Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix06.05.2017
ölçüsü1,15 Mb.
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   18

2) Mədinə məktəbi
Bu məktəbin banisi Übeyy ibn Kəb (vəfatı-30/650) sayılır. Onun 
şagirdləri arasında ən məşhurları Zeyd ibn Əsləmə (vəfatı-136/753), 

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
179
Əbu-l  Aliyə  ər-Riyahi  (vəfatı-  90/709),  Məhəmməd  ibn  Kəəb  əl-
Qurazi  (vəfatı-118/736)  olmuşlar.  Zeyd  ibn  Əsləmə  Peyğəmbərin 
(s.ə.s)  məscidində  elmi  dərnəyə  başçılıq  etmışdır.  O,  əhli-fiqh  və 
əhli-elm  arasında  nüfuz  sahibi  sayılmış,  Quranın  təfsirini  yax-
şı  bilmiş  və  “ət-Təfsir”  adlı  kitab  yazmışdır.  Bu  kitabı  onun  oğlu 
Abdurrəhman ibn Zeyd ötürmüşdür. 
Mədinə təfsir məktəbindən danışarkən imam Cəfər əs-Sadiqin 
(vəfatı-148/765) də Quran təfsiri sahəsində məqamı açıqlanmalıdır. 
O dövr Mədinə alimlərinin əksəriyyəti, xüsusilə müfəssirlər imam 
Cəfər  əs-Sadiqin  şagirdləri  olmuşlar.  Hənəfi  məzhəbinin  qurucu-
su olan Əbu Hənifə imam Cəfər əs-Sadiqin elm məclislərində iki il 
dərs almış və demişdi : “O iki il olmasaydı, Nüman həlak olardı ”.
3) İraq (Kufə) məktəbi.
Bu məktəbin qurucusu isə Abdullah ibn Məsud (vəfatı-32/652) 
olmuşdur. Mənbələrin bildirdiyinə görə bu məktəb daha çox rasi-
onal təməl üzərində qurulmuşdur. Buna görə də İslam alimləri İbn 
Məsudun qurduğu bu məktəbi ictihadi hərəkətlərin ilk nüvəsi kimi 
qəbul etmiş və onu “İraq rəy məktəbi” adlandırmışlar. İbn Məsudun 
şagirdləri arasında Əlqəmə ibn Qeys (vəfatı-61/681), Məsruq ibn əl-
Əcda (vəfatı-63/682), Əsvəd ibn Yezid ən-Nəxəi (vəfatı-74/693) və 
Übeydə ibn Əmr əs-Səlmani daha məşhur olmuşlar . 
b. Tabeilərin metodu və tabeun təfsirinin dəlil olması 
məsələsi
Tabeunun təfsir metodları əsasən bunlardır.
1. Tabeun dövründə Quran başdan-sona qədər təfsir edilmişdir.
2. Tabeun təfsirində kəlmə açıqlamalrı ilə yanaşı geniş fiqhi iza-
halara da yer verilmişdir. 

TƏFSİR ÜSULU VƏ TARİXİ
180
3. Bəzi kəlmələri izah etmək üçün şeirlərdən istifadə olunmuş-
dur.
4.  Tabeun  alimləri  Qurandakı  qissələr  haqqında  əhli-kitab 
alimlərindən  soruşmuş  və  israiliyyat  adlanan  bu  bilgilərə  öz 
təfsirlərində geniş yer vermişlər. 
5.  O  dövrdə  təfsir  yazıya  alınmamışdı  (tədvin  edilməmişdi). 
Təfsirə dair bilgilər şifahi yolla nəql edilmişdir.
İslam alimləri tabeun təfsirinin dəlil olub-olmadığı mövzusun-
da müxtəlif rəylər irəli sürümüşlər. Bəzi alimlər tabeun təfsirinin 
dəlil  olmayacağını  iddia  etmişlər.  Onlara  görə  tabeun  alimləri 
təfsirə  dair  bilgiləri  Hz.  Peyğəmbərdən  almamışlar.  Ona  görə  də 
onların  təfsiri  səhabi  təfsiri  kimi  dəlil  ola  bilməz.  Bundan  başqa 
tabeun alimləri ayələrin nüzul səbəblərinin də şahidi olmamışlar. 
Buna  görə  də  onların  yanılmaları  mümkündür.  Əbu  Hənifə  bu 
haqda belə deyir: “Rəsulullahdan (s.ə.s) gələn baş-göz üstə, səhabidən 
gələndə  sərbəstik  (uyğun  olanı  seçə  bilərik  )  ,  tabeundan  nəql  olunana 
gəlincə isə onlar da bizim kimi adamlardır ”.
Müfəssirlərin  əksəriyyəti  isə  tabeun  təfsirinin  dəlil  ola 
biləcəyini  müdafiə  etmişlər.  Onlara  görə  tabeun  alimləri  hər  nə 
qədər Rəsulullahı (s.ə.s) görməmiş və ayələrin nüzul səbəblərinin 
şahidi olmamışlarsa da təfsirlərini səhabilərdən almışlar. Məsələn, 
Mücahid Quranı başdan-sona qədər üç dəfə Abdullah İbn Abbasa 
ərz etdiyini söyləmişdir. 
Bəzi alimlər də sadəcə tabeun alimlərinin ittifaq etdiyi (həmrəy 
olduğu) təfsirlərin dəlil ola biləcəyi fikrini səsləndirmişlər. 
Nəticə  olaraq  deyə  bilərik  ki,  nüzul  səbəbləri,  nasix-mənsux, 
mübahəmətul-Quran və s. kimi ictihad etməyin mümkün olmadı-

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
181
ğı mövzularda siqa (mötəbər) tabeun müfəssirlərindən nəql edilən 
rəvayətləri dəlil saya bilərik. 
B. Təfsirin tədvini (yazılması)
Tədvin kəlməsi, lüğətdə “bir yerə yığmaq, toplamaq və cəm etmək” 
mənarına gəlir. Termin olaraq isə tədvin, “ilk dövrlərdən nəql olunan 
sözlü rəvayətləri düzgün şəkildə kitablarda toplamaq” deməkdir.
  Xəlifə  Ömər  ibn  Əbd  əl-Əziz  hicri  101-ci  ildə  Xilafətin  bü-
tün  yerlərinə  Hz.  Peyğəmbərin  hədislərinin  toplanması  barədə 
fərmanlar göndərir. Hədislər cəm edilir, qaydaya salınır, isnadları 
dəqiqləşdirilir. Bu vaxt təfsir də hədisin bir fəsli (bab) kimi toplanır 
və öyrənilir.
Əvvəllər  hədis  elmnin  bir  qolu  kimi  tədvin  edilən  təfsir,  çox 
keçmədən  müstəqil  bir  elm  kimi  formalaşdı.  Tabeun  dövrünün 
sonlarına qədər sözlü olaraq nəql edilən təfsir rəvayətləri ilə yana-
şı, insan təfəkkürünün inkişafı və bəzi yeniliklərin ortaya çıxması 
nəticəsində əqli (ictihadi) təfsir ortaya çıxdı. 
Tədvin dövründə, əvvəllər şifahi yolla nəql olunan rəvayətlər 
toplanmış, qərib kəlmələrlə yanaşı, əsbabün-nüzul, nasix-mənsux 
və Quranın ecazkarlığı ilə əlaqədar rəvayətlərə yer verilmişdir. 
Bu dövrdə rəvayət təfsiri ilə yanaşı dirayət təfsiri də ortaya çıx-
mış, xüsusilə fiqhi və kəlami məzhəblərin ortaya çıxması ilə daha 
da inkişaf etmişdir. Beləliklə də, Quranın nüzulu ilə başlayan təfsir 
fəaliyyətləri, tədvin dövründə yeni bir yola girmiş, şifahi dövrdə 
üzərində durulmayan bəzi mövzulara yer verilərək, həm rəvayət 
təfsirində, həm də dirayət təfsirndə canlanma baş vermişdir. 
Mənbələr  bizə  Quran  haqqındakı  nəqlləri  bir  yerə  toplaya-
raq onu başdan-sona qədər bir bütün olaraq təfsir edən ilk şəxsin 
Müqatil b. Süleyman (150/767) olduğunu bildirir.

TƏFSİR ÜSULU VƏ TARİXİ
182
İlk müstəqil təfsirlərdən olduğu söylənilən bir digər təfsir də 
Əbu Zəkəriyyə Yəhya b. Ziyad əl-Fərranın (207/822) Məanil-Quran 
adlı əsəridir. Ancaq bu əsəri tədvin dövrünün ilk əsəri saymaq geyri-
mümkündür. Çünki, Müqatil b. Süleyman Fərradan yarım əsr əvvəl 
yaşamışdır.  Bu  mövzuda  fərqli  fikirlər  səslənsə  də,  ümumiyyətlə 
qəbul edilən görüşə görə ilk tədvin edilən təfsir Müqatil b. Süley-
manın qələmə aldığı təfsirdir. O dövrün ilk müfəssirləri və onların 
yazmış olduğu təfsirlər bunlardır:
Müqatil b. Süleymanət-Təfsirul-Kəbir
Süfyan əs-Sevri, Təfsirus-Sevri
Yəhya b. Səllam, Təfsiru Yəhya
əl-Fərra, Məanil-Quran
Əbu Übeydə, Məcazul-Quran
Abdurrəzzaq b. Həmmam, Təfsir
III. TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
Təfsiri, insanın vəhyə əsaslanaraq vəhyi anlama cəhdi kimi də 
tərif edə bilərik. Tarixə nəzər saldıqda görürük ki, fərqli anlayış və 
bilgi dərəcəsinə sahib olan insanlar özlərinə görə müxtəlif metodlar 
ortaya qoyaraq Quranı anlamağa çalışmışlar. Bununla yanaşı bütün 
müfəssirlərin əsas məqsədi Allahın muradını təsbit etməkdir. On-
ların bu ortaq məqsədə yönələrək fərqli metodlarla Quranı anlama 
cəhdləri zamanla bir-birindən fərqli təfsir növlərinin ortaya çıxma-
sına səbəb olmuşdur. Bu təfsir növləri aşağıdakı kimi təsnif oluna 
bilər: 

TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
183
A. Məvzii təfsir (Ayə-ayə təfsir) 
Quran  ayələrinin  müshəfin  tərtibinə  görə  ayə-ayə  və  surə-
surə  təfsir  edilməsinə  “məvzii  təfsir”  (təfsirul-məvzii)  deyilir.  Bu 
təfsir  növündə  ayələrin  müshəfdki  tərtibi  əsas  alınır.  Hər  ayənin 
müəyyən yeri olduğu üçün bu təfsir məvzii təfsir adlandırılmışdır. 
Bu təfsir növünü əsas alan müfəssir Fatihə surəsindən başlayaraq 
Nəs  surəsinə  qədər  Quranın  bütün  ayələrini  bir-bir  təfsir  edər. 
Məvzii təfsir də təhlili və icmali təfsir deyə iki yerə bölünür.
1. İcmali təfsir 
Quran  ayələrinin  qısa  şəkildə  təfsir  edilməsinə  “İcmali  təfsir” 
deyilir.  Müfəssir  bu  təfsir  növündə  qısa,  ancaq  açıq  bir  şəkildə 
ayələri təfsir edir

Cəlaleyn təfsirini icmali təfsir nümunəsi saymaq 
olar. Bundan başqa daha çox radio və televizor verilişlərindəki Qu-
ran haqqındakı söhbətləri də bu metodun işləndiyi təfsirlərə misal 
olaraq
 
verə bilərik. 
2. Təhlili təfsir 
Quran ayələrinin müshəfin tərtibinə görə ayə-ayə və surə-surə 
təfsir edilib ayələrin bütün yönləri ilə incələnib ortaya çıxarılmasına 
Təhlili  təfsir”  deyilir.  Bu  təfsir  növündə  müfəssir  ayələrdə  keçən 
qərib kəlimələri və ifadələri açıqlayır, onlar arasındakı münasibəti, 
varsa  nüzul  səbəblərini,  ayə  haqqında  Hz.  Peyğəmbər,  səhabi  və 
tabeundan gələn rəvayətləri zikr edir və intellektual səviyyəsindən 
də istifadə edərək ayə haqqındakı görüşünü bildirir.
Bu təfsir növü də rəvayət və dirayət təfsirləri deyə iki yerə ay-
rılır. 
a. Rəvayət təfsiri (Ənənəvi təfsir)
Bu təfsir növü, Qurani-kərimin, Quranın özünün mübarək ayə-
lərindən irəli gələn mənalar, habelə Hz. Peyğəmbərin, səhabilərin 

TƏFSİR ÜSULU VƏ TARİXİ
184
və  tabeilərin  dedikləri  əsasında  təfsirini  nəzərdə  tutur.  Rəvayət 
təfsirinin qaynaqları Quran, sünnə, səhabə və tabeun sözləri, ərəb 
dili  və  cahiliyyə  şerləridir.  Quranın  ilk  təfsirləri  məhz  ənənəvi 
təfsirlər olmuşdur. Bu cür təfsirlər səhabilər və tabeilər dövründə 
şifahi rəvayətlər şəklində mövcud olmuş, şifahi olaraq ötürülmüş, 
hicrətin  ikinci  əsrindən  etibarən  isə,  xüsusilə  də  təfsirin  tədricən 
hədis elmindən ayrılması ilə əlaqədar olaraq yazıya alınmışdır.
Allah-təala: “Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir
265
 bu-
yuraraq,  Quranın  bəzi  ayələrinin  digər  bəzi  ayələri  təfsir  etdiyi-
ni bildirir. Belə ki, bəzi ayələrdə mütləq, mücməl və ümumi olan 
xüsusiyyətlər, digər ayələrdə təqyid, təfsil və təxsis olunmuşdur. 
Məsələn, “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi 
tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim
266
ayəsində 
qandan  bəhs  olunmuş,  lakin  başqa  bir  ayədə  “axıdılmılış  qan”
267
 
ifadəsinə yer verilərək o ayədəki qanın axıdılmış qan olduğu açıq-
lanmışdır.
Fatihə  suərsinin  3-cü  ayəsində  “din  günü”  ifadəsi  mücməl 
ifadədir. İnfitar surəsinin 19-cu ayəsi bu mücməl ifadəni mübəyyən 
etmişdir (açıqlamışıdr): “O gün heç kəs heç kəsin karına gələ bilməz. O 
gün hökm ancaq Allahındır!” 
Bəzi  hallarda  isə  Qurandakı  bir  ayə  başqa  bir  ayə  tərəfindən 
təxsis  olunur  (xüsusiləşdirilir).  Məsələn,  Maidə  surəsinin  3-cü 
ayəsindəki  “məytə”  sözü  ümumi  mənada  işlənmişdir.  Lakin  bu 
ifadə, “Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz 
ovu  və  onu  yemək  sizə  də,  yolçulara  (səfərdə  olanlara)  da  halal  edildi” 
268
ayəsi ilə təxsis olunmuşdur.
265  Qiyamə, 75/19.
266  Maidə, 5/3.
267  Ənam, 6/145.
268  Maidə, 3/96.

TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
185
Yuxarıda  da  qeyd  etdiyimiz  kimi  rəvayət  təfsirinin  əsas  qay-
naqlarından  biri  də  ərəb  dilidir.  Çünki  Quran  ərəb  dilində  nazil 
olmuşdur.  Buan  görə  də  müfəssir  hər  hansı  bir  ayənin  üzərində 
durarkən ərəb dilinin qrammatikasına mütləq müraciət etməlidir. 
Ərəb  şerinin  də  Quran  təfsirində  böyük  əhəmiyyəti  vardır. 
Bu  şeir  ərəblərin  sosial  və  əxlaqi  davranışlarını,  etiqad  və  dünya 
görüşlərini ortaya qoyur. Onalrın dünya təsəvvürünü dərk etməyə 
yardım edir. İbn Abbas: “Quranın qərib kəlmələri barədə məndən 
soruşduqlarınızı şeridə axtarın. Çünki şeir ərəbin divanıdır” demiş 
və ona Quranın hər hansı bir ayəsi haqqında soruşulduqda ehtiyac 
varsa şeirə müracət etmişdi.
1) Rəvayət təfsirinin ümumi xüsusiyyətləri
Rəvayət təfsirinin xüsusiyyətlərini belə sadalaya bilərik:
a. Təfsirdə əsas olan rəvayətdir. Rəvayət olmdan dirayət olmaz. 
Rəvayət təfsiri daha öncə gəlir və bu təfsir dirayət təfsirinin meyda-
na çıxması üçün təməl olmuşdur.
b. Rəvayət təfsirinin mənbələri Quran, sünnə və mərfu xəbər 
hökmündə olan səhabi sözləridir.
c. Rəvayət təfsirində bəzən zəif və uydurma xəbərlərlə qarşılaş-
maq mümkündür. 
2) Rəvayət təfsirinin zəif nöqtələri
Rəvayət təfsir metodunda Quranın Quranla və ya səhih hədis-
lərlə,  və  yaxud  da  “mərfu”  sayılan  səhabi  sözləri  ilə  təfsirlərində 
heç bir şübhəyə yer yoxdur. Lakin sənəd zənciri nəzərə alınmadan 
səhabilərdən və tabiilərdən gələn rəvayətlərə və ya israiliyyat ad-
lanan  bəzi  uydurma  xəbərlərə  əsaslanan  təfsirləri  doğru  saymaq 
qeyri-mümkündür. İndi isə rəvayət təfsirinin zəif nöqtələrini bir-
bir nəzərdən keçirək.

TƏFSİR ÜSULU VƏ TARİXİ
186
a) Uydurma rəvayətlər
Mənbələrin  bildirdiyinə  görə  bəzi  məzhəb  mənsubları  öz 
fikirlərini sünnəyə əsaslandırmaq məqsədi ilə bəzən hədis uydur-
muşlar. Xüsusilə də Abbasilərə yaltaqlanmaq məqsədi ilə uyduru-
lan bu sözlər Abbasilərin cəddi olan Abdullah ibn Abbasa isnad edil-
mişdir.  Bundan  başqa  insanları  Quran  oxumağa  həvəsləndirmək 
üçün  Quranın  fəzilətləri  haqqında  da  hədislər  uydurulmuşdur. 
Bəzi başqa dinlərə mənsub insanlar da İslama zərbə vurmaq üçün 
heç bir əsli olmayan xəbərləri təfsirlərə daxil etmişlər.
b) Rəvayətlərin təhqiq olunmadan və sənədsiz nəqli 
Rəvayət təfsirinin əsas zəif nöqtələrindən biri də nəqlləri təhqiq 
etmədən  verməkdir.  Alimlərin  bir  qismi  Quranı  təfsir  edərkən 
etdikləri nəqlləri araşdırmamış və bunun nəticəsində də təfsirlərə 
bir çox uydurma rəvayətlər girmişdir. Düzdür, İbn Cərir ət-Təbəri 
(vəfatı-311/923) kimi rəvayətləri cərh və tədil yönlərini araşdıraraq 
ələ alan müfəssirlər olmuşsa da, bunların sayı həddindən azdır.
c) İsrailiyyat
Rəvayətlərə görə İsrail, Hz. Yaqubun adı və ya ləqəbidir. Yaqub 
(ə.s.)  da  Quranda  keçən  məşhur  on  iki  yəhudi  boyunun  (əsbat) 
atasıdır.  İbrani  dilində  olan  israil  kəlməsi,  isra  (qul)  və  il  (Allah) 
sözlərdən törəyib “Allahın qulu” deməkdir.
Rəvayət təfsirlərinin zəif nöqtələrindən birisi də israiliyyatdır. 
İsrailiyyat  kəlməsi  “israiliyyə”  sözünün  cəmidir.  İsrail  rəvayətləri 
yəhudi,  xristian  və  digər  dinlərə  əsaslanan  rəvayətlərdir.  Bu 
rəvayətlərdə  yəhudi  ünsürü  xristian  ünsürünə  nisbətən  güclü-
dür,  çünki  müsəlmanlar  yəhudilərlə  daha  çox  ünsiyyətdə  olmuş, 
Mədinədə onlarla bir icma daxilində yaşamışlar.

TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
187
İsrailiyyat xəbərləri İslama uyğun olub-olmama baxımından iki 
yerə ayrılırlar. Birincisi Hz. Peyğəmbərin: “.. Əhli-kitabdan heç nə so-
ruşmayın. Özləri yoldan çıxan insanlar sizi əsla doğru yola çəkməzlər...”
269
 
sözləri  ilə  nəqlinə  icazə  verilməyən,  ikincisi  isə  “...  Bəni-İsraildən 
nəql edin. Bunda problem yoxdur...”
270
 hədisi ilə nəqlinə icazə verilən 
rəvayətlərdir.
İsrail rəvayətlərinin Qurani-kərimə yol tapmasının əsas səbəbi 
ondandır  ki,  Tövrat  və  İncildə  öz  əksini  tapmış  bəzi  mövzula-
ra, məsələn, Hz. Adəmin ilkin günaha bataraq Həvva ilə və onla-
rı  bu  işə  sövq  edən  İblislə  birlikdə  cənnətdən  qovulması  və  yerə 
endirilməsinə, Hz. Musanın Misir torpağında Fironla, sonra yəhudi 
qövmi ilə əlaqədar başına gələn əhvalatlara, Hz. İsa və anası Hz. 
Məryəmlə  bağlı  vaqiələrə  və  digər  hadisələrə  Quranda  da  toxu-
nulmuşdur. Qurani-kərimdə bu məsələlərə yalnız ötəri toxunulur, 
onlar  barəsində  qısa  və  müxtəsər  şəkildə,  ibrətamizlik  məqsədi 
ilə  xəbər  verilir,  hadisələrin  təfərrüatı  təfsilatı  ilə  açıqlanmır  və 
bu  təbiidir:  Qurani-kərim  ilahi  vəhyin  nazil  edilməsində  varislik 
əlaqələrini daima qeyd etmiş və özündən əvvəlki kitabların doğru-
luğunu təsdiq etmişdir. Lakin sonralar müsəlman alimləri bu möv-
zuların təfsilatını əhli-kitab rəvayətlərində tapmış, bu rəvayətlərin 
Qurani-kərimdə  verilən  xəbərlərlə  səsləşdiyini  görmüş  və  heç 
bir  təhlil  aparmadan,  həmin  rəvayətlərin  dürüstlüyünü,  Quranın 
xəbərlərinə müvafiqliyini qətiyyən yoxlamadan onların çoxunu əxz 
edərək təfsirlərə daxil etmişlər.
Buna görə də tədqiqatçılar israil rəvayətlərini üç qismə ayırır-
lar: məqbul, məskut ənhu və mərfuz rəvayətlər.
Məqbul” rəvayətlər o rəvayətlər sayılır ki, onların səhihliyi Hz. 
Peyğəmbərdən  ötürülmüş  düzgün  xəbərlər  əsasında  sübuta  yeti-
269  Əhməd. b. Hənbəl, Müsnəd, III, 378.
270  Buxari, Ənbiya, 50; Müslüm, Zühd, 72.

TƏFSİR ÜSULU VƏ TARİXİ
188
rilmişdir, məsələn, Hz. Xızırın adının müəyyən edilməsin barədə 
səhih hədis vardır, yaxud şəriətdə həmin rəvayətlərin səhihliyinə 
şahid-sübut vardır.
  Səhihliyi  və  ya  qeyri-səhihliyi  məlum  olmayan  rəvayətlərə 
məskut  ənhu”  (üstündən  sükutla  keçilmiş)  deyilir.  Bu  cür 
rəvayətlərin  ibrətamizliyinə  görə  hekayət  edilməsi  və  yaxud 
təfsirlərdə  verilməsi  caiz  sayılır,  lakin  onların  səhihliyinə,  habelə 
qeyri-səhihliyinə  iman  gətirmək  düzgün  hesab  edilmir.  Onlar 
barəsində susmağa üstünlük verilir.
Mərfuz” (rədd edilmiş) rəvayətlər o rəvayətıərdir ki, onların is-
lam şəriətinə, yaxud əqlin hökmlərinə müvafiq olmadığı müəyyən 
edilmişdir.  Məsələn,  Hüzeyfə  ibn  əl-Yəman  Hz.  Peyğəmbərin 
belə  dediyini  rəvayət  etmişdir:  “İsrailoğulları  yolunu  azdıqları 
zaman  Allah  onlara  fars  hökmdarı  Buhtünnəsri  göndərdi.  Allah 
Buhtünəsrə 700 illik hökmdarlıq nəsib etdi...”
271
 Bu xəbər tamamilə 
uydurmadır. Hz. Peyğəmbər qətiyyən belə bir söz deməmişdir.
İsrailiyyat rəvayətləri mövzu baxımından da üç qismə ayrılır:
1) Etiqad haqqındakı rəvayətlər.
2) İbadət və dini əhkamla bağlı olan rəvayətlər.
3) Vəz və nəsihətlə bağlı olan rəvayətlər.
İsrailiyyat, təfsirdə ən çox tənqid olunan mövzulardan biridir. 
Çünki israiliyyat adı altında lüzumsuz bir çox bilgi təfsir kitabla-
rında özünə yer tapmış, Quranın ibrət məqsədi ilə yer verdiyi qısa 
mövzular belə çox geniş şəkildə ələ alınmışdır. Bu cür rəvayətlər isə 
insanları Quranın ruhundan və onun vermək istədiyi ilahi mesaj-
dan uzaqlaşdırmışdır.
271  Təbəri, əl-Camiul-Bəyan, XV/22.

TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
189
Mənbələrin xəbər verdiyinə görə israil ravayətlər Quran təfsirinə 
ilk dəfə Abdullah ibn Səlam, Kəb əl-Əxbar, Vəhb ibn Münəbbih və 
İbn Cüreyc kimi bəzi alimlər vasitəsi ilə daxil olmuşdur. Bunların 
hamısı yəhudi və xristian əsilli olub sonradan müsəlman olmuşlar. 
Onlar Tövrat və İncili çox yaxşı bilirdilər. Bunlardan başqa Abdul-
lah ibn Abbas, Əbu Hüreyrə, Abdullah ibn Əmr ibnul-As, Təmim 
əd-Dari  kimi  səhabilər  tərəfindən  də  bir  çox  israiliyyat  xəbərləri 
nəql olunmuşdur.
Məşhur rəvayət təfsirləri bunlardır:
1. İbn Cərir ət-Təbəri (vəfatı-310/922) , Camiu-l-bəyan an təvili-l 
Quran.
2.  Əbu  Leys  əs-Səmərqəndi  (vəfatı-383/993),  Təfsiru-l  Qurani-l 
əzim.
3. əl-Bəğavi (vəfatı-516/1122), Məalimu-t tənzil.
4. İbn Atiyyə əl-Əndəlusi (vəfatı-546/1151), əl-Müharrərü-l vəciz 
fi təfsiri- kitabil- əziz.
5. İbn Kəsir (vəfatı-774/1372), Təfsirul- Quranil-əzim.
6.  əs-Süyuti  (vəfatı-911/1505),  əd-Dürrü-l  mənsur  fi-t  təfsir  bi-l 
məsur. 
b. Dirayət təfsiri
Rəvayətlərlə  kifayətlənməyib  ərəb  dili  və  ədəbiyyatı,  dini, 
fəlsəfi və müsbət elmlərə əsaslanan təfsirə dirayət təfsiri deyilir. Bu 
təfsir növünə “rəy təfsiri” və ya “əqli təfsir” də deyilir.
İslam coğrafiyası genişləndikdən sonra yeni fəlsəfi fikirlərin və 
məzhəblərin  ortaya  çıxması  və  nübüvvət  əsrindən  uzaqlaşdıqca 
müsəlmanların  bilgi  və  məlumatlarının  zəifləməsi  nəticəsində 
həm əvvəllər üzərində durulmayan nəsslərin, həm də yenidən ələ 

TƏFSİR ÜSULU VƏ TARİXİ
190
alınması lazım olan ayələrin təfsirinə ehtiyac vardı. Belə bir dövrə 
təsadüf edən bu təfsirin rəvayət mənbələri ilə yanaşı ictihaddan da 
istifadə etməsi zəruri idi. Bütün bunların bir nəticəsi olaraq dirayət 
təfsiri ortaya çıxdı.
Dirayət təfsirini rəvayət təfsirindən ayıran əsas cəhət, müfəssirin 
hər hansı bir məsələdə öz görüşünə yer verməsidir. Ancaq bu onun 
rəvayət təfsirindən hem istifadə etmədiyi mənasına da gəlmir. Bu 
təfsir  növündə  izlənən  metod,  əvvəlcə  rəvayət  təfsirində  istifadə 
olunan mənbələrə müraciət etmək və o mənbələrdən əldə olunan 
bilgiləri ağıl süzgəcindən keçirməkdir.
Dirayət  metodu  ilə  yazılan  ilk  təfsir  nümunələri  Mötəzilə 
alimlərinə məxsusdur. VIII əsrdə yazılmağa başlayan lüğəvi təfisrlər 
də dirayət metodu ilə yazılan təfsirlərədn hesab olunur. 
1) Dirayət təfsirinin məqbulluğu məsələsi
Dirayət  təfsirinin  məqbulluğu  mövzusunda  alimlər  iki  qrupa 
ayrılır: Dirayət təfsirini məqbul sayanlar və məqbul saymayanlar. 
İlk əvvəl bu təfsir növünü məqbul saymayanların dəlillərini sa-
dalayaq:
a. Təfsirdə ictihad zənn ifadə edər. Zənn isə qəti bilgi deyildir. 
Dirayət təfsiri də qəti bilgi olmadan Allahın yerinə danışmaqdır ki, 
bu da haramdır. Belə ki, 
... اَ ْنِم  َرَهَظ اَم  َشِحاَوَفْلا َ ِّب َر َمَّارَح اَمَّانإِا ْلُق  
De: Rəbbim ... bir də Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi 
haram etmişdir
272
 ayəsi bu təfsirin hökmünü ortaya qoyur. Bundan 
başqa;
... ٌ ْلِع ِهِب  َ َل  َسْيَل اَم  ُفْقَت َلَو
272  Əraf, 7/33.

TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
191
Bilmədiyin  şeyin  ardınca  getmə...”
273
  ayəsi  də  dirayət  təfsirinin 
məqbul olmadığını göstərir.
b. Dirayət təfsirini ayələrlə yanaşı bəzi hədislər də qadağan etm-
şdir. Məsələn, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim bilmədən 
Quran barəsində bir şey desə cəhənnəmdəki yerinə hazır olsun”.
274
 Yenə 
başqa bir hədisdə belə buyurulur: “Kim öz ictihadı ilə Quran barəsində 
bir şey desə dediyi doğru olsa belə səhvdir”.
275
 
c. Bir çox səhabilərin Quranı öz ictihadları ilə təfsir etməkdən 
çəkinmələri də dirayət təfsirinin qadağan olduğunu göstərən başqa 
bir dəlildir. Hz. Əbu Bəkir bu məsələylə balı olaraq belə demişdir: 
“Quran haqqına öz rəyimlə və ya bilmədən bir şey söyləsəm, hansı 
yer məni üstündə daşıyar, hansı göy məni kölgəsində saxlayar?”
276
 
d. Mənbələrin bildirdiynə görə tabeun alimlərinin də bir çoxu 
dirayət təfsirini məqbul saymamışlar. Məsələn, İbn Sirin belə de-
yir: “Übeydə əs-Səlmanidən Quranın bir ayəsi barədə soruşdum. O 
dedi: “Quranın hansı məsələlər haqqında nazil olduğunu bilənlər 
getdi.  Allahdan  qorx  və  doğru  ol”.
277
  Məsruqun  isə  belə  dediyi 
nəql olunur: “Quranı təfsir etməkdən uzaq durun, çünki o, Allahın 
nəqlidir”.
278

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə