Suyun kimyəvi xassələrinin dəyişməsi



Yüklə 15,4 Kb.
tarix02.12.2022
ölçüsü15,4 Kb.
#71993
nəticə


Netice 1
Suyun keyfiyyətinə təsir edən hər hansı bir maddə çirkləndiricidir. Təbii su ehtiyatlarına daxil olan çirkləndiricilər (mineral, üzvi və bakterial-bioloji maddələr) onun keyfiyyətinə təsir göstərir. Bu təsirlər – suyun fiziki xassələrinin dəyişməsi (şəffaflığı, rəngi, iyi, dadı və s.);
- suyun kimyəvi xassələrinin dəyişməsi;
- suda oksigenin (hər hansı oksidləşmə baş verdikdə) azalması;
- suda xəstəlik törədən mikroiqlimin yaranması;
- suda gedən bio və hidro kimyəvi proseslər nəticəsində çöküntü və üzən maddələrin əmələ gəlməsi. Aiddir.
Suyun çirklənmə növləri 3 qrupa bölünür:
1.Mineral maddələrlə çirklənmə
2.Üzvi çirkləndirici maddələr
3.Bakterial-bioloji çirklənmə
Su ehtiyatlarının əsas çirklənmə mənbələri sənaye və kommunal çirkab suları, kənd təsərrüfatında istifadə olunan mineral gübrələr, meşə materiallarının çaylarla daşınması, radioaktiv tullantılar, istilik və atom elektrik stansiyasından isti suların tullantısı və atmosferdir. Sənaye çirkab suları su ehtiyatlarının əsas çirklənmə mənbəyidir. Təbii su ehtiyatların çirklənmə mənbələrindən biri də atmosferadır.
Nəticə 2
Su ehtiyatlarının özünün təmizlənməsi təbiət hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan (fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş enerjisini göstərmək olar. Suyun özünü təmizləməsinin kimyəvi faktorlardan üzvi və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar.
Təbii su ehtiyatlarının təmiz saxlanması istifadədən çıxmaması məqsədilə sənaye və kommunal çirkab suları təmizləməli, dövrü su təchizatını təmin etməli, az sulu, susuz və tullantısız istehsal texnologiyası tətbiq olunmalı, kənd təsərrüfatında gübrələrdən səmərəli istifadə etməli, havanı çirklənmədən qorumalı kimi tədbirlər həyata keçirilməlidir. Çirkab sularının təmizlənməsində mexaniki, kimyəvi, fiziki-kimyəvi və biokimyəvi üsullardan istifadə edilir.Mexaniki təmizlənmə üsulunda mexaniki qarışıqlar sudan təmizlənir. Kimyəvi təmizləmə üsulu ilə sudakı çirkləndirici maddələri tam təmizləmək mümkün deyil. Ona görə də fiziki – kimyəvi təmizləmə üsulundan istifadə edilir. Suyun fiziki-kimyəvi təmizlənməsində sorbsiya, ekstaksiya, flotasiya, kristallaşma, deminerallaşma, elektroliz, ion və yandırma üsulundan istifadə olunur.

Biokimyəvi təmizləmə üsulunun əsası mikroorqanizmlər tərəfindən çirkab suların tərkibindəki kolloid maddələrin öz inkişafı üçün şərait yaradılır.


Suyun keyfiyyəti 6 balla müəyyən edilir.İçməli suyun keyfiyyəti aşağıdakı tələblərə cavab verməlidir:


  • 1) çirkab suları su ehtiyatlarına atılarkən suyun temperaturu yay mövsümündəki temperaturdan 3-dən çox olmamalıdır;



  • 2) sudan gələn iy və dadın şiddətliyi 2 baldan artıq olmamalıdır;




  • 3) suyun turturşuluğu pH=6,58,5 intervalında olmalıdır:



  • 4) çirkab suları ilə su mənbəyi qidalanarsa, onda olan oksigenin miqdarı 46 mq/l həddində olmalıdır;






  • 6) suyun hər litrində 1000-dən artıq xəstəlik törədən bakteriya olmamalıdır;




  • 7) çirkab suları su ehtiyatlarına ötürülərkən orada üzən mineral və üzvi maddələrin konsentrasiyası 0,25 mq/l-dən çox olmamalıdır.


Nəticə 3
Azərbaycan respublikası üçün suya görə ümdə problemlərdən biri su ehtiyatlarının artırılmasında, süni sututarların çoxaldılmasıdır. Düzdür Sərsəng, Xanbulaqçay, Lənkəran şirin sututarları var, amma bunlar kifayətedici deyildir. Dünyada suyun yayılmasını əsasən iki qrupa – yerüstü sular və yeraltı sulara bölürlər. Yerüstü suların əksəriyyətinin torpaqların suvarılmasına sərf olunmasına baxmayaraq, sənaye müəssisələri zavod və fabriklər də su ehtiyatının böyük bir hissəsini sərf edirlər.
Yüklə 15,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin