Böyükşor gölü Abşeron yarımadasında ən böyük göldür



Yüklə 21,43 Kb.
tarix18.02.2022
ölçüsü21,43 Kb.
#52784
Böyükşor gölü üzərində üzən günəş stansiyası


Böyükşor gölü Abşeron yarımadasında ən böyük göldür. Gölün ərazisi 1060 hektardır və tarixən, xüsusilə Sovet dönəmində gölün ərazisi neft, çirkab suları və bərk məişət və tikinti tullantıları ilə ciddi dərəcədə çirkləndirilmişdir. Böyükşor Gölünün reabilitasiyası iki mərhələdə həyata keçirilmişdir. 2014-2015-ci illərdə həyata keçirilmiş birinci mərhələdə Olimpiya Stadionuna yaxın yerləşən 300 hektar reabilitasiya olunmuşdur. Böyükşor gölünün reabilitasiyasında ikinci mərhələ 2015-2020-ci illərdə həyata keçirilmişdir. Bütün bu tədbirlər gölün təbii sututar kimi bərpasına, su səviyyəsinin saxlanmasına və ekosistemin bərpasına xidmət edir.1

5 fevral 2021ci ildə Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib. Görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.


Tədbirdə Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildiririk ki, İspaniyanın “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş satınalma müsabiqəsinin nəticəsində müəyyən edilib. Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi “EQO-NIXUS” şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində “Gamma Solutions” beynəlxalq şirkəti satınalma müsabiqəsinin qalibi elan olunub və şirkətlə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır..2

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov ” Bu layihə pilot layihədir və gələcək layihələr üçün nümunə rolunu oynadığından Bakı şəhərində olması daha məqsədəuyğun idi. Yerləşdiyi mövqe və flora-fauna baxımından seçilmişdir.”

Günəş stansiyasının ümumi gücü 100 kvt təşkil edir. Ümumi gücün 95 kvt-ı suda, 5 kvt-ı isə quruda quraşdırılacaq. Burada məqsəd göstəriciləri müqayisə etmək, iş əmsalını və səmərələliyi dəqiq hesablamaqdır. Elə düşünə bilərsiniz ki, temperatur yüksəkdirsə daha çox elektrik enerjisi əldə etmək mümkündür. Amma əslində bu belə deyil. Çünki fotovoltaik texnologiyasında günəşin daha çox işığından istifadə olunur. Yəni temperatur nə qədər yüksəkdirsə bu bizim ziyanımızadır, effektivlik o qədər aşağı düşür. Ancaq su səthi daha gec qızdığından, su üzərində qurulan günəş panelləri daha çox enerji əldə etməyə imkan verir. Ölkəmizdə ilk dəfə olaraq sınaqdan keçirilir. Artıq dünyanın bir çox yerlərində quraşdırılmış bu sistem öz nəticəsini verib. Su burada təbii soyutma sistemi rolunu oynayır. Stansiyadan əldə olunmuş elektrik enerjisinin yaxın ərazilərə göndərilməsi nəzərdə tutulur.

Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib ki, stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır: “Ümumilikdə, “Böyükşor” gölündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpa olunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb”.

Nazir bildirib ki, bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır: “Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb.

Günəş fotovoltaik texnologiyları üzrə bu ilk layihə bu sahədə bilik və bacarıqları formalaşdırmaqla ölkənin ümumi enerji istehsalında müxtəlif bərpa olunan enerji mənbələrinin rolunu artırmağa, enerji təhlükəsizliyinin təminatına və ətraf mühitə atılan istixana qazlarının miqdarını azaltmağa töhfə verəcək. Pilot layihәnin bütün infrasturktur elementlәrinin әtraf mühit baxımdan tәsirlәri AİB-nin Təhlükəsizlik Siyasətinin Maddələrinin tәlәblәrinә uyğun qiymәtlәndirilib. Bu qiymәtlәndirmәyә görә, layihәnin әtraf mühitә heç bir mәnfi tәsiri olmayacaq. Әtraf mühit baxımdan layihәnin hәyata keçirilmәsini tәmin etmәk üçün institsional hüquqi baza işlәnib hazırlanıb. Әtraf Mühitin Monitorinq Planına uyğun olaraq, bütün tikinti vә istismar fәaliyyәtinin monitorinqi aparılacaq. Eyni zamanda layihənin enerji tәchizatının yaxşılaşdırılması və yerli əhalinin işlə təminatı kimi sosial-iqtisadi faydaları da diqqətə çatdırılıb.

Qeyd edək ki, 100 kVt gücә malik üzən günəş panelinin quraşdırılmasını nəzərdə tutan pilot layihə “Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı” çərçivəsində AİB-nin maliyyə dəstəyi ilə məsləhətçi qismində İspaniya şirkəti EQO-NİXUS və yerli Azərbaycan şirkəti “AEEK” MMC tərəfindən icra edilir. Layihənin icra qurumu qismində isə Energetika Nazirliyi çıxış edir.

Layihə Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğızıstanda da həyata keçirilir. Layihəyə bu ölkələrdə pilot üzən günəş qurğularının quraşdırılması və daha böyuk ölçüdə qurğuların qiymətləndirilməsinin aparılması, özəl sektorun iştirakı üçün biznes modellərinin işlənilməsi və üzən günəş fotovoltaik sistemlərinin layihələndirilməsi, tikintisi və istismarı üzrə əlaqədar qurumların potensialının artırılması daxildir.3

Bərpa olunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları və digər hüquqi sənədlər hazırlanmışdır və qarşıdakı dövrdə yeni investorların cəlb edilməsi məqsədilə hərracların təşkili planlaşdırılır. Eyni zamanda Asiya İnkişaf Bankı da gələcəkdə hərracların keçirilməsinə dəstəyini verə biləcəyini ifadə etmişdir və bu istiqamətdə müzakirələr davam edir. “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair HESABAT

https://minenergy.gov.az/uploads/Hesabatlar/Nazirlik%20ve%20qurumlar%20%C3%BCzre%20hesabat%202020_SON_CA_%C6%8FH_OH_v2.pdf

ARAŞDIR.

“EQO-NIXUS” şirkəti

fotovoltaik texnologiyası

İspaniya şirkəti EQO-NİXUS və yerli Azərbaycan şirkəti “AEEK” MMC

“Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı”



1 AZƏRBAYCAN RESPUBLİKASINDA ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYANIN VƏZİYYƏTİ HAQQINDA ÖLKƏ BRİFİNQİ

2 https:minenergy.gov.az

3 https:minenergy.gov.az

Yüklə 21,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin