Dərmanlrın



Yüklə 22,06 Kb.
tarix16.10.2023
ölçüsü22,06 Kb.
#156193
farma 1.2


SƏRBƏST IŞ

Fənn:Farmakologiya


Müəllim:Rəsulova Aytən
Kurs,qrup: 1 kurs,Tibb bacısı 4
Tələbə:
Mövzu:Dərman formaları

Dərmanlrın formaları.

Dərman preparatları formaca:


1) bərk (tab, draje)
2) maye
3) yumşaq formada olur.
Bərk dərman formaları. Daxilə qəbul etmək üçün – 1) tabletka, tozlar, 2) draje, yığıntılar, həblər.
Maye dərman formaları – (məhlullar, inyeksiyalar, damcılar, emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud qarışıqlar və s.).
Yumşaq dərman formaları – (məlhəmlər, linimentlər, pastalar, plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.).
Tozlar – (pulveres) bərk dərman maddəsi olub, daxilə və xaricə işlətmək üçün təyin edilir. Tozlar 2 yerə bölünür: 1) sadə tozlar – bunların tərkibində tək bir dərman maddəsi olur. 2) mürəkkəb tozlar – 2 və daha artıq dərman maddəsinin qarışığından ibarətdir.
Tabletlər– (tabulettas) bunlar yuvarlaq, yastı və 2 tərəfi qabarıq və ya oval şəklində olur.
Həblər– (pilülas) qşədim dərman maddəsidir, hazırda həblər az işlədilir.
Yığıntılar– otların, güllərin yarpaqlarından, köklərindən hazırlanır. Bunu xəstələrə dəmləmə, bişirmə hazırlamaqdan ötrü yazırlar.
Mayelərə duru dərman formalarına məhlullar, sular, damcılar, spirtli məhlullar, dəmləmələr, bişirmələr və emulsiyalar aiddir. Duru dərman formaları ancaq distilə suyundan hazırlanır.
Məhlul – (solutio) duru dərman forması olub, 2 komponentdən–həll olmuş dərman məddəsindən və həlledicidən ibarətdir.
Dəri altına, əzələ daxilinə, vena daxilinə yeritmək üçün hazırlanan inyeksiya məhlulları ampulalarda, yaxud şüşə tıxacla enli boğazlı qablarda steril dərman forması şəklində olur.
Ampulalar sterilizə olunmuş hazır dərman məhlullarını uzun müddət saxlamaq üçün tətbiq olunan müxtəlif ölçü və formaya malik şüşə borucuqlardan ibarətdir.
Mikstura (mixtura) xaricə və daxilə işlətmək üçün 2-dən artıq tərkib hissəsinə malik olan duru dərman forması mikstura adlanır.
 Damcılar bu qatılaşdırılmış duru dərman forması olub, məhlulların və miksturaların bir növüdür.
Dəmləmə duru dərman forması olub, kövrək və boş quruluşa malik dərman xammlarından alınan Sulu çıxarışdır. Dəmləmələri hazırlamaq üçün çox vaxt otdan, yarpaqlardan istifadə olunur.
 Bişirmə – duru dərman forması olub, davamlı bitgi xammalarından alınan sulu çıxarışdır.
Yumşaq dərman formaları. Yumşaq dərman formalarına məlhəmlər, pastalar, plastırlar aiddir.
Məlhəm– xaricə işlətmək üçün istifadə olunan yumşaq dərman forması olub, insan bədəninin temperaturunda yumşalmalıdır. Duru məlhəm (linimenta) xaricə işlənən qatı mayedir.
Pastalar (pastae) qatı məlhəmlərdir.
Plastırlar (emplastra) bədən temperaturunda yumşalırlar. Plastırların tərkibinə dərman maddələrindən başqa yağlar, mum, parafin, vazelin, qətran daxil olur.
 Şamlar (Suppozitoriya) bədənin təbii boşluğuna yeritmək üçün tətbiq olunan yumşaq dərman formasıdır.
Dərman maddələrinin təkrar daxil edilməsi. Çox zaman dərman maddələrinin təkrar daxil edilməsi onların təsirinin zəifləməsinə səbəb olur, lakın ayrı-ayrı hallarda əks reaksiya baş verir, yəni təsir güclənə bilər. Təkrar dərman qəbulu zamanı dırmanların təsir xüsusiyyəti orqanizmdə artır ki, buna kumulyasiya deyilir. Kumulyasiya ya dərman maddələrinin orqanizmdə toplanmasından, ya da orqanizmdən dərmanların xaric olması zəifləyəndə baş verir.
Eyni dərman maddələrinin təkrar qəbulu zamanı orqanizmin cavab reaksiyasının azalmasına adətetmə deyilir. Adətetmə ilə birlikdə düşkünlük adlanan digər bir hadisədə inkişaf edə bilər. Yaxşı əhval ruhiyə törədən xoşagəlməz duyğuları azaldan əhvalın müvəqqəti yaxşılaşmasına səbəb olan dərmanların təkrar qəbul edilməsinə göstərilən və qarşısı alına bilməyən cəhd düşkünlük adlanır. Sinir sisteminin bu vəziyyətini eyforiya adlandırırlar. Məs. yuxu dərmanlarının qəbulu.
Tibb bacısı bilməlidir ki, hansı dərmanları bir vaxtda vermək olmaz. Bəzi dərman preparatlarına qarşı orqanizmin göstərdiyi mənfi reaksiyaları çox vaxt dozanı azaltmaqla, yaxud müalicənin ilk günlərindən sonra tez aradan götürmək mümkün olur. Bu reaksiyaları orqanizmin bu və ya başqa dərman maddəsini götürməməsindən fərqləndirmək lazımdır, belə ki, orqanizmin dərman maddəsini götürməməsi anafilaktik şok kimi ağır dərəcəli ağırlaşmalara səbəb olur.
Orqanizm bəzi preparatlara alışır, hətta dərmandan asılı olur. Narkotik maddələrdən istifadə ağır xəstəliyə – narkomaniyaya səbəb olur, bu preparatların təyin edilməsinə və tətbiqinə ciddi nəzarət olmalıdır.
Bir sıra dərman preparatları orqanizmdən yavaş çıxır, yaxud orqanizmdə toplanır (kumulyasiya), odur ki, belə preparatların (üskükotu preparatları) dozalarını təyin edəndə bunu nəzərə almaq, bəzən dozanı azaltmaq lazımdır.
Dərman maddələrinin dozasını bədənin çəkisindən və yaşdan asılı olaraq təyin edirlər. Birdəfəlik doza – bir dəfə qəbul etmək üçün, yüksək birdəfəlik doza – dərmanı bir dəfədə qəbul edilən ən böyük miqdarı, sutkalıq doza dərman maddəsinin sutka ərzində qəbul edilən ən böyük miqdarıdır.
Tibb bacısı dərman maddələrinin dozalarını bilməlidir.
Tibb bacısı preparatın zəhərlənmə əmələ gətirən toksik və ölümcül dozasını bilməlidir.
Tibb bacısı həkimin icazəsi olmadan xəstəyə dərman verə bilməz, belə ki, hətta adi dərman, məsələn, işlətmə dərmanı, ağrıkəsən dərman müəyyən hallarda ağır nəticələrə səbəb ola bilər (apendisitdə, uşaqlıqdankənar hamiləlikdə işlətmə dərmanı və s. kimi). Dərman qəbulundan sonra xəstənin özünü pis hiss etməsini yaxud hər hansı səbəbə görə dərmandan imtina etməsini tibb bacısı dərhal həkimə xəbər verməli və özü heç nəyi dəyişməməlidir.
Yüklə 22,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin