Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Kollegiyasının 20 noyabr 2009-cu il tarixli 29 saylı
qərarı ilə təsdiq edilmiş “Ağır preeklampsiya və
eklampsiyanın reanimasiya üzrə klinik protokol”
əsasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzində hazırlanmışdır.
həkimlərin
yaddaş
kitabçası
EKLAMPSİYANIN GEDİŞİ
Eklampsiyanın gedişini 4 dövrə ayırmaq olar:
1-ci dövr: başlanğıc (30 san.)
Sifət əzələlərinin, sonra yuxarı ətrafların xırda
fibrillyar dartınmaları
Baxış bir tərəfə fiksasiya olub
Bəbəklər genişlənib və göz qapaqlarının altına
gedir, göz ağı görünür
Boyun gərgindir
Vidaci venalar şişir
Trizm (xəstə dilini dişləyə bilər)
2-ci dövr: tonik qıcolmalar (30 san.)
Bütün skelet əzələlərinin başdan, boyundan və
yuxarı ətraflardan gövdəyə və qarına yayılan
yığılmaları.
Baş geriyə qatlanır, bəzən opistotonus müşahidə edilir
Tənəffüs dayanır
Sianoz sürətlə artır
Xəstə huşunu itirir
Nəbz praktik olaraq əllənmir
Qısamüddətli olmasına baxmayaraq, bu, ən
təhlükəli dövrdür, beyinə qansızmadan qəflətən
ölüm baş verə bilər.
3-cü dövr: klonik qıcolmalar (30 san.-2 dəq.)
Bədən əzələlərinin sistemsiz yığılması – yuxarıdan
aşağıya inkişaf edir
Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və
ayaqları ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır
Tənəffüs hərəkətləri qeyd olunmur
Sifət tünd qırmızı-göy rəngdə olur
4-cü dövr:
Qıcolmalar azalır və sona yetir
Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır
Ağızdan köpük gəlir (çox vaxt qanlı)
Tənəffüs müntəzəm olmağa başlayır
Sianoz azalır
Nəbz bərpa olur
Bəbəklər tədricən daralır
Qıcolmadan sonra koma vəziyyəti yaranır.
Hamilənin huşu aydınlaşdıqdan sonra retroqrad
amneziya baş verdiyindən, qıcolmanı xatırlamır.
Bəzən qadın komadan çıxmadan, növbəti
qıcolma başlayır. Bu hal “eklamptik status”
adlanır.
eklampsiya
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
DİAQNOSTİKA
Preeklampsiyanın diaqnostik meyarları*
Preeklampsiya
AT: hamiləliyin 20 həftəsindən etibarən SAT 140 mm.c.süt.-dan
artıq və ya DAT 90 mm.c.süt.-dan artıq
Proteinuriya: 0,3 q və ya çox/24 saatlıq sidikdə
Ağır preeklampsiya
AT: SAT 160 mm.c.süt. və ya artıq və DAT 110 mm.c.süt. və ya artıq
– hamilə qadının yataq şəraitində olduğu 6 saat müddətində azı 2
dəfə qeyd olunursa
Proteinuriya: 5 q və ya çox/24 saatlıq sidik müayinəsində və ya
3+ sidikdə zülalın təyini testində – 4 saat müddətində götürülmüş
sidikdə
Başqa əlamətlər: oliquriya (< 500ml/24 saat və ya < 30 ml/saat),
plazmada kreatinin > 1,2 mq/dl, baş ağrısı, serebral və vizual
pozğunluqlar, sianoz, ağ ciyər ödemi, mədə nahiyəsində ağrı,
göz dibinə ekssudasiya və qansızma, qaraciyər funksiyasının
pozğunluqları, trombositopeniya, dölün bətndaxili inkişafının
ləngiməsi
*Preeklampsiya diaqnozu qoyulması üçün hipertenziya ilə
proteinuriyanın birgə müşahidəsi mütləqdir.
Ödemlərin əmələ gəlməsi və artması ağır preeklampsiyaların
mövcudluğunu və ya ağırlıq dərəcəsini əks etdirmir. Laborator
müayinələr ağır preeklampsiyaların idarə edilməsində dəyərli olsa
da, bu günə qədər proqnostik cəhətdən etibarlı test yoxdur.
Arterial təzyiqi
140/90 mm.c.süt.-dan
yüksək olan
20 həftəliyədək
hamiləlik
20 həftədən artıq
hamiləlik
Proteinuriya
yoxdur və ya
dəyişməzdir
Yeni və ya
artan proteinuriya,
artan AT və ya
HELLP sindrom
Xroniki
hipertenziya
Xroniki hiperten-
ziyaya qoşulan
preeklampsiya
Pre-
eklampsiya
Hamiləlik
hipertenziyası
Proteinuriya
var
Proteinuriya
yoxdur
Hamilə qadınlarda hipertenziyanın
differensiasiyasının alqoritmi
Ana ilə əlaqəli faktorlar:
•
Yaşı 35-dən artıq
•
Yaşı 20-dən az
•
Ailə anamnezində preeklampsiya
•
İlk hamiləlik
•
Əvvəlki hamiləlikdə preeklampsiya
•
Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya
•
Stress
FƏSADLAR
Ağır preeklampsiyanın və eklampsiyanın
mümkün fəsadları:
•
Ağ ciyərlərin ventilyasiya pozğunluğu
•
DDL sindrom
•
HELLP sindrom
•
Böyrək çatışmazlığı
•
Ağ ciyər ödemi
•
Böyüklərin kəskin respirator distress sindromu
•
Serebrovaskulyar ağırlaşmalar
•
Ürəkdayanma
•
Ölüm
DDL SİNDROM
eklampsiyalı qadınların təqribən 7%-də baş
verir. Plasentar hipoperfuziya döl tərəfdən də ağırlaşmalara
səbəb olur. Bunlardan:
•
dölün bətndaxili tələf olması
•
dölün bətndaxili inkişafdan qalması
•
perinatal ölüm hallarının artması
Ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də,
hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm
halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır
preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər
sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür.
Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və
kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla
da ana ölümü riskinin artmasına səbəb olur.
RİSK FAKTORLARI
Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb
olan xəstəliklər üstünlük təşkil edir:
Xroniki hipertenziya
Şəkərli diabet
Damar və birləşdirici toxuma xəstəlikləri
Antifosfolipid sindromu
Böyrək xəstəlikləri
Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının
sağlamlıq vəziyyəti ilə əlaqədardır
Hamiləliklə əlaqəli faktorlar:
•
Xromosom anomaliyaları
•
Çoxdöllü hamiləlik
•
Oositin donasiyası və ya donor sperması ilə inseminasiya
•
Dölün anadangəlmə inkişaf qüsurları
•
Hamiləlik zamanı sidik traktı infeksiyaları
EKLAMPSİYA
•
•
•
•
•
•