Aynurə paşayeva məNİ NƏ VƏDƏ ŞUŞaya yetiRƏRSƏN? Əbdürrəhim bəy Haqverdiyevin



Yüklə 1,04 Mb.
səhifə1/4
tarix31.01.2017
ölçüsü1,04 Mb.
#7193
  1   2   3   4




AYNURƏ PAŞAYEVA


MƏNİ NƏ VƏDƏ ŞUŞAYA YETİRƏRSƏN?

(Əbdürrəhim bəy Haqverdiyevin

«Xortdanın cəhənnəm məktubları»

povesti haqqında)

BAKI – 2012

Elmi redaktoru: Təhsin Mütəllimov

filologiya üzrə elmlər doktoru, professor
Rəyçi: Mətanət Həsənova

filologiya üzrə fəlsəfə doktoru, dosent
Aynurə Paşayeva. Məni nə vədə Şuşaya yetirər­sən? (Əb­dür­rəhim bəy Haq­verdiyevin «Xortdanın cə­hən­nəm mək­tub­ları» povesti haqqında). Bakı, Elm və təhsil, 2012, 146 s.

İSBN – 978-9952-8176-1-4


Elmi ictimaiyyətin diqqətinə təqdim edilən bu mo­no­qra­fi­ya müəllifin magistr disserta­si­yasının əsasında ya­zıl­mışdır.

Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundov ədə­bi mək­­təbini davam və inkişaf etdirən, yeni realist Azər­baycan ədə­­­biy­yatının ən görkəmli simalarından bi­ri­dir. Ya­zıçı «Xort­da­nın cəhənnəm məktubları» povestində həyatda gö­rüb mü­şa­hi­də etdiyi mənfi tipləri «cəhənnəm» adlanan məkanda cəm­ləş­di­rə­rək ideya və mövzu ba­xı­mından zəngin bir əsər ya­rat­mışdır. Ki­tabın adı - «Məni nə vədə Şuşaya yetirər­sən?» po­ves­tin içə­ri­sin­dən se­çilmiş sitatdır.



P qrifli nəşr
© «Elm və təhsil» nəşriyyatı, 2012
ÖN SÖZ

Artıq bu il Azərbaycanın mədəniyyət mərkəz­lə­rin­d­ən biri olan Şuşa şəhərinin işğalının iyirmi ili ta­mam olur. İyirmi ildir ki, zəngin tarixi abidələri ilə məş­­­­hur olan, dünya mədəniyyətinə böyük simalar bəxş edən Şuşa hələ də erməni işğalçılarının tapdağı altın­dadır və hələ də Şuşanı sevənlərin, Şuşadan ni­ga­ran qa­lan­ların yolunu gözləyir. Əsrarəngiz təbiəti ilə ürəklərə məlhəm olan Şu­şa bir çox Azərbaycan ədib­lə­rinin dün­­­­yaya göz aç­dı­ğı məkanı olub. Həmin ədiblərdən bi­­ri də Əb­dür­rə­him bəy Haqverdiyevdir (1870-1933).

Bu böyük diapozonlu sənətkarın qırx illik yara­dıcılığı olduqca mürəkkəb və zən­gin­dir. Onun sayə­sin­­­­də Azərbaycan heka­yəsi heyrət ediləsi az bir müd­dətdə dünya stan­dart­ları səviyyəsinə çatdı və bəşər mə­­­də­niyyətini layiqli sənət inciləri ilə zəngin­ləş­dirdi. Ə. Haqverdiyev öz əsərlərində layla nəfəsli folk­lo­ru­mu­­zun zəngin təc­rü­bəsi ilə yanaşı, Bakka­çio, Flober, Mo­­pasan, Qoqol və Çe­xov ənənələrini də yaşatmaqda idi. Onun yara­dı­cı­lığı Azərbaycan ədəbiyyatı ta­ri­xin­də həm ide­ya cə­hət­dən, həm də sənətkarlıq baxı­mın­dan silinməz izlər burax­­mış­dır.

Müəllifdən
GİRİŞ
Mövzunun aktuallığı: XIX əsrin sonu XX əsrin əvvəlləri Azər­baycanda ictimai vəziyyət o dərəcədə idi ki, xalqın maariflənməsinə daha böyük ehtiyac var idi. Çünki həmin dövrdə Qərbdə feodal-patriarxal mü­na­si­bət­lər süqut etdiyi halda, Azər­bay­can­da bu cür mü­na­sibətlər hələ də qalmaqda idi. Oxuyub-yazmağı bacar­ma­yan avam insanlar içərisindən çıxan bəzi də­ləduz, ayıq şəxslər həmin in­sanların bu vəziy­yə­tindən is­­tifadə edib, min bir fırıl­daqla varlan­maq eh­ti­rasına tu­­­tu­lurdular. Ə. Haq­ver­diyev döv­­rün bir ziyalı yazı­çısı ki­mi həmin fı­rıl­daqçıları, dələduzları uyğun bir mə­­­kana – cə­­hənnəmə toplayaraq «mən­­fi tiplər cə­miy­­­yə­ti»ni yaratdı və açıq-aşkarcasına onları ifşa et­məyə baş­ladı. «Xort­­­da­­­nın cəhən­nəm mək­tub­la­rı» hə­min döv­­­rün mən­fi tiplərini ya­xından görüb tanımaq üçün çox böyük əhəmiyyətə malik bir po­vest­dir.

«Xort­­­da­­­nın cəhənnəm mək­­tub­la­rı» povesti ayrıca tədqi­qata cəlb olunmasa da, aparılmış tədqiqatlarda ya­­zı­çı­nın nəsr yaradıcılığının da­xi­lində əsərə fikir və münasi­bət­lər bildirilmişdir. Prof. Əziz Şərif ilk dəfə Haqverdiyev yaradıcılığı haq­qın­da elmi-tənqidi məqa­lə­lərlə çıxış etmiş, 1940-cı ildə «Ə. Haq­verdiyevin dra­­matur­gi­yası» adlı tədqi­qatını yazmışdır. Lakin Əziz Şərifin tədqi­qatlarında dövrün ideoloji təsiri də açıqca du­yul­maqdadır. 40-cı illərdən sonra Mi­ka­yıl Rəfili, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər Cə­fərov, Əziz Mirəhmədov müx­təlif qəzet və jurnal­larda Haq­ver­diyev yaradıcılığı ilə bağlı məqalələr nəşr et­dir­miş­dilər. Ə. Haq­verdiyev yara­­dıcılığı haq­qın­da ilk dəfə monoqrafiya çap etdir­ən K. Məm­­mə­dov «Xort­­­da­­­nın cəhənnəm mək­­­­­­­tub­la­rı» povesti barədə də bəhs etmişdi. X. Ağala­rova «A.N. Çexov və Ə. Haq­ver­di­ye­­­vin nəsri» möv­­zu­­­sun­da yaz­dı­ğı namizəd­lik dis­ser­ta­siyası Çexo­vun, Haqverdiyevin ya­radı­cılığını qar­şı­lıq­­lı və müqayisəli şə­kil­də araşdır­mış­dır. Prof. Təhsin Mü­təl­limov 1975-ci ildə «Ə. Haq­­­ver­di­ye­vin sənət­kar­lığı» möv­­zu­sunda elmlər doktor­luğu dis­sertasiyası yaz­mış və ilk də­fə olaraq bu təd­qi­qat əsə­rində Haq­verdiyev irsinin ideoloji cə­hət­lərin­dən da­­ha çox onun forma və məz­mun xü­susiy­yətləri bü­töv­lükdə, sə­nət­karlıq mə­sə­lələri sistemli şə­kil­də təd­qi­qata cəlb olun­muşdur. 1988-ci ildə çap olunmuş «Ə. Haq­­­­­­verdiyevin po­eti­ka­sı» adlı mono­q­ra­fi­yası isə üzərindən neçə illər keç­sə də, Haq­ver­diyevin yara­dı­cı­lı­ğı­nın, «Xort­­­da­­­nın cəhən­nəm mək­­­­tub­la­rı» povestinin nəzəri-poetik prob­lem­lərini öy­­rənmək ba­xımın­dan də­yər­li bir tədqiqat əsə­ridir. 70-ci illərdən bəri A. Məmmədov, N. Xə­li­lov, L. Rə­şid­­za­də Haqverdiyevin yara­dı­­­cı­lığı ilə ya­xın­­dan ma­raq­lanmış, bu mövzunu tədqiqata cəlb et­miş­­lər. 90-cı illərdə fil.f.d. Güldəniz Qocayevanın «Ə. Haq­ver­di­yevin bədii nəs­ri» möv­­zusunda yaz­dığı na­mi­zədlik dis­sertasiyası, 2002-ci ildə çap etdirdiyi «Na­­gah xə­­yalıma cəhənnəm düşdü» monoqrafiya­sın­da Haqver­di­yevin bədii irsi, eləcə də «Xort­­­da­­­nın cə­hən­nəm mək­­­­tub­la­rı» povestinin ideya-bədii qaynaq­la­rı, nəsrinin təka­mül yol­la­rı, bədii detaldan istifa­də üsul­­ları, təsni­fatı məsələləri əsa­sın­da təd­­qi­qa­­­ta cəlb olu­­nur, xa­­rici ölkə xalqları mifo­lo­gi­ya­sı ilə müqa­yi­sələr aparıl­mış­dır. M. Məm­­mə­do­vun «Ə. Haq­­ver­di­ye­vin həyat və ya­­ra­­dıcılığı» kitabında (2008), dos. P. İsa­­ye­va­­nın «AMEA-nın mə­ru­zə­lə­ri»ndə çap olu­nan ««Xort­­­­da­­­nın cəhənnəm mək­tub­la­rı» əsə­­­­rinin mi­­­­fopo­etik struk­tu­run­­dan o biri dünya­ya sə­yahət mo­tivi» mə­qaləsində (2009) Ə. Haq­­­­­­verdi­ye­vin «Xort­­­da­­­nın cə­hən­­­nəm mək­tub­la­rı» poves­tin­dən bəhs olun­muş­­dur.



Göründüyü kimi, bütün dövrlərdə Ə. Haqver­diyev yaradıcılığı haqqında təd­qi­qat­lar aparılsa da, «Xort­­­da­­­nın cəhənnəm mək­tub­la­rı» povesti ayrıca tədqiqata cəlb olun­mamışdı. Bu da mövzunun bu gün aktual ol­du­ğunu göstərir.

Tədqiqatın məqsəd və vəzifələri: «Xort­­­da­­­nın cə­hənnəm mək­tub­la­rı»nı tədqiqata cəlb edilən zaman bir sıra məsələlərə aydınlıq gətirilmişdir. Tədqiqatda aşa­ğı­dakı və­zi­­fələr yerinə yetir­ilmi­şdir:

  1. Əsərin mövzu, süjet və kompozisiyasının özəl­lik­lərini əks etdirmək.

  2. Əsərin mövzusunun ictimai-siyasi dövrlə əla­qə­sini aydınlaş­dır­maq.

  3. Cəhənnəm mövzusunun qaynaqları haqqında mə­lumat vermək. İslami dəyər­lərdən gələn cəhənnəm mövzusu ilə «mənfi tiplər» cəmiyyəti olan cəhənnəm ara­­sın­dakı oxşar və fərqli xüsusiyyətləri sübuta yetir­mək.

  4. Mənfi tiplər cəmiyyətinin surətlərinin ayrı-ayrı səciyyəvi xüsusiyyətlərini verərək tam dolğunluğu ilə əhatəli planda aydınlaşdırmaq.

  5. Əsərin tənqidi pafosunu, estetik dəyərini və sə­ciy­yəsini müəyyənləşdirmək.

  6. Sənətkarlıq, dil və üslub xüsusiyyətlərini araş­dır­­maq.

  7. Müəllifin bəhrələndiyi folklor nümunələrini üzə çıxarmaq.

Tədqiqatın predmeti və obyekti: Tədqiqata bir sıra mənbələr cəlb olunmuşdur. Ədibin şəxsi arxi­vin­dən tapılmış ma­te­riallar, onun barəsində yazılan mo­no­­­q­rafiyalar, müxtəlif jurnallarda və qəzet­lər­də çap olu­nan məqalələr, yazıçının şəxsi məqalələri, müx­­­­təlif illərdə çap olun­muş və hər nəşrində də üzə­rində mü­əy­yən düzəlişlər edilmiş «Xort­­­da­­­nın cəhən­nəm mək­­tub­la­rı» əsəri, müxtəlif ensik­lo­pe­di­ya­lar­dan, nə­zə­ri ki­tab­lar­dan isti­fadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi: «Xort­­­da­­­nın cəhənnəm mək­tub­la­rı» povesti Haqverdi­ye­vin nəsr yaradıcı­lı­ğının içərisində tədqiq olunsa da, ayrıca tədqiqata cəlb olun­mamışdır. Əsər məna baxı­mın­dan o qə­dər dərin və çoxşa­xəlidir ki, zənnimizcə, de­yil­mə­miş fikirlər hə­­lə də, qal­maq­dadır. Ə. Haqverdiyevin «Xort­­­da­­­nın cə­­­­hən­nəm mək­tub­la­rı» adlı təd­qi­qatda daha yeni ak­tual problem­lərdən bəhs olunmuşdur. Müəllif ta­ri­xin mü­əyyən dövründə za­ma­nın ideologiyasının təsiri ilə təh­rif olunan bəzi mə­qamları aydın­lat­ma­ğa çalış­mış­dır. Belə ki, yazıçının şəxsi arxivindən tapılan ma­te­riallara istinad edərək is­lami dəyərləri qoruyub sax­la­yan bəzi motivlər ilk dəfə olaraq burada tədqiq olun­muşdur. Surətləri, xarakterləri səciy­yələn­dirərkən əv­vəl­­ki mən­bələri sis­tem­ləşdirib, yeni fikirləri də içə­ri­sin­də bildirilmişdir.

Tədqiqatın təcrübi əhəmiyyəti: Tədqiqatın ma­te­riallarından tədris müəssisələri, tədqiqatçılar bəh­rə­lə­nə bilərlər.

İşin aprobasiyası: Ə. Haq­ver­diyevin «Xort­­­da­­­nın cəhənnəm mək­tub­la­rı» poves­tinə həsr olunmuş tədqi­qat işi BDU-nun Klassik Azərbaycan ədəbiyyatı ka­fed­­rasında yerinə yetirilmişdir. Dissertasiyanın əsas müd­dəaları Cəfər Xəndan Hacıyevin ana­­­­dan olma­sı­nın 100 il­lik yu­bi­le­yi­nə həsr olun­­­muş elmi-nəzəri kon­f­­­­ran­sında «Ə. Haq­ver­diyevin «Xortd­a­nın cəhən­nəm mək­tub­ları» po­vestində ide­ya, möv­zu, kompo­zi­siya» (20-21 may, 2010-cu il), AMEA Nizami Gən­cəvi adı­na Milli Azərbaycan Ədə­biy­yat Muzeyi­nin 70 il­li­yi­nə həsr edilən «Azərbaycan xalqının mil­li özünü­təs­di­qin­də ədə­biy­­yat və mədəniy­yə­tin ye­­ri» mövzu­sunda bey­nəlxalq kon­fran­sında «Ə. Haq­­verdiyevin «Xort­da­nın cəhən­nəm mək­­tubları» po­ves­tindəki bəzi surət­lə­rin sə­ciyyəsi» (29-30 noyabr, 2010-cu il), Azər­baycan Res­pub­li­ka­sı­nın dövlət müstə­qil­liyinin bər­­pasının 20-ci ildö­nümünə həsr olun­muş «Azər­baycan filologi­ya­sı­nın aktual problem­ləri» mövzu­sun­da elmi-nəzəri konfran­sında «Ə. Haqver­di­yevin «Xort­­­­da­­nın cəhən­nəm mək­tub­ları» po­ves­­tin­də dil və üslub xü­su­siyyətləri» (18-19 may, 2011-ci il), AMEA Azərbaycan Gənc alim, aspirant və magistrlər cə­miyyətinin Azər­­­­bay­can Respub­li­ka­sının dövlət müs­tə­qilliyinin 20-ci ildönü­mü­nə həsr olunmuş «Gənc alim­­lərin I Elm Festivalı» möv­­zusunda el­mi kon­­fran­sında «Ə. Haq­ver­diyevin «Xortdanın cəhə­n­nəm mək­tubları» po­ves­tində mifik-dini mo­tivlər və at­ribu­t­lar» (13-15 iyul, 2011-ci il), Ab­bas Zamanovun 100 illik yu­bi­le­yinə həsr olun­muş «Mü­asir Azər­­­­bay­can filo­lo­gi­ya­sı: axta­rış­lar, prob­lem­lər, perspektivlər» möv­zu­sun­da Res­pub­­li­ka el­mi kon­fran­sında «Əbdür­rəhim bəy Haqver­di­yevin «Xort­­da­nın cəhən­nəm mək­tub­la­rı» povesti və folklor» (18-19 may, 2011-ci il) məqa­lə­lərində öz əksini tap­mış­dır.

İşin strukturu və həcmi: Tədqiqat işin ümumi xarakteristikasından, üç fəsil, nə­ticə və istifadə edil­miş ədəbiyyat siya­hı­sın­dan ibarətdir.

İşin məzmunu: Girişdə mövzunun aktuallığı, təd­qiqatın məqsəd və vəzifələri, pred­meti və obyekti, el­mi yeniliyi, təcrübi əhəmiyyəti, aprobasiyası, struk­turu və həc­mi haqqında məlumat verilir.

I fəsil ««Xortdanın cəhənnəm məktubları» poves­tində ideya, mövzu, kom­po­zi­siya» adlanır. Povestin ide­ya, süjet, kompozisiyası haqqında həm nə­zəri, həm də hə­min nəzəri məlumata uyğun nümunələr göstəril­miş­dir.

II fəsil «Əsas surətlərin səciyyəsi» adlanır. Bura­da bütün müsbət obraz­lar­dan baş­­lamış mənfi obraz­lara kimi (epizodik surətlər də daxil olmaqla) hamısı ayrı-ayrı­lıq­da təhlilə cəlb olunmuşdur.

III fəsil «Dil və üslub xüsusiyyətləri» adlanır. Bu fəsildə Ə. Haqverdiyevin dilimizin üslub zən­ginlik­lə­rindən istifadəsi, bədii gülüşün, təsvir və ifadə vasi­tələ­rin­dən çox bö­yük us­talıqla bəhrə­lən­məsindən bəhs edilir. Ə. Haqverdiyevin bir yazıçı kimi povestdə nü­mayiş etdirdiyi yüksək sənətkarlıq məharəti verilən nümunələr əsasında öz həllini tapır. Onun yara­dı­cı­lı­­ğı­­nın qay­naq­ları tək­cə Azərbaycan ədə­biyyatı, folk­lo­ru, mifologiyası ilə məhdud­laş­mır, o həm də, dünya folk­­lor və mi­fo­lo­gi­ya­sına da yaxın­dan bələd olan çox mahir sənət­kar­dır.




Ι FƏSİL

«XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI» POVESTİNDƏ

İDEYA, MÖVZU, KOMPOZİSİYA
Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cə­hən­­­nəm məktubları» povesti zəngin və mürəkkəb kom­­po­zi­si­ya quruluşuna malik olan, məzmun, forma ba­xımından yazı­çı­nın digər nəsr nümunə­lə­rin­dən fərq­lənən bir əsərdir.

«Bədii əsərlərin forması ilə məzmunu arasında müəyyən əlaqə, uyğunluq olma­lı­dır. Əlbəttə, məzmun birinci, forma ikincidir. Bununla belə məzmunun ifa­­də­sində formanın rolu böyükdür. Məzmun dedikdə, bədii əsərdə sənət­ka­rın nə de­mək istə­mə­­si, forma de­dikdə isə necə deməsi başa düşülür. Məzmun anlayı­şı­na əsərin ideyası, mövzusu və ümumi məzmunu aid­dir. İdeya sənətkarın oxucuya demək istədiyi fikir­dir, id­­ra­kı-tərbiyəvi konsepsiyadır, intibaha, ictimai-tə­rəq­qi­yə, əqli-mənəvi təka­mülə ça­ğı­rış vasitəsidir, mü­ba­ri­zə si­la­hıdır. Bədii əsərin dəyəri, siqləti və mil­li-bə­şə­ri əhə­miy­yəti də ilk növ­bədə onların ifadə etdiyi ide­ya­­nın həyatiliyi və orijinallığı ilə bağlıdır» (19, s. 192-193).

«Xortdanın cəhənnəm məktubları» ideya ba­xı­mın­­­dan çox zəngindir. Bu povestdə əsas ideya xalqın tə­rəq­­qisinə mane olan ictimai təbəqələrin, habelə o döv­r­də Azər­bay­candakı mühafizəkar qüvvələri tənqid et­mək­dir. La­kin yazıçı yeri gəl­­dikdə başqa cid­­di siya­si-ictimai mətləblərə də toxunmuşdur.

Y­azıçı cəhənnəmi tənqid etmək istədiyi surətlər üçün bir məkan seçmişdir. Cə­ha­lət, dərəbəyilik, hərc-mərclik, haqsızlıq burulğanında boğulan feodal pat­ri­arxal mühit ilə cəhənnəm bir növ müqayisə olun­muş­dur. Dünya ədəbiyyatının qabaqcıl təc­rü­bəsi və «Mol­la Nəsrəddin» ədəbi məktəbi Ə. Haqverdiyevə öz döv­rü­nün ictimai haqsız­lıq­la­rını açıb göstərmək, ümu­mi so­sial-mədəni geriliyi tənqid və ifşa etmək, işıqlı oya­­nış ideyalarını təbliğ eləmək üçün yaxşı dü­şü­nül­müş, ori­jinal, maraqlı ədəbi-bədii for­ma ver­miş­dir. Cə­hən­nəm­dəki Veyl quyusuna düşən xainlər, Dəs­tu­rov ki­mi mən­fə­ət­pə­rəst dövlət məmurları, Vinokurov ki­mi naçal­nik­lər, habelə yüzbaşılar, qorodo­voylar, hət­­ta Tür­ki­yə sul­tanı Əb­dül­həmid be­lə, bir növ söz­gə­lişi olaraq kəs­kin sati­ra­nın hədəfinə çevrilərək ey­ni məkana yer­ləş­dirilib.

Yazıçının əsas məqsədi uydurma, xəyali cəhən­nəmi, dini kitablarda geniş şəkildə təsvir olunan din ərkanından çıxmış günahkarlar məskənini, oradakı ağ­la­sığmaz, dəhşətli cəza üsullarını göstərmək deyil, ək­sinə, bundan bir satirik ədəbi vasitə kimi istifadə et­mək­dir. Bütün süjet boyu hadisələr dini kitabların cə­hənnəmdə təsvir etdiyi dəhşətli mənzərələr, ağır cəza üsul­ları, günah­kar­lara tutulan min cür divan, real var­lı­ğı çarizmin, əksinqilabın, irticanın, şahlıq və sul­tan­lığın, bəy­lik və ruhaniliyin, din və dövlət xadim­lə­ri­nin, haqsızlıq və bərabər­siz­li­yinin tutuş­du­rul­ması, qar­şılıqlı müqa­yi­səsi fonunda verilir.

Əsərdə verilən cəhənnəmdəki əzablar, günah­kar­la­ra verilən işgəncələr – qıl körpü­sündən yıxılmaq, Veyl qu­yusuna, qır qazanına düşmək, odlu süpürgə ilə dö­yül­mək, bo­ğa­zına qurğuşun əridib tökmək, zəhər içir­mək, zəqqum ağacının meyvəsindən ye­dirt­mək, yerdən qızardılmış pul yığdırmaq, odabaşılıq, süpür­gə­çi­lik, bo­­­ğazından as­maq, təpəsi üstdə quyuya at­maq və s. re­al «cəhənnəmin» – feodal həyatı və mü­hi­tin gü­­­nah­sız in­sanlarına, əlsiz-ayaqsızlara, yetim-yesirə, məz­­­­­­lum qız­­­lara-qadınlara, alın tərini torpağa axıdan­lara, canını qoyan inqilabçılara, həqiqətin gözünə dik baxanlara edilən zülmün, sitəmin, haqsızlığın cavabı idi.

Ədibin oxucuya təlqin etmək istədiyi fikrə görə, Hacı Mirzə Əhməd ağa, Dəs­turov, Hacı Molla Baba ki­mi cinayətkarlar, xainlər, satqınlar, günahkar bəndə­lər dini kitabda qeyd olunan «cəhənnəm», «qiyamət gü­nü», «haqq divanı», «qıl körpüsü» və «qır qa­za­nı»na da görə layiq olduğu cəzalara çatacaqlar. Bu cəzalara inansaq, dövləti, vətəni, milləti quru ad və şöhrətə, «bir yaranallığa», «nəfsi-əm­ma­rəyə» qurban ve­rən şahların, xan və bəylərin, vəkillərin, rəiyyəti cüc­ə kimi şişə çə­kən, xalqı soğan kimi soyan ağaların və hakimlərin, ölkəni vi­ran qoyan, azadlıq uğrunda vuruşanlara divan tutan çarların, despot şahların və sultan­la­rın, millətləri, insanları bir-birinə vur­du­­ran, dün­yaya düşmənçilik to­xu­mu səpən şeytan­misal adam­­­­lar öz cəzalarını ala­caq­lar. Təsadüfi deyil ki, ədib Qafqaz və İran müsəl­man­la­rın səc­dəgahı, çoxlu dini kitab­ların, mərsiyə top­lu­larının ümumiləşmiş tipi olan Fazili-Dərbəndin qıl kör­pü­sündən salaraq bütün fırıldaqçı ruhani ülə­masının ümumi mənfi tipi kimi təsvir və tən­qid edir.

«Xortdanın cəhənnəm məktubları» 1906-cı ildə Mol­­la Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il­də «Odabaşının hekayəsi» ona əlavə olunaraq ayrıca ki­­tab halın­da çap olunmuşdur. Odabaşının hekayəsi his­səsi ideya baxımından əsəri tamamlaması poetik baxımdan da özünü doğruldur. Bu hekayənin də əsas ideyası bir-birinə qovuşa bilməyən iki günahsız gənc sevgililərə mane olan hacıların, tacir­lə­rin ikiüzlü­lü­yü­nün tənqididir.

Məlumdur ki, hər bir bədii əsərin müəyyən möv­zusu olur. «Buna görə də sənət­kar qələmə almaq istə­di­yi mövzu üzərində öz məqsədinə, ictimai-estetik mə­­­­ra­­mı­na uyğun təsnifat aparır, onu qruplaşdırır, sis­temə salır, əsas aparıcı xəttinə köməkçi motivləri mü­əy­yən­ləşdirir, ona lazım olan vacib xüsusiyyətləri se­çib ön plana çəkir. Yazıçı yaradıcılıq prosesində ta­rixi, müasir, simvolik və ya fantastik mövzulara mü­ra­ciət edə bilər. Ancaq bütün məqamlarda o dövrünün icti­mai-estetik tələblərindən çıxış etməli, qələmə aldı­ğı mövzuya müasir məzmun verməyi bacar­ma­lıdır. Daha doğrusu, «yazıçı ötəri, keçici hadisə və key­fiy­yət­ləri deyil, cəmiyyət həyatında mühüm əhə­miy­­yəti olan mə­sə­lələri ümumi­ləşdir­məlidir» (19, s. 190-191).

«Xortdanın cəhənnəm məktubları»nda Haqver­di­yev bir çox mövzulara toxun­du­ğuna görə süjet və kompozisiya baxımından çoxşaxəli və orijinaldır. Po­vestdə bu dünyada yaşayan mənfi tiplərlə o biri dün­yada yaşa­yan mənfi tiplər ara­sın­da o qədər də bö­yük fərq göstərilmir. Sadəcə o biri dünya, yəni cəhən­nəm re­al dün­ya­dakı mənfi tip insanların sonuncu aqi­bət məkanıdır. Xortdan Tiflisdən Şuşaya gəlincə ye­tim­­lərin malını yeyən Musa bəy kimi bəylərə, Mirzə Sət­tar kimi gedib «dərs gətirən» müəllimlərə, hiyleyi-şə­riyyə ilə məşğul olan axundlara, Mə­şə­di Sey­ful­­la kimi fırıldaq yolu ilə xalqı soyanlara, təziyadarlara rast gə­lir. Ancaq onlar törətdikləri əməllərə gö­rə o biri dün­ya­da heç də peşman deyil, əksinə, ye­­ri gələndə özlə­rinə haqq qazan­dır­ma­ğa da çalışır­lar.

Haqverdiyev hekayələrində həqiqətin aşkarlan­ma­sı­na xidmət edən, həyati ha­di­sə­lə­ri cəsa­rət­lə qələmə alan, özünün və xalqının nöqsanlarına ayıq baxan, tən­qid­dən qorx­mayan yazıçılardan biridir. Çünki yazı­çı­nın da əsas ədəbi üslubu tənqidi realizm­dir.

XIX əsrin sonu XX əsrin əvvəllərində maarifçi ziyalı yazıçıların əsərlərində səya­hət­namə motivi apa­rıcı idi. «Səyahətnamə – epik janrda yaradılıb müəy­yən səya­həti əks etdirən bədii əsər: elmi-kütləvi, elmi-fantastik, macəralı, sənədli növləri var. Səya­hət­na­mə­də müəllif öz müşahidə, fikir, hiss və həyə­can­larını gəz­­diyi bir və ya bir neçə ölkənin (şəhərin) hə­yatı, şa­hi­di olduğu hadisələr, gördüyü adamlar, təbiət mən­zərəsi və s. fonunda ifadə edir» (65, s. 192). Mara­ğa­lı Zey­na­labdinin farsca yaz­dığı «İbra­him bə­yin səya­hət­naməsi» romanı, XIX əsrin sonu XX əsrin əvvəl­lə­rin­də yaşamış krım-tatar ədəbiyyatının gör­kəm­li ma­­arif­çi­si, türk mil­lə­tinin müəllimi İsmayıl Qas­pi­ralının (Yu­sif Ak­çu­ra) «Firəngistan məktub­ları», «Dar­­rürahat mü­səl­man­ları», «Sudan mək­tub­ları», «Qa­dınlar ölkə­si» və s. sə­ya­­hət­na­­mə mövzu­sun­da ya­zılmış əsər­lərə mi­sal ola bilər. Ə. Haq­ver­di­ye­vin ya­ra­dıcılığı da bu tə­­­sirdən kə­narda qalmadı. Belə ki, «Xort­danın cə­­hən­nəm mək­tub­la­rı»nda Xort­da­nın ölüb, o biri dün­yaya – cə­hən­nə­mə düş­­məsi sə­ya­­hət­namə mo­tiv­lə­rin­dən qay­naq­­lan­dığına əyani sü­but­dur.

«Xortdanın cəhənnəm məktubları» povestinin möv­­­zusu yazıçının özü­nün dediyi ki­mi, «mənfi tiplər cəmiyyəti» ilə əlaqədardır. Po­ves­t­də həm bu dün­ya­nın, həm də cəhənnəmin təsvirində üç əsas mövzu diqqəti cəlb edir. Bunlardan birincisi, fırıldaqçı din xadim­lə­rinin ifşasıdır. Bu mövzu müqəddimə his­sə­sindən baş­layaraq bütün əsər boyu davam edir. Lakin ardıcıl bir xətlə inkişaf etdi­ril­mir, əsər­də­ki baş­qa möv­­zularla növ­bə­lənir və ya müxtəlif problem, mət­ləblərlə əlaqə­lən­­dirilir.

İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası məsələsidir. Ədib burjua-mül­kə­­dar cəmiyyətinin geniş təhlilini və tənqidini vermir. «Bu mövzu ay­rı-ayrı döv­lət nüma­­yəndələrinin satirik portretlərində və söz­gə­lişi toxunu­lan bə­zi siyasi-icti­mai mətləb­­­lərdə, hadi­sə­lərdə bədii həllini tapmışdır. Ədib bu möv­zu­nu, əsa­sən, iki isti­­­qamətdə in­ki­şaf etdirir:

1) Yerli hakim təbəqələrin – xan, bəy və dövlət mə­murlarının satirik portretlərində;

2) Çarizm nümayəndələrinin fəaliyyətində» (69, s. 114).

«Xortdanın cəhənnəm məktubları»ndakı tənqidi mətləblərdən biri də ça­riz­min müs­­­təmləkəçilik siyasə­tinin kəskin ifşasıdır. Əsər boyu müxtəlif icti­mai-si­ya­si məsə­­lə­lərlə əlaqədar olaraq ədib cəmiy­yətdəki əda­lət­sizliyin, rə­zalətin əsas dayağı ki­mi ça­riz­min fit­nə­kar siyasətini, habelə onun Azərbaycan­dakı nüma­yən­dələ­ri­ni kəskin ifşa edir.

Ədib zəmanəsində hələ də mövcud olan nöq­san­larından, xüsusən əhli-iman yiyə­lə­rinin xəyanətin­dən də da­nı­şır. O, bu mövzuya toxunmaqla o za­man­­kı cə­miy­yətdəki cəhalət təzahürlərini kinayəli bir gülüş­lə tənqid et­miş­­dir. Ancaq bu tənqidi gülüşün arxasında mühüm icti­mai problemlər də da­ya­nır.

«Xortdanın cə­­hən­­nəm məktubları» poves­tinin kom­­­­pozisiyası mürəkkəb və oriji­nal­­dır. Po­vest­də­­ki ha­­­disələr məkanına gö­rə iki yerə bölünür. Bu dünya və o dünya-cəhən­nəm. Bu dün­ya Tiflisə qədər cə­rə­yan edən hadisələri təşkil edir. O dünya Tiflisdə olar­kən Xortda­nın dərmanı içib cəhənnəmə düşmə­yin­dən başlayır. Cəhənnəm göstərilən hissə böyük kina­yə­lərlə mənfi tip insanların cəza­la­rı­na çatması səhnə­si­dir. Cəhənnəm po­vestdə əslin­də sadəcə olaraq bir bə­dii priyom­dur. Əsil dini kitablarda göstərilən cə­hən­nəmlə mü­qayisə edildikdə Ə. Haqverdiyevin həmin əsərlərə ya­xından bələd olması aydın­laş­mış olur.

Ə. Haqverdiyev dövrünün sayımlı ziyalısı kimi is­lam dininə yaxından bələd idi. Eyni zamanda ar­xi­vində olan materiallar («Народные зрелище и ре­ли­гиозные мистерии в Азербайджане» adlı məqa­lə­sin­də islam dinin yaranma tarixindən, Mə­həm­məd pey­ğəmbərin dini fəaliyyətindən, bir çox mənbələrdən gətiril­miş­ fakt­lar əsasında geniş bəhs açır. Burada is­lam dini haq­qında bir çox materiallar və Qurandan rus­caya tər­cümələr də vardır.) Ə. Haq­ver­diyevin is­lam dininə tək­cə bir ziyalı kimi maraq göstər­mə­miş­dir. Ey­ni za­man­da əldə etdiyi bilikləri, elmi mate­ri­alı çox böyük us­ta­lıqla tədqiqata cəlb etmişdir.

Ə. Haqverdiyev dini heç bir zaman inkar etmə­miş, islamı dərindən bilən bir zi­yalı kimi həmişə mü­səlmançılıq ənənəsinə sadiq qalmışdır. Çox tə­əs­süflər olsun ki, Sovet dövründə təbliğ olunan «ateist» fi­kir­lər bəzi tənqidçiləri həvəsləndirərək həmin çirkin mövqedən Haqverdiyevin yaradıcılığına da yanaş­ma­ğa sövq etmişdir. Guya Haq­ver­diyev mövhumatı tən­qid edərək «allah yoxdur» deməyə çalışmış, onu dan­mışdır. Ək­sinə, Haqverdiyev bütün hekayələrində, hət­ta dramlarında belə dini heç bir zaman inkar et­mə­mişdir. Baxmayaraq ki, M. Məmmədov öz məqa­lə­lə­rində ya­zır­dı: «O, din mü­bəlliğlərinin «insa­nın başı üs­tündə göyün yeddinci qatında hər şeyi yaradan və idarə edən Allah vardır kimi cəfəng müd­dəalarını bo­şa çıxararaq qeyd edir ki, göydə heç bir ilahi varlıq yox­dur» (56, s. 89). Haqverdiyev yara­dı­cı­lı­ğı­nı də­rin­dən bilən oxucuya, əlbəttə, bu çox gülünc gələ bilər.

«Ə. Haqverdiyev islamın bu saxta ehkamlarını tən­­qid edərək dinə inananları başa sa­lırdı ki, cənnət və cəhənnəm boş əfsanədir, həqiqi və yeganə real aləm yalnız in­sa­nı əhatə edən təbiətdir» (56, s. 89).

Düzdür, yazıçı «Xortdanın cəhənnəm mək­tub­la­rı»nda, «Vaveyla»da hacıları, mərsiyəxanları, din­dən öz mənafe­lə­ri üçün istifadə edib «hiyleyi-şəriyyə» ilə məşğul olan ruhaniləri, Fazili Dərbəndiləri və s. fı­rıl­daqçı din xadimlərini ifşa etmişdir. Bu fikirlə ra­zı­laş­maq olmaz ki, guya «İslam dini insanları ya­ra­dıcı əməkdən, azadlıq və tərəqqi uğrunda müba­ri­zədən ya­yın­dırmağa cəhd edir, onları cənnətə ye­tişmək arzusu ilə yaşayan aciz, cəsarətsiz və səfil bir vəziyyətə salır» (56, s. 89).

Ə. Behbudov öz məqaləsində yazır: «Ə. Haq­ver­diyev dini əfsanələrdə şərh edil­miş hər cür uy­dur­ma­ları rədd edərək öz kitablarında onu rəsmiləşdirib hə­qiqət kimi təq­dim edənləri öz satira və istehzaları ilə camaat qarşısında rüsvay edirdi. O, ma­te­rialist-ate­ist mövqedən çıxış edərək yazırdı....

Onun yaradıcılığında dini mövhumatın əyani su­rətdə ifşa edilməsi xalqı cə­ha­lət­dən ayıldaraq elmə, maarifə, tərəqqiyə doğru meyl etməsinə kömək edirdi. Bu isə öz növbəsində əhalidə ateist baxışların yaran­ma­sının başlanğıcını qoyurdu» (11, s. 85; s. 91).

Əlbəttə, sovet dövrünün materialist fəlsəfəsi bu fi­kir­lərdə açıqcasına duyulurdu.

Haqverdiyev cəhənnəmin şöbələrini «Tənbihül-ğa­filün»dən istifadə etdiyini qeyd edir. «Tənbihül-ğa­fi­lün» (qəflətdə olanları tənbeh etmək, ayıltmaq) ki­tabı Bəhauddin Məhəmməd İbn İbrahim Tirmizi adlı müəllifin 1869-cu ildə (hicri tarixi ilə 1286-cı ildə) çap olunmuş əsəridir. Kitab müqəddimə, doqquz bab və xatimədən ibarətdir. «Tənbihül-ğafilün» kita­bın­da cəhənnəm 7 təbəqədən ibarət olması gös­tə­rilir. Lakin cə­hənnəm burada daha qorxunc təsəvvür olun­muş­dur. «Tənbihül-ğafilün» nəsr hissəsi farsca, nəzm hissəsi ərəbcədən ibarət olan kiçik həcmli bir əsər­dir.

«Deyilənlərə görə, «Tənbihül-ğafilün» kitabının müx­­­təlif variantları olmuşdur. Bəl­­­kə də, Haqverdiyev onların hansı birindənsə, istifadə etmişdir. Bundan əla­və ədi­bin öz sözlərindən məlum olur ki, o, başqa dini kitablara da müraciət etmişdir» (69, s. 106).

Amma cəhənnəm anlayışının kitablarda olan əsl dini mahiyyətini aydın­la­ş­dıraq ki, Haqverdiyevin dinə necə yaxından bələd olduğunu sübuta ye­ti­rək. Dini kitablarda göstərilir ki, Haqq-taala cəhənnəmi öz qə­zəbindən yaratdı. Cəhənnəm yeddi qatdan iba­rət­dir. Yed­dinci qat yerdən aşağı 70 illik yoldur. Əzabları bir-birindən artıqdır. Onun əhli bəd, kar, kor, lal olub dünyada etdikləri əməllərinə müvafiq ilan, ayı, do­nuz, mey­mun və sair sifətlərdə olurlar. Cəhənnəm əhlinin arasında kin, küdurət, qəzəb, ədavət, həsəd, riya son­suzdur. Hər birinin bir cür adı var. Birinci qatın adı iki­dir: Haviyyə və Xütamədir. Üçün­­cü qatın adı Sə­qardır. Bu da zındıqların yeridir. Dördüncü cəhən­nə­min adı Ləzi­adır. Bu cəhənnəm tərki-silahların ye­ridir (Yəni namaz qılmayıb, oruc tut­ma­yanların yeridir). Beşinci qatı Sairdir. Bu da sairlərin və kə­sa­irlərin (yəni xris­ti­an­ların və yəhudilərin) yeridir. Altıncı qat Qəyyadır. Sehrkar və musiqiçiləri, müğən­nilərin yeri­dir. Yeddinci qat Həviyyə (uçurum) adla­nır. Bu cə­hən­­nəmin qatı tövbəsiz ölən insanlar üçün­dür. Qi­yamət günü günahların miqdarını mi­zan-tərə­zidə çə­ki­lir, on­dan sonra əgər savabları günahdan çox­dursa, cənnətə gedirlər. Yeddinci qat bütün qat­lar­dan dəh­şət­li­dir. Əgər cəhənnəm odundan bir qədər bu dünyaya düşsə, yer üzərində 500 fərsənglik yerdə ya­şayan məx­luqat həlak olar. Cə­hən­nəmdə 70 min şə­hər var­dır. Hər şəhərdə 70 min ev var, hər evdə 70 min su­fər vardır. Hər bir su­fər­də 70 min məkan var­dır. Hər bir san­dıqda 70 min əzab vardır. Əzabları bir-bi­rindən dəh­şətlidir.

Haqverdiyev cəhənnəmə düşən qəhrə­ma­nını sati­rik tamaşa ilə qarşılaşdıraraq yazır: «Təəccüb bu­rası idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki, cəhən­nəmdə ha­­mıdan çox yananlar plov yeyənlərdir.

İsti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hə­ra­rətin artıqlığından mənim üçün irəli getmək müm­kün olmayacaqdır...

Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, onun yetmiş min fərsəng boyu idi və yeddi min fər­səng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min bur­nu, yetmiş min gözü və yetmiş min qu­­laqları var idi.

Heyvanın ağzından, qulaqlarından və burun­la­rın­dan alov dirəklənirdi» (31, s. 50-51).

Ərəblərdə 7 rəqəmi intəhasız çoxluq mənasın­da­dır. Şumerlərdə 7 sayı kainatın işa­rəsi, çin miflə­rində 7 oyuq kainatın yaranmasına, hindlilərdə 7 qüt­bə, ket­lərdə gö­yün və yerin 7 qatına, Vavilonda kaina­tın 7 dün­ya sayına, «Tövrat»da 7 sayı yaradı­lı­şa işarə olun­muşdur (2, s. 87).

Ə. Haqverdiyev bu cür günahkar insanları bir yerə yı­ğıb onlar üçün uyğun za­man və məkan seçmişdir. Haq­verdiyev sanki bu üsulla cinayətkarlara cəza ve­rən hakim­lə­ri xatırladır. An­caq o, məkan kimi məh­kə­mə zalı deyil cəhənnəmi seçir, cəza kimi də hər gü­nah­­­­­ka­rın öz günahlarının cəzasına görə təbəqələri se­çib.

Qurani-Kərimdə cəhənnəm barədə ayələrdə və su­rə­lərdə yazılır: «Həqiqətən, Cə­hən­nəm pusqudur. O, azğınların məskənidir» (ən-Nəbə surəsi, 21-22-ci ayə­lər); «Şüb­­­­hə­siz ki, Allah kafirləri lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qa­lacaqlar, nə bir hami, nə də bir mədədkar tapa bi­lə­cək­lər» (əl-Əhzab surəsi, 64-65-ci ayələr); «Kafir olan­­ları cəhənnəm odu gözləyir. (Orada) nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəza­lan­dırırıq» (Fa­tiri surəsi, 36-cı ayə); «Pis işlər görən­lərə isə pis­liyin cəzası onun misli qədər verilər. Onları zil­lət bü­rüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yox­dur. Onların üzləri sanki zülmət gecənin par­ça­la­rına bürün­müşdür. Onlar od sakinləridir və orada əbə­di qa­lacaqdır» (Yunus surəsi, 27-ci ayə); «Onlar ora­­da nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar. Qay­nar sudan və irindən başqa» (ən-Nəbə surəsi, 24-25-ci ayə­lər); «Hələ qarşıda Cəhənnəm vardır. İrin­li-qanlı su­dan içirdiləcəkdir. O, irinli-qanlı suyu qurtum-qur­tum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz» (İbrahim surəsi, 16-17-ci ayələr); «Cə­hənnəm alovlandırılacağı zaman; Və Cən­nət (mö­min­lərə) yaxınlaşdırılacağı za­man; Hər kəs (dünyada bu­günkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini bi­ləcəkdir!» (ət-Təkvir surəsi, 12-14-cü ayə­lər).

XIII əsr İtalya intibah ədəbiyyatının görkəmli nü­mayəndəsi olan Aligyeri Dantenin «İlahi kome­diya»sı Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm mək­tub­la­rı» ilə müqayisə olunsa, bir çox oxşar məqam­ların şahidi olarıq. Dante də Haqver­diyev kimi cəmiy­yətdə nifrət etdiyi tipləri cəhənnəmə toplayaraq kəs­kin şəkildə ifşa et­miş­dir. Çünki Dantenin yaratdığı cəhənnəmdə də bol­luca fırıldaqçı din xadimləri, sə­ləm­­çilər, əxlaq­sız­lar var idi. «İlahi komediya» orta əsr­lər ədəbiyyatı üçün səciyyəvi olan, o biri dünyaya yuxuda səyahət for­­­masında yazılmışdır. Ancaq Dante «İlahi kome­di­ya»sını xristian dini və mifoloji əfsa­nələrinə əsasən yaratmışdır. Xristian dinin əfsa­nə­sinə görə Cəhənnəm 3 ilahi qüvvə tərəfindən ata (Allah-ali qüvvə), oğul (əql-küll), müqəddəs ruh (ilk məhəbbət) tərəfindən ya­radılmışdır. Dante bu əsərdə xristian dinin katolik tə­liminə daha çox riayət etmişdi. Burada cəhənnəm 9 dairədən ibarət olan yer kürəsinin səthindən mər­kə­zinə tərəf çevrilmiş, get­dikcə dairələri kiçilən qıf şək­lindədir, cəhənnəmin hər bir dairəsində isə müəyyən qəbildən olan günahlarının dərəcəsindən asılı olaraq günahkarlar – təqsiri olanlar saxlanılır.

Fil.e.d., prof. Yaşar Qarayev bu haqda yazırdı: ««Xort­danın cəhənnəm mək­tub­la­rı»nın niyyəti za­hi­rən «İlahi komediya»nı (Dante) xatırlatsa da, bədii sü­je­tin ma­hiy­yə­­ti etibarilə o, «Qulliverin səyahətləri» ilə, həmçinin fantastik fabulası, kəskin satirik mü­ba­liğəsi ilə seçilən maarifçi-realist povest­lərlə bir ti­po­­logiyaya daxil olur» (41, s. 277).

Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktub­ları» povestini məşhur türk satiriki Əziz Nesi­nin «Tax­­talıköydən məktublar» əsəri ilə müqayisə et­sək, bir çox ox­şar süjetlərə rast gəlmiş olarıq. «Tax­talı­köydən mək­tublar» məzmunca məmlə­kətdəki bir sıra ictimai və siyasi məsələlərdən bəhs edən, formaca Öl­müş Eşşəyin dili ilə Eş­şək­arısına yazdığı 19 mək­tubdan ibarətdir. Hər bir məktub müəyyən bir ictimai mövzudan bəhs edir. Bu, səhiyyə xid­mətində olan öz­ba­şınalıqdan tut­muş sosial bəra­bər­sizliyə kimi da­vam edir. Əgər «Xortdanın cəhənnəm məktub­la­rı»nda Xort­­dan müəy­yən iksir vasitəsi ilə cəhənnəmə xəbər gətir­mək­dən öt­rü ge­dir­disə, «Taxtalı­köy­dən mək­tub­lar»da isə Öl­müş Eşşək özünü yox­sul­luqdan canını qurta­ra­raq xən­dəyə atır, bütün ictimai problemləri di­nib-danışmadan gö­rür­dü. O, ölümü bu dünyadan xilas olmaq üçün bir «qur­tuluş» hesab edirdi. Ancaq ci­bin­də bir qəpik pulu olmayan Ölmüş Eşşəyin ölü ol­ma­ması sübuta yetirilə bilmir. Çünki səhiyyə hə­kim­­lə­ri­nin tibbi savadsızlığı, öz mənafeyini güdmək hərisliyi o dərəcəyə gəlib çatıb ki, hə­ki­mə sağlam müraciət edən vətəndaş, mütləq, istəməsə də, ölümə gön­də­ri­lirdi. Ölmüş Eşşək qəbi­ris­tanlıqda belə rahat­lıq ta­pa bilmir. Çünki 4 adamla bir­gə üst-üstə dəfn olunmaq, olduqca, dözülməzdir. Bu­nun­la Əziz Nesin qəbi­ristan­lıq­lar­da baş verən hərc-mərcliyik məsələlə­rinə də to­xun­muşdur. Ölmüş Eşşə­yin Xortdandan fərq­li ola­raq heç bir bə­lədçisi, yol gös­tərəni olmur. O, ətra­fındakı əsl diri olan bütün in­san­ları görür. An­caq sə­sini çı­xarda bilmir. Çünki dirilər ölülərin səsini eşidə bilmir­lər. Ə. Haq­ver­diyev Xortda­nı cəhənnəmə baş­burt­suz daxil etdirir, Ə. Nesin isə Öl­müş Eş­şəyin zə­manət ka­ğızı olmadığı və hava­dan-su­dan yazmaq is­təyi olduğu üçün 19 il üç yüz altmış iki gün yarım cəza çəkmək­dən ötrü cə­hənnəmə gön­dərir. 18-ci mək­tu­bun so­nunda Ölmüş Eş­şək hava­dan-sudan yaz­mağın cəzasını aydınlaşdırır: «Bizim mə­­­həllənin zi­billərini apardı­lar­mı? Yenə sular kəsilir? Elek­trikiniz də əv­vəlki kimi ən azı həftədə üç, dörd dəfə olmur, elə­mi? Küçələrdə kanalizasiya suyu axıb çamır, göl­mə­çələr ya­­ratdığı hal­da səhiyyə idarələri yenə «xəs­təliklərin qar­şısı alın­dı» deyə ya­zırmı? Yenə əvvəlki kimi Baş na­zir xalqı aldadaraq «filan şeyin qiyməti ba­ha­­lan­ma­ya­caq» deyə vəd verib, sonra da varlılara işarə edib hə­min ucuz şeyləri aldırdıqdan so­n­ra birdən-birə qiy­mətli birə-on artırıb varlılara milyonlar qazan­dı­rır­mı?» (74, s. 232). Öl­müş Eşşək real hə­yat­da çəkdiyi əzabları o qədər öyrəşmişdi ki, cəhən­nəm­dəki əzab­lar onun üçün o qə­dər də çə­tin gəlmirdi. Ona verilən əzab­ları «of» demədən çək­di­yi üçün Öl­müş Eşşəyi cənnətə gön­də­rirlər. Çünki cəhən­nəmin əzabına vərdiş et­miş Öl­müş Eş­şək cənnətin rahatlığına tab gətirə bilməzdi. Bunun­la da, Ə. Nesin zəmanəsinin acımasız qanun­la­rı­nı ifşa­edi­ci satirik gü­lüşlə tənqid etmişdi.

İsa Muğanna «Cəhənnəm» ro­manında 1937-ci il­dən 2003-cü ilə qədərki olan Azər­baycanın tarixinə to­xun­muş­dur. Eləcə də, burada bütün bəşəriyyəti dü­şün­dürən, qlobal problemlər də öz əksini tapır. «Xort­danın cə­hən­­nəm mək­tub­la­rı»nda olduğu kimi burada da cə­hənnəm dəhşətli və qorxunc bir mə­kandır. Cə­hən­nəmə daxil olan Bünyad bəy Xort­dandan fərqli olaraq in­san­dır. Hansı ki, sağ­lı­ğında çirkin əməllərin hamı­sı­nın güna­hını qazanmışdır. Həm çe­kist, həm də Zver­sov­­xoz­da (Qarayazı me­şə­sin­də qun­duz (suiti) sov­xo­zun­da) işlə­yən­də Bünyad bəy öz çirkin əməllə­rinə alət etdiyi qız­larla (bakirələrlə) cəhənnəm­də rast­laşır. Bu roman­da Bünyad bəyin saf­laş­ması uğrunda mü­­ba­rizə gedir. Əv­vəl Bünyad bəy Ağ planetin içində Odda-hə­qi­qətdə yanır, təmiz­lə­nir, bundan sonra «Ağ-Ərə» gön­dərilir, Mazan­daran me­şə­sinə, İrə­mə, Yerə aparılır. O, bir çox in­sanların ölü­münə bais olmuş­dur. Ma­zan­da­ran­da Bün­­yad bəyi Qum­ral – Furak, İrəmdə, vaxtilə, onun hə­yat yoldaşı ol­­muş Sərvinaz, Yer­də Sə­məd bəy qarşı­la­yır.

İsa Muğanna «cəhənnəm» sözünün mənasını ve­rən zaman yazır: ««Cəhən» də, «Cənn» də təhrif söz­lərdir, ey hökmdarımız, hər ikisinin əsli Od Ündü» (67, s. 480)

Haqverdiyev yeri gəldikcə öz gəlirləri üçün din xadimlərinin istifadə etdiyi mü­qəd­dəs pirləri, ocaqları da ifşa edir. Ancaq haqq dünyasında bu­ fırıldaqçıların bu­nu elə­­məyə imkan olmur. «Ağdam bazarında Məşə­di Seyfulla camaatı başına yığaraq and-aman eləyir ki, Məşhədə gedən zaman yolda daşlar da onunla birgə gedirmiş. Yol boyu özünün necə mübarək bir adam olduğunu isbat etməyə çalışır. Sonra əsas məsə­ləyə ke­çir – camaat, bu saat mənim evimdə bir seyid qızı əy­­­ləşib. And olsun ge­dib üzünü sürtdüyüm qəriblər şa­­hına, bu saat onun əynində libası yoxdur. Mən öz tərə­fimdən on manat ve­ri­rəm. Sizin də kərəminizdən nə izlər, müzayiqə etməyin.

Məşədinin söhbətindən ürəyi yumşalmış camaat başladı pul toplamağa. Ağır miqdarda bir məbləğ cəm olub məşədiyə vüsul oldu.

Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən, bir seyid qızı haman günü məşə­di­nin evinə libassız əy­lə­şibmiş, o da məşədinin öz arvadı imiş» (31, s. 39).

Haqverdiyev Xortdanı cəhənnəmin qapısından ke­çir­­dəndən sonra ona cəhənnə­min ta­maşasının «gö­zəl­liyi»ndən danışır. Əlbəttə, burada da böyük kinayə var. O, özü də yaz­dıqları ilə kimsəni inan­dır­ma­ya­ca­ğını bilir. Buna görə də Qurana and içmir. Çünki Qu­rana öz vədinə əməl edən əsil müsəlman and içə bilər. O, yalan olan varlıqlara, in­san­lar tərəfin­dən uy­du­ru­lan, qazanc mənbələrinə and içir. Bu andlar ədi­bin «Se­­yid­lər oca­ğı» hekayəsindəki Seyid Əhmə­din and­larını xatırladır: «Mə­nim andla­rım möhkəm and­lar­dır.

And olsun Cəfərqulu xanın övladının ağızlarının tüpürcəyinə, and olsun Topal Se­yi­din barmağının qa­nına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cın­dırlı pirə, Cicim ocağına, öskürək pirinə, and olsun Xorasan mütəvəlli başçısının an­ba­­rı­n­dan çı­xan şərab küplərinə, imam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qo­şunəli Təbrizinin çarıq­la­rına, dərviş Qırışmaqulunun dişsiz əfilərinə, yazdı­ğım sözlər­də bir hərf qələt yoxdur; hamısı haqq söz­lə­ridir» (31, s. 53).

Ədib andları sadaladıqdan sonra and içdiyi yerlər haqqında müəyyən şərh verir. Bu şərhlər içərisində «Topal Seyid» daha maraqlıdır. Bəlaya giriftar olmuş şəxs Topal Seyidin qanından çörəyə batırıb yesə idi, xəstəliyi sağalardı. Sual meydana gəlir ki, əgər bu To­pal Seyid dərdlərə şəfa verən­dirsə, niyə bəs özünə bir əlac etmir? Bu suala ca­vab daha sonra aydınlaşır. Bir gün Paster xəstə­xana­sı­na getməyi özünə artıq xərc bi­lən xəstə sağalmaq üçün To­pal Seyidin yanına gedir. Ancaq o, altı həftədən son­ra vəfat edir. Am­ma yenə də cəhalət, avamlıq insanların gözünə elə qalın pərdə çəkmişdi ki, Topal Seyi­də qarşı olan inam azalmır. İnsanlar həmin xəstəni guya seyidin yanına etiqadla get­mə­miş­dir deyə dünyadan getdiyini zənn edirlər.

Ədibin bu andlarında gülüşündəki ittiham into­na­siyası da xeyli kəskinləşir, sar­kas­tik notlarla zən­gin­ləşir. Əslində onun and içdiyi, daha sonra haqqında mə­lumat verdiyi bu pirlər onun kəskin tənqid etdiyi yerlərdir.

Ə. Haqverdiyev mahir ifşa ustasıdır. Özü də çox rəngarəng və orijinal ifşa pri­yom­­larına və üsullarına malikdir. Ümumi halda isə onun ifşası tənqid obyek­tinin dərin və dəqiq təhlilinə əsaslanır: komik hədəfin səciyyəvi naqislikləri, eybəcərlikləri faş olunur, ifşaçı gülüşü bu eybəcərliklərin mahiyyətindən yaranır, it­ti­ham pafosuna çev­rilir.

Ə. Haqverdiyev qıl körpüsündən keçə bilməyən cə­hənnəmdəki mərsiyəxanlara da toxunur. Ancaq ədib tək Fazili-Dərbəndidən danışmağı kifayət bilir. Həqi­qətən də, həyatda həm Azərbaycanda, həm də İranda Fazili Dərbəndi adlı məşhur röv­zə­xanların hamısının mürşüdi olan şəxs olmuşdur. Əsərdə göstərilir ki, Fa­zili-Dərbəndi Təbrizdə mər­siyə oxumuş, lakin hamı ona böyük hörmətlə yanaşmışdır, onu müqəddəs adam kimi qəbul etmişlər. Lakin yazıçı Fazili-Dərbəndini cə­hənnəmdə göstərərək yada salır ki, o, sağ olanda, avam camaatı elə ovsunlamışdı ki, hamı müticəsinə ona ita­­ət göstərirdi. Əsərdə göstərilir ki, hər gün ona qo­­naqlıq verilər, siğələr gətirilərdi. Bir gün Fazili-Dər­bəndi Teh­­randa şahın haram yeyib-içdiyini dedi­yinə görə Şah tərəfindən göndərilən qəh­vənin vasitəsi ilə zəhər­lət­dirilir. Əsərdə göstərilir ki, hamının mü­qəd­dəs bildi­yi Fazili-Dərbəndi qıl körpüsündən gü­nah­la­rı çox ol­du­ğuna görə keçə bilməyib cə­hən­nə­mə dü­şüb.

Əlbəttə ki, xalqı soyan tək mərsiyəxanlar deyil, eləcə də, ölkə-ölkə gəzib dolaşan dərvişlər də var idi. Bu cür dərvişlərdən biri Hacı Mehdi oğlu Əsgərinin var-yoxunu əlindən alır: «Dərviş elmi-kimyadan mə­ha­rət yetirdiyinə buna inandırıb və hər mədəni döndə­rib qızıl eləmək sirrini bildiyini söyləmişdi. Bu bəd­bəxt oğlu aldanıb dərvişi gətirib sal­­dı evinə. Əlində olan mayanın hamısını kürədə yandırandan sonra, bir səhər durub dərvişi qaçmış gördü» (31, s. 41).

Biz bu cümlələri oxuyanda yadımıza M.F. Axun­do­vun «Molla İbrahimxəlil kim­yagər» kome­di­yası dü­şür.

Bundan başqa cəhənnəmdə Xortdanın xəsislərin mə­kanında qarşılaşdığı hacı­lardan da danışılır. Bu ha­cı­lardan biri Haqverdiyevin digər hekayəsi olan «Diş ağrı­sı»ndakı Hacı Rüstəmi xatırladır. Orada – di­şinin birini on yeddi qəpiyə çəkdirən Ha­cı Rüstəm öm­rünün axırına kimi gözünü müalicə etməyib yüz manat hə­kimə verməyə rəva bil­mə­yən, ölənə qədər tək gözlə yaşayan Hacıya necə də oxşayır.

«Odabaşının hekayəsi»ndə bir-birini dərin məhəb­bətlə sevən Fərmanla Gövhərta­cın qovuşmasına mane olan, mənəviyyatdan məhrum olan, ancaq maddiyat sevgisi ilə ya­şayan Hacı Kam­yab, Hacı Mirzə Əhməd ağa kimi tiplər də ədibin kəskin ifşa ob­yek­tidir.

Əvvəldə qeyd etdiyimiz kimi Haqverdiyev yerli dövlət məmurlarının ifşasına da geniş yer vermişdir.

«Xortdanın cəhənnəm məktubları»nda yerli bəy­lər dörd təbəqəyə bölünür:

«Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Na­dir şah dövründən bəydirlər.

Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təl­xək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri və i.a.

Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bun­la­rın ciblərində ildə üç ay pul olar, doqquz ay müflis­dir­lər...

Çetverti sort bəylər var. Bunlara «cır bəylər» de­yir­­lər ki, var-yoxlarını qumara, Tif­lis və Bakı kefinə ve­­rib, indi dövlətli bəylərin qapılarında sülənirlər» (31, s. 66-67).

Əsərdə göstərilir ki, yerli bəylər bir gün naçalnik Vinokurovun zülmünə dözə bilməyib ərizə yazırlar. Bəylərdən biri həmişə Vinokurovdan xeyir gördüyünə görə həmin ərizələri aparıb Vinokurovun özünə verir. Bu bəylərin hamısı cəhənnəmin sakin­lə­ri kimi gös­tə­rilir. Şübhəsiz ki, eyni zamanda, müəyyən nöq­san­ların, günahların sahibidirlər. Onların əsl nəcabəti bə­yin dilindən deyilir: « – Bircə siz bu tülkülərə ba­xın. Də­rə­nin it-qurdu özlərini adam cərgəsinə qoyub, yı­ğılıb bir yerə məsləhət edirlər. Oraya yı­ğı­lanlar kim­dir­lər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? İndi gəlib adını bəy qoyub yuxarı başa keçir. Sən bir o burnu cırığa bax! Ona deyən gərək filan-filanşüdə, sən haçandan bəy olub ortalığa çıxıbsan? Sənin də­dən-babanı heç bir ta­nıyan varmı? İndi rusca üç-dörd söz öyrənibsən, gə­lib özünü bəylər cümləsinə qatır­san? Ərizə filan ya­zır­san? Sənin atan aclıq ili mənim atamdan bir çuval buğda aparıb hələ də borclu de­yilmi? Sən adını nə qoyub ortalığa düşübsən?... O ço­pur sifəti toyuq dim­dik­ləmiş qarpız qabı­ğına ox­şa­ya!... Papağı da təşəx­xüslə qoyub gözlərinin üstü­nə de­­yir: ««Al­çaq dağları mən ya­rat­mışam». O, kimin oğ­ludur? Onun əmisini mənim atam neçə il dustaq­xanada yatır­dı, o da özünü adam hesab eyləyib orta­lı­ğa atılır? Buyursun, bar­ma­ğı­nı yumsun görüm, han­sı pristav onun evində bir parça çörək yeyibdir? Bu mahala neçə naçalnik gəlib-ge­dib­dir, han­sı onu bə­yə­nib ona əl veribdir? Əsil və nəca­bə­tin­dən xə­bəri olsa, heç xəca­lə­tindən evdən çölə çıx­maz. Onun anası Qa­çaq Qurbanəlinin bacısı deyil­dimi?» (31, s. 68).

Ədib bəyin nitqində bəylərin əsil nəcabətini, açıb göstərməklə yana­şı, həm də kəs­kin tənqid etmişdi. İndi onlar cəhənnəmdə bu günə düşdüklərinə görə İb­lisi mə­­zəm­­­mət­ləyirlər. Ancaq bəyləri ifşa edən bəyin özü də heç öz əməllərinə görə di­gər bəy­­­lərdən geri qalmır. Bütün bəylərin ərizə əhvalatını öyrənəndən sonra özü­nün yeri­ni Vi­no­­kurovun yanında yaxşı elə­mək­dən ötrü tez gedib ona xəbər verir. Bəyin yal­taq­lı­ğı, iki­üz­lülüyü açıq şəkildə nəzərə çatdırılır.

«Xortdanın cəhənnəm məktubları»ndakı tənqidi mətləblərdən biri də çarizmin müs­­təmləkəçilik siyasə­tinin kəskin ifşasıdır. Əsər boyu müxtəlif siyasi-icti­mai məsə­lə­lərlə əlaqə­dar ədib cəmiyyətdəki əda­lət­sizliyin, rəzalətlərin əsas dayağı kimi çariz­minin fit­nəkar siya­sətini, habelə Azərbaycandakı nüma­yən­də­lərini kəs­kin ifşa edir. Bu cəhətdən çarizmin fit­nə­kar siyasə­tinin ağır nəticələrindən birini biz naçalnik Vi­no­kurovun baş­çı­lıq etdiyi mahalın bəy­lə­ri­nin şikayət ərizəsində görürük. Digəri isə tarixi mövzuya mü­ra­ciət olunaraq yazılmışdır «Əsgərana çatanda deyilir:

– «Çox gözəl eşitmişəm və oxumuşam... Bu mən­hus hasarın 1905-ci sənəddə oy­na­­­dı­ğı rol cəmi dün­yaya məlumdur. Bu, iki qonşu və qardaş milləti bölən bir səddir. Nə qədər bu hasar durub, buna baxan türk­lərin və ermənilərin yaraları təzələnəcək. İx­ti­yar mə­nim əlimdə olsaydı, bu hasarı, qədim hasardan olma­sı­na baxmayaraq, kö­kün­dən qa­zar­dım. Bəlkə bayquş kimi göz qabağında durub, keçmiş qanlı günləri ba­xan­ların ya­dına gətirməyə» (31, s. 38).

Başqa bir səhnədə göstərilir ki, çar nüma­yəndə­lə­ri, kazakları, soldatları, yaranal­ları cəhən­nəmə girəndə cə­­­hən­nəmdəkilər etiraz edirlər. Gələnlər içərisində hət­­­ta im­pe­rator ikinci Nikolay göstərilir. Ancaq etiraz edən­lər içərisində axundlar, keşişlər on­la­rın gəlməsinə böyük ehtiramla yanaşırlar.

Ədib real dünyada olan əyriliklərdən, əhli-iman yi­yə­lərinin xəyanətindən də da­nı­şır. O, bu mövzuya to­xunmaqla dövrünün əyalətlərində baş verənləri ki­na­­yəli bir gü­lüş­­­lə tənqid etmək istəmişdi. Ancaq bu tən­qi­di gülüşün arxasında mühüm ictimai prob­­lemlər da­ya­nır.

Haqverdiyev Bərdə bazarında baş verən oğur­luğun həddindən danışanda yazır. «Mə­ni ikimərtəbəli evin qabağına gətirdi. O yan-bu yana baxıb çıx­ma­ğa yol tap­ma­dım. Bir də gördüm, bir cındırlı kişi bir uzun nərdivanı sürütdüyərək gətirdi, dayadı di­vara dedi:

– Nömrə lazımsa, buyurun, çıxın yuxarı.

Soruşdum ki:

– Məgər bu nömrələrin yolu yoxdur?

Dedi:

– Burada oğru-əyri çox olduğundan, müştəriləri nərdivanla çıxardıb, sonra nər­di­vanı götürürük.



Yadıma Tiflis düşdü» (31, s. 33).

Bu zaman ədib Tiflisdə yaxın bir dostunun mül­kədar Mərdidqulu xanın meh­­man­­xanada qalan zaman var-yoxunu oğurlanmasından danışır. Hadisələrin bu məqamı Haqverdiyevin «Keçmiş günlər» hekayə­sinin süjetini xatırladır.

Ədib Bərdənin kinayəli təsvirindən sonra Ağda­mın təsvirinə keçir. «Ağdam baza­rın­da da nə qədər istə­sə­niz, imanlı, hacı, kərbəlayı və məşədi ta­pılar. Bun­lar da doğru­luq­da, insafda Bərdə hacı­la­rından, kər­bə­layı­larından, məşədilərindən qalmazlar. Ha­mı­sı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxs­lərdir» (31, s. 34).

Bunları qeyd etdikdən sonra Haqverdiyev Hacı Mehdiqulunun hiyleyi-şəriyyə­sin­dən, imam ehsanının Məşədi Səfərin evini var-yoxdan çıxarmasından da­nışır. Oxucu buradakı kərbəlayilər, hacılar, məşədi­lər­lə rastlaşanda «Marallarım»dakı mənfi su­rət­lər sil­si­lə­si­ni xatırlayır.

Məlum olduğu kimi, kompozisiya daha çox bədii əsərdə təsvir olunan hadisələrin dinamikasını, dü­zü­münü, inkişaf mərhələlərinin, məntiqi ardıcıllığını tə­min edən, əsərin sərlövhəsindən başlamış, son cüm­ləsinə qədər sxemini dəqiq ölçü daxilində müəy­yən­ləş­­dirən, onun məzmun və mənasının ifadəsini tə­min edən vacib forma əlamə­tidir. Kompozisiya yu­nan di­lin­­dəki «kompositio» sözündən götürülmüş, «tər­tib et­mək» deməkdir. Hər bir sənətkar bəhs etdiyi ha­di­sə­lə­ri maraqlı, məntiqi qurmağı ba­car­malıdır. Kom­po­zi­si­ya de­dikdə, əsər­də­ki hadisələrin bədii tərtibi başa dü­şü­lür. Bədii kompozisiyanın tərkibində kon­fliktin bö­yük rolu vardır. Bədii konflikt nə qədər ma­raqlı və gər­gin qu­rularsa, əsər bir o qədər uğurlu çı­xar. Yazıçı bə­­­dii əsə­rin məzmu­nu, ideyasını, ictimai təsirini güc­lən­­­dir­mək, oxucu marağını və emo­si­onal­lı­ğını artır­maq üçün kom­po­­zisi­ya­nı müx­tə­lif formalarda qura bi­lər.

«Xortdanın cəhənnəm məktubları» povestində kom­­­pozisiya həm mürəkkəb və zid­diy­yətli, həm də ori­­jinaldır. Povestin kompozisiyası iki yerə bölünür: bu dünya və o dün­ya. Bu dün­ya Tiflisə qədər olan mər­­hələdir. O dünya Tiflisdə olarkən Xortdanın dər­ma­­nı içib cəhənnəmə düşmə­yin­dən başlayır. Burada müəllifin öz dilindən deyilən sözlər əsər haqqında ümumi məlumat verir. Cəhənnəm sözünü «mənfi tip­lər cəmiy­yə­ti» mənasında verdiyini qeyd edir. Daha sonra müqəddimədə verilmişdir ki, burada da Xort­da­nın cə­hənnəmə getmək fikri, onun Şuşaya-Təbrizli Mir­zə Qoşunəlinin yanına gəlməsi, ondan dərmanı alıb Tif­lisdə içməsi verilmişdir. Cəhənnəm göstərilən hissə bö­yük kinayələrlə mənfi insanların cəza­la­rı­na çat­ması səhnə­si­dir. Müəllifin 1930-cu ildə povestə əla­və etdiyi «Odabaşının hekayəsi» hissəsi mövzuca, ideyaca özün­­­­dən əvvəlki tənqidi mətləbləri uğurla ta­mamlayır. Po­vestin kompozisiyasını ona görə mü­rək­­kəb adlan­dırırıq ki, burada çoxlu hadisələr və surətlər var. Ağ­damda məşədi­lə­rin, hacı­la­rın xarak­te­ri haq­qın­da he­ka­yə­lər, cəhənnəmdə ədibin verdiyi and­lar­la əla­qə­dar əh­va­lat­lar və s. əsas süjeti tamam­layır. Bu da sü­jetin di­na­mikasını da­ha qüv­vət­­lən­dir­miş, bədii for­ma­nı daha ori­jinal etmişdir.

«Xortdanın cəhənnəm məktubları» əsəri zəngin­li­yi və mürəkkəbliyi etibarilə Haq­ver­­diyev nəs­rin­də müs­təs­na yer tutur. Ədibin əsas müxtəlif tənqidi mət­ləb­lər haq­qın­­dakı söhbətlər əsas süjet xəttini daha da zən­ginləşdirir. Onun əsas tənqid hədəf­lə­rin­dən olan vətən xainləri cəhənnəmin Veyl quyusunda göstərilir. Fı­rıl­daq­çı din xa­dim­ləri isə camaata təlqin etmək istə­dikləri qıl körpüsündən yıxılmış vəziyyətdə gös­tərilir. Onlar bütün bunların səbəblərini isə İblisdə görürlər. Ədib həmin insanların bəd əməl­lə­rini öz dilləri ilə etiraf etdirir. Ancaq İblis onları bu cür cavab­lan­dırır:

« – İndi hər bir dünyada törənən bəd əməli mən bəd­bəxtdən görürsünüz. Doğru­dur, məndən yaxşı əməl baş verməz, amma yenə sizi inandırıram ki, dün­yada baş ve­rən bəd əməllərin çoxundan nə mənim xə­bə­rim var, nə də mənim övladımın. Gedin öz içi­nizdə axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinə su tökməyə yarama­ram» (31, s. 70).

Haqverdiyev cəhənnəmlinin içdiyi sudan danışan zaman yazır: «Bu binəva su is­tə­yən tək bir məlaikə əlində bir qab ərimiş qurğuşun gətirib ona içirtdi. O saat qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su axmağa başladı (31, s. 62). İslamın müq­əd­dəs kita­bın­da cəhənnəm suyu haqqında danışılan zaman de­yilir: «Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey ta­pa­caqlar. Qaynar sudan və irindən başqa» (Ən-Nə­bə surəsi, 24-25-ci ayələr); «Hələ qarşıda Cə­hən­nəm var­dır. İrinli-qanlı sudan içirdiləcəkdir. O, irinli-qanlı su­yu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tə­rəf­dən ölüm gələr lakin ölməz» (İbrahim surəsi, 16-17-ci ayələr); «Onlar imdad istədikdə on­lara qət­ran (yaxud yaradan axan irin qan) kimi üz­lə­rini bür­yan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cə­hən­nəm) necə də pis məskəndir!» (Əl-Kəhf su­rəsi, 29-cu ayə); O su ilə qarınlarında olanlar (bağır­saqları, ci­yər­ləri) və də­riləri əridiləcəkdir. Hələ onlar üçün (baş­la­rına vurulacaq) dəmir toppuzlar da var­dır» (Əl-Həcc surəsi, 19-21-ci ayələr).

Haqverdiyev cəhənnəmdəki zəqqum ağacından da­­­­­­­­nı­şanda yazır:

« – A kişi, hər kəsin ürəyi yananda bu leymədən içirdirlər və acanda zəqqum ağacının meyvəsindən verirlər, yeyir.

Zəqqum ağacı cəhənnəmin VII təbəqəsindədir. Onun kökü 70 minillik yolu uzunluğundadır. Kö­tü­yünün uzunluğu, həmçinin 70 min il yolçaqdır. Onun 70 min şaxəsi var. Hər şaxəsində 70 min cür meyvə var ki, hamısı acı, bədbuy və şeytan başına ox­şayır...» (31, s. 64).

Qurani-Kərimdə zəqqum ağacı haqqında yazılır: «(Ey insanlar!) Qonaq olmağa bu Cənnət yaxşıdır, yox­­sa zəqqum ağacı? Biz onu zalimlər üçün bir bəla etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən çıxar. Onun meyvəsi şeytanların başı kimidir. Onlar ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!» (Əs-Saffət surəsi, 62-68-ci ayə­lər).

Zəqqum ağacının meyvəsi o qədər acıdır ki, hətta ondan bir damcı bu dünyaya düşsəydi, o damcı dün­yadakı canlıların yaşayışını təmin edən hər bir şeyi məhv edər.

Buradakı İblis H. Cavidin «İblis» faciəsindəki İb­lisin monoloqlarını xatırladır. Orada İblis özünün xarakterini çox müfəssəl şəkildə, bir növ etiraf for­masında açıqlamışdı.

«İblis nədir?



  • Cümlə xəyanətə bais...

Ya hər kəsə xain olan insan nədir?

  • İblis!» (15, s. 104).

Cəhənnəmin təsvirinin sonunda, əslində ədib bü­tün çar ikinci Niko­la­yın özünün cəhənnəmə gü­nah­ların səbəbi olan varid olduğunu göstərir.

«Xortdanın cəhənnəm məktubları» povestində sa­ti­rik pafos aparıcıdır. Bununla belə məzmunla əla­qədar olaraq lirika Fərmanla Gövhərtac məhəb­bə­tində də gör­mək olar. Onlar bir-birini sevsə də, ancaq za­ma­nın yaratdığı qanunları qarşısında aciz qa­lır­lar. Əsərdə Fər­manla Gövhərtacın böyük, müqəddəs eşqi, qovuş­maq həs­rət­ləri, çır­pın­tı­ları Hacı Mirzə Əhməd ağa kimi «mö­təbər» müctəhidlərin ağalıq etdiyi mü­hitin zorakı­lığı nəticəsində faciənə məhvi çox təsirli lirik səhnə­lərdə gös­tə­ril­miş­dir. «Oda­ba­şının hekayəsi» po­ves­tin­də lirika çox güclüdür. «Odabaşının heka­yə­si», bü­tün­­lük­lə, Fərmanla Göv­hər­tacın nakam məhəb­bə­tinə həsr olunmuşdur.

«Odabaşının hekayəsi»ndə məhəbbət lirikası ilə ictimai satira qüvvətli və qəribə bir vəhdətdə, uyuş­ma­da verilmişdir. Daha doğrusu, lirik məzmun əsas ideyanın, sati­rik mətləblərin ifadəsi üçün çox əlverişli və təsirli bir vasitəyə çevrilmişdir.

Xortdanın cəhənnəmdən qayıtması, yəni onun yu­xu­dan ayılması əsərdə epiloq xa­rak­teri daşıyır. O, ayıl­dıqdan sonra görür ki, dörd ildən çox vaxt keçmiş, ar­tıq zəh­mət­keşlər hakimiyyəti ələ al­mışlar.

Ədib bəzən satirik mətləblərini daha müfəssəl ifa­də etmək üçün ricətlərdən istifadə edir.

Peyzaj və ricət də kompozisiyanın ünsürlə­rin­dən­dir. Məsələn: Xortdanın verdiyi andlar haqqında ay­rı­ca hekayələr da­nış­ması buna misal ola bilər.

«Xortdanın cəhənnəm məktubları» povesti süjet ba­­xımından mürək­kəb­dir, çox­­­şaxəlidir. Belə ki, əsas sü­jetdən çıxış edən, onunla bağlı olan bir sı­ra xırda sü­­­jet xətləri də vardır. Xortdanın hər iki dünyada qar­şı­­laş­­dı­­ğı insan­lar haqqında olan əh­va­lat­ların hər biri öz­lüyündə kiçik bir süjetə malikdir. Povestdə süjetin eks­pozisiya mərhələsini Xortdanın ağlına cə­hən­nəmə get­mək fikrinin gəl­­­məsi, Mirzə Qoşunə­linin yanına – Şu­şaya Tiflisdən ge­dən­ za­­­man başına gələn əhva­­­­lat­lar, burada qarşılaşdığı insanlar, nəhayət, Şuşa­­ya gə­lib çıxması ­təşkil edir. Xortdanın on gün müd­dətində hə­min iksirin qəbul etmə­si, Tiflisə gəl­məsi, vaxt ta­mam olduqdan sonra cəhənnəmə gəlməsi mərhə­lə­si­ni zav­yazka (bədii düyün) mərhələsini təşkil edir. Kul­mi­na­siya (bədii zirvə) mərhələsini isə Veyl quyusu ilə bağ­lı olan əhvalatlardır. Razvyazka (düyü­nün açılma­sı) mər­­hə­lə­si­n­də ziddiyyətlər tədricən açıl­mağa, ayrı-ayrı surətlər, qrup­lar arasında olan mü­na­qişə zəif­lə­məyə doğ­ru gedir. Povestdə rus ka­zak­la­rının, zabit və gene­ral­­larının çar ikinci Nikolayın cəhən­nə­mə gəl­­mə­si, Xortdanın cəhənnəmi tərk et­məsi razvyazka (dü­yünün açılması) mər­hə­lə­sini təşkil edir. Nə­ha­­yət, final (bədii yekun) mər­­hə­ləsində ha­­di­­sələr sona yetir. Xort­da­­nın bu dünyaya qayıt­ma­sı, qayıt­dıq­dan sonra ye­ni dün­ya­nın yara­n­dı­ğı­nı gör­mə­si, dörd ildən çox vax­tın keç­mə­si ilə dün­yanın də­yiş­mə­si, zəh­mət­keşlərin ha­ki­miy­yəti fi­nal mərhələ­si­dir.

«Xortdanın cəhənnəm məktubları» kompozisiya eti­barilə, xüsusən, bədii süjetin in­kişafına görə çox na­dir nəsr nümunəsidir. Əsərdəki hadisələr çoxplanlı, çoxşaxəli inkişafa malik olsa da, ümumi ideyaya, əsas mətləbə məharətlə tabe olunmuş və bağ­lan­­mışdır. Be­lə ki, povestdəki bir çox xırda epizodların hər birinin va­cib bədii-estetik fun­ksiyası vardır. Məz­munca, ide­yaca əsər boyu onlar bir-birini mü­kəm­­məl ta­mam­layır və əsas ideyanı bədii təcəs­sü­münə xidmət edir. Bu əsər kom­pozisiya eti­barilə son dərəcədə orijinal təsir ba­ğışlayır. Bütün bunlar Ə. Haq­ver­di­yevin bir ədib ki­mi necə böyük istedada, müşa­hi­­­də qabiliy­yə­tinə və ya­zı­çılıq texnikasına malik olduğunu sübut edir.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin