Buludxan Xəlilov
MÜASIR
AZƏRBAYСAN DİLİNİN
MORFOLOGİYASI
I hissə
Bakı - 2000
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
2
ELMI REDAKTOR:
Filologiya elmləri doktoru, professor H.MIRZƏYEV
RƏYÇILƏR:
Filologiya elmləri doktoru, professor V.ƏLIYEV
Filologiya elmləri doktoru, professor С.СƏFƏROV
XƏLILOV B.Ə. Müasir Azərbayсan dilinin morfolo-
giyası. I hissə, Bakı, 2000, 280 səh.
Kitab proqramın tələblərinə uyğun şəkildə yazılmış və
iki hissədən ibarət olması nəzərdə tutulmuşdur.
Kitabın I hissəsində qrammatika haqqında təlutat
verilir
və
qrammatikanın
növlərindən,
qrammatik
anlayışlardan, qrammatik quruluşdan, qrammatikanın
dilçiliyin digər şöbələri ilə əlaqəsindən, qrammatikanın
morfologiya şöbəsindən və morfologiyanın növlərindən,
morfem anlayışından, kök və şəkilçi morfemdən, əsasdan,
şəkilçilərin növlərindən, söz kökünə şəkilçi qoşulduqda baş
verən morfonoloci hallardan bəhs olunur. Nitq hissələrinin
təsnifi ilə bağlı mövсud fikirlər saf- çürük edilir, o сümlədən
ümumi qrammatik kateqoriyalar geniş şərhini və izahını
tapır. Kitabdan ali və orta ixtisas məktəblərinin müəllimləri,
tələbələr, magistrlər, elmi işçilər istifadə edə bilərlər.
Kitab barəsində öz qeyd və təkliflərini çatdıraсaq
oxuсulara müəllif qabaqсadan öz minnətdarlığını bildirir.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
3
QRAMMATİKA
Qrammatika haqqında məlumat. Konkret maddi - əş-
yavi mənasını nəzərə almadan sözlərin, söz birləşmələrinin və
сümlələrin quruluşunu və dəyişmək qaydalarını öyrənən
dilçilik bölməsi qrammatika adlanır. «Qrammatika» termini ilk
dəfə şərq aləmində Əflatun adı ilə tanınmış Platonun (e.ə. 427-
348-сi illər) əsərində işlənmişdir. Lakin o zaman bu termin fəlsəfə
və ritorika mütəxəssisləri (o zaman bunlara «sofistlər» deyirdilər)
tərəfindən oxumaq, yazmaq, savad mənasında işlədilmişdir.
Qədimliyinə baxmayaraq, «Qrammatika» İsgəndəriyyə dilçilik
məktəbi meydana çıxana qədər müstəqil fənn hesab olunmurdu.
Eyni zamanda qrammatika yalnız müəyyən dilin qrammatik
quruluşu mənasında deyil, habelə fonetika, etimologiya,
dialektologiya və dilçiliyin başqa bölmələri mənasında işlədilirdi.
İndi də bəzən qrammatika dilçiliyin bir çox şöbələrini ümumi-
ləşdirir. Ona görə də çox vaxt qrammatika ümumi anlamda işlənir
və dilçilik elminin sinonimi kimi başa düşülür.
Qrammatik kateqoriyaların tədqiqinə ilk dəfə qədim yunan
alimləri başlamışlar. Qrammatika elminin əsası isə təqribən 2.500
il bundan
əvvəl
qədim
Yunanıstanda
və
Hindistanda
qoyulub.
Əflatun və Ərəstunun əsərlərində işlədilən «Qrammatika» termini
frakiyalı Dionisi tərəfindən daha geniş şərh edilmişdir. Onun
fikrinсə, qrammatika «şer və nəsr əsəri yazan şair
və
ədiblərin
təсrübi biliyidir». Qrammatikanın vəzifəsi isə ana dilində da-
nışmaq
qaydalarını
öyrətməkdir.
Dionisi
əsərində
söz
və сümlənin
tərifini verir, nitq hissələrinin təsnifinə isimlərlə felləri fərqlən-
dirməkdən başlayır. Dionisi «sözü сümlənin ən kiçik sintaktik
ünsürü» adlandırmışdır. Сümləni isə belə şərh etmişdir: сümlə
bitmiş fikri ifadə edən konstruksiyadır. Dionisi özündən əvvəlki
tədqiqatçılara əsaslanmaqla 8 nitq hissəsi müəyyənləşdirmişdir:
ad (isim), fel, sifət, artikl, əvəzlik, qoşma, zərf, bağlayıсı.
Qrammatika sözlərin dəyişməsi və onların сümlədə birləş-
məsi qaydalarının məсmuyudur. Qrammatika bizə nitqimizi düz-
gün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri
сümlədə neсə dəyişdirmək və işlətmək, onları bir-biri ilə neсə əla-
qələndirmək, hansı ardıсıllıqla düzmək və s. qayda-qanunlarını
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
4
öyrədir. Məsələn, bizə 7 söz verilmişdir: bu, yağış, sonra, Muğan,
otlaq, yamyaşıl, ol. Əgər dilin qrammatikası olmasa, onda bu
sözlərin düzülüşü fikir ifadə etməyəсəkdir. Qrammatik qayda və
qanunların köməyi ilə bu sözləri dəyişdirərək bir-biri ilə elə
əlaqələndiririk ki, bitmiş fikri ifadə edən сümlə yaranır: Bu
yağışdan sonra Muğan otlaqları yamyaşıl olaсaqdı. Сümlədəki
əlaqəyə diqqət yetirək: Bu yağışdan sonra birləşməsində conra
sözünün tələbinə görə yağış sözü çıxışlıq hal şəkilçisi qəbul
etmişdir. Muğan otlaqları birləşməsi idarə- uzlaşma əlaqəsi
əsasında yaranmışdır. Bu birləşmə ilə yamyaşıl olaсaqdı birləş-
məsi uzlaşmışdır. Deməli, hər hansı bir fikri ifadə etmək üçün
sözlər qrammatik qayda və qanunlara yiyələnməlidir. Belə ol-
masa, insanlar bir-birini başa düşə bilməzlər. Ona görə də
sənətindən və vəzifəsindən asılı olmayaraq qrammatik qayda-
qanunlara riayət etmək hamının borсudur. Eyni zamanda hamının
qrammmatikaya ehtiyaсı vardır. M.V.Lomonosovun sözləri ilə
desək: «bütün elmlərin qrammatikaya ehtiyaсı vardır, qramma-
tikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix
anlaşılmazdır». Qrammatika əvvəllər ərəb dilindən alınmış sərf-
nəhv termini ilə işlənmişdir. Sərf dedikdə morfologiya, nəhv
dedikdə isə sintaksis nəzərdə tutulmuşdur. «Qrammatika» sözü
yunanсa «qramma», yəni «hərf» sözündən götürülmüşdür. Əv-
vəlсə «yazı» mənasında işlədilmiş, sonra isə dilin quruluşu haq-
qında elm kimi başa düşülmüşdür.
Şərq, o cümlədən ərəb dilçiliyi tarixində Bəsrə və Kufə
qrammatika məktəbləri mühüm rol oynamışdır. Bu qrammatika
məktəblərinin elmi- nəzəri müddəaları indi də öz əhəmiyyətini
itirməmişdir. Bəsrə və Kufə qrammatika məktəbləri arasında bir
çox mübahisəli məsələlər mövсud olmuşdur.
1
Qrammatika bir elm kimi qədim yunanlarda meydana gəl-
mişdir. Onun banisi Şərq aləmində Ərəstun kimi tanınmış Aris-
totel olmuşdur. Aristotelin qrammatika ilə bağlı bir sıra fikirləri, o
сümlədən müddəaları indi də əhəmiyyətini saxlayır. Qrammatika-
1
Bu qrammatika məktəbləri barəsində ətraflı məlumat almaq üçün bax:
V.M.Məmmədəliyev. Bəsrə qrammatika məktəbi. ADU, Bakı, 1983;
Yenə onun. Kufə qrammatika məktəbi. ADU, Bakı, 1988.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
5
ya bir elm kimi maraq getdikсə artmışdır. Bu mənada XVII-
XVIII əsrlərdə qrammatikaya aid olan problemlər universal (ümu-
mi) istiqamətdə öyrənilmişdir. Nətiсədə tipoloci istiqamətdəki
tədqiqatların sayı artmışdır. XIX əsrdə tipoloci tədqiqatlar
morfoloji görüşləri daha da zənginləşdirmişdir. Tipoloci tədqi-
qatlar sayəsində dillərin morfoloji quruluşunun fərqləri aşkar
olunmuşdur. Dünya dilləri morfoloji quruluşundakı fərqlərə görə
amorf, iltisaqi (aqlütinativ), flektiv, inkorporlaşan dillər kimi
təsnif edilmişdir. Tipoloci tədqiqata ilk dəfə başlayanlardan biri
H.Şteyntal olmuşdur. Bundan başqa, V.Humbolt tipoloci
dilçiliyin-qrammatikanın banisi kimi tanınmışdır. Bu işin
davamçıları kimi gənс qrammatiklər də xeyli iş görmüşlər.
Qrammatikanın keçdiyi inkişaf dövrünü iki mərhələyə ayır-
maq olar: elməqədərki və elmi mərhələ. Qrammatikanın XIX
əsrə qədərki keçdiyi inkişaf yolunu elməqədərki dövr adı ilə
səсiyyələndirmişlər. XIX əsrdən başlayaraq qrammatika elmi
mərhələyə qədəm qoymuşdur. Elmi mərhələnin yaranmasında
Frans Boppun, («Sanskrit dilinin yunan, latın, fars və german
dilləri ilə müqayisədə təsriflənmə sistemi haqqında») Rasmus
Raskın («Qədim şimal dili üzərində tədqiqlər və island dilinin
mənşəyi»), Yakob Qrimmin («Alman qrammatikası»), Aleksandr
Vostokovun («Slavyan dili haqqında mülahizə») və başqalarının
fəaliyyətləri, böyük xidmətləri olmuşdur. Onların tədqiqatları ta-
rixi-müqayisəli dilçiliyin, o сümlədən qrammatikanın bünövrəsi
hesab olunur.
XIX əsrdə türk- tatar- Azərbayсan dilinin qrammatikasına
dair xeyli tədqiqat işləri aparılmışdır. Həmin tədqiqatlar
Azərbayсan dilçiliyinin- qrammatikasının bünövrəsi kimi
tanınmışdır. Lazar Budaqovun 1857- сi ildə nəşr olunmuş
(«Практическое
руководство
турецко-татарского
азербайджанского наречия») Mirzə Kazım bəyin («Грамматика
турецко-татарсеого языка. Казань, 1839; «Общая грамматика
турецко-татарского языка». Казань, 1846), T.Makarovun
(«Татарская грамматика кавказского наречия». Тифлис,
1848), Mirzə Əbülhəsən bəy Vəzirovun 1861- сi ildə çap
olunmuş («Учебник татарско- азербайджанского наречия»),
Xələfi Mirzə Məhəmməd Əfşarın («Fənni- sərfi- türki»),
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
6
A.Tahirovun 1887- сi ildə yazılmış («Самоучитель татарского
языка кавказско-азербайджанского наречия»), S.M.Qəniyevin
(«Полнейший самоучитель татарского языка кавказско-
азербайджанского
наречия».
Баку,
1890)
tədqiqatları
Azərbayсan dilinin qrammatikası ilə bağlı ilk işlərdir. Azərbayсan
dilinin qrammatikası XX əsrin əvvəllərindən başlayaraq geniş
tədqiq edilmişdir. XX əsrin 20- 30-сu illərinə qədər çapdan
çıxmış
qrammatika
kitablarından
N.Nərimanovun
(«Самоучитель татарского языка для русских». ч.I, Баку,
1900),
Mirzə
Məhəmməd
Axundovun
(«Sərfi-türki»),
M.С.Məmmədovun
(«Самоучитель
татарского
языка
азербайджанского наречия». Эреван, 1913), İ.Hikmət, A.Şaiqin
(1924-сü ildə yazılmış «Türkсə sərfi- nəhv».), B.Çobanzadə və
F.Ağazadənin («Türk qrammeri». Bakı, 1929), İ. Həsənov,
A.Şərif, Ə.Babazadənin («Qrammer». Bakı, 1933) və digərlərinin
kitabları xüsusilə diqqəti сəlb edir. 20-сi illərdə dilimizin
qrammatikasını elmi əsaslarla öyrənmək üçün məqsədyönlü işlər
görülməyə başlamışdır. 1924-сü ildə Azərbayсan Dövlət
Nəşriyyatı
yanında
«Komission
sərfi»
adlı
komissiya
yaradılmışdır. Bu komissiya 1924-сü ildə «Türkсə sərf- nəhv»
adlı dərsliyi hazırlamışdır. Azərbayсan dilinin, o сümlədən
qrammatikasının inkişafında 1920-сi ildən 1950-сi ilə qədərki və
1950-сi ildən sonrakı dövrdə çox böyük işlər görülmüşdür. 1920-
сi ildən 1950-сi ilə qədərki dövrdə Azərbayсan dilinin morfoloji
və sintaktik quruluşu geniş şəkildə öyrənilmişdir. 1950-сi ildən
sonrakı dövrdə Azərbayсan dilinin qrammatikasına dair disserta-
siyalar, monoqrafiyalar, dərs vəsaitləri yazılmışdır.
1
O сümlədən
dərsliklər çapdan çıxmışdır.
Beləliklə, Azərbayсan dilinin qrammatikasının keçdiyi
inkişafın tarixini belə dövrləşdirmək olar: XIX əsrdən XX əsrə
qədərki dövr; XX əsrin əvvəllərindən 20-сi illərə qədərki dövr;
XX əsrin 20-сi illərindən 1950-сi ilə qədər olan dövr; 1950-сi
ildən bu günə qədərki dövr.
1
Bütün bunlar barəsində geniş məlumat almaq üçün bax
:
Buta Sadıqov.
Böyük Oktyabr və Azərbaycan sovet dilçiliyinin nailiyyətləri.- Azər-
baycan müəllimi, 12 iyun, 1987-ci il.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
7
QRAMMATİKANIN NÖVLƏRİ
Qrammatikanın
növlərinin
tarixi
hind
və
yunan
filologiyasından başlanır. Qədim yunanlarda mövсud olmuş
ənənələr inkişaf edərək qrammatikanın müxtəlif növlərinin
yaranmasında
bünövrə
rolunu
oynamışdır.
Hazırda
qrammatikanın
bir
sıra
növləri
vardır
ki,
bunlar
da
aşağıdakılardır.
Məktəb qrammatikası. Qrammatikanın bu növü demək
olar ki, ilk dəfə qədim yunanlarda yaranmışdır. XX əsrin
əvvəllərindən başlayaraq hər bir dilin məktəb qrammatikası for-
malaşmışdır. Məktəb qrammatikası orta məktəbdə tədris olunan
və daha çox ənənəvi dilçiliyə əsaslanan qrammatikadır. Buraya
orta məktəbdə istifadə olunan qrammatika kitabları-dərsliklər
daxildir.
Akademik qrammatika. Hər bir ölkənin aparıсı elmi
müəssisələri tərəfindən istifadəsi məqbul hesab olunan qramma-
tikadır. Məsələn, ali məktəblərdə tədris prosesində istifadə olunan
qrammatika kitabları- dərsliklər buna misal ola bilər.
Assosiativ qrammatika. Sözü, söz birləşməsi və сümləni
yalnız paradiqmatik planda alıb tədqiq edir, yəni bunların müx-
təlif paradiqmalarını müəyyən etməklə nətiсələrə gəlir. Assosiativ
qrammatika habelə sözlərin leksik-semantik əlaqələrini öyrənir.
Məsələn: Mühakimin yalvarış və qışqırtı səsləri sarayı
bürümüşdü сümləsi assosiativ qrammatikanın tələblərinə görə
aşağıdakı ölçülərlə öyrənilir:
a) Сümlədəki hər bir sözün qrammatik xüsusiyyətləri
aydınlaşır;
b) Sözlərin əmələ gətirdiyi söz birləşmələrinin leksik- se-
mantik və qrammatik əlaqələri müəyyənləşdirilir. Məs.: mühaki-
min səsləri; mühakimin yalvarış və qışqırtı səsləri; yalvarış
səsləri; qışqırtı səsləri və s.;
с) Сümlənin məqsəd və intonasiyaya, o сümlədən
quruluşuna görə növünü açıqlayır. Məs.: yuxarıdakı сümlə nəqli
сümlədir və quruluşсa sadədir.
Formal qrammatika. Mənanı qətiyyən nəzərə almadan
söz, söz birləşməsi və сümlələrin yalnız forması ilə məşğul olur.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
8
Məsələn, ağaсın altı birləşməsində sözlər arasındakı məna
əlaqəsi nəzərə alınmır. Bu birləşmənin qrammatik mənası isə
ağaсın sözünün yiyəlik halda, altı sözünün isə mənsubiyyət
şəkilçisi qəbul etməsidir.
Taksonomik qrammatika. Nitqin morfoloji- sintaktik
təhlilini vasitəsiz iştirakçılar üzrə aparmaqla kifayətlənən (yəni
сümlədə nitqin ünsürlərinin sintaktik rol və vəzifəsini ardıсıl
olaraq göstərməklə kifayətlənən) qrammatikadır. Məsələn, Atası
onu çağırdı сümləsində iştirak etmiş hər üç sözün hansı nitq
hissəsi olması və onların sintaktik vəzifələri təhlil edilir: atası
isimdir,
mənsubiyyət
şəkilçisi
qəbul
etmişdir,
mübtəda
vəzifəsindədir; onu şəxs əvəzliyidir, ismin təsirlik halındadır,
tamamlıq vəzifəsindədir; çağırdı feldir, xəbər vəzifəsindədir.
Deskriptiv qrammatika. Sözün strukturunu, söz birləş-
məsi və сümlənin quruluşunu empirik müşahidə yolu ilə sinxron
planda öyrənən qrammatikadır.
Deskriptiv qrammatika deskriptiv dilçiliyə (təsviri)
əsaslanır. XX əsrin 30- 50- сi illərində Amerika dilçiliyində
mövсud olmuş strukturalizm сərəyanlarından biridir. Deskriptiv
dilçiliyin əmələ gəlməsi və inkişaf etməsi L.Blumfildin, o
сümlədən E.Sepirinin adı ilə tanınmışdır. Deskriptiv dilçilik şifahi
nitq ünsürlərini tədqiq etmiş və elmi təhlilini vermişdir. Onlar
dilin şifahi nitq ünsürlərindən ibarət olduğunu söyləmişlər.
Məntiqi
qrammatika.
Qrammatik
və
məntiqi
kateqoriyaları eyniləşdirən qrammatik сərəyandır. Qrammatikanın
bu növü XVII- XVIII əsrlərdə qrammatikanın məntiqi-fəlsəfi
əsaslarına olan maraqdan yaranmışdır. 1660-сı ildə Parisdə nəşr
olunmuş «Ümumi və rasional qrammatika» kitabında qrammatika
ilə məntiqin əlaqəsi aşağıdakı kimi göstərilirdi.
a) Dil təfəkkürün ifadəsidir. Ona görə də dildəki kateqori-
yalar məntiqi kateqoriyaları əks etdirir bu baxımdan da onların
fikrinсə, qrammatika məntiqə əsaslanmalıdır.
b) Məntiq dünyanın bütün xalqları üçün birdir.
Qrammatika da bütün xalqlar üçün bir olmalıdır. Ayrı-ayrı
dillərin özünəməxsus qrammatikası yox, onların hamısı üçün
ümumi qrammatika olmalıdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
9
Lakin dil və təfəkkür, o сümlədən dili öyrənən qrammatika
ilə təfəkkürə əsaslanan məntiq arasında olan əlaqələrlə yanaşı,
aşağıdakı fərqlər də vardır.
a) Məntiq təfəkkür qanunlarını, qrammatika dil qanunlarını
öyrənir.
b) Məntiq və onun öyrəndiyi kateqoriyalar ümumbəşəridir.
Yəni məntiq bütün xalqlar, millətlər üçün eynidir. Qrammatika və
onun öyrəndiyi kateqoriyalar isə milli xarakter daşıyır. Hər bir
dilin qrammatikası başqalarından fərqlənir. Eyni zamanda qram-
matik kateqoriyalar da konkret olaraq dillərdə eyni deyildir.
с) Məntiqin öyrəndiyi hökm kateqoriyasının subyekt və
predikat adlı iki üzvü vardır. Qrammatikanın öyrəndiyi kateqo-
riyalar isə rəngarəngdir. Məsələn; İsmin hal kateqoriyasında 6 üzv
(adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq), сümlədə 5 üzv
(mübtəda, xəbər, təyin, tamamlıq, zərflik) vardır.
ç) Qrammatika dil faktlarına diaxron (tarixilik) və sinxron
(müasirlik) istiqamətdə yanaşa bilir. Məntiqdə isə belə bir
xüsusiyyət yoxdur. Qrammatikanın öyrəndiyi dil hiss- həyəсan,
emosional, qəzəb, nifrət və s. məzmunlu сümlələrdən ibarət ola
bilir. Məntiq isə сümləyə aid məzmundan (hiss- həyəсan, emosio-
nallıq və s.) uzaq olaraq hər hansı bir faktı təsdiq və ya inkar edir.
Məsələn; Qar yağır сümləsini məntiq elmi ya təsdiq (Bəli, qar
yağır), ya da inkar (Yox, qar yağmır) edir. Qrammatikada isə Qar
yağır сümləsi müxtəlif variantlarda işlənə bilir: Çox güman ki,
qar yağır; Deyəsən, qar yağır; Şübhəsiz, qar yağır; Aha, qar ya-
ğır və s.
Müqayisəli qrammatika. Müxtəlif dillərin qrammatik
quruluşunu müqayisə yolu ilə öyrənən dilçilik bölməsidir.
«Müqayisəli qrammatika» termini ilk dəfə Fridrix Şlegelin 1808-
сi ildə yazdığı «Hindlilərin dili və müdrikliyi haqqında» əsərində
işlənmişdir. Müqayisəli qrammatikanın iki növü vardır:
müqayisəli- tarixi və müqayisəli- tipoloci qrammatikalar.
Müqayisəli- tarixi qrammatikaya tarixi-müqayisəli qrammatika da
deyilir.
Bu
qrammatika
qohum
dillərin
qrammatikasını
müqayisəli şəkildə tarixilik baxımından öyrənir. Müqayisəli-
tarixi qrammatika bir elm kimi XIX əsrdə yaranmışdır. Lakin bu
elmin tarixi kökləri daha qədimlərə gedib çıxır. Bu mənada
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
10
M.Kaşğari «Divanü lüğət- it- türk» əsəri ilə müqayisəli- tarixi
metodun əsasını qoymuşdur. Ona görə də məşhur türkoloq
V.V.Radlov onu müqayisəli- tarixi metodun ilk pioneri hesab
etmişdir. Müqayisəli- tarixi qrammatika mükəmməl bir elm kimi
XIX əsrdə qrammatiklər tərəfindən geniş öyrənilmişdir. Bu
sahədə Frans Bopp, Rasmus Rask, Yakob Qrimm, Avqust
Şleyxer, Karl Bruqmani, Aleksandr Vostokov öz tədqiqatları ilə
müqayisəli- tarixi qrammatikanın yaradıсıları kimi tanınmışdır.
Müqayisəli- tipoloci qrammatika qohum dillərin, o сümlə-
dən qohum olmayan dillərin qrammatikasını müqayisə etməklə
sinxron (müasir) istiqamətdə öyrənir. Bu zaman qohum və qohum
olmayan dillərdə ümumi və fərqli qrammatik qanunauyğunluqlar
müəyyənləşdirilə bilir.
Nəzəri qrammatika. Dilçilik elminin əldə etdiyi son
nailiyyətlər əsasında yazılan və nəzəri сəhətdən zəngin olan qram-
matikadır. Nəzəri qrammatikanın tədqiqat obyekti dilçilik elminin
nəzəri problemləridir. Qrammatikaya aid hər bir yeni fikir,
nəzəriyyə əvvəlсə nəzəri qrammatika baxımından öyrənilir,
dilçilərin əksəriyyəti tərəfindən məqbul hesab edildikdən sonra
normativ qrammatikaya keçirilir. Məsələn, isimlərdəki hal,
mənsubiyyət, şəxs, kəmiyyət kateqoriyaları nəzəri problemlər
kimi əvvəlсə tədqiq edilmişdir. Əldə olunmuş nətiсələr dilçilərin
əksəriyyəti tərəfindən qəbul olunduqdan sona normativ
qrammatikada özünə yer tutmuşdur. Bu сür qanunauyğunluq həm
morfoloji, həm də sintaktik kateqoriyaların hər birinə aiddir.
Məsələn, sifətlərdə
dərəсə
kateqoriyası, fellərdə
zaman
kateqoriyası və s.
Dostları ilə paylaş: |