cemlesdirme ve birge olcmeler
Beynelxalq ve regional standartlarin tetbiqi ve qaydalari
Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
regional (hövzə) standartlar – texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.
dövlətlərarası standartlar – iki və çox dövlətlərin qarşılıqlı razılıq əsasında qəbul etdikləri və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.
milli standartlar – ayrıca müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.
standartın tətbiqi – istifadəçi tərəfindən standartda verilmiş tələblərin
yerinə yetirilməsi ilə standartın yayılma sahəsinə və təsir dairəsinə uyğun istifadəsidir. Standartın istifadəçiləri aşağdakılardır: təsərrüfat subyektləri (tədqiqatçılar, işləyicilər, sınaqları aparanlar, sertifikatlaşdırma üzrə orqanlar, mal istehsalçıları, ticarət təşkilatları, qulluq və təmir təşkilatları, istifadə edilmiş məhsulun utilləşdirilməsi, basdırılması və ya məhv edilməsi); əhali, yəni son məhsulun (xalq istehlakı mallarının) alıcıları və istehlakçıları və hər cür məişət xidmətlərinin istifadəçiləri; bütün səviyyələrdə dövlət orqanları.
Standartın yayılma sahəsi – konkret standartlaşdırma obyektləri və standartlaşdırma aspektləridir. Standartın təsir dairəsi verilmiş kateqoriyalı standartı qəbul etmiş (təsdiq etmiş) orqanın statusu və səriştəliliyi ilə təyin edilir. Bu, MDB ərazisi (QOST), Azərbaycanın ərazisi (AZS), elm və texnika sahələri (SSAZ), müəssisə (MS) ola bilər.
Dostları ilə paylaş: |