1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
A.Ə.Tağıyev, A.Ə.Əliyeva
Tərsimi həndəsə və mühəndis qrafikası
DƏRS VƏSAİTİ
BA K I - 2 0 2 1
2
Elmi
redaktor:
dosent S.B.Məmmədov
Dos.A.Ə. Tağıyev, assistent A.Ə.Əliyeva tərəfindən tərtib edilən dərs
vəsaiti Tərsimi həndəsə və mühəndis qrafikası fənninə aid geniş sayda qrafiki işlər
və məsələr nümunələri daxil edilmişdir. Dərs vəsaiti fənni daha da yaxşı
mənimsəmək üçün sərbəst tapşırıqlarla tamamlanır.
3
Giriş
Tərsimi həndəsə mühəndis təhsilinin təməlinin əsasını qoyan fənn olub,
həndəsi varlıqların, fəza fiqurlarının müstəvi (səth) üzərində təsvirlərinin alınması
və əksinə, verilmiş təsvirlərə görə onların fəzada vəziyyətlərini təyin etmək
qaydalarını öyrədən bir elmdir. Bu səbəbdən məhşur rus alimi Lomonosov
demişdir: “Həndəsə bütün fikri zəkaların ilahəsidir”.
Tərsimi həndəsə fənnində alınan nəticələr, insan zəkasının dahi kəşfi olan
çertyojların tərtib olunmasının nəzəri əsaslarını təşkil edir. Bu səbəbdən çertyoj
beynəlxalq mühəndislərin ümumi dili adlandırılır, yəni milliyyətindən və danışıq
dilindən asılı olmayaraq texniki biliyə malik olan hər bir şəxs istənilən çertyoju
oxuya bilir.
Tərsimi həndəsə özünəməxsus inkişaf yolu keçmişdir. Eramızdan çox əvvəl
müxtəlif tikintilərin, piramidaların, qalaların və sairənin inşaasında onların həndəsi
qanunlarına əsaslanan qrafiki təsvirlərinə təlabat yaranmışdır. Hələ 1525-ci ildə
məhşur Alman qravüraçı və rəssamı Albrex Dyurer tərəfindən məzmunca tərsimi
həndəsə kursuna bənzər traktat yazılmışdır. Hətta almanlar “Tərsimi həndəsə”ni o
dövrdə “Təsviri həndəsə” adlandırmışdılar. Həmin müddətdən başlayaraq
ortoqonal proyeksiyalamanın əsaslarından istifadə olunmuşdur. Artıq 1686-1715-ci
illərdə kağız üzərində gəminin təsviri üç proyeksiada çəkilmiş və onun əsas-əndazə
ölçüləri göstərilmişdir.
Elmi cəhətdən əsaslandırılmış ilk “Tərsimi həndəsə” əsəri 1795-ci ildə
fransız riyaziyyatçısı və mühəndisi Qaspar Monj tərəfindən yazılmışdır. Bu əsərdə
o özünə qədər məlum olan texniki təsvir üsullarını tədqiq etmiş, ümumiləşdirmiş
və onların nəzəri əsasını vermişdir. Əsərdəki təsvir metodları demək olar ki, bu
günə qədər də ciddi dəyişikliklərə uğramadan qalmışdır.
Monj, bu fənn haqqında belə yazırdı: “Tərsimi həndəsə” ikiölçülü müstəvi
üzərində üçölçülü fiqurların dəqiq təsvirlərinin verilməsini öyrədir. Məhz bu
baxımdan tərsimi həndəsə hər hansı layihəni tərtib edən mühəndislə həmin layihəni
icra edən şəxs arasında ünsiyyət yaradan dil olmalıdır. Bu fənn mütləq ümumxalq
təhsilı sisteminə aid edilməlidir. Tərsimi həndəsə təkcə insanların zehni inkişafına
deyil, həm də fiqurlara yeni forma verməkdə və istehsalatın inkişafında böyük rol
oynamalıdır”. Odur ki, qısa bir müddət ərzində sənayenin və texnikanın inkişafında
tərsimi həndəsə xüsusi rol oynamışdır.
Rusiyada Tərsimi həndəsənin əsasını 1810-cu ildə bu fənnə dair ilk mühazirə
oxuyan və 1821-ci ildə özünün “Tərsimi həndəsənin əsasları” əsərini çap
etdirməklə Y.A.Sevastyanov qoymuşdur. Bu elmin nəzəri və tətbiqi əsaslarının
3
4
sonrakı inkişafında və eləcə də onun texniki məktəblərdə tədrisi metodikasının
təkmilləşdirilməsində
N.İ.Makarov,
V.İ.Kurdyumov,
V.O.Qordon,
N.F.Çetveruxin, İ.İ.Kotov, S.A.Frolov və başqalarının xidmətləri olmuşdur.
Azərbaycan dilində ilk tərsimi həndəsə dərsliyi Ə.M.Məmmədov tərəfindən
yazılmış və 1948-ci ildə nəşr edilmişdir. Sonra Ə.M.Məmmədov, V.Puzırevski və
K.C.Məmmədovun birlikdə yazdıqları tərsimi həndəsə kitabı 1956 və 1964-cü
illərdə nəşr edilmişdir.
Tərsimi həndəsə və mühəndis qrafikasının tətbiq mahiyyətinə görə praktiki
işlərdə çertyojun texniki dili kimi böyük əhəmiyyət kəsb edir və onun nəzəri
qanunları əsasında çertyojların yüksək dəqiqliklə tərtib olunmasına və düzgün
oxunmasına zəmin yaradır. Digər tərəfdən tərsimi həndəsə elmini öyrənərkən,
şəxslərdə fəza təsəvvür etmə qabiliyyəti inkişaf edir ki, bununda nəticəsində daha
müasir maşın və mexanizmlər icad edilir. Eyni zamanda tərsimi həndəsəni yaxşı
mənimsəyən şəxs başqa texniki fənlərin də öyrənilməsində, eləcə də layihələrin
tərtib edilməsi işində çətinlik çəkmir.
Tərsimi həndəsə və mühəndis qrafikası elminin memarlıq, dizayn, rəssamlıq
və heykəltəraşlıq kimi incəsənət işlərində də böyük əhəmiyyəti var.
Praktiki işlərdə, xüsusilə maşınqayırma, aviasiya, gəmiqayırma və s. kimi
sahələrdə riyazi üsulla həlli mümkün olmayan həndəsi xarakterli bir çox məsələlər
tərsimi həndəsə və mühəndis qrafikası müxtəlif proyeksiyalama üsullarından
istifadə olunaraq dəqiq həll edilir.
Tərsimi həndəsə və mühəndis qrafikası fənnini öyrənərkən əldə edilmiş
bilik, bacarıq və yenilik xüsusi texniki və ümumi mühəndis fənlərinin öyrənilməsi
üçün və eləcədə mühəndis fəaliyyətində çox lazımdır. Texniki fikrin icrası və
istehsalat sənədi olan çertyoja yiyələnmək prosesi ali məktəbdə oxuyan zaman əldə
edilir. Bu proses mühəndis qrafikası fənnini öyrənərkən başlanır, sonra isə xüsusi-
texniki və ümumi mühəndis fənlərinin öyrənilməsində və eləcə də kurs və diplom
layihələrini yerinə yetirərkən genişlənir və zənginləşir.
Dostları ilə paylaş: |