Beynəlxalq Münasibətlər və İqtisadiyyat Kafedra: Həyat Fəaliyyətinin Təhlükəsizliyi Kafedrası



Yüklə 0,69 Mb.
tarix15.10.2022
ölçüsü0,69 Mb.
#65192
referat 5549


Bakı Dövlət Universiteti


Fakültə: Beynəlxalq Münasibətlər və İqtisadiyyat

Kafedra: Həyat Fəaliyyətinin Təhlükəsizliyi Kafedrası

Fənn: Mülki Müdafiə

Mövzu: Texnogen xarakterli fövqəladə hallar, onların baş vermə səbəbləri və nəticələri

Qrup: BM 152

Tələbə: Həsənli Abdulla

Fərdi iş №1

BAKI - 2016
Bәşәr cəmiyyәtinin inkişafına nәzәr saldıqda bütün tarixi dövrlәrdә fövqәladә һalların baş verdiyi mәlum olur. Tarixi faktlar göstәrir ki, fövqәladә һalların әksәriyyәti həyat fəaliyyətinin pozulması, çoxsaylı insan ölümü, tәbii aləmdә ciddi dәyişikliklərin yaranması ilə insanlara vә әtraf müһitә böyük ziyan dәymәsi ilә nәticәlәnmişdir. İnsan cәmiyyәtinin ilk dövrlәrindә fövqәladә һallar әsasәn tәbii xarakter daşımış vә kortәbii fәlakәtlәrlә әlaqәdar olmuşdur. Fövqәladə һallar öz xarakterinә görә tәbii, texnogen və ekoloji xarakter daşıyır.
Texnogen xarakterli fövqəladə hallar dedikdə ümumlikdə, insanın sənaye və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.
Elmi-texniki tərəqqi inkişaf etdikcə, onun nailiyyətləri artdıqca ortaya çıxan texnogen mənşəli fəlakət və hadisələrin sayı da artmış olur. Təbiətdə baş verən fəlakətlər, həmçinin sayca çoxalan texnogen mənşəli qəzalar insanları bu barədə daha çox düşünməyə vadar edir.Son illərdə sayı bir neçə dəfə artan texnogen mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır.
Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3hissəsi nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur. Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil edir
Texnogen xarakterli fövqəladə hallara radiasiya, yanğınlar, partlayışlar bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir.
Radiasiya qəzası – radioaktiv məhsulların atılması, yaxud layihədə onların təhlükəsiz istismarı üçün nəzərdə tutulmuş ərazidən kənar-da ion şüalanması ilə nəticələnən və əhalinin şüalanması və ətraf mühitin çirklənməsinə səbəb olan, nüvə-enerji qurğuları, yaxud cihazlarının təhlükəsiz istismar qaydalarının pozulmasıdır. Belə qurğuların əsas zərərverici amilləri radiasiya təsirləri və radioaktiv çirklənməyə səbəb olmasıdır. Qəza partlayışı və yanğınlarla müşayiət oluna bilər.İnsana radiasiya təsiri müxtəlif orqanların həyatı funksiyalarının pozulmasını (əsas etibarı ilə qan dövranın, əsəb sisteminin, mədə-bağırsaq orqanlarının) və ionlaşdırıcı şüalanmanın təsiri altında şüa xəstəliklərinin inkişafını nəzərdə tutur.Radioaktiv çirklənmə alfa-,beta- və qamma-ionlaşdırma şüalanmasının qarşılıqlı fəaliyyətinə gətirib çıxarır və qəza zamanı şüalanma nəticəsində reaksiyaya girməmiş, eləcə də nüvə reaksiyası zamanı ayrılmış maddələrin çıxışı, eləcə də müxtəlif radioaktiv materialların və əşyaların (məsələn, qrunt) yaranması ilə şərtlənir.

Fukuşima, Yaponiya 2011-ci il qəzasından sonra.
Hidrodinamik qəza – hidrodinamik qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması (dağılması) və böyük kütlədə nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqə-ladə vəziyyətdir.Əsas potensial təhlükəli hidrotexniki qurğulara su bəndləri, suburaxıcı və susaxlayıcı qurğular (şlüzlər) aiddir.
Hidrotexniki qurğuların dağılması təbiət qüvvələrinin (zəlzələ, güclü külək, bəndlərin yuyulması) və insan fəaliyyətinin (təxribatçılıq məqsədi ilə hidrotexniki qurğulara, su bəndlərinə nüvə, yaxud adi silah ilə zərbələrin endirilməsi) təsiri, eləcə də tikintidə və layihə-ləşmədə yol verilən səhvlər nəticəsində baş verir. Hidrotexniki qəzalar nəticəsində geniş ərazi, 0,5 - 10 m və daha çox hündürlükdə ərazi su altında qalır.

Adana, Türkiyə 2012-ci il hidrotexniki qəza.

Nəqliyyat qəzaları - müasir dövrdə nəqliyyatda baş verən istənilən qəza insan həyatı və sağlamlığı üçün potensial təhlükə təşkil edir.


Texniki inkişaf insanlar üçün hərəkətdə rahatlıq və sürəti təmin etməklə bərabər, özü ilə əhəmiyyətli dərəcədə çoxsaylı təhlükələri də gətirmişdir.Nəqliyyat qəzaları növündən asılı olaraq insan həyatı üçün təhlükəli zədələr və yanıqlar yaradır.
Binanın qəfil uçması – binanın layihələndirilməsi zamanı yol verilən səhvlər, montaj qaydalarının pozulması, binada işlərin tamamlanmamış istismara verilməsi, istismar qaydalarının pozulması, eləcə də təbii və texnogen fəlakətlər binanın uçmasının əsas səbəbləridir.

Dimyat, Misir 2012-ci il qəfil bina uçqunu.
Kommunal sistemlərdə qəzalar – elektrik enerjisi, su və istilik sistemlərində baş verən qəzaladır.Belə qəzalar insan üçün çətinliklər yaradır.
Yanğınlar və partlayışlar – texnogen xarakterli fövqəladə halların ən geniş yayılmış növüdür.Yanğınlar maddi sərvətlərin məhv olmasına və insanların həyat və sağlamlıqlarının zərər çəkməsinə səbəb olur.Partlayış isə qısa zaman ərzində müəyyən bir ərazidə böyük həcmdə enerjinin ayrılması ilə müşayiət olunan yanğındır.
ABŞ , meşə yanğını.
Texnogen qəzalar insan təlafatı ilə nəticələnir.Məsələn; İngiltərənin AES – lərindən birində (Wind Skade) 1957-ci ildə qəza nəticəsində 13 nəfər, 1986 –cı illərdə Çernobıl qəzasında isə 30 nəfər ölmüş, 200 min nəfər ömürlük şikəst olmuş, 115 min nəfər isə başqa yerə köçürülmüşdür.

1986-cı il, Çernobıl qəzası.
Müasir dövrdə nəqliyyatın hər bir növü insan həyatı və sağlamlığı üçün potensial təhlükəli hesab olunur.
Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin