Dozimetrik cihazlar. Doza gücü ölçücüsü dp-5V



Yüklə 277,99 Kb.
səhifə1/7
tarix25.04.2023
ölçüsü277,99 Kb.
#102145
  1   2   3   4   5   6   7
mulki mudafie serbest is nom 1


Azərbaycan Respublikası Təhsil Nazirliyi. Kafedra:Kimya texnologiya,təkrar emal və ekologiya Müəllim: Hüseynov Azər Fənn: Mülki müdafiə Fakültə: EA. Ixtisas: Elektrik və elektronika mühəndisliyi. Qrup: 220A3. Kurs: II Tələbə: Adgözəlov Əli

Dozimetrik cihazlar. Doza gücü ölçücüsü DP-5V

Dozimetrik cihazlar. Doza gücü ölçücüsü DP-5V

Dozimetriya atom enerjisinin tətbiqi və insanın radiasiya təhlükəsizliyinin təminatı problemlərini əks etdirir. Dozimetriyanın əsas vəzifəsi müxtəlif mühitlərdə, xüsusən canlı orqanizimlərdə şüalanma dozasını təyin etməkdən ibarətdir. “Doza” yunan sözü olub “dosis” sözündən götürülmüşdür. “Doza” nəyinsə “müəyyən miqdarı” deməkdir. İonlaşdırıcı şüaların dozimetriyası tətbiqi nüvə fizikasının sərbəst bölməsi olub ionlaşdırıcı şüaların xassələrini, şüalanmış sahələrin fiziki kəmiyyətlərini, bu şüaların maddə ilə qarşılıqlı təsirini, parametrlərin təyin olunma prinsiplərini və metodlarını öyrənir. İonlaşdırıcı şüa dedikdə, mühitlə qarşılıqlı təsirdə olub müxtəlif işarəli elektrik yükləri əmələ gətirən şüalar nəzərdə tutulur. İonlaşdırıcı şüalar neytral olub yüksüz hissəciklər selidir. Bu hissəciklər mühitlə qarşılıqlı təsir zamanı yüklənmiş hissəciklər, hissəciklər isə öz növbəsində ionlaşma yaradırlar. Son dövrlərdə “radiasiya” və ya “nüvə terrorizmi” terroristlər üçün adi şantaj alətinə çevrilmişdir. Terrorizmin bu növü məqsədyönlü və düşünülmüş şəkildə insanların sağlamlığına ionlaşdırıcı şüalanma mənbəyindən partlayıcı qurğu (çirkli bomba), yaxud müxtəlif gücə malik nüvə atıcı qurğusu (təmiz bomba) vasitəsilə radioaktiv

maddənin səpilməsini nəzərdə tutur. Hərbi konfliktlər, dövlətlərarası və dövlətdaxili iqtisadisiyasi mübarizə, qohumluq və ailə münaqişələri, şəxsi məsələlər və s. bu kimi məsələlər radiasiya terrorizminə səbəb ola bilər. Aerovağzallar, çay və dəniz limanları, dəmiryolları, avto-vağzallar, metro, stadion, bank, bina və s. əhəmiyyət kəsb edən obyektlər radiasiya terrorizminin qurbanı ola bilər. Bir sıra ölkələrin kütləvi qırğın silahlarından imtina etməsi radioaktiv mənbələrin ələ keşirilməsi üçün real şərait yaratmışdır. Terroristlər öz məqsədlərinə çatmaq üçün radiasiya mənbəyi kimi əsasən Cs-137, Co-60, Am-241, Ra-226, İr-192 izotoplarından istifadə edə bilərlər. Bu vasitələr qaz, maye və ya bərk haldadırlar. Radiasiyanın təsiri ilə həyata keçirilən terror aktı qısa zaman müddətində, qəfildən, gizli, həmçinin gözlənilməz yerdə baş verə bilər. Oğurlanmış, itirilmiş və ya qaçaqmalçılıq yolu ilə əldə olunmuş radioaktiv material və mənbələr terroristlər tərəfindən silah kimi istifadə oluna bilər.


Yüklə 277,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin