Nüşabə Məmmədova, Sevil Bəhrəmova
Həyat bilgisi
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üşün dərslik
Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015,80 səh.
ISBN 978-9952-505-14-6
Dil redaktoru: Samirə Bektaşi
Dərslikdə öz əksini tapan şərti işarələrin mənası
Araşdırma və müzakirə
Suallar və tapşırıqlar
Kitabın məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı info@eastwest.az
ünvanına göndərə bilərsiniz.
Müəlliflik hüququ qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2015
1. MATERİYA - MADDƏ VƏ SAHƏ
Bizi çoxsaylı müxtəlif əşyalar və iqlim amilləri əhatə edir. Eyni zamanda daim təbiət
hadisələri ilə rastlaşırıq. Kainatda bizim gördüyümüz və görə bilmədiyimiz bütün
cansız cisimlər və canlılar materiya adlanır. Bu müxtəlifliyə baxmayaraq, mövcud
olanları və baş verən hadisələri duyğu orqanlarımız vasitəsilə dərk edir, müşahidə
və təcrübələrlə onların yeni-yeni xassələrini aşkarlayınq.
Materiyanın növlə rini və ə n mühüm xassə lə rini yadınıza salın.
Alimlər materiyanın xassələrini araşdırmaqla müxtəlif hadisələrin başvermə
səbəblərini izah etmiş, hadisələrə müdaxilə etmək imkanı əldə etmişlər.
Şəkillərə görə materiyanın növlərini müəyyənləşdirin və
yoldaşlarınızla müzakirə edin.
Şəkildəki geyim və bəzək əşyaları nədən hazırlanır?
Müxtəlif otaqlardakı televizorlar vasitəsilə fərqli verilişlərə baxmağın mümkünlüyünün
səbəbi nədir?
Topdan atılan mə rmi nə üçün yer sə thinə düşür?
Ayın Yer ə trafında, Yerin Günə ş ə trafında hə rə kə tinin sə bə bi nə dir?
Kütləsi və həcmi olan hər şey maddədir. Fiziki sahə isə maddələrin bir- birinə təsirini
ötürən materiyadır.
Maddələr bərk, maye, qaz və plazma halında mövcud ola bilir.
Maddənin plazma halı
Siz gündəlik həyatınızda müxtəlif hallarda olan maddələrin praktiki tətbiqi ilə
rastlaşır, onların bəzi xüsusiyyətlərini müşahidə edirsiniz.
Bərk halda olan maddələrin bərklik, möhkəmlik, sərtlik, kövrəklik, elastiklik,
plastiklik, istidən genişlənmə, soyuqdan sıxılma, elektrikkeçirmə xassələri; maye
halında olan maddələrin buxarlanma, qaynama, istidən genişlənmə,
elektrikkeçirmə; qaz halında olan maddələrin isə istidən genişlənmə, sıxılma və
mayeyə çevrilmək kimi xassələri vardır.
Nə üçün qatarların tə kə rlə rinin hazırlanmasında metaldan, avtomobillə rin
tə kə rlə rində hava doldurulmuş rezində n, kosmik gə midə yanmaya kömə k üçün
mayelə şdirilmiş oksigendə n istifadə olunur?
Maddənin bərk halı. Maddənin bərk halını maye və qaz halından ayıran əsas
səciyyəvi cəhət bərk cisimlərdə atom və molekullar arasında qarşılıqlı təsir
qüvvələrinin çox böyük olmasıdır. Bərk cisimlər həcmini və formasını saxlayır,
onların atom və molekullan fəzada nizamla düzülərək müəyyən həndəsi quruluşa
malik kristallar əmələ gətirir. Buz parçası, duz, qiymətli daşlar və metallar kristal
cisimdir. Lakin eyni zamanda atom və molekullan nizamlı quruluş əmələ gətirməyən
bərk cisimlər də vardır. Onlar amorf bərk cisimlərdir. Məsələn: mum, qır, saqqız,
parafin və şüşə kimi maddələr amorf maddədir. Kristallann sabit ərimə və bərkimə
temperaturu vardır. Amorf cisimlərin isə ərimə və bərkimə zamanı temperaturu
fasiləsiz dəyişir. Kristallarda fiziki və mexaniki xassələr istiqamətdən asılı olaraq
dəyişir, amorf cisimlərin fiziki və mexaniki xassələri istiqamətdən asılı olaraq
dəyişmir. Məişətdə qurğulann, avadanlıqlann və müxtəlif əşyalann bu xassəsindən
istifadə olunur. Şüşə amorf cisim olmasaydı, ondan sınaq şüşəsi, stəkan, butulka
hazırlamaq mümkün olmazdı.
Maddənin maye halı. Mayelərin xassələrinin elmi şəkildə öyrənilməsinə təqribən
2230 il bundan əvvəl Arximed tərəfindən başlanılmışdır.
Mayelər öz formalarını xarici hərəkətverici qüvvənin təsiri altında daim dəyişir,
bunun nəticəsində mayelərdə axma müşahidə olunur. Mayelər töküldüyü qabın
formasını alır. Onlar qazlardan fərqli olaraq, sıxılmaya az məruz qalır. Əksər mayelər
sıxılmır. Mayelərin ən mühüm xüsusiyyətlərindən biri onların sürtünmə ilə əlaqəli
olan özlülüyüdür. Əksər mayelər istidən genişlənir, elektrik cərəyanını keçirir. Siz
müəyyən kütləyə malik daş parçası və yaxud kərpicə ip bağlayıb yuxarı qaldırdıqda
qolun əzələlərinin necə gərildiyini hiss edirsiniz. Onları havada qaldırmaq üçün
böyük qüvvə sərf olunur. Ancaq siz bunu suda etsəniz, əşyaların necə
yüngülləşdiyini görərsiniz. Bərk cismi suya atdıqda çox az bir zamanda onun
mayenin səthində saxlandığını yəqin etmək olur. Bu hadisə ilə siz göldə, dənizdə və
s. durğun sularda çimdikdə də rastlaşırsınız.
Bütün bunlar mayenin səthinin sanki elastik bir pərdə ilə örtüldüyünü söyləyir.
Mayenin bu xassəsi səthi gərilmə adlanır. Sabun köpüyünün üfürülməsi, nazik
iynənin və yaxud nazik üzqırxan almazın stəkandakı suyun səthində qalması,
istənilən köpüklənmədə qabarcıqların toplanması mayenin bu xassəsinin təcrübi
təsdiqidir. Hər hansı bir kağız parçasını konus şəklinə salıb, yuyucu maddə
qarışdırılmış suya salaq. Sonra kağızı ehmalca çıxarıb üfürsək, sabun köpüyünün
basketbol topu böyüklüyündə qabarmasının şahidi olanq. Bunun üçün paltar
sabunundan başqa istənilən yuyucu maddədən istifadə etmək olar.
Maddənin qaz halı. Qazlar asanlıqla sıxılır, çünki qaz molekullan arasındakı məsafə
onların ölçülərindən xeyli böyükdür. Qaz müəyyən həddə kimi sıxıla bilir. Ancaq
təzyiq müvafiq həddə çatdıqda sıxılma zəifləyir. Qazların bu xassəsindən avtomobil
təkərlərinin, məişətdə qaz, səhiyyədə isə oksigen balonlarının doldurulmasında
istifadə olunur.
1. Dumanla buludun yaranma səbəbini və fərqli cəhətlərini araşdırıb dəftərinizə
yazın.
2. Təbiətdə elektrik cərəyanını, istiliyi keçirən maddələr olmasa idi, nə baş verərdi?
Fikrinizi əsaslandırın.
3. Təyyarələrin, kosmik gəmilərin hərəkətlərinin elektromaqnit sahəsi vasitəsilə
idarə olunmasına dair məlumat toplayın.
2. KAİNATDA BAŞ VERƏN HADİSƏLƏRİN SİRRİ
Kainat sonsuzdur. Siz kainatda çoxsaylı səma cisimləri: planetlər, təbii peyklər,
asteroidlər, ulduzlar, kometlər, meteoritlər və s. olduğunu, onların qarşılıqlı əlaqədə
olub qalaktikanı yaratdığını bilirsiniz.
Bə s kainatda hansı hadisə lə r baş verir? Bu hadisə lə r necə öyrə nilir?
Kainatda baş verə n bu hadisə lə r hansı qanunlara ə saslanır?
Qədim zamanlarda astronomlar səmanı müşahidə etmək üçün sadə teleskopdan
istifadə edirdilər. O dövrdə insanlar göy cisimlərinin hərəkətini izləsələr də, onların
quruluşu, mənşəyi, inkişafı və orada baş verən hadisələr barədə heç nə deyə
bilmirdilər.
Müasir dövrdə alimlər kainatı tədqiq etmək üçün rəsədxanalarda müxtəlif
cihazlardan istifadə etməklə göy cisimləri üzərində müxtəlif müşahidələr aparırlar.
Hazırda göy cisimlərini müşahidə etmək üçün müxtəlif teleskoplardan istifadə
olunur.
Rəsədxanalarda səmada baş verən dəyişiklikləri qeydə alan şüşə lövhələrin köməyi
ilə ulduzların yerinin və parlaqlığının dəyişməsini, həmçinin kainatda baş verən
hadisələri müşahidə etmək və onların səbəbini öyrənmək mümkündür.
Günəş sistemində baş verən hadisələrə Yerin Günəş, Ayın Yer ətrafında hərəkətini,
Günəş və Ay tutulmalarını, Günəşdə baş verən partlayışları, asteroidləıin hərəkətini
və s. misal göstərmək olar.
Yer kürəsi, digər planetlər və Günəş sisteminin kiçik cisimləri Günəş ətrafında
fırlanır. Günəş sistemindən kənarda da ulduzların olduğunu heç
düşünmüsünüzmü?
Ayın Yer, Yerin Günəş ətrafında hərəkətinin səbəbi nədir?
Günəş və Ay tutulmaları necə baş verir?
Bizim qalaktikadan başqa qalaktikalar mövcuddurmu?
Bu qalaktikalar haqqında nə deyə bilərsiniz?
Keçmiş dövrlərdə də Günəşin, Ayın göy sferasında hərəkət etdiyi məlum idi.
Ptolemeyin Geosentrik sistem nəzəriyyəsinə görə, Yer kainatın mərkəzində yerləşir,
Günəş, Ay və planetlər isə Yerin ətrafında fırlanır. XVI əsrdə polyak alimi
N.Kopemikin Heliosentrik sistem nəzəriyyəsi Ptolemeyin nəzəriyyəsini alt-üst etdi. Bu
nəzəriyyə insanlarda Günəş sisteminin quruluşu haqqında düzgün təsəvvür yaratdı
və məlum oldu ki, bütün planetlər Günəşin ətrafında, Ay isə Yerin ətrafında fırlanır.
Kainat materiyadan və şüalanmadan ibarətdir. Kainatda materiya bir bərabərdə
müntəzəm paylanmışdır. Kainatın mühüm xassələrindən biri onun genişlənməsi və
dəyişməsidir. O, daim hərəkətdədir. Ayın Yer, Yerin Günəş, Günəşin qalaktikanın
mərkəzi ətrafında fırlanmasının səbəbi göy cisimləri arasında olan cazibədir. Günəş
sistemi, Ağ yol və son dərəcə müxtəlif işıqlığa malik yüz milyardlarla ulduzu əhatə
edən nəhəng ulduz sistemi bizim qalaktikadır. Bütün ulduzlar qalaktikada cazibə
qüvvəsi ilə bir-biri ilə əlaqədə olmaqla qalaktikanın mərkəzi ətrafında fırlanır. Günəş
qalaktikanın mərkəzi ətrafında 200 km/san. sürətlə fırlanaraq bir tam dövrünü 230-
270 milyon ilə tamamlayır. Təkcə Yer və onun əhatəsindəki cisimlər deyil, kütləsi
olan bütün cisimlər bir-birini cəzb edir.
Günəş və Ay tutulmaları necə baş verir?
Günəş tutulması - Günəşin Yerdən tam və ya qismən görünməməsidir. Bu zaman
Günəş, Yer və Ay bir sıraya düzülür. Belə hadisədə Ay Günəşlə Yerin arasında
yerləşir. Bu ən çoxu 7 dəq., əksər hallarda isə 1-2 dəq. davam edir.
Ay tutulması - Günəş Yer və Ayın bir düz xətt boyunca düzüldüyü zaman baş verir.
Lakin bu zaman Yer Ay ilə Günəş arasında yerləşir. Ay Yerin kölgəsinə girir,
Günəşdən aldığı parlaqlıq itir. Ay bütövlükdə Yerin kölgəsində yerləşdiyi vaxt tam
tutulma fazası başlayır və adətən, 1,5 saat davam edir.
Hər iki hadisə işığın düz xətt boyunca yayılması qanununa əsaslanır. Bu qanuna
əsasən bircins mühitdə işıq düz xətt boyunca yayılır.
Göründüyü kimi, kainatda bütün hadisələr eyni qanunlar əsasında baş verir və
bütün qanunlar istənilən sahə üçün istənilən istiqamətdə dəyişməzdir.
1. Böyük sürətlə hərəkət edən planetlər Günəşdən uzaqlaşmağa çalışsa da, bu,
mümkün olmur. Bunun səbəbini müəyyənləşdirin və fikirlərinizi əsaslandırın.
2. Yer kürəsindəki canlıların Yerin səthindən qopmamasının səbəbini izah edin.
3. Astronomlar diametri 300 metr olan asteroidi Yer üçün təhlükəli hesab edirlər.
Onların ilk qənaətinə görə, Yer kürəsi ilə toqquşmada asteroid böyük şəhərin
üzərinə düşərsə, onu dağıda bilər. Lakin sonradan belə qərara gəlirlər ki,
təhlükənin olması gözlənilmir. Astronomların bu qənaətə gəlmələrinin səbəbini
araşdırın.
3. EKOLOJİ TARAZLIQ
2010-cu ildə Böyük Britaniyada dünyanın ekoloji baxımdan ən təmiz şəhərlərinin
reytinq siyahısı hazırlanmışdır. Bu siyahıya daxil edilmiş 221 meqapolis içərisində
dünyanın ən təmiz şəhəri Kanadanın Kalqari şəhəri hesab edilir. Siyahı hazırlanarkən
aşağıdakılar nəzərə alınmışdır:
Sizcə, nə üçün məhz bu meyarlar əsas götürülmüşdür?
Ekoloji tarazlığın pozulmasının nəticələri hansılardır? Onun qorunması və bərpası
üçün hansı tədbirlər görülür?
Təbiət öz-özünü tənzimləyir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında
yaranmış, uzun sürən təkamül prosesində inkişaf etmişdir. Təbiətdə baş verən təbii
proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin
ahəngini, tarazlığını pozmuşdur. Bu bütün tarix boyu müşahidə edilsə də, son
dövrlərdə daha çox nəzərə çarpır.
Atmosferin, su hövzə lə rinin, torpağın çirklə nmə sinin sə bə blə rini və canlılara tə sirini
yadınıza salın və yoldaşlarınızla müzakirə edin.
Həm təbii, həm də texnogen xarakterli hadisələr ekoloji tarazlığın pozulmasına
səbəb olur.
Təbii fəlakətlər - zəlzələ, sunami, torpaq sürüşmələri, meşə yanğınları, quraqlıq,
daşqın və s. hadisələr canlı aləm üçün əsl təhlükə mənbəyidir. Meşə yanğınları
planetin ekoloji tarazlığını pozmaqla ciddi problemlər yaradır. Karbonun və suyun
dövr etməsində mühüm rol oynayan meşələrin yanması bu həyati prosesləri pozur.
Yanğınlar meşə fondunun ekoloji və resurs potensialını azaldır, meşə
ekosistemlərinə, torpağın üst qatma dağıdıcı təsir göstərir, yanmış tullantı
məhsulları ilə atmosferi və suyu çirkləndirir.
içməli suyun keyfiyyəti
zibilin vaxtında təmizlənməsi
kanalizasiya şəbəkələrinin və çirkab
sularının təmizlənməsinin vəziyyəti
bərpa olunan enerji mənbələrindən
istifadənin səviyyəsi
şəhərlərdə səsküyün
səviyyəsi
avtomobillərin hərəkət intensivliyi və bununla
əlaqədar havanın işlənmiş qazlarla çirklənməsi
Meşə yanğınlarının ə traf mühitə necə tə sir edə bilə cə yini qruplarda müzakirə edin və
nə ticə lə ri yoldaşlarınızla bölüşün.
Təbii fəlakətlər nəticəsində ekoloji tarazlığın pozulmasının qarşısının alınması,
gözlənilən nəticələrin maksimum səviyyədə azaldılması üçün mütəxəssislər
müxtəlif təkliflər irəli sürür, tədbirlər planı hazırlayırlar.
Son dövrlərdə bir çox texnogen xarakterli ekoloji problemlər insanın biganəliyi, təbii
sərvətlərdən istifadə edərkən səhvlərə yol verməsi, təbiəti şüurlu surətdə dəyişməsi
nəticəsində yaranır və ekoloji sabitliyi pozur.
Şəkildə gördükləriniz haqqında nə deyə bilərsiniz? Ozon qatının dağılmasının
qarşısının alınması üçün hansı tədbirlər görə biləcəyiniz barədə yoldaşlarınızla
müzakirə aparın.
Yer kürəsində əhalinin sayının sürətlə artması nəticəsində insanlar təbiətdən
getdikcə daha çox istifadə edirlər. Onlar təbiətin geniş sahələrini təsərrüfat
dövriyyəsinə cəlb edir, təbii ehtiyatlan daha çox hasil edirlər. Bütün bunlar təbiətə
atılan tullantıların artmasına səbəb olur. Bu isə o deməkdir ki, insanlar ona ikiqat
ziyan vurur. Bu da bəzən ekoloji fəlakətlərə səbəb olur.
Ekoloji fəlakətlər hərbi fəlakətlərdən də qorxuludur. Ona görə də dünya ölkələri bu
fəlakətlərə qarşı birləşir. Milli ekoloji problemlər regional, regional ekoloji
problemlər isə qlobal ekoloji problemlərə çevrildiyindən beynəlxalq əməkdaşlıq
xüsusi əhəmiyyət kəsb edir. Artıq bir neçə ölkənin maraq dairəsini əhatə edən
problemlərin həlli üçün ölkələrarası müqavilələr, sazişlər qəbul olunur. Həm
miqyasından, həm də əhəmiyyətindən asılı olaraq, beynəlxalq ekoloji problemlər
İkitərəfli, çoxtərəfli sazişlər, konvensiyalar* əsasında tənzimlənir.
Dünyanın yeganə xilas yolu birlikdir.
Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır.
Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulmuş və dövlət səviyyəsində
xüsusi sənədlər işlənilib hazırlanmışdır. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi təxirəsalınmaz tədbirlər həyata keçirir.
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq,
bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
1. Respublikamız aşağıda adlan çəkilən konvensiyalara qoşulmuşdur. Bu
konvensiyalar haqqında məlumat toplayın və yoldaşlarınızla fikirlərinizi
bölüşün.
“Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında”
Beynəlxalq Konvensiya;
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə
Konvensiyası.
2. Məktəbinizin ətraf ərazisinin qorunması məqsədilə görülə biləcək tədbirlərin
planını tərtib edin. Bu məqsədlə layihəyə kimlərin cəlb olunacağını müəyyən
edin.
* Konvensiya - xüsusi bir məsələyə dair beynəlxalq saziş, müqavilə.
LAYİHƏ
4. EKOLOJİ TARAZLIĞIN QORUNMASI VƏ BƏRPASI
Ekoloji tarazlığın qorunması və bərpası ilə bağlı layihənin hazırlanması üçün aşağıda
sizə təqdim olunan mövzular əsasında araşdırma aparın. Layihənin hazırlanmasını
aşağıdakı alqoritm üzrə planlaşdırın:
bu məqsədlə aşağıdakı mövzulardan birini seçin;
iş formasını müəyyənləşdirin;
istinad edəcəyiniz mənbələri müəyyənləşdirin;
tədqiqatın nəticəsinin təqdimolunma formasını müəyyənləşdirin və çıxış
hazırlayın.
“Zibilliklərin azaldılması”
Mövcud vəziyyəti araşdırmaqla dünyada və yaxud respublikamızda zibilliklərin
azaldılması ilə bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Yaşıllıqların artırılması”
Dünyada və yaxud respublikamızda yaşıllıqların artırılması ilə bağlı hansı tədbirlər
həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Su hövzələrinin təmiz saxlanılması”
Dünyada və yaxud respublikamızda su hövzələrinin təmiz saxlanılması ilə bağlı
hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Havanın çirklənməsinin qarşısının alınması”
Dünyada və yaxud respublikamızda havanın çirklənməsinin qarşısının alınması ilə
bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Yaşadığınız ərazinin təmizliyi”
Yaşadığınız ərazinin ekoloji tarazlığının qorunması məqsədilə təkliflərinizi verin və
tədbirlər planı hazırlayın.
“Şəhərimizin zəhərli tüstü və qazlardan qorunması üçün ictimai nəqliyyat
vasitələrindən istifadədə necə dəyişiklik edərdiniz”
Bu məqsədlə hansı tədbirləri təklif edə bilərsiniz?
1. CƏMİYYƏTİN İNKİŞAFINDA İNTEQRASİYANIN ROLU
XXI əsri İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) əsri ilə yanaşı, inteqrasiya
əsri də adlandırırlar. Elm və təhsildə, iqtisadi və siyasi sahələrdə - bir sözlə, hər
yerdə inteqrasiya anlayışı ilə tez-tez rastlaşırıq. İnteqrasiyasız həyatı təsəvvür etmək,
cəmiyyətin həyatını inkişaf etdirmək qeyri-münkündür. İnteqrasiya sözü həyatın
bütün sahələrinə aiddir. Bu anlayışın mahiyyətinə varmaq üçün ilk növbədə onun
mənasını bilmək lazımdır. “İnteqrasiya” latın dilində “integer” sözündən olub,
“bütöv”, “bütövləşmə” deməkdir. Əslində, sözün etimologiyası inteqrasiyanın siyasi
proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. “İnteger” sözündən
yaranan “integratio” sözü də latın dilində “bərpa”, “tamamlanan” mənasını verir.
İlkin araşdırmalar onu göstərir ki, inteqrasiya termini XX əsrin sonundan daha fəal
istifadə edilsə də, onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən
mövcud olmuşdur. Zaman keçdikcə inteqrasiya bütövləşmələrin, tamamlanmaların
nəticəsi kimi meydana çıxmışdır.
Sizcə , cə miyyə tin inkişafında inteqrasiyanın rolu nə də n ibarə tdir?
Əvvəllər insanlar kollektiv şəkildə yaşamış, qəbilə və tayfa halında fəaliyyət
göstərmiş, inkişaf etmiş və daha yaxşı yaşamaq üçün səmərəli yollar axtarmışlar.
Həyatını dəyişməyə və yaxşılaşdırmağa çalışan insan yeni inkişaf yolları axtarmağa
başlamış, əmək nəticəsində yeni kəşflər etməklə elmi yeniliklərin əsasını
qoymuşdur.
İnteqrasiya cəmiyyətin, eləcə də dövlətin daxili və xarici siyasətinə təsir edən əsas
amildir. Dünyanı əhatə edən inteqrasiya onlar arasında əlaqə və əməkdaşlığa şərait
yaratmışdır. Müasir dünyada gedən inteqrasiya proseslərini bir çox tədqiqatçılar
yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu
adlandırırlar.
Tarix dərslərindən öyrəndiyiniz mədəniyyətlərarası əlaqəyə dair faktları sadalayın. Bu
əlaqəni cəmiyyətin inkişafına təkan verən amil kimi əsaslandırın.
Bu gün həyatımızı internet, elektron poçt və qlobal rabitə imkanları olmadan
təsəvvür belə etmək mümkün deyil. İKT cəmiyyətin inkişafına müsbət təsir edən
mühüm bir vasitədir. O, dövlət orqanları, iqtisadi, sosial sahələrlə yanaşı, elm, təhsil,
mədəniyyət sahələrinə, insanların gündəlik həyatına öz təsirini göstərir. Bir çox
ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişdir. Dünya təcrübəsi
göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir
və bunun nəticəsində yoxsulluğun azaldılması üçün şərait yaranır.
Dostları ilə paylaş: |