Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
DOKTOR MOM
®
KOLD RAB xaricə istifadə üçün məlhəm
DOKTOR MOM
®
COLD RUB
Tərkibi
Hər 20 q məlhəmin tərkibində:
Aktiv komponentlər:
Kamfora
1,05 q
Levomentol
0,61 q
Muskat yağı
0,11
ml
Terpentin yağı
1,11 ml
Timol
0,02 q
Evkalipt yağı
0,30
ml
Köməkçi maddə:
20 q-a qədər lazım olan ağ yumşaq parafin.
Təsviri
Yarımşəffaf, ağ və ya ağımtıl rəngli mentol və kamfora iyli məlhəmdir.
Farmakoterapevtik qrupu
Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə.
ATC kodu
R05X
Farmakoloji xassələri
Yerli qıcıqlandırıcı, yayındırıcı, iltihab əleyhinə və antiseptik təsir göstərir.
İstifadəsinə göstərişlər
Zökəm, burun tutulması hissi ilə müşayiət olunan kəskin respirator xəstəliklərin simptomatik müalicəsi,
həmçinin əzələ, bel, baş ağrıları zamanı.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
Preparatın tətbiq olunacağı nahiyələrdə dəri örtüklərinin zədələnməsi, dəri xəstəliklərinin olması;
2 yaşına qədər uşaqlar.
İstifadə qaydası və dozası
Yalnız xaricə istifadə üçün!
- zökəm və ya burunun tutulması zamanı məlhəm burun qanadlarının dərisi üzərinə çəkilir;
- əzələ, bel ağrıları zamanı məlhəm ağrı nahiyəsinə çəkilir. Daha yaxşı nəticə əldə etmək üçün ağrılı
nahiyəni qızdırıcı sarğı ilə bağlamaq lazımdır;
- baş ağrısı zamanı məlhəm gicgah nahiyəsi dərisinə çəkilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə və süd verən qadınlarda istifadə təcrübəsinin olmaması ilə əlaqədar olaraq preparatın bu qrupa təyin
edilməsi məsləhət görülmür.
Əlavə təsirləri
Allergik reaksiyalar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur.
Xüsusi göstərişlər
Məlhəmin gözlərə, burunun selikli qişasına və ağız boşluğuna, həmçinin zədələnmiş dəri nahiyəsinə
düşməsinin qarşısını alın.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir
göstərmir.
Buraxılış forması
20 q məlhəm ağzı polietilenlə laminə olunmuş alüminium folqa ilə qapalı, burulan qapaqlı polipropilen
flakonda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
+15ºC-dən +25ºC-yə qədər temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz.
Qeydiyyat şəhadətnaməsinin sahibi
«Conson & Conson» MMC
Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.
İddiaları qəbul edən təşkilat
«Conson & Conson» MMC
Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55
İstehsalçı
«Yunik Farmasyutikal Laboratoriz»
(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay - 400 030, Hindistan.
® - ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com