Barik sahələr və barik obyektlər

Yüklə 0,78 Mb.
tarix01.12.2019
ölçüsü0,78 Mb.
#29764
Mövzu 10. Barik sahə və barik obyektlər

Barik sahələr və barik obyektlər

MİLLİ AVİASİYA

AKADEMİYASI

Atmosfer təzyiqinin üfüqi paylanmasına təzyiq sahəsi deyilir. Təzyiq sahəsi dedikdə, bütün nöqtələrdə təzyiqi eyni olan üfüqi səthlər başa düşülür. Bu səthlər sinoptik meteorologiyada izobarik səthlər adlanır.

İzobarik səthlərin meyilliyini müəyyən etmək ifadə aşağıdakı kimidir:

burada,  - meyl bucağı; l – Koriolis parametri; g – sərbəstdüşmə təcili; Vg – geostrofik küləyin sürəti.

Şəkil 1. Əsas barik sistemlər və onların yerləşməsi.

Təzyiq qradiyenti (G) – izobarik səthə normal boyunca təzyiqin azalması istiqamətində yönəlmiş olur və kəmiyyətcə vahid məsafədə təzyiqin dəyişməsinə bərabərdir, yəni :

Təzyiq qradiyenti (G) – izobarik səthə normal boyunca təzyiqin azalması istiqamətində yönəlmiş olur və kəmiyyətcə vahid məsafədə təzyiqin dəyişməsinə bərabərdir, yəni :

G = -

Təzyiq qradiyentini şaquli və üfüqi kəmiyyətlərə ayırmaq olar ki, bunlara da şaquli və üfüqi təzyiq qradiyentləri deyilir.

∆P

l

Siklon - mərkəzində alçaq təzyiq sahəsi olan qapalı izobarlar sahəsinə deyilir.

Siklon - mərkəzində alçaq təzyiq sahəsi olan qapalı izobarlar sahəsinə deyilir.

Siklonun diametri - 100-3000 km.

Şaquli gərginliyi - 15-20 km.

Mülayim enliklərdə siklon mərkəzində təzyiq - 950-1030 hPa.

Şimal yarımkürəsində siklonlarda hava axını saat əqrəbinin əksinə (cənub yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində) dövr edir və sürtünmə təbəqəsində hava axınlarında konvergensiya müşahidə olunmaqla, onların hərəkəti kənardan mərkəzlərə doğru istiqamətlənir.

Siklonlarda havanın qalxan hərəkəti üstünlük təşkil edir. Havanın nizamlı şəkildə yuxarı qalxması onun soyumasına və doymuş hala gəlməsinə səbəb olur. Buna görə də siklonda hava şəraiti əsasən buludlu və yağıntılı olur.

Şəkil 2. Siklonda havanın dövranı.

Şəkil 2. Siklonda havanın dövranı.

Antisiklon - mərkəzində yüksək təzyiqə malik olan qapalı izobarlar sahəsinə deyilir. Şimal yarımkürəsində antisiklonlarda hava axını saat əqrəbi istiqamətində (cənub yarımkürəsində saat əqrəbinin əksinə) dövr edir.

Antisiklonlarda yer səthinə yaxın sahələrdə hava axınlarının mərkəzdən kənara doğru divergensiyası baş verir.

Enən hava axınları antisiklonda hava hissəciklərinin qızmasına səbəb olur və nəticədə buludluq azalır və ya onların əmələ gəlməsinə maneə yaranır.

Şəkil 3. Antisiklonda havanın dövranı.

Şəkil 3. Antisiklonda havanın dövranı.

Şəkil 4. Siklon və antisiklonlarda küləyin istiqaməti

Şəkil 4. Siklon və antisiklonlarda küləyin istiqaməti

Təzyiq çökəkliyi - siklonun mərkəzindən kənarına doğru uzanmış izobarlar sisteminə deyilir. Təzyiq çökəkliyində alçaq təzyiqə malik nöqtələri birləşdirən xəttə təzyiq çökəkliyin oxu deyilir.

Təzyiq çökəkliyi - siklonun mərkəzindən kənarına doğru uzanmış izobarlar sisteminə deyilir. Təzyiq çökəkliyində alçaq təzyiqə malik nöqtələri birləşdirən xəttə təzyiq çökəkliyin oxu deyilir.

Təzyiq yalı - antisiklonun mərkəzindən kənarlarına doğru uzanmış qabarıq izobarlar sisteminə deyilir. Təzyiq yalı sahəsində yüksək təzyiqə malik nöqtələribirləşdirən xəttə təzyiq yalının oxu deyilir.

Təzyiq yəhəri - iki siklon və iki antisiklon arasında xaçvari yerləşmiş aralıq barik sistemə deyilir. təzyiq yəhəri üçün zəif küləkli hava şəraiti səciyyəvidir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin