Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45
 
 
 


14 
 
AORTALGİYA 
 
Aortalgiya  (aorta  +  yunanca  algos  –  ağrı  mənasını  verir)  – 
döşarxası  ağrı  tutmaları  olub,bəzən  kürək  arasına  və  ya  boyun 
hissəsinə  irradiasiya  edir.Ağrının  əmələ  gəlməsi  aterosklerotik 
genezli  anevrizma  zamanı  və  yaxud  aortit  nəticəsində  aortanın  döş 
şöbəsinin  patoloji  dəyişikliyə  uğramış  divarının  gərilməsi  ilə  əlaqə-
dardır.  Hesab  edilir  ki,aortalgiya  paraaortal  sinir  kələfinin 
qıcıqlanması nəticəsində əmələ gəlir.  
Aortalgiya  stenokardiya  ağrı  tutmalarına  oxşadığı  üçün, 
onları differensiasiya etmək lazımdır. Aortalgiya tutmaları adətən, 
uzun  müddət  davam  edir  (2  saata  qədər  və  daha  çox),  ağrı  nadir 
hallarda  sol  qola  irradiasiya  edir  və  az  dəqiqdir.  Stenokardiya 
zamanı  ağrı  fiziki  yüklə  bağlıdır.  Aortalgiyanı  ayırmaq  üçün 
bəzən,  zədələnmiş  aortanın  əlamətləri  köməklik  edir,  belə  ki, 
təngnəfəslik  və  göyöskürəyə  bənzər  öskürək  fonunda  döşarxası 
ağrıların  əmələ  gəlməsi  və  eyni  zamanda  ağrıların  əllərin  yuxarı 
qalxması ilə meydana çıxması mümkündür (başı darayarkən və ya 
başı  yuyarkən).  Çox  hallarda  aortalgiya  arterial  təzyiqin  qalxması 
ilə  də  bağlı  ola  bilir.Stenokardiyadan  fəqrli  olaraq  aortalgiya 
nitratlarla  aradan  götürülmür,  lakin  çox  hallarda  ağrı  hipotenziv 
preparatlar,  kalsium  ionu  antaqonistlərinin  qəbulundan  sonra  tam 
keçir  və  ya  xeyli  azalmış  olur.  Digər  hallarda  aortalgiya  və 
stenokardiya  tutmaları  birgə  rast  gəldikdə,  aortalgiya  ilə  yanaşı 
EKQ  -  da  miokardın  işemiyası  dəyişkənliyi  yaranır  və  nitratlar 
verərkən  ağrı  əleyhinə  effekt  alınmış  olur.  Aortalgiyanın                
əmələ 
gəlməsi 
zədələnmiş 
aortanın 
cərrahi 
müalicəsinin 
mümkünlüyünü  ortalığa  qoyur.Əgər  cərrahiyyə  əməliyyatı  əks-
göstərişdirsə,  onda  əsas  xəstəliyin  konservativ  terapiyası 
simptomatik  müalicə  ilə  həyata  keçirilir:  hipotenziv  dərmanlar, 
fenigidin və analgetiklər.  
 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə