
mücərrəd anlayışların konkret, həyati obrazlar
vasitəsilə əks etdirilməsi. İncəsənət və reklamda işlənən məcaz növlərindən
biri.
Ampula (role part)
–
müasir teatr, kino və TVdə aktyorun öz səhnə gös
təricilərinə, qabiliyyət və istedadının diapazonuna görə ixtisaslaşması. Akt
yorların A.ya görə bölgüsü şərti xarakter daşıyır.
Anafora (anaphora)
–
reklam mətnində eyni söz və ya ifadənin, bir neçə
cüm lənin, misranın, yaxud hər hansı nitq parçasının əvvəldə təkrarlanması.
Analitik (analyst)
–
siyasi və iqtisadi proseslərin təhlili ilə məşğul olan
mütə xəssis.
Analiz və sintez (analysis and synthesis)
–
1) təhlil; 2) tamın fikri və ya
faktik olaraq hissələrə bölünməsindən ibarət olan elmitədqiqat metodu. Bu
metod analitik verilişlərə də tətbiq olunur.
Analogiya (analogy)
–
mahiyyətcə tam eyniyyət təşkil etməyən hadisələr,
əşyalar, məfhumlar və s. arasında oxşarlıq, bənzərlik, uyğunluq; müxtəlif
cəhətlərdən birbiri ilə əlaqədar olan veriliş ünsürlərinin birbirinə təsirindən
meydana gələn bənzəyiş.
Animalistik janr (genre animastic)
–
boyakarlıq, heykəltəraşlıq və qra
fikada heyvanlar aləminin təsviri. Janr kimi Çində yaranmışdır (VIII əsr).
Heyvanın təsvirində vərdişləri və yaşadığı mühit animalist rəssamın diqqət
mərkəzində olur. İbtidai incəsənət nümunələrindəki heyvan və quş təsvirləri
rəssamovçuların yüksək müşahidəçilik qabiliyyətini göstərir. Müasir kinoda
və telefilmlərdə A.j.ın elementlərindən istifadə olunur.
Animasiya (animation)
–
canlanma, multiplikasiya. Videokameralarda isti
fadə olunan multiplikasiya funksiyası; ayrıayrı kadrlarla, yaxud müəyyən
uzunluğu olan fraqmentlərlə çəkilişlər aparmağa imkan verən çəkiliş, yaxud
montaj üsulu.
Animasiya effekti (effects animation)
–
multiplikasiya vasitələri ilə perso
najların deyil, yağışın, tüstünün, işığın, suyun və s. hərəkətinin təsviri.
351
Annotasiya (annotation/blurb)
–
kitabın, ədəbielmi mövzuda yazılmış ma
terialın, əlyazmanın, teleproqramın, radio verilişinin, reklam predmeti, ya xud
reklam mətninin və s. məzmunu, məqsədi haqqında qısa məlumat.
Anonim (anonymous author/poison pen writer)
–
1) adını gizlədən müəllif;
2) TV verilişlərində kimliyini və üzünü gizlətmək üçün maska taxan şəxs.
Anons (announce(ment))
–
yaxın müddətdə göstəriləcək teleməhsullar,
eləcə də gələcək tamaşalar, konsertlər, filmlər,kinofestivallar, habelə yeni mal
lar və xidmətlər haqqında radio və TV vasitəsilə qabaqcadan verilən şərhsiz
məlumat, elan xarakterli materiallar.
Antikometa projektoru (anti-comet-tail gun)
–
təsvirin hərəkəti, yaxud
ötü rülməsi zamanı üzə çıxan təhriflərin aradan qaldırılması üçün istifadə
olunan xüsusi projektor. Bəzən tərkibində parlaq obyektlər olan təsvirlərin
(səthi parıltılı işıq mənbələri) çəkiliş zamanı, yaxud parıltılı obyektlərin təsvir
sahəsində hərəkəti və ya ötürücü kameranın panoramı zamanı TV təsvirində
xarakterik təhriflər yaranır (“kometa quyruğu” və s.). Həmin təhriflərin əsaslı
şəkildə zəiflədilməsi üçün A.p.dan istifadə edilir.
Antipatiya (antipathy/aversion/dislike)
–
hər hansı teleaparıcını, yaxud ve
rilişi bəyənməmək; onu sevməmək.
Antoloji seriyalar (anthology series)
–
TVdə əvvəllər efirə getmiş proq
ramlar əsasında yaradılan TV dramaturgiyası janrı. Əsasən, ABŞda yayıl
mış A.s. mövzuların, süjetlərin rəngarəngliyi ilə fərqlənir, yeganə və bitkin
süjetə əsaslanmır, əksinə, mozaiklik serialların süjet istiqamətləri üzrə inkişaf
etməsi imkanı yaradır ki, bu da həmin telejanra həyatilik verir, auditoriyanın
diqqətini ona yönəldir.
Aparat otağı (apparatus room)
–
kinotexnoloji avadanlığın cəmləşdirildiyi
və spesifik işlərin yerinə yetirildiyi məkan. Kinostudiyalarda səsyazma, səs
köçürmə və kinoproyeksiya; TVdə bunlarla yanaşı efir aparat otaqları olur, ki
noteatrlarda işıq otaq kompleksindən ibarət kinoaparat otaqları mövcuddur.
Aparat-proqram bloku - APB (apparatus program block - APB)
–
əvvəlcədən
hazırlanmış və yazılmış yayım verilişlərindən bitkin mətnli TV proqramları
nın yaradılması və həmin proqramların TV yayımının verilməsi üçün lazım
olan otaq lar və avadanlıq kompleksi.
Aparıcı (host/presenter)
–
radio və TV ilə müxtəlif məlumatlar (xəbərlər)
ve rən, söhbətlər, müsahibələr, yaxud müxtəlif tokşoular aparan şəxs; ha belə
TV və radio verilişlərinin hazırlanmasında iştirak edən və onu EEdə audito
riyaya təqdim edən jurnalist. Bu terminin sinonimləri kommunikator (com
municator) və ankorman (ancorman) sözləridir. A.nın diktordan əsas fərqi
onun efirəqədərki yaradıcılıq prosesində fəal iştirak etməsi, danışdığı möv
zuya bələdliyi və müzakirə olunan hər hansı məsələyə fəal müdaxilə etmək
qabiliyyətinə yiyələnməsidir.
Aparıcı passivliyi (conducting passivity)
–
televiziya yayımı vaxtı aparı
cının situasiyanı düzgün qiymətləndirməməsi və müdaxiləsiz, kənardan
müşahidə aparmaqla nəzarəti itirməsi.
Ara plan (add-on plan)
–
əsas mövzu ilə bağlı olan, lakin onun bilavasitə
tərkib hissəsi sayılmayan hərəkət, yaxud predmet planı. Əsas hərəkətdən
352
diqqəti müvəqqəti yayındırmaq, yaxud onu, bir növ, şərh etmək üçün istifadə
edilir. A.p. kadrda məkan, mühit, psixoloji vəziyyət və s.haqqında əlavə infor
masiya verməyə xidmət edir. Ən çox yayılmış A.p. nümunələrinə iri planda
mikrofon, danışan adamın əli, stolun üstündəki yazı, qələm, zalda əyləşənlər,
otaq əşyaları və s. aiddir. A.p. daha çox TVyə aid olan hadisədir.
Arbitron (arbitron)
–
ayrıayrı TV verilişlərinin tamaşaçılar arasında popul
yarlıq dərəcəsini dərhal müəyyənləşdirməyə imkan verən sistem. Bunun üçün
adekvat seçim üsulu ilə müəyyənləşdirilmiş tamaşaçıların evindəki televizor
lara xüsusi elektron qurğular qoyulur və lazımi məlumatlar həmin qurğularla
telekompaniyanın hesablama mərkəzinə ötürülür.
Ardıcıl montaj (consecutive editing)
–
zaman və məkan baxımından təhrifə
yol vermədən ekranda söztəsvir vasitəsilə aparılan təhkiyənin axıcı inkişafı.
Çəkiliş sonrakı işin xarakteri nəzərə alınmaqla “montaj axarında” aparılıbsa,
videosıranın ardıcıl montajı asanlaşır. Ancaq studiyadankənar çəkilişdə mon
tajın xarakteri nəzərə alınmasa belə, səmərəli ardıcıllığa nail olmağa kömək
edən müxtəlif montaj üsulları mövcuddur.
Arxa işıq (back light)
–
bir cismin üst və ya alt tərəfinə arxadan verilən düz
işıq.
Arxalıq (backdrop)
–
üzərinə rəmzi şəkil çəkilmiş, yaxud foto vurulmuş
kətan; studiyada pəncərədən, qapıdan görünən mənzərənin təsviri üçün
istifadə olunur.
Arxetiplər (archetypes)
–
şüura şüursuz təsir edən vasitə. Bu fəaliyyət növ
ləri insanın daxili instinktlərində baş verir.
Arxitektonika (architectonics)
–
verilişin, filmin (ayrıca süjetin, bədii əsərin)
strukturunu, onun ayrıayrı elementlərinin ümumi harmoniyasını
–
uyumunu
müəyyənləşdirən mühüm estetik kateqoriya. A. elementlərin sistem daxilində
sənətkarlıq cəhətdən düzülüş nisbətinin səviyyəsini müəyyənləşdirir və
diqqəti vahid tamın estetik planına yönəldir.
Asma işıq cihazları (suspension light)
–
studiya şəraitində çəkiliş obyekt
lərini yuxarı nöqtədən işıqlandırmaq, yaxud müəyyən effekt yaratmaq məqsə
dilə tavandan yönəldilən işıq cihazları.
Asma mikrofonlar (suspension mikes)
–
studiyada və studiyadankənar çə
ki liş zamanı yuxarı nöqtədən asılan həssas mikrofonlar. Adətən, belə mikro
fonlar hərəkətin baş verdiyi meydançanın üzərindən asılır.
Dostları ilə paylaş: |