2.4 Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları
Televiziya sənətinin yayım vahidi kimi çıxış edən veriliş və
proqramlarda aparıcı, onun yeri və mahiyyəti başlıca olmaqla
bərabər, həm də təmsilçi kimi çıxış edərək ümumi yaradıcı prose
sin tərkibində fəaliyyət göstərir. Telekanalların simalarına çevrilən
aparıcıların yaradıcı fəaliyyətlərinin əsas mahiyyəti ekran obrazı
nın yaradılması kimi mürəkkəb prosesi ehtiva edir. Ekranda ya
radılan obraz ideyanın çatdırılmasına xidmət edərək, onu inkişaf
etdirərək ünsiyyət yolu ilə təlqininə nail olmaq vəzifəsini icra edir.
Televiziya aparıcısı yaradıcı sima olmaqla obrazı canlandırmalı,
ünsiyyətin, rabitənin yaranmasına nail olmaqla özünün başlıca
məqsədini icra etməlidir. “Aparıcı fəaliyyətinin əsasları” dedikdə
onun davranışı, daxili vəziyyəti və psixoloji təsir nəzərdə tutularaq
ekran obrazını yaratmaq gücünü müəyyən etmək imkanı əsas gö
türülür ki, bu mövzu çağdaş sənətşünaslığın əsas problemlərindən
biri kimi tədqiqata cəlb olunmalıdır.
Televiziyada “aparıcı obrazı“ anlayışı kinodakı obrazdan
fərqlənən cəhətləri ilə çıxış edir. Bədii məziyyətlərin zənginlik pa
litrası kasad olmaqla bərabər, burada aparıcının, başqalaşmadan
daha çox özünün görünməsi önəmlidir. Bu barədə fərqli rəylər
söylənilir. A. Novikova Sovet dövründə müəyyənləşmiş “aparı
cı ekranda olduğu kimi görünməlidir” prinsipinin televiziya işini
zəiflətdiyini deyir və onun imic, sosial maskada çıxış etməsinin va
cibliyini qeyd edərək aparıcı ampluasının yaranmasını zəruri hesab
edir. Fikrimizcə, sosial maska və ya ampluaya malik aparıcı teatr
və kino obrazından fərqli, özünün keyfiyyətləri ilə zəngin şəkildə
çıxış etdikdə uğurlu təsir bağışlaya bilər. Ondan tamamilə baş
qalaşma tələb etmək, teatr qanunları ilə oyun gözləmək bəsitliyə
gətirib çıxara bilər. Aparıcının öz ampluasını müəyyən etməklə
onu özü kimi canlandırması daha effektiv ola bilər. O, özünü, öz
düşüncəsini, intellektini, davranış və üslubunu meydana qoymalı,
özünü ifa etməlidir.
134
Proqramın əsasını təşkil edən aparıcının obrazı rejissorun başlı
ca fəndi olaraq bütün digər fəndləri, bədii ifadə vasitələrini təyin
edir. Məhz onun vasitəsilə müəllif öz ideyasını açıq və ya sətiraltı
şəkildə seyrçiyə çatdırır. Çağdaş televiziyaçılıqda aparıcı obrazı
seyrçiyə özünü bənzətməsi üçün təqdim olunan etalon kimi çıxış
edir. Onun kamilliyi, yüksək səviyyəsi və davranış mükəmməlliyi
seyrçinin mədənimənəvi aləminə zənginlik gətirməli, onun dün
yagörüşünü artırmalıdır.
Burada obraz verilişin ideya yükündən irəli gələn tələblərə cavab
verən tərzi taparaq ünsiyyətdə, kommunikasiyada gərəkli cəhətləri
sadiqliklə qorumağa hesablanmış böyük ustalıqla yaradılmalıdır.
Verilişin xarakteri, auditoriya seqmenti mövzu dairəsini nəzərə al
maq, tələb olunan “dildə” özünün şəxsi keyfiyyətlərilə danışmaq,
fərdi cəhətini gətirməklə məqsədə nail olmaq deməkdir. Hər bir
seyrçi ekran başında seyr müddətində aparıcının nə istədiyini,
məqsədini, məqsədə nail olmaq üçün atacağı addımları və ya
naşma tərzini bilməli, məhz bu cəhətlərinə görə onu digərindən
fərqləndirməlidir. Əsas fərqi təşkil edən cəhətlərə, təbii ki, ün
siyyətin və manipulyativ mexanizmlərdən istifadə dərəcəsinin
əlavə olunması tam mənzərənin açılışına xidmət edərdi. Ünsiyyət
mürəkkəb psixoloji mərhələ olmaqla, fərdin şəxsi sahəsinə daxil
olmaq cəhdidir. Bu zaman bir neçə vacib tələblərin icra olunma
sı gərəkdir ki, şəxs özünün dairəsinə müdaxiləyə imkan versin.
Səmimilik, məhrəmlik, intellekt, dünyaduyumu kimi mənəvi
keyfiyyətlərlə bərabər baxışları, jestikulyasiyası, mimikası kimi fi
ziki çalarlar da obrazın tələblərindən çıxmamaq və özünün daim
istifadəsində olmaq şərti ilə üzvi şəkildə icra olunan cəhətlər kimi
vacibdir. Əks halda ünsiyyətin baş verməsi mümkün deyil və cəmi
bir neçə saniyə ərzində rabitə pultun digər düyməsini sıxmaqla qı
rıla bilər. Nəzərə alsaq ki televizor pultu heç də həmişə bir nəfərdə
olmur, onda ünsiyyətdə bütün ailə üzvlərini mənəvi, psixoloji du
rumundan asılı olmayaraq, baxmağa cəlb etmək üçün maraqlan
dırmaq, ünsiyyət dairəsinin onları da əhatə etməsinə nail olmaq
kimi mürəkkəb vəzifə hər bir aparıcının gələcək televiziya karyera
sını müəyyən edir. Ekranda aparıcı qismində görünən şəxsin tiraj
lanması (314) şəxsi keyfiyyətlərinin itirilməsinə səbəb olur və “do
nur”, ətraf dünya ilə qarşılıqlı əlaqədə olan modelə və müəyyən
təyin olunmuş ideyaların ötürücüsünə çevrilərək ictimailəşir,
fərddən daha çox təmsilçiyə çevrilir. “Sosial maska”ya malik
aparıcı öz ictimai rəyini ifadə etməyə, auditoriyanın müəyyən
hissəsinin dünyagörüşünü, sosialpsixoloji durumunu çatdırmağa
135
iddialı, müəyyən qrupun təmsilçisi, ümumiləşmiş sifəti kimi çıxış
edir.
A. Novikova “sosial maska” anlayışını araşdıraraq ekranda şəx
siyyət kimi qalmağın mümkünsüzlüyünü bildirir. “Sosial mas
ka”nın yaranmasının rejissorun, jurnalistin, ekranın təbii xü su
siyyətlərinin iradəsindən asılı olmayaraq auditoriya qarşısında
daim görünməklə, sosial mövqeyə sahib olmaqla yaranması rəyi
ilə razılaşsaq da, birinci fikri sonadək araşdırılmamış yanlışlıq
kimi dəyərləndiririk. “Sosial maska” anlayışı bir qədər şişirdilmiş
məfhumdur və bunu heç də bütün aparıcılara aid etmək olmaz.
Televiziya tarixinə nəzər yetirdikdə tam əks mənzərənin şahidi
oluruq. TV ekranına çıxan aparıcının getdikcə artan nüfuzu, sosial
çəkisi onu şəxsiyyətə çevirərək, ictimai həyatda fəal çıxışına, siyasi
xadimə çevrilməsinə səbəb olur.
Aparıcının müəyyən bir obrazı tapdıqda ondan möhkəm ya
pışaraq verilişdənverilişə ötürməsi ilə populyarlığının, sözü
nün çəkisinin artmasını qeyd edən tədqiqatçı, seyrçilərin onu
dinlədiklərini, ona qoşulduqlarını bildirir və çoxmilyonlu tamaşa
çının qarşısında ardıcıl çıxış edən insanın onun üzərində müəyyən
hakimiyyətə sahib olmasını təsdiq edir. Bununla da “şəxsiyyətini
itirmə” rəyinin düzgün olmadığı üzə çıxır və müəllif özözünü in
kar etmiş olur. Tirajlanmanın mənfi cəhətlər törətdiyini bildirən
A. Novikova ekranda olan insanın fərdi cəhətlərini yox edərək
müxtəlifliyini, daxili dinamikaya məxsusluğunu, təkrarsızlığını
söndürərək onu “sosial maskaya” çevirdiyini və getdikcə ma
raqsızlaşdığını ifadə edir. Burada yenidən müəllifin fikri ilə ra
zılaşmayaraq deməliyik ki, aparıcı məhz bu şəxsi keyfiyyətlərini
ekrana gətirərək obrazın yaranmasına nail olur, onu tamam
layır, onların vasitəsilə digərindən seçilərək seyrçi üçün ma
raqlı olur. O, adi insandan ictimai əhəmiyyət daşıyan, öz şəxsi
keyfiyyətləri ilə rəftar edən şəxsiyyətə çevrilir. ABŞ təcrübəsini
misal kimi gətirən tədqiqatçı N. Qolyadkin aparıcının efirdə
başqası ilə dəyişdirilməsini prezident dəyişikliyi ilə müqayisə
edərək əhəmiyyətini göstərir. O, televiziya aparıcısının uzun il
lər fəaliyyətinin yüksək dəyərləndirildiyini, seyrçinin öyrəşdiyi
sifətin ekrandan yoxa çıxması ilə auditoriyanın itirildiyini, rəqib
verilişə maraq göstərilməsinin baş verdiyini qeyd edir.
Aparıcının kommunikasiya prosesində bəhrəli iştirakı onun
şəxsi hazırlığından, keyfiyyətlərindən və bir də peşəkarlıq sə
viyyəsindən asılıdır. Hazırlıq deyildikdə aparıcının təhsili, dünya
görüşü, müxtəlif sahələrdən toplanan biliklər sistemi, jurnalistika
136
prinsiplərindən xəbərdarlığı və bir də ünsiyyətə girmək təcrübəsi
(onun ictimai həyatda fəallığı, tələbə, gənclər qurumlarında iştira
kı, yazılı mətbuatda çıxış etməsi və s.) nəzərdə tutulur.
Keyfiyyətlər onun şəxsi göstəriciləri – səmimiliyi, intellekti, özü
nəgüvəncliyi, daxili inamı əks etdirən görünüşü, nitq sər rastl ığı,
ifadəli, düzgün, zəngin danışıq tərzi və bir də insanlarda yaratdığı
rəyi əks etdirir. Burada rəy həm ekrana çıxana qədər olan fikirləri,
həm də sonrakı dövrdə seyrçilərin onun barəsində düşündüklərini,
ona olan hisslərini ifadə edir.
Televiziya aparıcısının peşəkarlığı onun bilavasitə mənsub ol
duğu peşədən xəbərdarlığını ehtiva etməyərək, daha geniş anlamı
əhatə edir. Jurnalistika, artistizm, ünsiyyətcillik, kommunikasiya
ya girmək qabiliyyəti, müəyyən situasiyaları yaratmaq, yaranmış
situasiyanı idarə edərək istədiyi məcraya yönəltmək, həmsöhbəti
ilə söhbəti qurmaq və bir də seyrçi ilə rabitəni qurmaq imkanlarına
malik, bu işin bacarıqla, fəndlərlə, qaydalara əməl etməklə icrası
aparıcı peşəkarlığının təməl prinsiplərini təşkil edir.
Deyilənlər aparıcının daxili aləmini, hazırlığını ifadə edir. Lakin
aparıcı ekranda görününcə ona qiymət təkcə bu hazırlıq səviyyəsi
ilə deyil, həm də xarici görkəmi, fiziki hərəkətləri əsasında veri
lir. Onun mimikası, jestikulyasiyası, davranışı diqqətdən kənarda
qala bilməz. Aparıcının makiyajı, saçı və geyimi də kommunika
siya prosesində rol oynayır, rəyyaradıcı mahiyyət daşıyır. Əksər
hallarda tamaşaçı ekranda nəyin səslənməsinin fərqinə varmaya
raq əsas diqqəti təbəssümə, mimikaya, jestlərə, ünsiyyət ədasına
yönəldir. Tədqiqatçı B. Budanın araşdırmaları bu məsələdə ol
duqca maraqlı cəhətləri üzə çıxarmağa imkan vermiş oldu. Onun
araşdırmaları göstərir ki, qadınlar kişi aparıcıları izləyərkən saçın
rənginə, üzün quruluşuna, göz və əlin formasına diqqət yetirirlər.
Kişilər isə qadın aparıcıların dinamikasına maraq göstərirlər. On
ları daha çox mimika, plastika, jestikulyasiya və bunların üzvi
vəhdətdə çıxış etməsi maraqlandırır. Yəni ilk növbədə gördüyünə
diqqət yetirməklə onun əsasında tamaşaçıda təəssürat yaranır;
yalnız bundan sonra ikinci mərhələ – intellektual imkanları, eru
disiyası və savadı diqqətə gəlir, bu barədə rəy yaranır. Bundan
sonra aparıcı görkünün fərdi cəhətləri, yeniliyi, özünəməxsusluğu
diqqətə gəlir ki, bu da bütünlüklə rəyin yaranmasına xidmət edən
sonuncu mərhələdir. Məhz bu yolla aparıcı haqqında tamlıqla rəy
yaranır. Hər bir cəhət yekun rəyin xarakterini təyin etməyə qulluq
edir. Ona görə də görünüş, fiziki cəhət diqqətdən kənarda qalma
malı və onun efir çıxışında mühüm yeri unudulmamalıdır.
137
Həmçinin yuxarıda göstərdiyimiz kimi görk və onun xarakterik
cəhətləri də aparıcılıq fəaliyyətinin əsas mahiyyətini təşkil edir.
Aparıcının nə üçün ekrana çıxdığı, nə istədiyi və hansı suala (ve
rilişin ideyasından irəli gələn sual, bəzən buna “süjetin əsas sua
lı” da deyirlər) cavab axtardığı bəlli olmaqla bərabər hansı yolla
getməyi, necə yanaşması da dəqiq bilinməlidir. Ekranda aparı
cının “hansı rolu ifa etdiyi” dəqiqliklə, xarakterik cəhətlərinin
bütün elementləri nəzərə alınmaqla bilinməlidir. Burada üslub
xüsusiyyəti, fərdi cəhətlər qorunmalı, sabitlik saxlanılmalıdır. Qa
rışıqlıq, çaşbaşlıq yaratmaqla bütöv və üzvi görkün yaranmasına
mane olaraq, ekranda bir çox aparıcılar öz yerlərini tapa, tez bir
vaxtda seyrçinin maraq dairəsinə daxil ola bilməyib, bu sənəti tərk
edirlər. Doğrudur, zorla ilişib qalma halları da olur ki bu, seyrçi
nin həmin veriliş vaxtı deyinərək kanalı dəyişməsi ilə nəticələnir.
Nəzərə alsaq ki aparıcıların bir çoxunun ictimai rəylə ümumiyyətlə
hesablaşmayaraq öz bildiklərini etmələri halına teztez rast gəlinir,
deməli, seyrçinin rəyi heç bir rol oynamır. Ona görə də reytinqlərdə
olan uğursuzluğun səbəbini araşdırmaq kimi mühüm bir fəaliyyət
diqqətdən kənarda qalmamalıdır. Layihənin rəhbəri, rejissoru
və aparıcısı seyrçilərin hansı personajı gözlədiyini, düşünülmüş
obrazın verilişin xüsusiyyətlərinə nə dərəcədə uyğun olduğunu,
gələcək aparıcının şəxsi cəhətləri ilə yaxınlığını dəqiq müəyyən
etməlidirlər.
Ekranda olan informasiyanın qavranılmasında vizual cəhətlər
lə bərabər səs amili də həlledicidir. Bu baxımdan aparıcının səs
quruluşu, danışıq tərzi, nitq ifadəliliyi əhəmiyyətini saxlayır.
Aparıcının səs obrazı daha çox informasiyanın keyfiyyətindən və
xarakterindən asılıdır. Xoş xəbəri söyləyərkən (informasiya proq
ramlarında) yüksək tonda səslənmə, dərindən nəfəsalma baş ve
rir. Kədərli xəbəri çatdırarkən isə sürətin azalması, tonun aşağı
düşməsi duyulur. Seyrçi birbaşa bu dəyişmələri hiss etməsə də,
bu onun informasiyanı qavramasına təsir edir. Səsin emosional
gücü, təsir imkanları danılmazdır. Səs tonunun qulağa yatımlılıq
səviyyəsinin aşağı olması, düzgün köklənməməsi informasiya
nın çatdırılmasına böyük maneələr yarada bilər. Aparıcının səsi
xoşagəlimli, melodik, qulağayatımlı olmalıdır. Nazik çığırtılı və
ya kobud, boğazdanyuxarı səslər seyrçidə mənfi emosiyalar yara
dır. Düzgün və ifadəli nitq də unudulmamalıdır. Bir çox hallar
da cəfəngiyat söyləmək, yalançı söz oyununu qurmaq, mənasız
söz yığını ilə vaxtı doldurmaq cəhdi də psixoloji ünsiyyətə mane
olur və kommunikasiyanın baş verməsinə imkan vermir. Aparıcı
138
bütün hallarda nə üçün efirə çıxdığına əmin olaraq bu məqsədə
yönəlmək, inkişafa nail olmaq üçün dəqiq, sərrast, ifadəli nitqini
qurmalıdır. Bir çox aparıcılarda yaranan arxayınlıq, öncədən ha
zırlaşmama nəticədə cəfəngiyat axınının ekrana çıxmasına rəvac
vermiş olur. Psixoloqların tədqiqatlarından aydın olur ki, seyrçi
informasiyanı qavramaqdan çox, özü ilə eyniləşdirdiyi aparıcının
davranışı əsasında yaranan yaşantı ilə ya baş verən hadisəyə yolu
xur, ya da özünümüdafiəyə qalxır. Seyrçi aparıcını özü ilə bərabər
tutaraq ondan səmimiyyət, hörmət, ehtiram tələb edir. Əks hal
da yaşantı və bunun nəticəsində kommunikasiyayagirmə alınmır,
seyrçi başqa kanalı seçir.
Televiziya aparıcısından tələb olunan bir cəhət də onun məişət
müdrikliyindən xəbərdarlığı və assosiativ düşüncə tərzinə malik
olmasıdır. Bu cəhətlər onun ünsiyyətcilliyini artırır, həmsöhbətləri
ilə rabitəni effektiv qurmasına və bütün mümkün situasiyalarda
qərar verərək onu öz xeyrinə (verilişin inkişaf xəttinə, intriqasına)
yönəltməsinə imkan verir.
Daxili dinamika aparıcının axarı təyin etməsinə, yönəltməsinə
imkan verən gücdür. Lakin bu gücü idarə etmək üçün aparıcı
düşüncə tərzinə, məntiqə, duyuma (efir duyumu, verilişin ide
ya duyumu, seyrçinin maraq duyumu) malik olmalı, jurnalistika
peşəsinin prinsiplərindən xəbərdar olmalıdır. Dramaturji situ
asiyanı yetiş dirərək, kolliziyanın yaranmasına təkan vermək və
cilovu əldən buraxmayaraq lazım olan səmtə yönəltmək olduqca
mühüm key fiyyətdir. Çağdaş tokşoularda qarşı tərəflərin üzüzə
qoyulması yolu ilə həqiqətin üzə çıxarılması metodu olduqca ge
niş tətbiq olunur. Lakin bir çox hallarda aparıcı öz funksiyasını
düzgün müəyyən etmədiyindən və ya dərhal reaksiya vermək im
kanından məhrum olduğundan verilişin gedişatını xaosa çevirir.
Bir çox tokşoularda aparıcı problemi kəskinliklə durur. Qeyd
edək ki, şounun adı ilə quruluşu, səhnə tərtibatı və aparıcı ob
razı arasında ümumi bir uzlaşma olmalıdır və qarışıqlığa yol
verilməməlidir. Aktual mövzunu çözüm hədəfi kimi seçməli olan
tokşou ümumiləşmiş tərzdə bəzən olduqca geniş və şou formatı
na sığmayaraq bir neçə saatlıq müzakirəni tələb edən problemlərə
toxunmaqla iflasa uğrayır. Tokşouda mövzu konkret olma
lı, bu barədə tərəflərin fərqli fikirlərinin üzə çıxmasına yardım
edilməlidir. Ümümiləşmiş, əhatəli mövzunun çözümə qoyulması
yol verilməzdir. Əsası otuz il əvvəl Fil Donahyu tərəfindən qoyulan
danışıq şousu televiziyanın ayrılmaz hissəsinə çevrilib. Araşdırıcı
139
O. Gerasimova tokşouya tərif verərək onu təcrübəli, suala cavab
verməyə həmişə qadir olan, auditoriyanı hər hansı problemin həlli
yollarını tapmağa yönəltməyə çalışan şoumenlər tərəfindən idarə
olunan həqiqət axtarışına bənzədir. Mövzu seçiminə toxunan
müəllifin qənaəti ilə razılaşmamaq olmaz. Konkretliyi heç zaman
unutmamağı əsas şərt kimi qoyan müəllif “hər nəsnə haqqında da
nışmaq lazımi nəticəni vermir” deyərək, mübahisə sərhədləri nə
qədər dəqiq və konkret cızılarsa, mövzuya daxi lolmanın, dərindən
çözümaparmanın və müəyyən qənaətə gəlməyin bir o qədər asan
mümkün olduğunu söyləyir. “Bəzən olduqca geniş, sərhədsiz
mövzu seçilir və nəticədə tokşou “hər şeydən və heç nədən” bəhs
edən səthi söhbətə bənzəyir” (149, səh. 44) və tokşounun yaradı
cı heyətinin qeyripeşəkar yanaşması ilə onun başlıca məqsədinin
icrası mümkünsüz olur.
Mövzunun düzgün müəyyən olunması ilə bərabər, əsas
mübahisə mövzusunun konkret müəyyənləşməsinə də ehtiyac
var. Adın enerjili, dəqiq, daxili ritmli, eyni zamanda, ifadəli olması
əsas şərtdir. Qanadlı ifadələrlə, qarşılıqla və ümumiləşmə ilə ifadə
olunan mövzunun adı istənilən çözümün baş tutmasına mane ola
caqdır. Problemin müzakirə oluna biləcək tərəfini dəqiq müəyyən
etməklə ad seçimində istifadə olunması insanları mübahisəyə,
müzakirəyə yönəldə bilər.
Tokşou aparıcısı mövzu ilə bağlı veriləcək sualları da doğru
məqsədə yönəlmiş tərzdə tərtib etməlidir. Diskussiya mövzu
sunun açılışına xidmət edəcək səmtləri düzgün tapmaq, sualları
məhz bu tərəfdən verməklə aparıcı çözümün baş tutmasına nail
olmalıdır. Bir çox moderatorlar söhbəti qura bilmədiklərindən,
çoxlu sayda sual verməklə işini bitmiş sayır ki, bu yolverilməzdir.
Suallar konkret və az sayda olmalıdır ki, hər birinin ətrafında
yetərincə müzakirə aparılsın. Misal kimi “Qoy desinlər” (Birinci)
tokşou moderatorunun gedişat boyu cəmi 56 maddədən ibarət
sual verərək çözümün uğurlu alınmasına nail olmasını göstərmək
olar. Həmçinin sual tərtibatında xüsusiyyətlər, açıq ziddiyyətlər,
konkret hadisələr (faktlar, dəlillər) nəzərə alınmalıdır. Hər bir sual
mübahisəyə yönəltmək təbiətinə malik, təhrikedici olmalıdır. Sual
tərtibatında diskussiyalılıq qorunmaqla, heç bir halda cavabı hazır
və insanlara mövqe sırıyacaq şəkildə qurulmamalıdır. Aparıcının
“dəqiq mövqeyi, dərindən əminliyi, prinsipiallığı, müzakirə olu
nan problemi təfərrüatı ilə bilməsi, geniş erudisiya, çıxış etmək və
140
auditoriyanı idarə etmək qabiliyyətinə malik olması” (149, səh. 46
) əsas şərt kimi göstərilir.
Tokşouda əsas şərtlərdən biri də onu necə başlamaqdır. Heç
bir halda aparıcı başlanğıcda hansısa mövqeyə və ya tərəfə me
yilli olduğunu büruzə verməməli, yalnız problemin əhəmiyyətini,
praktiki dəyərini, müzakirənin qaçılmaz və vacib olduğunu
qeyd etməklə kifayətlənməlidir. Moderator auditoriyanı gedi
şata kökləməklə, həqiqət axtarışına dəvət etməyə çalışmalıdır.
Bu mərhələdə əsas düzgün qoyulduqda çözümün sonrakı tale
yi uğurlu ola bilər. Gedişat zamanı aparıcı barışdırıcı mövqedən
uzaq olmaqla mü bahisənin yaranmasına çalışmalı, tərəflərə
mövzudan sapmağa, ümumi ifadələrlə kifayətlənməyə imkan
verməməli, teztez alışdırıcı situasiyalar yaratmalıdır. Onun üzvi,
enerjili, templi yanaşım tərzi ilə gedişat daha canlı və məqsədə
müvafiq ola bilər. Bir çox hallarda verilişin gedişatında aparıcı
nın tərəflərin bu mərhələdəki mövqeyini müəyyən etmək üçün
özünəməxsus taymaut götürməsi, çıxarışlar, nəticələr deməklə
auditoriyanı, həmsöhbətləri analiz etməsi yolveriləndir. Bu, ona
söhbətin istiqamətini müəyyən et mək, tərəflərin rəyini öyrənmək
üçün lazım olan fənddir. Xaosun, anlaşılmazlığın yaranmasına
imkan verməməklə aparıcı yumşaq, nəzakətlə və eyni zaman
da qətiyyətlə bu situasiyadan çıxmağa çalışmalıdır. Mövzuya
hazırlıqlı olmaqla aparıcının müzakirə olunacaq məsələlərlə
bağlı ətraflı məlumatlarla silahlanması, yardımçı vasitələrdən,
videosüjetlərdən yerində istifadə etməsi vacibdir. Həmçinin ge
dişatı nəzarətdə saxlayan moderator söhbətlərdə təkrarçılıq, au
ditoriyada yorğunluq hiss etdiyi anda artıq yekunlaşmaya baş
lamalıdır. Heç bir halda tokşou qəfil kəsilməməli, mövzunun
tam çözülməsi ilə nəticələnərək yekunun verilməsi ilə bitməlidir.
Tokşounu yerində və nəticə ilə bitirmək aparıcıdan əlavə duyum
qabiliyyəti tələb edir.
Bütün bu deyilən keyfiyyətlərdən uzaq olan “Aktual” tokşo
usunda səhnə tərtibatının evə bənzəməsi, pərdələr, aparıcının
anlaşılmaz obraz mahiyyəti ilə ad arasında heç bir əlaqə, rabitə
görünmədiyindən, məqsədin efir doldurmaq, şou eləmək olması
dərhal üzə çıxır. Verilişin yaranmasını şərtləndirən amillərdən ən
əsası düzgün aparıcı obrazının tapılması ilə bərabər, bu obrazın
inkişafına səbəb olacaq mühitin biçimləndirilməsidir. Onun mü
hiti – səhnə tərtibatı, işıqrəng həlli, mizansəhnə, mizankadr ve
rilişin mövzusundan doğaraq aparıcı obrazını tamamlamalıdır.
Səhnə tərtibatının uyğunsuzluğu seyrçidə mənfi rəyin yaranma
141
sına xidmət edərək, bəzən maraqlı bir layihənin, uğurlu aparı
cının ekran həyatını qısaltmış olur. Səhnə tərtibatının mühüm
əhəmiyyəti, aparıcı obrazının tamamlanması, verilişin mövzu ilə
vəhdətdə çıxış etməsi N. Qolyadkinin ABŞ televiziyaları misalın
da gətirdiyi nümunələrlə bir daha təsdiq olunur. Orada televi
ziya ənənəsində səhnə tərtibatının uzun müddət dəyişməz qal
masının verilişin, auditoriyanın sabitliyini qorumaq məqsədini
güddüyü göstərilir. SiBiEs telekanalında 1981ci ildə Kronkaytı
De Rezin əvəz etməsi hadisəsi zamanı ənənənin qorunduğunu
təsdiq etmək üçün səhnə tərtibatında yalnız rəng həllində kiçik
dəyişikliyin aparılması nümunəsi ilə müəllif bu amilin mühüm
yerini əks etdirir. Lakin aparıcı şəxsiyyəti, səhnə tərtibatı heç bir
halda televiziya proqramının ümumi məzmununu üstələməməli,
onun ideyasını çatdırmağa xidmət edən alət olmalıdır.
İdeya olmadıqda ekranda baş verənləri mənasız oyun, şada
ra ilə müqayisə etmək olar. Tokşounun sosioloji araşdırmalar
nəticəsində lüzumlu layihə kimi hazırlanaraq efirə çıxmaması və
ümumiyyətlə hazır olmaması dərhal görünəcəkdir. Konsepsiya
sızlıq, məntiqsizlik və biçimsizlik, heç bir özünəməxsus cəhətin
olmaması, onun öz auditoriya seqmentini formalaşdırmasına
imkan vermir. Aparıcının hazırlıqsız, idarə etmək qabiliyyətinə
malik olmayan, təcrübəsiz, qeyriintellektual görünüşü elə ilk
andan şounun çəkisini azalda bilər. Aparıcı əgər söhbətin gedi
şatından xəbərsiz görünməklə bərabər, onu idarə edə bilmirsə,
hər şey təbii axarla inkişaf etməklə ekran xaosuna gətirib çıxa
rır. Aparıcının qeyriifadəli davranışları, yersiz duruboturma
ları, ünsiyyətə girə bilməməsi, cansıxıcı aparıcılıq tərzi, əsassız
müdaxilə, ümumiləşmiş suallarla mövzunu səhv istiqamətə
yönəltmək cəhdləri dərhal nəzərə çarpacaqdır. Heç bir davranışı
və detalı ilə moderatora bənzəməyən aparıcıların yalnız ekranda
görünmək istəyi tokşou adlandırılan telesöhbəti baxımsız edir.
Rusiyada “İtoqo” (NTV), “Odnako” (“Birinci”) kimi əyləncəli
publisistik teleşərhlərdə ictimai rəyə birbaşa təsir, onu müəyyən
səmtə yönəltmək cəhdləri açıq duyulur. Azərbaycanda Orxan
Fikrətoğlunun aparıcılığı ilə “Zorxana” (ANS) siyasi proseslərin
sadələşdirilmiş şəkildə təqdimatına yönəlib. Orxan Fikrətoğlunun
sadə nitqi, gediş kimi istifadə etdiyi “Xeybər” obrazı tamaşaçıya
doğma olduğundan hansısa baş vermiş ciddi siyasi hadisəyə məhz
onun şərhini dinləmək marağını oyadırdı. Leksiksintaktik qu
ruluşda eyni köklü sözlərin təkrarı, mozaik nitq, kalambur oyun
təəssüratı yaradaraq tamaşaçını özünə cəlb edir, onu azarkeşə,
142
müəllifin iti zəkasının izləyicisinə çevirir. O. Fikrətoğlunun çıxışı
məhz bu maraq hesabına geniş şəkildə izlənilir.
“Lider” kanalında “Zəif bənd” layihəsinin ölkə teleməkanına
gə lişi Rusiya və Türkiyə kanallarında onu izləyən seyrçiyə ma
raqlı oldu. Lakin oyunun xarakterində və ya aparıcısında olan
hansısa qüsur müqayisədə daha qabarıq görünməklə lazı mi
marağı cəmləyə bilmir. Aydın Talıbzadənin “Zəif bənd” ba
rədə “özünə hörmət edən insan bu oyunda ona tapşırılmış tele
obrazı yüzdəyüz dəqiqliklə “görükdürən” aparıcının heç bir
sö zünə dözməz. Aparıcı (zərif, hikkəli, qızcığaz) onlara “itin sö
zü”nü deyir və bu adamlar da irişib keykey kameraya baxa
baxa qalırlar” (93) fikri layihə haqqında söylənilən tənqiddir.
Aparıcı amilinin verilişin ruhunun təyinində əsaslı rol oynayan
başlıca cəhət olduğunu qeyd etmək lazımdır. Məhz apa rıcının
obraz həllinin uğuru, təqdimatda və bütün mətn lərdə obraz
xüsusiyyətlərini qoruyub saxlayaraq verilişin abhavasına mil
li koloritin əlavə olunması “Çalçağır”ı zənginləşdirir və analoji
proqramlardan fərqləndirir.
Proqramın aparıcısı Dilarə Əliyevanın eloba dilindən bəh
rələnərək duzlu, məzəli və ironik danışıq tərzi, süjetləri məhz bu
üslubda – pıçhapıç edən qadın obrazının diliylə təqdim etmə si,
ardınca qonaqla məhz bu tərzdə söhbətləşməsi üslubdil kom
pozisiyasının üzvi vəhdətini yaradaraq, proqramın janr xü
susiyyətlərinin qorunmasına imkan verir. Bu vəhdəti ustalıqla
quran aparıcı, əslində şoubiznes aləminin real mənzərəsini və
qalmaqalları ironik tərzdə, qismən də sarkazmla ifadə etməklə
canlılıq, dinamika və gülüş yaradır. Proqram hadisələrin ciddi və
olduğu kimi təqdimatı ilə bərabər, əyləncəlilik prinsipini qoruyub
saxlayaraq, faktların təqdimatında bu cəhətdən məharətlə istifadə
edir. Ekran qarşısında tamaşaçı həm istirahət edir, həm də maraq
landığı informasiyanı alır.
Bitkin kompozisiyalı verilişdə postmodernist təqdimetmədən
irəli gələrək mozaik dramaturji elementə meyil və aparıcının ya
nında deyingən, xəbər gətirən qadın obrazı, onun dramaturji həlli
canlılıq yaratmaqla bərabər, verilişin temporitmini çevikləşdirir.
Ardınca gələn süjetlərdə müxbirlərin el dilində baş verənlərə
aydınlıq gətirmələri, araşdırmalar, həmçinin vizual həlldə dina
mika, köməkçi vasitələrlə gücləndirmə elementləri, kliplər, titrlər,
aksentlər, təkrar kadrlar xəbərin zənginliyinə və təqdimetmə
koloritinə təsir edir. Süjeti çevik və cəzbedici edən bu amillər,
143
onun digər kanallarda olan verilişlərdən fərqlənməsinə gətirib çı
xaran başlıca amildir.
Studiyaya qonaq gəlmiş şoubiznes ulduzu ilə yorucu və temp
siz söhbətlər aparan digər verilişlərdən fərqli olaraq “Çalçağır”
ziddiyyətli məqamları, toqquşmaları qabardır və gəzən şayiələrə
aydınlıq gətirir. Bu söhbətin də asan və qulağayatımlı bir tərzdə
təqdimatı maraq kəsb edir. Verilişin başlanğıcında qonaqla bağlı
süjetin özündə olan dinamika, qalmaqal tamaşaçını maraqla otu
rub verilişə baxmağa sövq edir.
Beləliklə, biz televiziya aparıcılarının yaradıcı fəaliyyətlərinin
nəzəri əsasla rını təhlil edərək onu konkret nümunələr üzərində
əsaslandırma ğa çalışdıq. Dəyişkən təbiəti, obraz çeşidliliyi biçim
müxtəlifliyi yaratsa da ümumi prinsiplər, yaradıcı meyarlar və
biçimlənmiş ünsiyyət prosesində iştirak edən mənəvi əhval qay
daları və fiziki davranışlar sistemi sabitdir. Yaradıcı fəaliyyətin
mahiyyətində duran ünsiyyət qurmaq, onu qorumaq və verilişin
ideyasının çatdırılmasını təmin etmək, hadisəni inkişaf etdirərək,
məntiqi nəticənin əldə olunmasına yönəltmək onun başlıca
sənətkarlıq tərəflərini müəyyən etdiyindən, təhlil prosesi bu me
yarlarla aparıldı. Yaradıcı fəaliyyətin təhlili və onun metodologiya
sında praktik nümunələrlə müqayisəli kontent analizi vermək yolu
ilə çözümün aparılması elmidir və yanaşma ətraflı mənzərənin ya
ranmasına xidmət edir. Aparıcının janr tələblərindən irəli gələn ob
razı, davranış müxtəlifliyi nəzərə alınmaqla, təhlil yuxarıda qeyd
olunan prinsiplər əsasında fərdi cəhətlərin, üslub xüsusiyyətlərinin
üzə çıxarılması yolu ilə aparılmalıdır. Elmi işdə televiziya aparıcı
larının yaradıcı fəaliyyətlərinin nəzəri əsaslarını müəyyən edərək
onun əsas prinsiplərini, təhlil metodologiyasını təklif etdik. Möv
zunu genişləndirməklə konkret janra uyğun aparıcı obrazlarının
yaradıcı fəaliyyətinin nəzəri əsaslarının da yaradılması televiziya
şünaslığın qarşısında duran vəzifədir və bu mövzu sənətşünaslıq
elminin maraq dairəsinə daxildir.
Dostları ilə paylaş: |