Dövri Mətbuat Fondunun Təqdimatı



Yüklə 46,16 Kb.
tarix26.02.2017
ölçüsü46,16 Kb.
#9648
Dövri Mətbuat Fondunun Təqdimatı
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Dövri mətbuat fondunda Azərbaycan, Rus, Şərq və Qərbi Avropa dillərində müxtəlif elm sahələri üzrə 313,123 jurnal, 2900 komplekt qəzet və 58,527 ardı davam edən nəşrlər toplanıb saxlanılır.

Kitabxanada saxlanılan ən köhnə bir neçə qəzet və jurnalın adlarını çəkmək istəyirəm. “Qızıl Bakı” məcmuəsi 1925-ci ildə çap olunub. “Qızıl Qələm” siyasi, ictimai, tarixi, elmi məcmuəsi 1924-cü il, “Molla Nəsrəddin” jurnalı 1907-ci il, “Şərq qadını” 1929-ci il, “İnqilab və mədəniyyət” jurnalı, “Əkinçi” qəzeti 1876-cı il bizim kitabxanada saxlanılır.

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Dövri mətbuat zalının yardımçı fondunda müxtəlif elm sahələri üzrə jurnallar və qəzetlər toplanıb saxlanılır. Yardımçı fondda 2005-ci ildən başlayaraq bütün elm sahələri üzrə hal-hazırda ümumilikdə 1.060 adda, 28.089 nüsxə jurnal saxlanılır. Bunlardan: 484 adda Azərbaycan, 576 adda rus dilindədir. Dövri mətbuat zalının yardımçı fondunda jurnallar elm sahələri üzrə düzülüb: fizika, riyaziyyat, kimya, yer elmləri, biologiya və tibb, humanitar və ictimai elmləri.

Elmi jurnallar fondun əsas hissəsini təşkil edir. Burada elm aləmində ən son nailiyyətlər, uğurlar, həm ölkə daxilində, həm də dünyada öz əksini tapır. Sizə fondda olan bir neçə jurnaldan bəhs etmək istəyirəm. Azərbaycan Milli Elmlər Akademiyası “Məruzələr” jurnalı 1945 ci ildə təsis edilmisdir. Jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadədir. Nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi müxbir və xarici üzvlərinin orijinal elmi tədqiqatlarının nəticələri dərc edilib. Jurnalın bu dəfə ki sayına fizika, riyaziyyat, texnika, kimya, yer elmləri, biologiya, tibb, humanitar, ictimai elmləri üzrə elmi tədqiqat işləri daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalı Elmlər Akademiyası yaranandan, yəni 1923-cü ildən Tədqiq və Tətəbbö Cəmiyyətinin əsası qoyulandan, 1924-ci ildən həmin cəmiyyətin əsərləri kimi dərc olunmuşdur. Hal-hazırda “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri”: elm və innovasiya, fizika-texnika və riyaziyyat, iqtisadiyyat, ictimai elmlər, humanitar, yer elmləri, tarix, fəlsəfə, hüquq, biologiya elmləri və tibb, seriyalarını qeyd etmək olar.

Azərbaycan Milli Elmlər Akademiyası Xəbərlərinin Yer elmləri seriyası” 1958-ci ildən nəşr olunur. Burada geosiyasi, geofizika, neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və praktikası məsələləri işıqlandırılır.

2015-2016-cı illərdə Mərkəzi Elmi Kitabxanaya yeni adda jurnallar daxil olub. “Coğrafiya və təbii resurslar”, “Poetika.İzm”; «Информационные технологии», «Тонкие химические технологии», «Катализ в промышленности», «Свободная мысль», «Полис», «Овощеводство и тепличное хозяйство», «Литературное новое обозрение» və s. jurnalların adlarını çəkmək olar.

H.Z.Tağıyevin maddi vəsaiti ilə 1906-1907-ci illərdə nəşr olunan “Füyuzat” məcmuəsi uzun illər Dövri Nəşrlər fondunu bəzəyib. Nəşrin redaktoru Bəkir Nəbiyev olmuşdur. Mətnlər və rəsmlər olduğu kimi saxlanılmışdır. Müstəqil Azərbaycanda elmə, təhsilə xüsusi diqqət yetirilir. Bu sahəyə gəncləri yönəltmək, onlarda elmə maraq oyatmaq üçün müəyyən işlər görülür. Gənclərin diqqətini bu sahələrə cəlb etmək məqsədilə, təbliğat xarakterli bir neçə jurnalın adını çəkmək olar:

Gənc tədqiqatçı” jurnalı. Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəsislər Şurası tərəfindən 2015-ci ildən nəşr edilib. Burada müxtəlif elm sahələrində çalışan gənc alim və mütəxəssislərin ilk elmi işlərinin nəticələri əks olunub.

Gənc alimlərin əsərləri” məcmuəsi. Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin intellektual inkişaf mərkəzinin Azərbaycanın Gənc Alim, Doktorant və Magistrlar cəmiyyətinin birgə təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə çap olunmuşdur. Burada ölkə iqtisadiyyatına, cəmiyyətin inkişafına, əhəmiyyətli dərəcədə dəstək olan, praktiki əhəmiyyətli elm sahələri üzrə gənc alimlərin məqalələri yerləşdirilmişdir.

Gənc istedad” jurnalı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli sərancamı ilə təsdiq edilmişdir. Jurnalda istedadlı şəxsiyyətlərdən Lütfi-zadə, Lev Landau, zirvəni fəth etmiş generallar Mehmandarov, Şıxlinski kimi böyük şəxsiyyətlər haqqında maraqlı məlumatlar əldə etmək olar.

Dircəliş XXI əsr”. Jurnal Azərbaycan və rus dillərində 1993-cu ildən çap olunub. Jurnal politologiya, iqtisadiyyat, fəlsəfə, tarix, hüquq, beynəlxalq münasibətlər sahələri, kütləvi informasiya vasitələri problemləri, gender məsələləri, mənəvi dəyərlərə aid məqalələrlə zəngindir.

Azərbaycan” ədəbi-bədii jurnal 1923-cü ildən dərc olunur. Burada görkəmli şair və yazıçılarımızın şeirləri, povestləri, romanları işıq üzü görmüşdür.

Azərbaycan Xalçaları” elmi-publisistik jurnalı 2011-ci ildən nəşr olunmağa başlamışdır. Jurnal ildə dörd dəfə nəşr olunur. Xalçaçılıq tətbiqi incəsənət sahəsidir və bu sahəyə maraq çoxdur. Azərbaycan Xalçaları dünyada müxtəlif ölkələrin incəsənət müzeylərini bəzəyir.

Türkologiya” Beynəlxalq elmi jurnal 1970-ci ildən nəşr olunur. Jurnalın baş redaktoru Kamal Abdullayev, məsul katibi Elçin İbrahimovdur. Jurnalda türkologiya, dilçilik, ədəbiyyat və folklor, fəlsəfə, tarix sahələri ilə əlaqəli maraqlı məqalələr dərc olunmuşdur.

National Geographic Azərbaycan”  jurnalının fərqləndirici xüsusiyyəti təbiət, coğrafi məkanlar, təbii hadisələr, dünyanın ən ucqar nöqtələri, flora və fauna, kainat, yeni kəşflər haqqında məlumat verməsidir.

Bunlarla yanaşı “Azərbaycan şərqşünaslığı”, “Elm dünyası”, “Tarixi şəxsiyyətlər”, ”Elm və həyat” “Milli Məclis”, “Qanun”, “Psixologiya jurnalı”, “Naşir”, “Bakı Dövlət Universitetinin Xəbərləri”, “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri”, “Mərkəzi Seçki Komissiyasının Xəbərləri”, “Azərittifaq Azərbaycan Kooperasiya Universiteti Kooperasiya Emi-Praktiki jurnal” və s. jurnalların adını çəkmək olar.

1999-cu ildən Rusiya Elmlər Akademiyası Təbiət Elmləri üzrə kitabxanasından alınan 154 addan çox elmi jurnal Mərkəzi Elmi Kitabxanasına daxil olur. 2005-ci ildən bu günə kimi jurnallar Dövri mətbuat zalının yardımçı fondunda saxlanılır və oxucuların istifadəsinə verilir. Məlumdur ki, aparılan elmi tədqiqatların nəticələri onların informasiya təminatı ilə sıx bağlıdır. Bu baxımdan Rusiyada nəşr olunmuş müxtəlif elm sahəsini əhatə edən jurnallar alim və mütəxəssislərin, tədqiqatçıların qiymətli elmi informasiya ilə təmin edilməsində əhəmiyyətli rol oynayır. Bunlardan: «Доклады Aкадемии наук», «Вестник Российской Академии наук» Rusiya Elmlər Akademiyasının Xəbərləri müxtəlif elm sahələri üzrə seriyalarla düzülüb. «Известия Академии наук: серия химическая, физическая, географическая, биологическая, математическая» və s.



Fizika-riyaziyyat elmləri üzrə jurnallar: «Ядерная физика», «Физика земли», «Физика твердого тела», «Прикладная физика», «Математический сборник», «Успехи математических наук» və s.

Kimya elmləri üzrə jurnallar: «Успехи химии», «Журнал общей химии», «Химическая физика», «Журнал физической химии», «Высокомолекулярные соединение» «Геохимия», və s.

Yer elmləri üzrə olan jurnallar: «Природа», «Природные ресурсы», «Геология рудных месторождений», «Известия русского географического общества», «Океанология» və s.

Biologiya və tibb elmləri üzrə jurnallar: «Ботанический журнал», «Микробиология», «Паразитология», «Генетика», «Цитология» və s.

Humanitar və ictimai elmlər üzrə jurnallar :«Литературный Азербайджан», «Русская литература», «Вопросы языкознания», «Вестник древней истории», «Вопросы истории» və s.

Müntəzəm olaraq Beynəlxalq mübadilə yolu ilə MDB ölkələrindən də kitabxanaya jurnallar daxil olur. Bunlardan: “Belarusiya Milli Elmlər Akademiyasının Xəbərləri: kimya elmləri seriyası”, Belarusiya Milli Elmlər Akademiyası “Məruzələr”;

Qazaxstan Respublikasının Milli Elmlər Akademiyası “Məruzələr”, “Qazaxstan Respublikasının Milli Elmlər Akademiyasının Xəbərləri: biologiya və tibb, fizika-riyaziyyat, kimya və texnologiya seriyaları”.

Ukrayna Milli Elmlər Akademiyası “Arxeologiya” jurnalı, Ukrayna Milli Elmlər Akademiyası “Вестник”, Ukrayna Milli Elmlər Akademiyası «Наука и инновации» və başqa jurnalların da adını çəkmək olar.

Dövri mətbuat zalının yardımçı fondunda rus dilində jurnallar geniş spektrdə təmsil olunub. «Азербайджан и азербайджанцы» – kulturoloji jurnal. Azərbaycanın tarixini, dinini, mədəniyyətini işıqlandırır və geniş oxucu kütləsinin bu mövzulara diqqətini cəlb edir. Azərbaycan dinlərin görüş yeri, talerantlıq laboratoriyasıdır, “Köhnə Bakı” kimi mövzular burada işıqlandırılır.

Azərbaycanı təbliğ edən “İrs-наследие” - beynəlxalq jurnalını qeyd etmək istərdim. Burada Azərbaycanın tarixini, mədəniyyətini əks edən maraqlı məqalələr toplanıb.



«Кавказ и мир» jurnalı - referativ, beynəlxalq dövri nəşrdir. Tiflisdə nəşr olunub. Jurnal inqilis və rus dillərindədir. Burada politologiya, tarix, beynəlxalq münasibətlər sahəsində maraqlı elmi məqalələrə rast gəlmək olar. Bu jurnalda əsasən Azərbaycan alimlərimizin məqalələri çoxluq təşkil edir. Nümunə olaraq, Musa Qasımlının Sona Məhərrəmovanın, Leyla Talışınskinin, Yunis Hüseynovun və sairə alimlərimizin məqalələr çap olunmuşdur.

«В мире науки» - aylıq elmi-informasiya jurnalıdır. Burada kosmologiya, elm və cəmiyyət, elm tarixi, informatika texnologiyaları, günəş energetikası, kvant fizikası, nüvə səhiyyəsi, radiasiya və qida texnologiyaları sahələrində çalışan müxtəlif ölkə alimlərin məqalələrinə rast gəlmək olar.

«Mир музея» jurnalı. 1931-ci ildən nəşr olunur. Bu jurnalda Rusiyanın həm mədəni irsinə, həm təbiətin qorunmasına həsr olunmuş məqalələr yerləşdirilmişdir. Burada nəinki YUNESKO abidələrinin, həm də təbiət abidələrinin qorunması problemlərinə cəmiyyətin diqqətini cəlb etmək istəyirlər.

Dövri mətbuat zalının fondunda yerləşən bütün juranllar Mərkəzi Elmi Kitabxananın elektron kataloquna yerləşdirilir.

Mübadilə yolu ilə bizim də jurnallar Rusiyaya göndərilir. EBSCO elektron bazasında bütün elmlər öz əksini tapıb. Burada bir çox bölmələr əks olunmuşdur. Bu bölmələrdən dəqiq və humanitar elmləri özündə əks etdirən Akademik nəşrlər, kitabxana işi, iqtisadiyyat, tibb elminin bir neçə bölməsi, yəni formokologiya, qidalanma, həmçinin elektron qəzetlər. Nəzərinizə çatdırmaq istəyirdim ki, EBSCO elektron bazası elektron jurnallarla yanaşı elektron kitablarında tam mətn oxucuların ixtiyarına verilmişdir.

Həmçinin, Dövrü mətbuat zalında Azərbaycan və rus dillərində 40 addan çox qəzet oxucuların istifadəsinə verilir. Gündəlik istifadə olunan qəzetlər “Respublika”, “Elm”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “Azərbaycan”, “525-ci qəzet”, “Sərq”, “Ədalət”, “Ədəbiyyat qəzeti”, “Kaspiy”, «Бакинский рабочий», “Поиск”, «Вышка» və s. oxucular tərəfindən müntəzəm olaraq oxunur.

Qəzetlərdən “Yeni Azərbaycan” qəzetini qeyd etmək istərdim. Yeni Azərbaycan Partiyasının təsis etdiyi bu qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Respublikamızın siyasi, iqtisadi, ictimai həyatını, həmçinin Azərbaycanın beynəlxalq münasibətlərini əks etdirir.

İki Sahil” qəzeti – gündəlik ictimai-siyasi qəzet. Təsisçi SOCAR şirkətidir. Respublikamızın gündəlik həyatını işıqlandırır. Dekabrın 12-də qəzet iyirlmi ilini qeyd etdi. Bu qəzetdə vahid Azərbaycan uğrunda tariximizin şərəfli səhifələri, iqtisadi islahatlar, beynəlxalq arenada Azərbaycan dövlətinin nüfuzunun artması mövzuları geniş işıqlandırılır.

Üç əsrin qəzeti “Kaspi” 1881-ci ildən nəşr olunub. Rus dilində nəşr olunub, müxtəlif dövrlərdə cəmiyyət həyatını əks etdirmişdir. Müxtəlif vaxtlarda qəzetin səhifələrində Azərbaycanın məhşur maarifçi-demokratları M.Mahmudbəyov, F.Köçərli, rus müəlliflərindən N.Kozerenko, E.Bondarenko və b. iştirak etmişdir.

Olaylar” müstəqil analitik informasiya qəzeti. 24 aprel 1995-ci ildən çapdan çıxır. Baş redaktor Yunus Oğuzdur. Respublikamızın ictimai, siyasi, iqtisadi həyatını obyektiv şəkildə işıqlandırır, Azərbaycanın xarici siyasət uğurlarını geniş işıqlandırır.



Hər il Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan jurnalların biblioqrafik göstəricisi hazırlanırdı. Hal-hazırda kitabxanaya daxil olan jurnallar kitabxananın mek.az saytında yerləşdirilir.



Yüklə 46,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin