TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Kommersiya kanallarında xəbər proqramları



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
Kommersiya kanallarında xəbər proqramları. Azərbaycan döv­

lət televiziyasının bazasında 1991­ci ildə yaranan ANS tez bir za­

manda kommersiya kanalı kimi yayımlandı və tamaşaçı marağı­

na, rəğbətinə səbəb oldu. Elə adından göründüyü kimi, ANS təşkil 

olunanduğu  ilk  vaxtlardan  informasiyaya  böyük  yer  ayırırdı. 

AzTV­də fəaliyyət göstərdiyi müddətdə efirə gedən və sonra ANS­

in  xəbərlər  proqramına  çevrilən  “Xəbərçi”  müstəqil  informasiya 

proqramı, bu sahənin avanqardı kimi çağdaş televiziya tarixində 

özünəməxsus yer ala bilmişdir.

“Xəbərçi”  informasiya  sahəsində  uzun  və  şərəfli  bir  yolu  qət 

edərək  yeni  kanalların  informasiya  proqramlarına  müsbət  təsir 

edərək,  jurnalistikada  daha  müstəqil  düşüncəyə,  analitik  təhlilə 

malik nəslin yetişməsində əhəmiyyətli rol oynaya bilmişdir. Mir­

şahin Ağayev, Sevil Nuriyeva, Sevda Həsənova və daha bir neçə 

aparıcının yeni tərzi, aparıcı vərdişləri ilə “Xəbərçi” tamaşaçı üçün 

yeni  bir  informasiya  proqramının  obrazının  yaradılmasında  işti­

rak  etmişdir.  Xəbəri  qərəzsiz,  vicdanla,  dəqiq  və  operativ  çatdı­

ran, hadisə yerində olan, baş verənləri olduğu kimi yeni tərzdə, 

fərqli  yanaşma  ilə  çatdıran  proqram  tez  bir  zamanda  tamaşaçı 

üçün inam və etibar mənbəyinə çevrildi. Azərbaycan tamaşaçısını 



176

ən son xəbərlərin dəqiq və operativ alınması üçün ANS kanalını 

izləməsi, əslində, bu inam və etibar hissinin məntiqi nəticəsi idi. 

Bu  gün  də  ölkədə  bir  neçə  kanalın  fəaliyyətdə  olduğu,  xəbərlər 

proqramlarının çoxluğu şəraitində ANS kanalı özünün informasi­

ya sahəsində öncüllüyünü saxlayır. 

ANS  kanalında  informasiya  funksiyasının  təcəssümolunma 

mənzərəsinə  diqqət  yetirərkən,  sözsüz,  informasiya  proqramla­

rı  içərisində  liderlik  edən  “Xəbərçi”ni,  onun  yaradıcı  tərəflərini, 

yenilikçi cəhətlərini, həmçinin qüsurlu məqamlarını qeyd etmək 

lazımdır.  Gün  ərzində  bir  neçə  dəfə  ekranlara  çıxan  “Xəbərçi” 

ölkənin ictimai­siyasi, sosial­mədəni həyatında özünün təsirli, bu 

sahələrin tərəfsiz işıqlandırıcısı kimi nüfüzlu rolunu oynamaqla, 

bir  çox  hallarda  televiziyanın  informasiya  funksiyasından  daha 

çox işlər görməklə, həm də təşkilati funksiya ilə məşğul olur. Bu, 

proqramın  ədalətli  mövqe  tutaraq  problemlərlə  üzləşən  insanla­

rın məmur özbaşınalığına qarşı mübarizəsini tam işıqlandırmaq, 

göstərmək  və  dəfələrlə  əks  etdirməklə  problemlərin  həllinə  nail 

olmaqda prinsipial mövqe tutması ilə  bağlıdır. Bu barədə biz tele­

viziyanın təşkilati funksiyasından danışarkən məlumat verəcəyik.

Xəbər,  onun  tərəfsiz  təqdimatı,  qərəzsiz  yanaşma  metodu  və 

demokratik  mühitin  yaranmasında  əvəzsiz  rolu  yeni  kanalla­

rın  yaranmasına  baxmayaraq,  “Xəbərçi”  proqramının,  reytinq 

cədvəllərində  lider  olmasını  təmin  etmişdir.  Burada,  sözsüz  ki, 

peşəkar  komandanın,  nyusmeykerlərin  –  informasiya  işçilərinin 

operativliyi,  dəqiqliyi  böyük  rol  oynamışdır.  “Xəbərçi”  özünün 

texniki  təchizatları  və  avadanlıqlarının  imkan  verdiyi  sərhəddə 

baş  verən  hadisələri  maksimum  operativliklə  çatdırmaq  işində 

böyük təcrübə qazandığından, bu gün Azərbaycan tamaşaçısı baş 

vermiş xəbərin sorağını məhz bu proqramda axtarır. Bu, televiziya 

və xəbər xidməti üçün kifayət qədər böyük uğurdur ki, bunu qeyd 

etməmək olmaz. Bir çox hallarda ANS kanalını daha çox informa­

siya kanalı kimi dəyərləndirirlər ki, bu da onun bu sahədə kifayət 

qədər  böyük  diqqətlə  çalışması  ilə  əlaqələndirilməlidir.  İstər 

ölkədaxili hadisələri – bədbəxt hadisələr, qəzalar, təbii fəlakətlər, 

seçkilər,  siyasi,  iqtisadi  tədbirlər  –  istərsə  də  xaricdə  baş  verən 

ən  qaynar  xəbərləri  dərhal,  operativliklə  çatdırmaq  təcrübəsi 

“Xəbərçi”nin  ölkə  kanallarının  xəbər  verilişləri  arasında  öndə 

getməsinə imkan vermişdir. Cəbhə xətlərində, hadisələrin baş ver­

diyi yerlərdə jurnalistlər öz peşə borclarını həyata keçirmək üçün 

təhlükələrlə  üzləşmələrinə  baxmayaraq,  tamaşaçıya  həqiqəti  tez 

çatdırmaq üçün artıq uzun illərdir ki, çalışırlar. Döyüşlərdən, ter­



177

ror hadisələrindən operativliklə hazırlanan süjetlər; Bakı şəhərində 

2000­ci  ilin  25  noyabrında  baş  ver miş  zəlzələ  zamanı  fasiləsiz 

xəbərlərin  verilməsi,  şəhərdəki  durumun  əks  olunması;  2003­cü 

ilin 15 oktyabr prezident seçkiləri, 16 oktyabr müxalifətin qanun­

suz hərəkətləri vaxtı operativ xə bərlərin çatdırılması; 2003­cü ilin 

12  dekabrında  Azərbaycan  xalqının  Ümummilli  lideri  Heydər 

Əliyevin  vəfatı  ilə  bağlı  bütün  gecəni  efirdə  olaraq  tamaşaçılara 

olanları  çatdırıb,  bu  acı  xəbərdən  təsirlənən  insanlara  təskinlik 

vermək  cəhdi  və  sonrakı  günlərdə  baş  verən  hadisələri  ətraflı 

işıqlandırılması; İraq savaşı zamanı döyüşlərin getdiyi ən qaynar 

yerlərdən birbaşa hazırlanan süjetlər, Türkiyə, Gürcüstan, Rusiya­

da baş verən siyasi hadisələri operativliklə çatdırma “Xəbərçi”nin 

fəaliyyətində  qazandığı  uğurların  yalnız  bir  hissəsidir.  İnfor­

masiya  cəbhəsində  qazandıqları  bütün  bu  uğurlar  “Xəbərçi”nin 

püxtələşməsi, onun yenilikləri, axtarışları cəsarətlə öz fəaliyyətinə 

cəlb etməsi ilə müşayiət olunması baxımından təqdirəlayiqdir.

“Xəbərçi”nin özünün informasiya sahəsində əldə etdiyi uğurlar­

la  kifayətlənməyib  yeni  yaradıcı  axtarışlarla  bərabər,  proqramın 

yeniləşməsi, müasirləşməsi və daha əhatəli olması istiqamətində 

də  durmadan  çalışması  təqdirəlayiq  hal  kimi  televiziya  yaradı­

cılığı  prosesində  bir  uğurlu  hadisə  kimi  dəyərləndirilməlidir. 

“Xəbərçi”  proqramı  periodik  olaraq  özünün  studiyasının  dizay­

nında,  aparıcılarda  dəyişiklik  etməklə,  əslində,  yeniləşməni  ek­

rana gətirmək istəyir. Bu, olduqca mühüm və əhəmiyyətli bir iş 

kimi televiziya işində qeyd olunmalı, digər kanallar tərəfindən də 

həyata keçirilməlidir. Doğrudur, bir çox hallarda dünya kanalla­

rında  yeniləşmə,  adətən,  zahiri  xarakter  daşımaqla  bədii­estetik 

yük  daşıyır  və  aparıcılara,  tanınmış  sifətlərə,  həmçinin  təcrübəli 

reportyorlara  aid  olmur.  Bir  çox  hallarda  məhz  uzun  illər  çalı­

şan və tamaşaçıda inam, rəğbət hissi qazanmış aparıcıların efirdə 

görünməsini  kanal,  proqram  üçün  ən  böyük  uğur  sayıldığını 

nəzərə alıb, aparıcıların tez­tez dəyişimi prosesini birmənalı uğur 

adlandıra bilmərik. Lakin ANS tərəfindən bu işin yeni  nəsil daha 

peşəkar  aparıcıların  yetişməsi  naminə  edildiyini  nəzərə  alaraq, 

müsbət  hadisə  kimi  qeyd  edə  bilərik. ANS­in  efirdə  gənc  aparı­

cılara yer verməsi heç də həmişə lazımi nəticəni vermir. Bir çox 

hallarda “Xəbərçi” efirində kifayət qədər gənc, zahiri cəhətdən bir 

o qədər də efirə yararlı olmayan, nitqində kifayət qədər orfoepik, 

təbii qüsurlar olan; ekran qarşısında gərginlik keçirən; xəbər apa­

rıcısından daha çox xaotik danışan diktora bənzəyən; xəbərlərin 

mozaik  strukturu  arasında  məntiqli  rabitə  qurmağa  qadir  olma­



178

yan; gedəcək süjetlərdən tam xəbərsiz olduğu görkəmindən, da­

varanışından  duyulan;  gözü  kifayət  qədər  böyük  diqqətlə  sufl­

yora dikilmiş, səhv etmək təhlükəsinin bütün əlamətləri üzündə 

əks  olunan,  bir  çox  hallarda  düzgün  oxuya  bilməyən;  monoton, 

quru, ifadəsiz nitqi, jest, mimikadan istifadə etmədiyi üçün can­

sız görünən aparıcıların görünməsi proqramın gücünə mənfi təsir 

göstərmiş olur. Bir çox hallarda ekranda xəbər aparıcısından daha 

çox, diktorla aparıcının simbiozuna bənzəyirlər ki, bu da tamaşa­

çıda emosional təsiri azaltmaqla onun süjetə, bütövlükdə xəbərə 

köklənməsinə imkan vermir. Həmçinin tamaşaçıda bu qüsurlu və 

cansıxıcı aparıcılara qarşı inamsızlıq, etibarsızlıq hissi aşılanır ki, 

bu da nəticədə proqramın işinə mənfi təsir etmiş olur. Daha bir 

misalla bu faktın ictimai tənqidə məruz qaldığını göstərmiş olar­

dıq. “525­ci qəzet”in yazarı Sevda “Azərbaycan yaraları” yazısında 

aparıcı probleminə toxunaraq yazır: “Kanalların informasiya bu­

raxılışlarının əksər aparıcılarının xəbərin necə çatdırılması, efirdə 

xəbərləri  təqdimetmə  zamanı  özlərini  necə  aparmaları  haqda 

təsəvvürləri  məhduddur”  (81,  səh.  4).  Daha  sonra  “Xəbərçi”nin 

aparıcısı Aytən Səfərovanın Türkiyədə mitinq iştirakçılarının polis 

tərəfindən qovulması ilə bağlı canlı bağlantıya münasibətini qeyd 

edən yazar bunu cəsarətlə tənqid edir “Bağlantının sonunda Aytən 

Səfərova üzündə təbəssüm həmkarını bir daha təqdim etdi. Elə bil 

ki, S. Həsənova Türkiyədən ona hansısa şad xəbəri çatdırıb”  (81, 

səh. 4) .

“Xəbərçi”  proqramının  vaxtaşırı  bədii  cəhətdən  yeniləşmə  ya­

şaması  tamaşaçının  ovqatına  təsir  etməklə  onun  uzun  müddət 

eyni  bir  görüntüyə  alışması  üzündən  yarana  biləcək  yoruculu­

ğun  da  qarşısının  alınmasına  xidmət  edir.  Lakin  “Xəbərçi”nin 

müsbət cəhəti təkcə yoruculuğun qarşısının alınması naminə ye­

nilik etməkdə deyil, həm də biçim etibarı ilə daha da kamilləşmə 

prosesini  yaşamaqdadır.  “Xəbərçi”nin  estetik  görünüşündə  har­

moniya,  rənglərin  əlvanlığı,  rəng  dəyişiminin  ümumi  əhvala 

təsiri  olduqca  maraqlı  tapıntı  kimi  dəyərləndirilməlidir.  Qırmızı 

və narıncı rənglərin üzvi qarışığının dominantlıq etdiyi başlıqda 

halqaların musiqinin ritminə uyğun dəyişimini, halqanın real kad­

rı əhatə etməklə buraxılış başlayana qədər tamaşaçını aparıcı ilə 

tanış etməsini, onu xəbərə kökləməsi baxımından uğurlu tapıntı 

adlandırmaq  olar.  Həmçinin  başlığın  hazırlanmasında  qrafika 

işinin  kamilliyini  də  qeyd  etmək  lazımdır.  Proqram  başlığının 

uğurlu icrası məhz qrafika işinin uğuru ilə dəyərləndirilməlidir. 

Kompyuter qrafikası və animasiyası artıq bir neçə müddətdir ki, 



179

televiziya  işinə  cəsarətlə  daxil  olaraq  onun  rəngarəngliyinin  ar­

tırılmasında,  effektlərin  görünməsində  iştirak  edir.  Audiovizual 

sənətin bir qolu olan kompyuterlə verilən dizayn, yəni qrafika işi 

teleproqramların başlıqlarının, kanalın arakəsmələrinin, həmçinin 

göstərilməsi mümkün olmayan, çətinlik yaradan mənzərələrin ya­

ranmasında cəsarətlə iştirak edir. Texniki nailiyyətlər bu işin asan­

laşmasına xidmət etsə də, yenə də yaradıcı, sənətkar münasibəti 

özünün aktuallığını saxlayır. Qrafika təsviri sənətin prinsipləri ilə 

uzlaşan kamil estetik platformaya, ahəngə, harmoniyaya söykənən 

mürəkkəb bir proses kimi həqiqi sənətkarlıq qabiliyyəti tələb edir. 

Qeyri­peşəkarlıqla icra olunmuş qrafika işi teleekranda “çirklilik“ 

yaratmaqla  ifadə  vasitəsi  olmaq  əvəzinə,  lazımsız  yükə  çevrilə 

bilər. Məhz bu baxımdan, qrafika işinin kamilliyi televiziya işində 

kifayət qədər lazımlı və vacib məsələdir. 

“Xəbərçi”nin bədii cəhətdən tamamlanmasında böyük rol oyna­

yan başlıq, həmçinin proqram boyu titrlərda, müxtəlif yazılarda və 

ya kadrları əvəz edən foto­görüntülər zamanı, telefon bağlantıla­

rında təsvirlərin fonda, həmçinin digər yerlərdə verilməsi özünün 

kamil, ustalıqla hazırlanmış forması ilə ekrana bədiilik, dolğunluq, 

estetik kamillik gətirir. Tamaşaçı hətta ən tərpənməz fotoya baxa­

raq  uzun­uzadı  telefon  müsahibəsini  dinləyərkən  yorulmamalı, 

özünü  radio  dinləyicisi  kimi  hiss  etməməlidir.  Televiziya  işinin 

ən  çətin  məqamlarından  biri  də  məhz  budur.  Tamaşaçı  həmişə 

videocanlılığı, ekran aktivliyini duymalıdır. Bu amil həm də psi­

xoloji yük daşıyır, dəyişən və ya fəal görüntü tamaşaçını ekrana 

daha da yaxınlaşdırır, onun usanmasına imkan vermir. Ekran ak­

tivliyi görüntü azlığı zamanı və ya onun ümumiyyətlə olmaması 

vaxtı  digər  ifadə  vasitələri  və  ya  texniki  əvəzləmələrlə  yaradılır. 

Əvvəldə  danışdığımız  studiya  monitoru,  qrafik  izah  və  fotonun 

ekrana gəlməsi, arxa fonun qrafik həllin köməyi ilə aktiv olması 

əvəzləyici funksiya daşıyır. 

“Xəbərçi”də qrafik həllin icra səviyyəsinin yüksək olması, uğurlu 

rəng və biçim seçimi, onun bütün veriliş boyu iştirak etməsi proq­

ramın  estetik  həllinin  kamil,  bütöv,  üzvi  vəhdətdə  görünməsinə 

imkan verir. Bu amil televiziya proqramı üçün olduqca vacib və 

taleyüklüdür. Belə ki, verilişin əsas mahiyyətinin görüntü zama­

nı  açıldığını  və  məhz  göz  qavramasına  işlədiyini  nəzərə  alsaq, 

deməli, onun zövqlə biçimlənməsinə, estetik cəhətdən kamilliklə 

bəzədilməsinə ehtiyac var; daha dəqiq desək, bu, qaçılmaz tələbdir. 

Estetik həll zamanı proqramın xarakter, forma quruluşuna uyğun 

vahid  konsepsiyaya  söykənmədikdə,  ekrana  xaos  çıxa  bilər  ki, 



180

bu  da  mənfi  təsirini  göstərməklə  bərabər,  proqramın  baxımlılıq 

səviyyəsini  də  aşağı  salmaq  iqtidarındadır.  “Xəbərçi”nin  estetik 

həllində  bu  üzvi  vəhdət  özünü  tamlıqla  göstərdiyindən  ekrana 

baxımlı proqramın çıxması ilə nəticələnir ki, bu da yaradıcıların: 

rejissor, rəssam və qrafika dizaynerinin uğuru hesab oluna bilər.

Proqramın qrafik həllində tapılan forma, rəng harmoniyası özü­

nü studiya dizaynında da büruzə verir. Studiyanın özünə gərəkli 

görüntü verilməsi baxımından arxa fonun şüşə  olması və onun ar­

dında xəbər otağının görünməsi, otaqda kompyuterlər, televizor­

lar, işçilərin olması, onların hərəkəti ilə yaranan dinamika, dərinlik 

xəbər  verilişinin  xarakterinə  uyğun  olaraq  maraqlı,  diqqəti  cəlb 

edən  formadır.  Həmçinin  şüşənin  ətrafında  qırmızı  rəngdən  və 

proqramın  qrafik  həllində  işlədilən  elementlərdən  istifadə  olun­

ması, masanın qırmızı rəngdə seçilməsi rəng­forma vəhdətini ya­

ratmaqla proqrama görünüş gözəlliyi bəxş edir. Onu da deyək ki, 

qırmızı rəng bütövlükdə kanalın rəngi kimi qəbul olunub və bütün 

proqramlarda, arakəsmələrdə dominantlıq edir. Bu, televiziyanın 

bədii­estetik  simasının  yaranmasında  olduqca  vacib  bir  element 

kimi dəyərləndirilməlidir.

“Xəbərçi”nin rejissor həllindən danışarkən yuxarıda qeyd etdi­

yimiz forma bitkinliyinə nail olunmasını kifayət qədər uğurlu he­

sab edərək, bunu rejissor konsepsiyasının olması ilə əlaqələndirə 

bilərik. Lakin süjetlərin görüntü həllində rejissor və montaj işində 

olan  kifayət  qədər  nöqsanlar  özünü  qabarıq  şəkildə  əks  etdirir. 

Burada  cəsarətlə  deməliyik  ki,  bir  çox  hallarda  xəbərə  üstünlük 

verən efir prodüseri və ya redaktoru televiziyanın əsas dili olan 

görüntü həllini ikinci plana atmaqla, əslində, informasiyanın yoru­

cu tərzdə təqdimatına rəvac verirlər. “Xəbərçi”nin bir buraxılışına 

nəzər yetirək: 2 yanvar 2004­cü il buraxılışında bir­birinin ardınca 

gedən xəbərlər görüntüsüz və telefon rabitəsi vasitəsilə yetirilirdi. 

Prezidentin əfv fərmanı ilə bağlı sabiq Daxili İşlər naziri İsgəndər 

Həmidovun ailəsi ilə görüşən müxbirin, onun ardınca “Rustavi 2” 

teleşirkətinin  ofisinə  bomba  zərbəsi  yetirilməsi,  ardınca  Gürcüs­

tanda seçkiöncəsi durum, ardınca Macarıstanla, sonra İranın Bəm 

şəhəri ilə bağlı telefon bağlantılarının verilməsi və bu bağlantıların 

görüntü ilə müşayiət olunmadan 3­4 dəqiqəyədək davam etməsi 

proqramın tempini öldürməklə barəbər, onun televiziya imkanları­

nı tamam aradan qaldıraraq radio­buraxılışa oxşatdı. Belə halların 

ANS­in efirində kifayət qədər çox olmasının bir səbəbi də operativ 

yayımın həyata keçirilməsi üçün lazımi avadanlığın olmaması və 

bundan  irəli  gələrək  xəbərlərin  telefon  vasitəsilə  çatdırılmasıdır. 



181

Bu  problemi  diqqətə  alsaq  da,  operativlik  naminə  “Xəbərçi”nin 

bir­birinin  ardınca  telefon  bağlantılarına  yer  verməsini  yüksək 

dəyərləndirsək də, deməliyik ki, televiziya ilk növbədə görüntü­

dür. Hətta texniki imkanlar yol vermədikdə belə, arxiv görüntüləri 

ilə telefon danışığını verməklə olsa da, vizuallığı qorumaq lazım­

dır. Doğrudur, arxiv görüntüsü və ya digər kanallardan götürülən 

videocərgə proqram üçün o qədər də müsbət iş sayılmır, lakin hər 

halda bu, boş ekranda telefon nitqinin verilməsindən daha üstün­

dür və ən azı, bununla görüntü həlli verilmiş olur. Ümumiyyətlə, 

bir buraxılışda bu qədər telefon bağlantısından istifadə etmək düz­

gün sayılmır və belə hallar proqramın qavranılmasına maneə ya­

radır.

Göstərilən bu nümunə və daha neçə belə hallar imkan verir ki, 



“Xəbərçi”ni jurnalist proqramı adlandıraq və buradakı rejissor işi­

nin  ikinci  dərəcəli  olduğunu  söyləyək.  Bu  isə  yuxarıda  qeyd  et­

diymiz kimi, proqramın vizual kamilliyinə xələl gətirir. Nəticədə 

görüntü sözü izləyərək ikinci dərəcəli olur. Bu halı süjetlərdə də 

izləmək olar: bir çox hallarda verilən xəbərin heç bir formada vi­

zual  həlli  tapılmadığından,  haqqında  söhbət  açılan  təşkilatların 

bina və ad lövhələri verilir, şəhər planları ilə mətnin xronometrajı 

doldurulur; təkrarçılıqla zəngin süjetlərdə lazımsız kadrların bir 

neçə dəfə təkrar verilməsi halları olur; arxiv çəkilişlərindən yer­

siz,  yalnız  xronometrajı  başa  vurmaq  üçün  istifadə  olunur.  Bü­

tün  bu  sadalananlar  isə  televiziya  üçün  ziyanlı  tendensiya  kimi 

dəyərləndirilməli və aradan qaldırılmalıdır. Bir çox hallarda mon­

taj pultu arxasında reportyorun özünün oturması bu hallara geniş 

rəvac verir ki, burada artıq heç bir görüntü plastikasından danış­

maq olmaz – müxbir yalnız əlində olan kadrları calamaqla sözü­

nü  deməyə  çalışır.  Deyilən  problem  “Xəbərçi”nin  vizual  tərəfini 

zəiflətməklə  bərabər,  tamaşaçının  marağının  azalmasına  gətirib 

çıxarır.


Lakin  deyilən  qüsurlarla  bərabər  operativ,  yaddaqalan,  ma­

raqlı kadrlarla zəngin kifayət qədər süjetləri də göstərmək müm ­

kündür.  Xüsusən  Azərbaycan  Respublikası  Milli  Məclisindən 

ha zırlanan  süjetlərdə  ope  rator  işinin  yüksək  peşəkarlığını,  du­

yum  qabiliyyətini,  yaradı cı  yanaşmasını  qeyd  etmək  gərəkdir. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarını  müx təlif 

və ziyyətlərdə  çəkən,  bu  məqamları  duyan  operatorun  yaradı­

cı  münasibəti  yekunda  montaj  işinə  də  təsir  edir  və  parlament 

xəbərlərinin  yüksək  səviyyədə  hazırlanmasına  səbəb  olur.  Cə­

sarətlə  deməliyik  ki,  “Xəbərçi”də  efirə  gedən  parlamentdən  və 



182

ya  digər  rəsmi  tədbirlərdən  hazırlanmış  süjetlərdə  olan  yaradıcı 

ta pıntılara  bir  çox  əcnəbi  kanallarda  belə  rast  gəlmək  mümkün 

deyil.  Ümumiyyətlə,  “Xəbərçi”də  operator  işinin  peşəkarlığını 

xüsusi  qeyd  etmək  gərəkdir.  İstər  rakurs  və  plan  seçimi,  istərsə 

də lazımi məqamların tapılması işində duyulan ustalıq proqramı 

zənginləşdirir, onun görüntü həllində digər xəbər proqramlarını 

üstələməsinə imkan verir.

“Xəbərçi”  proqramının  bütün  buraxılışlarının  birinci  xə bə­

rini  Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyi  Mətbuat  Xid­

mətinin məlumatı ilə başlaması, olduqca böyük xidmət kimi də­

yərləndirilməlidir.  Hər  gün  bir  neçə  dəfə  ölkəmizin  müharibə 

şə raitində olmasının təkrarlanması hərbi vətənpərvərlik ruhunun 

qaldırılmasına xidmət et məklə tamaşaçını bu əhvalda kökləyir.

“Xəbərçi”nin  aparıcı  probleminə  yuxarıda  toxunaraq  qüsurlu 

məqamları qeyd etdik. Burada aparıcı və müxbirlərin nitq prob­

lemini qabardaraq, onun bir çox hallarda televiziya dilinə uyğun­

suzluğu, orfoepiya qaydalarına uyuşmaması kimi qüsurları, yana­

şı, informasiyadan uzaqlaşmağa gətirib çıxaran nəqllərə, monoton 

nitqlərə və ən qüsurlu cəhət kimi jurnalistin peşəsinə uyğun  ol­

mayan  məsləhətlərlə  çıxış  etməsinə  rast  gəlindiyini  qeyd  etmək 

istərdik. 

Son  vaxtlarda  “Xəbərçi”  proqramının  görkəmində,  estetik 

tərtibatında ciddi yeniliklər duyulmur, xəbər solğunluğu, məlumat 

azlığı dərhal nəzərə çarpır. Son illər ölkə kanallarında özünə yer 

tutmuş mənfi bir ənənə – müxtəlif tədbirlərdə rast gəlinən dövlət 

məmurlarından  alınan  cari  müsahibə  əsasında  süjetin  qurulma­

sı  artıq  bütün  xəbər  buraxılışını  doldurur.  İnformasiyaçılıqdan, 

xəbər mahiyyətindən uzaq, heç bir şəkildə əsaslandırılmamış bu 

addım ciddi tənqid olunmalıdır. İnformasiya buraxılışı yuxarıda 

dediyimiz  kimi  müəyyən  hadisəni  işıqlandırmalı,  onunla  bağ­

lı  müxtəlif  qütblərdə  duran  şəxslərin  mövqelərini  əks  etdirməli, 

müəyyən struktura, biçimə malik olmalıdır. Lakin tətbiq olunmuş  

bu yenilik informasiya mədəniyyətindən uzaq, yalnız efir doldur­

maq mahiyyəti daşıyır. Dalbadal qurulan süjetlər yalnız bir nəfərin 

proqnoz və ya rəy xarakterli müsahibəsindən və müxbirin öz səsi 

ilə  müsahibədə  söylənilənlərin  başqa  tərzdə  təkrarlamasından 

ibarətdir. Misal kimi 10 oktyabr 2006­cı ildə efirə getmiş buraxı­

lışda  Fransa  parlamentinin  qondarma  erməni  soyqırımını  qəbul 

etməyənlərə  qarşı  cəzanın  tətbiqini  nəzərdə  tutan  antidemokra­

tik  və  qeyri­insani,  ədalətsiz  qanun  layihəsini  müzakirə  etməsi 

ilə bağlı süjetin yalnız Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb 



183

Tayyib Ərdoğanın çıxışı və bu çıxışla bağlı müxbirin xülasəsindən 

ibarət  olmasının  informasiya  anlayışına  zidd  olduğunu  göstərə 

bilərik.  Deməliyik ki, “Xəbərçi”nin efirində daha bir qüsurlu cəhət 

– telefonla verilən məlumat və bu informasiyanın vizual həllinin 

tapılmaması getdikcə daha da genişlənmişdir. Həmçinin yeni nəsil 

aparıcıların və müxbirlərin qüsurlu tərəfləri də aradan qaldırılma­

mış, yeni çatışmazlıqlar ekrana yol tapmışdır. 

Görüntü həllində çox ciddi qüsurları olan “Xəbərçi”də plastika, 

kadrın kompozisiyası anlayışları ümumiyyətlə qorunmur. Montaj 

zamanı verilən informasiyanın vizual həllinin önəmliliyi unudu­

lur, təkrar kadrlarla uzun­uzadı kadrarxası mətn doldurulur. Pen­

siyaların artırılması ilə bağlı süjetin yalnız Dövlət Sosial Müdafiə 

Fondunun, pulların və bir əlin pul sayması görüntüsündən ibarət 

olması,  müsahibələr  zamanı  kompozisiyanın  pozulması,  studiya 

çəkilişi vaxtı orta planların bulanıq, solğun, ümumi planın aydın 

və rəngarəng görüntüdə verilməsi hesabına yaranan yolverilməz 

fərqlilik proqramın ekran həllini zəiflədir. 

Həmçinin  “Xəbərçi”nin  süjetlərində  üzə  çıxan  qüsurlar  onun 

təsir gücünü zəiflədir. Müəyyən hadisə yerindən və ya tədbirdən 

hazırlanmış  reportajların  da  qüsurlu  şəkildə  ekrana  yol  alma­

sına  rast  gəlinir.  Misal  kimi  10  oktyabr  buraxılışında  “Difloma­

siya  haqqında  qanun”la  bağlı  müzakirə  süjetində  müxbir  Mahir 

Məmmədlinin  yalnız  tədbirin  xronoloji  stenoqramını  çatdırmaq­

la kifayətlənməsini, bütün çıxışçıların danışdıqlarını qısa şəkildə 

təkrarlanmasını göstərmək olar. Burada informasiyanın təqdimatı, 

struktur  cəhətləri  unudularaq,  xəbər  proqramının  mahiyyətinin 

bir kənara qoyulmasının şahidi oluruq. Bu isə jurnalistikanın təməl 

prinsiplərinə  zidd  olan  bir  haldır.  Yaxud  şəhid  ailələrinin  etiraz 

aksiyası haqqında süjetdə müxbir Kəmalə Xəlilovanın əsassız hal­

da bir neçə dəfə göstərilməsi, digər müsahiblə isə başqa müxbirin 

danışması  kimi  yolverilməz  hallar  “Xəbərçi”nin  nüfuzunə  zərər 

vurmuş olur. Kəsilmiş orqanların taleyi ilə bağlı süjetdə müxbir 

Tural Səttarovun əməliyyat otağına daxil olması, orada müsahibə 

alması və heç bir xəbər yükü daşımayan nəql süjetinin proqramda 

yer alması, hesab edirik ki, peşəkarlığa xələl gətirən cəhətdir və 

yolverilməzdir. Fikrimizcə, deyilən qüsurların aradan qaldırılma­

sına və estetik həlldə nəzərə çarpan qüsurların uzaqlaşdırılmasına 

ehtiyac duyulur. Çünki bütün illər ərzində “Xəbərçi” Azərbaycan 

seyrçisinin ən çox etibar etdiyi, fövqəladə hallarda ona baxdığı in­

formasiya proqramı statusunu qoruyub saxlaya bilmişdir. Bundan 


184

sonra da bu yerin qorunmasına, inam, etibar hissinin artırılmasına 

ehtiyac duyulur.

“Xəbərçi”  proqramının  yaradıcı  tərəflərini  çözərək  deyilənlərə 

yekun  kimi  onu  qeyd  etməliyik  ki,  informasiya  operativliyi, 

xəbərçatdırma işində qərəzsizlik, ədalət prinsipinin pozulmama­

sı işin də əvəzsiz fəaliyyəti, operator, rəssam işinin peşəkarlığı ve­

rilişin  bitkin,  səviyyəli  informasiya  buraxılışı  olduğunu  deməyə 

imkan  verir.  Uğurlarla  yanaşı,  aparıcı  və  müxbirlərlə,  həmçinin 

montajla bağlı duyulan nöqsanların aradan qaldırılması  ilə proq­

ramın daha da effektivliyinə nail olmaq olar. “Xəbərçi”nin idman 

xəbərlərində olan operativlik, məlumat bolluğu, hava durumunun 

təqdimatı  ilə  bağlı  seçilmiş  maraqlı  forma  və  dizayn  proqramın 

ümumi konsepsiyasına uyğun tərzdə təzahür olunur, ümumi ge­

dişata müsbət təsir göstərir.  Buraxılışların sonunda hava durumu 

ilə bağlı  məlumatın Azərbaycan bəstəkarlarının musiqi əsərləri ilə 

müşayiət olunması olduqca maraqlı və orijinal tapıntıdır. Bütün 

bu  komponentlərin  iştirakı  “Xəbərçi”nin  peşəkarlıq  səviyyəsini 

yüksəldir. “Xəbərçi”nin ölkə teleməkanında ilk dəfə xəbərlərin ana 

buraxılışının 1 saat həcmində olması və bütün ölkəni, cəmiyyətin 

əksər  sahələrini  əhatə  etməsi  telekanalın  olduqca  böyük  uğu­

ru  kimi  səciyyələndirilməlidir.  İnformasiya  funksiyasının  ölkə 

teleməkanında təcəssüm prosesində “Xəbərçi”nin olduqca böyük 

yeri var. Məhz bu, ilk addım olaraq, gələcək proqramların da xəbər 

vaxtının  artırılması  işində  addım  atacaqlarına  stimul  verəcək  ki, 

nəticədə Azərbaycan tamaşaçısı əhatəli, dolğun, çoxsahəli, ətraflı 

xəbərlər almaq imkanı qazanacaqdır.  

Kommersiya kanallarının çoxalması, onların ictimai həyatda yer 

alması cəmiyyətin siyasi və iqtisadi inkişafının göstəricisi kimi çıxış 

edir. Demokratik mühit və iqtisadi əsaslar televiziya kommersiya­

sının təməl pirinsipi kimi onun yaranmasına, sonrakı fəaliyyətinə 

təsir etmiş olur. Məhz Azərbaycanda siyasi müstəqillik və iqtisa­

di yüksəlişin duyulması yeni televiziya şirkətlərinin yaranmasını, 

onların tezlikdə yer alaraq yayım həyata keçirməsini reallaşdırdı. 

Lakin elə hallar da olurdu ki, yaranan kanallar hüquqi cəhətdən 

ölkə  qanunvericiliyinə  uyğun  olmadığından,  yaxud  da  özlərinin 

müflisləşməsi ilə əlaqədar fəaliyyətlərini dayandırmalı olurdular. 

“SARA”TV, BMTİ, ABA kimi kanallar yaranıb yayıma çıxsalar da, 

yuxarıda  göstərilən  səbəblər  üzündən  efir  məkanını  tərk  etmiş 

oldular. Bu kanallar bilavasitə əyləncə üzərində qurulduğundan, 

yalnız fəaliyyətinin son illərində xəbər xidməti ilə işləyən “SARA” 

istisna olmaqla, informasiya funksiyasınından imtina edərək ixti­



185

saslaşmış  kanal  kimi  işlərini  qururdular.  1997­ci  ilin  noyabrında 

ölkə teleməkanında daha bir kanal yayımlandı – “Space” Müstəqil 

Teleradio Şirkəti. 

“Space”in  efirindəki  informasiya  proqramı  “Hər  gün”  yaran­

dığı ilk illərdə “Xəbərçi” ilə rəqabətə girmək imkanı qazanmışdı. 

“Xəbərçi”nin  saat  20:30,  “Hər  gün”ün  21:00­da  yayımlanması­

na  baxmayaraq,  bu  proqramda  xəbərə  fərqli  yanaşma  olduğun­

dan öz tamaşaçı kütləsini toplaya bilmişdi. Lakin bunu da qeyd 

etməliyik  ki,  “Space”in  xəbərləri  operativlikdə,  çevik  informa­

siya  təqdimatında  kifayət  qədər  problemlərlə  qarşılaşırdı.  İlk 

dönəmlərdə  Mirsəməd Cəfərli, Fuad Babayevin xəbər aparıcılığı 

sərbəst,  rəvan  nitqlə  seçilirdi,  davranışlarında  müstəqil  fikirləri, 

xəbərdən məlumatları olduqları dərhal duyulurdu.

Müəyyən dövrdən sonra “Hər gün”ün efirinə yeni nəsil aparıcı­

ların gəlməsi bir ənənə halını aldı və gənc qızların tamaşaçı önünə 

çıxması özünün uğuru ilə seçilmədi. Günay Malikqızı və ondan 

sonra  ekranda  görünən  Ruzanna  Rəşidqızı  və  başqaları    təmiz, 

düzgün və dəqiq nitqləri ilə fərqlənsələr də, aparıcıdan daha çox 

diktora bənzəməklə “Hər gün”ün dinamikasını, xəbərvermə gü­

cünü zəiflətmiş oldular.

“Hər gün”ün bədii tərtibat və dizaynından danışarkən solğun və 

uzun müddət efirdə olan, artıq göz yorğunluğu gətirən başlığın, 

studiyanın solğun sarı rəngdə yaratdığı qeyri­məhrəm ab­havanın, 

tempə lənglik gətirən arxa fonda şəhər təsvirinin (günün hansı vaxtı 

efirə çıxmasından asılı olmayaraq şəhər günəşli və işıqlıdır) proq­

ramın baxımlılığını azaltdığını deməliyik. Həmçinin “Hər gün”də 

haqqında  xəbər  verilən  hadisəni  video­görüntüsünün  olmaması 

ilə bağlı yaranan ciddi qüsurlar da duyulmaqdadır. Xüsusən səhər 

(saat 11:00 və 13:00) buraxılışlarında bir­birinin ardınca informasi­

yaların aparıcı oxunuşu ilə çatdırılması xəbər gücünü zəiflətməklə 

bərabər, proqramın informasiya məkanında yer almasına da im­

kan  vermir.  Bəzən  bir  neçə  xəbərin  ardıcıl  olaraq  aparıcı  mətni 

ilə  oxunması,  əslində,  xəbər  xidmətinin  zəif  işləməsindən  və  in­

formasiya  qaynaqlarının  yalnız  agentliklərdən  götürüldüyünü, 

hadisələrlə bağlı çəkilişlər aparılmadığını göstərən amillərdir ki, 

bu amillər də proqramın işinə mənfi təsirini göstərməkdədir. Tele­

viziya xəbər xidməti təkcə şifahi xəbər operativliyi ilə deyil, görün­

tü  eksklüzivliyi  ilə  də  seçilməlidir  ki,  bunun  reallaşmasını  “Hər 

gün”ün  buraxılışlarında  izləmək  mümkün  deyil.  Məhz  bu  amil 

onun  tamaşaçı  auditoriyasının  azalmasına  gətirib  çıxartdı.  Saat 


186

21:00­da  yayımlanan  “Səda”  ilə  rəqabətə  girə  bilməyərək  axşam 

buraxılışının vaxtını 20:30­a təyin edən “Hər gün” hazırda bu sa­

atda “Son xəbər” (ATV) ilə rəqabətdə geriləyir. Deyilən nöqsanlar 

kanalın informasiya verilişinə ciddi xələl gətirən amil kimi aradan 

qaldırılmalı, çevik və operativ xəbər komandası formalaşdırılma­

lıdır. 

“Space”də 2006­cı ilin aprelində rəhbərlik dəyişikliyi onun bütün 



efir  həyatına  təsir  etmişdir.  Yarıtmaz  efir  siyasətinin  nəticəsində 

olduqca səviyyəsiz verilişlərin ekranda görünməsi adi hal almış­

dı.  Yeni  rəhbərlik  birinci  mərhələdə  bu  cür  məzmunsuz,  biçim­

siz  verilişlərdən  xilas  olmaqla  dönüş  yaratmış  oldu.  Həmçinin 

“Hər gün”ün olduqca aşağı düşən nüfuzu və seyrçilərin baxmaq 

dərəcəsinın  azlığı  kanalın  informasiya  məkanında  yerini  sarsıt­

mış  oldu.  Yeni  rəhbərlik  “Hər  gün”ün  işində  də  dəyişikliklərin 

yaradılması  üçün  addımlar  atdı.  Artıq  ekranda  bir  çox  yararsız 

aparıcıları peşəkarlığı ilə seçilənlər əvəz ediblər. Lakin onlar qar­

şısında vəzifənin düzgün qoyulmaması, imkanlarından səmərəli 

istifadə etməklə həqiqi spikerə çevrilməyərək diktor kimi qalma­

ları, sözsüz ki, yolverilməzdir. Bu barədə qəzet məqaləsində yazı­

lan “aparıcılar kanala gəlişləri ilə yenilik yox, AzTV­nin pafosunu, 

bozluğunu,  danışıq  tərzini  gətiriblər.  “Hər  gün”də  təsvirlər  çox 

kasaddır. Yəni xəbərlər təsvirin dilindən çox sözlə çatdırılır” (87, 

səh. 3) fikrilə razılaşaraq, bu sahədə ciddi dəyişikliyin aparılma­

sı zərurətini qeyd etməliyik. Türkiyənin “D” Kanalı telekanalı ilə 

müqayisə aparan Fehruzun “Operativliyin vacibliyi” məqaləsində 

“ana xəbər buraxılışında aparıcı informasiyanı elə formada təqdim 

edir ki, həmin xəbəri izləməyə tamaşaçı, sanki, məcbur olur” fikri 

aparıcının canlı ünsiyyətə girmək məharətini, onun seyrçi ilə kör­

pü  quraraq  dediyinə  inandırmaq  qabiliyyətini  göstərir.  Aparıcı 

verdiyi  informasiyanı  daxilən  duymalı,  ona  müvafiq  münasibə­

ti  biçimləndirməklə  seyrçidə  əhval  yaratmalı,  həmçinin  izləmə­

yə  həvəs,  istək  biçimləndirməlidir.  “D”  Kanalında  “aparıcınının 

cümlələrinin əksəriyyəti şou xarakterlidir. Hətta dövlət rəsmiləri 

və onların fəaliyyətləri haqqında informasiyalarda da aparıcı eyni 

tərzi saxlayır” (35, səh. 6) fikri, əslində, dünyada artıq çoxdan öz 

tətbiqini tapan və informasiyanın əyləncəli təqdimatı yolu ilə ma­

raq  yaratmaq  məqsədinə  xidmət  edən  infoteynmentin  mövcud­

luğunu  göstərir.  İnfoteynmentin  aparıcıya  canlı,  eyni  zamanda, 

üzvi  münasibətə  girməyə  imkan  yaradaraq  çərçivədən,  vaxtı  ilə 

mövcud  olan  ciddi,  sərt  obrazdan  çıxıb,  daha  çox  əyləndirməyə 


187

(nəzərə alsaq ki dünyanın bir çox kanallarında  yaşlı xəbər aparıcı­

larına yer verilir, onda infoteynment onların ifasında daha tutarlı 

görünür) meyilli fəaliyyət kimi yerli xəbər məkanında da özünə al­

masını istərdik. Bu baxımdan yeni quruculuğunu yaşayan “Space” 

kanalı “Hər gün”ün itirilmiş çəkisini, nüfuzunu özünə qaytarmaq 

üçün bu vasitədən səmərəli istifadə edərək istənilən nəticəni əldə 

edə bilər.

2000­ci ilin sentyabrından yayıma başlayan “Lider” kanalı infor­

masiya məkanına öz dəst­xətti ilə daxil olan “Səda” informasiya 

buraxılışı  ilə  tamaşaçı  marağına  səbəb  olmağa  başladı.  Texniki 

təchizat baxımından müasir avadanlıqlarla zəngin “Səda” hadisə 

yerlərindən  canlı  bağlantılar  etmək  imkanı  ilə  digər  kanalların 

xəbər buraxılışlarını üstələyir, həmçinin yarandığı gündən bütün 

ölkəyə  keyfiyyətli  təsvirlə  yayımlanan  “Lider”in  xəbər  xidməti 

ölkənin müxtəlif yerlərində baş verən hadisələri də işıqlandırmaq­

la, əslində, ANS­in yaratdığı təcrübəni davam etdirmiş oldu. 

“Səda”nın  yaradıcı  işinə  nəzər  yetirərkən  bir  məsələni  xüsusi 

qeyd  etməliyik  ki,  dörd  illik  efir  tarixində  özünün  bədii­estetik 

tərəflərində,  dizaynında  yeniləşməyə  yer  ayırmayan  proqram 

tamaşaçıda,  əslində,  göz  yorğunluğu  yaratmış  olur.  Texniki 

cəhətdən kamil “Lider” kanalında dizayn işinin digərlərindən üs­

tün olduğunu, dizayn yaradıcı qrupunun yenilikçi fəaliyyətini, te­

leviziyada arakəsmələrin xüsusi zövqlə hazırlanmasını, həmçinin 

məzmun və forma etibarı ilə Azərbaycan tarixinə, mədəniyyətinə 

uyğun,  onun  minillik  yaddaşından  süzülüb  gələn  naxışlar­

dan  istifadə  etməklə  zənginləşdiyini,  bu  işlərə  görə  2002­ci  il  II 

Beynəlxalq  Audiovizual  Festivalda  “Ən  yaxşı  kompyuter  qrafi­

kası” nominasiyasını qazandığı və digər uğurlarını nəzərə alaraq, 

son vaxtlarda proqramın dizaynında yaranmış solğunluğu, primi­

tivliyi tənqid etmək gərəkdir. Bu hal proqram yaradıcılarının öz 

işlərinə  qeyri­yaradıcı  münasibətinin  nəticəsi  kimi  təzahür  olu­

nur. Proqramın bədii tərtibat işi, onun dizaynı kifayət qədər ciddi, 

yaradıcı münasibət tələb edən iş kimi onun uğurlu görüntüsünə 

xidmət  edir.  Görüntünün  estetik  cəhətdən  kamil,  zövqlü  olması 

yalnız proqramın baxımlılığını artıra bilər, əksinə gedən prosesdə 

tamaşaçının estetik qavramasına heç bir zövqverici elementlə daxil 

olmayan görüntünün daxil olması, hesab edirik ki, ciddi nöqsan 

kimi önə çıxır. Başlıqda olan qrafik həllin solğunluğu, primitivliyi 

artıq tamaşaçını xəbərə, proqrama yükləmək imkanından məhrum 

edən  amildir.  Doğrudur,  başlıqla  proqramın  studiya  dizaynında 

bir həmahənglik, harmoniya duyulsa da, formaca bəsit olması la­



188

zımi  effektin  alınmasına  imkan  vermir.  Göy  rəngin  dominantlıq 

etdiyi  studiyada  nöqtələrlə  verilən  dünya  xəritəsinin  konturla­

rından ibarət arxa fon aparıcıya kifayət qədər yaxın qoyulmaqla 

lazım olan dərinliyin alınmasına imkan vermir. Ekranda cansıxı­

cı  bir  əhvalın  yaranmasında  istər  tünd,  soyuq  rəngin  dominant­

lığı,  istərsə  də  duyulan  darısqallıq,  həmçinin  kameranın  yalnız 

bir planda və rakursda durması öz mənfi rolunu oynayır. Verilən 

təsvir tamaşaçı üçün, əslində, bir məngənə əhvalı yaradır və apa­

rıcının bu məngənədə danışması kifayət qədər yorucu, usandırıcı 

mənzərəni canlandırmış olur. Xəbərin kifayət qədər rəsmi, templi 

olduğu bir vaxtda studiyanın bədii sərbəstliklə, həmçinin tempin 

yaranmasına  şərait  verən  bir  dizaynda  verilməsi  daha  doğru  iş 

olardı. Hesab edirik ki, “Səda” deyilən qüsurların aradan qaldırıl­

ması işində daha səmərəli fəaliyyət göstərməlidir.

“Səda”da  aparıcı  mövzusuna  toxunarkən  deməliyik  ki,  bura­

da  da  müstəqil  düşüncəli  aparıcılıqdan  daha  çox,  diktor­aparıcı 

simbiozundan danışmaq mümkündür. Biz yuxarıda xəbər aparı­

cısının şəxsiyyət məsələsinə, onun televiziya ifadə vasitələrindən 

istifadə  etməsinə  toxunmuşduq,  burada  yalnız  onu  qeyd  edək 

ki, “Səda”nın aparıcı seçimi kifayət qədər uğurlu və perspektiv­

lidir  və  biz  inanırıq  ki,  bir  müddət  sonra  məhz  bu  aparıcıların 

kamilləşməsi ilə ekranda daha müstəqil fikrə, hökmə sahib olan, 

tamaşaçı inamı, etibarı qazanmış aparıcını görmək imkanı olacaq

  “Səda”nın  süjet  və  reportajlarından  danışarkən  bunu  qeyd 

etməliyik ki, görüntü plastikası məsələsi digər kanalların xəbər bu­

raxılışları ilə müqayisədə daha peşəkar səviyyədə qurulub. Burada 

istər maraqlı operator işinin olması, istərsə də montaj prosesində 

kadrların seçilməsindəki yaradıcı yanaşma, rejissor işinin dəqiq ol­

ması, ifadəlilik süjetləri daha baxımlı və yaddaqalan edir. Burada 

nəzərə çarpan çatışmazlıq müxbir fəaliyyətinin səthi, üzdən olma­

sıdır. Bir çox informasiyalar yalnız faktların ardıcıl sadalanması, 

rəqəmlərin  verilməsi  ilə  yekunlaşır.  Burada  jurnalist  yanaşması­

na, təhlilə, araşdırmaya ciddi tələbat olduğu halda, tamaşaçı tam 

əksinin şahidi olur. Televiziya xəbər xidmətinin işi yalnız informa­

siyanın çatdırılması ilə bitmir, burada tədqiqata, araşdırmaya da 

ciddi zərurət  var. 

Göstərilən  qüsurlarla  bərabər,  “Səda”nın  operativ  iş  prinsi­

pi:  2003­cü  il  prezident  seçkilərində  24  saat  fasiləsiz  efir  vaxtı 

səs vermənin  gedişatı,  səsvermə  başa  çatdıqdan  sonra  səslərin 

hesablan ması, 16 oktyabr iğtişaşlarının operativ təqdimatı, faktla­

rın göstərilməsi proqramın nüfuzunun yüksəlməsinə xidmət etmiş 



189

oldu. Həmçinin ölkənin idman həyatına xüsusi diqqət ayıran proq­

ramda idman xəbərlərinin daha əhatəli, maraqlı tərzdə təqdimatı 

uğurlu cəhətlərdən sayıla bilər. Deyilənlərə yekun kimi “Səda”nın 

peşəkar  üstünlükləri  ilə  yanaşı,  mövcud  qüsurlarının  da  aradan 

qaldırılması ilə ölkə teleməkanının informasiya cəbhəsində özünə 

sarsılmaz mövqe tutmasını istərdik.  

“Səda”­da  informasiyanın  hazırlanması  işində  köklü  də yi­

şikliklərin  baş  verdiyini  xüsusilə  qeyd  etməliyik.  Peşəkar  yana­

şım, görüntünün əsas götürülməsi xəbər buraxılışının süjetlərində 

aydın görünür. İnformasiyanın hazırlanmasında və təqdimatında 

televiziyaçılıq  prinsiplərinin  əsas  götürülməsi,  hesab  edirik  ki, 

“Səda”nın  yaradıcı  sıçrayışı  kimi  dəyərləndirilməlidir.  2005­

ci  il  parlament  seçkiləri  öncəsi  və  sonrakı  günlərdə  operativ 

xəbərvermə,  müxtəlif  siyasi  hadisələrdən  dərhal,  ətraflı  infor­

masiyanın  çatdırılması  proq rama  olan  tamaşaçı  marağını  artır­

dı. “Səda”nın daha bir üstün cəhəti onun sosial, mədəni, ictimai 

proseslərə nüfuz edərək bu sahələri vaxtaşırı işıqlandırmasıdır ki, 

bunu bir çox digər xəbər buraxılışlarında izləmək mümkün deyil. 

Xüsusən  də  ölkənin  mədəni  həyatında  baş  verən  hadisələrdən 

hazırlanan  süjetlər,  turizm,  gənclər  problemləri,  təhsil,  mənəvi 

tərbiyə  işinin  çatdırılması  proqramın  sosial  əhəmiyyətini  artıran 

göstəricilərdir. 

“Səda”nın aparıcı heyətinin hər birinin fərdi xüsusiyyətlərinin 

üzə çıxması da qeyd olunmalıdır. Günay Malikqızı, Günay Nov­

ruzqızı, Nərgiz Məmmədzadə, Mehman Mehdiyevin aparıcılıqla­

rında səmimi ünsiyyətə girmək cəhdləri, seyrçini xəbər əhvalına 

kök ləməklə  həmsöhbətə  çevirmələri  xüsusi  qeyd  olun malıdır. 

Mehman Mehdiyevin tələsik nitqi onun jestikulyasiyası ilə uzlaş­

dığından, seyrçidə mənfi emosiyanın yaranmasına imkan vermir. 

Günay Novruzqızının təbəssümlü yanaşımı “xəbər şoku”nun ya­

ranmasına  imkan  verməyərək  tamaşaçını  izləyiciyə  çevirməklə 

nəticələnir ki, bu da çağdaş xəbər aparıcılığının nəzəri və psixolo­

ji aspektləri ilə məşğul olan bir çox mütəxəssislərin rəyincə daha 

gərəklidir. 

Ölkə teleməkanında ən cavan kanal sayılan, 2000­ci ilin dekab­

rından  yayımlanan  Azad  Azərbaycan  Teleradio  Yayım  Şirkəti 

(ATV) əyləncəli proqramlar kanalı kimi bir müddət yayımlandıq­

dan sonra öz efirində tədricən xəbər proqramına da yer verməyə 

başladı. “Son xəbər” adı ilə gün ərzində bir dəfə axşam buraxılışı 

ilə saat 20:30­da efirə çıxan proqram bir müddət sonra saat 09:00 


190

və 14:00­da da yayımlandı. Xəbər məkanında gənc olmasına bax­

mayaraq, “Son xəbər”in özünə kifayət qədər tamaşaçı auditoriyası 

qazanmasını informasiyalara daha dərindən, operativ yanaşma ilə 

izah etmək olar. Texniki təchizat problemi və ATV kanalının bü­

tün ölkəyə yayımlanmaması proqramın efirində bölgə xəbərlərinə 

az  yer  verilməsi  ilə  nəticələnsə  də,  ölkədaxili  və  xarici  xəbərlər 

mükəmməl tərzdə işıqlandırılır. Tərtibat və dizayn işi xüsusi ya­

radıcı yeniliklərlə seçilməsə də, tapılan başlığın maraq doğurma­

sı tamaşaçının proqram öncəsi xəbərə köklənməsinə xidmət edir. 

Studiya tərtibatında dərinliyin olmaması, həmçinin fonun birton­

lu, cansıxıcı olması əsas problem kimi proqram qarşısında durur. 

Lakin  proqramın  yayım  tarixinin  çox  olmadığını  nəzərə  alıb  bu 

məsələyə diqqət ayırmadan proqramda rejissor işinə nəzər yetirək. 

“Son xəbər” proqramında da açıq­aydın jurnalist montajının özü­

nü əks etdirməsinin şahidi ola bilərik. Bir çox hallarda süjet təkrar 

kadrlar,  binaların,  obyektlərin  müxtəlif  rakurslardan  verilməsi, 

şəhər planları ilə doldurulan videocərgə ifadəsizliyi ilə seçilir və 

yuxarıda qeyd etdiyimiz qüsurların meydana gəlməsi ilə süjetlərin 

təsvir solğunluğuna səbəb olur. 2 yanvar 2004­cü ildə efirə getmiş 

“Barmekin  xalqımızı  təhqir  etməsinə  Millət  vəkillərinin  etirazı” 

süjetində  Milli  Məclisin  deputatı  haqqında  danışıb,  parlament 

binasının,  bina  üzərindəki  yazının  verilməsi  (K.  Həsənovun  sü­

jeti),  10  yanvar  buraxılışında  Bakı  şəhər  İcra  Hakimiyyətinin 

fəaliyyətinə  həsr  olunmuş  süjetdə  həmin  günlərdə  baş  verən 

hadisədən  danışarkən  təsvirdə  yay  aylarını  göstərməsi  kimi  ol­

duqca  ciddi  problemlər  proqramın  yaradıcı  işini  zəiflətmiş  olur. 

Ötən müddət ərzində xəbər heyətinin peşəkarlaşması nəzərə çarp­

sa da, müxtəlif qüsurların, yolverilməz nöqsanların efirə çıxması 

hallarına rast gəlinir. “Son xəbər”in 6 oktyabr 2006­cı il buraxılı­

şında  qaçqınların  evlərə  köçürülməsi  ilə  bağlı  süjetdə  məcburi 

köçkünlərin  qaçqın  adlandırılması,  süjetin  birtərəfli  olaraq  Qaç­

qınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin məsul 

şəxsinin müsahibəsi üzərində qurulması, müxbir Jalə Əsgərovanın 

narkomaniyaya qarşı mübarizə ilə bağlı süjetində yalnız bir mü­

sahibin dediklərinin təkrarlanması hesabına informasiya verilməsi 

xəbərçilik  xüsusiyyətini  dağıtmış,  proqramın  marağını  azaltmış 

olur. Fındığın tərkibi ilə bağlı 10 oktyabr 2006­cı ildə getmiş süjetdə 

hadisənin  tarixçəsi,  nə  baş  verdiyi,  harada  və  kim  tərəfindən 

müəyyən  olunmasına  toxunmadan  Kənd  Təsərrüfatı  nazirinin 

müsahibəsi əsasında biçimsiz, struktura ma lik olmayan informa­


191

siya çatdırılması, 11 oktyabrda Rumıniya prezidentinin Bakı səfəri 

ilə bağlı reportajda müəllif Etibar Məmmədovun ifadəsiz, hadisə 

ilə yalnız arxada görünməz vəziyyətdə dalğalanan bayraqla bağlı 

olan “stend­ap”ı və Azərbaycan bayrağında olan göy rənglə Rumı­

niya bayrağındakı göy rəngin eyni məzmun daşıması – qərbçiliyi, 

demokratiyanı ifadə etməsi kimi olduqca səhv qənaət, ölkə sim­

vollarının  mənasından  xəbərsizliyi  tənqid  olun malı  məqamlar 

kimi üzə çıxır. İnformasiya proqramının mə lumatlandırıcı olduğu­

nu nəzərə alaraq, bu cür qüsurların mənfi hal kimi təzahür edərək 

daşımalı  olduğu  yükün  öhdəsindən  gələ  bil məməsi  təəssüratını 

yaradır. 

Lakin  deyilənlərə  baxmayaraq,  “Son  xəbər”  özünün  məlumat 

genişliyi,  informasiya  əhatəliliyi,  məzmunlu  yanaşma  ilə  seçilən 

süjetlərilə efirə çıxdığından, getdikcə daha çox seyrçini öz ətrafına 

toplaya  bilib.  Jurnalistlərin  durmadan  öz  üzərlərində  işləmələri, 

onların  yanaşım  tərzlərində  duyulan  yaradıcı  axtarışlar,  araş­

dırmaya  meyil,  səmimi  ünsiyyətcillik  baxımlı  süjetlərin  mey­

dana çıxmasına imkan verir. “Son xəbər”in 20 oktyabr 2006­cı il 

bura xılışında  “O  olmasın,  bu  olsun”  tamaşasının  ictimai  baxışı 

və  “Energetiklər  günü”nün  qeyd  olunması  haqqında  süjetlərin 

olduqca  fərqli  bir  tərzdə  qurulması  diqqəti  çəkdi.  Müəllif  Cey­

hun  Əli  “O  olmasın,  bu  olsun”  komediyasının  yenidən  səhnəyə 

çıxmasının  bu  günlə  bağlılığını  əsas  problem  kimi  ortaya  qoya­

raq,  onu  qəhrəmanlarla  müsahibə  şəklində  həll  etməyə  çalış­

mışdır.  Ceyhun  Səfərov  isə  energetiklərin  bayramını  bir  insan 

taleyi  ilə  bağlayaraq,  özünə  veteran  energetik  Marlen  Əsgərovu 

qəhrəman seçib səmimi ünsiyyəti, söhbəti ilə seçilərək, bayramın 

o insanın çoxillik əməyinə verilən qiymət kimi sevinc yaratmasını 

əsaslandıra bilmişdir. Əslində, burada müəllif qəhrəmanın ömür 

yolunu, fəaliyyətini və həmin gün çox sevinməsini önə çıxarmaqla, 

seyrçidə bayramın mahiyyəti barədə təəssüratın yaranmasına çalı­

şır, bayram o qəhrəman kimi seyrçiyə daha da yaxın olur. Müxbir 

informasiyasını  çatdırmaqla  bərabər  maraqlı  məqamları  üzə  çı­

xartmaqla,  qəhrəman  taparaq  onu  izləməklə,  əslində,  hadisəlilik 

prinsipinə sədaqətini, yanaşım tərzində yaradıcı münasibətin ol­

duğunu sübut etdi. 23 oktyabr 2006­cı ildə binaların rənglənməsi 

ilə bağlı süjetdə müxbir gerçəkliyi əyani göstərərək, vətəndaşların 

bu barədə rəylərini verməklə kifayətlənməyərək, binanı rəngləyən 

rəngsazı dindirir, onun hansı əziyyətlə və nə qədər müddət bu işi 

gördüyünü çatdırmaqla problemə bu baxışdan da yanaşmanı orta­


192

ya qoymuş olur. Doğrudur, burada səbəbkar – binanın bu rəngdə 

olmasına qərar verən şəxs tapılmadığından, dramaturgiya tamam­

lanmır, sanki, həll olunmamış qalır. Ancaq rəngsaz və onun binanı  

yenidən, təkrar rəngləyəcəyini qabartması olduqca maraqlı yana­

şımdır. “Stend­ap”larında müxbir seyrçiyə tam mənzərəni çatdır­

mağa çalışaraq, əli ilə rəngli binaları göstərərək danışması hesab 

edirik ki, maraqlı və eyni zamanda, məlumatverici mahiyyət daşı­

yaraq onun infoteynmentin prinsiplərinə uyğun təqdim olunması­

na nail ola bilir. 

Elə  həmin  buraxılışda  bazarda  qiymətlərin  qalxması  ilə  bağ­

lı  süjetdə  müxbir  Vaqif  Həsənovun  Azərbaycan  Respublikası­

nın  Prezidentinin  müşavirədə  söylədikləri  ilə  qiymətlərin  baha­

laşmasından  əziyyət  çəkən  insanlar  arasında  paralel  apararaq 

“qiymət  qaldıranları”  dindirməsi,  problemi  hərtərəfli  çatdırma­

ğa  nail  olması  maraqlı  iş  hesab  edilməlidir.  Bazar  rəhbərliyi  ilə 

müsahibədə  süjetdə  qaldırılan  problem,  sanki,  tamlıqla  açılır  və 

dramaturji bitkinlik əldə olunur. Əsas problemin nə satıcıda, nə 

də bazar məmurunda olduğu, yaranmış inhisarın nəticəsində belə 

vəziyyətin üzə çıxmasının bəlli olması ilə hesab edirik ki, müəllif 

axtardığı  gerçəyi  müsahibələr,  onların  nəticəsi  əsasında  verdi­

yi  təhlillə  taparaq  seyrçiyə  təqdim  edə  bilmişdir.  Bütün  bunlar 

informasiya  proqramının  kamilliyindən,  yaradıcı  münasibətin 

dərinliyindən xəbər verən olduqca sevindirici hal kimi qeyd olun­

malıdır.  Bu  cür  hərtərəfli  yanaşma,  mövqelərin  verilməsi,  dra­

maturji  bitkinliyə sədaqət seyrçini də maraqlandırır və nəticədə 

reytinqlərdə “Son xəbər” tutarlı yerlərdə durur. Bunu reklam blo­

kunda  reklamların  çoxluğu  nəticəsində  proqramın  öz  vaxtından 

bir neçə dəqiqə gec başa çatması da sübut edir.

“Son  xəbər”də,  həmçinin  operator  işinin  kifayət  qədər  qüsur­

lu olmasını da izləmək olar: təsvirin əsməsi, ifadəsiz rakursların 

seçilməsi,  haqqında  danışılan  xəbərin  baş  verdiyi  məkanı  qeyri­

dəqiq təsvir etmə operatorların öz işlərinə qeyri­yaradıcı yanaşdıq­

larını göstərən amillərdir. Cəsarətlə deyilməlidir ki, televiziyanın 

ifadə vasitəsi kimi başlıca yer tutan görüntünün aşağı keyfiyyətdə 

və  operator  işinə  zidd  şəkildə  olması  yolverilməzdir.  Bu  təkcə 

süjetin  gücünü  zəiflətməklə  onu  yorucu  və  qeyri­peşəkar  etmir, 

həmçinin proqramın ümumi işinə təsir etmiş olur. 

“Son  xəbər”  aparıcılarının  öz  davranışları,  sərbəstlikləri  ilə 

seçilmələri  hadisənin  şahidi,  nəql  edəni  kimi  çıxış  etmələri 

xüsusilə  qeyd  edilməlidir.  Özünün  jurnalistika  prinsiplərinə 

sədaqəti, görüntülülüyün ifadəli təqdimatı ilə seçilən proqramın 



193

aparıcı heyətinin də həmçinin çağdaş teleməkanda rəqibsiz oldu­

ğunu cəsarətlə qeyd etmək olar. Fərdi xüsusiyyətlərini qorumaqla 

onlar proqram prinsiplərinə, yaradıcı dəst­xəttinə sədaqətli olaraq 

ona  canlılıq,  məhrəmlik  gətirirlər.  Xəbər  buraxılışının  aparıcıları 

tamaşaçı duyumunu, hadisəyə, xəbərə olan maraq dərəcəsini düz­

gün qiymətləndirərək bəziləri barədə ətraflı şərh verirlərsə, digər, 

gözlənilən  xəbərin  təqdimatında  qısaca  girişlə  kifayətlənirlər  ki, 

bu da peşəkarlıq nümunəsidir. Hər bir aparıcı özünün “sifətini” 

yaratmaqla  digərindən  seçilə  bilir  ki,  bu  da  informasiya  proqra­

mında  “kim  dedi”  prinsipinin  yerinə  yetirilməsinə  xidmət  edir. 

“Son xəbər” aparıcılarının hər biri buraxılışın deyil, özlərinin adın­

dan  danışmaqla,  psixoloji  baryeri  qıraraq  uğurlu  ünsiyyəti  qura 

bilirlər. Onların üslub cəhətlərinə malik olmaları televiziya qarşı­

lıqlı təsir prosesində kommunikativ atmosfer yaratmaqla, tamaşa­

çıya xəbər verənin obrazını qavrama strukturunu qurmağa imkan 

verir.  Bu  obraz,  əslində,  söylənilən  xəbərə  inamı,  etibarı  yaradır 

ki bu, kommunikasiya işində ən əsas şərtlərdəndir. Aparıcılarda­

kı  çevik,  parlaq,  fərdi,  plastik  və  ifadəlilik  seyrçidə  onların  sub­

yektiv, fərdi fikir söylədiyi hissini yaradır ki, bu da ekranda mətni 

əzbərləmiş robot yox, məhz insanın olduğu təəssüratını yaradır ki, 

bu inamı gücləndirməklə bərabər, canlılıq da gətirir. Məhz bu cür 

yanaşma tərzi proqramı baxımlı, aparıcıları isə sevilən edir. Seyr­

çi ekranda olan xəbər çatdırana doğma adam kimi yanaşır, onun 

sözünə, rəyinə qulaq asır, onun jestlərinə, mimikasına diqqət yeti­

rir və göstəriləcək reportajı diqqətlə izləməklə, öz rəyini çıxararaq 

onu aparıcının əhvalı ilə müqayisə etməyə cəhd edir. Xəbər sıxlı­

ğı bu ətrafda çox düşünməyə imkan vermədiyindən, seyrçi apa­

rıcının əhvalı ilə qeyd­şərtsiz razılaşaraq (əgər ikrah, qəzəb hissi 

doğurmursa) növbəti xəbərin sorağını gözləyir. Məhz bu qavrama 

mərhələsi ani çəkən, lakin əhəmiyyəti böyük olan bir şərtdir ki, bu 

zaman qalib çıxan aparıcı seyrçinin sevimlisinə çevrilə bilir. “Son 

xəbər” aparıcılarının hər biri özünəməxsusluqla buna nail ola bilir: 

Samirə  Mustafayevanın  təbəssümlü,  oynaq,  enerjili  münasibəti, 

dəyişkən jestləri, incəliyi, hətta bir qədər yerində, ölçüsündə olan 

şıltaqlığı, düzgün nitqinə bir qədər özünəməxsusluq gətirən xırda 

dil qüsuru; Namiq Əliyevin ciddiliyi, bir qədər ironik yanaşımı, 

sərbəst  jestləri,  məqsədyönlülüyü;  Vaqif  Aydınoğlunun  qurulu­

ğu, sərtliklə təbəssümün vəhdətini qurma, mimikası ilə ünsiyyətə 

girmək qabiliyyəti; Ceyhun Səfərovun daxili artistizmi, əminliyi, 

qulağa  pıçıldayırmış  kimi  üzünü  bir  tərəfə  çevirərək  danışmağı 


194

ünsiyyətin  qurulmasına  xidmət  edən,  seyrçidə  xoş  təəssüratlar, 

inam hissi yaradan cəhətlər kimi özünü göstərir.  

Azərbaycan  teleməkanında  informasiya  proqramları  içərisində 

əcnəbi dillərdə: rus dilində “Gün” (AzTV), “Xəbərçi” (ANS), in­

gilis dilində “Xəbərlər” (AzTV), “Səda” (“Lider”) xəbər verilişləri 

ölkə daxilində fəaliyyətdə olan, yaşayan əcnəbilər və peyk yayı­

mı  ilə bu verilişlərə baxanlar üçün nəzərdə tutulmuşdur. Lakin 

hesab  edirik  ki,  bu  hala  başqa  ölkələrdə  rast  gəlinmədiyindən, 

əcnəbi  dildə  xəbərlərin  verilməsinə  böyük  zərurət  duyulmur. 

Azərbaycanda  yaşayan  və  fəaliyyət  göstərən  digər  millətlərin 

nümayəndələri  də dövlət dilinə sayğı ilə yanaşmalı və televiziya 

vasitəsilə xəbərləri dövlət dilində almağa alışmalıdırlar.

İnformasiya proqramları arasında həftənin xəbər yekununa həsr 

olunmuş və bazar günləri efirə çıxan verilişləri də qeyd etmək la­

zımdır. Bu cür proqramlar informasiya yayımını təşkil etsələr də, 

analitik proqram sayıldığından, burada televiziyanın digər funksi­

yalarına aid əlamətlər görmək olar.

Azərbaycan  teleməkanında  informasiya  funksiyasının  təcəs sü­

münü  təhlil  edərkən,  bu  sahədə  xeyli  işlərin  görüldüyünü  gös­

tərməklə  yanaşı,  kifayət  qədər  ciddi  problemlərin,  öz  yaradıcı 

fəaliyyətlərində  nöqsanların  olduğunu  da  qeyd  etdik.  Televizi­

yanın  tədrici  inkişafının  bu  qüsurların  aradan  qaldırılmasına  və 

informasiya  yayımı  qədər  əhəmiyyətli  bir  fəaliyyətin  keyfiyyət 

dəyişiminə  səbəb  olacağına  əminliyimizi  bildiririk.  Bu,  kifayət 

qədər  vacib,  əhəmiyyətli  və  taleyüklü  məsələdir.  İnformasiya 

əhalinin  yaşamında  müstəsna  rol  oynamaqla,  onun  xəbəralma 

mənbəyidir  və  bu  mənbənin  etibarlı,  dəqiq,  qərəzsiz,  peşəkar, 

keyfiyyətli, səviyyəli, yaradıcı cəhətdən kamil, peşə fəaliyyətinin 

prinsiplərinə  uyğun  tərzdə  olması  günün  reallığıdır.  Bu  reallıq­

dan  uzaqlaşma  xəbər  məkanının  boşalmasına,  kanalın  etibarı 

itirməsinə  və  tamaşaçının  informasiya  mənbələri  başqa  yerlərdə 

axtarmasına səbəb ola bilər.

 


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin