BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
I yarımil
şagird_____________________________________________
Oxuyub –anlama -20 bal
Şəkər çuğunduru
Şəkər tozunu şəkər çuğundurundan əldə edirlər. O, kartof kimi torpağın altında yetişir. Sərin və ilıq torpaqları sevir. Yarpaqları torpağın üstündə olur. Çox sevdiyimiz şəkərin istehsalında əsas rolu elə şəkər çuğunduru oynayır. Adətən sentyabr və yanvar ayları arasında toplanaraq fabriklərə aparılır.
Evimizdə istifadə etdiyimiz şəkər tozu, qənd, şəkər kirşanı kimi bir çox məhsullar şəkər çuğundurundan alınır.
1- 4-cü suallar mətnlə bağlıdır.
Mətndə hansı suala cavab yoxdur?
Şəkər çuğundurundan hansı məhsullar alınır?
Şəkər çuğunduru hansı aylarda toplanılır?
Toplanılan şəkər çuğundurunhara aparılır?
Şəkər tozu, qənd nədən alınır?
Şəkər çuğunduru necə şəkər tozuna çevrilir?
Qarşısında işarəsi verilmiş söz hansı cümlədə məcazi mənada işlənmişdir?
Dəniz tərəfdən sərin külək əsirdi.
Havanın sərin keçməsi yolu asanlaşdırırdı.
Kəndin bulağından sərin su içdilər.
Ağabacı, ürəyini sərin saxla.
Çobanlar ağacın sərin kölgəsində əyləşmişdilər.
Altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?
mühüm b) sonuncu c) axır d) çevrə e) əvvəl
Mətndən verilmiş sözlərdən birinin yalnız qrammatik mənası var.
yarpaq b) torpaq c) ilıq ç) çuğundur e) və
Dil qaydaları
Nitq hissələrindən bəhs edən bölmə necə adlanır?
Sintaksis b) Morrfologiya c)Leksikologiya d)Fonetika
İsmin yönlük halında olan sözləri seçin:
dəftərin ,səməninin, kitabın
anaya, çörəyə, vətənə
küçəni, cücəni, xalçanı
küçə, cücə, xalça
Aşağıdakı sözlərin düzgün tələffüzünü yazın.
səkkiz-_____________ təbiət- ____________ radiyo- ______________
teatr- ______________ təbii- ____________ xalaoğlu-______________
əziyyət-_____________ addım-____________ dovşan-_______________
Tərkibində yalnız qapalı saitlər olan sözü göstərin. /5bal
a) buruq b) ilan c) qoruq d) duracaq e) quraqlıq
Savad sözünə hansı şəkilçi artırdıqda ahəng qanunu pozulur.
a) –lı4 b) bi- c) –sız4 d) –dan2 e)-lan2
Sözlərdən biri hecalara düzgün bölünmüşdür:
fi-rav-an-lıq b) uy-ğu-nluq c) ai-lə d)mü-bar-iz
A.ağıdakılardan biri köməkçi nitq hissəsi deyil: /5bal
qoşma b)bağlayıcı c) əvəzlik d) modal sözlər
Hansı cümlədə sarı qoşma kimi işlənmişdir:
Ana Elçinin yarasını sarıdı.
Uşaqlar məktəbə sarı getdilər.
Mən sarı şar aldım.
Hansı cümlədə ilə sözü bağlayıcı kimi işlənmişdir:
Arif ilə söhbət etmək maraqlıdır.
Dəniz sahili ilə getmək çox xoşuma gəldi.
Nadir ilə Fərid qonşudur.
Verilmiş sözlərdən söz birləşmələri düzəldin.
dağ, hava____________________________
uşaq bağça__________________________
uşaqlar,dərslər________________________
sinif, rəhbər __________________________
Verilmiş cümlələrdə ədatların altından xətt çəkin.
1.Ancaq sən ona kömək edə bilərsən. 2. Hə, mən razıyam. 3. Sən ki belə deyildin.
4. Yəni sən bunu bilmirsən? 5. Almayın ha. 6.Məhz Orxan bur rolu oynaya bilər.
Nöqtələrin yerinə uyğun gələn modal sözü əlavə edin.
... , sən Şuşanı görməmisən.
Nidaları seçin.
təəssüf, deməli, doğrudur
bəli, ən, bircə,
sarı, üçün, görə
bəh-bəh, paho, of
Mübtədanı müəyyən edib üzərində sualını qeyd edin.
Toğrul döyüşür.
Nizami Gəncəvi Azərbaycan şairidir.
Müəllim dayanmadan yazırdı.
Sözlər arasına ikinci dərəcəli cümlə üzvləri əlavə edib yazın.
Biz oxuyuruq.________________________________________________________________________
Torpaq aldıq.___________________________________________________________________
Atası aldı._____________________________________________________________________
Xitab işlənmiş cümləni seçin.
Nərmin gəlmədi.
Nərmin niyə gəlmədi?
Ay Nərmin, niyə gəlmədin?
Dostları ilə paylaş: |