BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3 Təbiət elmləri seriyası 2010
GÜNƏBAXANIN MÜXTƏLİF SORTLARININ QURAQLIQ STRESİNƏ
DAVAMLIĞININ FİZİOLOJİ GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ
Ə.Ş.ƏFKARİ BACHEBAC*, N.A.QASIMOV,** M.YARNİYA
***
*Kəleybər Universiteti, **Bakı Dövlət Universiteti, ***Təbriz Universiteti
bun@box.az
İran və Azərbaycan ərazisində yağışların qış fəslində düşməməsi və ya az düşməsi bu
ərazilərdə quraqlıq stresi yaradır ki, bu da bitkilərin məhsuldarlığını kəskin surətdə aşağı
salır. İnsanların əsas qidasını təşkil edən yağlı bitkilərdən əsasən günəbaxan bitkisi quraqlıq
ərazilərdə becərilir. Müəyyən edilmişdir ki, günəbaxan bitkisinin bütün tədqiq edilmiş
sortlarında quraqlıq şəraitində xlorofilin miqdarı və məhsulun bütün fizioloji göstəricilərinə
mənfi təsir göstərir (dənin kütləsi, dənizin çəkisi, 1000 dənin kütləsi, yarpağın və gövdənin
quru kütləsi).
Günəbaxanın quraqlığa davamlılığı elmi ədəbiyyatlarda müxtəlif istiqamətlər-
də geniş müzakirə olunsa da, alınan nəticələrin seleksiyada istifadəsi tam qənaətbəxş
deyildir. İran İslam respublikasında günəbaxan bitkisinin quraqlığa davamlılığının
həm nəzəri, həm də təcrübi əsaslarının öyrənilməsi istiqamətində tədqiqatlar aparıl-
mışdır. İİR-nın ərazilərinin böyük hissəsində quraqlığın müxtəlif tipləri kəskin dərə-
cədə müşahidə olunur. Temperaturun yüksəlməsi ilə müşayiət olunan qlobal iqlim
dəyişmələri də regionda su qıtlığının yaranması ilə bitkilərin becərilməsində əlavə
çətinliklər yaratmışdır (1 və 14).
Buna
görə də quraqlığın fizioloji və genetik əsaslarının öyrənilməsi və buna
baxmayaraq quraqlığa davamlı, yüksək keyfiyyətli və məhsuldar günəbaxan sortla-
rının yaradılması biologiya və kənd təsərrüfatı elmləri qarşısında duran vacib
məsələlərdən biridir (2).
Günəbaxan sortlarının quraqlıq stresinə davamlılığının fizioloji parametrlər
əsasında tədqiqi və seçilmiş sort və formaların uyğun bölgələrdə əkilməsi və seleksiya
proseslərindən istifadə etmək tövsiyə olunur.
Quraqlıq meteoroloji bir hadisə olub, bitkilərin inkişafına mənfi təsir edən
yağışsız bir dövrdür. Bu zaman torpağın susaxlama qabiliyyəti və bitkilər tərəfindən
suyun alınması və transpirasiyanın sürəti artır (3 və 4).
Quraqlığın reaksiyası bitkilərin tənəffüsünə də təsir edir. Bu fenomen çoxlu
miqdarda bitkinin ekoloji quruluşundan asılıdır. Suyun az olmasının nəticəsində bü-
tün bitkilərdə tənəffüs zəifləyir. Su çatışmazlığı çox olan otlaqlarda soğanın tənəffüs
intensivliyi azalır, lakin itkilər də artır. Bitkidə tənəffüsün intensivliyi suyun cüzi
azalması şəraitində artır, lakin suyun kəskin çatışmazlığı şəraitində azalır. Bitkilərdə
karbon qazı bitki tərəfindən xaricə və xlorofilli əmələ gələn hüceyrələr vasitəsilə
59
yenidən istifadə olunur.
Quraqlıq metabolizmin və hüceyrənin quruluşunun tamam pozulmasına və
nəticədə fermentlə kataliz olunan reaksiyaların dayanmasına səbəb ola bilər ki,
həddən çox su itkisi zamanı meydana çıxa bilir. Bir qayda olaraq quraqlığa həssas
bitkilərdə damarlanma 30% ümumi su itkisində inkişaf edə bilir (3,14 və 15).
Suyun
çatışmazlığı mövcud olan tam şəkildə qida elementlərinin təmin olun-
ma ehtimalı bitki üçün çox az miqdardadır və ya mövcud deyil. Buna səbəb kökün
böyüməsinin zəifləməsidir (5). Quraqlıq şəraitində ağızcıqların bağlanması və qaz
mübadiləsinin azalmasına səbəb olan su itkisidir. Ümumi suyun 70%-i qaldıqda su
çatışmazlığına məruz qalan bitkilərdə ağızcıqlar bağlanır və CO
2
qəbulu azalır (6).
Quraqlıq yağlı bitkilərin toxumalarına aşağıdakı yollarla təsir edir:
1. Dənlərin inkişafını ləngidir.
2. Bitkinin normal inkişafına mane olur.
3. Assimilyasiya və quru maddələrin əmələ gəlməsini ləngidir (7).
Ümumiyyətlə, quraqlıq bitkilərə müxtəlif yollarla təsir edir. Fotosintezin azalması,
ağızcıqların bağlanması, prolin və osmotik təzyiqin artması.
Müəlliflərin tədqiqatlarında müəyyən edilmişdir ki, normalda və müxtəlif
stres faktorlarının təsiri zamanı orqanizmin antioksidləşdirici aktivliyinin təyini bü-
tövlükdə orqanizmin funksional vəziyyəti haqqında qiymətli informasiya mənbəyi ola
bilər (13 və 16). Quraqlıq fotosintezin gedişini zəiflətməkdən əlavə əmələ gəlmiş
şirənin bitkinin başqa hissələrinə çatmasını da azaldar. Fotosintezin gedişində və tə-
nəffüsdə ATP-nin sintezi və digər tərəfdən hüceyrədə ATP-nin miqdarının azalmasına
səbəb olur. Quraqlıq bitkinin böyüməsini azaldır və yarpaqların kiçilməsinə səbəb
olur. Bitkilərdən bəzisi isə az yarpaq verib və ya yarpaqların bir hissəsi saralıb sonra-
dan tökülür. Bütün bunlar əmələ gəlmiş şirə səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Quraqlıq C
3
-C
4
bitkilərində, həmçinin CAM bitkilərində, fotosintezin azalmasına
səbəb olur (6, 10 və 13).
Bitkilərin quraqlığa davamlığının qiymətləndirilməsi üçün nisbi susaxlama,
su çatışmazlığının miqdarı və hüceyrənin kutikulasının zədələnməsi kimi parametr-
lərdən istifadə olunur (3, 8, 9, 10, 11, 12 və 17).
Tədqiqatın obyektləri və metodları
Tədqiqatın obyekti olaraq günəbaxanın dörd sortundan (Alestar, Eyrflor,
İsmayıllı və Armavir) istifadə olunmuşdur.
Təcrübə İran İslam Respublikasının Təbriz şəhərinin Azad İslam Universite-
tinin filialının əkinçilik fakültəsinin təcrübə bazasında 2008-2009-cu əkin ilində spilit
faktoriel planı şəklində tam təsadüfi bloklar şəklində aparılmışdı.
Stres
əsas ləkdə əsas faktor kimi üç səviyyədə (D
1
=70 milimus/kvadratdesi-
metr, D
2
=140 milimus/kvadratdesimetr və D
3
=210 milimus/ kvadratdesimetr)
nəzərdə tutulmuşdur.
Buxarlanma millimetri A sinifli teştdə və (F - C) əkinçilik zərfiyyətində fərdi
platlarda fərdi faktor kimi rütubət miqdarından və kalium miqdarları və ölçülərindən
istifadə etməklə nəzərə alınır. Belə ki, kalium üç variantda (K
1
=0 kg/h, K
2
=75kg/h və
K
3
= 150kg/h) və digər tərəfdən rəqəmlər, yaxud sortlar isə dörd səthdə (V
1
=Alestar,
V
2
=Eyrflor, V
3
=İsmayıllı və V
4
=Armavir) nəzərə alınır.
Bu
təcrübə üç təkrara malik olduğundan 108 lək və ya yoxlama vahidinə
bölündü.
60
Hər bir ləkin uzunluğu 6 metr və eni 4 – 2 metr olan yeddi xəttə malikdir. 1-ci
və 7-ci xətt nəzərə alınmayan hissə kimi, 2-ci və 6-cı xətt böyümə analizləri üçün
nümunələrin götürülməsi məqsədilə, 3-cü və 5-ci xətt yenə də nəzərə alınmayan və 4-
cü xətt isə yekun yığım biçim üçün nəzərə alınır. Hər bir ləkin bir-biri ilə məsafəsi 60
sm və əsas ləklərin bir-biri ilə məsafəsi 2 əkilməyən xətt məsafəsi qədər və təkrarların
bir-birindən məsafəsi 2 metr nəzərdə tutulur. Təcrübə sahəsinin əkilən hissəsinin
torpağında ümumi humusun miqdarı 2,63% azot – 0,042%, mütəhərrik fosfor – 19
mq% və kalium – 23 mq% olmuşdur. Təcrübə müddətində orta temperatur 13 – 26°C,
yağıntının orta miqdarı isə 378 mm bərabər olmuşdur. Bütün vegetasiya müddətində
bitkinin böyümə və inkişaf dinamikası fenoloji müşahidələrlə öyrənilmiş, yarpaq və
digər assimilyasiya edən orqanların sahəsini ölçən cihaz AAS – 400 (Yaponiya) vasi-
təsilə ölçülmüş, quru bioloji kütlənin toplanma dinamikası tarladan nümunə götür-
məklə termostatda 80°C-də 48 saat müddətində qurutduqdan sonra təyin edilmişdir.
Yarpağın xüsusi səth sahəsini onların quru və yaş çəkilərinin sahələrinə nis-
bəti ilə hesablanmışdır. Digər tərəfdən yarpaqların xlorofil miqdarı da hesab olundu.
Məhsulun birillik təcrübə miqdarı dərzə görə hesablanmış, statistik analizlər
ümumi qəbul edilmiş metodla aparılmışdır. Təcrübənin nisbi xətası 5% həddini keç-
məmişdir.
Tədqiqatın nəticələri
Fenoloji
fazanın davametmə müddəti tədqiqat üçün götürülmüş sortların
bioloji xüsusiyyətlərində və eyni zamanda quraqlığın təsirindən asılı olaraq müxtəlif
olmuşdur. Vegetasiyanın sonuna doğru quraqlığın daha da dərinləşməsi nəticəsində
variantlar arasındakı fərq daha çox nəzərə çarpmışdır. İntensiv sortlar ekstensiv sort-
lardan fərqlənir və bu illərə görə daha çox dəyişir. Verilənlər göstərir ki, ayrı-ayrı
fenofazaları keçmə müddətinə görə tədqiq edilən sortlar bir-birindən çox da fərq-
lənmirlər. Becərilmə şəraitində və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq bitki-
lərin səpindən boruya fazasına qədər olan müddət variantlar üzrə qismən fərqlənmiş,
bir-birinə çox yaxın olmuşdur. Kollanma fazasında daha çox fərq müşahidə edilir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, quraqlıq ekstremal amil
kimi bitkilərdə fenofazaların davam etməsinə öz təsirini göstərərək, onların inkişafını
sürətləndirir, orqanların ölçülərinə təsir edərək optimal səviyyədən az olmasına
gətirib çıxarır və lazımi biokütlənin toplanmasına mənfi təsir edərək, məhsul itkisinin
əmələ gəlməsinə səbəb olur. İsmayıllı sortunda yarpaqlardan ayrılmış xloroplastların
fotokimyəvi fəallığı nisbətən aşağı və Eyrflor sortunda isə nisbətən digər sortlara görə
çox olmuşdur.
Quraqlıq şəraitində müxtəlif günəbaxan sortlarında yarpaq sahəsinin forma-
laşması və yerüstü quru biokütlənin toplanması dinamikasının tədqiqi böyük praktiki
əhəmiyyətə malikdir. Yarpaq və digər assimiləedici orqanların assimillyasiya səthi
sahəsinin ölçülməsinin nəticələri cədvəl 1-də verilmişdir. Cədvəldən göründüyü kimi,
ontogenezin əvvəlində nəzarət və təcrübə variantlarında yarpaq səthinin kəskin
artması müşahidə edilir. Bu artım alçaqboylu Alestar və Eyrflor sortlarının yarpaq-
larında böyümə fazasında daha çox müşahidə olundu. Amma hündürboylu sortların
(Armavir və İsmayıllı) yarpaqlarında isə tum bağlama fazasında olur və maksimum
qiyməti intensiv tipli sortlarda nəzarət və təcrübə variantlarına uyğun olaraq 192 və
94 min m
2
/ha, ekstensiv tipli sortlarda isə 131 və 109 min m
2
/ha təşkil edir. Dən
bağlama – çiçəkləmə fazasının axırından vegetasiyanın sonuna doğru yarpaq səthinin
61
sahəsinin azalması müşahidə olunur. Mum yetişkənliyi fazasında quraqlığın təsi-
rindən 43 və 21 m
2
/ha və 49 və25 min m
2
/ha-a qədər yarpaq səthi sahəsi azalır.
Sortun
və ya genotipin əlverişli olmayan şəraitə davamlığının aydınlaşdırıl-
masında bitkilərin fizioloji xüsusiyyətlərinin müəyyən rolu vardır. Davamlı sortların
stresə dözümünü xarakterizə edən – bitki orqanizminin əlverişli olmayan şəraitdə
bütün həyati funksiyalarını tam istifadə etməsini davamlılıq ölçüsü isə bu xüsu-
siyyətin kəmiyyət göstəricisini əhatə edir. Davamlılığın mütləq səviyyəsi müxtəlif xa-
rici mühit şəraitində inkişaf edən bitki üçün dəyişilə bilər. Ona görə də tədqiqatçıların
fikrinə görə davamlılığın səviyyəsini mütləq deyil nisbi götürmək lazımdır.
Xlorofilin
miqdarı və günəbaxanda dən məhsulu arasında nisbət korrelyasiya
mövcuddur. Quraqlığın təsiri xlorofil tərkibinin dəyişməsi və ya onun strukturunun
pozulması, həmçinin işıq udma qabiliyyətinin azalmasında özünü göstərir.
Qeyd
edək ki, hər üç variantda 70, 140, 210 millimetr buxarlanma Alestar,
Eyrflor, İsmayıllı və Armavir sortlarının yarpaqlarında xlorofil məcmu qiyməti
müəyyən ontogenetik gedişə malikdir.
Cədvəldə göründüyü kimi, piqmentlərin miqdarı aşağı yarus yarpaqlarından
yuxarı yarus yarpaqlarına doğru yüksəlir. Ontogenez dövründə xlorofilin miqdarının
dəyişməsi göstərir ki, Alestar və Eyrflor sortlarında maksimum göstərici yuxarı və
orta yarpaqlarda nəzarət və təcrübə variantlarında çiçəkləmədən bağlama fazasında
baş verir.
Variantlar
arasındakı fərq Alestar sortunda 34% və 30% və Eyrflor sortunda
isə 38% və 27%-dir. Göründüyü kimi quraqlığın təsiri nəticəsində xlorofilin miqdarı
aşağıdakı yarpaqlarda nisbət yuxarı yarpaqlara görə müqayisədə daha çox azalır. Belə
hesab olunur ki, günəbaxan bitkisinin yarpaqlarında fotosintezin məhsuldarlığı və
xlorofilin miqdarı mürəkkəb xarakterə malikdir. Kaliumun təsiri xlorofil tərkibinin
dəyişməsi və ya onun strukturunun pozulması, həmçinin işıq udma qabiliyyətinin
azalmasında özünü göstərir. Şəkil 5-dən göründüyü kimi, piqmentlərinin miqdarı
aşağı yarus yarpaqlarında yuxarı yarus yarpaqlarında doğru yüksəlir. Тядгигатın
nəticələri hər dörd sortda kaliumun miqdarыnыn çoxalmasы иlя bərabər, köklərin və
gövdələrin yaş və quru kütləsini, köklərin uzunluğu və onların sayları və həmçinin
gövdələrin böyümə və inkişafları, xlorofilin miqdarı, yarpaqlarda ağızcıqlıqların
sayı, yağın faizinin və məhsulu, nəhayət, günəbaxan bitkisinin sortlarının məh-
suldarlığını göstərdi (şəkil 1-2). Bitkilərdə fenofazalarını davam etməyə öz təsirini
göstərərək, onların inkişafını sürətləndirir. Nəhayət, alınan nəticələrin analizi göstərdi
ki, kaliumun miqdarı yağın faizinin və yağın məhsulunun çoxalmasına səbəb olur.
Digər tərəfdən tədqiqatın nəticələri göstərdi ki, erflor sortunun 44.83 % yağı və
alestar sortunun 39.97% yağı istehsal olundu, yəni erflor sortu günəbaxanın ən yüksək
yağlı sortu müşahidə edildi. Tədqiqatın nəticələri göstərdi ki, hər üç su rejimi, 70, 140
və 210 millimetr buxarlanma yarpaqlardakı prolin amin turşusunun toplanmasına və
təsərrüfat məhsuldarlığına təsir göstərdi. Bar vaxtı su stressi prolinin miqdarına,
təcrübənin başqa halları ilə müqayisədə güclü təsir göstərmişdir.
62
Günəbaxan sortlarının məhsuldarlığı
və onların struktur elementlərinin xüsusiyyətləri
№ Sortun
adı Variantlar
Bitkinin
boyu,
sm
Tumun
uzunluğu,
sm
Kolun
kütləsi,
q
1000
tumun
kütləsi,
q
Yarpağın
quru
kütləsi,q
Bir
gövdənin
quru
kütləsi,q
Xlorofili-
n miqdarı
yarpaqda
1 2
3 4 5 6 7 8 9 10
1 Alestar
I
II
III
154.1
132.4
118.1
1.15
1.09
1.05
285.7
155.6
100.2
70.10
60.11
47.35
43.9
24.3
13.8
112.5
56.3
24.6
53.6
50.12
48.36
2 Eyrflor
I
II
III
158.8
138.9
120.3
1.06
1.03
1.01
292.1
168.3
104.1
72.45
50.90
49.63
46.7
27.9
15.00
119.9
62.4
33.7
56.70
53.90
50.08
3 Armavir
I
II
III
185.8
161.9
151.4
1.08
1.03
1.02
568.5
438.3
349.2
70.19
59.61
46.60
67.08
52.40
23.61
137.6
116.2
65.25
56.28
51.17
46.19
4
İsmayıllı
I
II
III
163.2
140.5
122.1
1.04
1.01
1.00
302.8
172.9
108.7
62.68
51.30
40.19
48.9
32.3
16.8
121.7
67.03
40.8
54.33
52.70
45.3
Qeyd: 1 – 70 milimus/kvadrat desimetr
2 – 140 milimus/kvadrat desimetr
3 – 210 milimus/kvadrat desimetr
0
20
40
60
80
100
120
140
160
Qur
u
ç
əki (
kg)
yarpağın quru kütləsi
bir gövdənin quru kütləsi
tabağın quru kütləsi(gr)
70 mm buxarlama
140 mm buxarlama 210 mm buxarlama
Şək
.
1 Müxtəlif su rejiminin fizioloji
.
göstəricilərinə təsiri
70
60
50
Quru
ç
əki (kg)
yarpağın quru kütləsi
40
bir gövdənin quru kütləsi
30
tabağın quru kütləsi (gr)
20
10
0
Kalium (0kg/h)
Kalium (75kg/h)
Kalium (150kg/h)
2
Şək
Kalium gübrəsinin bəzi
.
fizioloji göstəricilərinə təsiri
63
ƏDƏBİYYAT
1. Əliyev R.T. və başqaları. “Buğdanın müxtəlif genotiplərinin quraqlıq stresinə davamlılığı-
nın fizioloji göstəricilərə görə qiymətləndirilməsi”. “Azərbaycan aqrar elmi jurnalı”. Bakı,
2007, s.38-42.
2. Zamanov A., Talai J., Ahmedov A., Tamrazov T. Evaluation and utilization of morpha-
physiological traits of wheat in breading. Abstracts the ist Central Asian wheat
conference.Almaty, June 10-13. 2003, p. 581.
3. Blum, A. 1996. Crop response to drougth and the interpretation of adaptation . j . plant
groüth regul ., 20(2): 135-148 .
4. Levitt J. Response of plants to enviromental stresses. Water radiation. Salt and other
stresses. Academic press. 1980, v. 12, p. 19.
5. Sarmadina Gh.and A.Kochaki.The plant physiology. Mashad. 2003, p. 26.
6. Kramer P.J. Water relations of plants. Academic press. London. New York, 1983, р.70-74.
7. Stocker O. Physiological and morphological changes in plant due to water deficiency.
Arizona Res. 1960, р. 15:63-104.
8. Quliyev R.Ə., Zəifzadə M., Abbasov M. Quraqlıq şəraiti üçün taxıl sortlarının kəmiyyət
üsulları ilə seçilməsinin qanunauyğunluqları. Təbiət elmləri. Xəbərlər. BDU, 2007, s. 28-30.
9. Abdmishani S., Boshehry N. The completment of plant breeding. Tehran University.
1998, v. 1, p. 17.
10. Kouchaki A., Hossani M., Nasiri M. The relative of water, soil and agronomy plant.
Mashad. 1991, p. 101.
11. Nishabori M. The relative of water, soil and plant Tabriz University. 2005, p. 19.
12. Rizza F., C.Crosatti. A.M.Stanca, L.Cattivelli. Studies for assessing the influence of
hardening on cold tolerance of barkt genotypes. Euphytica. 1994, p. 131 – 138.
13. Winslow XI. D., Smiroff N. Techniques used to breeders nurservies for drought resis-
tance. Rachis. 3: 1984, p. 45-46.
14. Əfkari Bachebac Ə.Ş., Qasımov N.A., Mustafayev S.İ. NaCl şoranlığı şəraitində toxum-
ların cücərməsinə H
2
O
2
və bəzi antioksidantların təsiri. Təbiət elmləri. Xəbərlər. BDU,
2008, s.66-70.
15. Təmrazov T.H., Əhmədova F.Ə., Əhmədova A.Ə., Təlai C.M. Müxtəlif buğda sortlarının
əsas fotosintetik göstəricilərinin quraqlıq şəraitində dəyişməsi. Azərbaycan aqrar elmi
jurnalı. Bakı, 2002, №1-6, səh. 48-54.
16. Qasımov N.A. Bitki fiziologiyası. “Bakı Universiteti ”nəşriyyatı. 2008, 484 s.
17. International Association for Cereal Chemistry Newsletter. 1944, №26, p. 27.
0
20
40
60
80
100
120
140
160
yarpağın quru kütləsi
bir gövdənin guru kütləsi
tabağın quru kütləsi(gr)
Amavir
İsmayıllı
Erflor
alestar
Şək
.
3
. Günəbaxanın müxtəlif sortlarının bəzi
fizioloji göstəricilərinə təsiri
64
65
ИССЛЕДОВАНИЕ ФИЗИОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ УСТОЙЧИВОСТИ
РАЗЛИЧНЫХ СОРТОВ ПОДСОЛНЕЧНИКА К ЗАСУШЛИВОМУ СТРЕССУ
А.Ш.АФКАРИ БАДЖЕБАДЖ, Н.А.КАСУМОВ, М.ЯРНИЯ
РЕЗЮМЕ
Малая дождливось климата на территории Ирана и Азербайджана в зимние пе-
риоды способствует засухе на этих территориях, что резко снижает продуктивность
растений. Из масличных культур, составляющих питание человека, в основном подсол-
нечник выращивается в засушливых районах. Установлено, что во всех исследованных
сортах подсолнечника условия засухи отрицательно влияет на количество хлорофилла и
на все физиологические показатели урожайности (массу семян, вес семян, массу 1000
семян, сухую массу листьев и стеблей).
THE STUDY OF PHYSIOLOGICAL CHARACTERISTICS WITH RESISTANCE
TO DROUGHT STRESS OF SUNFLOWER CULTIVARS
A.Sh.AFKARI BAJHEBAJ, N.A.GASIMOV, M.YARNIYA
SUMMARY
It rains less in Iran and Azerbaijan territories in winter and it creates drought stress in
these territories which, in turn, decreases productivity of plants. One of the human’s main oil
food – sunflower crops in drought areas.
It is established that the drought condition negatively influences the quantity of
chlorophyll and all physiological indicators of productivity in all the researched sorts of
sunflower.
Document Outline - BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
Dostları ilə paylaş: |