TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

Effekt (effect) 

– 

1) səmərəli və təsirli nəticə; 2) hər hansı hərəkətin, fəaliyyətin 



müsbət,  səmərəli  nəticəsi;  3)  TV­də  montaj  prosesində  xüsusi  qurğuların 

köməyi ilə mənalandırma elementi.



Efir  (ether/broadcasting/over-the-air)  ­  1)  qədim  yunanların  təsəvvürünə 

görə, atmosferin ən yuxarı qatı, həm də  Allahların yerləşdiyi məskən; bütün 

varlığın ilkin maddi elementi, ədəbi hərəkət; 2) dünyanı əhatə edən fəza, radi­

odalğaların, TV və radio verilişlərinin yayıldığı hava boşluğu.



Efir  yayımı  (over-the-air-broadcasting) 

– 

radio  və  telesiqnalların  efir 



məkanından  verilməsi.  E.y.  qeyri­efir  məkanı  ilə  müqayisədə  daha  ənənəvi  

forma sayılır. Qeyri­efir məkanı dairəsinə kabel TV­si ilə yanaşı, videokaset 

informasiya  da  aid  edilir.  Yayımın  bu  formaları  arasında  auditoriya  uğrun­

da kəskin rəqabət getsə də, analitiklərin fikrincə, istehsalçıların zövq və ma­

raqlarının maksimal dərəcədə nəzərə alınması bu rəqabətin taleyini həll  edə 

bilər.


Efirdə montaj (standup editing) 

– 

əvvəlcədən hazırlanmış verilişin efir də 



göstərilməsi zamanı strukturca  (montaj baxımından) və məzmunca dəyiş diri­

lib montaj edilməsi.



Eklektika (eclecticism) 

– 

nəzəriyyələrdə, inam və əqidədə bütövlüyün, ba­



xış birliyinin, ardıcıllığın olmaması; sənətdə, o sıradan EE proqramlarında ay­

rı­ayrı üslubların üzdən və necə gəldi birləşdirilməsi.



Ekran (screen) 

– 

1) elektrik qurğusunu, cihazı və insanın, özünü elektromaq­



nit sahəsinin, istinin, işığın, şüalanmanın ziyanlı təsirindən qoruyan qalxan, 

lövhə, lay; 2) çərçivə üzərində tarım çəkilmiş parça və ya plastmas örtük, özəl 

maddə doldurulmuş şüşə təbəqə. Belə çərçivələrin hamar səthinə kino, foto, 

TV  və  ya  rentgen  görüntüləri  proyeksiya  edilir;  3)  kineskop  kolbasının  ön 

şüşəsinin iç üzünə çəkilmiş lüminofor örtük.

Ekran əsərinin bütövlüyü (wholeness of filming) 

– 

ayrı­ayrı hissələrə (ele­



mentlərə) xas olmayan, amma müəyyən əlaqə sistemində bu hissələrin qar­

şılıqlı  fəaliyyəti  nəticəsində  yaranan  yeni  keyfiyyət  və  xüsusiyyətlər.  E.ə.b. 

seçilmiş  forma  və  məzmunun  vəhdəti  sayəsində  əldə  olunur.  Məzmunla 

formanın qarşılıqlı fəaliyyətinin dialektikası məzmunun elementlərinin müx­

təlif keyfiyyətli səviyyəsindən irəli gəlir. Bu və ya digər janr forması həmişə 

jurnalistin qarşısında duran vəzifələrlə diktə olunur. Bir halda o, ictimaiyyəti 

hansısa əlamətdar hadisələr barədə xəbərdar etməlidir, digər halda baş verən 

hadisəni təhlil etməlidir, üçüncü halda isə müasirinin tipik obrazını yaratma­

lıdır.

Ekran  əsərinin  kompozisiyası  (screen  composition) 

– 

müəllifin  topladığı 



(rejissorun  çəkdiyi)  faktik  materialın  ədəbi  quruluş  cəhətdən  tərtib  oluna­

raq  müəyyən  formaya  salınması.  Bu  yaradıcı  vəzifənin  gerçəkləşdirilməsi 

prosesində əsərdə məzmunun bütün elementləri təkcə formal vasitələr olan 

süjet və kompozisiya  vasitəsilə deyil, həm də fakt, rəy, problem və s. arasında 

çoxölçülü əlaqə və münasibətləri birləşdirən ideya sayəsində qaydaya salınır.


360

Ekran-kadr kompozisiyası (screen-frame compossition) 

– 

ekranın kompo­



zisiya  baxımından  şaquli  və  üfüqi  olaraq  cüt  sayda  xəyali  hissələrə  (tən 

yarı,  dörd  bərabər  hissəyə  və  s.  )  bölünməsi.  Kadrda  görünən  obyektlərin 

vəziyyətinə  onların  ölçüsü,  forması,  parlaqlığı,  fona  uyuşub­uyuşmaması, 

nisbi vacibliyi və s. təsir etdiyindən, kadrda düzgün kompozisiya qurmağa 

nail olmaq üçün müxtəlif üsullardan, o cümlədən “üçqat bölüm qaydası”ndan 

istifadə olu nur. Bu qayda görüntünün kompozisiyasını qurmağa kömək edir. 

Həmin qay daya uyğun olaraq, fikrən monitorda elə xanalar çəkilməlidir ki, 

ekran şaquli  və üfüqi xətlərlə üç bərabər hissəyə bölünsün. Bundan sonra kad­

rın kom pozisiyasını elə qurmaq lazımdır ki, əsas obyektlər həmin xanaların 

xətti üzərində və ya onların kəsişmə nöqtələrində yerləşsin.



Ekranşünaslıq    (screen  studies)  —  Ekran  və  ekran  mədəniyyətinin  nəzə­

riy yəsi,  tarixi  və  sosiologiyası  haqqında  elm.  Müasir  ekran  prosesinin  qiy­

mətləndirilməsi, veriliş və filmlərə operativ baxış ekran tənqidi ilə həyata ke­

çirilir.


Ekranlaşdırma  (filming/screening) 

– 

ədəbi  əsər  (hekayə,  povest,  roman, 



po ema və s.) əsasında film yaradılması; ədəbi əsərlərin ekranlaşdırılması ilə 

kino sənətində yeni janrlar (kinoroman, kinopovest və s.) yaranmış, bu janrlar 

tədricən  müstəqil  kino  əsəri  növü  kimi  forrmalaşmışdır.  Ədəbi  əsərin  oriji­

nalına ehtiyatla yanaşmaq, onun bədii ideyası, üslubu və obrazlar sistemini 

ekranda canlandırmaq E.­nın əsas prinsipidir.

Ekspozisiya (exposition/exposure) 

– 

1) bədii əsərdə  süjetin təkib hissəsi; 



təhkiyənin  inkişafı  üçün  hazırlıq  olan  bir  hadisəni  izah  edən  epizod;  2) 

fotoşəkil çəkdikdə, yaxud fotoşəkil çap etdikdə işığahəssas təbəqədə (fotoma­

terialda) alınan işığın miqdarı. E. işıqlanma dərəcəsinin işıqlandırma vaxtına 

hasili ilə ölçülür.



Elmi kino (science film) 

– 

kinematoqrafiya sahələrindən biri. 4 əsas növü 



var: elmi­kütləvi kino, tədris kinosu, elmi­tədqiqat kinosu, elm­istehsalat ki­

nosu. E. k. növlərinin özünəməxsus obyekti, funksiyası və ifadə vasitələri olur. 

Kinematoqrafiyası inkişaf etmiş bütün ölkələrdə E.k. müstəqil sahə təşkil edir. 

1947­ci ildə yaradılan Beynəlxalq Elmi Kino Assosiasiyası bu sahənin inkişa­

fına kömək edir.

Emosiya (emotion) 

– 

həyəcanı, duyğunu danışmaq (göstərmək); gerçəkliyin 



əks etdirilməsi prosesində insanda yaranan ovqat.

Empatiya (empathy) ­ özünü başqa insanın və ya canlının yerində hiss etmə 

bacarığı, başqasının dərdinə şərik olma hissi.



En-ti-si (NTSC-National Television Standarts Committee) 

– 

ABŞ­da qəbul 



olunmuş və bir sıra digər  ölkələrə  (Yaponiya və s.) uyğunlaşdırılmış 525 sətir, 

60 Hs göstəricisinə malik video­standart.



Epitet  (epithet) 

– 

məcazın  növlərindən  biri  olub,  hər  hansı  leksik  vahidi 



qüvvətləndirmək  və zənginləşdirmək, xassə vermək üçün əlavə edilən söz.

Epizod  (episode) 

– 

1)  bədii  əsərin  bitkin,  müstəqil  parçası;  hadisələr  sil­



siləsində bir məqam; 2) ssenarinin əsas kompozisiya vahidi. Pyesdə və bədii 

filmin ssenarisində əsərin ümumi toxumasına üzvi şəkildə daxil olaraq onun 

süjetinin inkişafında mərhələ təşkil edən, özünün başlanğıcı, davamı və sonu 


361

olan əhvalat, təsadüf və hadisələrə E. deyilir. Kino şəklinin məzmunca bitmiş 

hissəsi; teatr tamaşasında əhvalatın inkişafı ilə birbaşa bağlı olmayan səhnə, 

pərdə.


Eskepizm (escapism) 

– 

1) gündəlik həyatın reallıqlarından, problemlərindən 



qaçmaq cəhdi, xüsusilə mənəvi və intellektual fəaliyyətin müxtəlif növlərində 

abstrakt mülahizələr  irəli sürmək; 2) asiyasilik, ictimai­siyasi həyatda iştirak 

etməkdən qaçmaq.

Eskiz (scetch/outline) 

– 

1)  bir şəklin, rəsmin və ya onun bir hissəsinin ilk 



qaralaması. Ani çəkilən, sürətlə yerinə yetirilən ilkin rəsmə E. deyilir. Rəssam 

gördüyü naturanı yadda saxlamaq üçün kağızda müəyyən cizgilər çəkir və 

burada əşyanın ən vacib əlamətlərini əks etdirir. Sonra bu E.­lərin əsasında 

əsəri tamamlayır; 2) heykəltəraşlıq əsərinin kiçildilmiş miqyasda hazırlanan 

ilk nümunəsi, modeli.

Estetik hiss (aesthetical feeling (emotion)) 

– 

bizi əhatə edən gerçəkliyin es­



tetik özünəməxsusluğunun: ictimai münasibətlərdə, insanların davranışında, 

incəsənətdə gözəlliyin, ülviliyin qavranılması sayəsində insanda əmələ gələn 

spesifik  həyəcan.  Belə  gözəllik  obyekti  hər  şey 

– 

təbiət  və  onda  baş  verən 



müxtəlif hadisələr, ictimai həyat, insan, onun rəftarı, həmçinin varlığı düzgün 

və yüksək bədii səviyyədə əks etdirən incəsənət (kino, teatr və s.) və ədəbiyyat 

əsərləri ola bilər. E. h. ictimai xarakter daşıyır. Estetik tələb və normalar tarixən 

şərtlənir, müxtəlif olur. Bu, bir tərəfdən həmin hissləri keçirən adamların dün­

yagörüşü, ümumi inkişaf  səviyyəsi, zövqləri, aldıqları tərbiyə, fərdi fərqlərə 

malik olmaları, digər tərəfdən isə həmin hissləri doğuran obyektlərin hədsiz 

çoxcəhətliliyi və müxtəlifliyi ilə izah olunur.

Estetik qavrayış  (aesthetic(al) perception) 

– 

insanın ətrafdakı predmetlərin 



gözəlliyini  (onların  formasını,  rəngini,  musiqi  səsini  və  s.)  hiss  etmək 

qabiliyyəti. E. q. hissi qavrayış əsasında müxtəlif predmetlərin insanın görmə 

və  eşitmə  üzvlərinə  təsir  edərkən  əsəb  sisteminin  oyanması,  onun  beyinə 

verilməsi və orada yeni şəkil alması ilə əşyaların məkan formalarını, rəngini, 

səsini və s. əks etdirmək (hiss etmək) qabiliyyəti əsasında inkişaf edir.

Estetik tərbiyə (aesthetical training) 

– 

insana həyatın və incəsənətin gözəllik 



və ülviliyini qavramaq, başa düşmək, qiymətləndirmək və yaratmaq bacarı­

ğının aşılanması və onun təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemi. 

E.  t  ­nin  məqsədi  cəmiyyət  üzvlərinin  əqli,  siyasi,  əxlaqi  və  fiziki  cəhətdən 

hərtərəfli inkişafına kömək etmək, onlarda gözəllik hissini təkmilləşdirmək, 

gözəllik qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır.

Estetik  zövq  (aesthetic  taste) 

– 

insanın  təbiət  və  cəmiyyətin  pred­



met  və  hadisələrinin  estetik  xüsusiyyətlərini  duymaq,  başa    düşmək  və 

qiymətləndirmək  qabiliyyəti.  E.  z.  insanın  gerçəkliyə,  estetik  keyfiyyətlərin 

zənginliyinə,  ictimai  praktika  prosesində  gözəllik,  eybəcərlik,  komiklik, 

faciəvilik  və  s.  kimi  təsəvvürlər  mövqeyindən  verdiyi  qiyməti  ifadə  edir. 

Həmin qiymətvermənin predmeti incəsənət əsəri olduqda bu qabiliyyət “Es­

tetik zövq” adlanır.



Ədəbi  ssenari  (literary  script) 

– 

gələcək  ekran  məhsulunun  səs  və  gö­



rüntü həllini plastik dramaturji keçidlər, dialoqlar, montaj üsulları və digər 

362

ifadə  vasitələrinin  köməyi  ilə  verən  xüsusi  ədəbi  əsər.  Çəkiləcək  ekran  

əsərinin tam dolğun təsəvvür edilməsi ssenaristin məharətindən və Ə. s.­nin 

mükəmməlliyindən  çox  asılıdır.  Ekranda  nələrin  olacağı  barədə  sözlə  ay­

dın təsəvvür yaratmaq, dramaturji qanunlara və əyaniliyə əməl edərək əsas 

elementlərin, kadrların uyğunluğunu tam göstərmək Ə.s. üçün əsas şərtdir.



Əldən çəkiliş (manual shooting) 

– 

TV çəkilişinin dayaqsız (ştativsiz) aparıl­



ması. Bu halda operator görüntüləri çiyninə qoyduğu (TV­də), yaxud əsində 

saxladığı (kinoda) kamera ilə çəkir. Ə. ç. yalnız operativ hadisə süjetlərinin 

çəkilişi zamanı tətbiq olunur. Bütövlükdə çəkilişin ştativsiz (operator dayağı) 

aparılması məqbul deyildir.



Əsas fokus (basic focus) 

– 

əsas optik oxun sonsuz uzaqlaşmış obyekti gös­



tərən nöqtəsi. Hər bir linzada və hər bir obyektivdə iki əsas fokus olur: ön və 

arxa.


Əsas xəbər proqramı (primenews) 

– 

axşam saatlarında (saat 20­dən 22­dək) 



göstərilən, ən çox tamaşaçı toplayan və günün əsas xəbərlərini çatdıran geniş 

informasiya proqramı.



Əsas işıq (main ligth) 

– 

hər yerdə rastlaşdığımız, ancaq bəlli qaynağı olma­



yan işıq. Gün işığı birbaşa düşməyən yerlərdə (təbiətdə) belə işıqla üzləşirik. 

Ə. i.­ı süni yolla seyrəldici cihazlar dəstinin və güzgüləyicilərin köməyi ilə al­

maq mümkündür.

Əyləncəli  proqram  (entertainment  program) 

– 

müasir  mass­medianın 



informasiya  sahəsində  əhəmiyyətli  dərəcədə  payı  olan  və  müxtəlif  oyunla­

ra    əsaslanan  bədii­musiqi  proqramları. Analitiklər  Ə.  p.  ­ı  təkcə  medianın 

asudə vaxt funksiyaları spektrinin genişləndirilməsi ilə deyil, həm də KİV­in 

reklam sponsorluğundan asılılığının güclənməsi ilə əlaqələndirirlər. Belə ki, 

onlar əyləncəli proqramlardan özlərinin kommersiya maraqları üçün istifadə 

edərək  bunun  köməyi  ilə  reklam  həvəsləndirməsinin  müxtəlif  formalarını 

təşkil edirlər. Ə. p. ­ın xəbər proqramları ilə birləşməsi prosesi də inkişaf edir. 

Bu  proseslər  nəticəsində  meydana  çıxan  infoteynment  calaq  janrları    KİV­

in  kütləvi  sahəsini  daraldır  və  əyləncəli­informasiya  proqramlarının  yayım 

şəbəkəsində mövqeyini möhkəmləndirir.



Fabula (plot/story 

– 

1) bədii əsərdə (kinofilmdə, teatr tamaşaasında, ədəbi 



əsərdə)  təsvir  olunan  hadisələrin  müəyyən  zaman  ardıcıllığı  ilə  nəql  olun­

ması. F. Süjetlə sıx bağlıdır: hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu 

bbədii əsərdə F. və süjet məfhumları bir­birinə uyğun gəlir; 2) hadisələrin nəql 

edilməsi üsulu. Bu termin çoxmənalı olduğuna görə bəzən süjet anlayışı ilə 

səhv salınır. Əgər süjet dedikdə təsvir edilən hadisələrin xronoloji ardıcıllığı 

başa düşülürsə, F. dedikdə hadisələrin nəqledilmə qaydası nəzərdə tutulur. 

Bəzi ədəbiyyatşünaslar xronoloji ardıcıllığı F., onların bədii düzülüşünü isə sü­

jet adlandırırlar. F. ədəbi əsərin məzmunu, burada təsvir olunan hadisələrdir. 

Beləliklə, materialın  F. düzülüşü süjet düzümündən onunla fərqlənir ki, bu­

rada jurnalistin əsas işi hər hansı sosial təzahür, yaxud problemi aça biləcək 

daha əlamətdar hadisələri fərqləndirməkdir.

Fakt  (fact/case) 

– 

1)    süjet  və  veriliş  üçün  ilkin  material,  hadisə,  istinad 



sənədi, əsas, dəlil, sübut; 2) fəlsəfi anlayış 

– 

obyektiv və elmi F. anlayışları bir­



363

birindən fərqləndirilir. Obyektiv F. insan fəaliyyətinin və ya idrakının obyek­

tini təşkil edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək 

kimi qəbul olunub. Elmi F. obyektiv F.­ın insan şüurundakı inikasıdır, yəni 

onun müəyyən dilin vasitəsilə təsviridir.

Faktura  (texture) 

– 

1)  müəyyən  materiala  xas  olan,  yaxud  onun  emalı 



nəticəsində alınan səthin xarakteri. İncəsənətdə təsviri sənətdə – bədii əsərin 

səthinin, onun işlənməsinin bədii yaradıcılıq üsulu. Məs., daşı, mişarlanmış 

və təsvir edildiyi əşyanın hazırlandığı materialı göstərməklə onun haqqında 

təsəvvürü dəqiqləşdirir; 2) verilişin quruluşu, onun materialı, texniki üsulu, 

musiqi elementləri, səslənmə məcmusu. Melodiya, akkompanement, ayrı­ayrı 

səslər, səsaltı sədalar, mövzu və s. F.­nın əsas elementləridir. F.­nın akkordlu, 

harmonik və polifonik növləri mövcuddur.

Fars (farce) 

– 

komikliyin təlxəklik hərəkətlərində, kobud zarafatlarda təzahür 



edən formalarından biri; incəsənətdə 

– 

buffonadan, qrotesk priyomlarından, 



gündəlik zarafat və sərt yumordan geniş istifadə edən teatr tamaşası; yüngül 

komediya, dram tamaşasının növlərindən biri; sonralar kobud  məzmunlu ko­

mediya və ya vodevil; şit zarafat.

Film  (film)   

– 

ayrıca  kino  əsəri.  Peşəkar  kinematoqrafiyada  F.­lərin  bədii, 



multiplikasiya, xronikal­sənədli, elmi­kütləvi, tədris  və s. növləri mövcuddur. 

Janrına və bədii yönümünə görə F.­lər səssiz, səsli, ağ­qara, rəngli, genişekran­

lı, genişformatlı, panoramlı, stereoskopik; göstərilmə davamiyyətinə görə isə 

tammetrajlı və qısametrajlı kimi növlərə ayrılır. F.­lərin istehsalı kinostudiya­

larda cəmləşdirilir.

Film-tamaşa (film-play) 

– 

kinonun ifadə vasitələrindən istifadə etməklə teatr 



tamaşasının ekranlaşdırılması. Çəkiliş zamanı hadisələr səhnədən kinostudiya 

pavilyonlarına və naturaya keçirilir. F.t.­lar montajla, planlara bölüşdürməklə 

çəkilir. Bu da aktyor ifasının teatrdan fərqli texnikasını tələb edir. F.t.­lar teatr 

incəsənətinin nailiyyətlərini təbliğ edir və teatr yaradıcılığı nümunələrini ge­

niş tamaşaçı auditoriyalarına çatdırır.

Filmoqrafiya (filmography) 

– 

arayış xarakterli işlərdə filmlərin siyahıyaalın­



ması üsullarını və prinsiplərini öyrənən elm sahəsi. Annotasiya olunan, tema­

tik, xronoloji F. növləri mövcuddur. F.­lar sorğu­məlumat kitabçası şəklində 

tərtib olunur.

Fokus (focus) 

– 

optik sistemin baş oxuna paralel istiqamətdə düşən işıq şüa­



larının həmin sistemdən keçdikdən sonra cəmləşdiyi nöqtə; hər optik sistemin 

iki qabaq və arxa fokusu olur. TV­də və kinoda təsvirin keyfiyyətli alınması, 

ilk növbədə, dəqiq fokus  nöqtəsi tapılmasından asılıdır.

Fokus-qrup  (focus-group) 

– 

tədqiqatçıların  bu  və  ya  digər  informasiya 



verilişinə reaksiyanı rəy sorğusu ilə öyrənmək üçün seçdiyi auditoriyanın bir 

hissəsi. F. q. ­dan sonra isə kontent­təhlil keçirilir.



Fon (background/hum)  

– 

1) bəzən teleradio verilişlərini, kinofilmlərin nü­



mayişini müşaiyət edən kənar səs effektləri; 2) səsin ucalıq səviyyəsinin vahidi.

Fon işığı (background light) 

– 

çəkiliş prosesində zaman və ovqatı bildirmək 



üçün istifadə edilən işıq. F. i bütövlükdə işıqqurmanın ən mühüm  dəyişən 

tərkib hissələrindən biridir. Onun köməy ilə seçilən səhnənin zamanını və ov­



364

qatını seyrçiyə yetirmək və seyrçi qavrayışına təsir göstərmək mümkündür. 

F. i.­nı əks işıqla eyniləşdirmək olmaz; işıq çəkiliş obyektini, fon işığı isə arxa 

planı işıqlandırır.



Fon musiqisi (background music)  

– 

videoaparatda səsin (danışığın) dubl­



yajı (əvəz edilməsi) zamanı materiala əlavə olunan səs effektləri.

Fonoqram (phonogram/scaning) ­ sonradan səsləndirilməsi nəzərdə tutulan 

səs siqnallarının yazılışı; səsin (nitqin, musiqinin və ya şərti siqnalın) qramp­

lastinkada, maqnit lentində, kinoplyonkada yazılması; audiolentə 

– 

diskə yaz­



ma.

Format (format) 

– 

TV verilişlərinin daimi əlamətlərinin məcmusu. F. çap for­



malarının xətti ölçülərinin ­ uzunluğunun, eninin, kağız vərəqi hündürlüyü­

nün, kitab səhifələrinin, sütunların, zolaqların, eləcə də fotokinoməhsulların, 

telekadrların və s. müəyyənləşdirilməsi zamanı işlədilir. Lakin terminin əlavə  

– 

 informasiyanın növü, tipi, xarakteri, təqdimat forması kimi mənaları da var. 



Bu mənada termin, informasiyanın ötürülməsinin həm texniki vasitələrinin, 

həm  də  janr  xüsusiyyətlərinin  təsnifatı  zamanı  işlədilir.  Konseptual  plan­

da  formalı  qaydaların  tərəfdarları  F.­ların  strukturlaşdırma  imkanlarını 

vurğulayarkən  informasiya  sistemlərinin    qalan  tərkib  hissələrini  onlardan 

asılı  hesab  etməyə  meyillidirlər.  Formalizmin  əleyhdarları  F.­ların  rolunu 

yalnız  onların  informasiyanın  məzmunu,  məqsədi  və  vəzifəsi,  mənbəyi  və 

ünvanı  ilə  sistemli  əlaqədə  öyrənməyi  təklif  edirlər.  Bu  cür  yanaşma  üsu­

lu  jurnalistlərin  informasiya  fəaliyyətinin  səmərəsini  yüksəldir,  rəngarəng 

şəraitdə  və  vəziyyətlərdə  prosesin  yaşa  görə,  sosial­mədəni  və  etnodemoq­

rafik məqamları nəzərə alınmaqla onun auditoriyaya  ayrı­ayrı deyil, bütün 

ehtimal olunan təsir amillərini üzə çıxarmağa kömək edir.

Formatların  qovuşması  (melting  of  formats) 

– 

reklam  kliplərindən  daxil 



olan  və  konsyumerizm  psixologiyasını  formalaşdıran  bayağı  obrazların  və 

motivlərin  köməyi  ilə  janr  əlamətlərinə  görə  müxtəlif    TV  proqramlarının 

birləşməsi. Tədqiqatçılar F. q.­nı TV imiclərinin yenidən qurulması prosesləri 

ilə izah edirlər.



Fraqmentlilik 

– 

bir şeyin ayrı­ayrı kiçik hissələrə (fraqmentlərə) bölün məyi. 



Gerçək şoular və ya gerçək televiziya (real show/real TV) 

– 

əyləndirici tele­



viziya verilişinin bir növü və onlayn­yayımlanan (canlı yayımlanan) televiziya 

janrıdır. Bu cür verilişlərin özünəməxsusluğu onların süjetində bir qrup insan­

ların adi həyat tərzinə yaxın fəaliyyətinin göstərilməsi ilə bağlıdır.  

Gizli reklam (candid advertisement) 

– 

reklam məqsədi güdən, lakin reklam 



kimi açıq elan olunmayan görüntülər, ayrıca süjet, subtitr və s.

Gündüz teleserialı (daytime serial) ­ müəyyən kateqoriya tamaşaçılar üçün 

gündüz saatlarında verilən çoxseriyalı TV filmləri. Bu filmlər sırasında “sabun 

operaları” əsas yer tutur.

Hərəkətlə  böyütmə  (dollying  in)   

– 

telekameranın  təsviri  böyütməsi;  hər 



hansı predmetin xırda, yaxud orta plandan iri plana gətirilməsi.

Hərəkətli çəkiliş (dollying)  

– 

eyni çəkiliş daxilində (zamanında) kameranın 



müxtəlif yerdəyişmələri.

365

Hipertrafiya (hypertrophy)  

– 

müxtəlif faktorların təsirindən həcmin böyü­



məsi.

Hollivud üslubu (Hollywood style)  

– 

Amerika kino sənətinin mərkəzinə 



çevrilmiş Hollivudun istehsal və yaradıcılıq üslubunun məcmusu. ABŞ kine­

matoqrafiyasının başlıca xüsusiyyətlərini (“kino ulduzları” sistemi, standart 

kinodramaturgiya, filmlərin axın istehsalı) özündə əks etdirən sistem.

Xarakter (nature/character) 

– 

1) şəxsiyyətin ictimai həyat şəraiti və tərbiyənin 



təsiri  ilə  formalaşan  mühüm,  əsas  fərdi  xüsusiyyətlərinin  məcmusu.  Bu 

fərdi xüsusiyyətlər insanın iradi fəallığında, ətraf aləmə, həmçinin öz­özünə 

münasibətində ifadə olunur və onun psixoloji simasına müəyyənlik verir; 2) 

incəsənətdə, o cümlədən EE­də insanın sabit, mühüm psixi xüsusiyyətlərinin 

məcmusunun  bədii  cəhətdən  təcəssüm  etdirilməsi.  Bu  xüsusiyyətlər  in­

san  üçün  müxtəlif  şəraitdə,  onun  digər  adamlara  münasibətində,  həyat  ha­

disələrini  qiymətləndirməsində,  fərdi  hərəkət  tərzində  təzahür  edir;  3) 

xasiyyət;  hər  hansı  bir  adamın  hərəkət  və  davranışında  təzahür  edən  psixi 

xüsusiyyətlərin  məcmusu.  Ədəbi  əsərlərdə,  teleradio  tamaşalarında  ruhi, 

mənəvi xüsusiyyətləri qabarıq şəkildə fərqləndirilən insan surəti. X. surətin 

ətrafındakı adamlara, mühitə, tarixi şəraitə münasibətinin göstərilməsi yolu 

ilə yaradılır. Sənətkarın fikirləri, əsasən, xarakterlər vasitəsilə ifadə edilir və 

bu, əsə rin forma və məzmun özünəməxsusluğunu şərtləndirir. Sənətin ayrı­

ayrı tarixi inkişaf mərhələlərindəki cərəyanların özünəməxsus insan X.­i kon­

sepsiyaları olmuşdur.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin