TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Rejim çəkilişi (mode shooting)



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   24   25   26   27   28   29   30   31   32

Rejim çəkilişi (mode shooting) 

– 

günün batma anında xüsusi təsviri effekt 



almaq məqsədilə aparılan çəkiliş.

Rejissor  (producer) 

– 

ekranda  müəllif  ideyasını  (ümumiyyətlə,  hər  hansı 



ideyanı) gerçəkləşdirən əsas yaradıcı sima; TV, radio, kino və teatr əsərlərində 

əsas  hərəkəti,  dramaturji  gedişi  müəyyənləşdirən,  əsas  mizanları  verən, 

bütövlükdə əsərin tərtibinə və quruluşuna rəhbərlik edən şəxs; bədii rəhbər. 

R. konkret bir filmin çəkilişi ilə bağlı yaradıcılıq və istehsalat işinə başçılıq edir. 

R.  ssenari  əsasında  filmin,  tamaşanın,  verilişin  ideya­bədii  çərçivəsini,  əsas 

istiqamətini,  formaya  uyğun  olan  bədii  düşüncəni  müəyyənləşdirir  və  onu 

aktyorların, operatorların, rəssamların, bəstəkarların, eləcə də yaradıcı qrupun 

digər iştirakçılarının birgə işinə rəhbərlik etməklə tam hala salır.



Rejissor  ssenarisi  (script  of  production) 

– 

filmin  məzmununu  açmaq  və 



onun gerçəkləşdirilməsi üçün rejissorun ssenari üzərində apardığı yaradıcı­

lıq işini əks etdirən ssenari növü. R. s. ədəbi ssenari (yaxud libretto) əsasında 

işlənir. Bu ssenaridə bütün film epizodlar və kadrlar üzrə bölünür, eyni za­

manda, hər kadrın uzunluğu (metrlə), məzmunu, musiqi və səs effektləri ilə 

müşayiəti ayrıca göstərilir. Başqa sözlə, R. s.­ində  filmin hansı parçalardan 

(epizod və kadrlardan) yığılacağı, hər kadrda nəyin təsvir olunacağı və necə 

çəkiləcəyi aydın göstərilir.

Rejissura (producing/production) 

– 

obrazlı tam kimi filmin estetik və məna 



təşkilinə  yönəlmiş  peşəkar  fəaliyyət  sahəsi.  Kinoda  və  TV­də  R.  çəkilən  fil­

min, verilişin məzmun formalarının bütün komponentlərini vahid sistem və 

idarəçilikdə birləşdirmək yolu ilə həyata keçirilir.

Reklam  çarxı  (advertise  roller) 

– 

dəfələrlə  ekranda  nümayiş  etdirilmək 



üçün nəzərdə tutulan və qruplaşdırılaraq ayrıca kasetə yazılan reklam, yaxud 

reklamlar bloku.



Reklam  fasiləsi  (advertising  break/commercial  breal/pug) 

– 

R  və  TV 



verilişlərini kəsən, auditoriyanın diqqətini kommersiya informasiyasına cəlb 

edən qısa müddət. Lakin filmlərin, konsertlərin, oyunların və digər janrların 

tam mənimsənilməsinin pozulması reklam fasilələrinə və bütövlükdə reklam 

yayıcılarının qıcıqlandırıcı fəaliyyətinə mənfi münasibət yaradır.



Reportaj (report/reporting) 

– 

1) olayın işindən xəbərləmə; xəbər vermək; baş 



verən hadisələr haqqında dolğun, operativ informasiya. Olayın başvermə za­

manı ilə həmin olayın xəbərlənməsi üst­üstə düşür, yaxud olayı baş verdiyi za­

manda izləyən jurnalist gördüklərini sonra xəbərləyir; 2) daxili və beynəlxalq 

həyatda  baş  verən  hadisələr  haqqında  məlumat  toplanması  və  verilməsi 

(mətbuat, radio, TV vasitəsilə); 3) jurnalistlik fəaliyyətinin bir növü; 4) müx­

birin şahidi olduğu hadisə barədə radio, TV üçün verdiyi operativ məlumat; 

jurnalistikanın  xəbər  janrlarından  biri.  R.­da    hadisənin,  təzahürün,  müəllif 

tərəfindən faktların seçilməsinin fərdi mənimsənilməsi ön plana çəkilir. Kino­

reportaj müəllifin şahidi olduğu faktların özünün maraq doğurduğu informa­

siya xarakteri daşıyır. Xronikal kinojurnallar buna nümunə ola bilər. Yaxşı ki­



379

noreportaj yaratmağın çətinliyi ondadır ki, bəzən həyatda baş verən hadisələr 

ekranda tamamilə başqa cür görünə bilər.

Reportyor (reporter) 

– 

ən yeni, ən qaynar xəbərləri axtarıb tapan və ope­



rativ şəkildə hazırlayıb efirə verən TV və radio müxbiri. Qəzet, jurnal, radio, 

TV  redaksiyasının,  habelə  məlumat  agentliyinin  həmin  təşkilata  lazım  olan 

məlumatı operativ və dolğun şəkildə toplayıb xəbər verən əməkdaşı. R. hadisə 

mərkəzində birinci olub hər şeydən tez xəbər tutmağa, məlumat toplayıb efirə 

verməyə  çalışır.  R.­un  işinə  verilən  əsas  tələblər  vacib  və  aktual  informasi­

yanın  tez  toplanması,  operativlik,  materialın  emosional  tərzdə  verilməsi  və 

dəqiqliklə bağlıdır.

Reproduksiya (reeproduction) 

– 

yenidən çap olunmuş, yaxud üzü çıxarıl­



mış şəkil, rəsm və s. görüntü. R. poliqrafik və ya fotoqrafik üsulla şəkil, rəsm, 

çertyoj və çap olunmuş mətnin, hər hansı bir sənət əsərinin surətinin istənilən 

sayda çıxarılması deməkdir.

Reytinq  (rating) 

– 

konkret  proqramın  (bəzən  ayrı­ayrı  aparıcıların)  tama­



şaçı  auditoriyasının  müxtəlif  sosial  təbəqələri  arasında  populyarlığını  təsbit 

və əks etdirən statistik informasiya. Daha çox reklam sifarişçisinin istifadə və 

istinad etdiyi R. hər hansı telekanala, yaxud  konkret verilişə baxan tamaşaçı 

sayının  faizlə  ifadəsidir.  KİV  sahəsində  R.  vasitəsilə  bu  və  ya  digər  verilişə 

baxanların  sayı  müəyyənləşdirilir.  Adətən,  populyarlıq  indekslərində  ifadə 

olunan R. məsələləri ilə xüsusi xidmətlər və şirkətlər məşğul olur. Analitiklər 

R. məlumatları əsasında KİV sahəsində əsas tendensiyaları tədqiq edir, media 

bazarında onların rəqabət qabiliyyətini yüksəldən proqnozlar və məsləhətlər 

hazırlayırlar.

Reytinq xallarının cəmi (cross rating points) 

– 

mövcud bazarda toplanan və 



reklam roliklərinin efirdə nümayiş etdirmə cədvəlinin tərtibi zamanı istifadə 

olunan reytinq xallarının məcmusu.



Rəqəmli montaj (digital editing) 

– 

təsvirin kompüter avadanlığına köçü­



rülərək xüsusi proqrama əsaslanan rəqəmli üsullarla montaj edilməsi.

Rəqəmsal (digital) 

– 

elektronikada olan, diskret vəziyyəti istifadə edən siq­



nallar və formatlar növüdür. Rəqəmlərin köməyi ilə ifadə olunan informasiya.  

Rəqəmli  televiziya  (digital  television) 

– 

rəqəmli  texnologiya  əsasında 



işləyən sistem, teleavadanlıq. Rəqəmli texnologiya ilə yayım aparan şitkətlər 

bir  peyk  retranslyatoru  kanalında  dörd  proqramın  (hər  biri  8  Mbit/san) 

rəqəmli kodlaşdırılmasını həyata keçirə bilir. Müasir R.t. sistemləri radioya­

yım şirkətlərinə bir peyk kanalında 16 proqram yayımlamağa imkan verir.



Rəng barı (baars) 

– 

betacam və digər professional kameralarda çəkilişdən 



öncə kasetin əvvəlində yazılan 20­30 saniyəlik ştrix təsvir.

Rubrika  (rubric/heading/column) 

– 

qəzet,  jurnal  səhifələrində,  teleradio 



verilişlərində hər hansı bölmənin sərlövhəsi, başlığı, ümumi adı.

Sabun operası (soap opera) 

– 

1) film qəhrəmanlarının həyatından uzun­uza­



dı, ləng bir tərzdə, amma ardıcıl söhbət açan, çoxlu epizodlardan ibarət radio

yaxud TV serialı; 2) kinematoqrafiya və TV sənətində son illərin populyar fak­

tına çevrilmiş çoxseriyalı filmlərə 

– 

seriallara verilmiş qeyri­rəsmi ad; janr.



380

Semantika (semantics) 

– 

1) sözün, ifadənin qrammatik formasının mənası; 



2) məna.

Semiotika (semiotics) 

– 

1) kino, TV və radionun müxtəlif işarələrə əsaslanan 



dil  sistemi;  2)  işarələr  sistemi  haqqında  təlim;  işarələr  sisteminin  müxtəlif 

xüsusiyyətlərini öyrənən elmi nəzəriyyələr kompleksinin ümumi adı.



Serial  (serial) 

– 

çox seriyadan ibarət, televiziya üçün nəzərdə tutulan bədii 



və ya sənədli kinoəsərdir. 

Seriyalılıq (seriality) 

– 

bir detaldan bir neçə dəfə ardıcıl istehsal olunması. 



Seriyalılıq məhsulu ucuzlaşdırır.  

Sənədli  filmlər  (documentary  film) 

– 

kinematoqrafiya  növüdür.  Bünöv­



rəsində həqiqi hadisələr və real insanlar duran filmlər sənədli adlanır. 

Səyyar televiziya stansiyası (mobile TV station) 

– 

 studiyadan kənarda TV 



verilişləri yayımlamaq, yaxud videoyazıya almaq üçün xüsusi avtobusda qu­

raşdırılmış aparatlar kompleksi; təkər üstündə TV mərkəzi.



Simulyakr (simulacrum) 

– 

realda orijinalı olmayan surət.



Simvol  (symbol) 

– 

1)  hər  hansı  bir  anlayışın,  ideyanın  şərti  əlamətini 



ifadə  edən  işarə,  rəmz;  2)  konkret  bir  əhvalatın,  yaxud  hadisənin  ideya  və 

fərqləndirici  cəhətlərini  yüksək  dərəcədə, ümumiləşdirilmiş  formada,  təsirli 

şəkildə ifadə edən obraz.

Simvolika  (symbolics) 

– 

təşkilat,  qrup,  dövlət  tərəfindən  istifadə  olunan  



sim vollar toplusudur.  

Sinxron (sync) 

– 

simultan, birməzarlıq. 1) eyni vaxtda birgə səslənən; eyni 



zamanda baş verən; 2) səsin və təsvirin birgə, eyni vaxtda yazılması (kinokadr­

ların  sinxron  çəkilməsi);  3)  danışanın  sözlərini  həmin  anda  tərcümə  etmək 

(sinxron tərcümə).

Sinxronun itməsi (lock out) 

– 

montaj, yaxud efir zamanı danışanın tələffüzü 



ilə  artikulyasiyası  (dodaqların  hərəkəti)  arasında  uyğunsuzluq;  ekranda 

təsvirin, yaxud səsin pozulması.



Sitkom  (sitcom-situation  comedy) 

– 

vəziyyətlər  komediyası;  seriyalar  və 



seriallarla yanaşı, kütləvi videoəyləncə mədəniyyəti üçün səciyyəvi növ kimi 

qiymətləndirilən populyar TV janrı.



Sonluq titrləri (end titles) 

– 

filmlərin, verilişlərin sonunda izahedici yazı, 



mətn.

Sosial mesaj (social message) 

– 

ictimai rəyə təsir edəcək, ona ünvanlanan 



əsas fikir, ideya.

Soyuq  işıq  (cold  light) 

– 

lüminessent  lampalarının,  aşağı  təzyiqli  yüksüz 



civə lampalarının və digərlərinin işığı. S. i. kifayət qədər intensiv olmur.

Spiker (speaker) 

– 

parlament palatasının sədri. Bu termin siyasi leksikon­



da daha çox istifadə olunur, lakin rəsmi şəkildə ingilisdilli ölkələrdə  istifadə 

olunur. 


Sponsor (sponsor) 

– 

özünün, adının tanınması, ticarət markasının şöhrət­



lənməsi, yaxud imicinin yüksəlməsi məqsədilə hər hansı verilişin təşkilinə və 

maliyyələşməsinə kömək edən fiziki (yaxud hüquqi) şəxs.



381

Ssenari (script) 

– 

ekranlaşdırmaq (çəkilmək) üçün yazılan, kinofilmin, hazır­



lanacaq (efirə gedəcək) teleradio verilişinin məzmununu təfsilatı ilə şərh edən, 

gələcək ekran əsərinin səs və təsvir həllini, onun AV cəhətlərini göstərən ədəbi 

əsər; dram əsərinin planı, hər hansı süjetin sxemi.

Stanislavski  sistemi  (Stanislavsky  system) 

– 

TV  və  radio  verilişlərində 



teatrdangəlmə  yaradıcılıq  üsulu;  görkəmli  rus  rejissoru  K.  S.  Stanislavski­

nin  işləyib  hazırladığı  səhnə  yaradıcılığı  nəzəriyyəsi  və  metodologiyasının 

şərti  adı.  Bu  sistemin  ən  mühüm  estetik  tələbi  əsl  bədii  həqiqət  axtarışıdır. 

Stanislavskiyə görə, teatr həyatın mexaniki surətini deyil, onun inikasını ya­

radır,  həyat  hadisələrinin  sintezini  nümayiş  etdirməklə  şüura  və  hissə  təsir 

göstərir. Teatrın əsas məqsədi “insan ruhunun həyatını” yaratmaqdan ibarətdir. 

Bundan ötrü aktyor səhnədə həqiqi hisslər, fikirlərlə və real duyğularla yaşa­

malıdır. Bu isə psixotexnika üsullarını (“məqsəd”, “diqqət”, “iş”, “ana xətt”, 

“təsəvvür”, “emosional yaddaş”, “temp”, “ritm” və s.) öyrənmək yolu ilə əldə 

edi lir. Stanislavski səhnədə daxilən yaşama prosesinə böyük əhəmiyyət ver­

miş, lakin aktyorun zahiri texnikasını, duyğularını ifadə etmək bacarığını da 

yüksək qiymətləndirmişdir. S. s.­nə görə aktyor güclü və məlahətli səsə, aydın 

tələffüzə, yaxşı plastikaya, çevik bədən hərəkətlərinə malik olmalıdır. İlk radio 

və teletamaşalarda S. s.­nə üstünlük verilirdi.



Statik (static)  

– 

donuq, tərpənməz, hərəkətsiz; tarazlıq və sükut halında nə­



zərdən keçirilən.

Stendap (stand -up)  

– 

görüntüyə sənədlilik xarakteri vermək və  tamaşaçını 



inandırmaq məqsədilə reportyorun hadisə yerində kadra çıxaraq informasiya 

verməsi. S., daha çox, göstərilməsi mümkün olmayanları demək üçün istifadə  

olunur. Məs., haradasa arxa planda toplantı keçirilir, yaxud qəza baş verib, 

mitinq gedir, kamera qarşısına çıxan reportyor bu hadisələrin cərəyan etdiyi 

nöqtədə  dayanaraq,  nə  baş  verdiyi  barədə  danışır.  S.  jurnalistin  seçdiyi  ya­

radıcılıq forması kimi mühüm funksiya daşıyır və daha çox, deyilənləri əks 

etdirən videosıra olmadıqda, mövzuya məkan reallığı vermək lüzumu yaran­

dıqda, süjetin bir hissəsindən digər hissəsinə plastik keçidə ehtiyac duyulduq­

da, yaxud reportyorun mövcud şəraitə “müdaxilə etməsi”, nəyi isə tamaşaçıya 

göstərməsi lazım gəldikdə istifadə olunur.



Stop-kadr (still frame) 

– 

1) ekranda kadrın dayandırılması (yazma rejimindən 



çıxarma, dayanma,videobaşlığı dondurma); yaxud hər hansı təsviri, epizodu 

vurğulamaq məqsədi ilə əvvəlcədən seçilmiş bir kadrın xüsusi effektlə bir neçə 

saniyə donuq (foto kimi) vəziyyətdə saxlanması; 2) elektron montaj effekti.

Studiya  (studio  house) 

– 

müxtəlif  verilişlərin  çəkilməsi  üçün  nəzərdə  tu­



tulan  və  akustik  cəhətdən  hazırlanmış  yer;  foto,  tamaşa  və  kino  çəkilişləri 

aparmaq, radio və TV stansiyasında verilişləri efirə vermək üçün xüsusi ava­

danlıqla  təhciz  olunmuş  qapalı  məkan.  Səsli  yayımda  böyük,  orta  və  kiçik 

konsert (musiqi) S.­ları, mətn oxumaq üçün ayrıca  direktor  S.­sı, həmçinin 

ədəbi­dram S.­ları olur. Ədəbi­dram S.­ları, adətən, əsas S. bloklarından ibarət 

olur. TV yayımı şəraitində S.­lar böyük, orta və kiçik kateqoriyalara bölünür.



Sublimasiya  (sublimation) 

– 

hərfi  mənada:  yüksəlmə,  qalxma.  1)  bərk 



maddənin qızdırıldıqda ərimədən (maye halına düşmədən) qaz halına keçməsi, 

382

buxarlanması;  2)  ekran  əsərində  (eləcə  də  səhnədə)  obrazın  mahiyyətinin 

üzə  çıxmasına  xidmət  edən  forma­məzmun  şəkildəyişməsi.  Audiovizuallıq 

şəraitində S. effekti xüsusi əhəmiyyət kəsb edir. TV­də S. “qaynar”  (təsvir) və 

“soyuq” (nitq) vasitələrin sintezindən istifadə edərək tamaşaçını duyğulandır­

maqla  onun şüuruna təsir etmək mənasında işlədilir.



Submədəni (subcultural) 

– 

sosiologiyada və kulturologiyada istifadə olu­



nur; üstün olan çoxluqdan, həmçinin bu mədəniyyətin daşıyıcısı olan sosial 

qrupdan fərqlənən cəmiyyətin mədəniyyətinin bir hissəsidir. 



Subtitr (subtitre) 

– 

alt yazı. Adətən, iki təyinatı olur: 1) əcnəbi dildə olan, 



yaxud  qavranılması  çətin  dialoq,  danışıq  tərcümə  edilərək  tele  və  ya  kino 

təsvirin aşağı hissəsində yazılır; 2) kadrda danışan adamın kimliyi, yaxud hər 

hansı təsvirin özəllikləri ekranda yazı ilə əks edilir.

Süjet  (plot/topic/ssubject) 

– 

1)  TV­də  müxtəlif  janrlarda  çəkilmiş  sənədli 



və  bitkin  görüntülərin  ümumi  adı;  bədii  əsərdə  iştirak  edən  surətlərin  xa­

rakterlərini açıb göstərən və əsərin əsas konflikti ilə bağlı olan əhvalat, tarixçə; 

mövzu, məzmun; əsərin daxili, intellektual və emosional konstruksiyası. S.­

in strukturuna üç komponent 

– 

başlanğıc, şərh və sonluq daxildir; 2) sənət 



əsərlərində  obyektiv  varlığın  bütün  ziddiyyət  və  mürəkkəbliyi  ilə  qarşılıqlı 

əlaqədə təsvir olunan hadisələrinin məcmusu. S.­də əsas həyat konfliktləri əks 

olunur. Ədəbi süjetdən fərqli olaraq jurnalistika (o cümlədən radio və telejur­

nalistika) S.­i çoxşaxəli deyil, “yığcam”dır. Jurnalistikada S. dedikdə faktların, 

hadisələrin, fikirlərin, hiss­həyəcanların davamlılığı başa düşülür. İnsanların 

xarakterləri,  taleləri,  ictimai  ziddiyyətləri,  münaqişələr  də  burada  açılır.  Bir 

qayda olaraq, jurnalistika S.­ində hadisələrin inkişafı bir­biri ilə sıx bağlı olur, 

kulminasiya və problemlər düyününün açılması isə, az qala, ən inkişaf etmiş 

hissəyə çevrilir. S. hadisənin və ya təzahürün mexaniki surəti, predmetin qu­

ruluşunun səthi inikası deyil, o, yaradıcılıq prosesinin nəticəsi kimi meydana 

çıxır və müəllifin izlədiyi sosial məqsədə uyğun şəkildə qurulur.

Şərhçi (commentator/reviewer)  

– 

hadisələr arasında səbəb­nəticə əlaqələrini 



işıqlandıran, baş verən olayların mahiyyətini aydınlaşdıran, izah edən, müm­

kün nəticə və proqnozlar barədə danışan şəxs. Adətən,  Ş.­lər müxtəlif sahələr 

(siyasi, iqtisadi, idman və s.) üzrə ixtisaslaşırlar.

Şou (show) 

– 

tamaşa. Nəyi isə nümayiş etdirmək, göstərmək; estrada, sirk, 



idman, caz orkestrləri, balet “ulduz”larının iştirakı ilə təmtəraqlı səhnə tama­

şası, musiqili, əyləncəli proqram. Ş. reklam vasitəsi kimi də geniş yayılmışdır; 

Qərbdə TV verilişlərinə verilən ümumi ad.

Şou-biznes  (show-business) 

– 

əyləncə  sahəsində  və  əyləncə  sənayesində 



ticarət (kommersiya) fəaliyyətidir.

Şoumen (showman) 

– 

əsasən, danışıq janrında (tok­şou) qurulmuş kütləvi 



bədii­əyləncəli, musiqili verilişlərin aparıcısı. Yüksək erudisiya, xoş qılıq, ob­

yektiv və ədalətli olmaq, müxtəlif fərdlərin dialoqu vasitəsilə kütləvi şəkildə 

həqiqət axtarışına qoşulmaq, bu prosesdə iştirakçılara kömək etmək Ş. üçün 

əsas keyfiyyətlərdən sayılır. Müxtəlif dünyagörüşə, fərqli siyasi baxışlara , xa­

rakter və temperamentlərə malik insanların toplaşdığı auditoriyanı nəzarətdə 

saxlamaq  Ş.­dən  təkcə  jurnalistlik  deyil,  həm  də  aktyorluq  məharəti  tələb 



383

edir. Adətən, Ş. əvvəlcə verilişdə aktyor, təhqiqat, müzakirə xarakterli proq­

ramda isə jurnalist aparıcı olur. Hər iki halda Ş. çevik olmalı, aktyor istedadı 

göstərməlidir.  Ş.  verilişin  mövzusunu  elan  edir,  ekspertlərin,  auditoriyanın 

rəyini soruşur, müxtəlif baxışları qarşı­qarşıya qoyur, söhbətin qızğın inkişa­

fına mane olur, onu kulminasiyaya çatdırır. Ş. hər an adamlarla psixoloji kon­

takt  yaratmağı, auditoriyanı öz iradəsinə tabe etməyi bacarmalıdır.

Telesuflyor (autocue) 

– 

TV­də hər hansı məlumatın (əsasən informasiya ma­



teriallarının), çıxışın mətnini nəzərə çarpmadan oxumaq üçün xüsusi qurğu.

Teletamaşaçının gündəliyi (audiolog)  

–  


xaricdə bəzi şirkətlərin teleauditori­

yanın sayı, onun demoqrafik, sosial tərkibi haqqında müəyyən etdiyi məlumat. 

Bu  məlumatlardan  hər  hansı  verilişin  kütləviliyinin  müəyyənləşdirilməsi 

üçün istifadə edilir.



Televiziya  filmi  (telefilm/vidpic) 

– 

TV  verilişləri  şəbəkəsi  ilə  göstərilmək 



üçün yaradılan və xüsusi çəkiliş ­ montaj texnologiyası olan film. T. f.­ndə TV­

nin texniki imkanları və tamaşaçıların televizor ekranındakı təsvirləri qavraya 

bilməsi xüsusiyyətləri nəzərə alınır. T. f. bədii quruluşuna 

– 

ümumi planların 



sayca az olmasına, kadrda təsvirin çox xırda detallarının verilməməsinə, kadr­

da sıxlıq diapazonunun kiçikliyinə və təsvirdəki kontrastlığın zəifliyinə görə 

kinofilmlərdən fərqlənir. T. f.­nin kino metodları ilə çəkilişində həm 35 mm, 

həm də 16 mm­lik neqativ və dönər kinoplyonkalardan istifadə olunur. Vide­

onun meydana gəlməsindən sonra T. f. əsasən videolentə çəkilir.

Televiziya verilişləri (TV programs) 

– 

TV yayımı üçün nəzərdə tutularaq 



hazırlanan, təşkilati və tematik baxımdan TV proqramlarının ayrıca,  bitkin 

hissəsi sayılan məlumat və digər materiallar toplusu; kütləvi xəbərləmə, maa­

rifçilik, əyləndirmək, əhalinin mədəni istirahətini təşkil etmək vasitələrindən 

biri. T. v.ictimai rəyin formalaşmasına təsir göstərən vasitə kimi də nəzərdən 

keçirilir.

Temp (speed/rate) 

– 

verilişin, oxunun, danışığın, musiqi əsərinin vaxtla əla­



qədar ifa olunma sürəti. Bütöv əsərin, yaxud onun bir hissəsinin daimi T.­i 

notda XVII əsrdən italyan terminləri ilə işarə olunur. EE danışığının, yaxud 

kadrarxası mətn oxunuşunun normativ T.­i mövcuddur.

Temperament (temperament) 

– 

danışıqda və hərəkətdə coşqunluq, ehtiras, 



həvəs,  xasiyyət;  şəxsiyyətin  fərdi  xüsusiyyətlərinin  onun  psixi  fəaliyyətinin 

dinamikasını  səciyyələndirən  məcmusu.  T.  hisslərin  gücündə,  onların 

dərinliyində,  yaxud  səthiliyində,  gedişinin  sürətində,  sabit liyində  və  tez 

dəyişməsində təzahür edir.



Tədris (training, tutoring)  

– 

şagirdin bilik və bacarıqlarının kəmiyyət və 



keyfiyyətini lazımi səviyyəyə qaldıran təhsil fəaliyyətinin bir növüdür. 

Titr (title/lettering/caption) 

– 

kinofilmlərdə, TV verilişlərində məzmuna aid 



informativ, izahedici yazı və ya danışıq mətninin yazı ilə əks etdirilməsi.

Tok-şou (talk-show) 

– 

hərfi mənada: danışıq tamaşası. Studiyada ictimai­



siyasi, elm, incəsənət və mədəniyyət xadimlərinin, habelə müxtəlif tərkibli au­

ditoriyanın (və ekspertlərin) iştirakı ilə hazırlanan veriliş forması. Müsahibə 

və diskussiya janrlarının əlamətlərini özündə birləşdirən T­ş., adətən, sərbəst 

şəraitdə  aparılır.  Daha  çox  aparıcının  fərdi  keyfiyyətlərinə  və  şəxsiyyətinə 



384

söykənən T­ş.­da hər hansı problemin dərin və ciddi müzakirəsi istisna edi­

lir. Əksər hallarda aktual problemlərin tədqiqinə həsr edilən T.­ş. əyləncəli, 

qalmaqallı mövzularda olub, kəskin diskussiya və situasiyalarla müşayiət olu­

nur. İlk T.­ş. ABŞ TV­lərində yaranıb.

Ton (tone) 

– 

1) oxu və ya danışıq zamanı gərginləşmiş səs tellərinin ritmik 



şəkildə  (ahəngdar) rəqsetmə tezliyi ilə müəyyənləşən səsin fiziki keyfiyyəti; 

nitqin ahəngdarlığını (melodika) təmin etmək üçün səsin qalxması və enməsi. 

Əsas  ton  (sadə  ton)    ­  saitlərin  akustik  əsasını  təşkil  edən  və  onların  yaxşı 

eşidilməsinə imkan verən səs tonu. Səs tonu 

– 

hava təzyiqi nəticəsində bir­



birinə yaxınlaşmış gərgin səs tellərinin titrəyişi (vibrasiya) ilə əmələ gələn səs

2) rəng keçidlərini özünə tabe edən rəng ahəngi. Ekran əsərinin koloriti, həm 

də rəng T.­u ilə müəyyənləşir.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin