Bu bir millätlä



Yüklə 44 Kb.
tarix02.01.2022
ölçüsü44 Kb.
#2360

Güntay Gəncalp



Mədəniyyətdə inqilab və dil məsələsi

İctimai—siyasi inqilab etmək mümkün deyildirsə, o zaman mədəniyətdə inqilab etmək lazımdır. Heç bir siyasi inqilab, arxasında mədəniyət dərinliyi durmadan səmər verməmiş, bir macəraya, bəzən də qanlı macəralara dönüşmüşdür. Mədəniyətin orta dirəyi dil olduğundan, mədəni inqilab üçün də hər şeydən öncə milli kimliyə dayanaraq evrənsəlləşən bir dil lazımdır. “İnqilab” sözü devirmək və dəyişiklik yapmaq anlamındadır. Siyası sahədə çox bəsit anlam daşıyan “inqilab”, mədəniyət planında dərin anlam daşıyar. Çünkü siyasi planda sırf bir iqtidarı devirməyi hədəfləyən inqilabı davranışlar, mədəni anlamda əski ilə yeni arasındakı qarşıdurmaların, transformasionların məhsulu kimi düşüncə və bilgi planında meydana çıxar. Günümüzdə modernitə bəlkə bu anlamda kullanıla bilər. Yəni daimi hərəkət, durmaqsızın dəyişmək və gəlişmək. Günümüzdə Güney Azərbaycanda və İran türkləri miqyasında mədəni inqilab sırf türkçəçilikdən başqa bir şey deyildir. Türk dili üzərinə illər boyunca aşağılama təbliğatları edilmişdir. Çağdaş anlamda bu təbliğatlara qarşıçıxma bizim içində bulunduğumuz durumun mədəni inqilab anlayışını açıqlar. Bütün sorunların çözümü dillə mümkündür. Türk dilində milli kimlik zəminində və cahanşümul doğrultuda fəlsəfi, elmi, tarixi, sosioloji, estetik yönləri və dərinlikləri olan yazılar və bilgilər o qədər artmalıdır ki, sözün gerçək anlamında mədəni bir inqlab gerçəkləşmiş olsun. Bizim hədəfimiz millidir. Bu üzdən də tək enerji qaynağımız milli dildir. Çünkü bu dil vasitəsi ilə on milyonlarca insanın dəstəyini qazana bilərik. Milli kimlik savaşında tək qaynağəımız milli dildir və bu dili danışan milyonların ortaqlaşması gərəkən milli iradələridir.

İran miqyasında sadəcə insanlarımız istibdadın qaranlığında boğulmamaqdadırlar. İstibdad hər şeydən öncə dilimizi vurmuşdur. Bu nədənlə türkçəçilik, türk dilini yüksəltmə bir tərəfdən mədəni bir inqilabdır, digər tərəfdən də istibdada və onun bütün siyasi dəyərlərinə və ideolojisinə qarşı açıqca savaşdır. Bu savaşın siyasi, iqtisadi, tarixi, elmi və fəlsəfi ayrıntıları var. Türk dilini yüksəltmə çağdaşlaşmanın axımı içinə germəkdir. Çünkü nə ərəb dili, nə də fars dili türk dili qədər sekular bir yönətim şəklinə yatqın deyildir. Nədən? Çünkü türk dili yapısı etibarı ilə bir inancın inhisarında olmamış, təbiətin və daimi hərəkətdə olan toplumun özünü anlatma və o toplumun varlığı anlama aracı olmuşdur. Doğu dilləri arasında bu, türk dilinə xas bir özəllikdir. Doğu dilləri arasında bu, türk dilinə xas bir özəllikdir. Digər doğu dillərinin tərsinə olaraq, türk dili modernitəyə açıqdır və türkçəni bir inancın təkəlində saxlamaq hardaysa qeyri-mümkündür. Bunun bir örnəyinə Türkiyədə türkçənin yazqısında tanıq olduq. Sözün gerçək anlamında Şərq Orta Çağ qaranlığından ayrılmaq və aydınlığa qovuşmaq üçün türk dili və türkçəçilik ən güclü imkan kimi meydandadır. Milli məsələ tarixə fərar etmə, tarixin qaranlıqlarında burxulub qalma anlamında olmadığı, günümüzdə bir aydınlanma və insanca yaşama projəsi olduğu üçün indiki zamanı gələcək yönümlü dərinləşdirib genişlədən tək imkan ana dilimizdir.

Dünya bilgilərini ana dilimizdə öyrənmədikcə düşüncə dinamiklərimiz heç bir zaman öz əksənində (mehvərində) oturmayacaqdır. Dünyanın ən böyük roman yazarları olsaq belə, fitrətimizlə bilgilərimiz arasındakı təzadlar, fitrətimizlə bilgi metodolojisi arasındakı təzadlar ortadan qalxmayacaqdır. Heç bir gəlişmə olmadan öz yerimizdə duracağıq. Bizim beyin imkanlarımız ana dilimizdə genişləmədiyi üçün bir sürü sorunlar yaşayırıq. Ana dilində yazıb— oxumanın doğurduğu bəxtiyarlıqdan və psikolojik özgüvəndən millət olaraq məhrum buraxılmışıq. Öz fitrəti üzərində gəlişmənin bir tək yolu ana dilində eyitimdən keçər. Bunu bilim adamları da isbatlamışlar. Çünkü ana dilindən məhrum edilən bir millət və bir fərd kor edilmiş olur sanki. Kor adam üçün aydınlığın heç bir anlamı olmaz. Aydınlıq və qaranlıq korlar üçün eyni. Dilimiz üzərinə fars irqçilərinin tətbiq etdiyi zorakılıq və aşağılama politikası çox çətin bir durum yaratmışdır. Bu üzdən də türkçəçilik, türk dilini ruhlandırma geniş miqyaslı bir mübarizə sahəsidir. Türkçəçilik yəni azadlıq, demokrasi, istibdadın ortadan qaldırıılışı. Türkçəçilik, yəni işsizlərə iş, minlərcə işsiz vətəndaşımıza məktəblərdə, universitələrdə, radi—televizionda, dərgilərdə, qəzetlərdə, sinemalarda, musiqi mərkəzlərində və teatrlarda iş deməkdir. Bu nədənlə də türk dili və türkçəçilik bizim milli, siyasi, ictimai haqlarımızı bütünü ilə ifadə etməkdədir. Ayrıca, türk dili bizim tarixi coğrafiyamızı və tarixi statusumuzu indiki İranda müəyyən edəcək bir tək gerçək və həqiqi meyardır. Bu səbəblə də türk milli kimliyinin fədailəri millətimizin qurtuluşu yolunda türk dilindən tükənməz güc və ilham ala bilərlər, almaqdadırlar. Türk dili, ana dilimiz, dədə dilimiz, canlı tariximiz bizim ortaq və vaz keçilməz ilkəmizdir. Mədəniyət qatilləri olan fars irqçiləri öylə bir vəziyət yaratmışlar ki, türk insanı türk dilində danışmaqdan utansın. Ancaq türk dilində danışmaqdan deyil, fars dilində danışmaqdan utanmaq lazımdır. İnsan özgə bir dili necə öz fitrətinin bir parçası edə bilər?

Keçən illərdə və günümüzdə davam edən toplumumuzun öz milli kimliyi və milli hədəfləri yolunda oyanışına şahid olmuşuq. Bu oyanış öncə duyğu planında başlayıb və sonra da düşüncə planına daşınmışdır. Duyğu planında bu enerjinin oyanışı, hərəkətə keçişi çox önəmlidir. Çünkü tarixin yaradıcısı duyğular və inanc, elmin yaradıcı isə, ağıldır. Bu nədənlə də bizim milli kimliyimiz bilgilər sınağından keçərək toplumun inanc dəyərlərinin ayrılmaz parçaları olmalıdır. Düşüncə planına daşınan hər olqu üçün bir dil lazımdır. Varlığı, həyatı dərk edəcək, dərk etdirəcək bir dil. Yəni ana dili. Yalınız bu şəkildə milli hədəflərimizə çatmaq mümkün olacaqdır. Bütün bu çalışmalar dillə və dildə edildiyi üçün hansı xeyirxah işdə fəaliyət göstərsək, dilin xaricində olmayacağıq. Modernitə “dil”, “güc” və “azadlıq” qavramlarını bir yerdə bir bütün olaraq təqdim edər. Çünkü azadlığın qurulması və qorunması üçün maddi— mənəvi güc lazımdır. Bu güc isə bir dilin imkanlarına dayanmalıdır. dayanmalıdır. Bəlkə bu üzdən olsa gərək ki, çağdaş fəlsəfənin əsas mövzusunu dil təşkil etmişdir.

Ulusumuzun, dilimizin indiki zamandakı ehtiyaclarını keçmişin və gələcəyin verilərindən yola çıxaraq təfsir etmək mümkündür. Millətlər də insanlar kimi, indiki zamanda əski xatirələrini unutmadan gələcəyə doğru yönəlişlə yaşarlar. Bir toplumu isə, millət edən nə onun sosial təbiətidir, nə də tarixidir. Bunlar yardımçı yan kənlərdir. Bir toplumu millət edən qarşısına qoyduğu böyük hədəfləridir. Atalar sözündə bu siyasi fəlsəfəni “Niyət hara mənzil ora” şəklində eşitmişik. Lakin günümüzü keçmişin verilərindən, təcrübələrindən yola çıxaraq təfsir etmək zorundayıq. Bu təfsirlər yanlış edildiyində günümüdəki ehtiyaclarımızı da anlamaqda zorluq çəkəcəyik, zorluq çəkməkdəyik. Keçən 100 il ərzində fars irqçiləri bizim keçmişi istədikləri kimi təfsir edib bizi tarix bilgisindən məhrum və hətta utanır hala gətirmişlər. Ancaq Səməd Vurğunun söylədiyi kimi, “Günəşi örtsə də qara buludlar — Onun günəş adlı bir qüvvəti var.” Milli zərurətlərimizə görə meydana çıxan böyüklərimiz faşistlərin bütün yalanları ifşa etməyi başarmışlar. Bu yolda özəlliklə Mərhum Pro. Zehtabi, Doktor Cavad Heyət və Prof. Ziya Sədr kimi böyüklərimizin çəkdiyi zəhmətlər təqdirə layiqdir. Ancaq günümüzün təfsiri yalnız keçmişin veriləri ilə mümkün ola bilməz. Gələcək zaman indiki zamandan nə istəyir və ya gələcəyi necə qurmaq istəyirik, necə gətirə bilərik. Final hədəfimiz nədir? Türk kimliyinin, türk millətinin bir özgüvən içində indiki qaranlıq durumla hesablaşması gərəkir. Bunu modern yolla və modernitənin imkanları ilə gerçəkləşdirmək mümkündür və elə də olmaqdadır. Keçən onilliklərdə solun ədəbiyatı, bilgiləri o qədər güclənmişdi ki, onun təsiri altında qalmamaq mümkün deyildi. Bu təcrübədən milli yüksəliş hərəkətində istifadə etməliyik. Yəni türkçəmizdə estetik dərinliyi olan, fəlsəfi, elmi, tarixi, sosioloji bilgilər o qədər artmalıdır ki, onun təsirində qalmayacaq bir türk təsəvvür etmək mümkün olmasın. Bunun adına mədəni inqilab deyirik. Bu mədəni inqilabda bizim iki müttəfimiz var, iki bələdçimiz və iki dostumuz var. Birincisi türk dilidir, ikincisi isə, istibdadın dəyərlərini yıxmaqda türkçəyə dəstək olan modernitədir, çağdaşlaşmadır. Bu, sadəcə günümüzün qurtuluşu deyil nəzəriyəsi, həm də tarixin qurtuluşu əməliyatıdır. Yəni millətin dünyagörüşündə dəyişiklik yaratmaq və yeni bir baxış bucağı açmaq. Toplumumuzun içində birikməkdə olan yaradıcı sosial enerjini türk kimliyi, türk dili mərkəzli evrənsəlləşməyə sövq etmək milli hərəkətin təməl görəvi kimi ortaya çıxmışdır.

Bu yolda daha öncə əməyi keçən və milli kimliyimizin bayrağını ən qaranlıq dönəmlərdə əldə tutan, duyqularda və şüurlarda dalğalandıran böyüklərimiz olmuşdur. Onlardan bir neçəsinin adını çəkib burada xatırlamaq yerinə düşər. Milli kimliyimizin siyasət, bilgi, incəsənət və ədəbiyat planına daşınmasında bu mərhumlarımızın böyük əməkləri keçmişdir: Pişəvəri, Şəhriyar, Səhənd, Əli Təbrizli, Zehtabi, M. Fərzanə, Səməd Sərdariniya, Mahmud Şatıryan, Həmid Nütqi, Gəncəli Səbahi, Səməd Behrəngi, Əli Kəmali.

Ayrıca, uzun zamandan bəri yorulmadan öz aydınlatma əməllərinə davam edən, milli düşüncələrimizin gəlişməsinə təkan verən bu böyüklərimizi də burda xatırlayıb onlara salamlarımı çatdırmaq istəyirəm: Cavad Heyət, Yəhya Şeyda, Haşım Tərlan, Rza Bərahəni, Əlirza Sərrafi, Həsən Raşidi, Həsən Dəmirçi, Əlirza Əsgərzadə, Ziya Sədr, Əhməd Obalı, Aşıq Həsən İskəndəri və digər şəxsiyətlərimiz.


Hotelin adresi:
Blue Tower Hotel
Leeuwendalersweg 21, 1055 JE Amsterdam
Tel : 0031-20-5800360
Fax: 020 580 03 69





Yüklə 44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin