Döşəmə ustası tikinti işçisi olub taxta, laminat, vinil parket və digər materiallardan istifadə edərək bina
və digər tikililərin daxili hissələri üçün döşəmə örtüklərini ölçür, kəsir və vurur. O, döşəmələrə,
divarlara və kabinetlərə bloklar, təmas və ya zərbəni, səsi udan materiallar və ya bəzək örtükləri
vurur; avadanlıqlar və işıq cihazları kimi maneələri götürür və çıxarır
Bəzi döşəmə ustası xalçaların
döşənməsi və ya möhkəm ağaclar kimi xüsusi sahələr üzrə ixtisaslaşır. Döşəmə ustası əmək fəaliyyəti
zamanı bütün müvafiq alət və avadanlıqlardan istifadə edir və onlara texniki xidmət göstərir.
İş qapalı mühitdə və normal iş saatlarında həyata keçirilir. Həftəsonları və ya gecələr əlavə iş saatları tətbiq oluna bilər
• Əyilmək, diz çökmək, bükülmək və ağır yük qaldırmaq kimi fiziki işlər tələb olunur
• Toksik materiallar, sıx iş mühiti, təhlükəli materiallardan və texnikadan müntəzəm istifadə olunur
• Ezamiyyət tələb oluna bilər
Döşəmə ustasına lazım olan material və komponentlər aşağıdakılardır:
Laminat,keramik,plitə,bərk ağac,yapışqan.
İstehlak malları-qələm,marker.
Döşəmə ustasına lazım olan alət və avadanlıqlar:düzbucaqlı xətkeş,metrə,qayçı,sıxaclar,çəkic,xırda-dişli dairəvi mişar,kürəcik.
Dostları ilə paylaş: |