Distant (məsafəli) təhsil alma metodu olduqca dərin kecmişə malikdi.
Onun yaranmasında əsas rol oynayan İsaak Pitman olubdu, o 1840 ildən poçt
məktubları vasitəsi ilə Birləşmiş Krallığın tələbələrinə stenoqrafiya (danışılan
sözləri xüsusi işarələrlə cəld yazma üsulu) öyrədirdi.
Amerika Birləşmiş Ştatalarında da XIX əsrin 70-ci illərində distant təhsilin təşkili ilə baglı addımlar atılmışdı. Belə ki Ann Eliot Tiknor 1873-cü ildə qadınların poçt vasitəsi ilə təhsil alması ücün təhsil sistemi hazırlamışdı və onu Tiknot Cəmiyyəti adlandırmışdı..
1874-cü ildə isə poçt vasitəsi ilə təhsil proqramı İllinoys ştatının Universiteti tərəfindən təklif olunmuşdur. “Poçt təhsilinin atası” sayılan Vilyam Reyn Xapper 1892-ci ildə Cikaqo Universitetində ilk distant təhsil şöbəsi yaratdı. 1906-ci ildə isə poçt təhsili yaradılmışdı.
Bir müddətdən sonra distant təhsil Avstraliyaya çatdi. 1911-ci ildə Brisbenddə Kvinsland Universitetində ali məktəb səviyyəsində kurslar açıldı. 1914-cü ildə adi orta məktəblərdən uzaqda yaşayan uşaqlar ücün ibtidai sinif proqramı ilə poçt vasitəsi ilə təhsilə başlanmışdı.
Fransada 1939-cu ildə məktəbə gələ bilməyən uşaqlar ücün Dövlət distant təhsil mərkəzi yaradıldı. Hal-hazırda bu mərkəz Avropanın ən böyük Distant Təhsil müəssəsi sayılır. 1946-cı ildə distant təhsil formasına Cənubi Afrika Universiteti də (University of South Africa, UNISA) keçdi.
Distant təhsil sisteminə İngiltərədə 1969-cu ildə təməli qoyulmuş Açıq Böyuk Britaniya Universiteti nin (Open University of the United Kingdom,UKOU) çox böyük təsiri olmuşdu.
Bundan sonra məsafədən təhsil verən müəssələr acıldı: Universidad Nacional de Educacion a Distancia (UNED) İspaniyada (1972), Allama Iqbal Open University (AIOU) Pakistanda (1974), Sukhothai Thammathirat Open University (STOU) Taylandda (1978), Korea National Open University, KNOU Koreyeda (1982), Universitas Terbuka (UT) İndoneziyada (1984) və Indira Gandhi National Open University, IGNOU Hindisdanda(1985). Çində isə 1979 ildə Centra Radio and TV University, CRTVU Milli radio ve televiziya Universitetlər Şəbəkəsi yaradılmışdır.
Distant təhsil modelləri
Dünyada gedən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə saxlamağı tələb edir.
Təhsilin modernləşdirilməsi zərurəti, respublikanın regionda İKT sahəsində lider dövlət olmaq məqsədləri üçün bu gün ölkədə virtual təhsil sistemini inkişaf etdirmək zəruridir.
DT tələbə və müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır.
DT-nin əsas texnologiyaları aşağıdakılardır:
Keys texnologiyası. Tədris-metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi "keys" formasında komplektləşdirilir, müstəqil mənimsənilmə üçün tələbələrə göndərilir.
Tələbə ilə məsləhətçi-müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır.
- TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
- Şəbəkə texnologiyası. Tələbələri tədris-metodik materiallarla təmin etmək, həmçinin tələbə və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir.
Şəbəkə texnologiyasında lokal (İntranet) və
qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir. Bu halda distant dialoq İnternet resursları vasitəsi ilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT kursu şəklində tərtib edilmiş elektron tədris vasitələri təşkil edir.
Çoxsaylı mənbələrin araşdırılması nəticəsində distant təhsil formasının aşağıdakı üstün cəhətlərini qeyd edə bilərik:
* Təlim prosesinə sərf olunan vəsait azalır (tədris binasının icarəsinə, şagird və müəllimlərin təhsil yerinə gəlib-getmələri üçün nəqliyyat və s. xərclərinə daha ehtiyac qalmır);
* Təhsilin bu formasının əyani təhsil almaq imkanları olmayan şikəst uşaqlar və bu kateqoriyadan olan digər şəxslər üçün əhəmiyyəti xüsusi qeyd olunmalıdır;
* Bəzən iri yaşayış məntəqələrində peşə-ixtisas təhsili müəssisəsinin olmaması və ya mövcud peşə-ixtisas təhsili müəssisəsində hazırda ehtiyac duyulan peşələrin hazırlanması mümkün olmadığı hallarda distant təhsilin köməyilə problemi həll etmək olar;
* Distant təhsil işdən ayrılmadan peşə səriştəliyini artırmaq və ya yeni peşələrə yiyələnmək üçün imkanlar açır;
* Müasir təlim vasitələrindən və texnologiyalarından istifadə olunması hesabına təlimin keyfiyyətini artırmaq olur;
* Materiallar interaktiv formada təqdim edildiyi üçün onun daha keyfiyyətli mənimsənilməsinə imkan yaradır;
* Təhsil prosesi bütövlükdə müəllimlər tərəfindən dəstəklənir. Materialın mənimsənilməsinə, tapşırıqların yerinə yetirilməsi prosesinə müəllimlər tərəfindən nəzarət edilir, şagirdlərin sualları cavablandırılır, yaranmış problemlərin aradan
qaldırılmasına köməklik göstərilir;
* Təcrübə göstərir ki, distant təhsil alan şagird daha müstəqil, məsuliyyətli və çevik olur. Çünki bu keyfiyyətləri olmasa o, sadəcə oxuya bilməz. Bu keyfiyyətlər əvvəlcədən olmasa belə, təhsil almağa olan istək və səbəblər o dərəcə güclü olur ki, təlimin sonunda onlar əmək bazarının tələblərinə tam cavab verən mütəxəssislər kimi yetişə bilirlər;
* Amerika Birləşmiş Ştatlarında aparılmış sorğuda iştirak etmiş müəllimlərin 57%-i məsafədən təlimin nəticələrinin ənənəvi təlim üsulundan geri qalmadığını, hətta daha yaxşı nəticələrin əldə edildiyini, 33,3%-i isə yaxın gələcəkdə distant təhsil formasının auditoriya təlimi üsulundan daha geniş yayılacağını hesab etmişlər.
Bunlarla yanaşı, distant təhsilin çatışmazlığına dair aşağıdakılar da qeyd olunmalıdır:
* Müəllim və şagird arasında, habelə şagirdlərin öz aralarında təcrübə mübadiləsi üçün canlı ünsiyyətin olmaması;
* Tədris prosesində müəllimin təkidi və daimi dəstəyi olmadan müstəqil öyrənmənin çətinliyi;
* Əldə edilmiş bilik və bacarıqların və ya yaranan sualların xüsusi praktiki nümunələr üzərində dərhal müəllim ilə araşdırılması imkanının olmaması;
* Şagirdlərin heç də hər zaman kifayət qədər texniki avadanlıqları -kompüter və daimi İnternet bağlantısını əldə edə bilməməsi;
Artıq respublikada ilk distant peşə təhsili portalı (www.avel.edu.az) istifadəyə verilmişdir. Portalda müxtəlif inteqrativ dərslikləri, İnternet
texnologiyalarına əsaslanan multimedia vəsaitləri, həmçinin mühazirələr, videodərslər və trenajor kompleksləri, interaktiv tapşırıqlar, testlər, tematik müzakirələr və digər vəsaitləri yerləşdirmək mümkündür. Portalda distant təhsilin təşkili üçün lazım olan bir çox imkanlar nəzərdə tutulmuşdur.
İnformasiya-təhsil mühiti təhsil prosesinin idarə sistemi kimi
Açıq təhsilin TİM-də bir neçə dərəcəli istifadəçinin işi mümkündür: administratorun, tyutorun, tələbənin, dinləyicinin, oxucunun.
cədvəllərin təqvimli planlaşdırılması və tərtib olunmasının qruplu və fərdi vasitələri;
web òåõíîëîýèéàëàð âÿ Èíòåðíåòèí/Èíòðàíåòèí òåõíîëîýèéàëàðû;
mobil istifadəçilərin poçta və əlavələrə girişinin dəstəklənməsi.
Lotus Domino/Notes -in elektron poçt, birgə iş və web-əlavələrin yaradılması sistemi.
Lotus Domino/Notes çoxlu sayda təhsil müəssisələrində rast gəlmək olar. Lotus Domino və Notes kommunikasiya infrastrukturunun, paylanmış verilənlər bazasının və web –ëàéèùÿëÿðèí ÿñàñûíû òÿøêèë åäèð.