Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 80,11 Kb.
Pdf görüntüsü
tarix04.05.2017
ölçüsü80,11 Kb.
#16555

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                                        Təbiət elmləri seriyası                                  2010 

 

 

 

 

 

GÜNƏBAXANIN MÜXTƏLİF SORTLARININ QURAQLIQ STRESİNƏ 

DAVAMLIĞININ FİZİOLOJİ GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ 

 

Ə.Ş.ƏFKARİ BACHEBAC*, N.A.QASIMOV,** M.YARNİYA

***

 

*Kəleybər Universiteti, **Bakı Dövlət Universiteti, ***Təbriz Universiteti 

bun@box.az 

 

İran və Azərbaycan ərazisində yağışların qış fəslində düşməməsi və ya az düşməsi bu 

ərazilərdə quraqlıq stresi yaradır ki, bu da bitkilərin məhsuldarlığını  kəskin surətdə  aşağı 

salır. İnsanların əsas qidasını təşkil edən yağlı bitkilərdən əsasən günəbaxan bitkisi quraqlıq 

ərazilərdə becərilir. Müəyyən edilmişdir ki, günəbaxan bitkisinin bütün tədqiq edilmiş 

sortlarında quraqlıq  şəraitində xlorofilin miqdarı  və  məhsulun bütün fizioloji göstəricilərinə 

mənfi təsir göstərir (dənin kütləsi, dənizin çəkisi, 1000 dənin kütləsi, yarpağın və gövdənin 

quru kütləsi). 

 

 Günəbaxanın quraqlığa davamlılığı elmi ədəbiyyatlarda müxtəlif istiqamətlər-

də geniş müzakirə olunsa da, alınan nəticələrin seleksiyada istifadəsi tam qənaətbəxş 

deyildir.  İran  İslam respublikasında günəbaxan bitkisinin quraqlığa davamlılığının 

həm nəzəri, həm də  təcrübi  əsaslarının öyrənilməsi istiqamətində  tədqiqatlar aparıl-

mışdır. İİR-nın ərazilərinin böyük hissəsində quraqlığın müxtəlif tipləri kəskin dərə-

cədə müşahidə olunur. Temperaturun yüksəlməsi ilə müşayiət olunan qlobal iqlim 

dəyişmələri də regionda su qıtlığının yaranması ilə bitkilərin becərilməsində  əlavə 

çətinliklər yaratmışdır (1 və 14). 

 Buna 


görə də quraqlığın fizioloji və genetik əsaslarının öyrənilməsi  və buna 

baxmayaraq quraqlığa davamlı, yüksək keyfiyyətli və  məhsuldar günəbaxan sortla-

rının yaradılması biologiya və  kənd təsərrüfatı elmləri qarşısında duran vacib 

məsələlərdən biridir (2). 

 Günəbaxan sortlarının quraqlıq stresinə davamlılığının fizioloji parametrlər 

əsasında tədqiqi və seçilmiş sort və formaların uyğun bölgələrdə əkilməsi və seleksiya 

proseslərindən istifadə etmək tövsiyə olunur. 

 Quraqlıq meteoroloji bir hadisə olub, bitkilərin inkişafına mənfi təsir edən 

yağışsız bir dövrdür. Bu zaman torpağın susaxlama qabiliyyəti və bitkilər tərəfindən 

suyun alınması və transpirasiyanın sürəti artır (3 və 4). 

 Quraqlığın reaksiyası bitkilərin tənəffüsünə  də  təsir edir. Bu fenomen çoxlu 

miqdarda bitkinin ekoloji quruluşundan asılıdır. Suyun az olmasının nəticəsində bü-

tün bitkilərdə tənəffüs zəifləyir. Su çatışmazlığı çox olan otlaqlarda soğanın tənəffüs 

intensivliyi azalır, lakin itkilər də artır. Bitkidə  tənəffüsün intensivliyi suyun cüzi 

azalması şəraitində artır, lakin suyun kəskin çatışmazlığı şəraitində azalır. Bitkilərdə 

karbon qazı bitki tərəfindən xaricə  və xlorofilli əmələ  gələn hüceyrələr vasitəsilə 

 

59


yenidən istifadə olunur. 

 Quraqlıq metabolizmin və hüceyrənin quruluşunun tamam pozulmasına və 

nəticədə fermentlə kataliz olunan reaksiyaların dayanmasına səbəb ola bilər ki, 

həddən çox su itkisi zamanı meydana çıxa bilir. Bir qayda olaraq quraqlığa həssas 

bitkilərdə damarlanma 30% ümumi su itkisində inkişaf edə bilir (3,14 və 15). 

 Suyun 


çatışmazlığı mövcud olan tam şəkildə qida elementlərinin təmin olun-

ma ehtimalı bitki üçün çox az miqdardadır və ya mövcud deyil. Buna səbəb kökün 

böyüməsinin zəifləməsidir (5). Quraqlıq  şəraitində  ağızcıqların bağlanması  və qaz 

mübadiləsinin azalmasına səbəb olan su itkisidir. Ümumi suyun 70%-i qaldıqda su 

çatışmazlığına məruz qalan bitkilərdə ağızcıqlar bağlanır və CO

2

 qəbulu azalır (6). 



 Quraqlıq yağlı bitkilərin toxumalarına aşağıdakı yollarla təsir edir: 

1. Dənlərin inkişafını ləngidir. 

2. Bitkinin normal inkişafına mane olur. 

3. Assimilyasiya və quru maddələrin əmələ gəlməsini ləngidir (7). 

Ümumiyyətlə, quraqlıq bitkilərə müxtəlif yollarla təsir edir. Fotosintezin azalması, 

ağızcıqların bağlanması, prolin və osmotik təzyiqin artması. 

 Müəlliflərin tədqiqatlarında müəyyən edilmişdir ki, normalda və müxtəlif 

stres faktorlarının təsiri zamanı orqanizmin antioksidləşdirici aktivliyinin təyini bü-

tövlükdə orqanizmin funksional vəziyyəti haqqında qiymətli informasiya mənbəyi ola 

bilər (13 və 16). Quraqlıq fotosintezin gedişini zəiflətməkdən  əlavə  əmələ  gəlmiş 

şirənin bitkinin başqa hissələrinə çatmasını da azaldar. Fotosintezin gedişində və tə-

nəffüsdə ATP-nin sintezi və digər tərəfdən hüceyrədə ATP-nin miqdarının azalmasına 

səbəb olur. Quraqlıq bitkinin böyüməsini azaldır və yarpaqların kiçilməsinə  səbəb 

olur. Bitkilərdən bəzisi isə az yarpaq verib və ya yarpaqların bir hissəsi saralıb sonra-

dan tökülür. Bütün bunlar əmələ gəlmiş şirə səviyyəsinin aşağı düşməsinə səbəb olur. 

Quraqlıq C

3

-C

4



 bitkilərində, həmçinin CAM bitkilərində, fotosintezin azalmasına 

səbəb olur (6, 10 və 13). 

 Bitkilərin quraqlığa davamlığının qiymətləndirilməsi üçün nisbi susaxlama, 

su çatışmazlığının miqdarı  və hüceyrənin kutikulasının zədələnməsi kimi parametr-

lərdən istifadə olunur (3, 8, 9, 10, 11, 12 və 17). 

 

Tədqiqatın obyektləri və metodları 

 

Tədqiqatın obyekti olaraq günəbaxanın dörd sortundan (Alestar, Eyrflor, 



İsmayıllı və Armavir) istifadə olunmuşdur. 

 

Təcrübə İran İslam Respublikasının Təbriz şəhərinin Azad İslam Universite-



tinin filialının əkinçilik fakültəsinin təcrübə bazasında 2008-2009-cu əkin ilində spilit 

faktoriel planı şəklində tam təsadüfi bloklar şəklində aparılmışdı. 

 Stres 

əsas ləkdə əsas faktor kimi üç səviyyədə (D



1

=70 milimus/kvadratdesi-

metr, D

2

=140 milimus/kvadratdesimetr və  D



3

=210 milimus/ kvadratdesimetr) 

nəzərdə tutulmuşdur. 

 

Buxarlanma millimetri A sinifli teştdə və (F - C) əkinçilik zərfiyyətində fərdi 



platlarda fərdi faktor kimi rütubət miqdarından və kalium miqdarları və ölçülərindən 

istifadə etməklə nəzərə alınır. Belə ki, kalium üç variantda (K

1

=0 kg/h, K



2

=75kg/h və 

K

3

= 150kg/h) və digər tərəfdən rəqəmlər, yaxud sortlar isə dörd səthdə (V



1

=Alestar, 

V

2

=Eyrflor, V



3

=İsmayıllı və V

4

=Armavir) nəzərə alınır. 



 Bu 

təcrübə üç təkrara malik olduğundan 108 lək və ya yoxlama vahidinə 

bölündü. 

 

60



 

Hər bir ləkin uzunluğu 6 metr və eni 4 – 2 metr olan yeddi xəttə malikdir. 1-ci 

və 7-ci xətt nəzərə alınmayan hissə kimi, 2-ci və 6-cı  xətt böyümə analizləri üçün 

nümunələrin götürülməsi məqsədilə, 3-cü və 5-ci xətt yenə də nəzərə alınmayan və 4-

cü xətt isə yekun yığım biçim üçün nəzərə alınır. Hər bir ləkin bir-biri ilə məsafəsi 60 

sm və əsas ləklərin bir-biri ilə məsafəsi 2 əkilməyən xətt məsafəsi qədər və təkrarların 

bir-birindən məsafəsi 2 metr nəzərdə tutulur. Təcrübə sahəsinin  əkilən hissəsinin 

torpağında ümumi humusun miqdarı 2,63% azot – 0,042%, mütəhərrik fosfor – 19 

mq% və kalium – 23 mq% olmuşdur. Təcrübə müddətində orta temperatur 13 – 26°C, 

yağıntının orta miqdarı isə 378 mm bərabər olmuşdur. Bütün vegetasiya müddətində 

bitkinin böyümə və inkişaf dinamikası fenoloji müşahidələrlə öyrənilmiş, yarpaq və 

digər assimilyasiya edən orqanların sahəsini ölçən cihaz AAS – 400 (Yaponiya) vasi-

təsilə ölçülmüş, quru bioloji kütlənin toplanma dinamikası tarladan nümunə götür-

məklə termostatda 80°C-də 48 saat müddətində qurutduqdan sonra təyin edilmişdir. 

 Yarpağın xüsusi səth sahəsini onların quru və yaş çəkilərinin sahələrinə nis-

bəti ilə hesablanmışdır. Digər tərəfdən yarpaqların xlorofil miqdarı da hesab olundu. 

 

Məhsulun birillik təcrübə miqdarı dərzə görə hesablanmış, statistik analizlər 



ümumi qəbul edilmiş metodla aparılmışdır. Təcrübənin nisbi xətası 5% həddini keç-

məmişdir. 



 

Tədqiqatın nəticələri 

 Fenoloji 

fazanın davametmə müddəti tədqiqat üçün götürülmüş sortların 

bioloji xüsusiyyətlərində və eyni zamanda quraqlığın təsirindən asılı olaraq müxtəlif 

olmuşdur. Vegetasiyanın sonuna doğru quraqlığın daha da dərinləşməsi nəticəsində 

variantlar arasındakı fərq daha çox nəzərə çarpmışdır. İntensiv sortlar ekstensiv sort-

lardan fərqlənir və bu illərə görə daha çox dəyişir. Verilənlər göstərir ki, ayrı-ayrı 

fenofazaları keçmə müddətinə görə  tədqiq edilən sortlar bir-birindən çox da fərq-

lənmirlər. Becərilmə şəraitində və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq bitki-

lərin səpindən boruya fazasına qədər olan müddət variantlar üzrə qismən fərqlənmiş, 

bir-birinə çox yaxın olmuşdur. Kollanma fazasında daha çox fərq müşahidə edilir. 

Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,  quraqlıq ekstremal amil 

kimi bitkilərdə fenofazaların davam etməsinə  öz təsirini göstərərək, onların inkişafını 

sürətləndirir, orqanların ölçülərinə  təsir edərək optimal səviyyədən az olmasına 

gətirib çıxarır və lazımi biokütlənin toplanmasına mənfi təsir edərək, məhsul itkisinin 

əmələ gəlməsinə səbəb olur. İsmayıllı sortunda yarpaqlardan ayrılmış xloroplastların 

fotokimyəvi fəallığı nisbətən aşağı və Eyrflor sortunda isə nisbətən digər sortlara görə 

çox olmuşdur. 

 Quraqlıq  şəraitində müxtəlif günəbaxan sortlarında yarpaq sahəsinin forma-

laşması və yerüstü quru biokütlənin  toplanması dinamikasının tədqiqi böyük praktiki 

əhəmiyyətə malikdir. Yarpaq və digər assimiləedici orqanların assimillyasiya səthi 

sahəsinin ölçülməsinin nəticələri cədvəl 1-də verilmişdir. Cədvəldən göründüyü kimi, 

ontogenezin  əvvəlində  nəzarət və  təcrübə variantlarında yarpaq səthinin kəskin 

artması müşahidə edilir. Bu artım alçaqboylu Alestar və Eyrflor sortlarının yarpaq-

larında böyümə fazasında daha çox müşahidə olundu. Amma hündürboylu sortların 

(Armavir və  İsmayıllı) yarpaqlarında isə tum bağlama fazasında olur və maksimum 

qiyməti intensiv tipli sortlarda nəzarət və təcrübə variantlarına uyğun olaraq 192 və 

94 min m


2

/ha, ekstensiv tipli sortlarda isə 131 və 109 min m

2

/ha təşkil edir. Dən 



bağlama – çiçəkləmə fazasının axırından vegetasiyanın sonuna doğru yarpaq səthinin 

 

61



sahəsinin azalması müşahidə olunur. Mum yetişkənliyi fazasında quraqlığın təsi-

rindən 43 və 21 m

2

/ha və 49 və25 min m



2

/ha-a qədər yarpaq səthi sahəsi azalır. 

 Sortun 

və ya genotipin əlverişli olmayan şəraitə davamlığının aydınlaşdırıl-

masında bitkilərin fizioloji xüsusiyyətlərinin müəyyən rolu vardır. Davamlı sortların 

stresə dözümünü xarakterizə edən – bitki orqanizminin əlverişli olmayan şəraitdə 

bütün həyati funksiyalarını tam istifadə etməsini davamlılıq ölçüsü isə bu xüsu-

siyyətin kəmiyyət göstəricisini əhatə edir. Davamlılığın mütləq səviyyəsi müxtəlif xa-

rici mühit şəraitində inkişaf edən bitki üçün dəyişilə bilər. Ona görə də tədqiqatçıların 

fikrinə görə davamlılığın səviyyəsini mütləq deyil nisbi götürmək lazımdır. 

 Xlorofilin 

miqdarı və günəbaxanda dən məhsulu arasında nisbət korrelyasiya 

mövcuddur. Quraqlığın təsiri xlorofil tərkibinin dəyişməsi və ya onun strukturunun 

pozulması, həmçinin işıq udma qabiliyyətinin azalmasında özünü göstərir. 

 Qeyd 

edək ki, hər üç variantda 70, 140, 210 millimetr buxarlanma Alestar



Eyrflor,  İsmayıllı  və Armavir sortlarının yarpaqlarında xlorofil məcmu qiyməti 

müəyyən ontogenetik gedişə malikdir. 

 

Cədvəldə göründüyü kimi, piqmentlərin miqdarı  aşağı yarus yarpaqlarından 



yuxarı yarus yarpaqlarına doğru yüksəlir. Ontogenez dövründə xlorofilin miqdarının 

dəyişməsi göstərir ki,  Alestar və Eyrflor sortlarında maksimum göstərici yuxarı  və 

orta yarpaqlarda nəzarət və  təcrübə variantlarında çiçəkləmədən bağlama fazasında 

baş verir. 

 Variantlar 

arasındakı fərq Alestar sortunda 34% və 30% və Eyrflor sortunda 

isə 38% və 27%-dir. Göründüyü kimi quraqlığın təsiri nəticəsində xlorofilin miqdarı 

aşağıdakı yarpaqlarda nisbət yuxarı yarpaqlara görə müqayisədə daha çox azalır. Belə 

hesab olunur ki, günəbaxan bitkisinin yarpaqlarında fotosintezin məhsuldarlığı  və 

xlorofilin miqdarı mürəkkəb xarakterə malikdir. Kaliumun təsiri xlorofil tərkibinin 

dəyişməsi və ya onun strukturunun pozulması, həmçinin işıq udma qabiliyyətinin 

azalmasında özünü göstərir.  Şəkil 5-dən göründüyü kimi, piqmentlərinin miqdarı 

aşağı yarus yarpaqlarında yuxarı yarus yarpaqlarında doğru yüksəlir.  Тядгигатın 

nəticələri  hər dörd sortda kaliumun miqdarыnыn çoxalmasы иlя bərabər, köklərin və 

gövdələrin yaş  və quru kütləsini, köklərin uzunluğu və onların sayları və həmçinin 

gövdələrin böyümə  və inkişafları, xlorofilin miqdarı, yarpaqlarda ağızcıqlıqların 

sayı, yağın faizinin  və  məhsulu, nəhayət, günəbaxan bitkisinin sortlarının məh-

suldarlığını göstərdi (şəkil 1-2). Bitkilərdə fenofazalarını davam etməyə öz təsirini 

göstərərək, onların inkişafını sürətləndirir. Nəhayət, alınan nəticələrin analizi göstərdi 

ki, kaliumun miqdarı yağın faizinin və yağın məhsulunun çoxalmasına səbəb olur. 

Digər tərəfdən tədqiqatın nəticələri göstərdi ki, erflor sortunun 44.83 % yağı  və 

alestar sortunun 39.97% yağı istehsal olundu, yəni erflor sortu günəbaxanın ən yüksək 

yağlı sortu müşahidə edildi. Tədqiqatın nəticələri göstərdi ki, hər üç su rejimi, 70, 140 

və 210 millimetr buxarlanma yarpaqlardakı prolin amin turşusunun toplanmasına və 

təsərrüfat məhsuldarlığına təsir göstərdi. Bar vaxtı su stressi prolinin miqdarına, 

təcrübənin başqa halları ilə müqayisədə güclü təsir göstərmişdir.                                                      

 

 

62



Günəbaxan sortlarının məhsuldarlığı  

və onların struktur elementlərinin xüsusiyyətləri 

 № Sortun 

adı Variantlar 

Bitkinin 

boyu, 

sm 


Tumun 

uzunluğu, 

sm 

Kolun 


kütləsi, 

1000 



tumun 

kütləsi, 

Yarpağın 



quru 

kütləsi,q 

Bir 

gövdənin 



quru 

kütləsi,q 

Xlorofili-

n miqdarı 

yarpaqda 

1 2 

3  4  5  6 7  8  9  10 

1 Alestar 

II 


III 

154.1 


132.4 

118.1 


1.15 

1.09 


1.05 

285.7 


155.6 

100.2 


70.10 

60.11 


47.35 

43.9 


24.3 

13.8 


112.5 

56.3 


24.6 

53.6 


50.12 

48.36 


2 Eyrflor 

II 



III 

158.8 


138.9 

120.3 


1.06 

1.03 


1.01 

292.1 


168.3 

104.1 


72.45 

50.90 


49.63 

46.7 


27.9 

15.00 


119.9 

62.4 


33.7 

56.70 


53.90 

50.08 


3 Armavir 

II 



III 

185.8 


161.9 

151.4 


1.08 

1.03 


1.02 

568.5 


438.3 

349.2 


70.19 

59.61 


46.60 

67.08 


52.40 

23.61 


137.6 

116.2 


65.25 

56.28 


51.17 

46.19 


İsmayıllı 

II 


III 

163.2 


140.5 

122.1 


1.04 

1.01 


1.00 

302.8 


172.9 

108.7 


62.68 

51.30 


40.19 

48.9 


32.3 

16.8 


121.7 

67.03 


40.8 

54.33 


52.70 

45.3 


Qeyd: 1 – 70 milimus/kvadrat desimetr 

2 – 140 milimus/kvadrat desimetr 

3 – 210 milimus/kvadrat desimetr 

 

 



 

0

 



20

 

40



 

60

 



80

 

100



 

120


 

140


 

160


 

 Qur

u

 ç

əki (

kg)

 

yarpağın quru kütləsi



 

bir gövdənin quru kütləsi

 

tabağın quru kütləsi(gr)



 

70 mm buxarlama

140 mm buxarlama 210 mm buxarlama

Şək



1 Müxtəlif su rejiminin fizioloji 





göstəricilərinə təsiri

70

 



60

 

50



 

Quru

 ç

əki (kg)

 

yarpağın quru kütləsi



 

40

 



bir gövdənin quru kütləsi

 

30



 

tabağın quru kütləsi (gr)

 

20

 



10

 

0



 

Kalium (0kg/h)

Kalium (75kg/h)

Kalium (150kg/h)



2

Şək

Kalium gübrəsinin bəzi 



fizioloji göstəricilərinə təsiri

 

63



 

 

ƏDƏBİYYAT 

1.  Əliyev R.T. və başqaları. “Buğdanın müxtəlif genotiplərinin quraqlıq stresinə davamlılığı-

nın fizioloji göstəricilərə görə qiymətləndirilməsi”. “Azərbaycan aqrar elmi jurnalı”. Bakı, 

2007, s.38-42. 

2.  Zamanov A., Talai J., Ahmedov A., Tamrazov T. Evaluation and utilization of morpha-

physiological traits of wheat in breading. Abstracts the ist Central Asian wheat 

conference.Almaty, June 10-13. 2003, p. 581. 

3.  Blum, A. 1996. Crop response to drougth and the interpretation of adaptation . j . plant 

groüth regul ., 20(2): 135-148 . 

4.  Levitt J. Response of plants to enviromental stresses. Water radiation. Salt and other 

stresses. Academic press. 1980, v. 12, p. 19. 

5.  Sarmadina Gh.and A.Kochaki.The plant physiology. Mashad. 2003, p. 26. 

6.  Kramer P.J. Water relations of plants. Academic press. London. New York, 1983, р.70-74. 

7.  Stocker O. Physiological and morphological changes in plant due to water deficiency. 

Arizona Res. 1960, р. 15:63-104. 

8.  Quliyev R.Ə., Zəifzadə M., Abbasov M. Quraqlıq  şəraiti üçün taxıl sortlarının kəmiyyət 

üsulları ilə seçilməsinin qanunauyğunluqları. Təbiət elmləri. Xəbərlər. BDU, 2007, s. 28-30. 

9.  Abdmishani S., Boshehry N. The completment of plant breeding. Tehran University. 

1998, v. 1, p. 17. 

10.  Kouchaki A., Hossani M., Nasiri M. The relative of water, soil and agronomy plant. 

Mashad. 1991, p. 101. 

11.  Nishabori M. The relative of water, soil and plant Tabriz University. 2005, p. 19. 

12.  Rizza F., C.Crosatti. A.M.Stanca, L.Cattivelli. Studies for assessing the influence of 

hardening on cold tolerance of barkt genotypes. Euphytica. 1994, p. 131 – 138. 

13.  Winslow XI. D., Smiroff N. Techniques used to breeders nurservies for drought resis-

tance. Rachis. 3: 1984, p. 45-46. 

14.  Əfkari Bachebac Ə.Ş., Qasımov N.A., Mustafayev S.İ. NaCl şoranlığı şəraitində toxum-

ların cücərməsinə  H

2

O

2



  və  bəzi antioksidantların təsiri. Təbiət elmləri. Xəbərlər. BDU, 

2008, s.66-70. 

15.  Təmrazov T.H., Əhmədova F.Ə., Əhmədova A.Ə., Təlai C.M. Müxtəlif buğda sortlarının 

əsas fotosintetik göstəricilərinin quraqlıq  şəraitində  dəyişməsi. Azərbaycan aqrar elmi 

jurnalı. Bakı, 2002, №1-6, səh. 48-54.  

16. Qasımov N.A. Bitki fiziologiyası. “Bakı Universiteti ”nəşriyyatı. 2008, 484 s. 

17. International Association for Cereal Chemistry Newsletter. 1944, №26, p. 27.       

0

 



20

 

40



 

60

 



80

 

100



 

120


 

140


 

160


 

yarpağın quru kütləsi

 

bir gövdənin guru kütləsi



 

tabağın quru kütləsi(gr)

 

Amavir


İsmayıllı

Erflor


alestar

Şək

.  


3

 

. Günəbaxanın müxtəlif sortlarının bəzi 



fizioloji göstəricilərinə təsiri

 

64



 

65

ИССЛЕДОВАНИЕ ФИЗИОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ УСТОЙЧИВОСТИ 



РАЗЛИЧНЫХ СОРТОВ ПОДСОЛНЕЧНИКА К ЗАСУШЛИВОМУ СТРЕССУ 

 

А.Ш.АФКАРИ БАДЖЕБАДЖ, Н.А.КАСУМОВ, М.ЯРНИЯ 

 

РЕЗЮМЕ 

 

Малая дождливось климата на территории Ирана и Азербайджана в зимние пе-

риоды  способствует  засухе  на  этих  территориях,  что  резко  снижает  продуктивность 

растений. Из масличных культур, составляющих питание человека, в основном подсол-

нечник выращивается в засушливых районах. Установлено, что во всех исследованных 

сортах подсолнечника условия засухи отрицательно влияет на количество хлорофилла и 

на  все  физиологические  показатели  урожайности  (массу  семян,  вес  семян,  массу 1000 

семян, сухую массу листьев и стеблей). 

 

 

THE STUDY OF PHYSIOLOGICAL CHARACTERISTICS WITH RESISTANCE  

TO DROUGHT STRESS OF SUNFLOWER CULTIVARS 

 

A.Sh.AFKARI BAJHEBAJ, N.A.GASIMOV, M.YARNIYA 

 

SUMMARY 

 

 

It rains less in Iran and Azerbaijan territories in winter and it creates drought stress in 



these territories which, in turn, decreases productivity of plants. One of the human’s main oil 

food – sunflower crops in drought areas. 

It is established that the drought condition negatively influences the quantity of 

chlorophyll and all physiological indicators of productivity in all the researched sorts of 



sunflower.  

 

Document Outline

  •  BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ

Yüklə 80,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin