a)
Bazar bəşəriyyətin od, çörək, təqvim kimi kəşflə rindən biri olub, iqtisadi
görüş və rəqabət meydanıdır. Bazar elə bir
iqtisadi göstəricidir ki,
cəmiyyətin nə istehsal etməli, nə qədər istehsal etməli və kim üçün istehsal
etməli suallarına dəqiq cavab verir. Avropa ölkələrində geniş
işlədilən
market, rinq (Almaniya), torq (Çexiya), rupek (Polşa) anlayışları bazar
mənasını verir. Müasir iqtisadiyyat – müxtəlif təyinatlı əmtəə və
xidmətlərin, kapitalın (pulun), əməyin (iş qüvvəsinin)
b)
fasiləsiz, daimi təkrar hərəkəti, habelə bir-biriylə müxtəlif formalarda
münasibəti, yaxud görüşüdür. Bu görüş yeri və iqtisadi münasibətlər məkanı
bazardır. Vaxtilə A.Smit ba zarda nə baş verdiyini aydınlaşdıraraq yazmışdır:
“Bazar deyir ki, mənə lazım olanı ver və sən də bazardan lazım olanı alıb
apar”. Bazar iqtisadiyyatı təsərrüfat təşkilinin elə bir formasıdır ki, onun
əsas subyektləri olan istehsalçı ilə istehlakçı (alıcı ilə satıcı) arasında onların
fəaliyyətini (münasibət- 158 lərini) tənzimləyən aralıq idarəedici,
planlaşdırıcı, inzibati təsisat (təşkilat, orqan) yoxdur. Bazar iqtisadiyyatının
əsasını: əmtəə (xidmətlər) istehsalı; ictimai əmək bölgüsü; istehsalçıların
sərbəstliyi (əlahiddəliyi, bir-birindən asılı olmaması); istehsal etdiklə ri
məhsulların - xidmətlərin sahibi olmaları; xüsusi
mülkiyyətçilər kimi
cəmiyyət həyatında və bazarda fəaliyyət göstərmələri təşkil edir. Ayrı-ayrı
ölkələrin təsərrüfat sahələrində fasiləsiz təkrar olunan bu çoxcəhətli
münasibətləri, əlaqələri, prinsipləri tənzimləyən məhz bazardır.
Bəşəriyyətin keçdiyi çoxəsrli iqtisadi-sosial inkişaf yolunda bazarın 8-10 min
illik bir tarixi vardır. Bazar haqqında olan müxtəlif fikir
və mövqelərdə
göstərilir ki, o bütün sivilizasiyalarda olmuş, inkişaf etmiş və
təkmilləşmişdir. Bazar, insanların gündəlik həyatında daim təkrar
olunan
alqı-satqı münasibətlərinin və mübadilə dairəsin dəki sosial-iqtisadi
əlaqələrin vəhdəti, yaxud toplusudur. Bazar məhsul istehsalçıları ilə onu
istehlak edənlər arasında iqtisadi münasibətləri aydınlaşdırır.
c)
Bazarın ümumi strukturu (quruluşu) daxilində onun obyektləri və
subyektləri dedikdə aşağıdakılar nəzər də tutulur: Bazarın obyektləri:
1.Əmtəə və xidmətlər bazarı. Buraya əsasən müxtə lif ərzaq məhsulları,
şəxsi istehlak malları, məişət, kom munal, nəqliyyat xidmətləri,
mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir. 2.İstehsal
vasitələri bazarı. Buraya istehsal proseslərini həyata keçirtmək üçün lazım
olan əmək cisimləri və əmək vasitələri, habelə onların tərkibindəki bütün
kompleks şeylər daxildir. Daşınmaz əmlak, əmək alətləri, xam Məlumat
Bazarın vəzifələri (funksiyaları) Qiymətyaratma Nizamlayıcı Vasitəçi
Təmizləyici 161 mal və materiallar, energetika resursları, faydalı qazıntılar
da buraya aiddir. Bu bazara bəzən istehsal amilləri bazarı da deyilir. 3.İş
qüvvəsi bazarı. Buraya sərbəst surətdə sövdələşmələr
nəticəsində
(müqavilələr üzrə) iş qüvvəsinin alqısatqısı (muzdla tutulması) daxildir.
4.Elmi-texniki tədqiqatlar bazarına hazır iş variantları, innovasiya, kəşflər,
patentlər, texnoloji üsulların tək milləşdirilməsinə, əmək məhsuldarlığının
yüksəldilməsinə təsir göstərə bilən elmi-texniki ixtiralar, yeni ideyalar,
bunları hüquqi cəhətdən təsdiqləyən rəsmi sənədlərin, lisenziyaların alqı-
satqısı daxildir. 5.Valyuta, qiymətli kağızlar (maliyyə) bazarına müxtəlif ölkə
valyutalarının, səhmlərinin, istiqrazlarının, çeklərin, akkredittivlərin,
veksillərin və digər pul öhdəlik lərini yerinə yetirə bilən qiymətli kağızların
sərbəst alqısatqısı daxildir. 6.Mənzil bazarı mülklərin, bağ evlərinin,
özəlləşdirilmiş mənzillərin sərbəst surətdə alınıb-satılmasını əhatə edir.
7.Torpaq bazarı müxtəlif torpaq sahələrinin icarəsi və alqı-satqısını əhatə
edir. 8. İnformasiya məhsulları bazarı, intellektual xarakterli məhsulları
(kitab, qəzet, şəkil, kasetlər, reklam, informasiya materialları) əhatə edir.
Azad bazar (klassik, sərbəst, rəqabət bazarı). Bu bazar formasının səciyyəvi
xüsusiyyəti ondan ibarətdir ki, həmin bazarda istər satıcıların, istərsə də
alıcıların sayı çox olub, qeyri məhduddur
.
Tənzimlənən bazar. Bu bazar forması
sivil və mə dəni ölkələrdə, qanun və
prinsiplərin ali sayıldığı cəmiy yətlərdə fəaliyyət göstərir. Dövlət və onun
idarəetmə orqanları elə müəyyən tədbirlər sistemi işləyib iqtisadi həya ta
tətbiq edirlər ki, ölkənin çoxsahəli təsərrüfat həyatı uğurla tənzimlənir.
Mərkəzləşdirilmiş (planlı, inzibati-amirlik, əmrlə idarə olunan) bazar
formasında, dövlət bazarın fəaliyyəti nə hədsiz qaydada qarışır. Belə bir
iqtisadi siyasət xəttinin hansı iqtisadi-sosial nəticələrə gətirib çıxardığı,
keçmiş Sovet İttifaqı və sosialist birliyi ölkələrinin timsalında özünü aydın
göstərmişdir.
Qarışıq bazar, xüsusi sahibkarlığın, dövlət bölmə sinin, xarici kapital və
işgüzar biznes nümayəndələrinin optimal nisbətlər çərçivəsində (60: 30: 10,
yaxud 50: 25: 25, yaxud 40: 30: 30,: faiz) fəaliyyət göstərdiyi bir formadır.
Dünya təsərrüfat həyatı təcrübəsi göstərir ki, tədricən qarışıq bazar forması
özünü daha çox doğruldaraq iqtisadiyyatda aparıcı bazar formasına
çevrilir.
Tanınmış iş adamı C.Soros
qeyd edir ki, bazar iqtisadiyyatına hədsiz
aludəçilik, son nəticə etibarı ilə «bazar təməlçiliyinə» (market findament)
aparıb çıxara bilər. Be lə bir mövqe isə doğru sayıla bilməz. Çünki bazar
iqtisadiyyatının, dövlətin düşünülmüş
tənzimləyici rolu olma dan, arzu
edilən müsbət iqtisadi-sosial nəticələr qazanması qeyri-mümkündür.