4.5 Televiziyanın yeni nəslə təsir imkanlarının təhlili. Tədris funksiya-
sının yaradıcı problemləri
Tədris funksiyasının ictimaisosial əhəmiyyəti hər bir televiziya
nın ona yanaşma və bu məqsədi daşıyan verilişlərin yaranma pro
sesini vacib yaradıcı mərhələyə çevirməklə bərabər, mahiyyətdən
irəli gələrək məsuliyyətli və əsaslanmış iş müstəvisinə çevirməyi
zəruri edir. Tədris verilişlərinin yaradıcı tərəflərini müzakirə
edərkən burada ciddi elmikütləvi və tədris metodikasına, proq
ramına, həm çinin yaş psixologiyasına, ünsiyyət qaydalarına, ma
raqlara, sosial sifarişə; müasir elmi yeniliklərə, məişətdə lazımi
sahələr üzrə bilgilərə söykənən mükəmməl dramaturji materialı
və bədii cə hətdən rəngarəng, estetik platformaya əsaslanmış, gü
nün tə ləbinə uyğun, dinamik görüntü həllini qeyd etmək lazımdır.
Televiziyada bir çox hallarda zorakılığı göstərən filmlərə və ya
verilişlərə rast gəlmək olur ki, bunun təsiri barədə kifayət qədər
ziddiyyətli mübahisələr aparılır. Bir çox ölkələrdə belə filmlərin
nümayişi qadağan olunsa da, biz Azərbaycan teleməkanında zora
kılıq görüntülərilə zəngin filmlərin tamaşaçısı olmaqdan sığorta
lanmamışıq. Xüsusən də, gənclər və uşaqlar arasında belə mövzu
lu filmlərin təsiri tədqiqatçılar arasında daimi mübahisəyə səbəb
olan mövzulardandır. Zorakılığın göstərilməsi ətrafına iki prinsi
pial birbirinə zidd mövqedə duran fikir – zorakılığın mənfi təsir
etməsi və onun müsbət tərbiyəvi təsir göstərməsi söylənilir. Hər
iki fikir özözlüyündə müəyyən psixoloji vasitələrlə izah olunur.
Zorakılığın mənfi təsir göstərdiyi rəyinə gələnlər bunu aşağıdakı
səbəblərlə izah edirlər: stimulyasiya – yəni zorakılığın göstəricisi
aqressivliyə hazırlığı təlqin edir; öyrəşmə – yəni zorakılığın teztez
göstərilməsi ona baxanı cinayətə öyrəşdirir və bu, onun üçün adi
həyat normasına çevrilir; imitasiya – bu, daha çox, uşaq və gənc
lərin özünü qəhrəmana oxşatmasını nəzərdə tutur; ümumi emo
sionallıq – yəni zorakılığın nümayişi ona baxanı qıcıqlandırır və
onun hərəkətlərinin nəzarətdən çıxmasına səbəb olur. Zorakılığın
efirdə görünməsinin tərbiyəvi əhəmiyyət daşıması isə belə izah
olunur: koqnit – yəni dəstək; zorakılıq tamaşaçıda aqressiyaya
nəzarət fantaziyasını yaradır; yolverilməzlik – zorakılıq elə aqres
siya xofu yaradır ki, bu, aqressiyanın sıfıra enməsinə səbəb olur;
katarsis – zorakılıq potensiallarının şüurda yaşanılması yolu ilə
aqressivlikdən uzaqlaşma.
Bu fikirlərin hər biri (465, səh. 223) özözlüyündə müəyyən təc
rübəyə və ya nəzəri araşdırmalara söykənsə də, zorakılığın efirdən
görünməsini qeyriməqbul addım kimi dəyərləndirib, ona qarşı çıxa
299
biləcək və əks reaksiyanı təlqin edəcək tədris verilişlərinin, xüsusən
də gənc nəslin mənəvi, intellektual tərbiyəsinin əhə miy yətini önə
çəkərək, bu cür veriliş və filmlərin yaradıcı cəhətdən mü kəmməl
olmasının keyfiyyətcə yüksək olan zorakı filmlərlə rəqabətə girə
biləcək səviyyədə olmasını xüsusilə qeyd etməliyik. Zorakı filmlərin
kifayət qədər gəlirli olması bu mövzunu Hollivud və bir sıra digər
kütləvi film istehsal edən ölkələr üçün sərfəli edib. Film yaradıcıla
rı keyfiyyət sıçrayışlarına nail olaraq, hər dəfə daha qüvvətli bədii
həllə malik ekran nümunəsinin üzə çıxmasına çalışırlar. Bu, televizi
ya sənətkarları qarşısında daha sanballı və müasir gəncliyin baxaca
ğı verilişləri ərsəyə gətirmək, yenilikçi axtarışlarla zənginləşdirmək
vəzifələrini qoyur.
Belə proqramlarda müəllif, rejissor və digər yaradıcı heyət
üzvləri üzərlərinə düşən vəzifənin mahiyyətini anlayaraq yara
dıcı yenilikçiliyi efirə gətirməklə bərabər, özlərinin vətəndaşlıq,
ziyalılıq borclarını düzgün anlamaqla mənəvi tərbiyə və tədris
işinə daha diqqətlə yanaşmanı həyata keçirməlidirlər. Efirdən
görünən və kadr arxasında qalan hər işçi verilişin sosial yükü
nü anlayaraq onun ünvanladığı tamaşaçının marağını, istəyini
dəyərləndirməyi bacarmalıdır. Həmçinin tamaşaçının marağını
düzgün qiymətləndirib onun zövqünə uyğun verilişin onun ba
xacağı və bu bilgiləri qəbul edəcəyi vaxtda göstərilməsini təşkil
etmək olduqca vacib məsələ kimi önə çıxır. Burada sosioloq və
psixoloqların işə cəlb olunması yolu ilə verilişin ünvanlandığı au
ditoriyanın mövzunu qavramaq iqtidarında və imkanında olduğu
vaxtı düzgün müəyyən edib, proqram şəbəkəsində onu lazımi sa
atda yerləşdirmək vacibdir. Əgər uşaq proqramlarının ən uyğun
saatı iş günləri 17.00dan 20.00a qədər hesab olunursa, evdar qa
dınlar üçün saat 13.00dan 18.00a, gənclər üçün 21.00dan 03.00a
qədər, yaşlı nəsil üçün daha çox gündüz və axşam efiri ən baxılan
olur. Lakin təbii ki, saat 01.00da tədris verilişi vermək bir o qədər
də effektli olmaz. Buna görə də saatların dəqiq müəyyən olunması
vacibdir.
Tədris elə bir mühüm prosesdir ki, hər bir insan ömrü boyu on
dan bəhrələnərək, yeni biliklərin əldə olunması üçün istifadə edir.
Bəzən elə düşünülür ki, televiziya qarşısında oturan şəxsin kitablar
dan ayrılması baş verir və bu, insanların maariflənməsinə, xüsusən
yeni elmi bilgilərin alınmasına mane olur. Lakin yuxarıda mədəni
maariflənmə funksiyası ilə bağlı araşdırmamızda gətirdiyimiz
sübutlar, həmçinin “Televiziyanın uşaqları” kitabından gətirilmiş
sitata (51, səh. 233) əsaslanıb, evdə olan “mavi qutunun” təsiri
300
ilə insanların kitab oxumaq maraqlarının oyanması faktını qeyd
etməliyik. Həmçinin televiziya vasitəsilə elmi məlumatların, kəşf
lərin, araşdırmaların yayılması, müxtəlif fənlərin tədrisi və lazım
olan bilgilərin aşılanması tədris verilişlərinin əhəmiyyətini, ona
olan yaradıcı tələbləri artırmış olur. Teletədrisi tamaşaçının anla
dığı və baxmaq istədiyi tərzdə çatdırmaqla televiziyanın ən böyük
imkanı – görüntülülükdən məharətlə istifadə edərək əyaniliyi ya
ratmağı bacarmaq lazımdır. Məhz görüntünün mükəmməl, ətraflı,
bilgilərin vizual ardıcıllıqla göstərilməsi ilə qurulması verilişi ba
xımlı edə bilər. Danışılan mövzunun mahiyyətindən asılı olmaya
raq, onun görüntüsü dinamik və zövqlə hazırlanmalıdır. Texniki
tərəqqi və yeni texnikaların televiziya sistemində tətbiqi kompyu
ter qrafikası vasitəsilə əyaniliyin istənilən tərzdə və canlı şəkildə,
həmçinin zövqlə çatdırılmasına imkan verir. TriDmax və Maya
kompyuter proqramlarının geniş istifadə olunması ilə virtual re
allığın yaranması mümkün olur və danışılan hər bir mövzunun
mikrobioloji və ya astronomik, tarixi keçmiş və ya gələcək, bitki
nin yaranışı və mayalanması, digər indiyədək dərsliklərdə cansız
rəsmlərin vasitəsilə aydınlaşan gerçəkliklər hərəkətlə göstərilə
və tamaşaçını öz aləminə apara bilər. Kompyuter qrafikasının
təkmilləşməsi əyaniliyi daha qabarıq və olduğu kimi, görmək
istədiyimiz ölçüdə, tərzdə, rakursda təqdim etmək iqtidarında ol
duğundan onun tədris verilişlərinə tətbiqi təsir gücünü artırmış
olar.
Uşaq verilişlərinin tədrisi prosesində bilavasitə iştirak edən
in tellektual oyunların və adi bilgilərin tədrisi ilə məşğul olan
verilişlərin rəngarəngliyi, forma əlvanlığı, mövzu tutumu hər bir
telekanalın qarşısında mühüm bir vəzifə kimi televiziya işində
önə çıxır. Uşaq verilişlərinin əyləncəli tərzdə, rəngarəngliklə,
uşaq dilinə və onun dünyasına yaxın tərzdə təqdim olunması;
intellektual oyunların dinamik, baxımlı tərzdə qurulması; intim,
mətbəx və ya digər mühüm bir həyat sahəsi ilə bağlı məlumatların
verilməsi ilə məşğul olan verilişin mükəmməl tərzdə qurulması,
bədii cəhətdən baxımlı şəkildə təqdimatı yaradıcı heyətin qar
şısında duran başlıca vəzifədir. Burada məzmunun dəqiqliyi,
peşəkarlığı və mənbələrə söykənərək təzahür olunması nə qədər
həyati əhəmiyyətlidirsə, onun görüntü həlli, bədii tərəfləri, estetik
zövqə təsir baxımından yüksək tələblərə cavab verməsi də bir o
qədər vacibdir.
Azərbaycan televiziyasında tədris verilişlərinin mənzərəsinə
nəzər yetirək. Televiziyanın təsir imkanlarının genişlənməsi
301
və texniki nailiyyətlər hesabına müxtəlif mövzulu verilişlərin
hazırlanmasına yaranmış münbit şərait mavi ekran vasitəsilə
müxtəlif ünvanlı vasitələrə qulluq edən spesifik proqramların
yaranmasına imkan verdi. Tədrisin cəmiyyətdəki yeri və yeni
nəslin biçimlənməsində əhəmiyyəti audiovizual sənət növü
kimi televiziyanın yaradıcı imkanlarından bəhrələnərək, onun
kütləviliyindən istifadə edərək tədris verilişlərinə yer verilməsi
hər bir ölkənin teleyayım işində vacib mərhələ hesab olunmağa
başladı. Dövlət televiziya sistemində olan ölkələrdə bu, birbaşa
yerinə yetirilirdisə, digər ölkələrdə ictimai və ya kommersiya ka
nallarında bu məqsədə yönələn layihələrin maliyyələşməsi yolu
ilə dövlətin iştirakı; özünün əhatəsini artırmaq məqsədi ilə tele
universitet, teleməktəb, fiziki çatışmazlıqları olan uşaqlar üçün
yardımçı ev məktəbi şəklində tədris müəssisələri və kommersiya
qurumları maliyyəçi kimi çıxış etdilər. Özünün məzmun və forma
xüsusiyyətlərinə görə konkret zaman və məkan kontekstində ün
vanlı tamaşaçı kütləsi üçün nəzərdə tutulan belə verilişlər çoxluq
tərəfindən deyil, yalnız bunda maraqlı olan şəxslər tərəfindən ba
xıldığına görə reytinq vermədiyindən və üstəlik bir çox ölkələrin
qanunvericiliyində uşaq verilişlərində reklamın qadağan olunma
sı ilə əlaqədar maliyyələşdirilmənin dövlət tərəfindən və ya spon
sorların cəlb olunması hesabına aparılması zərurət kimi meydana
çıxır.
Sovet dövləti təhsilə yeni kommunist nəslinin tərbiyəçisi, televi
ziyaya mühüm ideoloji təbliğat vasitəsi kimi baxdığından bu iki si
lahın öz məqsədləri naminə birləşdirilməsini televiziya qarşısında
mühüm vəzifə kimi qoydu. Mərkəzi televiziyanın bazası əsasında
1956cı ildə ikinci, üçüncü və dördüncü kanalların açılması və üçün
cü kanalın birbaşa teletədris üçün nəzərdə tutulması məhz yuxa
rıda dediyimiz ideoloji yük daşıyan təhsil siyasətinin mavi ekran
vasitəsilə də evlərdə yeniyetmələrə, gənclərə çatdırılması məqsədi
daşıyırdı. Bu kanal vasitəsilə ədəbiyyat, coğrafiya, tarix, sovet hü
ququnun əsasları, fizika dərsləri tədris olunur və əyani vasitələr,
həmçinin çəkilmiş filmlər, çarxlarla tədris olunan materialın effek
tiv təsiri yaradılırdı. 3cü kanal vasitəsilə həm də qiyabi təhsil alan
tələbələr üçün fəlsəfə, elmi kommunizm, Sov. İKP tarixi, riyaziy
yat və digər fənlər tədris olunurdu. Həmçinin müxtəlif sahələrin
mütəxəssislərinin təkmilləşdirilməsi üçün təsərrüfat, iqtisadiyyat,
əməyin təşkili, eləcə də müəllim, həkimlər üçün spesifik verilişlər
hazırlanırdı. Xarici dili müstəqil öyrənmək istəyənlər üçün və ayrıca
orta məktəb proqramına əlavə olaraq öyrətimi həyata keçirən xarici
302
dil verilişləri – ingilis, alman, ispan, fransız dili dərsləri aparılırdı.
Həmçinin kanalın işinə görkəmli alimlərin, ixtiraçıların və sənət
adamlarının cəlb olunması ilə müxtəlif sahələr üzrə bilgilər siste
minin yeniləşdirilməsi, elmitexniki yeniliklərin istehsalata tətbiqi
prosesində televiziya mühüm rol oynayırdı. Şahmat, davranış, este
tika, nitq dərsləri də bu sahə ilə maraqlananlar üçün olduqca böyük
əhəmiyyət kəsb edən verilişlər kimi Mərkəzi televiziyanın 3cü ka
nalında özünə yer almağa başladı.
Mərkəzi televiziyanın bu təcrübəsi icbari qaydada yerlərdə də
tətbiq olunmağa başladı və Azərbaycan televiziyasında tədris
verilişlərinə yer ayrıldı. Burada müxtəlif fənlərlə yanaşı, xarici di
lin tədrisi üçün verilişlər ekranda görünməyə başladı. Həmçinin
nitq mədəniyyəti, davranış mədəniyyəti və şahmat dərsləri də
Azərbaycan tamaşaçısının ixtiyarına verildi.
Müstəqillik qazandıqdan sonra Azərbaycan televiziyası və yeni
yaranan kommersiya televiziyaları tədris funksiyasına, o cümlədən
teledərslərə bir qədər az diqqət ayırmağa başlıdı. Aydın Dadaşo
vun “sosial televiziyanın strukturunda tədrisin ekran kommuni
kasiyasına qoşulması mühüm yer tutsa da, keçid və müstəqillik
dövründə sosial sifarişin olmaması bu prosesi ləngitdi” (23, səh.
144) deməklə ölkəmizin efir məkanında tədris verilişlərinin azlığını
sosial sifarişin olmaması ilə izah etməsi, hesab edirik ki, bir qədər
səthi yanaşma ilə bağlıdır. Belə ki, məhz müstəqillik qazandıqdan
sonra ölkənin təhsil sistemində yeniliklər tətbiq edilməyə, köhnə
metodlardan, dərsliklərdən imtina olunmağa başlanıldı. Ölkənin
müharibə ilə üzləşməsi, iqtisadi çətinliklər yeni dərslik çapını bir
qədər ləngidir, yeni tətbiq olunan test qəbul imtahanları sistemini
təbliğ edəcək və abituriyentləri, məktəbliləri buna uyğunlaşdıra
caq vəsaitlərin az olduğu vaxtda, məhz dövlət televiziyası bu işi
tamlıqla üzərinə götürməli olduğu halda, bunu etməməklə milli
təhsil sistemində öz iştirakını heçə endirərək üzərinə düşən mü
hüm ictimai vəzifənin icrasından boyun qaçırmış oldu. Burada
televiziya rəhbərliyinin səriştəsizliyi və yeni qaydalar sistemində
tamaşaçının tələbini duymaq əvəzinə, göstərişlər gözləməsi ilə
izah olunan diqqətsizlik böyük rol oynamış oldu. Yuxarıda sada
lanan faktları əsas gətirərək, müəllifin sosial sifarişin olmadığı fikri
ilə razılaşmayaraq, problemin dövlət televiziyasının istər birinci,
istərsə də ikinci kanalının bu işə dövlət təhsil sisteminin maraqları
prizmasından baxmaması ilə izah etmək olar.
Müəllifin dediyi kimi “...inkişaf etmiş dünya dövlətlərində isə
tədris bütünlüklə ekran kommunikasiyasına qoşulmuşdur” (23,
303
səh. 144) və ölkəmizdə də bu tipli verilişlərin yayılmasına ehti
yac var. Abituriyentlərin, habelə yuxarı sinif şagirdlərinin test
imtahanlarına hazırlığı prosesində repititor xidmətindən istifadə
etməsi və sınaq imtahanları vasitəsilə öz bilgilərini sınaması
prosesinə televiziya cəsarətlə qoşulmalı, bu işdə özünün imkanla
rından, kütləviliyindən istifadə edərək, sınaq imtahanları və ya ha
zırlıq aparan verilişlərə yer verməlidir. Azərbaycan dövlət televi
ziyası özünün tarixi ənənələrini unudaraq teletədris verilişlərinə,
ümumiyyətlə, yer verməyərək, yalnız əyləncəli və intellektual
oyunlarla uşaqların və yeniyetmələrin görüşünə gəlməklə özü
nün daşımalı olduğu başlıca funksiyanı icra etməmiş olurdu. Uşaq
verilişləri və “Gənclik və idman” redaksiyalarının bu istiqamətdə,
ümumiyyətlə, heç bir veriliş hazırlamaması ciddi nöqsan kimi or
taya çıxırdı. Dövlət televiziyası kimi milli təhsil sistemində mü
hüm rol oynamalı olan AzTVnin bu iş metodu qüsurlu və ziyanlı
tendensiya kimi təzahür edirdi.
Kommersiya kanallarının tədris işinə münasibətinə gəlincə,
bu rada da nöqsanlı cəhətlər üzə çıxırdı. ANS, ATV və “Space”
ka nallarının efirində tədris verilişlərinə rast gəlmək mümkün
deyildi. Bunun da başlıca səbəbi kommersiya strukturlarının, sa
hibkarların bu tipli verilişlərə sponsorluq etmək təşəbbüslərinin
olmaması və ölkədə fəaliyyətdə olan təhsillə bağlı qeyrihö ku
mət təşkilatlarının televiziya tədrisinə düzgün olmayan müna
sibətindən irəli gəlirdi. Azərbaycan televiziyaları arasında
yalnız “Lider” kanalının efirində test imtahanları ərəfəsində ha
zırlıq məqsədi daşıyan silsilə verilişlərin efirə getməsi təqdirəlayiq
hadisə kimi dəyərləndirilməlidir. Bu verilişlərin sistematik halda,
tədris proqramına uyğun tərzdə təşkil olunması və bədii cəhətdən
daha mükəmməl təqdimatla efirə çıxması arzuolunan hal kimi
qeyd olunmalıdır.
Tədris əhəmiyyəti daşıyan tədris filmlərinin yayımı da olduqca
əhəmiyyətli məsələ kimi önə çıxır. “Lider” kanalında “Discovery”
saatı, “Uşaq ensiklopediyası”, “Coğrafi aləmə səyahət”, “Heyvan
ların qəribə aləmi”, ANSdə və “Space” də silsilə tədris filmləri bu
sahədə atılmış addımlar kimi dəyərləndirilməlidir. Lakin kom
mersiya kanallarının efirində tədris proqramlarının artırılması mü
hüm bir vəzifə kimi öndə durur və bu məsələnin həllində prosesin
tənzimlənməsində qeyrihökumət təşkilatları da iştirak etməlidir.
Tədris funksiyası ölkənin milli təhsil sisteminin tərkib hissəsi
kimi çıxış edərək müasir dünyanın tətbiq etdiyi teletəhsil dən
məharətlə istifadə edib, efirdə bu metodun genişlənməsinə doğ
304
ru məqsədyönlü və konseptual əsaslara söykənən, pedaqoji
əhə miyyət daşıyaraq elmi yanaşma tərzi ilə müasir televiziya
sə nətkarlığının prinsiplərinə uyuşan tərzdə təqdimatına yer ver
mə lidir. Bu məsələnin reallaşmasında Azərbaycan Respublikası
Təh sil Nazirliyi, pedaqogika ilə bağlı elmitədqiqat institutları və
öl kənin tədris müəssisələri iştirak etməlidirlər.
Azərbaycan teleməkanında tədris verilişlərindən danışarkən
məişət mövzusunda bilgilərin verilməsi ilə, əsasən yaşlı tama
şaçıların müəyyən mövzu daxilində biliklər sisteminin tək mil
ləşdirilməsinə xidmət edən, bilavasitə öyrədici əhəmiyyət da şıyan
mətbəx, intim həyat, kosmetika, dəb, dizayn və digər mövzula rı
əhatə edən proqramları da qeyd etmək gərəkdir. Özünün ide
ya yükünə görə öyrədici vəzifəni icra edən belə verilişlər mü
təxəssislərin iştirakı ilə insanların müəyyən sahələr üzrə dəqiq
biliklərlə silahlanmalarına imkan verir. Teleməkanımızda “Kö
nüllü aşpazlar”, “Qaynar qazan” (ANS), “Nuş olsun” (“Space”)
“Ləziz saat” (ATV), “Nəmnəm” (“Lider”) kimi mətbəx verilişləri
xörəklərin hazırlanma texnologiyasının öyrədilməsinə, reseptlərin
icra mexanizminin icrasına həsr olunmuş verilişlər kimi nəzərdə
tutulsa da, onların bir çoxuna qonaq kimi dəvət olunan populyar
adamların xörək hazırlaması başlıca qayədən uzaqlaşmağa gətirib
çıxarır və peşəkar məsləhətindən daha çox, diletant fəaliyyətinə
bənzədiyindən özünün konseptual mahiyyətini itirmiş olurdu.
“Əgər kulinariya verilişlərində məşhur aşpaz geniş kütləyə mə
lum olmayan, digər xalqın mətbəxinə aid yeni xörəyin hazırlan
ması sirlərini öyrədərkən akademik nəşrlərə istinad edirsə, tədris
funksiyası yerinə yetirilir”; əks halda, verilişin daşıdığı əhəmiyyət
arxa plana keçir. “Bu verilişlərə müğənnilərin dəvət olunması
nə zəri cəhətdən özünü doğrultmur və tədris prosesinə əyləncə
funksiyasını da şərik edir” (23, səh. 147) ki, bu da yolverilməzdir.
“Qaynar qazan” və “Ləziz saat” da peşəkar aşpazların iştirakının
ideyanın konseptual həllinə uyğun olmasını önə çəkərək, burada
aparıcı kimi teatr aktrisalarının – Xalq artistləri Gülşən Qurbanova
və Firəngiz Mütəllimovanın cəlb olunmasını maraqlı çözüm kimi
qeyd etmək istərdik. Hər iki aktrisanın aparıcılığında müəyyən
qüsurlar nəzərə çarpsa da, onların sərbəst davranmaları, aktiv
müdaxilələri verilişi maraqlı edən cəhətlərdəndir.
İstər mətbəx, istərsə də digər tədrisə yönəlmiş verilişlər: “Eybi
yox”, “Kişi işi” (ANS), “Usta işi” (“Space”) yaradıcı cəhətdən
ma raqlı yanaşmaları ilə seçilsə də, bu sahədə ciddi yeniliklərin
305
tətbiqi, daha baxımlı olması üçün forma axtarışları, estetik həllin
cəzbediciliyi ciddi zərurət kimi önə çıxır.
Azərbaycan televiziyasında uşaq verilişlərinin təhlili televiziya
şünaslığın çözümünü gözləyən problemlərindəndir. Böyüməkdə
olan nəslin mənəvi tərbiyəsi və onun cəmiyyətə hazırlanması
mək təb pedaqogikası, ailə tərbiyə metodları ilə yanaşı, televiziya
nın da üzərinə düşən mühüm bir vəzifədir. Müəyyən zaman
daxilində əhatə etdiyi məkanın, bəzənsə peyklə yayımlanması he
sabına dünyanın bir çox yerlərində eyni bir informasiyanı yaymaq
gücünə malik, insanların məişətinə, davranışına, dünyagörüşlərinə
nüfuz edərək şəxsiyyətin biçimlənməsində iştirak edən televiziya
yayımı, uşaqların da həyatından izsiz ötüşə bilməz. Televiziya ilk
yaradılış tarixindən uşaqları bir auditoriya kimi nəzərə alaraq, onla
rın zövqünə, qavrama gücünə uyğun, maraqlandırıcı, həvəsyaradıcı
tərzdə bilgilərin verilməsi, tərbiyəvi tövsiyələrin çatdırılması yolu
ilə mənəviintellektual formalaşmalarında iştirak edən layihələrlə
çıxış etməyə başladı. Burada müxtəlif yaş qrupları, onların istəkləri
nəzərə alınaraq əyləncəli, intellektual, tədris və musiqili xarakter da
şıyan verilişlər müəlliflərin başlıca ideyasını – cəmiyyətə yeni insan
hazırlamaq, onun intellektual qabiliyyətini yüksəltmək, bilgilərini
zənginləşdirmək, davranış qaydalarını öyrətmək və bununla da,
ümumiləşmiş şəkildə desək, lazımi biliklərlə silahlandırmaq, yəni
tədris etmək işi uğurla təcəssüm olunmağa başlayırdı.
Televiziyada tədris və ya uşaq verilişlərinin özünün lazımi
təsirini verə bilməsi üçün günün marağı, uşaqların dəyişkən zöv
qü diqqətlə nəzərə alınmalı və onların məhz istədiyi və ya qav
raya biləcəyi tərzdə verilişlərlə onlara təsir etmək imkanı əldə
etmək olar. Burada mövzu əlvanlığı özünün ekran təcəssümündə
uşaq dünyasına uyğun tərzdə biçimlənmiş forma ilə təqdim
olunduqda o, ekran qarşısında maraqla əyləşərək, onun üçün
nəzərdə tutulan verilişi izləyə bilər. Belə verilişlərin müsbət təsiri
barədə müxtəlif mülahizələr və fərziyyələr irəli sürülsə də, bir
şey aydındır ki, onlar televiziyadan maraqlandıqları məlumatı
almaqla, sevimli personajları ilə görüşməklə dünyagörüşlərini
artırmaq imkanı qazanırlar. “Tədqiqatçıların fikrincə, hər gün
televiziya qarşısında orta hesabla bir saat oturan uşaqlar özlə
rinin inkişaf səviyyəsinə, maraq dairəsinə görə televizora az ba
xan yaşıdlarından üstündürlər” (52, səh. 176) və onların televizor
vasitəsilə aldıqları bilgilər tədris prosesində köməkçi vasitə ki
mi daha ətraflı məlumata yiyələnmələrinə, həmçinin qavranılan
məlumatların yaddaşda daha möhkəm qalmasına imkan verir.
306
Verilən informasiya görüntü ilə müşayiət olunduğundan onun
təsir effekti çox olmaqla bərabər, yaddaşa həkk olunaraq, uzun
müddət özünə yer almasına imkan verir. Deməli, uşaqlar və ye
niyetmələr televizor qarşısında oturmaqla həm asudə vaxtla
rını səmərəli keçirərək mədəni səviyyələrini artırmaq, həm də
müəyyən sahələr ətrafında biliklər əldə etmək imkanı qazanırlar.
Uşaq və yeniyetmələr üçün verilişlər, ilk növbədə, yaş qrupları
na görə bölünür və onların qavrama imkanlarına uyğun təqdimat
formaları seçilir. Azyaşlı və məktəbəqədər uşaqlar üçün hərflərin,
sayların öyrədilməsi, gülməli personajların ifasında nağıl danışıl
ması, cizgi filmlərinin nümayişi yolu ilə tədris icra olunur və on
lara ümumi məlumatlar verilir. İbtidai və yuxarı sinif şagirdləri
üçün məzəli əhvalatlar, mahnılar, ensiklopedik məlumatlar,
müəyyən sahələr – din, mədəniyyət, davranış və s. üzrə ətraflı
məlumat, tədrislə paralel ədəbi əsərlərin səhnələşdirilməsi, uşaq
teatrı, rəqs, heyvanlar aləmi ilə tanışlıq, təhsildə uğurları ilə seçilən
yaşıdları ilə tanışlıq, idman yarışları, müxtəlif oyunlar üzərində
qurulan verilişlər təqdim olunur. Yeniyetmələr və buraxılış sinif
şagirdləri üçün intellektual oyunlar, yaşıdlarının üzləşdiyi sosial,
psixoloji problemlər, onların yaradıcı fəaliyyəti ətrafında qurulan
və daha çox zərərli vərdişlərin əleyhinə təbliğat aparan, onları
əməyə, təhsilə, sənətə yönəldən, mənəvi, mədəni dəyərlərə yaxın
laşdıran, humanizm, vətənpərvərlik tərbiyəsini aparan verilişlər
təqdim olunur. Dünya televiziya təcrübəsində uşaqlar üçün seri
allar, silsilə proqramlar və əyləncəli şoular ən çox yayılmış forma
kimi neçəneçə nəslin inkişafında əhəmiyyətli rol oynamışdır: SSRİ
dönəmində “Gecəniz xeyrə qalsın, körpələr”, “ABVQDeyka”,
“Budilnik”, “Nağılların qonağı, “16ya qədər və ondan yuxarı”;
ABŞda “Tilsimli küçə”, İtaliyada “Fantastiko”, əksər ölkələrin
televiziyalarında “Telepuziklər” serialları böyük tərbiyəvi və
öy rədici gücə malik olan layihələr kimi dəyərləndirilməlidir.
Azərbaycan televiziyasında da uşaqlara və yeniyetmələrə ün
vanlanan verilişlər təqdim olunurdu: “Piri babanın nağılları”,
“Poçtalyon əmi”, “Huşsuz”, “Cırtdan və dostları”, “Fırçam, karan
daşım var”. Özünün yaradıcı həllinə və mövzu xüsusiyyətinə görə
Mərkəzi kanalların verilişlərindən geri qalan və bir qədər primi
tiv tərzdə təqdim olunan bu verilişlər seçim imkanı olmadığından
azərbaycandilli auditoriya tərəfindən böyük maraqla qarşılanırdı.
Çağdaş teleməkanda uşaq verilişlərinin əhəmiyyəti daha da
artmışdır. Belə ki, xarici filmlərin geniş yayımlanması, Rusiya və
Türkiyə kanallarının ölkədə yayımı, həmçinin peyk antenaları
307
vasitəsilə bir çox digər kanalları sərbəst izləmək imkanı ölkəmizin
yetişməkdə olan nəslinin fərqli dünyagörüş və mədəniyyətlərə
uyğunlaşmasına, bununla da milli köklərdən, adətənənələrdən
uzaqlaşmasına imkan verə bilər. Deməli, ölkə kanalları uşaq
ların zövqünə, dünya teleekranlarında yayımlanan verilişlərin
səviyyəsinə uyğun, dinamik, rəngarəng, adətlərimizə, dövlətçilik
prinsiplərinə söykənən, milli təhsil sisteminə uyğun tərzdə
verilişlər təqdim edərək həm kənar təsirləri zərərsizləşdirməli,
həm də azyaşlı tamaşaçıları öz efir saatı ətrafına toplayaraq, on
ların intellektual imkanlarının genişlənməsinə çalışmalıdırlar.
Uşaq verilişlərinin ölkə telekanallarında təcəssüm mənzərəsinə
nəzər yetirərkən, bu sahədə kifayət qədər ciddi problemlərin möv
cudluğu göz önünə gəlir. Azərbaycan Respublikası Milli Televizi
ya və Radio Şurasının monitorinqinin nəticələrinə əsasən gündəlik
efirində ANS uşaqlara 48 dəqiqə, “Space” – 39 dəqiqə, ATV – 37. 5
dəqiqə, “Lider” kanalı isə 19 dəqiqə vaxt ayırır (317). Bu göstəricilər
az olsa da, hesab edirik ki, mühüm olanı verilişlərin keyfiyyəti və
yaradıcı gücüdür. Bir çox hallarda kanallar uşaq və yeniyetmələr
üçün veriliş hazırlayarkən yaş qruplarının tələblərini nəzərə alma
yaraq ya qarışıq tərzdə hamısını , yaxud da bir yaş həddini nəzərə
almaqla işlərini bitmiş sayırlar. Hər bir televiziya tədris funksiyası
nın icrasından irəli gələrək bütün yaş qruplarının psixologiyasını,
onlarla efir ünsiyyətinin pedaqoji əsasları nı mükəmməl öyrənib
azyaşlılar, məktəblilər və yeniyetmələr üçün ekran nümunələrini
təqdim etməlidirlər. Bu məsələ kanalları daha çox narahat etməli
və onlar zövqlü proqramların hazırlanmasına çalışmalıdırlar.
Azərbaycan Dövlət Televiziyasında başlıca yaradıcı və fəaliyyət
siyasəti kimi uşaq verilişləri önə çıxaraq dövlətin təhsil proqramı
na və uşaqların mənəvi tərbiyələnmə işinə uyğun tərzdə təqdim
olunmalıdır. AzTVnin kəmiyyət etibarı ilə çeşidli proqramla
rı ekrana gəlsə də, uşaq və yeniyetmə auditoriyasını cəlb edən
verilişlərdən danışmaq, sadəcə, mümkün deyil. “Sehrli güzgü”,
“Dərədəntəpədən”, “Pəncərə”, “Çıraq”, “Birimiz, hamımız”,
“Şən mozaika”, “Macəra”, “Qlobus”, “Məktəblilərin “Tusi” klu
bu” özü nün yeknəsəqliyi, zövqsüz və primitiv təqdimatı ilə seçilir,
ta maşaçının marağını cəlb etməkdən xeyli uzaq dururdu. Dövlət
Televiziyasında uşaq verilişlərinin bədii cəhətdən sönük və uşaq
ların marağına uyğun tərzdə olmadığını vurğulayan Elşad Quliye
vin “Tusi”, “Sehrli güzgü” və “Qlobus” verilişlərini tənqid edərək
axırıncı barədə dediyi “Bu veriliş keçən əsrin sonundan efirə çıxıb
və o vaxtdan indiyədək yeknəsəq, ibrətverici tutumu zərrə qədər
308
də dəyişməyib” (52, səh. 176) fikri uşaq verilişlərində AzTVnin
bütün qalan verilişlərdə olduğu kimi basmaqəlibi saxlayaraq
illərlə eyni metod, eyni studiya və estetik həll ilə işləmək yolunu
seçməsini sübut etmiş olur.
Tənqidçi Elnur Aslanbəyli özünün “Onlar uşaq olsalar da…”
məqaləsində AzTVnin bu sahədə yarıtmaz fəaliyyətdə olduğu
nu deyərək “Macəra” verilişi barədə “sü jetlərin sönük, maraqsız
hazırlanması bir yana, uşaqların yaşına və dünyagörüşünə uy
ğun gəlməyən lətifələrin onların ifasında səhnələşdirilməsi xeyli
yumşaq desək, qeyripeşəkarlıq əlamətidir” (8) tənqidi fikirlərini
söyləyir. Hesab edirik ki, müəllif haqlıdır: veriliş hazırlanarkən
yaş psixologiyası və pedaqogikası düzgün müəyyənləşdirilməli və
tərbiyəvi əhəmiyyət önə çə kilməlidir. Yalnız bəsit gülüş naminə,
bəzən uşaq yaşına aid olmayan lətifələrin səhnələşdirilməsi və bu
nunla da vaxtilə Moskva kinematoqrafçıları tərəfindən uğurla ha
zırlanan “Yeralaş” uşaq satirik jurnalının yersiz təkrarına efir vaxtı
vermək ciddi səhv kimi dəyərləndirilməlidir.
Məqalə müəllifinin gündəlik axşam efirində (19:40) yer alan 15
də qiqəlik “Sehrli güzgü” verilişinin konsepsiyasının bəlli olmadı
ğını önə çəkərək onun “Spokoynıye noçi, malışi!” verilişinin pro
fessionallıqdan uzaq təqlidi olduğunu söyləməsi AzTVnin uşaq
verilişlərinin uğursuzluğu barədə gerçək mənzərəni gös tərmiş
olur. Təəssüflə qeyd etməliyik ki, yeniyetmələrin mənəvi tərbiyə
si, onların mədəniintellektual səviyyələrinin yüksəldilməsi və
bilavasitə tədrisinə yönələn verilişlərin ümumiyyətlə, AzTV efi
rində görünməməsi, bu nəslin nümayəndələrinin diqqətdən
kənarda qalması, onların marağına səbəb olacaq intellektual
veri liş lərin sönük, ekran estetikası prinsiplərindən uzaq tərzdə,
aşağı sə viyyəli rejissor həlli ilə təqdimatı kifayət qədər ciddi və
narahatlı a səbəb ola biləcək məsələdir.
Kommersiya kanallarının uşaq və yeniyetmə verilişləri barədə
danışarkən onu deməliyik ki, fəaliyyət müddətləri az olan kanal
larda bu sahədə işlərin tarixi də az olduğundan və təcrübə azlığı
uşaq təlimi, onun ənənəvi tərbiyəsinə yönəlmiş fəaliyyət özünün
təşəkkül dönəmini yaşamaqdadır. Baxımlılığına görə dövlət ka
nalından öndə olan kommersiya televiziyalarının uşaqların daha
baxımlı saatlarında onların zövq və maraq dairəsinə daxil ola
biləcək, qayəsində mənəvi tərbiyələnməni ehtiva edən, müasir bi
çimli verilişlərə yer ayırması olduqca vacib, yeni nəslin formalaş
ması işində mühüm məsələdir.
309
ANS kanalının efirində yayımlanan “Bala dili” proqramı ba rədə
televiziya tənqidçisi Elşad Quliyev “yaxşı düşünülmüş quruluşu
olduğunu, zərif estetik düzümünün tamaşaçını cəlb etdiyini” (52,
səh. 178) və apa rıcının saxta danışmadığını söyləsə də bu fikirlə
razılaşmaq olmaz. İdeyaməzmun etibarı ilə maraq kəsb etsə də,
“Bala dili”nin estetik həllində kifayət qədər aydın nəzərə çarpan
qüsurlar onu görünüş etibarı ilə uşaq verilişindən uzaq salmaqla
bərabər, aparıcının səmimilikdən uzaq, həmçinin ifadəsiz, quru,
orfoepiya qaydalarına, televiziya danışıq prinsipinə zidd şəkildə
qurulan nitqi təkcə verilişin bədii gücünü azaltmır, həmçinin
uşaqların nitqinin də səhv biçimlənməsinə rəvac vermiş olurdu.
Lakin bir mühüm müsbət cəhəti qeyd etmək lazımdır ki, 2003
cü ilin sentyabrından başlayaraq “Bala dili” proqramının vax
tının uzadılaraq hər həftənin bazar günü saat 9.00dan 12.00a
qədər davam etməsi və fərqli mövzuları əhatə edərək uşaqların
dünyagörüşlərinin artırılmasına, müxtəlif sahələrdə – dini, əxlaqi
biliklərə olan maraqlarının təmin olunmasına, həmçinin uşaqla
rı faydalı işlərlə məşğul olmağa, heyvanlara müsbət münasibət
göstərməyə yönəlmiş çağırışları mühüm iş hesab oluna bilər. Ve
rilişin dəyişən konseptual həlli daha əhatəli və mənəvi tərbiyə ilə
əyləncənin bağlılığı üzərində tamlıqla qurulmaqla, uşaqların ek
ran başında toplanmasına imkan yaratmış olur. Verilişin forma
həllində uçan kosmik raket və oradan hadisələrə baxış özünün
dünyasını yaratmaq istəyən uşaqlar üçün maraqlı ola biləcək bir
tapıntıdır və onun bütünlüklə estetik cəhətdən qorunması yüksək
qiymətləndirilməlidir. Lakin burada da aparıcının nitq nöqsanla
rı, gərginliyi uşaqlarla səmimi ünsiyyətin yaranmasına mane olur,
verilişin baxımlılığına xələl yetirirdi.
“Lider” kanalının efirində yer alan “Bumeranq” verilişində mü
ğən nilərin öz həyatlarını danışmasını və uşaqların onlara sual vermə
sini tənqidçi Elşad Quliyev mənfi tendensiya kimi qiymətləndirib,
“ulduzların özlərinin intellektual və mədəni infantil vəziyyətindən
çıxa bilmədiyini” (52, səh. 179) və uşaqlara həsr olunmuş verilişlərdə
yol verilən bu, həmçinin digər diqqətsizliklərin mənəvimədəni,
intellektual tərbiyə işinə böyük zərər vurduğunu açıqlayır. “Li
der” kanalının “Mən uşaq olsam da…”, “Kim yatmış, kim oyaq?”
verilişlərində də müğənnilərin iştirakı, orada səslənən bayağı sual
ları, uşaqların öz yaşlarına aid olmayan mahnıları oxumalarına im
kan verilməsini antimaarifçilik adlandıran televiziya yazarı Sevda
kifayət qədər təhlükəli olan bu fəaliyyəti tənqid edərək “Konsep
siyası olmayan belə proqramların maarifçilik yox, antimaarifçilik
missiyasını yerinə yetirdiyini” yazır (86). Söylənilən fikir populyar
310
adamların efirdə görünməsi hesabına reytinq yığmaq həvəsi ilə bağ
lı kanalların apardıqları işi göstərmiş olur, lakin bu da bir həqiqətdir
ki, uşaq verilişlərindən reytinq tələb etmək yox, orada tədris işinin
effektivliyini güdmək cəmiyyət qarşısında kanalın daşıdığı başlıca
ictimai məsuliyyətidir. Belə verilişlərin maliyyələşdirilməsinin bir
çox hallarda kanallar üçün çətin olduğunu nəzərə alıb, yuxarıda
dediyimiz kimi sahibkarların maraqlandırılması yolu ilə – onları
marketinq fəaliyyəti prizmasından ünvanlı tamaşaçı auditoriya
sı arasında təbliğ etməklə maliyyələşməni həyata keçirmək qəbul
olunmuş qaydadır.
Təəssüflə deyilməlidir ki, bir çox hallarda sponsorların cəlb
olun ması və onların verilişdə təbliği işi proqramın konsepsiyasını
təşkil edir, ideya yükü, onun təcəssümü ikinci dərəcəli işə çevrilir.
“Space” kanalında “Bizim planet”in yeganə məqsədi proqramın
sponsoru “Noxodi”ni istedadsız şəkildə təbliğ etməkdən ibarətdir.
Əgər belə olmasaydı, 15 dəqiqəlik verilişin yarıdan çoxu sponso
run təbliğinə yönəlməzdi. Bu veriliş firmanın öz mallarının satışını
təşkil etmək üçün, sadəcə, vasitə rolunu oynayır” fikri (86) kifayət
qədər təhlükəli bir məsələ olub, uşaqların həvəsləndirmə yolu ilə
alıcılığa sövq edilməsidir ki, bundan mümkün qədər uzaq olmaq
gərəkdir. Yaradıcı baxımdan bəsit, baxımsız olan bu veriliş hər gün
saat 18.10da yayımlanır və uşaqların mənəvi tərbiyəsində, tədrisin
qavranılmasında heç bir faydalı rol oynaya bilmir. Məqalə müəllifi
haqlı olaraq verilişdə verilən cizgi filminin dəhşətli olduğunu və
aparıcı obrazları Yuni və Cuni robotlarının “əcaib məxluqlardan
fərqlənmədiyini” göstərərək, bunu sponsoru pərdələmək naminə
istifadə olunan vasitə adlandırır. Bütün bu qabardılan faktlar “Bi
zim planet” verilişinin məzmun və formasında təzahür edən ciddi
nöqsanları göstərir və hesab edirik ki, “Space” kanalında “Böyüklər
bizi görməyəndə”, ATV kanalında “Söyüdlü bağça” verilişləri də
daxil olmaqla ölkə teleməkanında uşaq verilişləri yaradıcılığı bit
kin vəziyyətdə deyil, bu sahədə ciddi yaradıcı nöqsanlar mövcud
dur. Bu hallar kanalların tədris funksiyasını yerinə yetirməsi işini
gerilədir, onların uşaq auditoriyasına ünvanlamış verilişlərinin sö
nük olması uşaqları tamlıqla ekran qarşısından uzaqlaşdırır. Uşaq
verilişlərinin tədris, pedaqoji, sosial və ictimai əhəmiyyətini önə
çəkərək və bu cür verilişlərin tədris funksiyasının tərkib hissəsində
mühüm olmasını qeyd edərək, kanalların efir vaxtında yer alma
sını, zövqlü, bədii cəhətdən əsaslanmış tərzdə, ideyaməzmun
baxımından önəm daşıyan, uşaqların intellektual səviyyələrinin
artırılmasına yönəlmiş dinamik proqramların olmasını qaçılmaz
311
zərurət hesab edirik. Bu sahədə ölkə teleməkanında olduqca aşa
ğı səviyyənin müşahidə olunmasını və tədris prosesində iştirak
etməməsini ciddi çatışmazlıq kimi yubanmadan aradan qaldırıl
masını vacib sayırıq. Bu işə dövlət qurumları – Azərbaycan Res
publikası Milli Televiziya və Radio Şurası, Təhsil Nazirliyi ilə ya
naşı, uşaqlar və təhsillə bağlı qeyrihökumət təşkilatları da fəal
qoşulmalıdırlar.
Dostları ilə paylaş: |