Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü188,97 Kb.
növüDərs

 

S.F.QARAYEV,  

P.Ş.MƏMMƏDOVA, A.Q.HƏBİBOVA 

 

 



 

 

 



 

 

 



BİOKİMYANIN  

ƏSASLARI 

Dərslik 

 

 



 

 

 



Azərbaycan Respublikası Təhsil Nazirliyi 

tərəfındən təsdiq edilmişdir. 

(926 saylı, 02.10.2002-ci il tarixli əmr) 

 

 



 

 

 



 

 

 



BAKI-

TƏFƏKKÜR-2002 



 

 

Az 2 



Q 21 

 

Rəy verənlər: 



T.

M. Nağıyev, 

AMEA-

nın həqiqi iizvü, kimya elmləri doktoru, professor 

N.M. Quliyev, 

AMEA-

nın müxbir iizvü, biologiya elmləri doktoru 

AMEA-


nın müxbir üzvü, kimya elmləri doktoru, professor 

S.F.Qarayevin 

ümumi redaksiyası altında nəşrə hazırlanmışdır. 



S. F. Qa

rayev, P.Ş. Məmmədova, A.Q. Həbibova Q 21 

Biokimyanın əsasları. Dərslik. 

B.: "Təfəkkür" NPM, 2002, 360 səh. 

 

«Biokimyanın  əsasları»  dərsliyi  canlı  orqanizmlər  və  onların  həyat 



fəaliyyətinin əsasını təşkil edən kimyəvi proseslərin öyrənilməsinə həsr 

olunmuşdur. 

Elmin  prioritet  istiqamətlərindən  sayılan  ekologiya  ilə  bağlı 

problemlərin  anlaşılması  üçün  biokimyanın  qanunlarının  öyrənilməsi 

zəruridir. 

Dərslikdə canlı sistemin əsasını təşkil edən hüceyrənin quruluşunun 

xüsusiyyətləri  və  kimyəvi  tərkibi,  biomolekulların  nümayəndələri  olan 

aminturşular,  peptidlər,  karbohidratlar  və  lipidlərin  bioloji  funksiyaları 

ilə  əlaqədar  olan  xassələri,  biokatalizatorlar  olan fermentlərin  qııruluşu 

və  xassələri,  canlı  sistemlərdə  irsi  məlumatın  ötürücüsü  olan  nuklein 

turşuları,  orqanizmdə  enerji  çcvrilmələrində  ATP-nin xüsusi rolu 

araşdırılır. 

Azərbaycan  dilində  yazılmış  «Biokimyanın  əsasları»  dərsliyi 

respu


blikanın texniki ali məktəblərinin tələbələri, aspirantlar, elmi işçilər 

üçün nəzərdə tutulmuşdur. 

 

2002


099

028


1903010000



Q

 

Az 2 



 

                                                                        

© "Təfəkkür" NPM, 2002 

 

MÜQƏDDİMƏ 

 

Bioloji kimya  (biokimya)  

canlıların üzvləri  və  hüceyrələrinin 

kimyəvi  tərkibini  və  onların  həyat  fəaliyyətinin  əsasını  təşkil  edən 

kimyəvi  prosesləri  öyrənən  elmdir.  Biologiya  və  kimyanın 

sərhəddində  yaranmış  bu  elm,  bu  gün  sürətlə  inkişaf  edən  təbiət 

elmlərindəndir. Müasir təhsil sistemində biokimyanın rolu böyükdür, 

heç də təsadüfi deyildir ki, biokimyanın ümumi kursu yalnız tibb və 

biolog

iya  istiqamətli  tədris  müəssisələrinin  proqramlarına  daxil 



edilməmişdir, bu fənni həm də texniki ali məktəblərdə də öyrənirlər. 

Biokimya  canlılar  haqqında  olan  bütün  elmləri  birləşdirir  və 

onun  öyrənilməsi  biologiyanın  hər  hansı  bir  sahəsinin  və  eləcə  də 

m

üasir  zamanda  prioritet  istiqamətlərdən  sayılan  ekologiya  ilə  bağlı 



problemlərin  başa  düşülməsi  üçün  geniş  imkanlar  yaradır.  Son 

zamanlar,  təbii  şəraitdə  orqanizmlər  arasında  münasibətləri 

öyrənməklə  məşğul  olan  ekologiya  ilə,  bu  münasibətləri  molekul 

səviyyəsində  tədqiq  edən  biokimya  arasında  sıx  əlaqə  yaranmışdır. 

Belə  ki,  müasir  ekologiya  biosferanın  həyatı  haqqında  elm  olaraq, 

təbiətşünaslığın bioloji və qeyri-biloloji elm sahələri - kimya, fizika, 

riyaziyyat,  geokimya,  geofızika,  fıziologiya,  biokimya,  biofızika, 

genetika,  təkamül  nəzəriyyəsi  və  s.  ilə  əlaqədar  bir  sıra  mühüm 

məsələlərin öyrənilməsi ilə məşğuldur. 

Bir  sıra  mühüm  ekoloji  problemlər  mövcuddur  ki,  onların  izah 

olunması  və  başa  düşülməsi  üçün  biokimyəvi  üsulların  tətbiq 

olunması  zəruridir.  Bununla  yanaşı  heyvanlarda  və  bitkilərdə  baş 

verən bir sıra metabolik prosesləri ekoloji yanaşmanın köməyilə izah 

etmək mümkün olmuşdur. Beləliklə, müasir təbiət elmlərinin qarşılıqlı 

əlaqəsi  dövrundə,  biologiya,  kimya  və  ekologiya  yönümlü  fənlər 

arasında  biokimya  bağlayıcı  zəncirdir.  Ona  görə  də,  respublikamızın 

ali məktəblərində bu ixtisaslar iizrə mütəxəssislərin hazırlanması üçün 

müasir biokimyanın əsaslarını əks etdirən dərslik və dərs vəsaitlərinin 

olması  zəruridir.  Hal-hazırda  bu  sahədə  işləyən  mütəxəssislər  üçün 

nəzərdə tutulmüş, rus dilində rus müəlliflerinin və xarici müəlliflərin 

tərcümə  olunmuş  bir  sıra  biokimya  dərslikləri  vardır.  Lakin, 

Azərbaycan  dilində  biokimyadan  dərs  vəsaitinə  böyük ehtiyac 

qalmaqdadır. 

Azərbaycan  dilində  ilk  «Bioloji  kimya» dərsliyi 1931-ci  ildə 

H.Səfərov  və  Ə.Həsənov  tərəfındən  tərtib  edilmişdir.  1936-cı  ildə 

akademik  A.V.Palladinin  «Fizioloji  kimya»  adlı  kitabı  Azərbaycan 

dilinə tərcümə olunmuşdur. 1958-ci ildə H.Səfərovun «Bioloji kimya» 



dərsliyi,  1962-ci  ildə  B.İ.Zbarski,  İ.İ.İvanov  və  S.R.Mardaşevin  cyni 

adlı  dərsliyinin  tərcüməsi  (Ə.S.Həsənovun  redaktəsi  ilə)  nəşr 

edilmişdir. 

1974-


cü  ildə  Azərbaycan  dilində  Ə.S.Həsənov,  N.A.Rzayev, 

F.Q.İslamzadə,  A.M.Əfəndiyevin  müəllifliyi  ilə  «Bioloji  kimya» 

dərsliyi çapdan çıxmışdır. Müəlliflər, bioloji kimya elminin inkişafını 

və  tədris  proqramında  olan  dəyişiklikləri  nəzərə  alaraq  1989-cu  ildə 

dərsliyin  ikinci,  yenidən  işlənmiş  variantını  çap  etdirmişlər.  Dərslik 

tibb  universiteti  və  ali  məktəblərin  biologiya  fakültəsinin  tələbələri 

ü

çün nəzərdə tutulmuşdur. Bu dərslikdə həkimlərin təcrübi fəaliyyəti 



üçün əhəmiyyətli olan məsələlərə xüsusi diqqət yetirilir. 

Hazırda  demək  olar  ki,  respublikanın  əksər  ali  məktəblərinin 

dərs proqramlarına ekologiya üzrə fənlər daxil edilmişdir. Bu fənlərə 

dərindən  yiyələnmək  üçün  bioloji  kimyanın  əsaslarını  bilmək 

lazımdır.  Bioloji  qanunların  öyrənilməsi  və  onların  izah  edilməsi, 

həyat  fəaliyyətinin  molekul  səviyyəsində  baş  verdiyini  dərk  etməyə 

imkan yaradır. 

Oxuculara  təqdim  olunan  bu  dərslik  «Ekologiya  və  təbii 

ehtiyatlardan  səmərəli  istifadə»  proqramına  uyğun  olaraq  tərtib 

edilmişdir.  Bu  dərsliyin  məqsədi  oxuculara  bioloji  kimya  haqqında 

ümumi  məlumatların  çatdırılmasıdır,  o  heç  də  fundamental 

tədqiqatların nəticələri deyil, nə də müasir biokimya kursunun bütün 

spektrlərini əhatə etmir. Bu dərslik, geniş oxucu kütləsi üçün nəzərdə 

tutulub, xüsusilə də biokimya elmini öyrənməyə başlayan şəxslər üçün 

ilk dərs vəsaiti rolunu yerinə yetirə bilər. Hazırda Azərbaycan dilində 

biokimya üzrə dərs vəsaitlərinə zərurət olduğu bir zamanda, dərsliyin 

nəşri bu ehtiyacın qismən təmin edilməsinə imkan verəcək ki, bu da 

bioloji  kimya  fənninin  mənimsənilməsinin  keyfıyyətinə  ciddi  təsir 

göstərəcək. 

Bütün  deyilənlər  «Biokimyanın  əsasları»  dərsliyinin  bu  gün 

üçün nə qədər zəruri olduğunu təsdiq edir. 

Kitab,  hüceyrənin  quruluşu,  canlı  orqanizmlərin  kimyəvi 

tərkibinə  həsr  olunmuş  fəsillərlə  başlanır  və  biomolekullar,  suyun 

xassələri, mineral maddələr və onların bioloji sistemlərdəki rolunu əks 

etdirən  ümumi məlumatları  özündə  birləşdirir.  Daha  sonra  zülallar, 

onların  quruluş  vahidləri  olan  aminturşular  və  peptidlər  haqqında 

ətraflı  məlumat  verilir.  Burada  zülalların  ayrılması,  təmizlənməsi  və 

identifikasiyası  üsulları  da  verilir.  Sonrakı  fəsillərdə  fermentlərin  və 

nuklein tu

rşularının  quruluşu,  funksiyaları  və  xassələri  haqqında 

müasir baxışlar təqdim edilir. 

 



Dərslikdə  maddələr  və  enerji  mübadiləsi  haqqında  ümumi 

anlayışlara da yer ayrılmışdır. 

Sonra karbohidratl

arın  ve  lipidlərin  quruluşu,  funksiyaları, 

kimyası və mubadilesi haqqında məlumal verilir. Canlı orqanizmlərin 

hüceyrələrində  gedən mübadilə  prosesləri  və  onların  tənzimlənməsi 

arasındakı qarşılıqlı əlaqəyə də lazımi diqqət yetirilmişdir. 

Kitabda  vitaminlər  və  hormonların  quruluşu  və  bioloji 

funksiyalarına da yer verilir. 

Dərsliyə  şəkillər,  sxemlər  və  cədvəllər  də  daxil  edilmişdir  ki, 

bunların  bir  qismi  müəlliflər  tərəfındən  işlənmiş.  bir  qismi  isə  digər 

mənbələrdən  götürülmüşdür.  Bəzi  sxemlər  və  şəkillər  ədəbiyyatdan 

götürülərək yenidən işlənmiş və sadələşdirilmişdir. 

Kitabın  sonunda  biokimyada  qəbul  olunmuş  işarələrin,  fıziki-

kimyəvi  vahidlərin  və  istifadə  olunmuş  ədəbiyyatın  siyahısı 

verilmişdir. 

Müəlliflər  bıı  dərsliyin  məzmununa  aid  olan  tənqidi  iradlar, 

faydalı  məsləhətlər  və  arzulara  görə  oxuculara  öz  təşəkkürlərini 

bildirirlər. 



GİRİŞ 

 

Bioloji kimya (biokimya)  - 



canlı  orqanizmlərdəki  maddələrin 

kimyəvi  tərkibini  və  xassələrini,  onların  çevrilmələrini  və  həm  də 

orqanizmlərin  həyat  fəaliyyətinin  əsasını  təşkil  edən  kimyəvi 

prosesləri və maddələr mübadiləsini öyrənən elmdir. 

Biokimyanın  insan  cəmiyyəti  üçün  bir  elm  kimi  əhəmiyyəti 

onunla müəyyən olunur ki, o, təbabət, kənd təsərrüfatı, biotexnologiya, 

gen  mühəndisliyi  və  bir  sıra  sənaye  sahələrinin  nəzəri  əsaslarından 

biridir. 

Biokimyanı, adətən, - statik, dinamik və funksional biokimyaya 

bölürlər. 



Statik 

biokimyanın  qarşısında  qoyulan  məsələ  -  canlı 

orqanizmlərdəki  maddələrin  kimyəvi  tərkibini  və  xassələrini 

öyrənməkdir. 

Həyat  fəaliyyəti  prosesindəki  maddələr  mübadiləsinin  və 

bununla əlaqədar orqanizmdə yaranan məhsulların kimyəvi tərkibinin. 

öyrənilməsi - dinamik biokimyanın qarşısında duran məsələdir. 

Biokimya,  orqanizmin  toxumalarının  tərkib  hissələri  olan 

müxtəlif üzvi maddələrin sintezini təmin edən kimyəvi reaksiyalardan 

(assimilya-siya) 

və  həm  də  potensial  enerjiləri  orqanizm  tərəfındən 

istifadə  olunan  və  üzvi  maddələrin  parçalanmasına  gətirib  çıxaran 

reaksiyalardan  (dissimilyasiya) 

ibarət  olan  maddələr  mübadiləsi 

proseslərini  öyrənir.  Assimilyasiya  və  dissimilyasiya  prosesləri  bir-

birilə  qarşılıqlı  əlaqəlidir.  Bu  proseslər  birlikdə  orqanizm  və  ətraf 

mühit  arasında  maddələr  mübadiləsini  təşkil  edir  ki,  bu  da  həyat 

fəaliyyətinin ən xarakterik xüsusiyyətidir. 

Fıınksional  biokimyanın  məqsədi,  bütövlükdə  orqan  və 

orqanizmlərin  funksiyalarının  aşkar  olunmasının  əsasını  təşkil  edən 

maddələrin 

çevrilmələrinin 

kimyəvi 

qanunauyğunluqlarını 

öyrənməkdir. Qeyd etmək lazımdır ki, bu bölünmələr şərtidir. Statik, 

dinamik  və  funksional  biokimyalar  bir-birilə  sıx  əlaqəlidırlər. 

Müşahidə  obyektindən  asılı  olaraq  insanların  və  heyvanların 

biokimyalarını, 

bitkilərin 

biokimyasını, 

mikroorqanizmlərin 

biokimyasını  bir-birindən  fərqləndirirlər.  Bıınlar  bir-biri  ilə  sıx  bağlı 

olsalar da, hər birinin spesifık xüsusiyyətləri vardır. 

T

ədqiqatların istiqamətine görə biokimya bölmələrə ayrılır: 



Texniki  biokimya  - 

bioloji  mənşəli  xammal  və  materialların 

emalı  ilə  məşğul  olan  sənaye  sahələrinin  (çörək  bişirmə,  pendir 

hazırlama, şərabçılıq) biokimyəvi əsaslarını işləyib hazırlayır; 



 



Tibbi  biokimya  - 

insan  orqanizmində  gedən  normal  və  patoloji 

bi

okimyovi prosesləri öyrənir: 



Təkamül  biokimyası  -  müxtəlif  canlı  orqanizmlərin  tərkibi, 

maddə və enerji çevrilmələrinin yollarını təkamül nöqteyi-nəzərindən 

müqayisəli surətdə öyrənir; 

Kvant 

biokimyası  -  canlı  orqanizmlərin  müxtəlif  maddələrinin 

xassələrini,  funksiyalarını  və  çevrilmə  yollarını,  onların  kvant-

mexaniki  hesablamalar  yolu  ilə  alınmış  elektron  xarakteristikaları  ilə 

əlaqəli surətdə tədqiq edir; 

Enzimologiya 

bioloji  katalizatorlar  olan  sistemlərin 

(fermentlərin) quruluşu, xassələri və təsir mexanizmini öyrənir. 

tün  digər  elmlərə  nisbətən  o,  fiziologiya  ilə  sıx  bağlıdır. 



Funksional  biokimya  fiziologiya  ilə  biokimya  elmlərini  bir-birinə 

yaxınlaşdırır.  Biokimyanın  əsas  məsələlərindən  biri  -  bu  və  ya  digər 

orqanın  funksiyası  ilə  bilavasitə  bağlı  olan  kimyəvi  proseslərin 

xüsusiyyətlərini aşkar etməkdir. 

Biokimyəvi  proseslərin  gedişinə  orqanizmin  fızioloji 

funksiyalarının,  birinci  növbədə  sinir  sisteminin  vəziyyəti  həlledici 

təsir göstərir. Hər hansı bir fizioloji prosesin təbiətini düzgün müəyyən 

etmək  üçün  baş  verən  biokimyəvi  reaksiyaları  bilmək  lazımdır. 

Təəccüblü  deyildir  ki,  XIX  əsrin  ikinci  yarısına  qədər  biokimya 

müstəqil  elm  deyil,  fıziologiyanın  bir  hissəsi  idi.  Tədricən  bioloji 

biliklərin artması ilə əlaqədar olaraq, biokimya fıziologiyanın aparıcı 

bölmələrindən birinə, sonralar isə müstəqil elm sahəsinə çevrildi. 

Canlı  orqanizmlərin  kimyəvi  tərkiblərinin  öyrənilməsi, 

toxumalardan  fərdi  maddələrin  ayrılması,  onların  tərkiblərinin  və 

quruluşlarının  müəyyən  edilməsi,  bu  maddələrin  sintez  edilməsinin 

mümkünlüyü -biokimya elmini üzvi kimya 

elmi ilə yaxınlaşdırır. 

Bununla  yanaşı,  biokimya  üzvi  birləşmələrin  canlı  orqanizmin 

maddələr  mübadiləsinin  ümumi  sistemində  çevrilmələrinin 

öyrənilməsini,  onların  həyat  fəaliyyətindəki  rolunun  müəyyən 

olu

nmasını öyrənir. 



Biokimyanın  fıziki  kimya  ilə  əlaqələri  ildən  ilə  artır.  Həyati 

proseslərin  gedişatı  üçün  biokimyəvi  reaksiyaların  sürəti,  onların 

temperaturdan, 

mühitin aktiv reaksiyasından və osmatik hadisələrdən 

asılılığı böyiik əhəmiyyət kəsb edir. Biitün bu məsələlər eyni zamanda 

h

əm  biokimya,  həm  də  fıziki  kimyanın  bilik  sahəsinə  aiddir.  Son 



zamanlar  biokimyəvi  todqiqatlar  zamanı  fıziki-kimyəvi  və  fıziki 

meto


dlardan  olan  xromatoqrafıyadan,  elektroforezdən,  rentgen-

struktur  analizindən,  spektroskopiyadan,  elektron-paramaqnit 

rezonansından  

 



(EPR), nü

və-maqnit  rezonansından  (NMR).  nişanlanmış  atomlar 

metodu

ndan  və  s.  geniş  istifadə  edilir.  Beləliklə,  fıziki-kimyəvi 



biologiya adh yeni elmi istiqamət formalaşmışdır. 

Riyaziyyatın  da  biokimya  elminin  inkişafında  xidmətləri 

böyükdür. Belə ki. son zamanlar biokimyada riyazi modellərin totbiqi. 

Müasir 


biokimyəvi  tədqiqatlarda  EHM-dən  istifadə  olunması, 

riyaziyyat elmini

n biokimyaya geniş tətbiqini təsdiq edən amillərdir. 

Biokimyəvi  biliklərin  tarixi  və  biokimyanın  bir  elm  kimi 

inkişafını dörd dövrə bölmək olar: 

1-ci dövr 

qədim dövrlərdən İntibah dövrünə qədər (XV əsr). Bu 

dövrdə  insanlar  biokimyəvi  proseslərin  nəzəri  əsaslarını  bilmədən 

təcrübədə onlardan istifadə edirdilər: çörək bişirmə, süd məhsullarının 

hazırlanması,  şərabçılıq  və  s.  Xəstəliklərin  müalicəsi  üçün  müxtəlif 

otlardan istifadə etməklə bitkilərin müalicəvi əhəmiyyəti öyrənilirdi. 



2-ci dövr - 

İntibah dövründən XIX əsrin ortalarına qədərki dövrü 

əhatə  edir.  Bu  dövr  biokimyəvi  biliklərin  çoxalması  ilə  xarakterizə 

olunur.  Bu  dövrdə  biokimya  fiziologiya  elminin  bir  bölməsi  kimi 

fəaliyyət  göstərirdi.  Orta  əsrlərdə  əlkimyaçılar  tədricən  nisbətən 

mürəkkəb  təbii  üzvi  birləşmələrin  tərkibləri  haqda  məlumatlar 

toplamağa  başladılar. XVI-XVII  əsrlərdə  əlkimyaçıların  əldə  etdiyi 

biliklər  yatrokimyagərlərin  (iatros-yunanca-həkim,  təbib)  əsərlərində 

öz əkslərini tapdı. Bu istiqamətin tərəfdarlarının fıkrincə insanın həyat 

fəaliyyətini, onun xəstələnməsinin səbəblərini yalnız kimyəvi nöqteyi-

nəzərdən  izah  etmək  olar  və  bunların  müalicəsi  də  yalnız  kimyəvi 

maddələrin  tətbiqi  ilə  aparılmalıdır.  İlk  anlarda  sintez  üsullarının 

işlənib  hazırlanması  zamanı  və  əsasən  karbon  tərkibli  birləşmələri 

sintez  edərkən  alimlər  çətinliklərlə  rastlaşırdılar.  Qarşıya  çıxan 

çətinliklərin  səbəblərini,  alimlər  birləşmələrin  canlı  orqanizmlərdə 

xüsusi  yollarla  «həyati  qüvvələrin»  köməyilə  əmələ  gəlməsi  ilə  izah 

edirdilər. Üzvi biıiəşmələrin sintezi haqda bu cür vitalistik nəzəriyyə o 

zamankı  elmdə  möhkəm  kök  salmışdı.  1828-ci  ildə  Berseliusun 

tələbəsi  Völer  qeyri-üzvi  birləşmədən  insanların, məməlilərin, 

amfibiyaların  və  balıqların  sidiklə  xaric  etdikləri  sidik  cövhərini 

almaqla bu nəzəriyyəni alt-üst etdi. 

M.V.Lomonosov  «Maddə  kütləsinin  saxlanması»  qanununun 

kəşfı  ilə  təbiətşünaslıqda  yeni  istiqamətin,  təbiət  hadisələrinin  və 

t

əbiətin anlaşılmasının bünövrəsini qoydu. Bu qanun kimya, biologiya 



və digər elmlər üçün yeni dövrün - maddə miqdarının dəqiq ölçülməsi 

dövrünün  başlanğıcı  oldu.  M.V.Lomonosovun  kəşf  etdiyi  maddə 

tləsinin  saxlanması  qanununa  əsaslanaraq  və  o  vaxta  qədər  əldə 





olunmuş  nailiyyətlərdən  istifadə  edərək  XVIII  əsrin  sonunda  fransız 

alimi  Lavtıazye  tənəffüs  prosesini  kəmiyyətcə  tədqiq  etməkle  onun 

mah

iyyətini və bu prosesdə oksigenin rolunu izah etdi. 



1861-ci ildo böyük rus alimi A.M.Butlerov  üzvi birl

əşmələrin 

quruluş nəzəriyyəsini kəşf etmeklə üzvi kimyanın və bioloji kimyanın 

inkişafına böyük təkan verdi   Butlerov ilk dəfə olaraq laboratoriya 

şəraitində  şəkəri  sintez  edərək  bioloji  kimya  elminə  daha  bir  layiqli 

töhfəsini verdi. 

XIX  əsrin  50-ci  illərində  məşhur  fransız  fızioloqu  K.Berner 

qaraciyərdən  qlikogeni  ayıraraq  onun  qanda  qlükozaya  çevrilməsini 

sübut etdi. 1868-

ci  ildə  F.Mişer,  alman  fızioloqu  və  biokimyaçısı 

Qoppe-Zeyler DNT-

ni kəşf etdilər. Lakin, bu kəşf öz layiqli qiymətini 

yalnız 100 ildən sonra ala bildi. 

Biokimya elminin 3-cü dövrü 

XIX əsrin ikinci yarısına təsadüf 

edir  ki,  bu  dövrdə  biokimya  müstəqil  bir  elm  kimi  fiziologiyadan 

ayrılır və bu da biokimyəvi tədqiqatların sayı və dərinliyinin artması 

ilə əlaqədardır.  İnsanın gündəlik tələbatında istifadə olunan, əvvəllər 

canlı  orqanizmlərdən  alınan  bir  çox  maddələr  bu  dövrdə  artıq  təkcə 

laboratoriyalarda yox, sənaye üsulu ilə də istehsal olunmağa başladı. 

Məşhur  biokimyaçı  alim  A.Y.Danilevskinin  tədqiqatları  bu 

dövrə  aid  edilə  bilər.  Zülalların  quruluşunu  tədqiq  edərək  o,  bir  sıra 

nəzəriyyələrin  əsasını  qoymuşdur  ki,  bunlar  da  sonradan  zülalların 

quruluşunun polipeptid nəzəriyyəsinin əsasını təşkil etmişdir. O, zülal 

tipli maddələrin fermentativ sintezini həyata keçirmişdir. Fermentlərin 

adsorbsiya  və  desorbsiya  yolu  ilə  parçalanması  və  təmizlənməsinin 

orijinal metodunu kəşf etmişdir. 

XIX


əsrin  sonunda  və  XX  əsrin  əvvəllərində  alman  üzvi 

kimyaçısı və biokimyaçısı E.Fişer biokimya elminin inkişafına böyük 

təkan  vermişdir.  O,  əsası  A.Y.Danilevski  tərəfındən  qoyulmuş 

zülalların  polipeptid  nəzəriyyəsini  inkişaf  etdirmişdir.  Fişer  zülallara 

daxil olan, d

emək  olar  ki,  bütün  aminturşuların  quruluşunu  verərək 

onların xassələrini tədqiq etmişdir. 

XX

 



əsrin 40-cı və 50-ci illərində biokimyəvi tədqiqatlarda fıziki, 

fıziki-kimyəvi  və  riyazi  metodlardan  geniş  istifadə  olunmuş,  həyati 

proseslər (zülalların sintezi) molekul səviyyəsində öyrənilmişdir. 

D.Uotson  və  F.Krik  DNT-nin  qııruluşunun  ikiqat  spiralı 

haqqında  məqalələri  ilə  yeni  elmi  istiqamətin  -  molekulyar 

biokimyanın əsasını qoydular ki, bu da biokimyanın inkişafının 4-cü 



dövrü 

adlana bilər. 



Müasir zamanda biokimya elmi qarşısında insan cəmiyyəti üçün 

çox  vacib  olan  mühüm  problemlərin  -  «əsrin  bəlası»  olan  xərçəng 

xəstəliyinin  baş  verməsi  səbəblərinin  öyrənilməsi,  onun  qarşısının 

al

ınması  və  müalicəsi  üçün  effektiv  yolların  tapılması,  ürək-damar 



xəstəliklərinin profılaktikası və müalicəsi, insan ömrünün uzadılması 

və s. kimi məsələlərin həlli durur. 

Fundamental  biokimyəvi  tədqiqatlar bu problemlərin  həllinin 

əsasını təşkil edir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

10 



MÜNDƏRİCAT 

 

Müqəddimə .................................................................................   3 



Giriş ............................................................................................   6 

Fəsil. Hüceyrə ..........................................................................   10 



1.1.

Hüceyrənin quruluşunun xüsusiyyətləri ...............................   10 

1.2.

Canlı orqanizmlərin kimyəvi tərkibi, biomolekullar ...........   26 



1.2.1. Su .....................................................................................  

30 


1.2.2 Orqanizmlərdə mineral maddələrin rolu ............................   36 

II 


Fəsil. Zülallar ...........................................................................   42 

2.1.Aminturşular zülalların quruluş elementləridir .....................   42 

2.1.1.

Aminturşuların təsnifatı .....................................................   43 



2.1.2.

Aminturşuların turşuluq və əsasilik xassələri ....................   46 

2.1.3.

Aminturşuların izomerliyi ...................................................   49 



2.1.4.

Aminturşuların xarakter kimyəvi reaksiyaları ...................   55 

2.1.5.

Aminturşuların ayrılma üsulları .........................................   58 



2.1.6.

Zülalların tərkibinə daxil olan ayrı-ayrı aminturşuların 

xarakteristikala

rı .................................................................   62 

2.1.7.

Aminturşuların biosintezi ..................................................   70 



2.1.8.

Əvəz olunan aminturşuların biosintezi ..............................   81 

2.1.9.

Əvəz olunmayan aminturşuların biosintezi .......................   85 



2.1.10.

Aminturşuların biosintezinin tənzimlənməsi ...................   91 

2.1.11.

Aminturşuların parçalanmalannın son məhsulları ............   93 



2.2.

Peptidlər .................................................................................   96 

2.2.1. Peptidlərin ayrılması və analizi .........................................   100 

2.2.2 Təbii peptidlər ....................................................................   105 

2.3 . Zülallar (Proteinlər) ...........................................................   108 

2.3.1.Zülalla

rın fıziki-kimyəvi xassələri .....................................   110 

2.3.2.


Zülalların ayrılması və təmizlənməsi ..................................   111 

2.3.3.


Zülalların molekul kütlələri və onların təyin edilməsi üsullan114 

2.3.4.Zülalla

rın amfoter xassələri ...............................................   115 

2.3.5.


Zülalların denaturatlaşma və renaturatlaşması...................   116 

2.3.6.


Zülalların konformasiyası ..................................................   118 

2.3.7.Zülalla

rın quruluşu ..............................................................   120 

2.3.8.


Sadə və mürəkkəb zülalların mühüm nümayəndələri ........   125 

III 


Fəsil. Fermentlər (Enzimlər) .................................................   136 

3.1 Fermentlərin və kimyəvi katalizatoıiarın ümıımi vo spesifık 

xüsusiyyətləri............................................................................        137 

3.2. Fermentlərin nomenklaturası və təsnifatı ............................   138 

3.3. Fermentlərin kimyəvi təbiətləri və xassələri .........................   140 

3.4.Aktivatorların və inhibitorların fermentlərin aktivliyinə təsiri   146 

3.5.

 

Fermentlərin aktiv mərkəzləri .................................................    147 



3.6.

 

Fermentativ reaksiyaların kinetikası ......................................     150 



357 

3.7.

 

Fermentlərin inhibirləşməsi .................................................  



157 

3.8.


 

Fermentativ aktivliyin nizamlanması ......................................   163 

 

IV 


Fəsil. Nuklein turşuları ...........................................................   166 

4.1.


 

Nuklein turşularının komponentləri ........................................   167 

4.2.

 

Nukleozidlər və nukleotidlər.................................................   169 



4.3.

 

Dezoksiribonuklein turşuları (DNT) .....................................   172 



4.4.

 

Ribonuklein turşuları (RNT) ...................................................   177 



4.5.

 

Matrisa sintezi reaksiyası ........................................................   179 



4.6.

 

Genetik kod .............................................................................   180 



4.7.

 

Gen mühəndisliyi ....................................................................   182 



4.8.

 

Mutasiya ..................................................................................   185 



Fəsil. Maddə və enerji mübadiləsi ............................................   190 

5.1.

 

Maddələr mübadiləsi haqqında ümumi anlayış ......................   190 



5.2.

 

Enerji mübadiləsi ...................................................................   192 



5.3.

 

Canlı orqanizmlər üçün enerji mənbələri ................................   197 



5.4.

 

Qida məhsullarından enerjinin əldə edilməsi mərhələləri..  



202 

VI 


Fəsil. Karbohidratların kimyası və mübadiləsi ........................   205 

6.1.


 

Karbohidratlar ........................................................................   205 

6.2.

 

Monosaxaridlər ......................................................................   206 



6.3.

 

Oliqosaxaridlər .......................................................................   221 



6.

4 Polisaxaridlər ..........................................................................   223 

6.5. 

Karbohidratların mübadiləsi ...................................................   226 



6.5.1 Qlikogenin sintezi və parçalanması .....................................   226 

6.5.2. Qlikoliz ...............................................................................   232 

6.5.3 Qıcqırma ..............................................................................   240 

6.5.4. Trikarbon turşularının tsikli ................................................   244 

6.5.5 Pentoza yolu və ya karbohidratların oksidləşməsinin pentozo- 

fosfat tsikli ....................................................................................   250 

6.5.6.

 

Qlükoneogenez ....................................................................   256 



6.5.7.

 

Karbohidratların orqanizmdə mübadiləsi ...........................   260 



 

VII 


Fəsil. Bioloji oksidləşmə ........................................................   263 

7.1.Tənəffüs ..................................................................................   263 

7.2. Oksidləşməklə fosforilləşmə .................................................   267 

 

VIII 



Fəsil. Fotosintez .....................................................................   279 

 

IX 



Fəsil. Lipidlər .........................................................................   285 

9.1.


 

Yağ turşuları və neytral piylər ...............................................   285 

9.2.

 

Fosfolipidlər ..........................................................................   288 



9.3.

 

Qlikolipidlər ........................................................................  



292 

9.4.


 

Steroidlər ...............................................................................   293 

9.5.

 

Terpenlər ...............................................................................   295 



 

 

358 



9.6.

 

Mumlar ..................................................................................  



296 

9.7.


 

Lipidlərin mübadiləsi ............................................................   296 

Fəsil. Bioloji membranlar .........................................................   299 



10.1.

Bioloji membranların ümumi xassələri ...............................   299 

10.2.

Membran nəqli ......................................................................   304 



XI 

Fəsil. Hüceyrədə mübadilə proseslərinin qarşılıqlı əlaqəsi və 

onların tənzimlənməsi ..................................................................   312 

11.1.


Zülal və karbohidrat mübadiləsinin qarşdıqlı əlaqəsi ..........   312 

11.2.


Karbohidrat və lipid mübadiləsinin qarşdıqlı əlaqəsi .......... 313 

11.3.


Zülal və lipid mübadiləsinin qarşılıqlı əlaqəsi .....................   315 

11.4.


Mübadilə proseslərinin və ətraf mühitin vəhdəti ..................   316 

XII 


Fəsil. Mefabolizmin hüceyrədaxili tənzimlənməsinin növləri   318 

 

XIII 



Fəsil. Vitaminlər ....................................................................   328 

13.1.


Yağda həll olan vitaminlər ..................................................   330 

13.2.


Suda həll olan vitaminlər ......................................................   333 

 

XIV 



Fəsil. Hormonlar ...................................................................   339 

Əlavələr ........................................................................................     352 

Ədəbiyyat ....................................................................................   356 

 

359 



QARAYEV SIYAVUŞ FƏRHAD 

oğlu, MƏMMƏDOVA PƏRVİN 

ŞAMXAL qızı, HƏBİBOVA 

ALMAZ QÜDRƏT qızı 



Biokimyanın əsasları (Dərslik) 

Azərbaycan dilində BAK—

TƏFƏKKÜR—2002 

Nəşriyyatın 

direktoru 

Operatoru 

Kompüter tərtibatçısı 

Məleykə Əsgərova 

İradə Hüseynova 

Aleksandr Popov 

 

 

 



 

 

 



 

 

 



Çapa im

zalanmış 02.12.2002. 

Ofset çapı. Formatı 60x90 1/16. 

Fiziki ç/v 22,5. Şərti ç/v 22,5. 

Sifariş 54. Tiraj 1000. 

"Təfəkkür" Nəşriyyat-Poliqrafiya 

M

ərkəzi 


Ünvan: 370108. Bakı, Təbriz 19. 

Tel.:(850) 323-10-44 



Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a
pdf -> ARİstotel poetika “Ş Ə r q -q ə r b”

Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə