Bismilləhir rahmənir rahim



Yüklə 84,29 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü84,29 Kb.
#46004
Kumeyl 2021 dua kumeyl




Bismilləhir rahmənir rahim.

Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn,

hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn

əzəmətin hörmətinə Sənə yalvarıram. Hər şeydən üstün olan böyüklüyünə və

səltənətinə, hər şeyi əhatə edənəzəmətinə, fanilikdən xali olan baqi vəchinə, hər

şeyin əsasını təşkil edən isimlərinə, hər şeyi ehtiva edən elminə və hər şeyi

nurlandıran camalına sığınaraq Səndən niyaz edirəm!

Ey Nur! Ey Qüddüs! Ey ilklərin İlki və ey sonuncuların Sonuncusu Allahım!

Günahlarımı bağışla! O günahlar ki,ismət pərdəmi yırtıb məni qarşında xəcil

elədi.


Allahım! Bədbəxtliklərə yol açan günahlarımı bağışla! Allahım! Şükrümü

azaldan günahlarımı bağışla! Allahım! Duamın qəbuluna mane olan günahlarımı

bağışla! Allahım! Bəlaları çəkib gətirən günahlarımı bağışla! Allahım! Bütün

günahlarımı və xətaları məhvinlə çuğla!

Allahım! Sənin zikrinlə Sənə yaxınlaşmaq istəyirəm! Səndən mədəd diləyirəm!

Məni mərhəmətinlə Özünə yaxınlaşdır! Layiqincə şükür edən bəndələrində eylə!

Dilimi, qəlbimi zikrinlə titrət!

Allahım! Qarşında boynumu bükərək,gözlərimi yerə dikərək, acizliyimi etiraf

edərək Sənə yalvarıram! Xətalarımı əfvinlə ört, mənə rəhm et! Məni verdiyin

nemətlərə razı və qane eylə! Hər zaman, hər yerdə təvazökar bəndələrindən eylə!

Allahım! Dara düşmüş möhtac bir bəndən kimi qapına üz tutur, min bir ümidlə

dərgahına sığınaraq yalvarıram!

Allahım! Sənin səltənətin əzəmətlidir, məkanın ucadır, qədərin gizlidir və

fərmanın aşkardır! Sənin qəhrin hər şeyə qadir, qüdrətin hər şeyə hakimdir.

Hökmündən də qaçmaq mümkün deyil.

Allahım! Günahlarımı bağışlamaq,qəbahətlərimin üstünü örtmək, pis əməllərimi

yaxşı əməllərlə əvəzləmək yalnız Sənin əlindədir.Səndən başqa ilah yoxdur! Sən

bütün nöqsanlardan uzaqsan! Sənə həmd edirəm! Mən özümə zülm etdim. Məni

heç vaxt kömksiz qoymadığını, lütf və ehsanını da kəsmədiyini düşünüb qəflətə

düşdüm. Sənin əmrlərini pozub günah işlədim.




Allahım! Mövlam! İndiyə kimi neçə-neçə çirkin əməllərimin üstünü örtdün,

neçə-neçə bəlaları sovuşdurdun, məni neçə-neçə xətalardan qorudun.

Xoşagəlməz şeyləri məndən uzaqlaşdırdın. Layiq olmasam da, məni insanlara

sevdirdin.

Allahım! Bəlalarım böyüyüb, pis əməllərim həddi aşıb. Əməllərim məni üzüqara

qoyub, istək zəncirləri dəmir kündə olub ayaqlarıma dolanıb.Bitib-tükənməyən

arzularımməni əsl qayəmdən uzaqlaşdırıb. Dünya boş şeylərlə, nəfsim də cinayət

və xəyanətlə məni aldadıb. İzzətinə sığınaraq Sənə yalvarıram! Pis əməllərim

duamın qəbuluna mane olmasın. Bütün gizli sirlərim Sənə əyandır. Onları açaraq

məni rüsvay etmə! Xəlvətdə işlədiyim pis əməllərə, həddi aşmağıma,

cahilliyimə, azğın şəhvətimə görə məni cəzalandırmağa tələsmə!

Allahım! İzzətin hörmətinə bütün işlərimdə mənə mərhəmət et! Ey Məbudum,

Ey Rəbbim! Günahlarımın bağışlanması üçün Səndən başqa kimə üz tutum?! Ey

Məbudum, Ey Mövlam! Sən mənə nemətlər bəxş etdin.Mən isə nankorluq edib

nəfsimin əsiri oldum. Düşmənimin günahlarımı bəzəyib düzəyib aləmə car

çəkməsindən də qorxmadım.Beləcə, məni istədiyi kimi aldatdı.Başıma gələnlərə

səbir etməyib həddimi aşdım və bəzi əmrlərinə əməl etmədim. Halbuki nə olur-

olsun Sənə həmd etmək mənim vəzifəmdir. Sənin qədərinlə başıma gələnlərə heç

bir bəhanə gətirə bilmərəm. Sənə əl açıram, Ey Rəbbim! Bilmədən işlədiyim

günahlara görə üzrxahlıq edir və peşman halda Səndən əfv

diləyirəm.Mərhəmətinə ümid bağlayır və bir daha tövbə edib Sənin qapına

yönəlirəm. Budur Sənin hüzurundayam, günahlarımı boynuma alır, xətalarımı

qəbul və etiraf edirəm. İşlədiyim günahlardan heç yerə qaça bilmərəm. Dara

düşəndə Səndən başqa pənahgahım yoxdur.Üzrxahlığımı qəbul eylə! Tək

ümidim Sənin sonsuz mərhəmətinədir.

Allahım! Nolar,üzrxahlığımı qəbul eylə! Düşdüyüm çətin vəziyyətdə dadıma

çat! Məni günahlarımın dolaşıq düyünlərindən qurtar! Rəbbim! Zəiflik və

acizliyimə görə,mənə yazığın gəlsin! Ey məni yoxdan yaradan, unutmayan,

hidayətə çatdıran, yaxşılıq edib ruzimi verən! Kərəm və comərdliyinlə indiyə

qədər lütf etdiyin yaxşılıqlar xətrinə məni əfv eylə!

İlahi! Ey Rəbbim! Sənin bir və tək olduğuna inanıram. Varlığına inamım qəlbimi

cuşa gətirib. Dilim zikrinlə məşğuldur. Qəlbim məhəbbətinlə doludur.

Rübubiyyət məqamına sədaqətlə boyun əyərək günahlarımı etiraf edir, dua edib

Sənə yalvarıram. Görəsən, bu cür bağışlanma dilədikdən sonra cəhənnəmdə əzab

çəkəcəyəm? Bu, Sənin məqamına yaraşmaz. Çünki Sən hidayət verdiyin bir



insanı zəlalətə düşürməkdən, özünə yaxınlaşdırdığını özündən

uzaqlaşdırmaqdan, qapına pənah gətirəni əliboş qaytarmaqdan, hifz və rəhm

etdiyin bir bəndəni bəlaya düçar etməkdən uzaqsan!

Ey Məbudum, Ey Mövlam! Bilirəm, Sən əzəmətinəsəcdə edən üzləri, Sənin

vəhdaniyyətinə şahidlik edən, Səni mədh və şükür edən dilləri, Səndən qorxan

ürəkləri, Səndən bağışlanma diləyənləri və Sənə ibadət etməyə can atanları əzaba

düçar etməzsən, cəhənnəm odunda yandırmazsan! Axirət günü məni gümanımda

yanıltma, nə olar Ey Rəbbim! Ey kərəm sahibi Rəbbim! Bilirsən ki, dünyanın

bəla-müsibətlərinəvə çətinliklərinə tabım yoxdur! Halbuki dünyadakı bəla və

məşəqqətlərin ömrü az, iztirabı isə dözülməz deyildir. Bəs mən axirətin

bəlalarına və onun böyük əzablarına necə dözəcəm? Onlar elə bəlalardır ki, uzun

müddət davam edir və get-gedə də çətinləşir. Axirət əzabı Sənin qəzəb və

xoşnudsuzluğunun nəticəsidir. Bu elə bir əzabdır ki, ona nə göylərtab gətirər, nə

də yer.


Ey Mövlam! Mən nə edim? Axı mən Sənin zəif, aciz, günahkar, möhtac və müti

bəndənəm. Ey mənim Allahım, Rəbbim, Mövlam! Hansı günahıma görə

ağlayım-sızlayım, hansından Sənə pənah aparım? Düçar olduğum bəlanın əzab

və şiddətindən, yoxsa uzun sürməsindən? Məni düşmənlərimin əzabına giriftar

etsən, məni bəla əhlindən saysan, dostlarından və vəlilərindən ayırsan, aqibətim

necə olar?

Ey Allahım! Ey Rəbbim! Deyək ki,Cəhənnəm odunun dəhşətinə dözdüm. Bəs

Səndən ayrılığa necə tab gətirim?! Kərəminə ümid kəsib Cəhənnəm alovunda

necə yaşayaram?! Əfvinə ümid bəslədiyim halda Cəhənnəmdə necə qərar

tutaram?!

Ey Mövlam! İzzətinə sığınaraq Sənə and içirəm ki, əgər orada mənə danışmağa

izin versən, həmişə dərgahına üz tutub yalvaracam.Cəhənnəm əzabından

qurtaracağına ümid edəcəm. Bir dərdə mübtəla olub fəryad qoparanlar, dəyərli

bir şeyini itirib aləmə car çəkənlər kimi Sənə üz tutaraq ağlayıb-sızlayacaq və

əllərimi açıb Sənə səslənəcəyəm:“Ey iman gətirənlərin dostu, ey ariflərin sonsuz

arzusu! Ey çarəsizlərin fəryadına çatan! Ey sadiq qəlblərin dostu! Mənə kömək

ol! Haradasan?! Ey aləmlərin Rəbbi olan Allahım! Səni təsbeh edir, Sənə həmd

edirəm! Asiliyinə görə cəhənnəmə atılan, günahlarına görə oradakı əzabı dadan

və cəhənnəmin təbəqələri arasında qalan müsəlman bəndənin səsini eşidib əfv

etməmək Sənin şanına yaraşmaz. Halbuki bu günahkar bəndən rəhmətinə ümid

bəsləyərək Sənə yalvarır və tövhid əhlinin dili ilə Sənə niyaz edir.Rububiyyət



məqamını vəsilə edərək Sənə əl açır.

Ey Mövlam! Bu bəndən həmişə Sənin rəhmətinə ümid bağlayıb. İndi bu əzaba

necə dözsün?! Sənin fəzl-kərəmini umduğu halda cəhənnəm odu onu yandıra

bilər? Sən onun səsini eşitdiyin, yerini görüb-bildiyin halda, cəhənnəm alovu

onu necə yandırsın? Axı onun acizliyini,sədaqət və doğruluğunu bilən yalnız

Sənsən. Sən onun cəhənnəmin təbəqələri arasında qalmasını rəva bilməzsən.

“Kömək ol, ey Rəbbim!” deyib fəryad-fəğanla səslənən bəndənə, əzab mələkləri

ilə iztirab çəkdirməzsən. Cəhənnəmdən qurtulmaq üçün Sənin fəzl-kərəmini

diləyən bəndəni orada köməksiz qoymazsan.

Allahım! Sübhansan! Bu sadaladıqlarımdan münəzzəhsən! Sən tövhid əhli ilə

belə rəftar etməzsən. Onları lütf və kərəmindən məhrum qoymazsan. Əminəm

ki, inkar edənləri və düşmənlərini əbədi əzaba düçar etməyə söz verməsəydin,

cəhənnəm odunu söndürərdin. Oranı sərinliyə çevirərdin ki, heç kəs cəhənnəmə

düşməsin. Sənin vədin haqdır.Cəhənnəmi dinsiz insan və cinlərlə doldurmağa və

düşmənlərinin ora birdəfəlik göndərməyə söz vermisən.Ey uca Rəbbim! Həmişə

nemət vermisən! Lütf və kərəmini əsirgəməmisən. Ta əvvəldən bəri bunu bəyan

etmisən: “Məgər mömin kimsə ilə fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola

bilməzlər!”

Pərvərdigara! Sonsuz qüdrətinə,qədərinə, üstün hökmünə sığınaraq Sənə

yalvarıram! Etdiyim bütün pis əməlləri və günahları, yol verdiyim bütün xətaları,

gizli-aşkar cahilliyimi,mələklərin yazdığı bütün günah əməllərimi, nolar, elə bu

gecə, bu saat bağışla! Bütün əməllərimə bədən üzvlərim və hər şeyi yazan

mələklərin şahiddir. Sən də onlara şahidsən. Sən ən gizli xətalarımı belə bilirsən.

Ancaq rəhmətinlə günahlarımı gizlətdin və fəzlinlə üzərini örtdün. Sənə

yalvarıram! Endirdiyin xeyirdən, göndərdiyin lütflərdən, verdiyin ruzidən,

bağışladığın günahlardan payıma düşəni artır! Ya Rəbbi! Ya Rəbbi! Ya Rəbbi!

Ey Allahım! Ey ixtiyar sahibim! Ey çarəsizliyimi bilən Mövlam! Ey

acizliyimdən hali olan Rəbbim! Ey Rəbbim! Ey Rəbbim! Ey Rəbbim! Əsmaul-

Hüsna və sifətlərin hörmətinə, dilimi gecə-gündüz zikrinlə məşğul eylə! Sənə

ibadətlərimi daimi, əməllərimi məqbul eylə! Elə et ki, bütün əməllərim, zikir və

ibadətim yalnız Sənin rizan üçün olsun. Ey Rəbbim! Ey arxa-dayağım, ey halımı

ərz etdiyim Xaliqim! Bədən üzvlərimə qüvvət ver ki, Sənə daha şövqlə ibadət

etsin. Qəlbimə güc ver ki, Sənə yönəlsin. Səndən qorxmaqda və ibadət etməkdə

mənə ciddiyyət və qətiyyət nəsib et. Nəsib et ki, yarış meydanında hamıdan tez

Sənə çatım. Sənin yolunda mübarizə aparanlardan olum. Sənə qovuşmağa

tələsim! Sənə müştaq könüllərdən olum! Ancaq Sənə könül verim! Müxlis




bəndələrin kimi həmişə Sənə yaxın olum! Səndən yəqin əhli kimi qorxum!

Dərgahında mömin bəndələrinlə bir olum.

Allahım! Mənə pislik etmək istəyənlərin öhdəsindən gəl! Əleyhimə plan qurub

tələyə salmaq istəyənləri tələyə sal!

Ey Rəbbim! Məni dərgahından ən yaxşı mükafat alan, Sənə ən yaxın məqama

sahib və Sənə xüsusi yaxınlığı olan bəndələrindən eylə.Həqiqətən, Sənin fəzlin

olmadan bunlara çatmaq mümkün deyil.Comərdliyin hörmətinə mənə comərd

davran və Ucalığın xatirinə mənə təvəccöh eylə! Məni rəhmətinlə qoru. Dilimi

zikrinə aşina, qəlbimi məhəbbətinə əsir eylə!

Allahım! Dualarıma ən gözəl şəkildə cavab verərək məni razı eylə!

Günahlarımdan keç, xətalarımı bağışla!

Ey Rəbbim! Bəndələrinə ibadəti əmr edən Sənsən! Bəndənin dua etməsini

istəyən, qəbul etməyə də söz verən yenə Sənsən. Ey Rəbbim! Sənə üz tutur və

Sənə əl açıram. İzzət və kərəminlə duamı qəbul eylə və məni arzularıma çatdır.

Fəzl və kərəmindən ümidsiz eyləmə.

Allahım! Məni insan və cinlərdən olan düşmənlərin şərindən qoru. Ey duaları

cavabsız qoymayan Allahım! Duadan başqa əlində heç nəyi olmayan bu naçar

bəndəni bağışla! Axı Sən istədiyini edənsən.

Ey adını anmaq dərman, zikri şəfa,itaətində durmaq da zənginlik olan Allahım!

Ümid və göz yaşlarından başqa heç nəyi olmayan bu bəndənə rəhm eylə!

Ey nemətləri tamamlayan! Ey çətinlikləri dəf edən! Ey zülmətdə dəhşətə düşən

ürəklərin nuru! Ey öyrənmədən bilən! Peyğəmbərlər sərvəri Muhammədə, Onun

pak Əhli-beytinə və əshabına mərhəmət eylə.Mənimlə də şanına layiq şəkildə

rəftar eylə. Allahın salətı-salamı Peyğəmbərinə və onun soyundan gələnlərə



olsun.

Vəlhəmdu lilləhi Rabbil-aləmin



Yüklə 84,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə