TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

3.5 İnteqrativ funksiya

Televiziya kütləvi informasiya vasitəsi kimi əhatə etdiyi cə miy  ­

yətin  normal  yaşam  tərzinə  təsir  edərək,  onun  təmin  olunması­

na qadirdir. “…Televiziya təbiətinə görə öz təsirinin əhatə etdiyi 

cəmiyyətin  normal  fəaliyyətini  tənzimləmək  iqtidarındadır”  fik­

ri  (237,  səh.  118)  televiziyanın  əhatə  dairəsinin  genişliyi  və  təsir 

imkanlarının  böyüklüyünü  əks  etdirməklə,  onun  cəmiyyətin 

fəaliyyətində  mühüm  yerini  bir  daha  təsdiq  etmiş  olur.  Haq­

lı  olaraq  bununla  bağlı  Aydın  Dadaşov  “Televiziyanın  görmək 

və  göstərmək  imkanı  sayəsində  gerçəklik  dolayı  yolla  drama­

turji  strukturun  əsasında  dayanaraq,  müasir  insan  yaddaşı­

nı  informasiyalarla  zənginləşdirir.  Hər  kəs  öz  mədəniyyətini 

və  dünyagörüşünü  təhsil  aldığı  illərdəki  köklü  biliklərin  inki­

şafı  yolu  ilə  deyil,  ümumi  mədəniyyət  prosesindəki  ayrı­ayrı 

mədəniyyət  elementlərinin  tədrici  təsiri  hesabına  artırır”  (20, 

səh.114)  söyləyərək  televiziyanın  çağdaş  insan  dünyagörüşünün 

prinsiplərinin  müəyyənləşməsində  rolunu  göstərmiş  olur.  Tele­

vizor  qarşısında  fərqli  insanların  əyləşərək  ona  tamaşa  etmələri, 

milli,  dini,  təhsil,  sosial,  cinsi  fərqlərinə  baxmayaraq  maraqları­

nın birləşməsi televiziyanın birləşdirici gücünü əks etdirən amil­

dir. Televiziyanın cəmiyyətdə tutduğu mövqe və onun qarşısında 

qoyulan başlıca ictimai vəzifələr onun birləşdirici rol oynamasını 

əsas tələb kimi qarşıya qoyur. İctimai şüura təsir gücünə görə tele­

viziyanın imkanları ölçüyəgəlməzdir. Biz bu barədə yuxarıda qeyd 

edərək belə nəticəyə gəlmişdik ki, televiziya kütləvi idarəçilik im­

kanlarına malikdir. Kütləviliyi əldə etmək üçün sə o, tamaşaçıları 


213

onun dünyagörüşü, sosial qrupu və digər fərqli cəhətlərindən asılı 

olmayaraq ekran qarşısında birləşdirmək gücünə malik olmalıdır. 

Əks halda televiziyanın kütləvi marağa səbəb olaraq telebiznesdə 

duruş gətirməsi, sadəcə, mümkün deyil.

Televiziyanın  fəaliyyətində  ayrı­seçkilikdən  tamlıqla  qaçaraq 

birləşdirici  funksiyanı  daşıması  təkcə  kommersiya  və  ya  te le­

sənaye baxımından deyil, həm də bizim üçün daha önəmli olan 

sosial­ictimai, siyasi və mədəni baxımdan olduqca vacib, taleyük­

lü məsələdir. İrqi, siyasi, mənəvi, dini fikir ayrılıqlarının mövcud 

olduğu cəmiyyətdə qüvvələrin balansını saxlamaqla onların toq­

quşmasına yol verməmək, müəyyən fərqlərinə görə tamaşaçıları 

ayıraraq sosial­siyasi narazılığa səbəb olmamaq televiziyanın da­

şıdığı başlıca məsuliyyətdir. Televiziya özünün kütləviliyinə görə 

cəmiyyətdə qrupların, siyasi partiyaların və ya digər qarşıduran 

şəxslərin arasında toqquşmanı qızışdıra, insanlar arasında sosial, 

mədəni ayrı­seçkiliyi dərinləşdirə bilər ki, bu da nəticədə ciddi si­

yasi fəsadlar törədə bilər. 

SSRİ dövlətinin müttəfiq respublikalarına qarşı o zamankı Mər­

kəzi  Televiziyanın  tutduğu  mövqe  yuxarıda  deyilən  məsələyə 

aid  ən  bariz  nümunə  kimi  göstərilə  bilər.  1988–1991­ci  illərdə 

Azərbaycanda,  həmçinin  Ukrayna,  Gürcüstan  və  Baltikyanı  res­

publikalarda milli azadlıq hərəkatına qarşı birtərəfli, qərəzli möv­

qe, xalqlara qarşı yönəlmiş ittihamlar bu ölkələrdə dərin nifrət və 

qəzəblə  qarşılanırdı.  Ermənistanın  Azərbaycana  ərazi  iddiaları, 

minlərlə azərbaycanlının zorla öz torpaqlarından didərgin salın­

ması faktının Mərkəzi televiziyada təhrif olunması, Ermənistana 

açıq dəstək birləşdirici mövqedən daha çox, ziddiyyətin artması­

na, münaqişənin  dərinləşməsinə, o zamankı Moskva hakimiyyəti­

nə  qarşı  çıxışların  güclənməsinə  səbəb  oldu.  Bu  ziyanlı  ten­

densiya nəticədə SSRİ­nin dağılmasını sürətləndirən, müstəqillik 

mübarizəsinə stimul verən əsas səbəblərdən oldu. Mərkəzin xalqla­

ra qarşı həqarətli münasibəti ziddiyyəti dərinləşdirməklə bərabər, 

onlar arasında illər ərzində biçimlənmiş mədəni, siyasi əlaqələrin 

pozulmasına gətirib çıxardı ki, hazırda artıq müstəqillik yolu ilə 

gedən  respublikalar  pozulmuş  əlaqələrin  bərpası  üçün  xeyli  səy 

göstərirlər.  Tanınmış  telejurnalist  və  tənqidçi  Q.  Kuznetsovun 

1990­cı illərin əvvəlində televiziyaların mövqeyinə və “Vremya”, 

“Vesti”,  “600  saniyə”  kimi  informasiya  proqramlarının  düzgün 

olmayan  təhlillərinin  zərərli  cəhətlərinə  toxunaraq  söylədiyi  “…

xalqların  yaxınlaşdırılması  əvəzinə,  bacarıqsız  və  yersiz  təbliğat 

çıxışları ilə uzaqlaşma dərinləşdirilirdi. Yeni müstəqil dövlətlərin 



214

xalq tərəfindən seçilmiş yeni rəhbərləri ilə dialoqlar vaxtı Mərkəzi 

televiziyanın  jurnalistlərinin  hörmətsiz,  qeyri­etik  davranma­

ları  təkcə  rəhbərlərin  deyil,  həm  də  onların  seçicilərinin  xətrinə 

dəyirdi”  (237,  səh.  149)  fikir  bu  siyasətin  təhlükəli  məqamlarını 

açıqlayır.

Həmçinin  Mərkəzi  televiziya,  RTR­in  ilk  illərdə  pravoslav 

kilsəsini  birmənalı  şəkildə  təbliğ  etməsinin  çoxmilyonlu  digər 

inanclara  etiqad  edən  Rusiya  və  bütün  İttifaq  vətəndaşlarının 

qəzəbinə  səbəb  olması  faktını  önə  çəkən  Q.  Kuznetsov  dini  eti­

qad  ayrı­seçkiliyinin  də  cəmiyyət  və  dövlət  üçün  ciddi  təhlükə 

yaradan amil olduğunu qeyd edir. Bununla da “televiziya siyasi 

əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə ziddiyyəti dərinləşdirəcək 

məqamlara imkan verməməklə, balanslaşdırılmış yaradıcı siyasəti 

həyata  keçirməyi  özünə  fəaliyyət  istiqaməti  seçməlidir”  qənaəti 

mühüm məsələ kimi önə çıxır.

Ekran qarşısında hansısa verilişə və ya proqrama tamaşaçıların 

baxması  müxtəlif  maraqların,  düşüncə  tərzlərinin  birləşməsini 

göstərirsə, o zaman televiziya bu maraqların toqquşmaması üçün 

kifayət qədər balanslaşmış mövqe tutmalıdır. Televiziya bütün fərqli 

düşünən tamaşaçıları öz ətrafına toplamaqla, əslində ziddiyyətin 

aradan  qaldırılmasına  nail  olmağı  düşünməlidir.  İnkişaf  etmiş 

dövlətlərdə televiziyanın məhz bu rolu oynaması ilə vətəndaşların 

siyasi fəallığı və aqressiyasının azalması faktı bu cəhətin lazımlı 

olması ətrafında düşünməyə imkan verir. Cəmiyyətdə iqtisadi və 

siyasi  problemlər  üzündən  yaranan  aqressiyanı  özünün  əyləncə 

funksiyası ilə azaltmağa çalışan televiziya, həmçinin balanslaşdı­

rılmış  mövqeyi  ilə  ziddiyyətin  dərinləşməməsi,  münasibətlərin 

televiziya  kanallarına  çıxmaması  üçün  ciddi  çalışmalı,  özünün 

veriliş, proqramlarına insanların düşüncə, təfəkkür və inanclarına 

alçaldıcı təsir effekti yarada biləcək mövzuların, ifadələrin çıxma­

masına çalışmalıdır. 

Televiziya öz fəaliyyətini ayrı­seçkilikdən sığortalamalı, ümum­

milli, ümumregional dəyərlərin müəyyənləşməsində özünün müs­

təsna fəaliyyətini göstərməlidir. Cəmiyyətin aparıcı qüv və lə rinin 

maraqlarının birləşmə nöqtəsini tapmaqla onu qlobal, ümummilli 

əhəmiyyət daşıyan problemlərin həllinə yönəltmək, yəni təşkilati 

funksiyanın icrasına nail olmaqla televiziya özünün real təsir im­

kanlarını artıra və onu cəmiyyətin rifahı naminə istifadə edə bilər. 

“Bu, çoxdan məlum olan bir həqiqətdir ki, kütləvi informasiya 

vasitələri ictimai kommunikasiyanı nəinki yaradan, həm də onu 

yönəldən bir qüvvə kimi ictimaiyyəti öz ətrafında qruplaşdıra bi­



215

lir” (197, səh. 25) fikri televiziyanın təkcə cəmiyyətdəki vacib yeri­

ni göstərmir, həm də onun kütləviliyi, çevikliyi və hər yerdə əldə 

olunmasına görə öz ətrafına maraqların birləşdirilməsində mənəvi 

haqqı olduğunu göstərir. Televiziya hər fərdin marağını tam əhatə 

edə bilməz, lakin onun maraqlarına hörmətlə yanaşaraq onu az da 

olsa, bu və ya digər tərzdə əks etdirsə, deməli, tamaşaçını konkret 

halda kanala, ümumi götürüldükdə televiziyaya bağlayacaq. Te­

leviziya  ictimai  əhəmiyyət  daşımaqla  bərabər,  hər  bir  fərd  üçün 

də hesablanan mürəkkəb bir sistemdir. Onun informasiya vermək, 

öyrətmək  və  əyləndirmək  imkanı  fərd  üçün  lazımlı,  həyatının 

tərkib hissəsi olan məsələdir. Bununla bərabər, hər fərdin ictimai 

sistemə,  siyasətə,  dinə  və  mədəniyyətə  özünün  spesifik  baxış­

lar toplusu var ki, bunun hansısa tərzdə alçaldılması ikrah hissi 

yaradaraq  televiziyadan  uzqlaşdıra,  əksinə  hörmətlə  yanaşılma­

sı  isə  televiziyaya  bağlaya  bilər.  Yuxarıda  biz  təşkilati  funksiya­

nı  çözərkən  onun  gücünün  televiziyanın  öz  ətrafında  insanları 

toplamasında  olduğunu  göstərdik.  Tamaşaçıların  maraqlarının 

birləşməsində  televiziyanın  özünün  yaratdığı  zövqlər,  maraqlar 

sistemi və həyat tərzi düşüncəsi inteqrativ rolu artıq oynayır. Bu­

raya, ünvanlanmış auditoriya hadisəsi istisna olmaqla, əsas maraq­

ların ortaq məxrəcinin tapılmasında sosioloq, kulturoloq, politoloq 

və psixoloqun köməyi ilə yaradılmış vahid fəaliyyət konsepsiyası 

daxil  olduqda  birləşdirmə  cəhdi  bütünlüklə  özünün  həllini  tap­

mış  olar.  Rusiyanın  tanınmış  kinoşünası  S.  Freylix  inteqrasiya 

probleminə  toxunaraq  yazır:  “İnsanın  televiziya  ilə  münasibəti 

insanın cəmiyyətlə münasibəti demək dir. Cəmiyyət insanı inteq­

rasiya etdirmək istəyir, insan özünün “mən”ini saxlamağa çalışır, 

həm də digər insanlarla ünsiyyətə eh ti yac duyur. Sanki, televiziya 

bu ziddiyyəti həll edirdi: elliklə qav ranılma, eyni zamanda, insan 

bu sehrli qutu ilə təkbətək qalır. Lakin insana elə gəlir ki, seçimi o 

edir, əslində, o özü seçilib, o teleşəbəkəyə qoşulub. Televiziya – ic­

timai rəyin formalaşdırılmasında alətdir. Te leviziya maarifləndirə 

də  bilər,  cahilləşdirə  də”  (427,  səh.  59).  Deməli,  televiziyanın 

əhəmiyyətli gücü fərdi inteqrasiya etdirməyə yönəlib. Bunu inki­

şaf etmiş demokratik ölkələrin çoxillik televiziya təcrübəsi və to­

talitar rejimdə partiyanın ideoloji ruporu olan teleyayım işi əyani 

göstərmiş olur. Teleşəbəkə hər bir fərdi özünün “toruna” salmağa 

çalışır. Bu təkcə tamaşaçı auditoriyası toplamaqla kommersiya ma­

raqlarını həyata keçirmək deyil, həmçinin onun istənilən – amma 

dövlətçilik, humanizm ideyalarına zidd olmaması barəsində götür­

düyü öhdəlik çərçivəsində –  ideya ilə yükləməkdir. Bunun üçün 



216

televiziyanın,  xüsusiləşmiş  halda  kanalın  birləşdirmə  gücü  istər 

özünün sosial, mənəvi aspektləri, istərsə də sənətkarlıq tərəfləri ilə 

seçilməli, cəlbedici olmalıdır.

Televiziyanın  bütün  digər  informasiya  daşıyıcılarından  fərqli 

olaraq, birləşdirmə imkanları daha genişdir. “Biz digər inancı qə­

bul etmişik, müqəddəs xaçlar əvəzinə evlərimizin üzərinə antena­

lar dikəltmişik” (450, səh. 14) – 30 il əvvəl deyilən bu fikir televi­

ziyanın kütləviliyini, əhəmiyyətliliyini və insanın evin küncündə, 

iş yerində quraşdıraraq böyük maraqla bəzən saatlarla qarşısında 

oturduğu sehrli qutunun vacibliyini göstərməklə bərabər, müasir 

insanın ona olan pərəstişli münasibətini əks etdirir. Əgər müasir 

insan televiziyaya bu qədər pərəstişlə yanaşırsa, onun diktəsi ilə 

yaşayırsa, deməli, o artıq ekran qarşısında birləşib. O zaman hər 

bir kanal bu vəhdəti öz ətrafında yaratmaq uğrunda mübarizəyə 

girişir  ki,  bununla  da  qrup  maraqlarından  uzaq  ümumi  maraq­

ları önə gətirən verilişlərin ekrana çıxmasına rəvac verilmiş olur. 

Televiziyanın  kommersiya  konsepsiyasında  bu  amil  olduqca 

əhəmiyyətlidir: heç bir siyasi cəbhənin, dini, milli, irqi ayrı­seçkili­

yin tərəfində durmayaraq, “ümumi ev” anlayışını ortaya atmaqla 

tamaşaçı toplamaq...

Telekanalın  yayım  dairəsi  geniş  olduqca,  onun  verilişlərinin 

tam lıqla tamaşaçı kütləsinin maraqlarına cavab verən, onlar ara­

sında heç bir qrupu təcrid etməyən prinsiplər üzərində qurulması 

tələb olunur. Kanal yayım formasından – ümummilli, kabel, peyk 

–    asılı  olmayaraq,  özünün  əhatə  etdiyi  tamaşaçı  kütləsinin  ma­

raqlarını,  onların  xarakterik  cəhətlərini  nəzərə  alıb,  humanist  və 

bəşəri dəyərlərə söykənən, birləşdirici siyasət üzərində qurulmuş 

verilişlərlə tamaşaçı marağına səbəb ola bilər. Müəyyən bölgə və 

ya kabel televiziyasının üzərinə bu mənada düşən məsuliyyət və 

vəzifə ümummilli kanalın üzərinə düşən vəzifədən az olsa da, eyni 

dərəcədə əhəmiyyətli və başlıcadır. Çünki ən xırda bölgədə belə 

dini, milli, irqi, sosial, siyasi, mənəvi, mədəni ayrı­seçkilik ciddi so­

sial­siyasi fəsadlar verə, insanlar arasında ziddiyyəti genişləndirə 

bilər. Bu baxımdan ümummilli və peyk kanallarının üzərinə daha 

böyük məsuliyyət düşür. Hər bir proqramın bölücü olmamasının 

izlənməsi ilə bərabər, birləşdirici funksiyanın daşıyıcısı olan proq­

ramlara da yer verilməsi vacibdir.

Televiziya yaranış dövründə geniş tamaşaçı auditoriyasının ha­

mısını  tam  əhatə  edəcəyinə  iddialı  oldu.  Lakin  tədricən  sosiolo­

ji  sorğular  və  reytinqlər  belə  bir  nəticəni  açıqladı  ki,  insanlar 

cinslərinə, yaşlarına, mədəni, intellektual səviyyələrinə görə qey­



217

ri­rəsmi  birləşərək,  öz  istəklərinə  uyğun  verilişləri  izləməklə  di­

gərlərindən imtina edirlər. Məhz bu məqsədlə peyk, ümummilli 

və kabel televiziyalarının ixtisaslaşmış kanalları – idman, musiqi, 

kino, serial, uşaq, tədris, moda və s. açıldı, konkret tamaşaçı au­

ditoriyasına  ünvanlandı.  Bu  tendensiya  ilə  bərabər  yaş  və  sosial 

qrupların maraqlarına cavab verəcək, onları maraqlandıraraq öz 

ətrafında birləşdirəcək verilişlərin yaradılması zərurəti meydana 

gəldi. Burada məqsəd həm müxtəlif insanları ekran qarşısına top­

layaraq ümumiləşmiş reytinq yeri tutmaqla bütün reklamvericiləri 

cəlb etmək, həm də bütün sosial qrupları, fərqləri müəyyən nöq­

tədə birləşdirməklə kanala daha sıx bağlamaq oldu. Bu baxımdan 

mozaik dramaturji materiala malik və qarışıq mövzulu proqram­

lar kanallarda daha çox görünməyə başladı. 

Televiziyanın  inteqrativ  funksiyasının  yayımın  bütün  bölmə­

lərində,  onun  istər  əyləncəli,  istərsə  də  informasiya  və  maarifçi 

proqramlarda özünə yer alması mühüm şərt kimi meydana çıxır, 

bu da funksiyanın icrasını iki hissəyə bölmək imkanı verir: birinci, 

kanalda yayımlanan xarakterindən, janrından və formasından asılı 

olmayaraq bütün veriliş, proqram, şoularda bölücülük meyillərinə 

imkan verməmək; ikinci, ümummilli, yaş və cins fərqindən, maraq 

çeşidindən asılı olmayaraq, hamını əhatə edə biləcək birləşdirici 

proqramlara yer vermək. Biz Azərbaycan teleməkanında inteqra­

tiv funksiyanın icrası mənzərəsini, məhz bu iki istiqamətdə araş­

dırmaya cəhd edəcəyik.

Təşkilati funksiya öz xarakterinə görə digər funksiyalarla bağ­

lıdır və bilavasitə onların icrasında yer alır. “O, qismən informa­

siya,  mədəni­maarif,  təşkilati,  tədris  və  s.  funksiyalarla  üst­üstə 

düşməklə, sanki, digər funksiyaların üzərinə geyindirilir. Televi­

ziyanın  inteqrativ  funksiyasını  şüurlu  şəkildə yerinə  yetirən  jur­

nalist üçün əsas keyfiyyət kimi materiala yanaşmada cəmiyyətin 

tələbləri  ilə  televizor  qarşısında  olan  bir  insanın  qayğılarını 

birləşdirmək bacarığını göstərmək olar” (237, səh. 209). Məhz bu 

bacarıq jurnalistin, televiziya işçisinin vətəndaşlıq mövqeyindən, 

onun peşəkarlığından xəbər verməklə tamaşaçılar arasında böyük 

sevgi və rəğbət hissi ilə qarşılanmasına, populyarlıq qazanmasına, 

həmçinin kanalın bu mühüm ictimai vəzifəni icrasında keyfiyyətli 

proqramın  meydana  gəlməsinə  imkan  verir.  İnteqrativ  funksi­

yanın digər ictimai vəzifələrlə yaxınlığı və onların işində birbaşa 

iştirakı  olduqca  vacib,  əhəmiyyətli  olduğu  kimi  ayrıca,  birbaşa 

birləşdirici məqsədlə çıxış edən proqramlarla təcəssüm olunması 

da əhəmiyyətlidir.



218

Azərbaycan  teleməkanında  inteqrativ  funksiya  dövlət  televizi­

yasının tək yayımlandığı dövrlərdə mərkəzləşmiş ideoloji təbliğat 

müstəvisində  ardıcıl  şəkildə  yerinə  yetirilirdi.  Ümumi  dövlət 

və  Vətən  anlayışı  bütünlüklə  televiziyanın  yaradıcı  siyasətinin 

əsasını  təşkil  etməklə,  birləşdirmək  ideyasına  söykənən  proqram­

lar,  əslində,  dövrün  ideoloji  tələblərinə  cavab  vermək  məqsədi 

güdürdü.  Proqramlar  təkcə  paytaxt  həyatı  ilə  qapanmır,  ölkənin 

müxtəlif yerlərində əmək qabaqcıllarını, plan doldurulmasını ətraflı 

şəkildə təbliğ edirdilər. Televiziyanın təbliğatın ruporuna çevrilərək 

bütünlüklə bölgələri və paytaxtı, kəndlini və fəhləni, şəhər və kənd 

ziyalısını  bir  ideya  ətrafında  birləşdirərək,  proqramların  hamının 

zövqünə uyğun olduğunu iddia etməsi, istənilən nəticəni vermədi və 

verə də bilməzdi. İnsanlar mənsub olduqları sosial qruplardan, yaş 

və hətta cinsi fərqlərindən irəli gələn maraq dairələrinə malikdilər 

ki, bunu da tamlıqla əhatə etmək qeyri­mümkündür. Yalnız moza­

ik dramaturji modelə malik və informasiya, əyləncə, maariflənməni 

özündə cəmləşdirib beyin qavramasına yüngül informasiya ötürən 

proqramlar bu maraqları birləşdirə bilərdi. 

Bu baxımdan səhər proqramları dünya təcrübəsində inteqrativ 

veriliş kimi geniş tətbiq olunurdu. Belə proqramlar müxtəlif zövq 

və istəklər kontekstində ümumi tamaşaçı marağını gündəlik təzə 

xəbərlər, musiqi nömrələri, müxtəlif maraq doğuracaq informasi­

yalar, məsləhətlər almaqla birləşdirərək, səhər işə gedən tamaşaçı­

nın ona lazım olan məlumatlarla – həmin saata olan xəbərlər, hava 

məlumatı,  idman  xəbərləri,  valyuta,  qiyməti  kağızlar  barədə  ən 

son nəticələr və s., ovqatını kökləyəcək musiqi, yumorla, həm çinin 

tibbi, hüquqi və digər sahələrdə olan məsələlərlə bağlı ən lazımlı 

bilgilərlə – silahlanması baxımından əhəmiyyətli, vacibdir. Bunu 

aparılan sosial tədqiqatlar, psixoloqların rəyi də sübut edir ki, məhz 

müasir televiziya ilə köklənən insanın səhər aldığı lazımi “enerji” – 

xəbər, əyləncə, bilgi onu bütün günə müsbət yöndə hazırlayır. Belə 

proqramların, məhz səhər vaxtı yayımlanması, adətən, saat 8.00­

dan 10.00­a qədər insanların evdə olduqları və işə, dərsə hazırlıq 

periodunda televizoru izləmələri ilə bağlıdır. Bu da bir reallıqdır 

ki, səhər işə və dərsə tələsən insan bütün diqqətini ekrana yönəldib 

ona bağlana və onları başdan­ayağa izləyə bilməz. “Proqramlar elə 

tərtib edilməlidir ki, evdən çıxmağa hazırlaşan tamaşaçıları “tutub 

saxlamasın.” Proqramın süjetləri çox yığcam olmalıdır” (51, səh. 

203). Ona görə də ən qısa xəbər və informasiyaların verilməsi, heç 

bir  təhlil  və  analiz  olmadan  yalnız  məlumatlandırma,  bu  xəbər 

bloklarının bir neçə dəfə təkrarı (həmin saatda heç də hamı eyni 



219

vaxtda durub televizora baxmır, ona görə də proqram təkrar bura­

xılışlara yer verir), gündəlik qəzetlərin baş xəbərlərinin təqdimatı, 

bilgilərin belə qısa və kütləvi istehlaka yaxın vəziyyətdə verilməsi 

səhər  proqramlarının  spesifik  cəhətləridir.  Proqram  ərzində  ol­

duqca  müxtəlif  sahələri  əhatə  edən  xəbərlərin  ardıcıl  verilməsi, 

cizgi filminə, musiqi nömrəsinə, səhər aerobikasına yer ayrılması 

məhz müxtəlif təbəqədən, yaş həddindən və cinsdən olan insanları 

ekran başına toplamaq, birləşdirmək, onları inteqrasiya etdirmək 

məqsədi  güdür.  Bu  baxımdan  səhər  proqramlarının  effekti  və 

təsir  gücü  danılmazdır.  Belə  verilişlərdə  musiqi  nömrələrinin 

özünəməxsus yeri və əhəmiyyəti var. “Səhər verilişlərinin ilk ya­

radıcılarının özləri tez başa düşmüşdülər ki, gözəl musiqi bu işdə 

həlledici rol oynaya bilər. Axı tamaşaçılar səhər­səhər ekrana bax­

maqdan daha çox, ona qulaq asırlar” (51, səh. 203). Musiqi tama­

şaçıda xoş əhval yaratmaqla bərabər, ona müsbət enerji axını bəxş 

etməklə yeni günə daha gümrah hazırlayır. Bunu hiss edən tama­

şaçı hər zaman səhər verilişinin axtarışına çıxacaq. 

Səhər yayımının təcrübəsi NBC Amerika kanalında ilk dəfə XX 

əsrin  50­ci  illərində  tətbiq  olunmağa  başlayanda  sosioloqlar  və 

teletənqidçilər buna “uğursuz vaxt seçimi” şübhəsi ilə yanaşma­

ğa  başladılar.  Tez  bir  zamanda  Amerika  ənənəsi  Qərbi  Avropa 

ölkələrinə yayılmağa başlasa da, yenə münasibət birmənalı deyil­

di. Televiziya tənqidçisi Elşad Quliyevin araşdırmasına görə ABŞ­

da əhalinin yalnız 13%­i, Fransada 10%­dən bir qədər az, İtaliya­

da  ondan  da  az  tamaşaçı  səhər  proqramlarına  baxır.  Tədqiqatçı 

“Televiziya iki əsrin ayırıcında” kitabında bunu həmin ölkələrdə 

yuxudan  gec  oyanma  və  ya  səhər  yeməyinə  vaxtın  ayrılması  ilə 

əlaqələndirsə  də,  bunun  əsas  səbəbinin  tamaşaçı  auditoriyasını 

toplamaq gücünün zəifliyində axtarmaq gərəkdir. Elə onun özü­

nün  gətirdiyi  misalda  tamaşaçı  auditoriyasını  nəzərə  alan  proq­

ramın  populyarlıq  qazandığının  şahidi  oluruq.  BBS­nin  “Nahar 

vaxtıdır”  verilişi  ilə  Ti­Vi­eY­eM  (Ay­Ti­Vi)  kanalının  “İngiltərə, 

sabahın  xeyir!”  (tərcümədə  yanlışlıq  var,  əslində  belədir:  “Saba­

hın xeyir, Britaniya!”) proqramını müqayisə edən müəllif birinciyə 

daha çox 35 yaşlı ciddi adamların baxdığını, ikincinin isə tamaşaçı 

auditoriyasının azsavadlı və daha gənc olduğunu deyir. Ardınca 

bildirir ki, TVA­nın tamaşaçı sayı BBS­dən çoxdur. Hesab edirik ki, 

burada müəllif kateqoriyalara bölməkdə qeyri­dəqiqliyə yol verib. 

Əslində BBS Böyük Britaniyada elitar kanal olmağa iddialıdır və 

yalnız səviyyəli verilişlərə yer verməklə, klassik qaydalara riayət 

etməklə tamaşaçıların yalnız dörddə birinə ünvanlanır (27). Ay­Ti­



220

Vi isə orta təbəqənin maraqlarına cavab verən əyləncəli şou proq­

ramlarla daha çox şöhrət qazandığından, ona tamaşaçıların 75%­i 

baxır. Bunu Elşad Quliyev özü təsdiq etsə də, kanalın məhz əsas 

televiziya izləyicisi olan orta təbəqinin marağını nəzərə almasını 

və uğurunun təməlində bu prinsipin durmasını qeyd etmir. Geniş 

tamaşaçı auditoriyasını tez bir zamanda ətrafına yığan kanal inteq­

rativ gücünü əks etdirmiş olur. Onun orta təbəqəyə hesablanması, 

əslində, düzgün seçim kimi dəyərləndirilməlidir. Məhz bu təbəqə 

televiziyaya daha yaxın, ondan daha çox istifadə edəndir.

Bir  çox  sosioloqlar  və  kulturoloqlar  XX  əsrin  əvvəlindən  küt­

ləvi  mədəniyyətin  yeni  ictimai  təbəqəni  biçimləndirdiyi  fikrini 

söyləyirlər.  Orta  təbəqə  təkcə  siyasi,  iqtisadi,  mədəni  əhəmiyyət 

daşımır, o, cəmiyyətin başlıca hərəkətverici qüvvəsinə çevrilməklə, 

onun dayaq sistemi rolunu onyamaqdadır. XX əsrin sosial­siyasi in­

kişaf mənzərəsi bu fikri təsdiq etməklə yeni insan qrupunun – orta 

təbəqənin  kifayət  qədər  əhəmiyyətli,  vacib  olduğunu  göstərmiş 

olur. Heç bir normal cəmiyyəti, dövləti onun əsas bazası olan orta 

təbəqəsiz  təsəvvür  belə  etmək  mümkün  deyil.  Fransız  filosofu 

və  sosioloqu  E.  More  “Zamanın  ruhu”  kitabında  orta  təbəqənin 

mədəniyyət sistemində, onun yeni biçimdə üzə çıxmasında rolunu 

əks etdirərək, bunun başlıca amil olduğunu söyləyir. Yəni televizi­

yanın və əslində, bütün kütləvi mədəniyyətin əsasında duran sosial 

sifariş anlayışı, məhz bu təbəqənin istəyi əsasında formalaşır. “Orta 

təbəqə”  anlayışı  Qərb  fəlsəfəsində  və  sosiologiyasında  mühüm 

yer  tutmaqla  onun  əhəmiyyətinin,  yerinin  müəyyənləşməsində 

ardıcıl araşdırmalar mövzusu olur. “Tamaşaçı rəğbəti”, “geniş ta­

maşaçı kütləsinin marağı” anlayışları məhz bu təbəqənin sevdiyi, 

“bütləşdirdiyi” ulduzlara münasibətində formalaşdı. Telekanalla­

rın reytinq cədvəllərində daha çox tamaşaçı toplaması televiziyaya 

çox yaxın olan, özünün zövq və istəklərini onun əsasında formalaş­

dıran orta təbəqənin iştirakının faizi əsasında müəyyənləşir. Maddi 

gəlirləri, dünyagörüşləri və savadları baxımından bir­birinə yaxın 

olan bu insanlar hansı peşə sahibi olmalarından asılı olmayaraq, 

demək olar ki, eyni zövqə malik olur, dəb anlayışı ilə ayaqlaşır və 

bütün xəbərləri, bilgiləri televiziya vasitəsilə alırlar. “Orta təbəqə” 

anlayışı cəmiyyətdə çoxluğu, xüsusən də inkişaf etmiş ölkələrdə 

əhalinin 90%­ni əks etdirir. Məhz bu faiz göstəricisini öz ətrafında 

toplamaq kanallar üçün başlıca məqsədi, fəaliyyət prinsipini for­

malaşdırır. Kanallar arasında bazara yiyələnmək və daha çox ta­

maşaç – istehlakçı yığmaq naminə rəqabət yaranır ki, bu da  kanal­

ların inkişafını, texniki­yaradıcı yüksəlişini, yenilikçilik meyillərini 



221

stimullaşdırır.  Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar 

iqtisadiyyatı kursu seçərək, dünya iqtisadi quruluşuna inteqrasi­

yaya can atdı. Məhz iqtisadi yüksəliş, bazar münasibətləri hazırda 

istənilən cəmiyyət üçün vacib olan “orta təbəqənin” formalaşması 

prosesini canlandırır. Eyni dərəcədə təminatı olan insanların ma­

raqları, zövqləri də yaxınlaşır. Onlar tele, radio, qəzet reklamında 

təbliğ olunan büdcələrinə uyğun malların istehlakçısı, televizorda 

əyləncəli proqramların, serialların seyrçisi, kütləvi mədəniyyətin 

diktə etdiyi yaşam tərzinin, zövqün daşıyıcılarıdır. Deməli, onla­

rın zövq və istəklərini özündə ehtiva edən proqramlar inteqrasi­

ya prosesinə xidmət edə bilər. Səhər proqramları özünün vaxtı və 

mövzu çeşidi ilə məhz bu tamaşaçı auditoriyasına ünvanlanaraq, 

onların birliyinə nail ola bilər.

Səhər proqramı AzTV­də ilk dəfə 1973­cü ildə Leyla Bədirbəyli 

və Lütfi Məmmədbəyovun aparıcılığı ilə “Səhər görüşləri” proqra­

mında özünü əks etdirdi. Geniş tamaşaçı marağına səbəb olan və 

bir neçə aparıcının dəyişməsi ilə 10 il ömür sürərək özünün yeni 

forması  ilə  diqqəti  çəkən  proqramın  yaradıcı  səviyyəsi  olduqca 

aşağı idi. Elşad Quliyevin “Səhər görüşləri” barədə yazdığından 

bəlli olur ki, hələ 0 dövrdə də proram ciddi tənqidə məruz qalıb, 

lakin tamaşaçı marağı onu bağlamağa imkan verməyib: “… “Səhər 

görüşləri”nin mötəbər bir çap orqanında “səhər sayıqlaması” ad­

landırılması proqramın aşağı yaradıcı səviyyəsinə uyğun idi” (51, 

səh. 253).

Dünya  televiziya  kanallarında  tətbiq  olunan  səhər  proqram­

ları  modeli  Azərbaycan  televiziyasında  da  görünməyə  başladı. 

Həftənin  istirahət  günləri  səhər  efirində  tamaşaçı  əyləncə,  infor­

masiya və maarifləndirmə ilə zəngin, maraqlı bir proqramı – “Dal­

ğa”nı  gördü.  Özünün  cəsarətli  fikirləri,  mövcud  standartlar dan 

fərqli, canlı, dinamik aparıcıları ilə müxtəlif sahələrə nüfuz edərək 

problemləri  qabardan,  illərlə  haqqında  danışılmayanlardan  cə­

sarətlə  danışan  proqram  tamaşaçıda  böyük  maraq  oyada  bildi. 

Veriliş tez bir zamanda populyarlıq qazanmaqla, öz ətrafında ol­

duqca müxtəlif düşüncəli, zövqlü insanları toplaya bildi. İstirahət 

günləri  ekranda  olan  “Dalğa”  bu  tələblərə  cavab  verməsə  də, 

demokratikləşmə  axınında  1980­ci  illərin  sonunda  özünün  yeni 

forma və təqdimatı ilə tamaşaçı marağına səbəb ola bildi. Bu ba­

xımdan “Dalğa” özünün publisist gücünə və cəsarətli mövqeyinə 

görə köklü şəkildə fərqlənirdi. 

Müstəqillik  dönəmində  gündəlik  səhər  proqramının  ekranda 

görünməsinə böyük zərurət meydana çıxdı. 1992­ci ildə “Sabahı­



222

nız  xeyir”  səhər  proqramı  dövlət  televiziyasında  yayımlanmağa 

başladı. Özünün yenilikçi forma axtarışları ilə seçilməyən proqram 

tamaşaçılar arasında böyük rəğbət qazana bilmədi və ölkədəki si­

yasi  durum  nəticəsində  cəmi  bir  il  fəaliyyət  göstərdikdən  sonra 

işini dayandırdı. Ölkə teleməkanında özünün peşəkar səhər veri­

lişi qaydalarına uyğun gələn, bu prinsiplər üzərində qurulan ilk 

uğurlu layihə telejurnalist Qulu Məhərrəmlinin rəhbərliyi ilə 1995­

ci ilin 14 avqustunda efirə çıxan “Səhər” musiqi­informasiya proq­

ramı  oldu.  “Mübahisəsizdir  ki,  bizim  telekanallar  şəbəkəsində 

səhər proqramlarının ən ciddi şərhində, AzTV­nin gündəlik yayı­

mı axarında kəskin formada bu proqramın baxımlılığına və yayım 

keyfiyyətinə görə seçildiyini qeyd etmək olar” (51, səh. 253). Elşad 

Quliyevin bu barədə dedikləri böyük həqiqətdir. Həftənin bazar 

günündən başqa hər gün saat 7.00­dan 10.00­a qədər yayımlanan 

“Səhər”  proqramı  teleməkanda  göründüyü  dövrdən  başlayaraq 

özünün peşəkar yaradıcı fəaliyyəti, yenilikçiliyi ilə nəinki AzTV­

nin bütün verilişlərindən seçilirdi, həmçinin ondan sonra ekrana 

vəsiqə qazanan kommersiya kanallarının səhər proqramlarından 

özünün gücü, yaradıcı səviyyəsi ilə üstün yer tutur. 

Özünün mozaik dramaturji strukturu ilə seçilən “Səhər” musi­

qi­informasiya proqramında əhatə dairəsinə görə müxtəlif sahələri 

əks etdirən süjetlərin, xəbərlərin, rubrikaların maraqlı ekran həlli 

tamaşaçının diqqətini cəlb etməkdədir. Proqramın içərisində “24 

saat” informasiya bülleteni, “Servis”, “Hüquq məsləhəti”, “Həkim 

məsləhəti”, “Aerobika”, “Səhər zəngi”, “Replika”, “Şənbə qonağı” 

rubrikaları,  həmçinin  gündəlik  buraxılışlarda  müxtəlif  sahələrin 

mütəxəssisləri kimi dəvət olunan qonaqların problemlərdən, mə­

dəni, siyasi, iqtisadi, idman nailiyyətlərindən söhbət açması səhər 

tamaşaçısı  üçün  zəngin  informasiya  qaynağı,  istiqamətverici  və 

yönəldici  rolu  oynayır.  Musiqi  nömrələrinə,  kliplərə  geniş  yer 

verən  proqram  səhər  tamaşaçısının  əhvalının  köklənməsində, 

onda müsbət emosiyaların yaranmasında fəal iştirak edir. Müxtəlif 

yaş nümayəndələri, işə və dərsə gedən şəxslər, evdar qadınlar bu 

proqram vasitəsilə istər ən son xəbərləri almaq, maraqlı informasi­

yalarla silahlanmaq, istərsə də səhəri xoş əhvalla kökləmək imkanı 

qazanır. Verilişin konsepsiyasında özünə yer alan bu ideya uğur­

lu ekran həlli vasitəsilə effektiv təsir edə bilir. Müasir televiziya 

yaradıcılığı prinsiplərinə söykənən proqram özünün yenilikçiliyi, 

bu günlə səsləşən tərzi, tempi ilə tamaşaçını ekran qarşısına topla­

maq gücünə malik olur. Aparıcıların rəvan, aydın nitqi, qaldırılan 


223

məsələlərin  dərinliyi,  əhatəliliyi  proqramın  yaradıcı  səviyyəsini 

yüksəldən əsas amil kimi göstərilməlidir.

“Səhər” proqramının rəngarəngliyi, mövzu əlvanlığı və əhatə et­

diyi məsələlərin miqyaslılığı tamaşaçıya hansı sahədən olursa­ol­

sun ən qısa, yeni xəbəri almaq imkanı qazandırır. Bunu “Səhər”in 

mühüm  uğuru  kimi  dəyərləndirərək,  onun  “24  saat”  xəbər  bül­

leteninin  AzTV­nin  digər  xəbər  proqramlarından  daha  əhatəli, 

dinamik, maraqlı qurulmasını xüsusi qeyd etməliyik. Bu barədə 

“İnformasiya funksiyası bölməsində” danışdığımızdan yalnız “24 

saatın”  dinamik  təqdimatı  televiziyanın  inteqrativ  funksiyasının 

icrasını həyata keçirtməkdə özünün fəal iştirakını göstərmiş olur 

–  fikrini əlavə etmək istərdik. “Səhər”in mövzu əlvanlığı inteqra­

tiv funksiyanın icrasına tamlıqla imkan verə bilir. Burada müxtəlif 

insanların bir araya gəlməsinə imkan verən cəhətlər təqdirəlayiq 

hadisə  kimi  dəyərləndirilməlidir.  “Səhər”  proqramının  mövzu 

əlvanlığına  toxunan  tanınmış  teletənqidçi  Elşad  Quliyev  “…o, 

iş  günü  başlamazdan  əvvəl  efirə  çıxır  və  bunu  nəzərə  alaraq 

bütünlüklə  cəmiyyətin  siyasi,  iqtisadi  və  sosial  sahələrini  əhatə 

edən informasiya bloku məhz buna uyğun qurulub”, – deyir (51, 

səh. 253). Bu cəhət “Səhər”i digər kanalların analoji proqramların­

dan fərqləndirir və onun daha çox tamaşaçı marağını özünə cəlb 

etməsinə səbəb olur.

Aparıcılar  Esmira  Çərkəzqızı,  Məxfurə  Musayevanın  canlı,  di­

namik,  özünəməxsus  tərzdə  davranışları  proqramın  təsir  gücü­

nü  çoxaldırdı.  Məhz  onların  davranışında  duyulan  bu  cəhətlər, 

ölçülü­biçili  nitq  tamaşaçıda  inam  hissini,  onun  etibarını  artırır. 

Elşad  Quliyev  bu  aparıcıların  digər  proqramlarda  görünməsini 

yolverilməz sayır. Həqiqətən də aparıcı müəyyən verilişin sima­

sına, onun əsas fiquruna çevrilməklə tamaşaçı üçün auranın ya­

ranmasında böyük rol oynayır. Bir aparıcının bir neçə proqramda 

görünməsi auranın yaranmasına, özünəməxsusluğun formalaşma­

sına imkan vermədiyindən, tamaşaçıda aparıcıya inamlı, məhrəm 

münasibətin  qurulmasına  imkan  vermir.  Hesab  edirik  ki,  kanal 

bu məsələyə diqqətlə yanaşaraq, yeni aparıcıların cəlbi hesabına 

efirdə yaranan təkrarçılığın qarşısını almış olar. 

“Səhər”  proqramının  aparıcılarında  mövzuyla  bağlı  əhatəli 

məlumatın  olması,  bu  ətrafda  şəxsi  qənaətlərinin  üzə  çıxması, 

səhər  qonaqlarının  söhbətini  maraqlı,  dinamik  edir.  Tamaşaçı 

aparıcının  bu  sahədə  informasiyalı  olması  qənaətinə  gəlir  ki,  bu 

da onun ekranda danışılana qulaq asmasına və özünə lazım olan 

məlumatı almasına kömək edir. AzTV­nin səhər efirinin ən böyük 



224

uğuru aparıcıların hazırlığı, televiziya ifadə vasitələrindən uğur­

la  istifadə  edərək  tamaşaçı  ilə  ünsiyyət  yaratmaq  qabiliyyəti  və 

peşəkarlığıdır.

“Səhər” proqramının rejissor işinə toxunarkən işin canlı efir re­

jissurasının imkanları və real məhdudiyyətlərini qeyd etməklə bu 

müstəvidə  dəyərləndirilməsinə  ehtiyac  görürük.  Televiziyanın 

birbaşa  yayım  imkanı  böyük  yaradıcı  üfüqlər  açmaqla  bərabər, 

yazılı  materialda  montaj  vasitəsilə  aradan  qaldırılan  qüsurların 

efirdə  görünməsinin  qarşısını  ala  bilməmək,  istənilən  qeyri­adi 

situasiyalarla  üzləşmək  riski  rejissor  üzərinə  yaradıcı  və  ictimai 

məsuliyyət  qoyur.  Studiyada  qurulmuş  bir  neçə  kameranın  gö­

rüntü  rakurslarının  mövqe  seçimini  müəyyən  edən  rejissor  həm 

uğurlu görüntülərin efirdə olmasına, həm də sıralanma qaydala­

rının pozulmamasına nəzarət etməlidir. Plan dəyişkənliyi  – yəni 

ümumidən­ümumiyə,  ortadan­ortaya  və  ya  iridən­iriyə  keçidli 

yaradıcı  qüsur  olduğundan  burada  rejissor  məntiqi  uzlaşmanı, 

növbələşməni  qurma;  efirdə  baş  verən  hadisəni  duyaraq  onun 

görünməsini  təmin  etməli,  lazımsız,  görüntünü  çirkləndirən 

ətrafların,  operator  tərəfindən  olan  qüsurların  –  görüntünün 

əsməsi,  kadrı  qurarkən  boşluqların  proporsiyasının  düzgün 

müəyyənləşməməsi,  fokusun  qeyri­dəqiq  olması  və  s.  –  efirdə 

olmamasına çalışmaqla yaradıcı şərtləri qorumalı; canlı efir vax­

tı siyasi, ictimai cəhətdən cəmiyyətə ziyanlı, qanunsuz çıxışların, 

təhqirlərin, əxlaqsız hərəkətlərin yayımlanmaması üçün vətəndaş, 

ziyalı mövqeyindən çıxış edərək bu prinsiplərə sadiq qalmalı; gö­

rüntünün  verilişin  ümumi  tempo­ritminə  uyğun  dinamikasını, 

danışılan  mövzuya  uyğun  plastikasını,  mizankadr  bölgüsünün 

düzgün,  savadlı,  yaradıcı,  bədii  cəhətdən  əsaslandırılmış  tərzdə 

həyata  keçməsini  təmin  etməlidir.  “Səhər”  musiqi­informasiya 

proqramının  canlı  yayımında  rejissor  üzərinə  bütün  bu  deyilən 

məsuliyyətlərlə bərabər, mozaik strukturlu, müxtəlif bloklardan, 

rubrikalardan ibarət verilişin ümumi işini təşkil etmək, keçidləri, 

ardıcıllığı  müəyyən  etmək  və  görüntü  ifadəliliyini  qorumaq  işi  

də düşür.  Proqramın çoxillik təcrübəsi və yaradıcı uğurları bunu 

deməyə əsas verir ki, burada rejissor işi düzgün, yaradıcı və uğur­

ludur. Müəyyən hallarda görüntüyə lazımsız şeylərin gəlməsi qü­

sur kimi təzahür etsə belə, bunun özü də canlı efir aurası yarat­

maqla, görüntüyə müəyyən dinamika və tamaşaçı marağını cəlb 

edəcək xüsusiyyət verir. Ümumilikdə birbaşa  efirin uğurluluğu­

nu qeyd etməklə, “Səhər” proqramının rejissor həllini qənaətbəxş 

dəyərləndirə bilərik.



225

Proqramın estetik həllində də nəzərə çarpacaq cəhətlər duyulur. 

Bütünlüklə məzmunla uzlaşan, onunla üzvi vəhdətdə olan forma 

xüsusiyyətləri  baxımlı,  olduqca  ifadəlidir.  Bəzi  hallarda  qrafika 

işində primitivlik özünü göstərsə də, ümumilikdə maraqlı forma 

seçimi tərifəlayiqdir. “Bir sual­bir cavab”, “valyuta məzənnələri“ 

rubrikalarında  təqdimat  forması,  görüntünün  estetik  quruluşu 

yo rucu,  dinamikadan  uzaq,  zövqsüz  olduğundan  bunu  qüsurlu 

cə hət  kimi  qeyd  etməliyik. Amma  arakəsmə  rolunu  oynayan  və 

rubrikadan­rubrikaya keçidi dolduran təqvimin hər fəslə və aya 

uy ğun tərzdə tərtib olunması xüsusilə gözəl və zövqlüdür. Proq­

ramın  başlığında,  keçidlərdə,  ad  təqdimatında  və  sonda  seçilən 

qrafik həlldə elementlər, onların rəng quruluşu ovqatı qaldıracaq 

isti, xoşagəlimli rəng çalarları ilə qurulduğundan göz qavramasına 

müsbət təsir edir. Bu qrafik həll mürəkkəb deyil, xüsusi dinami­

kaya da malik deyil, lakin zövqlü və ruhlandırıcıdır. Nə olduqca 

templi musiqi, nə də görüntünün çevik dəyişimi səhər proqramla­

rı üçün arzuolunan deyil. Bir çox hallarda əlavə dinamika, sürətli 

ritm  aqressivlik  xüsusiyyəti  yarada  bilir  ki,  bu  da  səhər  özünü 

müsbət  enerji  ilə  kökləməli  olan  tamaşaçı  üçün  yolverilməzdir. 

Həmçinin görüntü həllinin və keçidləri həyata keçirən qrafik işin 

ləngliyi də əhvala mənfi təsir edə bilər. Ona görə də burada dina­

mika səhər işə gedən adamın əhvalını kökləyəcək tərzdə olmalıdır. 

“Səhər”in qrafik həlli, eləcə də leytmotiv musiqi parçaları olduqca 

uğurlu və düzgün tapılıb.

Studiya  tərtibatı  işi  səhər  proqramları  üçün,  adətən,  ev  mühi­

ti  yaratmaq  məqsədi  daşıdığından  burada  genişlik,  açıqlıq,  rəng 

neytra llığı  başlıca  əhəmiyyət  daşıyır.  Tamaşaçının  evinə  səhər 

obaşdan qo  naq düşən proqram mənzilin davamı kimi görünməli, 

göz  oxşa malı  və  lazımsız  əşyalarla  yüklənməməlidir.  “Səhər”in 

studiya tər tiba tında rəng harmoniyasının xoşagəlimli olması, otu­

racaqların geniş və rahat təəssürat yaratması, arxa fonda şəhər pla­

nının verilməsi, studiyada estrada səhnəsinin qurulması maraqlı 

forma kimi dəyərləndirilməlidir. Tərtibat halının sadə və zövqlü 

həlli  görüntüyə  yoruculuq  gətirməyib,  lazımsız  qarmaqarışıqlıq 

yaratmayaraq səhər əhvalına yaxın tərzdə qurulmuşdur. Burada 

istedadlı rəssam işinin uğurunu qeyd etmək gərəkdir.

Bütün  bu  uğurlu  tərtibat  elementlərinə  baxmayaraq,  “Səhər” 

proq ramında  bir  sıra  rubrikaların  görüntü  həlli  uzun  müddət 

efirdə olan forma, yoruculuq gətirməklə bərabər, tamaşaçı mara­

ğını azaltmış olur. Xüsusən də bunu “Səhərin təqvimi” rubrikasına 

aid etmək olar. Burada seçilən formanın dinamikasızlığı, zövqsüz 



226

qrafika həlli artıq neçə illərdir ki, dəyişməz qalır. Bu isə rubrikanın 

baxımlılığına xələl yetirir. Ümumiyyətlə, proqramın formasında, 

tərtibatında müəyyən dövrdən sonra dəyişiklik edilməsi zəruridir. 

Əks halda tamaşaçının göz yorğunluğu proqramın reytinqinə təsir 

edə bilər.

AzTV­nin  “Səhər”  musiqi­informasiya  proqramının  təhlilinə 

yekun  vuraraq,  onun  bədii  cəhətdən  kamilliyini,  mövzu  seçimi 

ba xımından  aktuallığını,  əhatəliliyini,  hərtərəfli  informasiyalarla 

zənginliyini,  mu siqi  nömrələrinin  rəngarəngliyini,  çoxçeşidliliyi­

ni, tamaşaçıda maraq və baxmaq həvəsi yaratdığını qeyd etmək 

olar. Bununla dövlət kanalının efirində səhər proqramı öz ətrafına 

tamaşaçı  yığmaqla,  televiziyanın  ictimai  vəzifəsini  –  inteqrasi­

yanı  həyata  keçirmə  işində  böyük  addım  atmış  olur  və  bu  işin 

öhdəsindən  uğurla  gəlir.  İnteqrativ  funksiyanın  bütün  insanları 

əhatə  etmək  və  onların  arasında  ayrı­seçkilik  yaratmağa  imkan 

verməmək xüsusiyyəti “Səhər” proqramında özünə yer almaqla, 

kanalın bu işdə siyasətinin həyata keçirilməsində əhəmiyyətli yeri 

tuta bilir.

ANS­in  efirində  tamaşaçıları  səhər  ekran  başına  toplayacaq 

proqramın  hazırlanma  ənənəsi  “Salam”  proqramı  ilə  qoyuldu. 

Müxtəlif vaxtlarda özünün forma, məzmun biçimini dəyişən proq­

ramın əhatəliliyi maraq yaratsa da, aparıcılar, əvvəl Arzu, sonralar 

Doktor Ziya, Nigar Şıxlinskaya və digərlərinin uğursuzluğu verili­

şin tezliklə kanal tərəfindən başqa layihə ilə əvəzlənməsinə səbəb 

olmuşdur. 2002­ci ilin sentyabrından isə ANS­in səhəri saat 7.00­

dan 10.00­a qədər “Şirin çay” əyləncəli informasiya verlişilə açılır. 

Həftənin iş günləri efirdə olan proqram şənbə günü “Şirin çay+” 

adı ilə tamaşaçılarla görüşə gəlir.  

AzTV­nin  “Səhər”  əyləncəli  informasiya  proqramından  fərq li 

olaraq, “Şirin çay” səhər işgüzarlığı prinsipi üzərində qurulmaq la 

informasiyaya daha geniş yer verir və özünün mürəkkəb struktu ru 

ilə seçilir. Proqram təyinatına görə özündə həm əyləncə, həm də in­

formasiya funksiyasını birləşdirməklə, buna uyğun olan müxtə lif 

buraxılışlar, musiqi nömrələri ilə zənginliyini göstərməyə çalışır. 

Miqyasca  daha  geniş  mövzu  əhatəliliyini  götürən  “Şirin  çay”­ın 

müxtəlif sahələri əhatə edən xəbərləri ardıcıl verməsi, gündəmdə 

olan məsələlərin, problemlərin, hadisələrin  peşəkarların, mə mur­

ların  iştirakı  ilə  çözülməsini  təqdim  etməsi  maraqlı,  dinamik  və 

günün tempinə uyğundur. Siyasi, mədəni, iqtisadi, idman xə bər­

lərinə yer verən “Şirin çay” əyləncə və musiqi elementləri ilə səhər 

saatını maraqlı və baxımlı edir. Mövzu çoxşaxəliliyi, müxtəlif pe şə 



227

və nəslin nümayəndəsi olan şəxslərin qısa, ən başlıcası isə lazımi 

informasiyaları  almağa  imkan  verməsi  televiziyanın  inteqrativ 

funksiyasının icrasını layiqincə yeinə yetirməsini təmin etmiş olur.

“Şirin çay”ın ANS kanalının xəbər verilişləri üçün nəzərdə tu­

tulmuş məkanda seçilməsi, əslində, informasiya ab­havası yaradır. 

Bu forma “Səhər”in “evin davamı” prinsipinin tam əksi olan iş­

güzar əhvalı yaratmağa çalışır. Dünya praktikasında belə tərtibat 

mövzunun informasiya üzərində qurulmasından irəli gəldiyindən, 

dolğun və əsaslanmış hesab edildiyindən özünü geniş təzahür et­

dirir. İnformasiya funksiyasından bəhs edərkən “Xəbərçi” proqra­

mının studiya tərtibatının müsbət cəhətlərini qeyd etdiyimizdən,  

bu məsələyə təkrar toxunmadan “Şirin çay” üçün müstəqil infor­

masiya və əyləncə verilişi olduğundan fərqli, amma eyni estetika 

üzərində  qurulmuş  studiyanın  olmasını  məqsədəuyğun  hesab 

edirik. Eyni bir məkan formasından bir neçə verilişin hazırlanma­

sında istifadə olunaraq yayımlanması göz yorğunluğu gətirməklə 

bərabər, verilişin bədii yükünü, estetik özünəməxsusluğunu azalt­

mış olur. 

“Şirin  çay”ın  rejissor  işinə  toxunan  Elşad  Quliyev  “Axşamın 

şərindən “Səhər”in xeyri yaxşıdır” məqaləsində “yetərincə infor­

masiya  çeşidliliyində,  bolluca  musiqi  sırasında  və  orijinal  aparı­

cılıq  manerası  axarında  proqramda  bir  süjetdən  digərinə  rəvan 

olmayan  keçidlər  və  montaj  dayanmaları  ilk  növbədə  görüntü 

cərgəsini pozmaqla, rejissor işinin olmamasını əyani sübut edir” 

(246) söyləməklə zəif və yaradıcı olmayan, texniki qüsurlarla mü­

şayiət olunan işi tənqid etmiş olur. Biz yuxarıda informasiya və 

təşkilati  funksiyadan  danışarkən ANS  kanalının  proqramlarında 

rejissor işinin kamil olmadığını və yetərincə qüsurlarla özünü əks 

etdirdiyini  göstərmişdik.  “Şirin  çay”ın  bədii  və  yaradıcı  gücünü 

zəiflədən tamaşaçını maraqlandıracaq forma, görüntü plastikası­

nın, rəvan keçidlərin, yenilikçi axtarışların olmaması, kifayət qədər 

kobud texniki və bədii səhvlərin özünü təzahür etdirməsidir. İde­

ya kimi kifayət qədər maraqlı, baxımlı və tamaşaçı üçün lazımlı 

olan,  həmçinin ANS  kanalının  səhər  proqramını  zənginləşdirən, 

ona  tamaşaçı  diqqətini  yönəldən  və  inteqrativ  funksiyanı  icra 

edən “Şirin çay” informasiya əyləncə verilişinin bu yaradıcı nöq­

sanlarını aradan qaldırmaqla, daha uğurlu efir yayımına nail ol­

maq olar. Bu məsələ kanal və eləcə də, səhərini işgüzar əhvalda 

kökləyənlər üçün lazımlıdır. Səhər verilişlərinin bolluğunda özü­

nün yaradıcı, görüntü üstünlükləri ilə marağı cəlb etməli olan “Şi­

rin çay”, həmçinin öz efirində uzun­uzadı söhbətlərin miqdarını 



228

azaltmağa doğru addım atmalıdır. Bir çox hallarda dəvət olunmuş 

peşəkarların və ya məmurların yorucu, terminologiyalarla zəngin, 

kütləvi tamaşaçı qavramasına yönəlməmiş söhbəti seyrçinin mara­

ğını azaltmaqla, onun kanal dəyişiminə rəvac verir. Bu cəhətlərin 

aradan qaldırılması yoluyla, daha dinamik, bir­birinə üzvi qayda­

da bağlanan blokların mənaca və formaca baxımlı qurulması ilə 

tamaşaçı marağına səbəb olmaq olar. Məhz proqramın kütləviliyi 

və  dinamikası  inteqrativ  funksiyanın  icrasını  uğurla  həyata 

keçirməyə imkan verə bilər.

“Space” kanalında həftənin iş günləri “Sabah”, şənbə və bazar 

günləri  “Günaydın”  bədii­publisistik  proqramları  saat  9.00­dan 

11.00­a qədər tamaşaçılarla görüşə gəlir. Efirə çıxma saatının ar­

tıq  səhər  proqramına  uyğunsuzluğunu  qeyd  etməklə,  onun  jan­

rında  özünə  yer  almış  bədii­publisistik  formanın  doğru  olmadı­

ğını  söyləməliyik.  Yuxarıda  səhər  proqramlarına  aid  tamaşaçı 

tələblərinin mahiyyətini çözərkən, onun səhər informasiya almaq 

və qismən də günü xoş əhvalla kökləmək üçün musiqi nömrələrini 

dinləmək istəyində olduğunu qeyd etmişdik. Bu baxımdan bədii 

publisistika  burada  yersiz  və  lazımsızdır.  Səhər  efiri  publisistik 

araşdırmalara və ya bədii yük daşıyan proqramlara uyğun deyil. 

Bu barədə Ey­Bi­Si kanalının “Bu gün” proqramının sabiq prodü­

serinin fikirlərini öz kitabında əsas gətirən Elşad Quliyev yazır “…

Stiv Fridmen üç əsas fikir irəli sürür: proqram tamaşaçı hələ yu­

xuda olarkən baş verən bütün hadisələrdən bəhs etməlidir, danı­

şıq formasında aparılmalıdır, nikbin süjetləri və gündəlik həyatda 

tamaşaçılara  fayda  verə  biləcək  zəngin  informasiyası  olmalıdır” 

(51,  səh.  253).  Mövzunu  davam  etdirən  teletənqidçi  səhər  proq­

ramlarında  italyanların  və  ispanların  faydalı  məsləhətlərə,  fran­

sızların cizgi filmlərinə, Britaniya və ABŞ tamaşaçılarının isə hava 

durumu, yollarda hərəkət, idman və digər yerli xəbərlərə üstün­

lük verdiklərini deyir. Lakin proqramlarda özünü bu cür adlan­

dıran “Sabah”ın yaradıcı heyəti informasiyalara, mövzu ətrafında 

qonaqların dəvət olunmasına və musiqiyə yer verməklə, əslində, 

deyilən  standartlarla  işləyir.  Deməli,  proqramlarda  təyinatı 

bildirən “bədii publisistik proqram” ifadəsi “Sabah”a uyğun deyil 

və qeyri­dəqiqdir. 

Proqramın  yaradıcı  cəhətlərini  şərh  edərkən  onun  bitkin  kon­

sepsiyadan  çıxış  etmədiyini  və  xaotizmin  özünə  yer  aldığını 

qeyd  etməliyik.  Proqramda  “Ordan­burdan”  rubrikası  dünya­

da  baş  verən  maraqlı  hadisələrin  təqdimatına  həsr  olunsa  da, 

əslində  təkrar  kadrlardan  və  filmlərdən  ibarət  yorucu  görüntü­



229

nün  üzərində  qurulan  uzun­uzadı  mətn  tamaşaçını  üzməkdən 

başqa heç bir funksiya daşımır. “Xəbər var” rubrikasında ölkənin 

mədəni həyatını əks etdirən informasiyalar maraqlı olsa da, bura­

da jurnalist peşəkarlığının olmaması sözçülükdən uzağa getməyən 

süjetlərin efirə çıxmasına gətirib çıxarır. 

“Sabah”  proqramında  iki  saat  ərzində  həddən  çox  qonaqların 

gəlməsi  və  onlarla  gündəmlə  uzlaşmayan  söhbətlərin  aparılma­

sı tempi öldürməklə, səhər efirinə lazımsız yoruculuq gətirir. Bu 

yoruculuq  səhər  işə  və  dərsə  gedən  tamaşaçı  üçün  olduqca  pis 

təsir  edən  amildir  və  tezliklə  uzaqlaşdırılmalıdır.  Elşad  Quliyev 

“Sabah”ın  qonaqla  çox  yüklənməsinə  diqqət  yetirərək,  onu  belə 

qiymətləndirir: “Biz belə qonaqpərvərliyin əleyhinə deyilik, lakin 

unutmaq olmaz ki, səhər tezdən hər qonaq tamaşaçıya xoş olmaya 

bilər, həm də bizdə efir üçün maraqlı olan adamlar bir o qədər də 

çox deyil” (252, səh. 31). Qonaqların efirdə yaratdığı sözçülük ta­

maşaçıda mənfi emosiyanın yaranmasına imkan verməklə bərabər, 

aparıcıların qeyri­peşəkar söhbət maneraları onda ekrandan uzaq­

laşmaq və ya kanalı dəyişmək vərdişini biçimləndirir. “Sabah”ın 

rejissor  işində  olan  qüsurlar,  həmçinin  görüntü  həllinin  bədii 

elementlərlə, yenilikçiliklə zəngin olmaması və yuxarıda deyilən 

səbəblər onun  inteqrativ  funksiyasını  azaldır,  kanalın  işinə xələl 

gətirir.

İstirahət günlərində efirə çıxan “Günaydın” proqramı da yuxa­

rıda deyilən qüsurlarla zəngindir. Burada da düzgün tapılmayan 

dramaturji  model,  aparıcı  qüsurları,  səhər  ovqatını  yüksəldəcək 

elementlərdən fərqli yorucu süjetlər istirahət gününün səhərində 

tamaşaçıya verilməli olan müsbət təsiri azaldırdı. Proqramın yara­

dıcı işində, bədii həllində olan böyük qüsurlar onun efir məkanında 

yerini zəiflətmiş olurdu. “Space”in inteqrativ funksiyasının icrası­

nı öz üzərinə götürən səhər proqramlarının təkmilləşməsinə cid­

di ehtiyac var idi, tədricən buna doğru addımlar atıldı. Bu, istər 

ictimai sahədə, istərsə də kanalın yaradıcı siyasətində böyük yer 

tutan amil olduğundan, bu işə daha diqqətlə yanaşılması kanalın 

üzərinə düşən başlıca vəzifədir.

“Lider”  TV­nin  səhər  efiri  saat  8.00­dan  11.00­a  qədər  davam 

edən, 2001­ci ilin sentyabrından efirə gedən və 2003­cü ilin sent­

yabrından efiri tərk edən “Tezdən oyan” və onun varisi “Sabahın 

xeyir, Vətən!” proqramlarıdır. 

“Tezdən oyan” proqramının dramaturji strukturunun qeyri­ka­

milliyi,  konsepsiyasının  bəlli  olmaması  və  üç  aparıcının  özünü 

doğrultmayan format kimi efirə artıqlıq gətirməsi, onların lazım­



230

sız  sərbəstliklə  müşayiət  olunan  davranışları,  qonaqla  məntiqsiz 

söhbətləri kimi ciddi qüsurları üzə çıxartdı. “Sabahın xeyir, Vətən” 

proqramı isə daha peşəkarlıqla, zövqlə qurulan proqram idi. Bu­

rada  aparıcı  obrazı  xoş,  məhrəm  söhbət  quran,  ünsiyyət  yarat­

maq istəyən şəxs kimi tamaşaçıda müsbət emosiyanın yaranma­

sına  imkan  verirdi.  Zövqlə  bəzədilmiş  studiyada  rəng  çalarının 

gözəgəlimliliyi, canlı musiqinin iştirakı, müğənnilərin canlı ifasına 

imkan  verən  səhnə  və  bütövlükdə  estetik  cəhətdən  özünü  doğ­

ruldan forma təqdirəlayiqdir. Doğrudur, bir çox hallarda qonaq­

ların  çoxluğu  və  rubrikaların  azlığı  yoruculuq  gətirsə  də,  hesab 

edirik ki, yenicə efirə vəsiqə alan proqramda yeniliklər özünə yer 

ala bildi. Lider kanalının bu sahədə uğurunu qeyd edərək, onun 

efirində inteqrativ funksiyanın yaradıcı cəhətdən kamil, mövzu və 

əhatəliliyinə görə geniş proqramla icrası işinin təkmilləşməsini va­

cib sayırıq. Bu, respublikanın hər yerində yayımlanan kanal üçün 

vacib və zəruri addımdır.

ATV  kanalında  səhər  efirində  özünə  yer  alan  “Saboun  xe­

yir” verilişi musiqili verilişlərə aid olduğundan, onun inteqrativ 

funksiya daşıdığını söyləmək olmaz. Bu verilişi efirdə əvəzləyən 

“Bizim  səhər”də  müxtəlif  mövzulu  süjetlər  özünə  yer  alsa  da, 

forma  və  məzmun  etibarı  ilə  sələfinə  bənzədiyindən  və  kliplərə 

keçidlər,  telefon  zənglərinə  cavab,  məktubların  oxunması  ilə 

kifayətləndiyindən,  onu  da  inteqrativ  funksiyanın  standartları­

na aid etmək mümkün deyildi. Ona görə də bu funksiyanın ATV 

kanalında  ümumiyyətlə  mövcud  olmadığını  önə  çəkərək,  ciddi 

addımların  atılmasını  zəruri  idi.  Tezliklə  kanal  özünün  yaradı­

cı  istiqamətində  dəyişiklik  etdi  və  inteqrativ  proqramların  sayı­

nı artırdı. Əyləncəyə böyük yer verən kanal bu cəhəti diqqətdən 

uzaq tutmayıb, ictimai­siyasi əhəmiyyət daşıyan, bütün təbəqələri, 

maraqları  özündə  birləşdirən  mərkəzçi  bir  verilişin  ekranda 

görünməsinə çalışaraq verilişin məzmununda keyfiyyət sıçrayışı­

na nail ola bilmişdir. Kanalın ictimai vəzifəsi vacib və mütləq amil 

kimi  ortaya  çıxan  məsələ  olaraq,  tamaşaçıların  mənəv­psixoloji 

baryerləri aşaraq, ən azı, bir ailə çərçivəsində ekran qarşısına top­

laşmasına imkan vermək üçün “Bizim səhər”də müxtəlif səpkili 

mövzular ətrafında müzakirələr təşkil etməklə yeniləşməni təmin 

edən  yaradıcı  heyət,  yeni  rubrikalarla  seyrçinin  marağına  səbəb 

ola bilmişdir. Zaur Baxşəliyev və Nanə Ağamalıyevanın aparıcı­

lığı ilə veriliş dolğunluğu ilə seçilirdi. Zaur Baxşəliyev daxili plas­

tikası,  çevikliyi,  münasibəti  və  reaksiyası  ilə  seçilib,  səhər­səhər 

əhvalı kökləyərək seyrçidə xoş təəssüratın yaranmasına can atırdı. 



231

Onun fərqli tərzdə çıxış etmək üçün hər gün tapıntılarla ekrana 

gəlməsi və aparıcı obrazını dəqiq müəyyən etməsi seyrçilər ara­

sında  rəğbətlə  qarşılanması  ilə  nəticələnirdi.  Mövzu  seçimində 

təzadlı  məqamların  tapılması  və  yanaşmada  fərqli  məqamların 

üzə çıxmasına nail olunması, telefonla tamaşaçı ilə özünəməxsus 

tərzdə  ünsiyyətə  girmək  qabiliyyəti  verilişə  dinamika  gətirirdi. 

Müxtəlif  mövzularla  bağlı  qonaqların  dəvət  olunması,  onlarla 

kəskin  söhbət  qurmaq  məharəti  və  gerçəyin  üzə  çıxmasına  çalı­

şılması diq qətdən kənarda qala bilməzdi. Operativliyi, gündəmlə 

bağlı müzakirələrin açılması və bayramlarda fərqli tərzdə qurul­

ması “Bizim səhər” proqramının çə kisini artıran səbəblərdən idi. 

Televiziyanın  inteqrativ  funksiyasının  icrası  təkcə  səhər  proq­

ramları ilə məhdudlaşmamalı, günün müxtəlif saatlarında yayım­

lanması mümkün olan birləşdirici verilişlər də olmalıdır. Sadəcə, 

hamının evdə olduğu vaxtlar – səhər 7.00­dan 10.00 qədər və ax­

şam saatları – 19.00­dan 23.00­a qədər olan zaman arası bu iş üçün 

daha yararlıdır. Ona görə də kanalların birləşdirici əhəmiyyət da­

şıyan verilişləri məhz bu saatlara təsadüf edir. “Lider” kanalının 

“Axşama doğru” proqramı müxtəlif insanların maraqlarını özündə 

birləşdirən mövzulara toxunan sosial­mədəni proqram kimi inteq­

rativ funksiyanı icra etmiş oldu. Bazar günləri axşam efirində olan 

proqramın  yaradıcı  və  mövzu  seçimində  bir  sıra  nöqsanlar  üzə 

çıxdığından özünün bədii gücü ilə tam əks oluna bilmirdi. Hesab 

edirik  ki,  proqramın  təkmilləşdirilməsi  yolu  ilə  tamaşaçıları  ek­

ran ətrafına toplayan uğurlu efir saatından daha səmərəli istifadə 

olunması kanalın nüfuzunu yüksəltməklə, onun ictimai həyatda 

fəal iştirakını təmin etmiş olardı.

Televiziyanın  inteqrativ  funksiyası  həm  də  mərkəzdən  yayım­

lanan  kanalların  bütün  ölkəni  əhatə  etməklə  bölgələrin  sosial­

mədəni həyatına yer verən verilişlərin, süjetlərin efirdə olmasını 

nəzərdə  tutur.  ANS  kanalının  “Əyalət”,  AzTV­nin  “Torpaq”  və 

s.  kimi  proqramları,  informasiya  buraxılışlarında  –  AzTV,  ANS 

və “Lider”in bölgə bürolarının hazırladığı operativ və ya ümumi 

məsələlərə həsr olunmuş süjetlərin yer alması bu istiqamətdə atı­

lan məqsədyönlü fəaliyyətin nümunəsi kimi göstərilə bilər. Lakin 

hesab edirik ki, bu işlər daha böyük vüsət almalı və ölkədə yayım­

lanan kanallar təkcə paytaxt tamaşaçılarının maraqlarının işıqlan­

dırılması ilə işini bitmiş hesab etməyərək, bölgələrin də həyatını 

çatdırmağı özünün ictimai vəzifəsi kimi layiqincə icra edəcəklər. 

Bu, televiziyanın ictimai həyatda yerini möhkəmlətməklə bərabər, 

onun respublikanın hər yerində olan tamaşaçıların izlədiyi kanala 

çevrilməsinə imkan verə bilər.


232

Televiziyanın  inteqrativ  funksiyasını  təhlil  edərək  bu  qənaətə 

gəlirik  ki,  özünün  ictimai  həyatda  böyük  yerini  alan  birləşdirici 

əhəmiyyət  daşıyan  bu  funksiyanın  icrası  ölkə  teleməkanında 

uğurla  aparılır.  Bu  cəhət  daha  çox  birbaşa  tamaşaçı  inteqrasiya­

sına  xidmət  edən  səhər  proqramlarında  qabarıq  görünsə  də,  bir 

sıra  digər  ekran  nümunələrində  televiziya  rəhbərliyinin  diqqət 

mərkəzində olmaqla özünü əks etdirir. Həmçinin səhər proqram­

larını təhlil edib onların yaradıcı səviyyəsini, gündəmlə ayaqlaş­

masını  çözərkən  bir  neçə  kanalda  bu  işin  uğurla  aparılmadığını 

qeyd  etməklə,  bunun  həmin  kanalların  inteqrasiya  işində  ciddi 

əngələ  çevrildiyinə  toxunduq.  Bir  sıra  proqramların  yaradıcı  və 

mövzu­ideya  baxımından  kamil  olması  ilə  geniş  tamaşaçı  mara­

ğına səbəb olduğunu önə çəkərək, bu işin daha effektiv qurulması 

üçün  yenilikçiliyə,  təkmilləşməyə  yer  verilməsinin  əhəmiyyətini 

qeyd etdik. Bütövlükdə götürdükdə, Azərbaycan teleməkanında 

inteqrativ  funksiyanın  yerinə  yetirilməsi  istiqamətində  ciddi  ad­

dımlar  atılsa  da,  bu  işin  hələ  quruculuq  dövrünü  yaşadığını  və 

axtarışların getdiyini qeyd edərək, daha da səmərələşdirilməsinə 

zə rurət olduğunu söyləməliyik.



Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin