Dorsal Prefrontal Korteks – Beyinin Diqqət və koqnitiv fəaliyyəti təmin edən hissəsi. Ventral Prefrontal Korteks



Yüklə 19,46 Kb.
tarix01.01.2022
ölçüsü19,46 Kb.
#50881
EQ


Dorsal Prefrontal Korteks – Beyinin Diqqət və koqnitiv fəaliyyəti təmin edən hissəsi.

Ventral Prefrontal Korteks – Emosiyaları idarə edən hissə.

Medial Prefrontal Korteks – Beyinin yadddaşı təmin edən hissəsi.

Prefrontal Korteks – Beyinin alın tərəfində yerləşən hissəsi, yuxarıda sadaladığlarımızla qarşılıqlı əlaqədədir.

Prefrontal korteks, işlək yaddaşa cavabdeh olan beyin şöbəsidir.



İşlək yaddaş – Problemi həll edə bilmək üçün zəruri məlumatları ağılda saxlamaq qabiliyyəti.

Müəyyən mənada bizim iki beynimiz, iki ağlımız və iki müxtəlif tip zəkamız var: rasional və emosional.

“Emosiya” (emotion) sözünün kökü “motore”dir. Latınca “hərəkət etmək” mənasını verən bu sözə “e” şəkilçisi artırıldıqda, “uzaqlaşdırmaq, uzaqlaşdırmaq” mənasını verir. Bu da hər bir duyğunun müəyyən bir hərəkətə yönəldiyi fikirini verir. “Amygdala” (yunancada “badam” mənasındadır) – insanlarda limbik halqanın aşağı hissəsinə yaxın, beyin saplağının üzərində yerləşən və bir-birlərilə bağlı olan, strukturlardan ibarət badamvari cisimdir.

Amygdala – Emosional yaddaşın anbarıdır, beyinin bütün şöbələrinə siqnal göndərir. Amygdala olmadan, insan həyatında şəxsi xüsusiyyətlərə yer yoxdur. Amygdala yoxdursa, kədər göz yaşları da olmur və təsəlliyə ehtiyac qalmır.

Limbik system – Beyinin emosional mərkəzidir.

Neokorteks bir az ləng, amma daha məlumatlı halda daha dəqiq reaksiya planı hazırlamaqla məşğul ikən, badamvari cisim bizi dərhal fəaliyyətə keçməyə məcbur edə bilir.

Qorxu siqnalı verildikdə, badamvari cisim, beyinin bütün şöbələrinə təcili xəbər göndərir, “Savaş, ya da qaç” hormonlarının ifrazı başlayır, hərəkət mərkəzləri səfərbər edilir, ürək-damar sistemi, əzələlər və həzmedici orqanlar fəallaşır.

“Anatomik nöqteyi-nəzərdən emosional sistem neokortksdən asılı olmadan işləyə bilər. Bəzi emosional reaksiyalar və xatirələr şüurun və idrakın iştirakı olmadan da formalaşa bilər.”



Talamus – qəbul etdiyimiz informasiyanı beyinin anladığı dilə çevirir. Yəni bir növ virtual maşın rolunu oynayır.

Qeyri-şüur fikirlər – emosional xatirələrdir və onlarınd a saxlandığı yer badamvari cisimdir.

Hippokamp faktları yadda saxlayır, badamvari cisimdə bu faktlarla bağlı olan emosional ab-havanı yaddaşda saxlayır.

Hippokamp – vizuallığ.

Amygdala - təəssüratlar.

Beyində iki yaddaş sistemi var: biri adi hadisələr, digəri isə emosional baxımdan yüklü olanlar üçün.



Emosional zəka 5 hissəyə bölünür:

  1. Öz duyğularını tanımaq. Özünü dərk.

  2. Duyğuları idarə edə bilmək.

  3. Özünü həvəsləndirmək, özünü motivasiya.

  4. Başqalarının hisslərini anlamaq, empatiya.

  5. Şəxsiyyətlərarası münasibəti idarə etmək.

Yüklə 19,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin