Burada komponentinin su fazasında, üzvi fazada qatılığıdır



Yüklə 32,71 Kb.
tarix16.04.2022
ölçüsü32,71 Kb.
#55584
Ekstraksiya


Ekstraksiya
Ekstraksiya-maddənin iki faza arasında, əsasən qarışmayan iki maye arasında (adətən su və üzvi həlledicilər arasında) paylanmasından ibarət olan fiziki-kimyəvi proses, həmçinin maddələrin uyğun çıxarılma, ayrılma və qatılaşdırma metodudur. Ekstraksiya kimyanın iki əsas qanununa : Nernstin paylanma qanunu və ikifazalı sistemlər üçün kütlələrin təsiri qanununa əsaslanır.

Vəsfi analizdə hər hansı bir komponentin ekstraksiyası əsasən sulu məhluldan üzvi reagentlər vasitəsilə aparılır. Sadə halda ekstraksiya prosesi hər hansı komponentinin iki qarışmayan maye arasında paylanmasına əsaslanır. Ekstraksiya prosesində komponentinin miqdarı fazaların birində azalır, digərində artır və müxtəlif fazalardakı qatılıqlarının müəyyən nisbətində dinamiki tarazlıq yaranır:



Burada komponentinin su fazasında, üzvi fazada qatılığıdır.

Verilmiş temperaturda eyni ölçülü molekullara malik paylanan maddənin müxtəlif fazalardakı tarazlıq qatılıqlarının nisbəti sabit kəmiyyət olub, paylanma sabiti adlanır:

Paylanma sabiti ekstraksiya olunan maddənin və həlledicinin təbiətindən, temperaturdan asılı olub, ekstraksiya olunan maddənin miqdarından, fazaların həcmindən, bir-birilə qarşılıqlı təsirdə olmayan və məhlulun nı dəyişməyən kənar ionların iştirakından asılı deyildir.

Ekstraksiya prosesi hər iki fazada baş verə bilən polimerləşmə, solvatlaşma, ionlaşma və başqa proseslərlə mürəkkəbləşə bilər. Ona görə də paylanma sabiti əvəzinə paylanma əmsalından istifadə olunur. Paylanma əmsalı ekstraksitya edilən komponentin üzvi fazadakı ümumi qatılığının, su fazasındakı ümumi qatılığına olan nisbətinə deyilir.

Paylanma əmsalı məhlulun dan və paylanma sabitinin qiymətindən asılıdır.

Ekstraksiya prosesi, adətən, ikifazalı sistemdə baş verən müxtəlif kimyəvi reaksiyalarla müşaiyət olunur. Ümumi şəkildə bu prosesi aşağıdakı kimi göstərmək olar:

Ekstraksiya olunan maddə ilə ekstragentin təbiətindən asılı olaraq, maddənin su fazasından üzvi fazaya keçməsi müxtəlif mexanizmlər üzrə gedir.



Sadə kovalent molekullarından ibarət olan qeyri-üzvi birləşmələr, bir sıra üzvi və təbii maddələr fiziki paylanma prinsipi ilə ekstrksiya olunur. Bu halda kimyəvi reaksiya baş vermir. Buna səbəb yuxarıda göstərilən maddələrin suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olmalarıdır. Ekstragent kimi müxtəlif təbiətli həlledicilərdən istifadə olunur.

Bu üsul ilə dağ süxurlarının, torpağın, təbii suyun, ağac qabığı və yarpağın tərkibində olan və s. qeyri üzvi və bəzi üzvi maddələrin ekstraksiyası aparılır.
Yüklə 32,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin