NƏTİCƏ
Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundov ədəbi məktəbini davam və inkişaf etdirən, yeni realist Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biridir. O, Azərbaycan tarixində dramaturq, nasir, mühərrir, yüksək mədəniyyətli teatr xadimi və mütərcim kimi tanınmışdır.
Ə. Haqverdiyev yaşadığı, yazıb yaratdığı dövr elə bir dövr idi ki, bu zaman bədii ədəbiyyat ictimai proseslə çox yaxından qaynayıb-qarışır, ona fəal müdaxilə etməyə başlayırdı. Bu dövrdə qabaqcıl, demokratik dünyagörüşlü sənətkarların da ən başlıca vəzifəsi xalqın gözünü açmaqdan ibarət idi. Bu cəhətdən C. Məmmədquluzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, N. Nərimanov kimi xalqın dərdini dərindən bilən, düşünən və oxuculara da bu hissləri aşılayan, düşündürən sənətkarların vətəndaşlıq şücaəti misilsiz idi. Bu cür ümumi qayə tənqidi realizm yolunu seçən bir sıra ədibləri «Molla Nəsrəddin» jurnalının ətrafına toplamışdı. Molla Nəsrəddinçilərin siyasi-ictimai baxışlarındakı ümumilik onların həyatı inikas üsullarında, mövzularında, bədii qəhrəmanlarında, hətta üslublarında belə böyük yaxınlıq yaratmışdı.
Ə. Haqverdiyev xalqının qədim mədəniyyətini, tarixini, ədəbiyyatını çox gözəl bilən, xalqını sonsuz məhəbbətlə sevən və bütün qabiliyyətini, istedadını tükənməz bir qüvvə ilə milli tərəqqi və intibah yolunda əsirgəməyən sənətkar idi. O, bir sənətkar kimi həm də XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın gərgin ictimai-siyasi həyatında istiqamətverən şəxsiyyətlərdən biri olmuşdur.
Ə. Haqverdiyev həyatda müşahidə etdiyi mənfi tipləri «cəhənnəm» adlanan məkanda cəmləşdirərək təsvir etmişdir. Bu mənfi tipləri tənqid etmək isə əsərin əsas ideyasını təşkil edir. Cəhənnəm barədə danışan zaman yazıçının islam dininə necə yaxından bələd olması üzə çıxır. Ancaq çox təəssüflər olsun ki, Sovet dövründə aparılan tədqiqatlarda Ə. Haqverdiyevin bu cəhəti tam aydın şəkildə diqqətə çatdırılmır, hətta təhrif də olunurdu. ««Xortdanın cəhənnəm məktubları» povestində ideya, mövzu, kompozisiya» adlı fəsildə yazıçının şəxsi arxivindən əldə olunan məlumatlar əsasında onun həm islam dinini, həm də mifologiya və folklor sahəsində mükəmməl biliyi əyani şəkildə sübuta yetirilir. Tədqiqatda əsərin bəzi motivləri A. Dantenin «İlahi komediya», Ə. Nesinin «Taxtalıköydən məktublar», İ. Muğannanın «Cəhənnəm» romanı və Ə. Haqverdiyevin digər əsərləri ilə də müqayisə olunmuşdur.
Ə. Haqverdiyev yaradıcılığının ən səciyyəvi xüsusiyyəti həqiqətpərəstlik idi. Onun üçün bədii yaradıcılıq xalqı ilə dərdləşmək, onu böyük tərəqqiyə, təkamülə yetirmək vasitəsidir. Ədibin nəsr yaradıcılığında məhəbbət mövzusu geniş yer tutmasa da, bütün mövzuları xalqın həyatından, məişətindən qaynaqlanırdı. Həyat həqiqətlərini olduğu kimi əks etdirən bu böyük sənətkarın mövzuları cəmiyyətdəki zəhmətkeş insanların faciəli taleyindən, yaşamağın ləzzətini nataşaların dizləri üstündə xumarlanmaqda görən məşədilərin əyyaşlığından, dövlət məmurlarının özbaşınalığından, Azərbaycan qadınlarının haqsızlıqlara məruz qalmış taleyindən və ən nəhayət, fırıldaqçı, dələduz din xadimlərindən bəhs edirdi. «Xortdanın cəhənnəm məktubları» povesti Ə. Haqverdiyevin bir nasir kimi kamil bədii xarakterlər yaratmaq məharətini də nümayiş etdirir.
Povestin dil və üslub xüsusiyyətlərindən danışan zaman yazıçı təhkiyəsinin zənginliyi, xalq dilinin dərin köklərinə bağlılığı, bədii təsvir və ifadə vasitələrindən, milli folklorumuzdan məharətlə istifadə bacarığı özünü göstərir.
«Xortdanın cəhənnəm məktubları» povesti Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Təbii ki, ədibin nasirlik məharəti də burada daha geniş, daha müfəssəl nəzərə çarpmaqdadır. Əsər həmçinin Haqverdiyevin tənqidi gülüşünün zənginliyi, rəngarəngliyi, kəskin satirası, mərhəmətli yumoru, müxtəlif intonasiyalı kinayələr ilə də diqqəti cəlb edir.
Bir sözlə, Ə. Haqverdiyev böyük istedadla yaratdığı əsərləri ilə ədəbiyyat tariximizdə həmişəyaşar bir yazıçı kimi qalacaqdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
-
Abdulla B. Kitabi-Dədə Qorqudda rəng simvolikası, Bakı, Çaşıoğlu, 2004, 127 s.
-
Abdulla B. Folklorda say simvolikası, Bakı, Elm, 2006, 147 s.
-
Ağayev İ. Molla Nəsrəddin poetikası. Bakı: Elm, 1985, 168 s.
-
Axundov A. Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Elm, 2005, 451 s.
-
Aligyeri D. İlahi komediya. Bakı: Öndər, 2004, 592 s.
-
Aristotel. Poetika. Bakı: Şərq-Qərb, 2006,
120 s.
-
Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, II c., Bakı: Şərq-Qərb, 2006, 792 s.
-
Azərbaycan ədəbi dil tarixi. Bakı: Elm, 1991, 282 s.
-
Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası. 2 cilddə, I c., Bakı: Lider, 2004, 439 s.
-
Babayev B. Azərbaycan realist nəsrində satira. Bakı: Elm, 2008, 324 s.
-
Behbudov Ə. Ə. Haqverdiyevin din və mövhumat, cəhalətə qarşı mübarizəsi // Azərbaycan dili və ədəbiyyatı tədrisi metodik məqalələr məcmuəsi, 1970, № 4, s. 81-91.
-
Bəkirqızı (İsayeva) P. Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» əsərinin mifopoetik strukturundan o biri dünyaya səyahət motivi
// AMEA məruzələr, 2009, № 5, s. 176-181.
-
Bəydili C. Türk mifoloji sözlüyü, Bakı: Elm, 2003, 418 s.
-
Bualo. Poeziya sənəti. Bakı: Şərq-Qərb, 2006, 112 s.
-
Cavid H. Seçilmiş əsərləri. 5 cilddə, III c., Bakı: Lider, 2005, 304 s.
-
Cəfərov S. Müasir Azərbaycan dili. Bakı: Şərq-Qərb, 2007, 191 s.
-
Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr, 1963, 236 s.
-
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1982, 478 s.
-
Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları. Bakı: Nurlan, 2008, 431 s.
-
Əlimirzəyev X. Klassiklərimizin ideal və poetik sənəd dünyası. Bakı: Elm və təhsil, 2009, 668 s.
-
Əlişanoğlu T. Əsrdən doğan nəsr. Bakı: Elm, 1999, 117 s.
-
Əlişanoğlu T. XX əsr Azərbaycan nəsrinin poetikası. Bakı: Elm, 2006, 312 s.
-
Hacıyev M. Hər şeyi bəyan edən kitab. Bakı: 2000, 87 s.
-
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları. Bakı: Azərnəşr, 1930, 24 s.
-
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları. Bakı: Azərnəşr,1937, 145 s.
-
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları. Bakı: Azərnəşr, 1949,142 s.
-
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları. Bakı: Uşaqgəncnəşr, 1955, 168 s.
-
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları. Bakı: Uşaqgəncnəşr, 1961, 144 s.
-
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları. Bakı: Uşaqgəncnəşr, 1981, 152 s.
-
Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə,
Ι c., Bakı: Lider, 2005, 406 s.
-
Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə,
ΙΙ c., Bakı: Lider, 2005, 501 s.
-
Həsənova M. Ə. Haqverdiyev və xalqın milli özünüdərki // Bakı Universitetinin Xəbərləri, 2010,
№ 2, s. 16-21.
-
Hüseynov A. Nəsr və zaman. Bakı: Yazıçı, 1980, 185 s.
-
Hüseynov F. Molla Nəsrəddin və molla nəsrəddinçilər. Bakı: Yazıçı, 1986, 462-190 s.
-
Hüseynova M. XX əsr Azərbaycan nəsrində lirik-psixoloji üslub və sənətkar fərdiyyəti. Bakı: Elm, 2009, 292 s.
-
Xəlilov N. Ə. Haqverdiyev və folklor (Yazıçının arxivindən). «Ədəbiyyat və incəsənət» qəz., Bakı, 1983, 2 sentyabr.
-
Xəlilov N. Xalq təfəkkürü, sənətkar qüdrəti. Bakı: Elm və həyat, 1996, 136 s.
-
XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: Elm, 1979, 259 s.
-
XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı: Nurlar, 2004, 965 s.
-
Kərimov İ. Ə. Haqverdiyev və teatr. Bakı: Elm, 1975, 173 s.
-
Qarayev Y. Azərbaycan ədəbiyyatı tarixi (XΙX-XX yüzillər). Bakı: Elm, 2002, 740 s.
-
Qarayev Y. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, 456 s.
-
Qarayev Y. Realizm, sənət və həqiqət. Bakı: Elm, 1980, 255 s.
-
Qarayev Y. Tənqid: problemlər, portretlər. Bakı: Elm, 1976, 212 s.
-
Qiyasbəyli E. Ə. Haqverdiyev və Molla Nəsrəddin, Azərbaycan dövlət nəşriyyatı. Bakı: 1998,
106 s.
-
Qocayeva G. Nagah xəyalıma cəhənnəm düşdü. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 2002, 123 s.
-
Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Ziya Bünyadov və Vasim Məmmədəliyev. Bakı: Azərnəşr, 1991, 720 s.
-
Marağayi Z. İbrahimbəyin səyahətnaməsi. Bakı: Elm, 1982, 500 s.
-
Məmmədova A. «Xortdanın cəhənnəm məktubları» əsərində cəhənnəm / AMEA Gənc filoloqların VΙ respublika konfransının materialları, Bakı: Elm, 1990, s. 19-20.
-
Məmmədov A. Nəsrin poetikası (XIX əsrin ΙΙ yarısı ). Bakı: Elm, 1990, 136 s.
-
Məmmədov Ə. Azərbaycan bədii nəsri. Bakı: Elm, 1983, 185 s.
-
Məmmədov K. Ə. Haqverdiyev. Bakı: Uşaq Gəncnəşr, 1955, 193 s.
-
Məmmədov K. Ə. Haqverdiyev. Bakı: Yazıçı, 1970, 198 s.
-
Məmmədov K. XIX əsr Azərbaycan şerində satira. Bakı: Elm, 1975, 272 s.
-
Məmmədov M. Ə. Haqverdiyevin həyat və yaradıcılığı. Bakı: Nurlan, 2008, 183 s.
-
Məmmədova M. Ə. Haqverdiyevin yaradıcılığında din və mövhumatında əleyhinə mübarizə məsələləri // Azərbaycan EA-nın Xəbərləri, İctimai elmlər seriyası, 1962, № 3, s. 89-98.
-
Məmmədquluzadə C. Seçilmiş əsərləri,
4 cilddə, ΙV c., Bakı: Öndər, 2004, 474 s.
-
Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı: Ziya-Nurlan, 2004, 590 s.
-
Mir Cəlal. Gülüş bədii silah kimi. Bakı: ADU, 1968, 40 s.
-
Mir Cəlal. Hüseynov F. XX əsr əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 425 s.
-
Mir Cəlal. Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 s.
-
Mir Cəlal. Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Çaşıoğlu, 2005,312 s.
-
Mir Cəlal. Klassiklər və müasirlər. Bakı: Azərnəşr, 1973, 296 s.
-
Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı: Yazıçı, 1980, 430 s.
-
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı: Azərbaycan Ensiklopediyası, 1998, 239 s.
-
Molla Nəsrəddin. 12 cilddə, Ι c., Bakı: Elm, 1988, 720 s.
-
Muğanna İ. Seçilmiş əsərləri. 6 cilddə, V c., Bakı: Avrasiya Press, 2009, 480 s.
-
Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə,
I c., Bakı: Bakı Universiteti, 2007, 502 s.
-
Mütəllimov T. Əbdürrəhimbəy Haqverdiyevin poetikası. Bakı: Yazıçı, 1988, 326 s.
-
Mütəllimov T. Ə. Haqverdiyev əsərlərində xalq ifadələri // Elm və həyat, 1974, № 12, s. 26-28.
-
Mütəllimov T. Ə. Haqverdiyev nəsrində kinayə və eyham // Elmi əsərlər, 1972, № 6, s. 10-17.
-
Mütəllimov T. XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər. Bakı: ADU, 1978, 84 s.
-
Mütəllimov T. Portretlər qalereyası, «Ədəbiyyat və İncəsənət» qəz., Bakı, 1970, 26 dekabr.
-
Nesin Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006, 240 s.
-
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı.
2 cilddə. I c., Bakı: Turan, 2002, 680 s.
-
Paşayeva A. Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povestində ideya, mövzu, kompozisiya / Cəfər Xəndan Hacıyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans materialları, Bakı: Bakı Universiteti, 2010,
s. 188-192
-
Paşayeva A. Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povestindəki bəzi surətlərin səciyyəsi / AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin 70 illiyinə həsr edilən beynəlxalq konfransın materialları, Bakı: Elm, 2010, s. 148-151.
-
Paşayeva A. Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povestində dil və üslub xüsusiyyətləri / Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfransın materialları, Bakı: Bakı Universiteti, 2011, s. 210-217
-
Paşayeva A. Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povesti və folklor / Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı: Elm və təhsil, 2011, s. 555-560.
-
Paşayeva A. Ə. Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povestində mifik-dini motivlər və atributlar / AMEA Azərbaycan Gənc alim, aspirant və magistrlər cəmiyyətinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş elmi konfransın materialları, Bakı: 2011,
s. 314-319.
-
Şərif Ə. Keçmiş günlər. Bakı: Yazıçı, 1986, 412 s.
-
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Maarif, 1968, 306 s.
-
Talıbzadə K. XX əsr Azərbaycan tənqidi. Bakı: Elm, 1966, 540 s.
-
Vəlixanov N. Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafı. Bakı: Elm, 1983, 160 s.
-
Vəliyev G. Azərbaycan dialektologiyası. Bakı: Nurlan, 2003, 98 s.
-
Yusifli C. Azərbaycan komediyasının poetikası. Bakı: Elm, 2007, 244 s.
-
Zamanov A. Əməl dostları. Bakı: Yazıçı, 1979, 372 s.
Arxiv materialları
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
-
Ахвердиев А.Б. Народные зрелище и религиозные мистерии в Азербайджане. Fond-9, saxlama vahidi-36, 43 vərəq.
-
Qurandan qeydlər (Отметки о Коране).
Fond- 9, saxlama vahidi-37, 37 vərəq.
-
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları (azərbaycanca). Bakı: 1930, Fond-21, saxlama vahidi-731, 24 vərəq.
Türk dilində
-
Türk dünyası edebiyyatçılar ansiklopedisi, 8 cilddə, IV c., Ankara: AYK Atatürk Kültür Merkezi, 2004, 447 s.
Rus dilində
-
Гаджиев А. Поетика современной прозы. Баку: Мутарджим, 1997, 204 стр.
-
Поспелов Г.Н. Теория литературы. Москва: Высшая школа, 1978, 208 стр.
-
Тимофеев Л.И. Основы теории литературы. Москва: Просвещение, 1976, 548 стр.
-
Хализев В.Е. Теория литературы. Москва: Высшая школа, 1999, 398 стр.
Пашаева Айнура Нияз
Когда меня доставишь в Шушу?
(О повести Абдуррагим бека Ахвердиева «Письма Хортдана из Ада»)
Резюме
Абдуррахим бек Ахвердиев, продолживший и развивший литературную школу М. Ф. Ахундова, является одним из самых выдающихся представителей новой реалистической азербайджанской литературы. Собрав воедино наблюдаемых им в жизни отрицательных персонажей в так называемом «аду», своей повестью «Письма Xортдана из Aда» писатель создал сильное по своей идее и замыслу произведение. Особо обращает на себя внимание великая сила обобщения феодально-патриархальных недостатков окружающей среды и композиционная оригинальность повести. В повести «Письма Хортдана из Ада» А. Ахвердиев пытался реалистически отобразить характерную для того времени картину жизни героев. Произведение демонстрирует богатство языка и стиля писателя, приверженность к глубоким корням народного языка, к средствам художественной выразительности, его способность умело использовать национальный фольклор. Именно благодаря такому критическому подходу раскрываются истинные просветительские идеалы автора.
Pashayeva Aynura Niyaz
When will you take me to Shusha?
About Abdurrahim bay Hagverdiyev’s narrative
«The Letters of Khortdan from Hell»
Summary
Abdurrahim bay Hagverdiyev is one of the most outstanding figures of the new realist literature in Azerbaijan, who continued and developed the tradition of the literary school of Mirza Fatali Akhundov. The writer concentrated the negative types whom observed in life in the space calling «the hell» and created a rich work according to its idea and subject in the narrative of «The Letters of Khortdan from Hell». This narrative reveals the vices in the feudal-patriarchal environment. A. Hagverdiyev tried to be true to realism while creating these images and the tulle is characterized by its power of generalization and original composition. Especially the narrative drows one’s attention by language and style of the writer’s rich narration and sources of the people’s folklore. The author’s real ideals of enlightment become clear namely because of this criticism.
M Ü N D Ə R İ C A T
ÖN SÖZ.............................................................................3
GİRİŞ.................................................................................4
I FƏSİL
«XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI»
POVESTİNDƏ İDEYA, MÖVZU,
KOMPOZİSİYA..............................................................12
II FƏSİL
ƏSAS SURƏTLƏRİN SƏCİYYƏSİ.............................. 49
ΙΙΙ FƏSİL
DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ...........................88
NƏTİCƏ........................................................................126
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT.........................130
AYNURƏ NİYAZ QIZI PAŞAYEVA
MƏNİ NƏ VƏDƏ ŞUŞAYA YETİRƏRSƏN?
(Əbdürrəhim bəy Haqverdiyevin
«Xortdanın cəhənnəm məktubları»
povesti haqqında)
«ELM VƏ TƏHSİL»
BAKI – 2012
«Elm və Təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ
Kompüter dizayneri: Tural Əhmədov
Texniki redaktor: Rövşanə Nizamiqızı
Yığılmağa verilmiş 25.05.2012
Çapa imzalanmış 04.06.2012.
Şərti çap vərəqi 16. Sifariş № 278.
Kağız formatı 60x84 1/16. Tiraj 100.
Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində səhifələnib çap olunmuşdur.
E-mail: elm_ve_tehsil@box.az
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.
Dostları ilə paylaş: |