Klassik mexanikanın əsas qanunlarını İsaak Nyuton (1642 – 1727 ) vermişdir .
Hər hansı bir cisim , ona başqa cisim təsir edənə qədər öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır . Cisimlərin bu xassəsinə onların ətaləti deyilir . Müxtəlif cisimlərin ətaləti də müxtəlif olur . Cisim ətalətini xarakterizə edən fiziki kəmiyyət onun kütləsidir . Ona görə də “kütlə ətalər ölçüsüdür” deyirlər . Kütlə anlayışı ən mürəkkəb , ən mühüm anlayışlardan biridir . Nyutona görə kütlə - materiyanın sıxlığı və həcmini birlikdə ifadə edən ölçüsüdür .
1-ci qanundakı “və ya” sözünün mənası vardır . Bu sözlə düzxətli hərəkətlə sükunət arasıdakı fərqin olmadığı göstərilmişdir . Cisimlərin ətaləti ilə onların kütlələri arasındakı ətaləti belə bir sadə təcrübə ilə nümayiş etdirmək olar . Altına qarmaq bərkidilmiş çəki daşı götürüb onu bir ipdən asaq . İpi eləcqalınlıqda götürək ki , o ancaq çəki daşının ağırlığına davam gətirə bilsin . Ondan sonra həmin ipin iki-üç qatından halqa hazırlayıb , o halqanı daşın altındakı qarmaqdan asaq . Əgər indi o halqadan bir ling keçirib lingin üzərinə qəflətən çəkiclə zərbə endirsək , çəki daşının asıldığı birqatlı ipin qırılmayıb , çəki daşının altında olan çəxqatlı ipin qırıldığını görərik .
Çəki daşı sükunət halını saxlayaraq çəkicdən aldığı ani zərbəni asıldığı ipə verə bilmir və ona görə də çoxqatlı ip qırılır , asıldığı birqatlı ip icə qırılmır . Çəki daşını böyük götürdükdə iplərin qatının sayını da çox götürmək olar .
Nyutonun 1-ci qanundan belə nəticə çıxdı ki, cismin sükunət halı ilı düzxətli bərabərsürətli hərəkət halı arasında heç bir fərq yoxdur . Birinci qanuna görə cismin sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını dəyişdirmək üçün ona xaricdən təsir etmək lazımdır . Cismin sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını dəyişdirməsinə səbəb mexaniki qüvvədir . Mexanikada qüvvə anlayışı ən mühüm anlayışlardan biridir .
Dinamika , hərəkəti onu dəyişdirən səbəblə birlikdə öyrənir . Dinamikanın əsasını Nyutonun 3 qanunu təşkil edir . Bu qanunlara dinamikanın əsas qanunları deyilir . Nyuton qanunları məlum təcrübi faktların ümumiləşməsinin nəticəsidir .
Nyuton Qalileyin ətalət prinsipinə əsaslanaraq özünün məşhur birinci qanununu belə ifadə etmişdir : İstənilən cisim ona xarici qüvvə təsir etməyincə öz sükunət və yaxud bərabərsürətli hərəkət halını saxlayır .
Dinamikanın birinci qanununa nəzər salsaq, aşağıdakı iki nəticəni alarıq :
1) Sükunət və bərabərsürətli düzxətli hərəkət eyni mexaniki haldır
2) Sükunət və ya bərabərsürətli düzxətli hərəkət hallarını yalnız qüvvə dəyişdirə bilər.
İkinci nəticədən döründüyü kimi , qüvvə heç də Aristotelin düşündüyü kimi cismə sürət verən deyil , cismin sürətini dəyişdirən (yəni cismə təcil verən ) səbəbdir . Deməli , sükunət və bərabərsürətli düzxətli hərəkət halı xarici təsirlərə məruz qalmayan bütün cisimlərin təbii halıdır , başqa sözlə , ətalət cismin hərəkət səbəbi deyil , cismin öz xassəsidir .
Bu və ya digər hərəkət müəyyən hesabat sisteminə görə öyrənilir . Sadə mülahizələrə əsaslanaraq inanmaq olar ki , Nyuton birinci qanunu istənilən hesabat sistemində ödənilir . Biri digərinə nəzərən təcillə hərəkət edən iki hesabat sistemini nəzərdən keçirdək . Fərz edək ki , Nyutonun birinci qanunu bu hesabat sistemindən birinə , məsələn , birinciyə nəzərən doğrudur . İkinci hesabat sistemi birinciyə nəzərən müəyyən təcillə hərəkət etdiyindən , cismə təsir edərək heç bir yeni qüvvə meydana gəlmədiyinə baxmayaraq baxılan cisim ikinci hesabat sisteminə nəzərən müəyyən təcillə hərəkət edəcəkdir . Beləliklə , Nyutonun birinci qanunu eyni zamanda hər iki hesabat sisteminə nəzərən ödənilmir . Bu səbəbdən Nyuton birinci qanunu ödənilən və ödənilməyən hesabat sistemlərini müəyyən etməliyik .
Nyutonun birinci qanunu ödənilən hesabat sistemi ətalət sistemi adlanır . Aydındır ki , sərbəst ( heç bir xarici qüvvənin təcirinə məruz qalmayan ) cisim ətalət hesabat sisteminə nəzərən sükunətdə , yaxud bərabərsürətli düzxətli hərəkət halında ola bilər .
Nyutonun birinci qanunu , aşkar şəkildə olmasada , ətalət hesabat sistemi olaraq "mütləq olan fəzanı qəbul etmişdir ".