TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

2.5 Televiziya aparıcısının sənətkarlıq göstəricilərinin təhlil metodolo-

giyası

Televiziya  öz  təbiətində  yaradıcılığı,  estetik  və  kulturoloji  ma­

hiyyəti  ehtiva  etməklə  yayımlandığından,  onun  sənətkarlıq  me­

yarları  müəyyən  edilməklə  təhlil  olunması  doğru  elmi  yanaşma 

olardı. Televiziya öz canlılığı, ünsiyyətcilliyi ilə sənətin kommuni­

kativ mahiyyətini daşımaqla bərabər, gündəlik olduğundan onun 

yayım vahidlərindən hər birinə yanaşım bucağı fərqli, eyni zaman­


144

da, bütöv prosesin tərkib hissəsi kimi olmalıdır. Sənət kimi kütləvi 

mahiyyəti ilə eyni bir zamanda milyonları əhatə etməsi onun sta­

tusunu yalnız kino ilə müqayisə etməyə imkan verir. Öz dilini, ya­

radıcı  platformasını,  estetik  əsaslarını,  ifadə  vasitələrini  yaradan 

bu kütləvi informasiya vasitəsi sürəti dəyişikliyə, islahata məruz 

qalan sənət növü kimi də fərqlənir.

Televiziya  yayım  vahidlərinin  əksəriyyətində  mərkəzi  sima, 

əsas qəhrəman, obraz, baş rolun ifaçısı, illər uzunu onun sükanı 

başında  duran  aparıcı  olduğundan,  məhz  onun  yaradıcı  meyar­

larını,  fəaliyyət  is tiqamətlərini,  sənətkarlıq  tərəflərini  vaxtaşı­

rı təhlilə çəkmək tələb olunur. Fərqli mahiyyətlə, fərdi cəhətlərə 

mənsubluqla  efirə  çıxan  aparıcının  yaradıcı  siması,  sənətkarlıq 

göstəriciləri bir meyarla ölçülə bilməz. Lakin ünsiyyətin, seyrçi ilə 

rabitənin alınmasında iştirak edən estetik mahiyyət daşıyan ümu­

mi prinsiplərin formalaşması gerçəkliyi də vardır ki, onları dan­

maq, sadəcə olaraq, mümkünsüzdür. Hesab edirik ki, aparıcıların 

sənətkarlıq  göstəricilərinin  təhlili  məhz  bu  prinsip  və  tələblərlə 

ölçülməli, təhlil bu məzmunda aparılmalıdır, onun metodologiya­

sı dəqiqləşdirilməlidir.

Televiziyada  aparıcının  vacib  və  kanalın  sifətini  təmsil  edən 

şəxs olması onun yükünü, ictimai əhəmiyyətini artırır. Bugünkü 

televiziyalaşmış  mühitdə  məhz  onun  “sifətləri”,  yəni  aparıcılar 

maraqlı, əziz və ən başlıcası etibarlıdırlar. Yəni hər kəsə ekran ba­

şında gördüyü şəxsə qarşı bir inam, etimad hissini yaşatmaq tələb 

olunur. Aparıcının ictimai rəyə təsir imkanları televiziyanın ma­

nipulyativ təbiəti ilə bağlıdır. Seyrçi ekrandan çox fərqli nəsnələr 

gözlədiyindən,  hər  tamaşaçı  qrupuna  ayrıca  yanaşım  tərzini  ya­

ratmaq  gərəkdir.  Ekran  başında  əyləşən  televizorda  olana  o  za­

man  etibar  edir  ki,  o,  onun  özünü  xatırlatsın.  Aparıcı­şoumen, 

moderator,  vi­djey  və  s.  xarakterik  keyfiyyətindən  və  yaratdığı 

ekran  obrazından  asılı  olaraq  əhəmiyyətliliyini,  özünün  çəkisini 

biçimləndirməlidir. Manipulyativ təsirə malik olmağın əsas yolu 

məhz peşəkarlıqda, daxili hazırlıqdadır.

Manipulyativ mexanizmdə intellekt, özünə inam və bir də sırı­

maq cəhdinin heç bir halda üzə çıxmaması vacib şərtdir ki, bu da 

ünsiyyət qurulduqdan sonra baş verən mürəkkəb psixoloji, eyni 

zamanda,  əhəmiyyətliliyinə  görə  sosioloji  prosesdir.  Manipulya­

tiv texnologiyalar mövzusunda bir sıra dəyərli araşdırmaların ol­

duğunu  nəzərə  alaraq  bir  əsas  məsələni  qeyd  etmək  istərdik  ki, 

bu proses olduqca incəliklə, özünü büruzə verməyən şəkildə əks 

olunur.  Manipulyasiya  insan  hərəkətlərinin  proqramlaşdırılması 



145

yolu ilə mənəvi aləmə təsir edən hökmranlıq vasitəsi kimi psixolo­

ji struktura yönəlib fikir, inanc və məqsədləri müəyyən istiqamətə 

gizli  şəkildə  apararaq,  qarşıya  qoyulmuş  ali  məqsədin  həyata 

keçirilməsində  güclü  silah  olaraq  kommunikasiya  vasitələrinin 

köməyi ilə daha geniş tərzdə istifadə olunur.

Manipulyasiya  inandırmadan  fərqli  olaraq  təlqin  xarakteri  da­

şıyır,  subyektin  şüurundan  yan  ötüb  psixi  sahəyə  keçərək  şəxsi 

şüurla bərabər, ümumi şüurun sahəsinə düşür və passiv qavrama 

predmeti  kimi  özünə  yer  alır  (199).  Burada  ideya,  hiss,  emosiya 

və  ya  digər  psixo­fiziki  halın  psixi  dairəyə  daxil  olması  prose­

si baş verdiyindən, onun hədəf tərəfindən qarşısının alınması və 

qeyri­ixtiyari  təsirə  düşmə,  açıq,  duyulmayan  simvollarla  danış­

madığından  anlaşılmayan  axının  müqaviməti  mümkünsüzdür. 

Təlqin  zamanı  insanın  inamının  birbaşa  deyil,  daha  mürəkkəb 

yolla  –  qiymətləndirmə  obyektinin  dəyişməsi  ilə  onun  rəyində 

dəyişikliklər baş verir. 

Kütləvi şüurda təxəyyül bilavasitə imitasiya – özünü başqasının 

yerində  görməklə  bağlı  olduğundan  televiziya  malik  olduğu  vi­

zual  imkanlarından,  məhrəm  ünsiyyətə  girmək  qabiliyyətindən 

bəhrələnib, imitasiyanı asanlaşdırır. Televizorun qarşısında əylə­

şən  insanın  təxəyyülündə  imitasiya  yolu  ilə  yaranan  rəy  və  ya 

nəticə  onun  sonrakı  hərəkət  tərzini  müəyyən  etdiyindən  bu 

vasitə ilə təsirin özünün gerçək nəticəsini verməsi fikrini cəsarətlə 

söyləmək  olar.  Yaddaş  və  diqqət  manipulyasiya  prosesində  ən 

vacib  element  olduğundan,  yaddaşda  həkk  olunan  informasiya­

nın təsir gücü və ekranda baş verənlərə diqqəti cəlb etmək əsas 

məqsədə nail olmağın yoludur. Televiziya bu imkanlardan bütün 

mümkün  yollarla  istifadə  edərək  həm  özünün  birbaşa  kommer­

siya­yayım  maraqlarını  ödəmiş,  həmçinin  manipulyasiya  işində 

vasitə kimi çıxış etmiş olur.

İnformasiya bütün gücü və vasitələri ilə insan şüuruna hücuma 

keçərək onu öz əsirinə çevirir, estetik təsir ilə ram edir, məntiqsiz 

düşüncənin  meydana  çıxmasına  gətirib  çıxarır.  Auditoriya  ek­

randan  danışanın  məntiqinə,  dəlillərə  söykənməsinə  əhəmiyyət 

verməyərək onu qəbul edir və bu şəkildə daşıyaraq onu ötürür.

İnformasiya­kommunikasiyanın  başlaması  üçün  gərəkli  şərait, 

baza faktı ilə ünsiyyət birinci; istehsal­informasiya istehsalçısının 

məzmun  kimi  çıxış  edən  məlumatlara  bu  və  ya  digər  işarə  biçi­

mi verərək xəbər yaratması ikinci; ötürülmə, yəni informasiyanın 

verilməsi  üçüncü;  istehlak­psixoloji  mexanizmlərin  işə  düşməsi 

ilə informasiyanı qəbuletmə və dəyərlərdə dəyişikliyin başlama­



146

sı dördüncü; özünü açıq büruzə verməyən, təsir müddəti ölçüsüz 

olan informasiyadan fərdin istifadə etməsi beşinci mərhələdir. So­

nuncu mərhələdə qeyri­ixtiyari qavranılan informasiyanın topla­

naraq mövcud biliklər sisteminə söykənən təəssüratın yaranması, 

gələcək informasiyanın qavranılmasında zəmin olması prosesi baş 

verdiyindən, sonrakı mərhələnin effektiv, biçimli, fəndlərlə qurul­

ması vacib hesab olunur.

Aparıcı üçün qoyulan tələbləri əvvəlki işlərimizdə çözərək onun 

peşəkarlıq  tələblərinə  cavab  verməsi  üçün  lazım  olan  meyarla­

ra  nəzər  yetirmişik. Aparıcı  ekranda  duruş  gətirməsi,  tanınması 

üçün bəzi şərtlərə mükəmməl əməl etməlidir: ilk növbədə seyrçi 

ilə ünsiyyətdə müəyyənləşmiş, təsdiq olunmuş fəndlərdən istifadə 

etməli,  hərəkət  və  reaksiyalarında  sabitlik  hökm  sürməlidir. 

Həmçinin  ona  diqqət  ayıran  auditoriyanın  psixoloji,  mənəvi 

tələblərinə  cavab  verməlidir.  Psixoloqlar  aparıcıların  kommuni­

kasiya gücünü təyin etmək, ünsiyyət gücünü çözmək üçün apar­

dıqları araşdırmalar əsasında müəyyən etdikləri xüsusiyyətlər və 

bunlar əsasında qiymətləndirmə qaydalarını tətbiq edirlər. Aparı­

cının yaradıcı, peşəkar gücünü müəyyən etmək üçün bu metod­

dan faydalanaraq müqayisəli təhlil yolu ilə mənzərəni müəyyən 

etmək olar. Bunun üçün aşağıda başlıca xüsusiyyətləri və tanın­

mış  aparıcıların  bu  xüsusiyyətlərə  uyğunluq  dərəcəsini  müyyən 

etməyə çalışaq: 

a)  ağıllılıq;  b)  intellektuallılıq;  c)  istedad;  ç)  intelligentlik;  d) 

cəz bedicilik;  ə)  səmimilik;  f)  dərinlik;  g)  məqsədyönlülük;  ğ) 

hazırsızlıq;  h)  lənglik;  x)  gizlilik;  i)  qəzəbli;  j)  təcrübəsizlik;  k) 

fəallıq;  q)  enerjililik;  gərginlik;  l)  müstəqillik;  m)  güzəştcillik;  n) 

ünsiyyətcillik;  o)  söhbətcil;  ö)  qətiyyətlilik;  p)sərbəstlik;    r)güclü 

lük(daxili) ; s)ədalətlilik; ş) inamlılıq.

Qiymətləndirmə  üçün  müxtəlif  yaş  qrupları,  peşə  sahibləri  və 

təbəqələrin  nümayəndələri  arasında  sorğu  aparılmışdır.  Sorğu 

zamanı 172 rəyi soruşulana suallar verilmiş və qiymət variantla­

rı təqdim edilmişdir. Qiymətləndirmə ölçüsü “­3”, “­2”, “­1”, “0”, 

“1”, “2”, “3” kimi müəyyən olunmuşdur. (Bax : cədvəl 2)

Gəldiyimiz nəticədən bəlli olur ki, verilişin xarakterindən asılı 

olmayaraq, aparıcının daxili keyfiyyətləri, yaratdığı təəssürat asan­

lıqla üzə çıxır. Yüksək nəticələr cəmi bir neçə aparıcıda duyuldu. 

Bu keyfiyyətlərdən bir həqiqət də bəlli oldu ki, TV­də uzun illər 

çalışmaq hələ təcrübəli olmaq deyil. Təcrübəli görünmək, hazırlıq­

lı olmaq, ilk növbədə, aparıcının verilişə olan münasibətindən irəli 


147

gəlir. Lakin bir neçə aparıcıda olan barmaqarası münasibət onların 

ekranda təcrübəsiz, hazırlıqsız görünməsi ilə nəticələnir.

Aparıcıların fiziki davranışları, görkü, onların kənardan verilən 

qiymət əsasında təhlili də tam mənzərənin açılışına xidmət edir. 

Bu baxımdan aşağıdakı keyfiyyətləri qeyd etmək və aparıcıları bu 

keyfiyyətlərə görə qiymətləndirmək istərdik. 

a) qrim­makiyaj;

b) saç düzümü;

c) geyim tərzi;

ç) mimika ifadəliliyi;

d) jestikulyasiya ifadəliliyi;

e) davranış ifadəliliyi;

ə) kommunikativ jestlərdən istifadə;

f) davranışın təbiiliyi;

g) nitq savadı;

ğ) nitq tempo­ritmi;

h) emosional qoşulma;

x) aqressivlik;

i) populyarlıq;

j) etimad dərəcəsi.

Qiymətləndirmə üçün yuxarıdakılardan fərqli müxtəlif yaş qrup­

ları,  peşə  sahibləri  və  təbəqələrin  nümayəndələri  arasında  sorğu 

aparılmışdır. Sorğu zamanı 136 rəyi soruşulana suallar verilmiş və 

qiymət variantları təqdim edilmişdir. Qiymətləndirmə ölçüsü “­3”, 

“­2”, “­1”, “0”, “1”, “2”, “3” kimi müəyyən olunmuşdur. (Bax: cədvəl 

3).          

Bu qiymətləndirmə ilə ayrı­ayrı aparıcıların kadrda davranışları, 

necə görünmələri, görkün yaratdığı assosiasiyalar, seyrçidə yara­

nan təəssüratlar, davranış sərbəstliyi, ifadəliliyi, ünsiyyətə girmək 

dərəcəsi kimi məsələlər daha da aydınlaşdı. Burada keyfiyyətlərin 

dərəcəsi  yox,  obraza  uyğunluq  mütənasibliyi  qiymətləndirilirdi. 

Sadə geyim, makiyaj və ya saç düzümü məhz bu baxımdan yüksək 

qiymətlə ölçülüb. Əsas meyar uyğunluq dərəcəsi və bir də yaradı­

lan təəssüratdır.

Aparıcının  populyarlıq  dərəcəsi  onun  tanınması  ilə  yox,  sevi­

lərək  ardıcıl  izlənməsi  anlamında  işləndiyindən,  həmçinin  eti­

mad  məsələsi  kommunikasiyada  mühüm  mərhələ  olduğundan, 

inam  duyğusunu  yaratmaq  gücü  baxımından  ölçüldüyündən 

qiymətləndirmələrdə bir qədər fərqli göstəricilər üzə çıxdı.

Araşdırmanın  effektivliyini  əldə  etmək  üçün  aparıcıları  yaş 

qruplarına bölmək və bir neçə aparıcının fərdi cəhətlərini sorğu­



148

nun nəticəsi ilə müqayisəli şəkildə vermək təcrübəsinə müraciət 

edək.  Azərbaycan  teleməkanının  ən  yaddaqalan  dörd  aparıcı­

sının  fərdi  cəhətləri  və  ünsiyyət  imkanlarını  müqayisəli  şəkildə 

aşağıdakı cədvəldə verməyə çalışmışıq. 91 nəfər 17­31 yaş arası, 

64 nəfər 35­42 yaş arası və 76 nəfər 55­67 yaş arası rəyi soruşulan 

içərisində sorğu əsasında verilən müqayisədə onlar arasında fərq 

və onlara olan seyrçi münasibətinin dəqiq cəhətləri daha aydınlıq­

la üzə çıxdı. Aparıcıların ünsiyyətcilliyinə, səmimi görünməsinə, 

onlara olan etimad dərəcəsinə, peşəkarlığına, inandırma gücünə, 

cazibədarlığına, nitq və emosional təsirinə görə qiymətləndirilməsi 

15 ballıq ölçü sistemi ilə aparılmışdır. Sorğunun analizi zamanı bi­

rinci və ikinci yaş qrupları arasında rəy yaxınlığı üzə çıxdı (Bax: 

Cədvəl 4).          

Bir çox araşdırıcılar (L. Matveyeva, T. Anikeyeva, Y. Moçalova, 

N. Şkoporov, V. Zazıkin) əsasən “ideal” aparıcı modeli yaradaraq 

məhz  bu  nisbətdən  ölçülməyin  tərəfdarı  kimi  çıxış  edirlər.  Tele­

viziya  yaradıcılığının  təhlili  zamanı  janr  tələbləri,  həmçinin  au­

ditoriya  seqmentinin,  üslub  cəhətlərinin  nəzərə  alınması  ilə  bu 

modelə  müraciət  daha  dəqiq  olardı.  Daha  çox  psixoloji  təsir  və 

görk cəhətlərinin əsas götürülməsi birtərəfli yanaşmaya gətirib çı­

xara bilər. Burada artistizm, emosional təsir imkanları, həmçinin 

dünyagörüşlər  sistemi  də  diqqətdən  kənarda  qalmamalıdır.  Də­

qiq  mövqe,  dərin  əminlik,  prinsipiallıq,  danışılan  mövzu  ilə 

bağ lı  ətraflı  məlumat  toplamaq,  geniş  erudisiya,  çıxış  etmək  qa­

biliyyətinə,  auditoriyanı  idarə  etmək  qüdrətinə  malik  olma  apa­

rıcının  başlıca  peşəkarlıq  tələbləridir.  Səmimi,  bütün  qonaqlara 

eyni  tərzdə  yanaşmaq,  onlara  canlı  rekvizit  kimi  baxmamaq,  al­

çaltmamaq tələbi aparıcı davranışının tələbi kimi daim qorunma­

lıdır. Həmçinin diksiya aydınlığı, səsin gücü, diapazon tonunun 

genişliyi ekranda danışan aparıcının əsas silahı və gücüdür. Bütün 

bu cəhətlər diqqətdən kənarda qalmamalı, aparıcı yaradıcılığında 

diqqətlə nəzərə alınmalıdır. Əks halda ekrana yabançı, seyrçi üçün 

xoşagəlməz əhval bəxş edən şəxsin çıxması, bununla da verilişin 

səviyyəsinin  aşağı  düşməsi  baş  verə  bilər  ki,  bu  da  özlüyündə 

reytinqə, telekanalın nüfuzuna böyük zərbə ilə nəticələnər.

Televiziya verilişləri aparıcılığının yaradıcı peşəkar tərəflərinin 

təhlil metodologiyasında yuxarıda sadalanan tərkib hissələri əsas 

götürməklə, təhlilin sosioloji araşdırmalarla, müqayisələrlə aparıl­

masının vacibliyi önə çıxdı.  Təhlil zamanı müxtəlif istiqamətlərdən 

yanaşmanın  qaçılmaz  olduğu,  başqa  cür  tam  mənzərənin  açı­

lışını  əldə  etməyin  mümkünsüzlüyü  üzə  çıxdı.  Həmçinin  ölkə 



149

teleməkanında olan aparıcıların nümunəsi əsasında təhlil metodo­

logiyasını tətbiq etməklə araşdırma üçün vacib olan nəticələri əldə 

etdik.


 

2.6 Televiziya verilişlərinin yaradıcı meyarları. Xəbərlər proqramının 

yaradıcı problemləri.

İnformasiya  proqramları  geniş  tamaşaçı  marağına  səbəb  ol­

duğundan  və  onu  çoxlu  sayda  şəxs  izlədiyindən,  həmçinin 

cəmiyyətdə məsuliyyəti, üzərinə düşən vəzifənin əhəmiyyətliliyi 

ilə seçildiyindən, onun yaradıcı fəaliyyət prinsipləri də proqram­

ların xarakterinə və üslub xüsusiyyətlərinə cavab verməlidir. İlk 

növbədə informasiya proqramının vahidi olan məlumatın, xəbərin 

çatdırılması  məsələsi  vacib  və  təsiredicidir.  Materialın  maraqlı 

təqdimatı xəbərin əhəmiyyətliliyini artırar və kanalın peşəkarlığını 

göstərən  amil  kimi  onu  digərlərindən  fərqləndirər.  İnformasiya 

buraxılışlarında  efirə  gedən  süjetlərin  ədəbi  cəhətdən  ustalıqla, 

əhatəli  işlənməsi  və  kadrarxası  mətnin  düzgün,  eyni  zamanda, 

ifadəli, plastik həllin tapılması yolu ilə çatdırılması olduqca mü­

hüm  amildir.  Hətta  tə bii  fəlakət,  qarşıdurma,  digər  fövqəladə 

hadisə yerindən verilən xəbərdə jurnalist özünün peşə tələblərinə 

və peşə etikasına əməl etdiyi kimi, görüntü və plastik həll zamanı 

da  bu  tələblər  qorunmalı,  yaradıcı  yanaşma  ifadə  vasitələrindən 

məqsədli şəkildə istifadə etməklə düzgün və məzmunlu montaj işi 

ilə çatdırılmalıdır. Rejissor süjetin hazırlanması prosesində onun 

təsvirinə diqqətlə yanaşmalı və əsas işi söz olan jurnalistin təkrar 

kadrlarla görüntünü yorucu edərək verilişin, informasiya buraxı­

lışının  tempsiz,  ləng  alınmasına  imkan  verməməlidir.  O,  montaj 

masası arxasında sərt, amansız olmaqla görüntünün dinamikalı, 

məzmunlu,  ifadəli,  estetik  cəhətdən  kamil,  dəqiq  olmasına  fikir 

verməli,  keçidlərin  vaxtında,  nitqin  tempinə  uyğun,  mövzudan­ 

mövzuya keçidlə səsləşən bir tərzdə olmasına nail olmalıdır. İn­

formasiya proqramlarında təyinatına görə keçidlərin bədii olması 

yolverilməz olduğundan, onun sərt “kəsilmə” ilə keçilməsi mütləq 

tələb kimi qarşıda durur. Lakin bu kəsilmənin də vaxtında, ümu­

mi  tempə  uyğun  tərzdə  olması  yaradıcı  səviyyəni  yüksəltməklə 

bərabər,  süjetə  baxımlılıq  verməlidir.  Bir  çox  hallarda  müəyyən 

məsələlərlə  bağlı  müsahibələrdə  müsahib  uzun­uzadı  danışaraq 

faktları  sadaladıqda,  efir  rejissorları  səhvən  onların  yalnız  sta­

tik  görüntüsünü  verməklə,  informasiya  faktorunu  saxladıqlarını 

düşünürlər. Lakin belə hallarda “kəsmə”lərdən istifadə etmək ol­

duqca vacib bir amildir. “Kəsmə” müsahibəyə aid olan detal, əşya, 



150

yaxud durduğu məkan daxilində müəyyən maraqlı məqamlar ola 

bilər. 

Montaj vaxtı montajın ritmini müəyyən etmək olduqca vacibdir. 



Ardıcıl  montaj  işində  keçidlərin  müəyyən  bir  ritmə  uyğunlaşdı­

rılması göstərilən hadisənin ahəngi, kadrarxası mətnin keçidləri, 

musiqiyə  uyğun  tərzdə  olur.  İnformasiya  proqramlarında  əsas 

yeri  məzmuna  uyğun  planların  əvəzlənməsi  tutur.  İnformasiya 

süjetindəki montaj, daha çox, mətndəki abzas prinsipinə uyğun­

dur. Lakin bununla bərabər, digər montaj ritmləri də istifadə olu­

nur. Musiqi əsasında keçidlərlə olan montaj musiqinin ritminə uy­

ğun  kadrların  bir­birini  əvəzləməsidir.  İnformativ  proqramlarda 

musiqi və əyləncə proqramlarından fərqli olaraq, əvəzlənən kadr­

lar  əlaqəli  planlarla  keçməlidir.  Musiqi  ritminə  uyğun  montajda 

keçidlər musiqinin ölçüsünə uyğun olmalı, heç bir uzanma, əyinti 

ilə müşayiət olunmamalıdır. Səsin dəyişmə intensivliyinə uyğun 

dəyişmələr  də  bu  növ  montajlara  xüsusi  çalar  verir.  Bu  montaj 

üsulu informasiya proqramlarında xüsusi ithaf və ya yekunla bağ­

lı ola bilər. Zamana  görə montaj üsulunda planın keçidləri məz­

muna deyil, zamana uyğun tərzdə aparılır.  

Montaj vaxtı rejissor montajçının işini diqqətlə izləyərək sıçra­

yışların  baş  verməməsinə  çalışmalıdır.  “Montaj  sıçrayışı”  anla­

yışı  Qulu  Məhərrəmlinin  izahlı  lüğətində  “Rakursuna  və  çəkiliş 

bucağına görə oxşar olan, ancaq yüz faiz üst­üstə düşməyən eyni 

obyektin  iki  planının  bir­birinin  ardınca  yapışdırılması  zamanı 

özünü  göstərən  montaj  təhrifi”  kimi  izah  olunur  (67,  səh.  184). 

Bu  cür  sıçrayışlara  süjetlərin  tələsik  montajı  vaxtı  rast  gəlinir. 

Həmçinin sıçrayış və ya görüntü məntiqinin pozulması halı – haq­

qında  kadrarxası  mətndə  danışılan  hadisənin  məntiqi  ardıcıllığı 

ilə  görüntülənən  vaxt  kadr  azlığı  ucbatından  əvvəldə  baş  verən 

hadisənin təkrarən axırda verilməsi hallarında da olur və bu süje­

tin məntiqi dağınıqlığına, tamaşaçı rəyində etibarsızlığın, inamsız­

lığın yaranmasına, informasiya yükünün zəifləməsinə səbəb olur.

Materialın  məzmunlu,  keyfiyyətcə  yüksək,  həmçinin  maraqlı 

tərzdə təqdimatı kadrarxası mətnin publisistik gücündən, çəkiliş 

zamanı  kadr  bolluğundan  və  montaj  zamanı  rejissorun  fantazi­

yasının  işləməsindən  asılıdır.  Hadisə  yerində  olan  reportyor  ha­

zırladığı  kadrarxası  mətnin  məntiqi  və  eksklüziv  görüntüsünün 

qorunması  üçün  montaj  prosesində  olmalı  və  müəllif  kimi  süje­

tin hazırlanmasında iştirak etməlidir. Reportyor montajçı ilə birgə 

özünün  kadrarxası  mətninə  və  müsahibələrə  uyğun  şəkildə  il­

kin süjet ardıcıllığını qurduqdan sonra, süjet üzərində rejissorun 



151

yaradıcı  işi  başlayır.  Bu  zaman  sözçülük,  hər  sözü  görüntünün 

izləməsi  kimi  jurnalistlərə  xas  peşə  vərdişlərindən  xilas  olaraq, 

televiziya  prinsiplərinə,  informativ  verilişlərin  janr  tələbinə  uy­

ğun  videocərgənin  hazırlanması  rejissorun  bilavasitə  vəzifə  bor­

cudur.  Rejissorun  yaradıcı  yanaşması,  həmçinin  peşə  etikasına 

əməl etməsi onun qarşısında sənət baxımından və ictimai baxım­

dan konkret vəzifələr qoyur. Görüntünün plastik həllində estetik 

zövqün  qorunması,  xəbəri,  kadrarxası  mətni  duyaraq  görüntü 

seçimi, dinamika və tempə xüsusi diqqət ayıraraq hər bir süjetin 

tempo­dinamikasının  bütünlüklə  verilişin  tempo­ritminə  uyğun 

olması, verilişin xarakterinə, janrına, biçiminə uyğun mövcud olan 

ahənginin  pozulmaması,  həmçinin  kadrarxası  mətnin  dinamika­

sına uyğunluğunun qorunması rejissorun peşə fəaliyyətinin baş­

lıca cəhətləridir ki, bunlara əməl olunmaması nəticədə, süjetlərin 

sönüklüyünə,  bədii  cəhətdən  natamamlığına,  kompozisiyanın 

pozulmasına  səbəb  olur.  Bir  çox  hallarda  telekanallarda  süjetin, 

reportajın yığılmasını jurnalistin üzərinə qoymaqla yenilik etmək 

istəyirlər ki, bu da nəticədə süjetlərin plastik həllini heçə endirir, 

televiziyanın onun digər KİV­lərdən fərqləndirən görüntü gücünü 

zəiflədir və süjet radio­xəbərə bənzəyir.  

Rejissorun informativ verilişin görüntü həllində üzərinə düşən 

sosial  vəzifə  peşə  etikasına,  tərəfsizliyə  əməl  etmək,  kanalın  ya­

radıcı siyasətinə zidd olan addımlardan imtina etməkdir. Bir çox 

hallarda  reportajı  hazırlayan  şəxs  hadisələrin  içərisində  kifayət 

qədər  olduğu  üçün  emosionallaşır  və  çəkilənlər  onun  üçün 

adiləşir. Bu halda rejissor bütün çəkilənlərin efirə verilməsi ilə psi­

xoloji təsir, kütləvi psixoz kimi halların meydana gəlməməsi üçün 

daha diqqətli olmalı, hər kadrı ölçüb­biçərək efirə verməlidir. Qan, 

ölüm, fəlakət kimi kadrların çoxlu sayda verilməsi tamaşaçı üçün 

güclü emosional təsir yarada bilər ki, bu da televiziyanın üzərinə 

götürdüyü  öhdəliklərə  ziddir.  Bir  müddət  öncə  televiziyalar­

da  tamaşaçılar  arasında  eksklüzivlik,  operativlik  imici  yaratmaq 

üçün bir çox efirə buraxılması məqsədəuyğun olmayan kadrların 

verilməsi vacib iş sayılırdı. Lakin tədricən – psixoloqların, sosio­

loqların,  televiziyaya  ictimai  və  dövlət  nəzarətini  həyata  keçirən 

orqanların fəal müdaxiləsindən sonra bu cür hallar aradan qalx­

mağa başladı. Məsələn, 2001­ci ilin 11 sentyabr hadisələrini işıq­

landıran dünya kanallarından heç biri minlərlə insanın ölümünə 

səbəb  olmuş  iki  nəhəng  binanın  dağıntıları  altından  çıxarılan 

cəsədləri  göstərməməklə  peşə  humanistliyi  etmişlər  ki,  bu  da 

təqdirəlayiq addım kimi dəyərləndirilməlidir. İ. Petrovskaya Ru­



152

siya  xəbər  məkanında  yaranan  bu  ənənə  barədə  yazırdı:  “Xəbər 

–  onların  peşəsidir.  Reytinq  –  Allahlarıdır.  Rəqabət  –  sövqedici 

əsasdır. Eksklüziv – reportyor fəaliyyətinin mənasıdır. Lakin in­

san ölümü yaradıcı rəqabət, ölümün təfərrüatı “eksklüziv” üçün 

əsas  ola  bilməz.  Həyat  – ən qiymətli eksklüzivdir” (357, səh. 4). 

Burada  icrası vacib və lazımlı olan həqiqət aydınlığı ilə göstərilir. 

Həqiqətən  də,  kiminsə  faciəsini  bütün  tərəfləri  ilə  göstərməklə,  

əslində uğura yox, tamaşaçı qəzəbinə düçar olmaq olar.

Həmçinin ictimai, sosial və siyasi xəbərlərin görüntü həlli zama­

nı rejissorun tərəfsizliyi, qərəzsizliyi olduqca vacib və peşə üçün 

əhəmiyyətli məsələdir.

İnformasiya  buraxılışlarının  estetik  həlli  rejissorun  üzərinə 

düşən  vacib  məsələdir.  Bütöv  və  kamil  şəkildə  proqramın  xa­

rakter,  forma,  janr  tələblərinə  uyğun  bitkin  kompozisiyanın  qu­

rulması,  süjetlərin,  tətbiq  olunan  yaradıcılıq  fəndlərinin  ümumi 

konsepsiyaya uyğunluğu, studiyanın tərtibatı məsələsi informasi­

ya proqramının zövqlü ekran təcəssümünə imkan yaradır. Proq­

ramın istər başlığı, istər arakəsmələri, istərsə də studiyanın bədii 

tərtibatı vahid bir estetik konsepsiya ilə birləşməli və üzvi vəhdət 

şəklində təzahür olunmalıdır. Studiyanın bədii tərtibat işində re­

jissor  rəssamla  işləyərkən  janr  tələblərindən  irəli  gələn  amillərlə 

yanaşı, verilişin sosial­siyasi əhəmiyyətini, tamaşaçı auditoriyası­

nı nəzərə almalı, psixoloji təsir, emosional aura və digər şərtləri 

də diqqətdə saxlamalı, işıq­rəng kompoziyasının görüntüyə yük 

gətirməməsinə, tamaşaçının gözünü yükləyərək yorğunluq effek­

ti törətməməsinə diqqət yetirməlidir. Məkan genişliyi, arxa fonun 

dərinlik verməsi, rənglərin ümumi konsepsiya şəklində bütün əşya 

və  dekorlarda  tamamlanması  studiyanı  baxımlı  edən  amillərdir. 

Məkan  genişliyi  kameraların  hərəkətinə,  aparıcı  ilə  kamera  ara­

sında  lazımi  məsafənin  alınmasına,  işıq  tərtibatının  zənginliyinə 

imkan verən şərtlərdəndir. Arxa fonun dərinlik effektini yaratma­

sı  üçün  bir  çox  hallarda  orada    şəhərin  görüntüsündən  və  ya  iş 

prosesini əks etdirən şüşəli otağın görüntüsündən istifadə edirlər. 

Arxa fonun görüntüyə mane olmaması, aparıcının ifadələrini sö­

nük etməməsi, qabarıq olmaqla və ya qarışıq rənglərdən ibarət ol­

maqla görüntüyə yük gətirməməsi, dəqiq işıq həllinə mane olma­

ması mühüm şərtlərdir. Bu şərtlərə əməl olunmaması proqramın 

görüntü effektinə xələl yetirir, onun baxımlılığını azaldır.

Rejissor  studiyada  işləyərkən  kameraların  plan  seçiminə  diq­

qətlə yanaşmalı və planlardan lazımi qaydada keçilməsini həyata 

keçirməlidir. Bir çox hallarda xəbərlərdə ümumi və orta plan se­



153

çilir ki, bu da verilişin xarakterindən irəli gəlir. Lakin informasi­

ya janrlarına aid digər verilişlərdə iri plandan istifadə olunduğu 

hallarda rejissor planların keçidinin mövzu­söhbət məntiqinə uy­

ğun olmasına nəzarət etməlidir. Danışan adamın üz ifadələrinin, 

jestlərinin  görünməsi  verilişin  dinamikasını  artırmaqla,  onu  ma­

raqlı edir. Rejissor bu cəhətləri düzgün tutmalı və keçidləri vaxtın­

da, gərəkliliyə uyğun, həmçinin balanslaşdırılmış vaxt ölçüləri ilə 

həyata keçirməlidir. 

Operator  işinin  yaradıcı  xüsusiyyəti  və  operativliyi,  dəqiqliyi, 

sərrastlığı olduqca mühüm bir amil kimi informasiya proqramla­

rında özünə yer alır. Məhz dəqiq tapılan hədəf, videogözün düz­

gün məsafədən qurularaq hədəfi tutması, müsahibi düzgün məsafə 

və  rakursdan  götürmək,  həmçinin  montajda  rejissorun  süjetin 

zəngin  olması,  süjetə  solğunluq  gətirən,  onun  tempini  azaldan, 

informasiya yükünü aşağı salan təkrar kadrlardan istifadə etmək 

məcburiyyəti ilə üzləşməməsi üçün onun kadrları yetərincə, ma­

raqlı, fərqli rakurslardan, baxış bucaqlarından götürməsi olduqca 

vacib amildir.

İnformasiya  proqramlarına  üstünlük  gətirən  vacib  amillərdən 

biri də kadrda səslənən nitqdir.  Nitq ədəbi dilin şifahi və yazılı 

dildən meydana gələn televiziya danışıq dilinə uyğun, savadlı, or­

foepik qaydalara uyğun tərzdə, ifadəli  səslənməlidir. Vurğuların 

yerində səslənməsi, məntiqi vurğunun düzgün təyini, danışıq qay­

dalarına əməl olunması, deyilən sözə münasibət, həmçinin nitqin 

tempi kadrarxası mətndə olduqca əhəmiyyətli məsələdir. Bir çox 

jurnalistlər tempi tələsik danışıqla səhv salaraq kadrarxası mətni 

tez oxuyurlar ki, bu da sözdən yaxa qurtarmaq təəssüratı yaradır. 

Nitqin tempi, çatdırılan fikrə düzgün münasibətlə müəyyənləşir. 

Nitqin aydın və rəvan səslənməsi üçün mətnin yazılışında da bir 

sıra qaydalara əməl olunması vacibdir. Mətnin sadə, tez anlaşıqlı 

olması, mürəkkəb cümlələrin az sayda və ya ümumiyyətlə iştirak 

etməməsi, terminologiyadan imtina vacib şərt kimi jurnalistin qar­

şısında durur. Bilərəkdən cümlə üzvlərinin yerinin dəyişdirilməsi 

ilə fərdi üslub yaratmaq cəhdi televiziya nitqi üçün yolverilməzdir. 

Ekrandan səslənən hər bir fikir aydınlıqla tamaşaçıya çatmalıdır. 

İnformasiya proqramları kütləvi baxış üçün nəzərdə tutulduğun­

dan  və  onu  tamaşaçıların  bütün  təbəqələri  izlədiyindən,  sadəlik 

vacib şərt sayılır. Mətnin quruluşunda qrammatik normalara əməl 

etmək  və  ümumişlək  sözlərdən  bəhrələnmək  tamaşaçının  qulaq 

qavrayışını  asanlaşdırır,  onu  yükləmir,  yormur.  Həmçinin  müx­

bir  kadr  arxasında  mətni  oxuyarkən  mütləq  nədən  danışdığını 



154

bilməli,  hər  bir  sözün  fərqinə  varmaqla  onun  həm  ictimai,  həm 

də ədəbi mahiyyətini dərk edərək tələffüz etməlidir. Mətni tərtib 

edərkən onun vizual həllini də nəzərə almaq başlıca məsələdir ki, 

bir çox hallarda jurnalistlər söz oynuna uyaraq ekranı təkrarçılıq, 

uzunçuluqla yükləyirlər.   

İnformasiya  proqramlarında  hazırlanan  süjet  və  ya  reportajın 

məzmunundan  irəli  gələrək  səs  tonunun  müəyyənləşməsi  vacib 

amildir. Jurnalist kadrarxası mətndə baş verənlərə nə qədər soyuq­

qanlılıqla  yanaşsa  da,  onun  dediyi  faktları  tələffüz  edərkən,  baş 

verənləri şərh edərkən xəbərə köklənməli və emosional əhvalında 

ümumi  ab­havanın  yaranmasına  şərait  yaratmalıdır.  Səs  diapa­

zonunun imkanlarından istifadə edərək emosional əhvalı çatdır­

maq jurnalistin peşəkarlığından xəbər verir. Bu zaman hazırlanan 

süjetə  tamaşaçı  diqqətlə  baxır,  xəbərə  köklənir  və  istənilən  aura 

formalaşır.  Nitqin  aydın,  həmçinin  ifadəli  olması  üçün  jurnalist 

tənəffüsün  düzgün  edilməsi,  səsinin  köklənməsi,  artikulyasiya 

məşğələlərinin edilməsi qaydalarına əməl etməlidir. Bir çox hal­

larda jurnalistlərin nitqlərində ciddi qüsurlar olur – səslərin düz­

gün məxrəcdə səslənməməsi, danışarkən qarışıqlıq, tələskənlik və 

s. Bunların aradan qaldırılması üçün məşğələlər olduqca vacibdir. 

Mikrofon qarşısında duran istənilən kəsdə daxili həyəcan baş ve­

rir  ki,  bunun  da  nəticəsində  əzələ  gərginliyi  meydana  gəlir.  Bu 

gərginlikdən xilas olmaq üçün mətni oxumazdan əvvəl bir neçə 

dil, dodaq, çənə, sinə çalışmaları etməklə lazımsız gərginlikdən və 

onun nəticəsi kimi meydana çıxan qarışıq nitqdən xilas olmaq olar. 

Səsin köklənməsi üçün jurnalist fasiləsiz olaraq səsinin üzərində 

işləməli, çalışmalar etməli, səs tellərini müəyyən deformasiyalar­

dan, soyuqdəymədən qorumalıdır. 

İnformasiya proqramlarında xarakterinə və janrına uyğun ola­

raq  aparıcılıq  müxtəlif  olur.  İnformasiya  proqramının  aparıcısı 

xüsusi statusa malik olmaqla etimad, inam keyfiyyətlərinə cavab 

verməli,  nitqinin  ifadəliliyi  ilə  seçilməli,  mimika  və  jestikulyasi­

yadan  yerində,  ifadəli  şəkildə  istifadə  etməli,  mozaik  quruluşlu 

proqramlarda mövzudan­mövzuya keçidi peşəkarlıqla etməli, ta­

maşaçı ilə səmimi ünsiyyət yaratmalı, psixoloji təsir və televiziya 

ifadə vasitələrindən məharətlə istifadə etməli, ən ekstremal situ­

asiyalara hazır olmalı, qəfil baş verə biləcək hadisəyə münasibət 

zamanı özünü itirməməli, hazırcavab olmalı, vəziyyətdən çıxmağı 

bacarmalıdır.  Suflyordan  mətni  oxuyarkən  bütün  diqqəti  mətnə 

yönəldərək gözün ifadə vasitələrindən istifadə etməmək aparıcıya 

qarşı  inamı  zəiflədir.  Aparıcı  bütünlüklə  xəbərin,  danışdığı  fak­



155

tın  doğruluğuna  inanaraq  tamaşaçıda  da  inam  yaratmaqla,  onu 

xəbəralma əhvalına kökləməklə, efir müddətində bütünlüklə onun 

ruhi  vəziyyətini  ələ  alaraq  əhvalını  formalaşdırmaqla,  etibar  və 

inamını qazanmaqla verilişi baxımlı edə bilər. İnformasiya proq­

ramlarında  aparıcı  sovet  televiziyaçılığında  olduğu  kimi  diktor 

deyil, o, xəbərlərdən məlumatlı olan, hadisələrdən xəbərdar olan, 

bütün baş verənləri dolğun çatldıran şəxsiyyətdir. Aparıcı psixo­

loji  və  emosional  tərzdə  həm  özünü,  həm  də  tamaşaçını  xəbərə 

kökləməli, onun inamını qazanmağa çalışmalıdır. Tamaşaçı xəbəri 

ən çox inandığı aparıcının dilindən eşitməyə meyillidir. Biz yuxa­

rıda xəbərin kim tərəfindən deyilməsinin informasiya proqramla­

rı üçün nə qədər əhəmiyyətli olduğunu qeyd etmişdik. Məhz bu 

inam və etibar amilinin yaranması üçün Qərb və ABŞ telekanal­

larında  informasiya  proqramlarının  aparıcıları  daha  yaşlı  nəslin 

nümayəndələri  arasından  seçilir  ki,  bu  da  məntiqli  və  əsaslıdır. 

Bizim teleməkanda, adətən, cavan nəslə yer verilməsi tendensiya 

halını alsa da, bu hadisəni o qədər də məqsədəuyğun hesab etmək 

olmaz. Çünki etibar amilində yaş mühüm və həlledici rol oynayır.  

Kanalların çoxluğu və xəbərlərin eyni, demək olar ki, oxşar möv­

zuda olduğu bir vaxtda, məhz aparıcının görkəmi, geyimi, davra­

nışı və şəxsiyyətinin etibarlı olması ilə tamaşaçını cəlb etmək olar. 

Yuxarıda  qeyd  olunan  meyar  və  tələbləri  qruplaşdıraraq  belə 

qənaətə gəldik ki, informasiya proqramları: publisistik mövzula­

rın olması; sosial əhəmiyyət, aktuallıq və qaldırılan problemin ye­

niliyi; göstərilən fakt və arqumentlərin mötəbərliyi, inandırıcı ol­

ması; müsahiblərin, ekspertlərin peşəkarlar olması; hadisəlilik və 

informasiyalılıq;  verilən  informasiyanın  genişliyi,  göstərilmənin 

operativlik  səviyyəsi,  süjet  və  reportajların  maraqlı,  orijinal  ol­

ması;  ana  xəttin  olması,  mövzu  bitkinliyi,  televiziya  hadisəsinin 

inkişaf  dinamikası,  düyün  və  epiloqun  yerində,  dəqiq  olması; 

materialın  verilməsinin  maraqlı  forması,  dəqiq  kompozisiya  qu­

ruluşu;  mövzunun  açılışında  yaradıcı  və  peşəkar  axtarışların 

mövcudluğu;  ifadə  vasitələrindən  –  təsvir,  səs,  musiqili  küydən 

istifadə, onların üzvi vəhdəti, rejissor həllində yenilikçilik; tama­

şaçının  marağına  səbəb  olacaq  vasitələrdən  istifadə,  başlıca  ide­

yanın qüvvətli ifadəsinə nail olma; yeni elementlərin və yaradıcı 

fəndlərin cəsarətlə tətbiqi, çəkiliş texnikası, rəng­işıq həlli, xüsu­

si  effektlərdən  istifadə;  ünsiyyət  ab­havası,  təbiilik,  xoş  məram, 

yumor  hissi,  reaksiya  fəallığı,  ekran  vaxtından  səmərəli  istifadə; 

keyfiyyətli  bədii­dekorativ  həll,  onun  verilişin  xarakterinə  və 

kanalın  ümumi  simasına  uyğunluğu;  ekran  ifadəliliyinin  üslub 



156

vəhdəti kimi başlıca tələblərə cavab verməlidir. İnformasiya bura­

xılışlarında aparıcı və ya moderatorun da üzərinə düşən mühüm 

tələblər var ki, onlar da proqramın keyfiyyətinə təsir edir. Aparıcı­

nın təbiiliyi, davranışı, hərəkətləri, jesti, mimikası, ifadəliliyi, emo­

sionallığı, yazılı mətnlə sərbəst davranması, tamaşaçı ilə psixoloji 

ünsiyyəti; gözlənilməz vəziyyətlərə uyğunlaşması və vəziyyətdən 

çıxmaq  bacarığı;  danışıq  texnikası,  səsin  köklənməsi,  intonasiya; 

diksiya, temp, tələffüz, artikulyasiyası; nitq mədəniyyəti, söz eh­

tiyatının  bolluğu,  müxtəsərlik,  aydınlıq,  sadəliyi  olduqca  vacib 

və proqramı baxımlı edən amildir. Bir çox kanallarda məhz xəbər 

aparıcılarının şəxsiyyət amili və peşəkar vərdişləri proqramları ba­

xımlı edir.

 


157

Televiziyanın  ictimai  funksiyaları  onun 

cəmiyyət  qarşısında  bəlli  sosial  qruplara 

ünvanlanmış  yayım  və  fəaliyyətinin  əsas 

istiqamətlərini  ehtiva  edir.  Bu  mənada 

televiziya  təhlilinin  metodologiyasında, 

onun  ictimai,  siyasi,  sosial  fəaliyyəti  və 

məsuliyyəti  vacib  element  hesab  olun­

malıdır.  Televiziya  təhlilinin  yaradıcı  is ­

tiqamətləri  nə  dərəcədə  aktual  və  gə rək­

lidirsə, onun ictimai­siyasi yöndə təhlili də 

olduqca  əhəmiyyətli  təhlil  metodologiya­

sının  tərkib  hissəsidir.  Televiziya  təhlilini 

obyektiv,  hərtərəfli  təmin  etmək  üçün 

televiziyanın  sosial  funksiyaları,  onların 

yerinə  yetirilmə  dərəcəsi  və  konkret  ya­

yımçıların fəaliyyətində iştirakı dəqiqliklə 

öyrənilməlidir.  Televiziyanın  sosial  əhə­

miyyətliliyi,  müəyyən  sosial  qrupların 

maraqlarından  çıxış  etməsi  onun  özünün 

fəaliyyətini  sosioloji  hadisəyə  çev irir.  Bu 

mənada  televiziyanın  sosial  əhəmiyyətini 

müəyyənləşdirməyə çalışmış və onun təhlil 

prinsiplərini  təyin  etmişik.  Elmi  işimizdə 

bu sahədə aparılan elmi araşdırmalar, təd­

qi qatlar, əldə olunan elmi nəticələr əsas gö­

tü rülür.

Bütün  yuxarıda  deyilən  məsələlər  tele­

viziya  xəbərlər  xidmətinin  cəmiyyətdə  si­

yasi,  psixoloji  və  sosial  yerini  müəyyən 

et məklə,  onun  vacibliyini  və  həyatda 

fəal  iştirak  imkanlarını  göstərmiş  oldu. 

Deməli,  cəmiyyətin  həyatında  fəal  işti­

Televiziyanın 

ictimai funksiyaları 

televiziya təhlilinin 

başlıca istiqaməti 

kimi


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin